Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-264/2020 06.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X11, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxsin hüquqi varisi: X4 Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, vəkil: X12 Təqsirləndirilən şəxs: xx xxxx 1972-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 09:30 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «Opel Zafira» markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobili işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, Bakı-52 saylı hərbi şəhərcikdə yerləşən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin inzibati binasının qarşısında olan avtomobil duracağına qoyduqda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin 5-ci hissəsini, 52-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozmuş, yəni sürücü avtomobilin öz-özünə hərəkət etməsinin baş verməsinə, enişli sahədə hərəkətini davam etdirməsinə yol verməməli, duracaq tormoz sistemi qoşulmuş vəziyyətdə avtomobilin enişli sahədə tərpənməz vəziyyətdə qalmasını təmin etməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etmədiyindən həmin gün saat 10:17:44-də «Opel Zafira» markalı avtomobili öz-özünə geriyə hərəkət edərək həmin şəhərciyin həyətində Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin xadiməsi 1961-ci il təvəllüdlü X3 vurub ehtiyatsizlıqdan sonuncunun xx xxx 2020-ci il tarixdə ölümünə səbəb olan qaraciyərin və dalağın cırılması, sağ İİİ-X qabırğaların və burun sümüklərinin sınıqları, hər iki göz yuvası nahiyəsinin və sağ bazunun aşağı 1/3-nin və sağ dirsək oynağının ön içəri səthini əhatə edən sahənin qançırları, alının hər iki yarısının, sağ almaçıq, yanaq və burunun sağ yarısını əhatə edən sahənin, yuxarı dodağın sağ yarısının, sağ ağız bucağının, aşağı çənənin sağ yarısının, döş qəfəsinin ön səthinin sağ yansının yuxarı hissəsində sağ çiyin qurşağın ön səthini və sağ bazunu orta-yuxarı 1/3-nin ön-bayır səthinin sahəsini, hər iki döş vəzisinin ön səthinin, sol çiyin qurşağının arxa səthinin bayır hissəsinin, sağ kürək və kürəkaltı nahiyəni əhatə edən sahənin, sağ kürəkaltı nahiyədən başlayaraq belin sol yarısına kimi davam edən sahənin, sağ kürək xətti ilə sağ orta qoltuqaltı xəttarası nahiyə üzrə İX qabırğa səviyyəsinin, belin sağ yarısının, sağ bud-çanaq oynağının yuxarı hissəsinin arxa-bayır səthinin, sol saidin aşağı 1/3-nin arxa-iç səthinin, sol əlin V əldarağı-falanqa oynağın arxa səthinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 1989-cu ildən 2011-ci ilədək Azərbaycan ordusu sıralarında müxtəlif vəzifələrdə xidmət etmişdir. Son xidmət yeri Ağstafa rayonunda olan N saylı hərbi hissədə avtomobil xidməti rəisinin köməkçisi vəzifəsində olmuşdur. Hərbi kapitan rütbəsi daşımışdır. 2011-ci ildə yaşı ilə əlaqədar təqaüdə çıxmışdır. İdarə etdiyi özünə məxsus “Opel Zafira” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili 2014-cü ildən almış və həmin vaxtdan idarə edir. Həmin avtomobili idarə etdiyi müddət ərzində heç bir yol nəqliyyat hadisəsinin iştirakçısı olmamışdır. Texniki baxışdan sonuncu dəfə periodik cədvəl üzrə 2019-cu il tarixdə keçmişdir. Bundan əlavə o, mütəmadi olaraq avtomobilinin sazlığını yoxlayır. xx xxx 2020-ci il tarixdə saat 09:30-da avtomobilini Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, Bakı-52 saylı hərbi şəhərcikdə yerləşən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin inzibati binasının qarşısında parklanma üçün nəzərdə tutulan sahədə saxlayıb, sürətlər qutusunu neytralda saxlamışdır və əl əyləcini tam çəkib avtomobildən düşmüşdür və xidməti otağa keçmişdir. Aradan təxminən 45 dəqiqə keçdikdən sonra, yəni 10:15 radələrində telefonuna zəng gəlmiş və o, telefonla danışaraq otaqdan çıxıb avtomobilinə getmək istəmişdir. Həmin vaxt növbətçi Şahid7 ona avtomobilinin geriyə hərəkət edərək xadimə Məhluqə Məmmədlini vurması və avtomobilin altında qalması barədə məlumat vermişdir. Binanın qapısının ağzında olan zaman idarənin həyətində qışqırıq səsi eşitmiş və avtomobili saxladığı yerə baxan zaman avtomobilini orada görməmişdir. Bundan sonra bir az aşağı baxanda avtomobilini bir az aşağıda, ətrafında çoxlu insanların olduğunu görmüşdür. Qaçaraq avtomobilinə yaxınlaşmışdır. Avtomobilinə yaxınlaşan zaman orada olan adamlar idarədə xadimə işləyən Məhluqənin avtomobilin altında qaldığını bildirmişlər. Bundan sonra təcili avtomobilin qapılarını açmış və əl əyləcini buraxmışdır. Bundan sonra orada olan şəxslərin köməyi ilə Məhluqəni avtomobilin altından çıxarmışlar. Həmin zaman Məhluqə nəfəs almış, təcili olaraq Məhluqəni Şahid4 idarə etdiyi xidməti avtomobil olan “QAZ-3110” markalı, P707QQ qeydiyyat nişanlı avtomobilinə yerləşdirib 1 saylı KTM aparmışlar. Xəstəxanaya çatan zaman Məhluqə aldığı xəsarətlərdən ölmüşdür. Ona məxsus “Opel Zafira” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilini dayandığı duracaqdan geriyə hərəkət edən anı müşahidə edən şəxslər barədə məlumatı yoxdur. Həmçinin ona məxsus “Opel Zafira” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı duracaqda başqa nəqliyyat vasitəsi ilə vurularaq dayandığı yerdən hərəkətə gəlib gəlməməsi barədə hər hansı bir məlumatı yoxdur və eşitməmişdir. Avtomobilin üzrərində başqa avtomobillə vurulmasına xarakterik zədə görməmişdir. Avtomobilinin təkəri üzərində olan sürtünmə və avtomobilin arxa sol tərəfində və arxa panelin sol tərəfində batıq zədələri hadisə zamanı avtomobilin arxaya hərəkət edərək piyada X3 vurması və ağaca dəyməsi nəticəsində yaranmışdır. Ailəli olmasını, himayəsində uşaqlarının olmasını, zərərçəkənin hüquqi varisinə maddi ziyanla bağlı ödəniş etdiyini, zərərçəkənin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş tərəfin ondan şikayət və tələbinin olmamasını, əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Məhluqə Məmmədli təxminən 7-8 ildir ki, Bakı şəhəri Yasamal rayonunda yerləşən Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində xadimə vəzifəsində işləmişdir. Onun iş rejimi hər gün saat 07:00-da başlamış və saat 15:00-da qurtarmışdır. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində evdə olan zaman həyat yoldaşı Məhluqənin iş yoldaşı ev telefonuna zəng vuraraq işdə hədbaxt hadisənin baş verdiyini və həyat yoldaşı Məhluqənin rəhmətə getdiyini bildirmişdir. O, həmin zaman özünü itirmiş və nə baş verməsi barədə telefondan soruşmuş, telefonda onunla danışan Səməd adlı şəxs digər iş yoldaşı Elçin adlı şəxsə məxsus avtomobilin axaraq həyat yoldaşını əzdiyini və nəticədə həyat yoldaşının rəhmətə getdiyini bildirmişdir. Həmin zaman həyat yoldaşının harada olduğunu soruşduqda, Səməd yoldaşı «Semaşkoya» aparıldığını bildirmişdir. Bundan sonra o, həyat yoldaşı Məhluqə Məmmədli barədə maraqlandıqda onun Yasamal rayon patoloji anatomiya birliyinə aparıldığını öyrənmişdir. Hadisədən sonra, avtomobil sahibi Təqsirləndirilən şəxs Soltanalı oğlu tərəfindən ona heç bir maddi dəstək olunmamış və hal-hazırda da onun Təqsirləndirilən şəxs şikayəti vardır. Həyat yoldaşı X1 ölümündən əvvəl heç bir xəstəliyi olmamışdır. Məhluqə normal həyat tərzi sürən, sağlam insan olmuşdur. Avtomobilin icbari sığortası olduğu üçün hadisə ilə bağlı sığorta şirkəti tərəfindən də ona sığorta ödənişi edilməlidir. Arvadının ehtiyatsızlıqdan baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə əlaqədar təqsirləndirilən şəxs ona vurulmuş ziyanla bağlı ödəniş etmişdir, təqsirləndirilən şəxsdən hər hansı bir şikayəti və tələbi yoxdur, onunla barışıq əldə edilmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2010-cu ildən hal-hazıra kimi Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin inzibati təsərrüfat bölməsində bağban işləyir. İş yerləri Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, Bakı-52 hərbi şəhərciyindədir. Təqsirləndirilən şəxs “Opel Zafira” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və həmin avtomobillə də işə gəlibgedir. Həmin avtomobili şəhərciyin həyətində yerləşən avtomobil duracağında saxlayır. xx xxx 2020-ci il tarixdə saat 10 radələrində o, Bakı-52 hərbi şəhərciyində Mənzil İstismar İdarəsinin binasının həyətində olmuş, yanında xadimə Məhluqə Məmmədli də olmuşdur. Mənzil İstismar İdarəsinin binasının giriş qapısından təxminən 11-12 metr aralı məsafədə yolun kənarında dayanıb söhbət etmişlər. Həmçinin Məhluqə dayanıb əllərini yumuş və su şlanqını tutub onun əllərinə su tökmüşdür. Həmin vaxt avtomobil duracağı tərəfdən yuxarıdan aşağı, yəni onlar tərəfə tünd rəngli markasına fikir vermədiyi minik avtomobili gəlib yanlarından keçib getmişdir. Həmin avtomobil keçib gedəndən təxminən 2-3 saniyədən sonra o özü də, Məhluqənin yanından yolun digər tərəfinə parkın içərisinə keçib su şlanqı krantdan çıxdığına görə şlanqı kranta qoşmaqla məşğul olmuşdur. Məhluqə isə durduğu yerdə dayanmışdır. Təxminən 15-16 saniyədən sonra Məhluqənin durduğu yerdən səs eşitmiş və çevrilib baxanda Məhluqənin durduğu yerdən Təqsirləndirilən şəxs məxsus “Opel Zafira” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə hərəkət edərək dayandığını görmüşdür. Cəld dayandığı yerdən avtomobilə yaxınlaşmış, ondan qabaq da bir-iki nəfər qaçıb artıq avtomobilə yaxınlaşmış, avtomobilin sükanı arxasında və salonunda heç kəs olmamışdır. Məhluqə isə avtomobilin altında qalmışdır. Ora çoxlu adam toplaşmış, onların köməkliyi ilə avtomobili qaldırıb Məhluqəni avtomobilin altından çıxartmışlar. Məhluqə ağır xəsarət aldığından huşsuz vəziyyətdə olmuşdur. Həmin vaxt həmin avtomobilin sahibi Təqsirləndirilən şəxs də ora gəlmişdir. Xəsarət alan Məhluqə Məmmədlini sürücüsü Şahid4 idarə etdiyi “QAZ-3110” markalı P707QQ qeydiyyat nişanlı avtomobilə yerləşdirib tibbi yardım göstərilməsi üçün Musa Nağıyev adına xəstəxanaya, yəni 1 saylı X16 aparmışdır. Az sonra eşitmişlər ki, Məhluqə Məmmədli aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs avtomobili avtomobil duracağından dayandığı yerdən arxa tərəfi istiqamətində hərəkət edərək Məhluqə Məmmədlini vurmuşdur. Lakin həmin vaxt avtomobilin içərisində heç kəs olmamışdır. Təqsirləndirilən şəxs məxsus “Opel Zafira” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı duracaqdan geriyə hərəkət edən anı müşahidə edən şəxslər barədə məlumatı yoxur. Həmçinin Təqsirləndirilən şəxs məxsus “Opel Zafıra” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində başqa avtomobillə vurulmasına xarakterik zədə görməmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi qulluqçusudur və manqa komandiri vəzifəsində işləyir. Adətən Müdafiə Nazirliyinin Bakı şəhəri Yasamal rayonu Süleyman Dadaşov küçəsi Bakı-52 hərbi şəhərciyində nəzarət buraxılış məntəqəsinə növbətçi kimi işə çıxır. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsində aparıcı mühəndis vəzifəsində işləyib. xx xxx 2020-ci il tarixdə saat 10 radələrində Bakı-52 hərbi şəhərciyininin nəzarət buraxılış məntəqəsində növbədə olduğuna görə hərbi hissənin həyətində olmuşdur. Həmin vaxt Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsində xadimə işləyən sonradan adını bildiyi Məhluqə Məmmədli həyətdə yolda Zaur adlı bağbanla dayandığını görmüş və onlara əhəmiyyət verməyib yanlarından keçib uzaqlaşmışdır. Təxminən 15-16 saniyədən sonra tapıltı səsi eşitmiş və geriyə çevriləndə hərbi şəhərciyin həyətində olan Mənzil-İstismar İdarəsinin binasına giriş qapısından sol tərəfdə Təqsirləndirilən şəxs məxsus “Opel Zafıra” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və adamların həmin avtomobilə tərəf qaçdıqlarını görmüş, o da, yaxınlıqda olduğu üçün həmin avtomobilin yanına qaçıb arxa tərəfdən sol yanına keçəndə görmüşdür ki, xadimə Məhluqə Məmmədli avtomobilin altında qalmışdır. Həmin vaxt o hərbi formada olmuş, hadisədən sonra avtomobilin yanına ilk qaçıb gələnlərdən biri də o özü olmuşdur. Avtomobilin salonunda və sükan arxasında heç kəs olmamışdır. Ora toplaşan adamların köməkliyi ilə həmin avtomobili qaldırıb Məhluqə Məmmədlini avtomobilin altından çıxarmışlar. Həmin vaxt həmin avtomobilin sahibi Təqsirləndirilən şəxs də ora gəlmişdir. Məhluqə Məmmədli xəsarət almış, huşsuz vəziyyətdə olmuşdur. Məhluqə Məmmədlini sürücüsü Şahid4 idarə etdiyi “QAZ-3110” markalı, P707QQ qeydiyyat nişanlı avtomobilə yerləşdirib tibbi yardım göstərilməsi üçün onu Musa Nağıyev adına xəstəxanaya, yəni 1 saylı X16 aparmış, lakin Məhluqə Məmmədli aldığı xəsarətlərdən ölmüşdür. Eşitdiyinə görə Təqsirləndirilən şəxs avtomobili avtomobil duracağından dayandığı yerdən arxa tərəfi istiqamətində hərəkət edərək Məhluqə Məmmədlini vurmuşdur. Lakin həmin vaxt avtomobilin içərisində heç kəs olmamışdır. Təqsirləndirilən şəxs məxsus “Opel Zafira” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı duracaqdandan geriyə hərəkət edən anı müşahidə edən şəxslər barədə məlumatı yoxdur. Həmçinin Təqsirləndirilən şəxs məxsus “Opel Zafira” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində başqa avtomobillə vurulmasına xarakterik zədə görməmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən 2020-ci ilin avqust ayına kimi Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində inzibati təsərrüfat bölməsinin müdiri vəzifəsində işləmişdir. İş yerində iş yoldaşları onu Səməd kimi çağırmışlar. İş yerləri Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, Bakı-52 hərbi şəhərciyindədir. Təqsirləndirilən şəxs 2013-cü ildən tanıyır. Təqsirləndirilən şəxs “Opel-Zafıra” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və həmin avtomobillə də işə gəlib-gedir, həmin avtomobili şəhərciyin həyətində yerləşən avtomobil duracağında saxlayır. xx xxx 2020-ci il tarixdə saat 10 radələrində Bakı-52 hərbi şəhərciyində Mənzil İstismar İdarəsinin binasında yerləşən iş otağında olmuşdur. Həmin vaxt idarənin növbətçisi, Şahid7 olan həyətdə xadimə X10 Mirağayevə məxsus qeyd olunan avtomobil arxa tərəfi istiqamətində hərəkət edərək vurması və xəsarət alması barədə məlumat vermişdir. Dərhal iş otağından çıxıb həyətə düşmüş, Mənzil İstismar İdarəsinin binasından çıxanda binadan təxminən 10-11 metr sol tərəfdə Təqsirləndirilən şəxs məxsus “Opel-Zafıra” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Orada xatırlamadığı kimsə demişdir ki, xəsarət alan xadimə Məhluqə Məmmədlini həmin avtomobilin altından çıxarıb rəisin sürücüsü Şahid4 idarə etdiyi “QAZ-3110” markalı, P707QQ qeydiyyat nişanlı avtomobillə Musa Nağıyev adına xəstəxanaya, yəni 1 saylı X16 aparılmış, az sonra eşitmişlər ki, Məhluqə Məmmədli aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Məhluqənin yaşadığı evin ***-***-**-** nömrəli telefona istifadə etdiyi mobil nömrəsindən zəng edib Səməd olduğunu bildirərək Məhluqəni iş yerində avtomobil vurduğunu, xəstəxanaya aparıldığını və aldığı xəsarətlərdən öldüyünü bildirmişdir. Daha sonra Məhluqə Məmmədlinin yaşadığı ünvan 2 saylı ünvana getmiş, orada Məhluqənin əri Üzeyiri görüb hadisə barədə bir daha ona bildirərək Məhluqə xəstəxanada öldüyünə görə tibbi müayinədən keçirilməsi üçün morqa aparılması barədə məlumat vermişdir. Eşitdiyinə görə Təqsirləndirilən şəxs avtomobili avtomobil duracağından dayandığı yerdən arxa tərəfi istiqamətində hərəkət edərək Məhluqə Məmmədlini vurmuşdur. Lakin həmin vaxt avtomobilin içərisində heç kəs olmamışdır. Təqsirləndirilən şəxs məxsus “Opel Zafira” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı duracaqdan geriyə hərəkət edən anı müşahidə edən şəxslər barədə məlumatı yoxdur. Həmçinin Təqsirləndirilən şəxs məxsus “Opel Zafira” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzrərində başqa avtomobillə vurulmasına xarakterik zədə görməmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid6 ifadəsində göstərmişdir ki, mərhum X5 anasıdır. X14 Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, Bakı-52 saylı hərbi şəhərciyində yerləşən Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində xadimə işləmişdir. Onun iş rejimi hər gün saat 07:00-da başlamış və saat 15:00-da qurtarmışdır. xx.xx.2020-ci il tarixdə anası Məhluqə saat 07 radələrində iş yerinə getmişdir. xx.xx.2020ci il tarixdə saat 11 radələrində iş yoldaşlarından kimsə evə zəng edib atası Üzeyirə anası Məhluqə işdə olan zaman bədbəxt hadisənin baş verdiyini və həmin hadisədən anası Məhluqənin rəhmətə getdiyini, meyiti Yasamal rayon patoloji anatomiya birliyində morqda olduğunu bildirmişdir. Atası Üzeyir də bu barədə ona məlumat vermişdir. Məhluqənin halhazırda xatırlamadığı iş yoldaşlarından eşitmişdir ki, Təqsirləndirilən şəxs məxsus “Opel Zafira” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil şəhərciyin həyətində duracaqdan axaraq şəhərciyin həyətində dayanmış X14ni vuraraq xəsarət yetirmiş və anası Məhluqə aldığı xəsarətdən ölmüşdür. Anası Məhluqənin meyiti məhkəmə-tibb ekspertizası tərəfindən müayinə olub qurtardıqdan sonra onu dəfn etmişlər. Anası Məhluqənin dəfnindən sonra iş yerinə getmişdir. Mənzil-İstismar İdarəsinin ərazisində quraşdırılmış təhlükəzilik kamerasının monitorundan hadisəni özündə əks etdirən görüntüləri telefonunun videokamerasına çəkməklə köçürmüşdür. Daha sonra həmin görüntüləri bir ədəd DVD-R diskə köçürüb atası Üzeyirə vermişdir. Üzeyir də həmin diski Yasamal rayon prokurorluğuna yazdığı ərizəsinə əlavə etmişdir. Həmin diskdə anası Məhluqənin hadisədən əvvəl şəhərciyin həyətində dayanması və “Opel Zafira” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin geriyə axaraq onu vurması, hadisədən dərhal sonra ora toplaşan insanlar tərəfindən xəsarət alan anası Məhluqəni avtomobilinin altından çıxarılması öz əksini tapmışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid7 ifadəsində göstərmişdir ki, o, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin maliyyə bölməsi rəisinin köməkçisi vəzifəsində işləyir, hərbi qulluqçu olmaqla baş leytenant rütbəsindədir. Həmin idarə Bakı şəhəri Yasamal rayonu Süleyman Dadaşov küçəsi Bakı-52 hərbi şəhərciyində yerləşir. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs “Opel Zafira” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və həmin avtomobillə də işə gəlib- gedir, həmin avtomobili şəhərciyin həyətində yerləşən avtomobil duracağında saxlayır. xx xxx 2020-ci il tarixdə saat 10 radələrində Bakı-52 hərbi şəhərciyində Mənzil-İstismar İdarəsinin binasında yerləşən növbətçi hissəsində iş otağında olmuşdur. Həmin vaxt inzibati binadan işçilərin çölə qaçıb çıxmalarını və Mənzil-İstismar İdarəsinin binasına giriş qapısından 10- 11 metr məsafədə sol tərəfdə Təqsirləndirilən şəxs məxsus “Opel Zafıra” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və ətrafına çoxlu adamların toplaşıb maşını qaldırıb altından nə isə çıxarmaq istədiklərini görmüşdür. Həmin vaxt xatırlamadığı işçilərdən kimsə demişdir ki, həyətdə xadimə X10 Mirağayevə məxsus qeyd olunan avtomobil arxa tərəfi istiqamətində hərəkət edərək onu vurması və xəsarət almasını bildirmişdir. O da, dərhal Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsində inzibati təsərrüfat bölməsinin müdiri Şahid3, həmin vaxt Mənzil İstismar İdarəsinin binasında iş otağında olan “Opel-Zafira” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs, rəhbərliyə bu barədə məlumat vermişdir. Xəsarət alan xadimə Məhluqə Məmmədlini ora toplaşan adamlar həmin avtomobilin altından çıxarıb rəisin sürücüsü Şahid4 idarə eldiyi “QAZ-3110” markalı, P707QQ qeydiyyat nişanlı avtomobillə Musa Nağıyev adına xəstəxanaya, yəni 1 saylı X16 aparılmışdır. Az sonra eşitmişlər ki, Məhluqə Məmmədli aldığı xəsarətlərlə əlaqədar həmin xəstəxanaya çatdırılmasına baxmayaraq ölmüşdür. O da, həmin gün DİN-nin 102 xidmətinə ***-***-**-** nömrəli telefon vasitəsi ilə zəng vuraraq idarənin mühəndisi Təqsirləndirilən şəxs avtodayanacaqda saxladığı “Opel-Zafira” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomaşının qəfil hərəkətə düşməsi səbəbi ilə idarənin xadiməsi 1961-ci il təvəllüdü X1 üzərindən keçməsi nəticəsində ölməsi barədə məlumat vermişdir. Sonradan eşitdiyinə görə Təqsirləndirilən şəxs avtomobili avtomobil duracağından dayandığı yerdən arxa tərəfi istiqamətində hərəkət edərək Məhluqə Məmmədlini vurarkən avtomobilin içərisində heç kəs olmamışdır. Təqsirləndirilən şəxs məxsus “Opel Zafıra” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı duracaqdan geriyə hərəkət edən anı müşahidə edən şəxslər barədə məlumatı yoxdur. Həmçinin Təqsirləndirilən şəxs məxsus “Opel Zafıra” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində başqa avtomobillə vurulmasına xarakterik zədə görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid5 məhkəmədə dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 91 saylı rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı qaraciyərin və dalağın cırılması, sağ İİİ-X qabırğaların və burun sümüklərinin sınıqları, hər iki göz yuvası nahiyəsinin və sağ bazunun aşağı 1/3-nin və sağ dirsək oynağının ön içəri səthini əhatə edən sahənin qançırları, alının hər iki yarısının, sağ almacıq, yanaq və burunun sağ yarısını əhatə edən sahənin, yuxarı dodağın sağ yarısının, sağ ağız buyağının, aşağı çənənin sağ yarısının, döş qəfəsinin ön səthinin sağ yarısının yuxarı hissəsində sağ çiyin qurşağın ön səthini və sağ bazunu orta-yuxarı 1/3-nin ön-bayır səthinin sahəsini, hər iki döş vəzisinin ön səthinin, sol çiyin qurşağının arxa səthinin bayır hissəsinin, sağ kürək və kürəkaltı nahiyəni əhatə edən sahənin, sağ kürəkaltı nahiyədən başlayaraq belin sol yarısına kimi davam edən sahənin, sağ kürək xətti ilə sağ orta qoltuqaltı xəttarası nahiyə üzrə İX qabırğa səviyyəsinin, belin sağ yarısının, sağ bud-çanaq oynağının yuxarı hissəsinin arxa-bayır səthinin, sol saidin aşağı 1/3-nin arxa-iç səthinin, sol əlin V əldarağıfalanqa oynağın arxa səthinin sıyrıqlarından ibarət xəsarətlər aşkar edilmişdir. Bu xəsarətlər həyati olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən avtoqəza nəticəsində avtomaşının hissələrinin və yer örtüyünün təsirindən törənə bilərdi, dərəcəsinə görə ümimilikdə, canlı şəxslərdə həyat üçün təhlükəli olan AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. X1 ölümünə səbəb-almış olduğu travma nəticəsində qaraciyərin və dalağın cırılmasından baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm onun meyitinin meyitxanadakı müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfində verilmiş xx.xx.2020-ci il tarixli, 8/682 nömrəli rəyə əsasən ekspertiza tərəfindən aparılmış tədqiqata əsasən baxışa təqdim olunmuş «Opel Zafıra» markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin sükan idarəetmə sistemi və işçi, duracaq tormoz sistemləri işlək vəziyyətdədir, yəni texniki səhətdən saz vəziyyətdədir. Üfüqi sahədə duracaq tormoz sistemi texniki cəhətdən saz və qoşulmuş vəziyyətdə olan nəqliyyat vasitəsinin öz-özünə hərəkət etməsi baş vermir. “Opel Zafira” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 5-ci hissəsinin, 52-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi də cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. İş üzrə müəyyən edilir ki, cinayətin törədilməsindən bilavasitə sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi, onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün onu tibb müəssisəsinə aparmışdır, Həmçinin hazırkı iş üzrə Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi Ü.Məmmədlinin ərizəsinə əsasən təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi yoxdur, onunla barışmışdır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs evli olmaqla xx.xx.2001-ci il təvəllüdlü X9 adlı öğladı vardır. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən X9 həmin fakültənin İİİ kurs tələbəsidir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, evli olmasını, himayəsində ali təhsil müəssisəsində təhsil alan qızının olmasını, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə köməklik göstərməsi, tibb müəssisəsinə aparması, zərərçəkmişin hüquqi varisinə vurulmuş ziyanla bağlı ödəniş edilməsini, barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, Bakı-52 hərbi şəhərciyində yerləşən Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin inzibati ərazisində avtomobil duracağında saxlanılan “Opel Zafira” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Yol-nəqliyyat hadisəsini qeydə alan 01 ədəd DVD-R disk və 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Həmçinin iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Ü.Məmmədli tərəfindən təqsirləndirilən şəxsə qarşı mənəvi ziyanla bağlı 20000 manat məbləğində mülki iddia versə də, sonradan məhkəməyə təqdim edilən xx.xx.2020-ci il tarixli sazişə əsasən mülki iddiasının geri götürülməsini, həmçinin Təqsirləndirilən şəxs məxsus «Opel Zafira» markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişlər. İş üzrə verilmiş mülki iddia ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 (004) - 264/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə «Opel Zafira» markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomaşının özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Lakin hazırda iddiaçı mülki iddiasını geri götürdüyündən və avtomobil üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdiyindən, həmin qərar ləğv edilməli və avtomobil üzərindən həbs də götürülməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Zərər çəkmiş şəxsin hüquqi varisi X2 Təqsirləndirilən şəxs qarşı mənəvi ziyanla bağlı 20000 manat məbləğində mülki iddiası baxılmamış saxlanılsın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 (004) - 264/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin və «Opel Zafira» markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomaşının özgəninkiləşdirilməsinə qoyulmuş qadağa və avtomobil üzərinə qoyulmuş həbs götürülsün. İş üzrə maddi sübut olan “Opel Zafira” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı minik avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Yol-nəqliyyat hadisəsini qeydə alan 01 ədəd DVD-R disk və 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-264/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-264/2020
06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver