Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-266/2020 16.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fiziki şəxs kimi fərdi fəaliyyətlə məşğul olan, ünvan 1 mənzil 94 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tikintiyə rəhbərlik edilməsi qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs «xxxxxxxxxx» MMC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli, A3/028 nömrəli podrat müqaviləsinə əsasən tikinti obyektlərində monolit dəmir-beton işlərinin aparılmasına xüsusi razılığı (lisenziya) olmadığı halda Mənzil İnşaatı Dövlət Agentliyinin «Sosial Evlər» layihəsi çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) 15,4 hektar ərazidə yerləşən yaşayış kompleksində iki ədəd 9 mərtəbəli, iki girişli 28 və 29 saylı yaşayış binalarının inşası ilə əlaqədar həmin tikinti obyektlərində monolit dəmir-beton işlərinin icrasına rəhbərlik etdiyi zaman “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.20, 2.6, 2.26-cı bəndlərinin, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 2.10, 2.11, 2.14, 3.1, 5.5, 18.9-cu bəndlərinin, “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər.” 12.0.004-79 DÜST-ün (dövlət standartının) 2.5, 3.10-cu bəndlərinin tələblərinə əsasən tikintisi aparılan 29 saylı yaşayış binasının 3-cü mərtəbəsində dəmir-beton işlərinin aparılması üçün taxta qəliblərin quraşdırılması (sökülməsi) zamanı həmin mərtəbənin açıq kənarlarını çəpərləməli, çəpərləmək mümkün olmadığı halda isə işçilərin yüksəklikdən yıxılmasının qarşısının alınması üçün onların fərdi mühafizə vasitələrindən, o cümlədən təhlükəsizlik kəmərindən istifadə etmələrini təmin etməli, habelə tərəfindən cəlb edilmiş işçilərlə normativ aktların tələblərinə uyğun həcmdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və biliklərin yoxlanılmasını təşkil etməli olduğu halda vəzifəsindən irəli gələn öhdəliklərini icra etməyərək müvafiq tikinti norma və qaydalarını pozmuş, nəticədə xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən onun tabeçiliyində qəlibçi-fəhlə kimi işləyən Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə saat 17 radələrində tikintisi aparılan 29 saylı binanın 3-cü mərtəbəsində taxta qəliblərin sökülməsi işlərini apararkən ayağının altında olan taxtanın sürüşməsi nəticəsində həmin mərtəbənin açıq kənarlarından yıxılaraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ körpücük sümüyünün orta 1/3-nin qapalı, qəlpəli yerdəyişən və sol bud sümüyünün boynunun bitişməmiş qapalı oynaqdaxili yerini dəyişən sınıqları, sol bud sümüyünün osteomalyasiyası xəsarətlərini almasına, yəni tikintiyə rəhbərlik edilməsi qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1998-ci il tarixdən müxtəlif vaxtlarda fasiləli şəkildə tikinti sahəsində işləmiş, təxminən 2017-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal rayonunda tikdiyi “sosial evlər” layihəsində “xxxxxxxx” MMC-də usta kimi işləmişdir. xx xxxx 2019-cu il tarixdən «xxxxxxxxxx” MMC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli, A3/028 nömrəli podrat müqaviləsinə əsasən Yasamal rayonu “Qanlı Göl” yaşayış massivində tikilməkdə olan 9 mərtəbəli iki girişli 28 və 29 saylı binaların monolit dəmir-beton işlərininin görülməsini öz öhdəsinə götürmüşdür. Həmin binalar işlədiyi «xxxxxxxxxx” MMC tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin “sosial evlər” layihəsi çərçivəsində bağlanmış podrat müqaviləsinə əsasən tikilir. Vəzifəsi tabeçiliyində işləyən işçilər arasında iş bölgüsünü həyata keçirmək, işçilərin işə davamiyyətinə nəzarət etmək, onları əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış etməklə həmin qaydalara riayət edilməsinə nəzarət etmək, layihə üzrə tikintinin keyfiyyətinə nəzarət etmək, həmçinin hər mərtəbə üzrə işlər görülüb qurtardıqdan sonra «xxxxxxxxxx” MMC-yə məlumat verməkdən ibarət olmuşdur. Hər gün görüləcək işlər barədə fəhlə və ustalar arasında iş bölgüsünü həyata keçirmiş, bundan sonra işçiləri əməyin mühafizəsi və texniki təhlükəsizlik barədə təlimatlandıraraq onlara müvafiq jurnallara imza etdirmişdir. Həmçinin işə qəbul edilmiş işçi ilk iş günü yazılı olaraq əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış olaraq bununla bağlı jurnala imza etmişdir. Yasamal rayonu “Qanlı Göl” yaşayış massivində tikilməkdə olan 9 mərtəbəli iki girişli 28 və 29 saylı binalarda monolit dəmir-beton işlərininin görülməsi ilə bağlı tabeçiliyində 30 usta və fəhlə olmuşdur. Tikintidə iş vaxtı həftə içi 6 günlük olmaqla, hər gün səhər saat 08:00-dan 18:00-dək olmuşdur. Hər gün təxminən 08:15-də usta və fəhlələr tikinti sahəsində yerləşən ofisin qarşısında toplanmış, özü tərəfindən onlara günlük iş qrafiki və görüləcək işlər barədə məlumatlar verilmiş, bundan əlavə işə yeni başlayan fəhlə və ustalar onun tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edilmişdir. Layihə üzrə həmin binalardan 28 və 29 nömrəli binaların «xxxxxxxxxx” MMC tərəfindən tikilməsi və binaların 9 mərtəbəli olmaqla iki bloklu olması nəzərdə tutulmuşdur. Hadisənin baş verdiyi 29 nömrəli binanın qeyri yaşayış sahəsi ilə birlikdə 4 mərtəbəsi tikilmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs xx xxxxxxx 2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsi əsasında qəlibçi-fəhlə kimi işə götürmüş, həmin gün Zərərçəkmiş şəxs onun tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edilmiş, ona tikinti sahəsində hansı qaydalara riayət etməli olduğu başa salınmış, bundan sonra ona fəhlə kimi gələn yüklərin boşaldılması və təmizlik işləri ilə məğul olması tapşırılmışdır. Hadisənin baş verdiyi xx xxxxxxx 2019-cu il tarixdə həmişə olduğu kimi səhər saat 08 radələrində usta və fəhlələrə görüləcək işlər barədə məlumat vermiş, daha sonra ərazidə görülmüş işlərə nəzarət etmək üçün binaya getmişdir. Həmin gün nahar fasiləsindən sonra təxminən 15 radələrində forma 2 sənədini “xxxxxxxxxx” MMC-yə vermək üçün ofisə getmiş, təxminən 17 radələrində geri qayıtdıqda qardaşı Şahid2 ona Zərərçəkmiş şəxs 29 saylı binanın 3-cü mərtəbəsində betonun taxta kələbçələrini sökərkən yıxıldığını demiş, özü də dərhal Rəvana yaxınlaşaraq xəsarət alıbalmadığını, ağrılarının olub-olmadığını maraqlanmış, sonuncu isə vəziyyətinin normal olduğunu bildirmiş, bu səbəbdən qardaşı Namus onu yaşadığı Qanlı gölün qərb sahilindəki evinə aparmışdır. Həmin gün Rəvanı görmək üçün onun yaşadığı evə getmiş, ondan səhhətini maraqlandıqda sonuncu vəziyyətinin yaxşı olduğunu demiş, həmin vaxt hər iki ayağını sərbəst şəkildə açıb bağladığından onun sınığının olmadığını, sadəcə olaraq yıxılan zaman əzildiyini fikirləşmişdir. Bu səbəbdən ona gecə ağrıları olacağı təqdirdə ona zəng vurmasını, hələlik istirahət etməsini və işə çıxmamasını demişdir. Səhəri gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə qardaşı Namusdan Rəvanın vəziyyəti barədə soruşduqda o, Rəvanın halının yaxşı olduğunu demiş, xx xxxxxxx 2019-cu il tarixdə səhər tezdən Rəvana zəng edib halını soruşduqda isə sonuncu gecə bərk ağrılarının olduğunu demiş, özü də ona günorta saatlarına kimi səbrli olmasını və gəlib onu xəstəxanaya aparacağını bildirmişdir. Bundan təxminən bir saat sonra isə Rəvanın xəstəxanaya aparıldığı xəbərini eşitmişdir. Sonuncu dəfə Zərərçəkmiş şəxs hadisənin baş verdiyi xx.xx.2019-cu il tarixdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edərək həmin jurnala imza çəkdirmişdir. Hadisənin baş verdiyi gün işə başlamazdan əvvəl Zərərçəkmiş şəxs verdiyi tapşırığa əsasən sonuncu taxta qəliblərin sökülməsi işlərini görməli olmuş, bu səbəbdən özü tərəfindən ona fərdi mühafizə vasitəsi kimi qoruyucu dəbilqə və forma verilsə də, təhlükəsizlik kəməri verilməmişdir. Belə ki, təhlükəsizlik kəməri yalnız binaların açıq kənarlarında iş görən fəhlələrə veridiyindən və həmin gün Zərərçəkmiş şəxs tikilməkdə olan binanın otaqlarının daxilində iş gördüyündən onu təhlükəsizlik kəməri ilə təmin etməmişdir. Özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin sentyabr ayında işsiz olduğu üçün Yasamal rayonu, “Qanlı göl” ərazisində “Sosial evlər” layihəsi çərçivəsində tikinti işlərinin aparıldığını bilib işə düzəlmək üçün tanışları vasitəsilə Təqsirləndirilən şəxsla görüşmüş və ona əvvəllər tikinti sahəsində işlədiyini, hazırda işsiz olduğunu və işə düzəlmək istədiyini demişdir. Təqsirləndirilən şəxs da ona iş rejimi və əmək haqqı barədə məlumat verib xx xxxxxxx 2020-ci il tarixdən işə çıxmasını demişdir. xx xxxxxxx 2020-ci il tarixdə əmək müqaviləsi bağlamaqla qəlibçi-fəhlə kimi işə başlamış, iş vaxtı səhər saat 08:00-dan saat 18:00-dək olmuşdur. Əsas vəzifəsi tikinti işləri aparılarkən ətrafda yığılmış tullantıların təmizlənməsi, taxtaların səliqəli formada ardıcıl olaraq yığılması, həmçinin tikintinin rəhbəri olan Təqsirləndirilən şəxs tərəfindən ona verilmiş digər tapşırıqların icra edilməsindən ibarət olmuşdur. Özü və digər işçilərin işinə nəzarət tikintinin rəhbəri olan Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. Hadisənin baş verdiyi xx xxxxxxx 2019-cu il tarixdə həmişə olduğu kimi işə gəlmiş, Təqsirləndirilən şəxs tapşırığı əsasında həmin gün tikintisi aparılan 29 saylı binanın 3-cü mərtəbəsində taxta qəliblərin sökülməsi işlərini aparmalı olmuşdur. Təqsirləndirilən şəxs tapşırığı üzrə həmin tikilinin 3-cü mərtəbəsinə qalxmış və taxta qəliblərin sökülməsi işlərinini aparmağa başlamışdır. Həmin gün saat 16 radələrində işini tamamlamış, iş vaxtının tamamlanmağına az qalmış saat 17 radələrində 3-cü mrətəbənın açıq kənarında son taxta işini görən zaman ayağının altında olan taxtanın sürüşməsi nəticəsində əli ilə dayaqdan tuta bilməmiş və yerə yıxılaraq müxtəlif bədən xəsarətləri almışdır. Aldığı xəsarətlərdən huşunu itirmiş və ayıldıqda adlarını xatırlamadığı iş yoldaşlarının köməkliyi ilə yaşadığı evə gətirilmişdir. Ona ilkin olaraq ev şəraitində ilkin tibbi yardım göstərilsə də, həmin yardımların heç bir təsiri olmamışdır. Baş vermiş hadisə barədə qohumlarına məlumat vermiş, bundan sonra xx xxxxxxx 2020-ci il tarixdə 1 saylı X11 gətirilərək həmin tarixdə də barəsində cərrahiyə əməliyyatı icra olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, təxminən 2019-ci ilin iyul ayından «xxxxxxxxxx” MMC ilə qardaşı Təqsirləndirilən şəxs arasında bağlanmış podrat müqaviləsinə əsasən Yasamal rayonu, “Qanlı Göl” yaşayış massivində Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin “sosial evlər” layihəsi çərçivəsində tikilməkdə olan 9 mərtəbəli, iki girişli, 28 və 29 saylı binalarda əmək müqaviləsi bağlamaqla monolit dəmir-beton işlərini görmüşdür. Hər gün işə başlamazdan əvvəl iş prosesi zamanı təhlükəsizliyin təmin edilməsi üçün Təqsirləndirilən şəxs tərəfindən ona və digər işçilərə xüsusi geyim forması (ayaqqabı, jilet, kaska) verilmiş, həmçinin, tikintidə işlərin təhlükəsiz görülməsi və əməyin mühafizəsi qaydalarına riayət edilməsi ilə bağlı gündəlik təlimat keçirilərək bununla bağlı müvafiq sənədlərə imza çəkmişdir. Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdən etibarən həmin binada işlədiyi müddət ərzində tanımış, Zərərçəkmiş şəxs tikintiyə qəlibçi-fəhlə kimi Təqsirləndirilən şəxs tərəfindən götürülmüşdür. Hadisənin baş verdiyi xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs göstərişinə əsasən tikilməkdə olan 29 saylı binanın ikinci mərtəbəsinin pilləkanlarının beton konstruksiyasının üzərində olan taxta və diklərin söküntüsünü həyata keçirmiş, həmin vaxt Zərərçəkmiş şəxs fəhlə kimi ona təhkim olunaraq taxta qəliblərin sökülməsi işləri ilə məşğul olmuşdur. Həmin gün təxminən saat 16 radələrində çay fasiləsinə çıxmış və fəhlələrlə birlikdə yeməkxanada çay içmişdir. Daha sonra işinə qaldığı yerdən davam edərək Zərərçəkmiş şəxs ilə birlikdə 29 saylı binanın 2 və 3-cü mərtəbələri arasında olan pilləkən və lift kənarındakı taxta və diktləri çıxarmağa başlamış, Rəvan taxta qəliblərin sökülməsi işlərində ona köməklik etmişdir. Təxminən 40 dəqiqə işlədikdən sonra yorulduğu üçün siqaret çəkmək məqsədilə bir qədər kənara çəkilmiş, bir neçə dəqiqə sonra binanın həyətində olan fəhlələr qışqıraraq onu çağırmışlar. Özü də binanın kənarına keçib onlara baxan zaman Rəvanın yıxıldığını görmüş və dərhal aşağı düşmüşdür. Zərərçəkmiş şəxs aşağıda binanın giriş qapısının qarşısında gölməçənin içində uzanıqlı vəziyyətdə görmüş, həmin vaxt onun huşu özündə olmuşdur. Özü də yaxınlaşıb ondan özünü necə hiss etdiyini, ağrılarının olub olmadığını soruşduqda sonuncu sol ayağının və sağ çiyin nahiyəsində ağrılarının olduğunu ona bildirmişdir. Bu səbəbdən Rəvanı digər işçilərlə birlikdə yıxıldığı yerdən qaldırıb çay içdikləri yerə gətirmiş, onun yıxıldığı yer sulu olduğundan paltarları islandığı üçün əynini dəyişmişlər. Daha sonra Rəvana ağrıkəsici dərman vermiş və qardaşı Təqsirləndirilən şəxs həmin ərəfələrdə iş yerində olmadığı üçün onun gəlməsini gözləmişlər. Qısa müddət sonra Təqsirləndirilən şəxs həmin yerə gəldikdə baş vermiş hadisə barədə ona məlumat vermiş və qardaşının tapşırığına əsasən Rəvanı kirayə yaşadığı Qanlı gölün qərb sahilindəki evinə aparmış, daha sonra yaşadığı evə getmişdir. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə qardaşının tapşırığına əsasən işdən sonra Rəvanın qaldığı evinə getmiş, sonuncudan səhhətinin necə olduğunu maraqlandıqda o, hadisənin baş verdiyi günlə müqayisədə daha yaxşı olduğunu bildirmişdir. Özü də Rəvana hər hansı bir ehtiyacının olub-olmadığını soruşduqda sonuncu ona ehtiyac olacağı təqdirdə xəbər edəcəyini bildirmiş, söhbət əsnasında səhhəti yaxşılaşandan sonra işə çıxacağını və güclü ağrıları olacağı təqdirdə həkimə müraciət etmək üçün onu çağıracağını bildirmişdir. Rəvandan hadisənin necə baş verdiyini soruşduqda sonuncu taxta qəliblərin sökülməsi işlərini apararkən ayağının altında olan taxta parçasının çıxması nəticəsində müvazinətini itirərək binanın 3-cü mərtəbəsinin açıq kənarından yıxıldığını bildirmişdir. Zərərçəkmiş şəxs hadisənin baş verdiyi xx.xx.2019-cu i tarixdə xüsusi geyim forması (ayaqqabı, jilet, kaska) ilə təmin edilsə də, zərurət olmadığı üçün ona təhlükəsizlik kəməri verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və Şahid4 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 221-222-ci vərəqələrində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 178-179-cu vərəqələrində olan məhkəmə-tibb ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin Yevlax rayon şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli, 14/940 saylı rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – sağ körpücük sümüyünün orta 1/3-nin qapalı, qəlpəli yerdəyişən və sol bud sümüyünün boynunun bitişməmiş qapalı oynaqdaxili yerini dəyişən sınıqları, sol bud sümüyünün osteomalyasiyası (kəskin nəzərə çarpan kontraktura – bükmə 52 dərəcə, açılma 30 dərəcə, uzaqlaşdırma 25 dərəcə) bərk küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə şəraiti müxtəlif şəraitdə ola bilər, o cümlədən xx.xx.2019-cu il tarixdə hündürlükdən yıxılma nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər ümumi əmək qabiliyyətinin üçdə birindən az olmamaqla (35%) dayanıqlı itirilməsinə səbəb olduğu üçün dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. Cinayət işinin 122-128-ci vərəqələrində olan məhkəmə-təhlükəsizlik-texnikası ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2020-ci tarixli, 10/595 saylı rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün qərb sahilində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən sosial evlər lahiyəsi çərçivəsində tikilməkdə olan yaşayış massivində inşa olunan yaşayış binasında dəmir-beton işlərinin aparılması üçün qəliblərin quraşdırılması (sökülməsi) zamanı mərtəbələrin (konkret olaraq 3-cü mərtəbəsinin açıq kənarları çəpərlənmədiyinə, çəpərlənmək mümkün olmadığı halda isə işçilərin yüksəklikdən yıxılmasının qarşısının alınması üçün fərdi mühafizə vasitələrindən (təhlükəsizlik kəmərdən) istifadə edilməsinin təmin edilmədiyinə, tikinti (obyektin monolit dəmir-beton) işlərin aparılmasına dair müvafiq icra orqanlarından xüsusi razılıq (lisenziya) olmayan fiziki şəxs Təqsirləndirilən şəxs ilə müqavilə bağlanaraq bu işlərin onun tərəfindən görülməsinə icazə verildiyinə, eləcə də sonuncu tərəfindən cəlb edilmiş işçilər ilə normativ aktların tələblərinə uyğun həcmdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və biliklərin yoxlanılmasını (konkret olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ilə təlimatların keçirilməsi ilə kifayətlənmişlər) təşkil edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.4, 1.16, 1.20, 2.6, 2.26 bəndlərinin, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 2.10, 2.11, 2.14, 3.1, 5.5, 18.9 bəndlərinin, “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər.” 12.0.004-79 DÜST-nin (dövlət standartının) 2.5, 3.10 bəndlərinin, Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydaları”nın (AzDTN 1.6-1) 4.1 bəndinin və “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr 782 nömrəli fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli Fərmanının 1.2, 1.3 bəndlərinin tələbləri pozulmuşdur. İstintaqla fiziki şəxs Təqsirləndirilən şəxs tikinti işlərinin görülməsi fəaliyyəti ilə məşğul olmaq üçün rəsmi icazənin (lisenziyanın) olmamasına baxmayaraq, “xxxxxxxxxx” MMC-ilə bağlanılmış xx xxxx 2019-cu il tarixli A3/028 nömrəli müqavilənin şərtlərinə görə, Yaamal rayonu, “Qanlı Göl” yaşayış massivində tikilməkdə olan 28 və 29 saylı binaların monolit dəmir-beton işlərinin görülməsinə tikinti rəhbəri kimi rəhbərlik etdiyinin müəyyən edildiyi halda, həmin yaşayış binalarında dəmir-beton işlərinin aparılması üçün qəliblərin quraşdırlması (sökülməsi) zamanı mərtəbələrin (konkret olaraq 3-cü mərtəbəsinin açıq kənarları çəpərlənmədiyinə, çəpərlənmək mümkün olmadığı halda isə işçilərin yüksəklikdən yıxılmasının qarşısının alınması üçün fərdi mühafizə vasitələrindən (təhlükəsizlik kəmərdən) istifadə edilməklə həyata keçirilməsini, eləcə də sonuncu tərəfindən cəlb edilmiş işçilər ilə normativ aktların tələblərinə uyğun həcmdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və biliklərin yoxlanılmasını təşkil edilmədiyinə görə “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.20, 2.6, 2.26 bəndlərinin, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 2.10, 2.11, 2.14, 3.1, 5.5, 18.9 bəndlərinin, “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər.” 12.0.004-79 DÜST-nin (Dövlət standartının) 2.5,3.10 bəndlərinin tələbləri fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Cinayət işinin 121-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat təşkil etmişdir. Cinayət işinin 98-101-ci vərəqələrində olan məhkəmə-təhlükəsizlik-texnikası ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2020-ci tarixli 1781 saylı rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün qərb sahilində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən sosial evlər lahiyəsi çərçivəsində tikilməkdə olan yaşayış massivində inşa olunan yaşayış binasında dəmir-beton işlərinin aparılması üçün qəliblərin quraşdırılması (sökülməsi) zamanı mərtəbələrin (konkret olaraq 3-cü mərtəbəsinin açıq kənarları çəpərlənmədiyinə, çəpərlənmək mümkün olmadığı halda isə işçilərin yüksəklikdən yılxmasının qarşısının alınması üçün fərdi mühafizə vasitələrindən (təhlükəsizlik kəmərdən) istifadə edilməsinin təmin edilmədiyinə, tikinti (obyektin monolit dəmir-beton) işlərin aparılmasına dair müvafiq icra orqanlarından xüsusi razılıq (lisenziya) olmayan fiziki şəxs Təqsirləndirilən şəxs ilə müqavilə bağlanaraq bu işlərin onun tərəfindən görülməsinə icazə verildiyinə, eləcə də sonuncu tərəfindən cəlb edilmiş işçilər ilə normativ aktların tələblərinə uyğun həcmdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və biliklərin yoxlanılmasını (konkret olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ilə təlimatların keçirilməsi ilə kifayətlənmişlər) təşkil edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.4, 1.6, 1.20, 2.6, 2.26 bəndlərinin, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 2.10, 2.11, 2.14, 3.1, 5.4, 5.5, 18.9 bəndlərinin, “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər.” 12.0.004-79 DÜST-nin (dövlət standartının) 2.5, 3.10 bəndlərinin, Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydaları” nın ( AzDTN 1.6-1) 4.1 bəndinin və “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr 782 nömrəli fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli Fərmanının 1.2, 1.3 bəndlərinin tələbləri pozulmuşdur. Əlavə ekspertizaya təqdim edilmiş materiallarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün qərb sahilində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən sosial evlər lahiyəsi çərçivəsində tikilməkdə olan yaşayış massivində inşa olunan yaşayış binasında dəmir-beton işlərinin aparılması üçün qəliblərin quraşdırlması (sökülməsi) zamanı mərtəbələrin (konkret olaraq 3-cü mərtəbəsinin açıq kənarları çəpərlənmədiyinə, çəpərlənmək mümkün olmadığı halda isə işçilərin yüksəklikdən yılxmasının qarşısının alınması üçün fərdi mühafizə vasitələrindən (təhlükəsizlik kəmərdən) istifadə edilməsinin təmin edilmədiyinə, tikinti (obyektinin monolit dəmir-beton) işlərin aparılmasına dair müvafiq icra orqanlarından xüsusi razılıq (lisenziya) olmayan fiziki şəxs Təqsirləndirilən şəxs ilə müavilə bağlanaraq bu işlərin onun tərəfindən görülməsinə (rəhbərlik etməsinə) icazə verildiyinə, eləcə də sonuncu tərəfindən cəlb edilmiş işçilər ilə normativ aktların tələblərinə uyğun həcmdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və biliklərin yoxlanılmasını (konkret olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ilə təlimatların keçirilməsi ilə kifayətlənmişlər) təşkil edilməsinə sifarişçi kimi nəzarətin həyata keçirilmədiyinə görə “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.4, 1.6, 1.20, 2.6, 2.26 bəndlərinin, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 2.10, 2.11, 2.14, 3.1, 5.4, 5.5, 18.9 bəndlərinin, “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümimi tələblər.” 12.0.004-79 DÜST-nin (dövlət standartının) 2.5, 3.10 bəndlərinin, “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydaları”nın (AzDTN 1.6-1) 4.1 bəndinin və “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr 782 nömrəli fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli Fərmanının 1.2, 1.3 bəndlərinin tələbləri “xxxxxxxxxx” MMC-nin direktoru X7 tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitinin, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs ilə peşə (qəlibçi) üzrə hazırlığın, eləcə də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və biliyin yoxlanılmasının keçirilmədiyini nəzərə aldıqda, onun tərəfindən təhlükəsizlik texnikası üzrə qaydaların və təlimatların tələblərin pozulması müəyyən edilmir. Cinayət işinin 97-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat təşkil etmişdir. Cinayət işinin 165-171-ci vərəqələrində olan xx.xx.2019-cu il tarixli, A3/028 nömrəli müqavilədən görünür ki, müqavilənin tərəfləri sifarişçi - “xxxxxxxxxx” MMC və podratçı – fiziki şəxs Təqsirləndirilən şəxsdur. Müqavilənin şərtlərinə əsasən sifarişçi Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) 15,4 hektar ərazidə yaşayış kompleksində iki ədəd 9 mərtəbəli, iki girişli, 28 və 29 saylı yaşayış binalarının tikintisi obyektinin monolit dəmir-beton işlərinin icrasını podratçıya həvalə edir. Müqavilənin 3.5-ci bəndinə əsasən podratçı müqavilənin qüvvədə olduğu müddətdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi əməl edilməsini, iş prosesi zamanı işçiləri texniki təhlükəsizlik üzrə tələb və normalara uyğun olan alət və avadanlıqlarla təmin etməyi, iş prosesində hər hansı bir işçi xəsarət alarsa ona dərhal lazımi tibbi yardımın göstərilməsini təmin etməklə bu barədə sifarişçiyə məlumat verməyi öz öhdəsinə götürür. Cinayət işinin 118-119-cu vərəqələrində olan Salyan “Mənzil İstismar Təmir X8” MMC-dən verilmiş xx.xx.2020-ci il tarixli 528 nömrəli arayış və 529 nömrəli xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, ünvan 2 mən. 94 ünvanında arvadı X1, qızları X3 və X9 ilə birlikdə yaşayır və mübət xarakterizə olunur. Cinayət işinin 61-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 85-ci vərəqəsində olan Zərərçəkmiş şəxs və onun anası Şahid1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, onların hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər mötəbər sübutlarla tikintiyə rəhbərlik edilməsi qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına səbəb olan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tikinti quraşdırma və tikinti təhlükəsizlik sahəsində məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 300 (üç yüz) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə tikinti quraşdırma və tikinti təhlükəsizlik sahəsində məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-266/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-266/2020
16.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver