Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-264/2025 27.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:40 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 2004-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla xəsarətlər alması ilə nəticələnən yol nəqliyyat hadisəsinə səbəb olmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, “X4” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni sürücülük hüququ olmadan idarə etdiyi “ZT125-U” markalı, “Purple Motosikl” modelli 99-C-114 dövlət qeydiyyat nömrə nişanlı motosikletlə 12 may 2024-cü il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında saatda 30/40 km sürətlə hərəkət edərkən «X4» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli kimi tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq qanunun bu tələblərinə riayət etməyib yol hərəkət qaydalarını pozaraq idarə etdiyi “ZT125-U” markalı, “Purple Motosikl” modelli 99 C 114 dövlət qeydiyyat nömrə nişanlı motosikletlə, yolu soldan sağa keşən piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan sonuncuya sağ baldır sümüklərinin orta 1/3-nin açıq yerdəyişən sınığı ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid yol-nəqliyyat hadisəsi törətmiş və «X4» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələri ilə nəzərdə tutulan ittihamda təqsirli bilərək göstərmişdir ki, o, 2023-cü ilin may ayın əvvəlində müvəqqəti yaşamaq üçün anasının yaşadığı ünvana gəlmiş və bir qədər onunla birlikdə yaşamışdır. O, Bakı şəhərində 3 ildir ki tanış olduğuu Xeyrulla adlı tanışıyla münasibətdə olmuşdur. Xeyrulla Tbilisi prospektində yerləşən “Şaurma N°1” restornanında kuryer işləyirmiş. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində 0, dostu Xeyrullanın yanında olan zaman Xeyrulla ondan xahiş etmişdir ki, sifarişi deyilən ünvana çatdrısın. O, nə üçün özü getmədiyini soruşduqda Xeyrulla ona təcili işinin olduğunu və buna görə gedə bilməyəcəyini bildirmişdir. O, dostu ilə razılaşmış və onun idarə etdiyi “ZT 125-U” markalı “Purple Motosikl” modelli 99-C-114 d.v.q.n-lı motosikletinə minmiş və sifarişi çatdırmaq üçün deyilən ünvana getmişdir. Həmin gün o, sifarişi təhvil vermiş və geri qayıtmışdır. 12 may 2024-cü il saat 19 radələrində Xeyrullaya məxsus olan lakin onun tərəfindən idarə olunan “ZT 125-U” markalı “Purple Motosikl” modelli 99-C-114 d.v.q.n-lı motosikletlə Yasamal rayonu, D.Bünyatzadə küçəsi 11D ünvanında yəni “Yasamal Mail” ticarət mərkəzinin qarşısında üzü Mərkəz istiqamətində 30-40 km/saat sürətlə hərəkətdə olarkən anidən yolu soldan sağa keçən piyadanı onu idarə etdiyi motosikletə dəymiş və yerə yıxılmışdır. O, təxminən 15-20 metr məsafədə motosikleti saxlamışdır. Lakin həmin zaman uşağın anasın gəldiyini görüb qorxmuş və motosikleti sürərək getmişdir. O, bu barədə heçkimə məlumat verməmişdir. Motosikleti tanışı Xeyrullaya verən zaman bu barədə heç bir məlumat verməmişdir. Onu təhvil verib yaşadığı ünvana getmişdir. xx.xx.2024-cü il tarixdə 0, evdən çıxdıqdan sonra polis əməkdaşları ona yaxınlaşmışlar və törətdiyi hadisə ilə əlaqədar onu bölməyə aparmışlar. Qeyd etmişdir ki, o, motosikleti idarə edən zaman sürücülük vəsiqəsi olmamışdır və hal-hazırdada yoxdur. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq motosikleti idarə edən zaman onun sürücülük hüququ olmadığını, hadisə törətdikdən sonra heç kimə məlumat vermədiyini, hadisədən əvvəl spirtli içki qəbul etmədiyini, motosikleti idarə edərək heç bir sərnişin və yük olmadığını bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, cavanlığını, hadisənin ehtiyyatsızlıqdan törədilməsini, eləcə də zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödəməsini və ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, 12 may 2024-cü il tarixdə saat 19:30 radələrində Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi ilə anası Şahid2 ilə birlikdə yaşadığı evə tərəf, yəni «Yasamal Mall» ticarət mərkəzi istiqamətində səki ilə piyada hərəkət edirlərmiş. Həmin vaxt anası ona demişdir ki, yolun digər tərəfinə keçib meyvə-tərəvəz mağazasından soruşsun ki, sabaha lavaş lazım olacaqsa anası bişirsin. Beləliklə o, yola daxil olmuş və həmin maqazinə tərəf getmişdir. Soruşduqdan sonra adi yerişlə yolu keçməyə başlamışdır. Bu vaxt onun sağından gələn motosiklet onu vurub asfalt üzərinə yıxmış və dayanmadan sürüb qaçdı. Anası və digər şəxslər onu qaldırıb yolun kənarına qoydular və təcili yardım çağrılaraq anasıyla bilikdə KTM-ə aparmışlar. Orada məlum olmuşdur ki, sağ baldır sümükləri sınmışdır. Xəstəxanada 5 gün qaldıqdan sonra evə buraxılmış, lakin hələ də müalicəsi davam etdirilirmiş. Xəstənadan çıxmamışdan 1 gün əvvəl onu vuran motosikletin sürücüsü xəstəxanaya gəldikdə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Həmin şəxs onun müalicəsinə heç bir yardım göstərməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur, yuxarıda göstərilən ünvanda birlikdə yaşayırlar. O, xx.xx.2014-cü il təvəllüdlü olmaqla ünvan 5əktəbin 4-cü sinif şagirdidir. 12 may 2024-cü il tarixdə işdən çıxıb saat 19:30 radələrində evə yenicə gəlmişdir ki, 2-ci sinifdə oxuyan qızı qaçaraq evə gələrək bildirmişdir ki, oğlu Hüseynbabanı naməlum motosiklet vurub xəsarət yetirərək hadisə yerindən qaçmışdır. O, dərhal evlərinin yaxınlığında olan hadisə yerinə getmiş və həmin anda da təcili yardım maşını çatmışdı. Hüseynbabanı təcili yardım maşınına qoyub birlikdə KTM-ə aprarmışlar. Məlum olmuş ki, onun sağ ayağının hər iki baldır sümükləri sınmışdır. Bir neçə gündən sonra xəstəxanada olarkən onu vuran motosikletin sürücüsü anası ilə birlikdə xəstəxanaya gəlmişdi və onda məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Lakin onlar oğlunun müalicəsinə heç bir yardım göstərməmişlər və həmin şəxsin barəsində şikayətçidir. İfadəsinin sonunda bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmlar və onlara vurulmuş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. O, özü evdə lavaş bişirib müxtəlif mağazalara verirmiş ki, orada satılsın. 12 may 2024-cü il tarixdə o, oğlu Hüseynbaba və digər 2 uşaqlarıyal birlikdə D.Bünyadzadə küçəsi ilə yaşadıqları evə tərəf gedirlərmiş. Təxminən saat 19:30 radələri imiş. “Yasamal Mall» ticarət mərkəzinə yaxınlaşarkən oğlu Hüseynbabaya demişdir ki, yolun digər tərəfinə keçib, meyvə-tərəvəz mağazasından soruşsun ki, sabaha lavaş lazım olacaqdırmı. O, özü isə bir qədər qarşıda hərəkət edirmiş. Hüseynbaba isə yolun digər tərəfinə keçməyə başlamışdır. O, bir neçə addım irəli getmişdir ki, uşağın qışqırtı səsini eşitmiş və çevrilib baxanda isə onun asfalt üzərində yıxılmış olduğunu görmüşdür. O, özü nə baş verdiyini görməmişdir. Lakin ətrafa yığılmış şəxslər dedilər ki, onu motosiklet vurub qaçmışdır. Ətrafda olanlardan kimsə təcili yarldıma zəng vurmuş və tezliklə təcili yardım maşını gələrək KTM-ə getmişlər. Məlum olmuşdur ki, oğlumnun sağ ayağının hər iki baldır sümükləri sınmışdır. 15 may 2024-cü il tarixdə xəstəxanada olarkən onu vuran motosikletin sürücüsü anası ilə birlikdə xəstaxaya gəlmişdi və onda məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Lakin onlar oğlunun müalicəsinə heç bir yardım göstərməmişlər.Hazırda təqsirləndirilən şəxsla barışmışlar, heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, “ZT 125-U” markalı “Purple Motosikl” modelli 99-C-114 dövlət qeydiyyat nişanlı motosiklet ona məxsusdur, ABC kateqoriyalı sürücülük vəsiqəsi olmaqla həmin motosikletlə Həsən Əliyev küçəsi 2 ünvanda yerləşən «Şaurma 1»-də kuryer işləməklə istifadə edirmiş. Təqsirləndirilən şəxs ilə əvvəllər qonşu obyektdə işləməklə xeyli müddətdir ki, tanıyırmış. 12 may 2024-cü il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, işlədiyi obyektdə sifarişi var, lakin öz motosikleti cərimə meydançasında olduğundan onun motosikletini həmin sifarişi çatdırmaq üçün ona versin. O, aralarında olan münasibətə görə etiraz etməyib motosikletini ona vermişdir ki, sifarişini çatdırsın. Kənan təxminən 2 saat sonra motosikleti ona qaytarmış və ona hadisə törətməsi barədə heç nə deməmişdir. 13 may 2024- cü ildə isə o, işdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq həmin motosikletin ona məxsus olub-olmasını soruşdular və həmin motosikletin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları bildirmişlər ki, həmin motosikletə 12 may 2024-cü il tarixdə saat təxminən 19 radələrində Yasamal rayonu, D.Bünyadzadə küçəsində yolu keçən piyadanı vurub qaçmışdır. O, bildirmişdir ki, həmin vaxt motosikleti tanışı Təqsirləndirilən şəxs vermiş və onun işlədiyi yeri polis əməkdaşlarına göstərmişdir. Bununla əlaqədar motosikleti cərimə meydançasına aparmışlar. Bu barədə başqa məlumatım yoxdur. Verilmiş suallara cavab olaraq baş vermiş hadisə ilə əalqədar heç bir şikayət və tələbin olmadığını, Təqsirləndirilən şəxs sürücülük vəqisədi olmadığı barədə məlumatı olmamasını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01). “Baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri Yasamal rayonu, D.Bünyatzadə küçsəi 11D ünvanında baş vermiş, həmin yerdə yolun iki hərəkət istiqaməti, dörd hərəkət zolağı mövcuddur. (İ/V. 07-12). “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “ZT 125-U” markalı “Purple Motosikl” modelli 99 C 144 dövlət qeydiyyat nişanlı motosikletlə 30-40 km/saatda Yasamal rayonu, D.Bünyatzadə küçəsi ilə üzü “Mərkəz” istiqamətində hərəkətdə olduğunu, yolu soldan sağa piyada keçən azyaşlı uşağı vurduğunu bildirərək əyani olaraq təsvir etmişdir. (İ/V. 120-121). “Baxış keçirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “ZT 125-U” markalı “Purple Motosikl” modelli 99 C 144 dövlət qeydiyyat nişanlı motosikletə baxış keçriilmiş və baxış zamanı müəyyən edilmişdir ki,motosiklet metallik rənglidir. Motosikletin qabaq hissəsinin sağ yan hissəsində zədələr olması müşahidə edilmişdir. Cinayət işi üzrə “ZT 125-U” markalı “Purple Motosikl” modelli 99 C 144 dövlət qeydiyyat nişanlı motosiklet sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanlnmış və sahibi Şahid1 geri qaytarılması nəzərə alınmışdır. (İ/V. 23-25). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 xx.xx.2024-cü il tarixli 193 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs adına KTM-də tərtib edilmiş xəstəlik tarixində qeyd olunan xəsarət- sağ baldır sümüklərinin orta 1/3-nin açıq yerdəyişən sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilrədi, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. (İ/V 28-31). Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməyib. (İ/V. 80). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 5 avqust 2024-cü il tarixli 8/1892 saylı rəyindən görünür ki, Zontes markalı, 99-C-114 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X4” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətləri “X4” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “X4” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzlu olmuşdur. (İ/V 83-85). “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsindən həmin Məcəllənin 263-1.2 və 264-cü maddələrinə tövsif edilmişdir. (İ/V. 89). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 101-102). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 116-118). BB346757 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “ZT 125-U” markalı “Purple Motosikl” modelli 99 C 114 dövlət qeydiyyat nişanlı motosikletin mühərrikinin iş həcmi 125 kubdur. (İ/V. 68). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V 41). Zərəçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxs oğlu tərəfindən onlara vurulmuş zərər tamamilə ödənilmişdir və onunla barışmışdırlar. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayıət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci və 264-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun həmin cinayətləri törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “X4” Azərbaycan Respublikası Qanununun: 36-cu maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 33-cü maddəsinin İV hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; 17-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.11, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrindispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPMin 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Biri biri ilə əlaqədar olmayan və müxtəlif vaxtlarda yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması qeyd edilən maddələrdə nəzərdə tutulmuş eyni nəticələrə səbəb olduqda törədilmiş əməllər CM-nin həmin nəticəyə görə məsuliyyət müəyyən edən müvafiq maddəsi ilə, belə əməllərin hər birisi müxtəlif nətiəcələrə səbəb olduqda isə həmin əməllər cinayətlərin məcmusu qaydasında tövsif edilir. 4 və 22-ci bəndlərində tövsiyə edildiyi kimi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014cü il tarixli qərarında qeyd edilir ki, CM-in 263-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli insanların həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəldiyi üçün bu cinayətin tərkibinin, xüsusilə də onun subyektinin düzgün müəyyən olunması böyük əhəmiyyət kəsb edir. CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda, CM-in qeyd olunan maddələri ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətlərin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitələrini idarə edən şəxs ola bilər. Bununla yanaşı, CM-in 263-1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda pozan nəqliyyat vasitələrini idarə edən şəxsdir. Bu cinayətin digər subyekti isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsdir. “X4” Azərbaycan Respublikası Qanununun normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Beləliklə, CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, törətdiyi əməlindən peşman olmasını bildirməsini, cinayətin hadisələrin təsadüfi axarı zəminində törədilməsi, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini və dəymiş ziyanın tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə bu Bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1.-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış ZT125-U markalı, “Purple Motosikl” modelli 99-C-114 dövlət nömrə nişanlı motosikletin sahibinə qaytarılması nəzərə alınmalı, eləcə də iş üzrə məhkəmə yol nəqliyyat ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-264/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 20 (iyirmi) iş saatına bərabər hesab edilərək, göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azəraycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın və ona qəti olaraq 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış ZT125-U markalı, “Purple Motosikl” modelli 99-C-114 dövlət nömrə nişanlı motosikletin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə yol nəqliyyat ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-264/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-264/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver