Məhkəmə qərarları › İş №1(004)-264/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-264/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-264/2022 29.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat: 12:00 Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Yasamal rayonu X.Dadaşov küçəsi ev 184 ünvanında qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə hesab edilən metamfetamini əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 15 fevral 2022-ci il tarixdə saat 23 radələrində satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 8 ədəd kağız və 1 ədəd sellofanda olmaqla cəmi 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.066 qram, 0.175 qram, 0.147 qram, 0.221 qram, 0.178 qram, 0.151 qram, 0.185 qram, 0.136 qram və 0.142 qram, ümumi təmiz çəkisi 1,401 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə hesab edilən metamfetamini Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “Ağ Çiçəyim” şadlıq sarayının arxa hissəsindəki ərazidə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və 16 fevral 2022-ci il tarixdə saat 02:00 dəqiqədə DİN-in X12 Alayının 6-cı Patrul Bölüyünün əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PB-nin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılarkən əynindəki idman şalvarının sol yan cibindəki 01 ədəd kardon qutunun içərisindən 8 ədəd kağız və 1 ədəd sellofanda olmaqla cəmi 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.066 qram, 0.175 qram, 0.147 qram, 0.221 qram, 0.178 qram, 0.151 qram, 0.185 qram, 0.136 qram və 0.142 qram, ümumi təmiz çəkisi 1,401 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə hesab edilən metamfetamin və 01 ədəd markalanma nişanı olmayan elektron tərəzi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, 15 fevral 2022-ci il tarixdə saat 23:00 radələrində o, öz şəxsi istifadəsi üçün Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “Ağ Çiçəyim” adlı şadlıq sarayının arxa hissəsində olan ərazidən üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi bir şəxsdən 180 manat müqabilində 9 büküm psixotrop maddə hesab olunan metamfetamini üzərində olan elektron tərəzi ilə çəkərək çəkisinə əmin olduqdan sonra almışdır. 16 fevral 2022-ci il tarixdə saat 02 radələrində o, piyada ünvan 3 ünvanın qarşısı ilə gedən zaman ona 3 nəfər xidməti geyimdə olan polis əməkdaşları yaxınlaşlaşmışlar. Bu zaman o, üzərində psixotrop maddə olan metamfetamin olduğu üçün qorxmuş və iti addımlarla polis əməkdaşlarından uzaqlaşmağa çalışmışdır. Polis əməkdaşları ondan şübhələnərək onun arxasınca qaçaraq bir qədər irəlidə onu saxlayıb özlərini X12 Alayının 6-cı Patrul Bölüyünün əməkdaşları olduqlarını bildirib, ondan niyə qaçdığını və gecə vaxtı küçədə olma səbəbini soruşmuşlar. Üzərində psixotrop maddə olan metamfetamin olduğu üçün o, polis əməkdaşlarının suallarına cavab verən zaman dili topuq vurmağa başlamışdır. Bundan sonra polis əməkdaşları ondan şəxsiyyəti barədə məlumat verməyini tələb etmişlər və o polis əməkdaşlarının qanuni tələbinə tabe olaraq ad, soyad və ata adını bildirərək, üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını bildirmişdir. Lakin polis əməkdaşları onun şəxsiyyət məlumatlarını dəqiqləşdirmək məqsədi ilə onu Yasamal RPİnin 29-cu PŞ-nə getməyə dəvət etmişlər. O, etiraz etmədən həmin polis əməkdaşları ilə birgə Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişdir. Orada xidməti otaqların birində polis əməkdaşı tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə ona üzərində olan daşınması qanunla qadağan olunmuş əşyaları könüllü təqdim etmək təklif olunmuşdur və o əynində olan idman şalvarının sol yan cibindən 1 ədəd elektron tərəzini və içərisində bir ədəd şəffaf rəngli sellofana və səkkiz ədəd ağ rəngli kağıza bükülmüş, cəmi doqquz büküm psixotrop maddə hesab olunan metamfetamini masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşının sualına cavab olaraq bildirmişdir ki, həmin psixotrop maddə hesab olunan metamfetamini xx.xx.2022-ci il tarixdə “Ağ Çiçəyim” adlı şadlıq sarayının arxa hissəsində olan ərazidən anket məlumatlarını bilmədiyi şəxsdən 180 manat müqabilində almışdır. Əlavə olaraq bildirmişdir ki, o həmin psixotrop maddəni öz şəxsi istifadəsi üçün almışdır və heç kəsə satmaq niyyəti olmamışdır. Üzərində eletkron tərəzi gəzdirməyinin səbəbi isə psixotrop maddəni alan zaman çəkisini dəqiqləşdirmək olmuşdur. Məhkəmə aşağıdakı sübutlara əsasən təqsirləndirilən şəxsin ona qarşı elan olunmuş ittihamda göstərilən əməli törətməsi təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-in X13 Alayının 6-cı Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 16 fevral 2022-ci il tarixdə Şahid2 və Şahid3 ilə birlikdə avtopatrulla Yasamal rayonu ərazisində xidmət aparırlarmışlar. Həmin gün, saat 02:00 radələrində ünvan 1 ünvanın qarşısında olarkən bir nəfər şəxsin piyada hərəkətdə olduğunu görmüşlər. Həmin şəxs avtopatrul avtomobilini görən kimi dərhal arxaya tez-tez baxaraq iti addımlarla oradan uzaqlaşmağa başlamışdır və onun bu hərəkəti onlarda müəyyən şübhələr yaratmışdır. Bundan sonra o, iş yoldaşları ilə birlikdə avtopatrul avtomobilini saxlayaraq həmin şəxsə dayanması ilə bağlı səslənmişlər. Lakin həmin şəxs daha da iti addımlarla getməyə, sonradan isə qaçmağa başlamışdır. Onlar qaçaraq həmin şəxsə arxadan yaxınlaşmışlar və özlərini təqdim edərək qaçmasının və gecə saat 02:00-da küçədə olma səbəbini ondan soruşmuşlar. Bu zaman həmin şəxs onların suallarına cavab verən zaman dili topuq vurmağa başlamış və sonradan söhbət əsnasında narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Onlar həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini tələb etdikdə həmin şəxs heç bir sənəd təqdim edə bilməyəcəyini bildirmişdir. Bundan sonra onlar həmin şəxsi Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində olan zaman həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra polis şöbəsində olan xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla, ona üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuş, və o əynində olan idman şalvarının sol yan cibindən 1 ədəd elektron tərəzini və 1 ədəd karton qutunu çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən karton qutunun qapağı açılaraq içərisinə baxış keçirdikdə orada bir ədəd şəffaf rəngli sellofana və səkkiz ədəd siqaretin ağ rəngli kağızına bükülmüş, cəmi doqquz bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Polis əməkdaşının sualına cavab olaraq Fərid psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə öz şəxsi istifadə üçün Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “Ağ Çiçəyim” adlı şadlıq sarayının arxa hissəsində olan əraziyə üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bimədiyi şəxsən 180 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddələr qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı məlumat yoxdur. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Alayının 6-cı Patrul Bölüyünün polis nəfərləri Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 127-130-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, DİN-in X13 Alayının 6-cı Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantı rütbəsindədir. 16 fevral 2022-ci il tarixdə iş yoldaşları DİN-in X13 Alayının 6-cı Patrul Bölüyünün polis nəfərləri Şahid2 və Şahid1 ilə birlikdə 2468 saylı avtopatrulla Yasamal rayonu ərazisində xidmət aparırlarmış. Həmin günü, yəni 16 fevral 2022-ci il tarixdə saat 02:00 radələrində ünvan 4 ünvanın qarşısında olarkən piyada və tək şəkildə addımlayan əvvəllər tanımadıqları 25-30 yaşlı arıq bədən quruluşlu bir cavan oğlanın idarə etdikləri avtopatrul avtomobilini görən kimi arxaya tez-tez baxaraq iti addımlarla oradan uzaqlaşmağa cəhd göstərməsi, eləcə də yolda gah irəli, gah da geri getməsi onlarda müəyyən şübhələr yaratmışdır. Bu baxımdan o, iş yoldaşları ilə birlikdə avtopatrul avtomobilini saxlayaraq həmin şəxsə dayanması ilə bağlı səslənmişlər. Həmin şəxs bundan sonra özünü şübhəli aparıb daha da iti addımlarla getməyə, sonradan isə qaçmağa başlamışdır. Onlar qaçaraq həmin şəxsə arxadan yaxınlaşmış və özlərini X12 Alayının 6-cı Patrul Bölüyünün əməkdaşları kimi təqdim edərək qaçmasının və gecə saat 02:00-da küçədə olma səbəbini həmin şəxsdən soruşmuşlar. Həmin şəxs onlara müxtəlif sözlər, eləcə də bəhanələr danışdığından dili topuq vurmağa başlamış və sonda narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Onlar həmin şəxsdən şəxsiyyətini təqdim edən sənəd təqdim etməsini tələb etdikdə həmin şəxs heç bir sənəd təqdim edə bilməmiş və bildirmişdir ki, üzərində narkotik vasitə vardır. Bundan sonra onlar həmin şəxsi şübhəli danışdığı, qeyri səmimilik nümayiş etdirməsi, şəxsiyyətini təsdiq edən heç bir sənədi olmadığı və üzərində narkotik vasitə olması barədə bildirməsi üzrə inzibati ərazi üzrə Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirmişlər. PŞ-də olarkən həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra o, iş yoldaşları ilə birlikdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması prosesinə cəlb edilmişlər. Sonradan 29-cu PŞ-nin təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə onun və iş yoldaşı Şahid2 və Şahid1, eləcə də dəvət edilmiş müdafiəçinin iştirakı ilə PŞ-də xidməti otaqların birində aparılmış videoçəkilişlə şəxsiyyəti müəyyən edilən xx.xx.1994-cü ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi başlanmışdır. Baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən 1 ədəd elektron tərəzi və 1 ədəd kardon qutunu çıxararaq masanın üzərinə qoymuşdur. Həmin hərəkətlər mobil telefon vasitəsi ilə videokameraya çəkilirmiş. Təhqiqatçı tərəfindən kardon qutunun qapağı açılaraq içərisinə baxış keçirdikdə orada bir ədəd şəffaf rəngli sellofana və səkkiz ədəd siqaretin ağ rəngli kağızına bükülmüş, cəmi doqquz bükümdə “şüşə” kimi adlandırılan psixotrop maddə hesab olunan metamfetamin aşkar edilmişdir. Hər bir büküm təhqiqatçı tərəfindən ayrı-ayrılıqda açılaraq içərisinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən doqquz bükümün içindəkinin “şüşə” kimi bilinən psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “Ağ Çiçəyim” adlı şadlıq sarayının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün hər bir bükümünü 20 manata, cəmi 180 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə heç bir dəyərli əşya və pul əskinası aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər təhqiqatçı tərəfindən bağlanılaraq zərfin içərisinə qoyulmuş, zərf bağlanaraq möhürlə möhürlənmiş və həmin zərfə o, Təqsirləndirilən şəxs və digər iştirakçılar imza etmişlər. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab olunan metamfetamin olan zərfin ekspertizaya göndəriləcəyi və videoçəkilişin başa çatdığı bildirilərək şəxsi axtarış yekunlaşdırılmışdır. Sonradan onlar xidmət yerinə qayıdaraq xidməti davam etdirmişlər. Verilən suallara cavab olaraq Şahid3 ifadəsində, Təqsirləndirilən şəxs saxlanıldığı zaman heç bir müqavimət göstərmədiyini və polis əməkdaşları tərəfindən sonuncuya heç bir fiziki zorun tətbiq edilmədiyini, Təqsirləndirilən şəxs onları görüb qaçdıqdan sonra saxlanıldığı zaman ilk əvvəl kiminsə evinə qonaq getdiyini, daha sonra bədəninin titrədiyini görüb bunun səbəbini soruşduqda Fəridin dilinin topuq vurub gah dostu gələndən sonra birlikdə qonaq gedəcəklərini, gah da küçədə hava aldığını, daha sonra isə narkoman olduğunu və üzərində narkotik vasitə olduğu üçün tutulacağı qorxusundan qaçdığını söylədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 fevral 2022-ci il tarixli protokolla müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında xidməti otaqda DİN-in X13 Alayının 6-cı Patrul Bölüyünün polis nəfərləri, polis serjantları Şahid1, Şahid2, Şahid3 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir və üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə subut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sol yan cibindəki 01 ədəd elektron tərəzi və 01 ədəd boz qapaqlı kardon (qızıl saxlanılan) qutunu könüllü çıxardıb təqdim edir. Həmin qutunun içərisində 08 ədəd ağ rəngli kağıza bükülmüş və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal maddə hissəciklərindən ibarət kütləsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, üzərindən aşkar edilən doqquz bükümdəki “şüşə” kimi bildiyi maddəni xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “Ağ Çiçəyim” adlı şadlıq sarayının arxa hissəsində olan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün hər bir bükümünü 20 manata alaraq üzərində daşımış, eləcə də aşkar edilmiş elektron tərəzi özünə məxsus olmaqla aldığı narkotik vasitənin çəkisini ölçmək üçün istifadə edir. Sonradan təhqiqatşı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldıqda başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması prosesi "Samsung" markalı mobil telefondan istifadə edilərək videoya çəkilmiş və həmin videogörüntü bir ədəd "CD" diskə köçürülərək materiala əlavə edilmişdir. (i.v. 31- 33) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 17 fevral 2022-ci il tarixli 6/951 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N°189" dairəvi möhür əksləri olan zərfdəki 09 ədəd bükümdə (8 ədəd kağız büküm +1 ədəd sellofan büküm) ayrı-ayrılıqda təmiz çəkiləri 0.066 qram, 0.175 qram, 0.147 qram, 0.221 qram, 0.178 qram, 0.151 qram, 0.185 qram, 0.136 qram, 0.142 qram.., ümumi təmiz çəkisi 1,401 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə -metamfetamindir, bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin miqyaslı tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. (i.v. 38-44) “Diskə baxış keçirilməsi barədə” 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Baxış zamanı 06 dəqiqə 34 saniyə çəkiliş aparılmış video görüntüdən görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən özünü və digər proses iştirakçıları olan DİN-in X13 Alayının 6-cı Patrul Bölüyünün polis nəfərləri, polis serjantları Şahid1, Şahid2, Şahid3 və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edir və 16 fevral 2021-ci il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında xidməti otaqda şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində Samsung markalı mobil telelfonla videoçəkilişlə şəxsi axtarışın aparılacağını elan edir. Bundan sonra şübhəli şəxsə özünü təqdim etməsi təklif edilir. Şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs özünü təqdim edərək xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmasını, əvvəllər məhkum olunmadığnı, subay olmasını və Bakı şəhəri ünvan 7 ünvanda yaşamasını bildirir və saxlanılarkən ona heç bir təzyiq və zorakılığın olmadığını bildiri. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra proses iştirakçılarına, eləcə də Təqsirləndirilən şəxs hər hansı bir vəsatət, etiraz və şikayətlərinin olub-olmadığını soruşur, sonuncu və proses iştirakçıları heç bir vəsatət və ya etirazlarının olmadığını bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şübhəli əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilir. Həmin zaman Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən 1 ədəd elektron tərəzi və 1 ədəd kardon qutunu çıxararaq masanın üzərinə qoyur. Təhqiqatçı tərəfindən kardon qutunun qapağı açılaraq içərisinə baxış keçirdikdə orada bir ədəd şəffaf rəngli sellofana və səkkiz ədəd siqaretin ağ rəngli kağızına bükülmüş maddələr aşkar edilir. Hər bir büküm təhqiqatçı tərəfindən ayrıayrılıqda açılaraq içərisinə baxış keçirilir və orada ağ rəngli kristal formasında maddə olması müşahidə edilir. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulur. Təqsirləndirilən şəxs bükümün içindəkinin “şüşə” kimi bildiyi metamfetamin olduğunu, həmin bükümləri xx.xx.2022-ci il tarixdə Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “Ağ Çiçəyim” adlı şadlıq sarayının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və elektron tərəzini isə aldığı metamfetaminin çəkisini ölçmək üçün üzərində gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər təhqiqatçı tərəfindən bağlanılaraq zərfin içərisinə qoyulur, zərf bağlanaraq möhürlə möhürlənir və həmin zərfi iştirakçılar imza edirlər. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə heç bir dəyərli və qanunsuz əşya, pul əskinası aşkar edilmir. Bundan sonra videoçəkilişin başa çatdığı bildirilərək şəxsi axtarış yekunlaşdırılır. (i.v. 106) “Maddi sübut kimi tanınma haqqında” 16 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1,401 qram və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,311 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə hesab edilən metamfetamin, 1 ədəd müvafiq markalanma nişanı olmayan elektron tərəzi və sonuncunun oğlunun üzərinə şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmış 1 ədəd CD disk iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Maddi subut kimi tanınmış ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,311 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd müvafiq markalanma nişanı olmayan elektron tərəzi saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş və şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmışdır. (i.v. 124-125) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2022-ci il tarixli 1023 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixixəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhiükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdlr. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Eiman oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 145-147) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli 1762 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimlyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin məhz hansı müddətdə təyin edilməsi Ambulator məcburi narkoloji tibbi yoxlama komissiyasının səlahiyyətlərinə aid deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 148-149) “Sübutların qiymətləndirilməsi haqqında” 04 may 2022-ci il tarixli qərardan görünür ki, maddi subut kimi tanınma haqqıda qərar, eləcə də maddi subut kimi tanınmış ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,311 qram psixotrop maddə olan metamfetaminin və 1 ədəd müvafiq markalanma nişanı olmayan elektron tərəzinin Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilməsi, habelə şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmış 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsin. Şübhəli və təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında və ona baxış keçirilməsi barədə protokollar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 fevral 2022-ci il tarixli 6/951 nömrəli məhkəmə-kimyəvi, ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli nömrəli 1762 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin xx.xx.2021-ci il tarixli 2454 nömrəli rəyləri əhəmiyyət kəsb edən digər sənədlər iş materialları ilə ziddiyyət yaratmadığından sübut növü kimi qiymətləndirilməlidir. (i.v. 150-160) Məhkəmə, təqsirləndirilən şəxsin üzərində daşıdığı psixotrop maddə hesab olunan metamfetaminin 8 bükümdə olmasını və üzərində bir ədəd elektron tərəzi olmasını həmin psixotrop maddə hesab olunan metamfetamin satmaq niyyəti olmamasına dair ifadəsini cinayət işi üzrə irəli sürülmüş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi özünü müdafiə xarakteri daşımaqla cinayət işi üzrə mötəbər sübutlarla təkzib edildiyinə görə ittihamın həlli üçün kifayət edən sübut növü kimi qəbul edilə bilməz. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə hesab olunan metamfetaminin 8 bükümdə olmasını və üzərində bir ədəd elektron tərəzi olmasını nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 16 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 16) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 16 fevral 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 78-83) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törtəməsinə dair cinayət işi xx.xx.2021-ci il tarixdə məhkəməyə göndərimişdir. (i.v. 101-102) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-68/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 avqust 2021-ci il tarixdən 08 avqust 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 1(004)-68/2022 nömrəli göstərişindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-68/2022 saylı hökmü 09 fevral 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 28 iyun 2022-ci il tarixli 21-1/3-9860 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (ikİ) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs qeydiyyata alınmadığı üçün cəzasının çəkilməmiş hissəsi 02 (ikİ) il 05 (beş) ay 26 (iyirmi altı) gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-68/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. Lakin ona törətdiyi əmələ münasibətdə Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1.311 qram metamfetamin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-68/2022 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1- 1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (01 il 02 ay 28 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş cəzalara qismən birləşdirilərək qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 16 fevral 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə məsrəfini təşkil edən 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-68/2022 saylı hökmü ilə təyin olunmuş və 29 iyun 2022-ci il tarixinə çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (01 il 02 ay 28 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 16 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 1.311 qram metamfetamin məhv edilsin. Maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın Məhkəmə məsrəfini təşkil edən 81 (səksən bir) manat X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar