Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-265/2024 05.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 36 saylıVəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1990-ci il tarixdə Bakı şəhərində doğulmuş,, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli olmaqla himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi 1-ci Mədən, 8-ci Korpus, ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məh kəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, "xxxx" MMC-yə məxsus “Oba Nizami 2” mağazasında adminstrator vəzifəsində işlədiyi müddətdə ona etibar edilmiş özgə əmlakının xeyli miqdarda olan hissəsini müxtəlif vaxtlarda öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN: **********) ünvan 3 ünvanında yerləşən, “OBA Nizami 2” filialında administrator vəzifəsində işlədiyi dövr ərzində öz qulluq mövqeyindən istifadə edərək əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, eləcə də cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş mağaza administratorunun vəzifə təlimatına əsasən anbarın və satış zalının təmiz, nizamlı və əskiksiz olmasına, kassa əməliyyatlarına, kassaların təhvil-təslim prosesində iştirak və əməliyyatların doğru aparılmasına nəzarət edilməsi, mal qəbulu əməliyyatlarının həyata keçirilməsi, mal qəbulu zaman baş verən problemlərin həlli üçün müvafiq strukturlara müraciət edilməsi, satış zamanı alınan məhsulların qaytarılma, dəyişdirilmə prosesinin doğru edilməsinə nəzarət edilməsi, mağazanın sayılması üçün lazımı tədbirlərin görülməsinin təşkil edilməsi, qəbul edilən məhsulların sayını, satışa yararlığının yoxlanılması, mağaza büdcəsi, sifariş, xərclər, qalıq hesabatlarının, habelə işəgötürənə ziyan vurma hallarına yol verilməməsi və digər işlərin görülməsinin ona həvalə edilməsinə baxmayaraq tamah niyyətilə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəyərək talamaq məqsədilə həmin müddətdə mağazanın inventarında olan satış üçün tam maddi məsuliyyətinə götürdüyü 141.679,(8 (yüz qırx bir min alt yüz yetmiş doqquz manat səkkiz qəpik) manat dəyərində məişət və qida məhsullarının xeyli miqdar təşkil edən 10.039,72 (on min otuz doqquz manat yetmiş iki qəpik) manat dəyərində olan hissəsini müxtəlif vaxtlarda mağazadan çıxararaq kassaya mədaxil etmədən istintaqa məlum olmayan digər şəxslərə satmaqla əldə etdiyi həmin pul vəsaitini özünün şəxsi ehtiyaclarına sərf edərək ona etibar edilmiş "xxxx" MMC-nin “OBA Nizami 2” filialına məxsus 10.039,72 (on min otuz doqquz manat yetmiş iki qəpik) dəyərində özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirli olması iş materiallarında sübutlarla sübuta yetirilməmiş və onun təqsirli olması qənaətinə gələrkən istintaq orqanının istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməklə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, qeyd edilən əməlləri törətməmişdir. Onun ali təhsili yoxdur, otra məktəbdə cəmi ikinci sinifə kimi oxumuşdur, mətn yazmaqda və oxumaqda çətinlik çəkir. Buna baxmayaraq o, 2019-cu ilin dekabr ayında "xxxx"ə satıcı-kassir kimi işə düzəlmişdir, həmin MMC-yə məxsus müxtəlif ərazilərdə yerləşən mağazalarda işləmişdir. Sonuncu dəfə işlədiyi yəni onun müdiri olduğu mağaza Nizami metrosunun yaxınlığında “Qoç Ət” restoranı ilə üzbəüz yerləşmişdir. Mağazaya gün ərzində 2000-2500 nəfər insan daxil olmuşdur və bunların 700-750 nəfəri müştəri olurmuşdur. Həmin ərazidə narkomanlar çox olduğu üçün mağazaya girənlərin çoxu narkomanlar olur və ona görə də xeyli sayda xırda oğurluq hadisələri olmuşdur. Eyni zamanda kassir işləyən işçisi də dəfələrlə mağazaya məxsus ümumilikdə 200-300 manat dəyərində məhsulları sataraq pulu kassaya vurmaması halları olmuşdur. Bu barədə o, dəfələrlə rəhbərliyə şifahi məlumatlar vermişdir. Onun tərəfindən ünvan 3 ünvanında yerləşən, “OBA Nizami 2” filialında müdir işlədiyi zaman 10.039,72 (on min otuz doqquz manat yetmiş iki qəpik) manat dəyərində malların mağazadan çıxararaq kassaya mədaxil etmədən hansısa şəxslərə satması və əldə etdiyi həmin pul vəsaitini özünün şəxsi ehtiyaclarına sərf etməsi ilə bağlı deyilənlər şər və böhtan olmaqla yalandır. Bunu o, ibtidai istintaq zamanı müstəntiqə də demişdir. Daxili nəzarətin yoxlaması zamanı da onun ittiham edilən cinayəti törətməsinə dair hər hansı bir sübut aşkar olunmamışdır. Kamera görüntülərində də onun cinayət törətməsi ilə bağlı heç bir görüntü mövcud deyildir. "xxxx"in rəhbərliyi onun savadsız olmasından istifadə etməkə orada olan catışmazlığı onun üzərinə yıxmaq istəyir. İfadəsinin sonunda qeyd olunanları nəzərə alaraq ona qarşı verilmiş mülki iddianın rədd edilməsi və barəsində başlanılmış cinayət işinə xitam verilməsi ilə əlaqədar ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadə arasında “ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməsi”, yəni 10.039,72 (on min otuz doqquz manat yetmiş iki qəpik) manat dəyərində malların mağazadan çıxararaq xatırlamadığı şəxslərə satması, həmin pulları şəxsi ehtiyaclarına sərf etməsi ilə bağlı hissəsində yaranan fərqliliklə əlaqədar ifadələri həmin hissələrdə elan olunmuş və Təqsirləndirilən şəxs müstəntiqə verdiyi ifadələrdə belə sözlər işlətmədiyini, müstəntiqin kompyuterdə onun ifadəsini yazdıqdan sonra onu oxumadan qol çəkdiyini, həmin ifadələri təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadələri təsdiq etməsini bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, orta məktəbdə cəmi iki sinif oxuduğundan latın qrafikası ilə olan yazıları çətinliklə oxuyur və yazır. Həmçinin müstəntiqin ona Oba markertin hesabına 100 manat ödəyəcəyi təqdirdə ona bu işdə köməklik ola biləcəyini bildirdiyi üçün o da həmin məbləği ödəmişdir. O, hazırda məhkəmə iclasında həqiqəti söyləyir, ibtidai istintaq zamanı verdiyi kimi qeyd edilmiş etirafedici ifadəsindən məhkəmədə xəbəri olmuşdur, ona görə də, ondan imtina edir, hazırkı iş üzrə onun heç bir günahi yoxdur və əsassız yerə məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-də satıcı kassir kimi işə başlamış, işə daxil olan zamanı əmək müqaviləsi ilə bir yerdə tam maddi məsuliyyətlə də razılaşmış və imzası ilə təsdiq etmiş, xx.xx.2020-ci il tarixdən isə “Oba Nizami 2” filialına mağaza adminstratoru vəzifəsinə təyin olunmuş, həmçinin bu zaman sonuncunun əmək müqaviləsinə dəyişiklik edilmiş və tam maddi məsuliyyətlə müqaviləsi bağlanmışdır. Təhvil-təslim aktı imzalanaraq "Oba Nizami 2” mağazası Təqsirləndirilən şəxs təhvil verildikdən sonra o mağaza adminstratoru kimi işə başlamışdır. Həmin akta görə təhvil veriləcək mağaza üzrə hesabat aparılır və əksiksiz formada mağaza növbəti şəxsə təhvil verilir. “Oba Nizami 2” mağazasını Təqsirləndirilən şəxs təhvil verməmişdən əvvəl inventarizasiya yoxlaması keçirilmiş və heç bir əksiklik aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs mağazada işlədiyi müddətdə şirkətin inventarizasiya şöbəsi tərəfindən qısa müddətlik aralıqlarla mağaza yoxlanılmış və əksiklik olduğu müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən inventarizasiya yoxlamasında 2499,35 manat, xx.xx.2022-ci il tarixdə keçirilən inventarizasiya yoxlamasında isə 7540,46 manat olaraq, cəmi 10.039,72 manat əksik olduğu müəyyən olunmuşdur. Şöbənin verdiyi yoxlama aktlarının nəticəsində xx.xx.2023-cü il tarixdə auditora müraciət olunmuş və audit yoxlaması həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixdə auditin keçirdiyi araşdırmalar nəticəsində həmin mağazada Təqsirləndirilən şəxs hesabında 10.039,72 manat əksik olduğu aşkar olunmuşdur. Buna görə də dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxlamış, lakin, sonuncu vurulmuş ziyanla bağlı ödəniş etməmişdir. Ona görə də sonuncunun barəsində "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi kimi rayon prokurorluğuna müraciət etmişdir. Cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs mağazada olan məhsulları kassaya mədaxil etməyərək satmış və həmin məhsulların satışından əldə etdiyi pul vəsaitlərini öz şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının digər nümayəndəsi X6 Təqsirləndirilən şəxs barəsində ittiham hökünün çıxarılmasını və tərəflərindən verilmiş mülki iddianın tam təmin edilməsi ilə bağlı qərar qəbu edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-nə məxsus “Oba Nizami 2” mağazasında təxminən qırx-qırx iki gün müddətində işləmişdir və daha sonra öz ərizəsinə əsasən işdən azad edilmişdir. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir mənimsəmə faktının törədilməsinin şahidi olmamışdır. Hazırki işlə bağlı o, Yasamal rayon prokurorluğuna çağırılmış və orada digər şahid Aqşin adlı şəxslə birlikdə olmuşdur. Orada verdiyi ifadəsində də bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir mənimsəmə faktının şahidi olmamışdır. Müstəntiq daha sonra ona elektron çap qaydasında yazılmış mətni vermiş və göstərilən yerləri imzalamasını bildirmişdir. O da həmin kağızda yazılmış mətni oxumadan imza etmişdir.O hesab etmişdir ki, müstəntiq onun dediklərini düzgün olaraq ifadəsində qeyd etmişdir. Şahid ona verilmiş suala cavab olaraq bildirmişdir ki, “mən prokuroqluqda da bildirmişəm ki, mən Təqsirləndirilən şəxs oğurluq etməsini görməmişəm, mən sadəcə demişəm ki, mən işdən çıxandan sonra uşaqlardan (əvvəlki iş yoldaşlarını nəzərdə tutur) eşitmişəm ki, mağazada sayım olub və nəticədə əskik gəlib bu qədər”, “məni çağırdılar prokurorluğa orda Aqşin adlı bir nəfər şəxs də vardı bizdən soruşdular ki, oğurluğu görmüsünüz dedik ki, xeyr görməmişik”, “sonra orda mətn şəklində elektron formada yazılı kağız var idi dedilər adını familyanı yaz qol çək məndə elə etdim”. Məhkəmədə Şahid3 verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında yaranan ziddiyyətlə əlaqədar onun cinayət işinin materiallarında olan ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, “Təqsirləndirilən şəxs “Oba Nizami 2” mağazasında admistrator vəzifəsində işləmişdir. Onun mənimsəmə etməsinin mən birbaşa şahidi olmuşam. Bilirdim ki, onun mağazada kəsrləri olmuşdur. Belə ki, gördüklərimə görə Təqsirləndirilən şəxs mağazanın deposunda olan malları götürmüş, başqa şəxslərə satmışdır. Həmçinin mağazadakı malları alıcılara nisyə verərək sonradan oradan götürdüyü pulları da öz cibinə qoyub mənimsəmiş, təhlükəsizlik kameralarını söndürüb mağazadakı malları çıxarıb aparıb başqa adamları satırdı. Bundan başqa qiyməti 5 manata olan məhsulu 2, 3 manata satıb mənimsəmə etmişdir. Satılan məhsula görə alınan pulu kassaya mədaxil etməyərək öz cibinə qoymasını da eşitmişəm.” Şahid3 məhkəmədə elan olunan ifadəni təsdiq etməmiş, müstəntiqə belə bir məzmunda ifadə vermədiyini, sadəcə olaraq həmin mətni oxumadan imza edərək prokurorluğun inzibati binasını tərk etmişdir. İbtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarına əlavə olunmuş ifadənin sonundakı imza ona məxsus olsa da, həmin ifadəni təsdiq etmir, məhkəmədə verdiyi ifadə doğrudur, həmin ifadəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir, o, "xxxx" MMC-nə məxsus “Oba Nizami 2” mağazasında təxminən bir həftə yəni səhv etmirsə 2021-ci ili sentyabrın ayının 24-dən oktyabr ayının 3-nə kimi işləmişdir.Yasmal rayon prokurorluğuna dəvət etdikləri üçün ora getdiyini orada ona Təqsirləndirilən şəxs tərəfindən oğurluq etməsini görüb görməməsini soruşduqda o bildirmişdir ki, elə bir halın şahidi olmamışdır, heç nə görməmişdir. Həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxs bir həftə işlədiyi müddət ərzində cəmi bir dəfə günorta vaxtı görmüşdür.Bundan sonra müstəntiqin köməkçisi kompyuterdə yazılmış sənəd çıxardı və dedi ki, sənin bildirdiklərini burada yazmışam imzala o da həmin sənədi oxumadan imzalamışdır. Şahid ona verilmiş suala cavab olaraq bildirmişdir ki, “mən prokuroqluqda olanda məndən soruşdular ki, danış görək necə olub siz bir yerdə işləmisiniz oğurluq edəndə görmüsən Valehi?.” Mən isə bildirdim ki, cəmi bir həftə işləmişəm orda və Valehin oğurluq etməsini görməmişəm. Sadəcə eşitmişəm ki, kəsiri gəlib mallar sayılanda. Başqa bir şey orda olmayıbdır, mən başqa bir şey görməmişəm. Bundan sonra kompyuterdə yazılan sənəd çıxardılar və dedilər ki, sən dediklərini yazmışıq imzala mən də oxumadan imzaladım. Bir dənə ona fikir verdim ki, orada hazır yazılı sənəd vardı, bir dənə adı və soy adı dəyişdirdi dedi ki, imzala. Mənimlə bərabər orada Rasım adlı bir şəxsdə vardı (iş üzrə digər şahidi nəzərdə tutur) mən də o da eyni izahata qol çəkmişik. Müstəntiq deyirdi ki, ikinizdə eyni ifadəni vermisiniz. Məhkəmədə Şahid5 verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında yaranan ziddiyyətlə əlaqədar onun cinayət işinin materiallarında olan ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, “Təqsirləndirilən şəxs “Oba Nizami 2” mağazasında admistrator vəzifəsində işləmişdir. Onun mənimsəmə etməsinin mən birbaşa şahidi olmuşam ki, mağazadan mənimsəmə etmişdir. Belə ki, gördüklərimə görə Təqsirləndirilən şəxs mağazanın deposunda olan malları götürmüş, başqa şəxslərə satmışdır. Həmçinin mağazadakı malları alıcılara nisyə verərək sonradan oradan götürdüyü pulları da öz cibinə qoyub mənimsəmiş, təhlükəsizlik kamerlarını söndürüb mağazadakı malları çıxarıb aparıb başqa adamları satırdı. Bundan başqa qiyməti 5 manata olan məhsulu 2, 3 manata satıb mənimsəmə etmişdir. Satılan məhsula görə alınan pulu kassaya mədaxil etməyərək öz cibinə qoymasının da şahidi olmuşam.” Şahid5 məhkəmədə elan olunan ifadəni təsdiq etməmiş, müstəntiqə belə bir ifadə vermədiyini, sadəcə olaraq həmin mətni oxumadan imza etdiyini bildirmişdir. Daha sonra bildirmişdir ki, istintaq zamanı onun adından qeyd olunan ifadələr yalandır və o elə bir ifadə verməmişdir. İbtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarına əlavə olunmuş ifadənin sonundakı imza ona məxsus olsa da, həmin ifadəni təsdiq etmir, məhkəmədə verdiyi ifadə doğrudur, həmin ifadəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir, o, iki il bundan əvvəl tələbə olarkən "xxxx" MMC-nə məxsus “Oba Nizami 2” mağazasında kassada işləmişdir. Gündüz vaxtları universitetdə dərsdə olduğu üçün o, gecə saat 22:00dan səhər 08:00-a kimi gecə növbəsində işləmişdir. İşlədiyi müddət ərzində Təqsirləndirilən şəxs oğurluq etməsini görməmişdir, istintaq zamanı onun əleyhinə ifadə verməmişdir.Təqsirləndirilən şəxs cəmi üç və ya dörd dəfə görmüşdür.Şahid həmçinin qeyd etmişdir ki, o, gecə növbəsində yəni gecə saat 22:00-dan səhər 08:00-a kimi işlədiyi üçün Təqsirləndirilən şəxs isə işə gündüz vaxtı yəni gündüz saat 10-dan axşam saat 18dək işlədiyi üçün onu görməsi fiziki mümkün olan hal deyildir. Şahid ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs mağazadan hər hansı bir mənimsəmə faktına şahid olmamışdır. Şahid həmçinin qeyd etmşdir ki, “Məndən izahatı müstəntiq yox, özünü onun köməkçisi kimi təqdim edən şəxs almışdır, mən demişəm ki, bu adamı cəmi üç və dörd dəfə görmüşəm, mən onun barəsində nə deyə bilərəm ki, mən gecə növbəsində işlədiyim üçün onu necə görə bilərəm ki, gecə gəlib səhər 8-də gedirəm dərsə mən onu necə görə bilərdim axı”.”Mən prokurorluqda demişəm ki, mən ordan işdən çıxandan sona eşitmişdim ki, mağazada on iki min kəsir çıxıbdır vəssalam.” Daha sonra ona bildirmişlər ki, izahatı onun dediyi kimi kompyuterdə yazmışlar və göstərilən yerləri imzalamalıdır. O da izahatı oxumadan imza edərək prokurorluğun inzibati binasını tərk etmişdir. Məhkəmədə Şahid4 verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında yaranan ziddiyyətlə əlaqədar onun cinayət işinin materiallarında olan ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, “Təqsirləndirilən şəxs “Oba Nizami 2” mağazasında admistrator vəzifəsində işləmişdir. Onun mənimsəmə etməsinin mən birbaşa şahidi olmuşam. Bilirdim ki, onun mağazada kəsrləri olmuşdur. Belə ki, gördüklərimə görə Təqsirləndirilən şəxs mağazanın deposunda olan malları götürmüş, başqa şəxslərə satmışdır. Həmçinin mağazadakı malları alıcılara nisyə verərək sonradan oradan götürdüyü pulları da öz cibinə qoyub mənsiməmiş, təhlükəsizlik kamerlarını söndürüb mağazadakı malları çıxarıb aparıb başqa adamları satırdı . Bundan başqa qiyməti 5 manata olan məhsulu 2, 3 manata satıb mənimsəmə etmişdir. Satılan məhsula görə alman pulu kassaya mədaxil etməyərək öz cibinə qoymasını da eşitmişəm.” Şahid4 məhkəmədə elan olunan ifadəni təsdiq etməmiş, müstəntiqə belə bir ifadə vermədiyini, sadəcə olaraq həmin mətni oxumadan imza etmişdir. İstintaq zamanı onun adından qeyd olunan ifadələr yalandır və o elə bir ifadə verməmişdir. İbtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarına əlavə olunmuş ifadənin sonundakı imza ona məxsus olsa da, həmin ifadəni təsdiq etmir, məhkəmədə verdiyi ifadə doğrudur, həmin ifadəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə Azərbaycan Respublikası CPMnin 329-cu maddəsinə uyğun olaraq iş üzrə şahid qismində keçən Şahid1 Cəmalləddin oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və həmin ifadə əsasında müəyyən edilmişdir ki, o, "xxxx" MMC-də inventarizasiya şöbəsinin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Oba Nizami 2” mağazasında adminstrator kimi işə başlamış, sonuncu işə daxil olarkən, əmək müqaviləsi ilə bir yerdə tam maddi məsuliyyətlə də razılaşmış və imzası ilə təsdiq etmişdir. “Oba Nizami 2” mağazası Təqsirləndirilən şəxs təhvil verməmişdən əvvəl yoxlama keçirmiş və heç bir əksik olmadan sonuncuya təhvil vermişlər. xx.xx.2021 -ci il tarixdə keçirilən inventarizasiya yoxlamasında 2499,35 manat, xx.xx.2022-ci il tarixdə keçirilən inventarizasiya yoxlamasında isə 7540,46 manat olaraq, cəmi 10.039,72 manat əksik olduğu müəyyən olunmuşdur. Şöbənin verdiyi yoxlama aktlarının nəticəsində xx.xx.2023-cü il tarixdə auditora müraciət olunmuş və audit yoxlaması həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixdə auditin keçirdiyi araşdırmalar nəticəsində həmin mağazada Təqsirləndirilən şəxs hesabında 10.039,72 manat əksik olduğu aşkar olunmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə Azərbaycan Respublikası CPMnin 329-cu maddəsinə uyğun olaraq iş üzrə şahid qismində keçən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və həmin ifadə əsasında müəyyən edilmişdir ki, o, sərbəst auditor kimi fəaliyyət göstərir. "xxxx" MMC tərəfindən ona təqdim olunmuş sənədlərdə, yəni əmək müqaviləsi və tam maddi məsuliyyətlə bağlı müqavilədə, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Oba izami 2” mağazasında adminstrator vəzifəsində işlədiyi qeyd olunmuşdur. "Oba Nizami mağazası üzrə Təqsirləndirilən şəxs tam maddi məsul şəxs olmuşdur. "xxxx" MMC-nin səlahiyyətli nümayəndələri bu işlə bağlı xx.xx.2023-cü il tarixdə müraciət etmiş, təqdim olunmuş sənədləri və 2 inventarizasiya yoxlamasını müşahidə etmiş, araşdırmasını apardıqdan sonra xx.xx.2023-cü il tarixdə audit rəyi tərtib etmiş və MMC-yə təqdim etmişdir. Apardığı araşdırma zamanı, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi ünvanında yerləşən “Oba Nizami 2” mağazasının adminstratoru Təqsirləndirilən şəxs öhdəliyində olan məbləğdən 10.039,72 (on min otuz doqquz manat yetmiş iki qəpik) manat dəyərində olan məhsulun əksik olduğunu müəyyən etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də daxili nəzarət şöbəsində işləyir. Onlar hər 3-4 aydan bir mağazaların inventarını yoxlayır və əksiklik olarsa bununla bağlı akt tərtib edirlər. "xxxx" MMC-nə məxsus “Oba Nizami 2” mağazasında xx.xx.2021-ci il tarixdə keçirilən inventarizasiya yoxlamasında 2499,35 manat, xx.xx.2022-ci il tarixdə keçirilən inventarizasiya yoxlamasında isə 7540,46 manat olaraq, cəmi 10.039,72 manat əksik olduğu müəyyən olunmuşdur. Bununla bağlı kamera görüntülərinə baxış keçirilmiş lakin kamera görüntülərinin saxlama müddəti məhdud olduğuna görə heç bir şey aşkar etmək mümkün olmamışdır. Onlar sadəcə olaraq mağazanın məhsul stokunda yaranmış kəsri müəyyən etmişlər və bununla bağlı rəhbərliyə məlumat vermişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: 26 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. (1-ci Cild, İ/V. 1). Sərbəst auditor Şahid2 tərəfindən tərtib edilmiş 17 iyul 2023-cü il tarixli audit rəyindən görünür ki, "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən “Oba Nizami 2” mağazada adminstrator vəzifəsində çalışmış Təqsirləndirilən şəxs öhdəliyində olan maddiyyatdan 10039,72 (on min otuz doqquz manat yetmiş iki qəpik) dəyərində əskik gəlmiş ərzaq və qeyri ərzaq malları, ümumilikdə 10039,72 manat ziyan vurulmuşdur. (1-ci Cild, İ/V. 113-121). 2 nömrəli X1 daxil olmuş xx.xx.2024-cü il tarixli, 1/1024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır. (1-ci Cild, İ/V. 52). 3 saylı şəhər poliklinikasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 1/8-1-1 -1/2- 61/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs poliklinikanın ruhiəsəb kabinetində qeydiyyatda olmamışdır. (1-ci Cild, İ/V. 38-40). Psixi Sağlamlıq Mərkəzi X9 daxil olmuş xx.xx.2024-cü il tarixli, 1526 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hajzırda baza məlumatlarına əsasən PSM-nə müraciət etməmişdir. (1-ci Cild, İ/V. 41-42). Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 28.02.2 024-cü il tarixli, 1680 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır. (2-ci Cild, İ/V. 45). Yasamal RİH tərəfindən tərtib edilmiş xx.xx.2024 tarixli, 5- 21/2-288/24 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1992-2022-ci illər ərzinaə Yasamal rayonu, M.Muxtarov 182 ünvanında yaşamış, lakin, 2022-ci ildə məhkəmə qərarına əsasən qeydiyyatdan çıxarılmış və 2015-ci ildə ünvanın sökülməsi ilə əlaqədar olaraq ünvanda yaşayışı yoxdur. Vətəndaşın və ailəsi barədə qeydiyyatda olduğu müddətdə 40 saylı MKİS-nə heç bir şikayət ərizəsi daxil olmamışdır. (2-ci Cild, İ/V. 49-51). Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən tərtib edilmiş xx.xx.2024 tarixli, 2-2/321/2-005685/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs adına DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. (1-ci Cild, İ/V. 163-164). 917487 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X5 adlı 1 azyaşlı övladı vardır. (2-ci Cild, İ/V. 28). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8 yanvar 2024-cü il tarixli 1971-ş-23 nömrəli ekspertiza rəyindən görünür ki, “Aktivlər üzrə inventarizasiya nəticəsinə dair yekun aktlar”, qaimə fakturalar, malların təhvil-qəbul aktları, təhvil-təslim aktları və sərbəst auditor Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli “Auditor Hesabatı”nı tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən əsaslı hesab edildiyi təqdirdə “OBA-Nizami 2” (704) saylı mağazada yaranmış çatışmazlıq 10.039,72 manat məbləğində müəyyən olunur. Əmələ gələn çatışmazlıqla bağlı kimin öhdəliyinin yaranması və bu çatışmazlığa görə kimin məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir.(1-ci Cild, İ/V. 140-144). xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (2-ci Cild, İ/V. 1-2). xx.xx.2024-cü il tarixli “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (2-ci Cild, İ/V. 29- 30). İş materilına əlavə edilmiş qəbzdən görünür ki, araşdırma zamanı şahid qismində iştirak edən Təqsirləndirilən şəxs tərəfindən Oba Marketin hesabına 100 manat məbləğində pul vəsaiti ödənilmişdir. (1-ci Cild, İ/V. 241-242). İş materiallarında olan 29 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Yasamal rayon prokurorluğu tərəfindən Yasamal rayon Polis İdarəsinə və Yasamal RPİ-nin 27-ci PB-nə əməliyyat tapşırığı göndərilmişdir və Təqsirləndirilən şəxs tərəfindən mağazada olan məişət və qida məhsularını satdığı şəxslərin yerini və şəxsiyyətini müəyyən edilməsi xahiş olunmuşdur. (1-ci Cild, İ/V. 160-162). İş materiallarında olan 21 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Yasamal RPİ-nin 26-cı PB-si əməliyyat tapşırığının cavabı olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən mağazada olan məişət və qida məhsularını satdığı şəxslərin yerini və şəxsiyyətini müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülsə də tapılması mamkün olmamışdır. (2-ci Cild, İ/V. 37). Məhkəmə hazırkı cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinin, ekspertiza və audit rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham elan edərkən ittihamın əsasını sonuncunun ibtidai istintaqda verdiyi etirafedici ifadələri də təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə, həmin ifadəni təsdiq edən hər hansı digər sübut olmadan birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Belə ki, Cinayət-Prosessual qanunvericiliyin tələblərinə görə təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini iş materialları və xüsusən məhkəmə istintaqı zamanı bilavasitə dindirilmiş şahidlərin (Şahid5, Şahid3 və Şahid4) ifadələri ilə müqayisəli şəkildə təhlil edərək, toplanmış materialların məcmusuna qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirsizliyinə dair məhkəmə istintaqında verdiyi ifadələrində göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunur, ona görə də ibtidai araşdırma orqanı tərəfindən toplanmış sübutların məcmusu, onun ittiham olunan cinayət əməlində təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Digər tərəfdən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirmişdir ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində öz təqsirini etiraf etməmişdir, qeyd edilən məzmunda ifadə verməmişdir, sadəcə olaraq orta məktəbdə iki sinif oxuduğundan savadsızdır, ifadəni oxumadan ona imza etmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin gətirdiyi bu dəlil ağlabatan və inandırıcıdır, belə ki, cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir yazı yazarkən həmin yazını bütün hərflərini böyük hərflərlə yazmaqla bərabər onları çap hərfləri ilə yazmışdır. Belə olan halda məhkəmə öz daxili inamını rəhbər tutaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsinin məhz ittihamın qəbul edilməsi ilə deyil yəni özünü təqsirli bilməsi deyil əksinə təqsirli bilməməsi ilə bağlı olmuşdur. Məhkəmə bu qənaətini eyni zamanda onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs məhkəmə baxışının ilk günündən ibtidai istintaq dövründə də özünü təqsirli bilməməsi ilə bağlı ifadə verdiyini israrla bildirmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrinin təhrif olunmuş formada yazılması (cinayətin törədilməsini etiraf etmədiyi halda onun tərəfindən etiraf etdiyi yazılması) ilə bağlı gətirdiyi dəlillərini inandırıcı və işin hallarına uyğun hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarında əks olunan mövqeyə görə “cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalıdır”. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini inandırıcı hesab edir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələr sübut kimi qiymətləndirilərək, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri digər sübutlarla təsdiq edilmədiyindən sonuncuya qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən ittihamın digər bir əsasını Şahid5, Şahid3 və Şahid4 ibtidai istintaqda verdikləri şahid ifadələri də təşkil etmişdir. Belə ki, ibtidai istintaq orqanı irəli sürdüyü ittihamı cinayətin törədilməsini bilavasitə təsdiq edən, yəni baş vermiş cinayət hadisəsini bilavasitə görmüş şəxslər Şahid5, Şahid3 və Şahid4 şahid ifadələri əsasında təsdiq olunduğu qənaətinə gəlinmişdir və həmin ifadələr cinayətin törədilməsində birbaşa sübut kimi qiymətləndirilərək Təqsirləndirilən şəxs qarşı hazırkı ittiham irəli sürmüşdür. Lakin məhkəmə istintaqı zamanı cinayət prosesinin bütün iştirakçılarının iştirakı ilə adları qeyd edilən hər üç şahid sərbəst ifadə verərkən müəyyən olunmuşdur ki, onlar məhkəməyədək olan icraat zamanı belə bir məzmunda ifadə verməmişdirlər, ibtidai istintaq dövründə onların ifadələri kimi qeyd edilmiş məzmunda olan ifadələri onlar vermədikləri halda şahidin dindirilməsi protokolunda bunun əksi yazılmışdır. Başqa sözlə desək vermiş olduqları ifadələrini təkzib etmişlər, həmin məzmunda yəni Təqsirləndirilən şəxs cinayət törətməsinin bilavasitə şahidi olmaları ilə bağlı ifadə vermədiklərini bildirmişlər. Ona görə də hazırda ibtidai istintaq zamanı onların ifadələri kimi qeyd edilmiş ifadələrdən imtina etdiklərini bildirməklə yanaşı, təqsirləndirilən şəxs tərəfindən cinayət törədilməsini görmədiklərini, belə bir halın baş verməsinin şahidi olmadıqlarını bildirmişlər. Məhkəmə hər üç şahidin məhkəmə istintaqı zamanı verdikləri ifadələrini inandırıcı və əsaslı hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkəməyə qədər icraat zamanı alınmış hər üç şahidin yazılı ifadəsi demək olar ki, birə-bir eynilik təşkil edir (ifadələrin birinci cümləsindən axırıncı cümləsinə kimi), hər üç ifadə eyni sözlərdən, ifadələrdən, fikir ifadəsindən, cümlə quruluşundan ibarət olmaqla cümlələrin və sözlərin ardıcıllığı da eynidir. Məhkəmə ayrı-ayrı vaxtlarda ifadə vermiş şəxslərin qeyd edilən formada, fikirlərin formalaşdırılması ardıcıllığında ifadə vermələrinin mümkünlüyünü, praktiki cəhətdən baş verə biləcəyini mümkün hesab etmir və onların həqiqliyinə şübhə ilə yanaşır. Başqa sözlə desək biri-birlərini tanımayan üç nəfər şəxsin ayrı-ayrı vaxtlarda lakin eyni ardıcıllıqda, eyni cümlələrdən və söz birləşmələrindən istifadə etməklə eyni cür ifadə verməsini məhkəmə mümkün ola bilən hal və ağlabatan hesab etmir. Qeyd edilənlər onu deməyə əsas verir ki, şahidlər Şahid5, Şahid3 və Şahid4 bildirdikləri hallar yəni həmin ifadələrin əvvəlcədən hazırlanması və onların həmin ifadələri oxumadan imzalamaları ilə əlaqədar məhkəmə iclasında gətirdikləri dəlillər əsaslı və inandırıcıdır. Belə olan halda məhkəmə qeyd edir ki, şahidlər Şahid5, Şahid3 və Şahid4 məhkəmə istintaqı zamanı bildirdikləri hallar həqiqi, inandırıcı və etibarlı hesab edilməklə bərabər təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı təkzib edən sübutlardır. Halbuki, ittiham tərəfi qeyd edilən şahid ifadələrini cinayətin törədilməsini bilavasitə təsdiq edən sübut olaraq təqdim etmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, bilavasitə bütün tərəflərin iştirak etdiyi məhkəmə istintaqında iş üzrə şahid qismində ifadə vermiş Şahid5, Şahid3 və Şahid4 ifadələri həqiqəti əks etdirir, obyektiv və qərəzsizdir, ona görə iş üzrə əhəmiyyətli halların müəyyən edilməsində mötəbər sübut kimi nəzərə alınmalıdır və ittihamı təsdiq edən sübut növü hesab edilə bilinməz, yəni Təqsirləndirilən şəxs qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyəqədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. İttiham tərəfinin istinad etdiyi digər sübutlar iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Cəmalləddin oğlunun ifadələri olmuşdur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, həmin şahidlərdən biri Şahid1 Cəmalləddin oğlu "xxxx" MMC-də inventarizasiya şöbəsinin müdiri vəzifəsində işləyən şəxsdir və onun ifadəsində “Oba Nizami 2” mağazasında xx.xx.2021-ci il tarixdə keçirilən inventarizasiya yoxlamasında 2499,35 manat, xx.xx.2022-ci il tarixdə keçirilən inventarizasiya yoxlamasında isə 7540,46 manat olaraq, cəmi 10.039,72 manat əksik olduğu qeyd edilir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi yuxarıda qeyd edilən sübut (şahid ifadəsi) “təqsirləndirilən şəxsin adminstrator vəzifəsində işlədiyi müddətdə ona etibar edilmiş özgə əmlakının xeyli miqdarda olan hissəsini müxtəlif vaxtlarda öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamasını” təsdiq edən sübut deyildir, həmin sübut (şahid ifadəsi) yalnız təqsirləndirilən şəxsin administrator işlədiyi mağazada 10.039,72 manat əksik mal olduğu müəyyən edən sübutdur. Digər tərəfdən Şahid2 ifadəsindən görünür ki, o, sərbəst auditor kimi fəaliyyət göstərən şəxsdir və onun cinayət işi üzrə ifadəsi ilə müəyyən edilmişdir ki, onun apardığı araşdırma zamanı Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi ünvanında yerləşən “Oba Nizami 2” mağazasının administratoru Təqsirləndirilən şəxs öhdəliyində olan məbləğdən 10.039,72 (on min otuz doqquz manat yetmiş iki qəpik) manat dəyərində olan məhsul əksikdir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi yuxarıda qeyd edilən sübut “təqsirləndirilən şəxsin adminstrator vəzifəsində işlədiyi müddətdə ona etibar edilmiş özgə əmlakının xeyli miqdarda olan hissəsini müxtəlif vaxtlarda öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamasını” təsdiq edən sübut deyildir, həmin sübut yalnız təqsirləndirilən şəxsin adminisitrator işlədiyi mağazada 10.039,72 manat əksik mal olduğu müəyyən edən sübutdur. İbtidai istintaq orqanı tərəfindən digər sübut kimi istinad edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8 yanvar 2024-cü il tarixli 1971-ş-23 nömrəli ekspertiza rəyi” ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Həmin rəydən görünür ki, “Aktivlər üzrə inventarizasiya nəticəsinə dair yekun aktlar”, qaimə fakturalar, malların təhvil-qəbul aktları, təhvil-təslim aktları və sərbəst auditor Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Auditor Hesabatı”nı tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən əsaslı hesab edildiyi təqdirdə “OBA-Nizami 2” (704) saylı mağazada yaranmış çatışmazlıq 10.039,72 manat məbləğində müəyyən olunur. Əmələ gələn çatışmazlıqla bağlı kimin öhdəliyinin yaranması və bu çatışmazlığa görə kimin məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi yuxarıda qeyd edilən sübut “təqsirləndirilən şəxsin adminstrator vəzifəsində işlədiyi müddətdə ona etibar edilmiş özgə əmlakının xeyli miqdarda olan hissəsini müxtəlif vaxtlarda öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamasını” təsdiq edən sübut deyildir, həmin sübut yalnız “OBA-Nizami 2” (704) saylı mağazada yaranmış çatışmazlıqın 10.039,72 manat məbləğində müəyyən olunmasını müəyyən edən sübutdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qismində cəlb eilmədiyi dövrdə onun tərəfindən 100 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-yə ödənilməsi halı onun tərəfindən özünü cinayətin törədilməsində təqsirli bilməsi və ya törətmiş olduğu cinayətin etirafı halı kimi qiymətləndirilə bilməz. Ən azından ona görə ki, təqsirləndirilən şəxs işlədiyi dövrdə mağazada 10.039,72 manat məbləğində çatışmazlıq aşkar olunmuşdur. Başqa sözlə desək bu hal özlüyündə “təqsirləndirilən şəxsin adminstrator vəzifəsində işlədiyi müddətdə ona etibar edilmiş özgə əmlakının xeyli miqdarda olan hissəsini müxtəlif vaxtlarda öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamasını”təsdiq edən sübut deyildir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə bildirir ki, məhkəmə istintaqı zamanı ittiham tərəfinin təqdim etdiyi bütün sübutlar proses iştirakçılarının bilavasitə iştirakları ilə tədqiq edilmiş və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı təsdiq edən mötəbər sübutlar aşkar edilməmişdir. Yəni ittihamı sübut edən, sübut növləri kimi ittiham tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərlə, şahid ifadələri ilə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Bununla bərabər məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı şübhə altına alan, məhkəmə istintaqı zamanı aşkar edilmiş digər halları da qeyd etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda “cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş mağaza administratorunun vəzifə təlimatı”na istinad edilərək (ona həvalə edilmiş vəzifələri sadalayaraq) administrator vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ittiham irəli sürülməsinə baxmayaraq cinayət işinin materiallarında olan təlimatın təsdiq edilmiş surətindən görünür ki, həmin təlimat “satıcıkassir” vəzifəsinə aid edilmiş təlimatdır və administrator vəzifəsində işləmiş təqsirləndirilən şəxsə şamil oluna bilməz. Digər tərəfdən məhkəmə istintaqı zamanı verilmiş ittihamda qeyd edilmiş digər əhəmiyyətli hal yəni Təqsirləndirilən şəxs tərəfindən “10.039,72 (on min otuz doqquz manat yetmiş iki qəpik) manat dəyərində olan hissəsini müxtəlif vaxtlarda mağazadan çıxararaq kassaya mədaxil etmədən digər şəxslərə satması və əldə etdiyi pul vəsaitini özünün şəxsi ehtiyaclarına xərcləməsi” heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Hətta iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən mağazada olan məişət və qida məhsularını satdığı şəxslərin yerini və şəxsiyyətini müəyyən edilməsi istiqamətində ibtidai istintaq zamanı müvafiq əməliyyat tapşırıqları verilmiş, lakin polis orqanları tərəfindən həmin şəxslərin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı kimi müəyyə edilmişdir ki, təqsirləndirilən şəxsin işlədiyi OBA MARKET” MMC-nin “OBA Nizami 2” filialında 10.039,72 (on min otuz doqquz manat yetmiş iki qəpik) dəyərində əskik yaranmışdır. Lakin təqsirləndirilən şəxs tərəfindən ona OBA MARKET” MMC-nin “OBA Nizami 2” filialında inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxsin mülkiyyətinə keçirilməsi halı hazırda heç bir sübutla təsdiq olunmur və bununla da təqsirləndirilən şəxs tərəfindən özgə əmlakını mənimsəmə formasında talaması ilə bağlı təqsirliliyi sübuta yetirilmir. Halbuki, yalnız mötəbər və təkzibedilməz sübutlarlarla təqsirkarın özünün qanuni ixtiyarında olan əmlakları qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirilməsi təsdiq olunduğu halda hər hansı bir şəxs mənimsəmə cinayətinin törədilməsində təqsirli hesab edilə və cəzalandırıla bilər. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X11 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs qarşı 10.039,72 (on min otuz doqquz manat 72 qəpik) manat məbləğində maddi zərərin tutularaq iddiaçıya ödənilməsi ilə bağlı verilmiş mülki iddiası Azərbaycan Respublikasının MPM-nin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanılmalı və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə hökmü” haqqında qərarının 74-cü bəndinə əsasən bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki cinayət işində təqsirliliyi sübuta yetirilməməsi səbəbindən Təqsirləndirilən şəxs bəraət verildiyinə görə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş ittihamda qeyd edilən 10.039,72 (on min otuz doqquz manat 72 qəpik) manat məbləğində maddi zərərin Təqsirləndirilən şəxs tutulmasına dair mülki iddia baxılmamış saxlanmalı və 120 (bir yüz iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nə qaytarılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından vəkili X4 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-265/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Yuxarıda qeyd edilənləri və CPM-in 348, 349 və 350-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Mülki iddiaçı "xxxx" MMC-nin cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələblərinə dair mülki iddiası baxılmamış saxlanılsın və 120 (bir yüz iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nə qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-265/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-265/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver