Məhkəmə qərarları › İş №1(004)-266/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-266/2021

06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-266/2021 06.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs oğlunun, onun müdafiəçisi Bakı şəhəri Mərkəz vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 320.1-ci maddələri ilə təqsirli bilinib 3000 manat məbləğində cərimə və 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu, tamah niyyəti ilə binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24.01.2021-ci il tarixdə saat 06 radələrində ünvan 2 ünvanda yerləşən «TT Telekom» adlı telefon satışı mağazasının giriş qapısının qıfılının bağlı olmamasından istifadə edərək binaya qanunsuz daxil olub oradan satış məqsədilə vitrinlərə düzülmüş, eləcə də piştaxtaların və siyirtmələrin içərisinə yığılmış Zərərçəkmiş şəxs1 mülkiyyətində olmaqla ona məxsus bir ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə 95 manat dəyərində 19 ədəd- ***-***-**-**, ***-***-**-**. ***-***-**-**, ***-***-**-**, 055-838- 62-07, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 055-921- 53-80. ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, 055-327- 31-76, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** «Bakcell» mobil telefon nömrələrini, birinin qiyməti 39 manat olmaqla ümumilikdə 468 manat dəyərində 12 ədəd təzə vəziyyətdə «İtel» markalı mobil telefonları, birinin qiyməti 50 manat olmaqla ümumilikdə 3500 manat dəyərində 70 ədəd müxtəlif modelli mobil telefonlar üçün ana platalarını, birinin qiyməti 50 manat olmaqla ümumilikdə 750 manat dəyərində 15 ədəd təzə vəziyyətdə müxtəlif mobil telefonlar üçün ehtiyyat ekranlarını, birinin qiyməti 40 manat olmaqla ümumilikdə 360 manat dəyərində 8 ədəd təzə vəziyyətdə səsgücləndirici kalonkaları, birinin qiyməti 65 manat olmaqla ümumilikdə 325 manat dəyərində 5 ədəd təzə vəziyyətdə 20000mAh gücündə poverbank adlanan enerji akkumulyatorlarını, birinin qiyməti 45 manat olmaqla ümumilikdə 90 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 10000mAh gücündə poverbank adlanan enerji akkumulyatorlarını, birinin qiyməti 5 manat olmaqla ümumilikdə 1250 manat dəyərində 250 ədəd təzə vəziyyətdə mobil telefoların ekranları üçün qoruyucu şüşə örtüklərini, birinin qiyməti 5 manat olmaqla ümumilikdə 250 manat dəyərində 50 ədəd təzə vəziyyətdə «Samsung» modelli telefon üçün «usb» cərrəyan kabellərini, birinin qiyməti 12 manat olmaqla ümumilikdə 180 manat dəyərində 15 ədəd təzə vəziyyətdə «Samsung» modelli telefon üçün «Tps» cərrəyan kabellərini, birinin qiyməti 5 manat olmaqla ümumilikdə 125 manat dəyərində 25 ədəd təzə vəziyyətdə «İphone» modelli telefon üçün «usb» cərrəyan kabellərini, birinin qiyməti 20 manat olmaqla ümumilikdə 200 manat dəyərində 10 ədəd təzə vəziyyətdə «İphone» modelli telefon üçün «Usb» cərrəyan kabellərini, birinin qiyməti 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində ədəd təzə vəziyyətdə «İphone» modelli telefon üçün keçiriciləri, birinin qiyməti 8 manat olmaqla ümumilikdə 120 manat dəyərində 15 ədəd təzə vəziyyətdə «Samsung» modelli telefon üçün cərrəyan adaptorlarını, birinin qiyməti 2 manat olmaqla ümumilikdə 60 manat dəyərində 20 ədəd təzə vəziyyətdə mobil telefonların fotokameraları üçün qoruyucu şüşə örtüklərini, birinin qiyməti 7 manat olmaqla ümumilikdə 35 manat dəyərində 5 ədəd təzə vəziyyətdə kompyuter üçün «siçan» manipulyatorları, birinin qiyməti 40 manat olmaqla ümumilikdə 200 manat dəyərində 5 ədəd təzə vəziyyətdə 64 Gb yaddaş həcmli flaşkartları, birinin qiyməti 28 manat olmaqla ümumilikdə 56 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 32 Gb yaddaş həcmli flaşkartları birinin qiyməti 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 15 Gb yaddaş həcmli flaşkartları, birinin qiyməti 14 manat olmaqla ümumilikdə 24 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 8 Gb yaddaş həcmli flaşkartları, birinin qiyməti 6 manat olmaqla ümumilikdə 24 manat dəyərində 4 ədəd təzə vəziyyətdə 2 Gb yaddaş həcmli flaşkartları birinin qiyməti 12 manat olmaqla ümumilikdə 72 manat dəyərində 6 ədəd təzə vəziyyətdə 8 Gb yaddaş həcmli mikro CD kartları, birinin qiyməti 10 manat olmaqla ümumilikdə 40 manat dəyərində 4 ədəd təzə vəziyyətdə 4 Gb yaddaş həcmli mikro CD kartları, birinin qiyməti 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 16 Gb yaddaş həcmli mikro CD kartları, birinin qiyməti 28 manat olmaqla ümumilikdə 56 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 32 Gb yaddaş həcmli mikro CD kartları, birinin qiyməti 5 manat olmaqla ümumilikdə 75 manat dəyərində 15 ədəd təzə vəziyyətdə naqilli səs qulaqcıqlarını, birinin qiyməti 20 manat olmaqla ümumilikdə 100 manat dəyərində 5 ədəd təzə vəziyyətdə «İphone» modelli telefon üçün naqilli qulaqcıqları, müxtəlif mobil telefonlar üçün ümumilikdə 1000 manat dəyərində 150 ədəd (mobil telefon üzlükləri, mobil telefon akkumulyatorları, mobil telefon ekranları, sökülmüş vəziyyətdə mobil telefon aparatları, mobil telefon korpusunun hissələri, planşet palatası və digər adları və ayrı-ayrılıqda dəyərləri istintaqla müəyyən edilməsi mümkün olmamış predmetlərdən ibarət olmaqla) ehtiyyat hissələri, bir ədəd 400 manat dəyərində dükanın videokameralarının «HiWatsh» markalı DVR aparatını Zərərçəkmiş şəxs2 mülkiyyətində olmaqla ona məxsus olan bir ədəd 1200 manat dəyərində işlənmiş vəziyyətdə olan «Nikon» markalı fotoaparat, işlənmiş bir ədəd 150 manat dəyərində «LG» markalı mobil telefonu, bir ədəd 150 manat dəyərində işlənmiş «Redmi 7A» markalı mobil telefonu və bir ədəd 150 manat dəyərində işlənmiş «Lenova» markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 9945 (doqquz min doqquz yüz qırx beş) manat və Zərərçəkmiş şəxs2 1650 (min altı yüz əlli) manat olmaqla ümumilikdə 11595 (on bir min beş yüz doxsan beş) manat, yəni zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 yanvar 2021-ci il tarixdə axşam vaxtlarında «Nizami» metro stansiyasının yan tərəfindəki binanın birinci mərtəbəsində yerləşən «TT Telekom» adlı dükanın qarşısından keçdiyi zaman telefon mağazasının qapısının bir ədəd qara rəngdə qıfıl ilə bağlanmış, həmin qıfılın açıq vəziyyətdə olduğunu görmüş həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. 24 yanvar 2021-ci il tarixdə saat 06 radələrində həmin dükana tərəf gəlmiş və ətrafda heç kimin olmadığına əmin olaraq həmin qıfılı çıxarmışdır, alüminiumdan olan şüşəli giriş qapısını itələdikdə isə kilidlə bağlanmadığını görərək açmışdır və içəriyə daxil olmuşdur. Sonra həmin dükanın içərisində arxa tərəfdə divardakı boşluqda olan videokameraların «DVR» aparatını görüb nəqillərdən ayırmış və divarlardan asılmış və piştaxianın arxasından olan yerlərə qoyulmuş əlinə keçən mobil telefonları, mobil telefon nömrələrini, ekran qoruyucu şüşə üzlüklərini, flaşkartları, cərrəyan kabellərini və poverbankları, əlinə keçən müxtəlif aksessuarları və ehtiyyat hissələrini mağazadan tapdığı iri tutumlu un kisəsinin içərisinə yığmışdır. Daha sonra o, divan olan hissəyə keçərək oradan bir ədəd «Nikon» markalı fotoaparatı, masaların siyirtmələrindən mobil telefonları və «DVR» aparatını da götürüb həmin kisənin içərisinə qoymuşdur. Həmin kisəni tanışı X1 üçün vermiş və Gəncə şəhərinə getmişdir. Qayıtdığı vaxt isə həmin əşyaların çox hissəsinin yerində olmadığını aşkar etmişdir. Zaur ona həmin əşyaları evinə gələn tanışlarından hərəsi nəsə götürüb apardıqları üçün it-bat olduğunu bildirmişdir. Yerdə qalan əşyaları isə, yəni bir ədəd «DVR» aparatını, bir ədəd «siçan» manipulyatorunu, mobil elefon üzlüklərini, ekranlarını və boş korpuslarını, cərrəyan batareyalarını və digər ehtiyyat hissələrini o, protokolla istintaq orqanına təhvil vermişdir. Oğurluq etdiyi «TT Telekom» dükanında işləyən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış və heç vaxt hər hansı münasibəti olmamışdır. O, həmin dükandan oğurladığı əşyaların hamısını dəqiq nəzərdən keçirmədiyi üçün əşyaların dəqiq sayı yadında qalmamış, sadəcə zərərçəkmiş şəxslər tərəfindən sadalınmış bütün əşyaları un kisəsini içərisinə yığıb aparmışdır. Lakin Zərərçəkmiş şəxs1 göstərdiyi məbləğlə qətiyyən razı deyildir, həmin əşyaların qiyməti 10-11 min manat ola bilməzdi, ən çoxu 3-4 min manat olardı. O, həmin cinayəti tək törətmiş, əvvəlcədən kiminləsə razılaşdırmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, «TT telekom» adlı dükanda öz vəsaiti hesabına müxtəlif markalı mobil telefonları və aksessuarlan əldə edərək satışı ilə məşğul olmuş, tanışı X7 isə onun yanında işlərinə köməklik etmişdir. Bununla yanaşı dükanın arxa hissəsində Zərərçəkmiş şəxs2 fotomontaj və surətçıxartma işləri ilə məşğul olmuş, orada sonuncuya məxsus olmaqla mülkiyyətində olan foto və kompyuter avadanlığı yerləşmişdir. Həmin dükanı işə salandan sonra hər iki hissədə yuxan künclərdə iki ədəd videomüşahidə kameralarını quraşdırmış və «DVR» adlanan yaddaş cihazı ilə monitor ekranını isə Vüsalın əyləşdiyi hissədə yerləşdirmişdir. Ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə bağlı hamı kimi onlar da, müəyyən edilmiş qayadalara əməl edərək «onlayn» rejimində, yəni sifarişlə işləmişlər. 23 yanvar 2021-ci il tarixdə təxminən saat 20:30-da o, dükanın alüminium çərçivəli qapısını bağlayıb çöl qıfılını kilidləyib çıxıb evə getmişdir. Qapının öz daxili kilidi nasaz olduğu üçün açarla bağlanmamışdır. 24 yanvar 2021-ci il tarixdə təxminən saat 10:15-də o, dükana gəldikdə aşkar etmişdir ki, dükanın qapısı yarı açıq vəziyyətdə olmaqla qıfıl yerində olmamış və şüşədən içəriyə baxdıqda isə dükanın içərisinin dağınıq vəziyyətdə, vitrinlərdə olan malların yerində olmadığını görmüşdür. Həmin cinayət nəticəsində dükandan onun mülkiyyətində olmaqla ona məxsus birinin qiyməti 5 manat olmaqla ümumilikdə 95 manat dəyərində 19 ədəd təzə «Bakcell» mobil telefon nömrələri, birinin qiyməti 39 manat olmaqla ümumilikdə 468 manat dəyərində 12 ədəd təzə vəziyyətdə «İtel» markalı mobil telefonlar, birinin qiyməti 50 manat olmaqla ümumilikdə 3500 manat dəyərində 70 ədəd müxtəlif modelli mobil telefonlar üçün ana plataları, birinin qiyməti 50 manat olmaqla ümumilikdə 750 manat dəyərində 15 ədəd təzə vəziyyətdə müxtəlif mobil telefonlar üçün ehtiyyat ekranlar, birinin qiyməti 40 manat olmaqla ümumilikdə 360 manat dəyərində 8 ədəd təzə vəziyyətdə səsgücləndirici kalonkalar, birinin qiyməti 65 manat olmaqla ümumilikdə 325 manat dəyərində 5 ədəd təzə vəziyyətdə 20000 mAh gücündə poverbank adlanan enerji akkumulyatorları, birinin qiyməti 45 manat olmaqla ümumilikdə 90 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 10000 mAh gücündə poverbank adlanan enerji akkumulyatorları, birinin qiyməti 5 manat olmaqla ümumilikdə 1250 manat dəyərində 250 ədəd təzə vəziyyətdə mobil telefoların ekranları üçün qoruyucu şüşə örtükləri, birinin qiyməti 5 manat olmaqla ümumilikdə 250 manat dəyərində 50 ədəd təzə vəziyyətdə «Samsung» modeli üçün «usb» cərrəyan kabelləri, birinin qiyməti 12 manat olmaqla ümumilikdə 180 manat dəyərində 15 ədəd təzə vəziyyətdə «Samsung» yeni modeli üçün «Tps» cərrəyan kabelləri, birinin qiyməti 5 manat olmaqla ümumilikdə 125 manat dəyərində 25 ədəd təzə vəziyyətdə «iphone» modeli üçün «usb» cərrəyan kabelləri, birinin qiyməti 20 manat olmaqla ümumilikdə 200 manat dəyərində 10 ədəd təzə vəziyyətdə «iphone» modeli üçün «usb» cərrəyan kabelləri, birinin qiyməti 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində 2 ədəd təzə vəziyyətdə «iphone» modeli üçün keçiricilər, birinin qiyməti 8 manat olmaqla ümumilikdə 120 manat dəyərində 15 ədəd təzə vəziyyətdə «Samsung» modeli üçün cərrəyan adaptorları, birinin qiyməti 3 manat olmaqla ümumilikdə 60 manat dəyərində 20 ədəd təzə vəziyyətdə mobil telefonların fotokmcraları üçün qoruyucu şüşə örtükləri, birinin qiyməti 7 manat olmaqla ümumilikdə 35 manat dəyərində 5 ədəd təzə vəziyyətdə kompyuter üçün «siçan» manipulyatorları, birinin qiyməti 40 manat olmaqla ümumilikdə 200 manat dəyərində 5 ədəd təzə vəziyyətdə 64 Gb yaddaş həcmli flaşkartlar, birinin qiyməti 28 manat olmaqla ümumilikdə 56 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 32 Gb yaddaş həcmli flaşkartlar, birinin qiyməti 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 16 Gb yaddaş həcmli flaşkartlar, birinin qiyməti 14 manat olmaqla ümumilikdə 24 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 8 Gb yaddaş həcmli flaşkartlar, birinin qiyməti 6 manat olmaqla ümumilikdə 24 manat dəyərində 4 ədəd təzə vəziyyətdə 2 Gb yaddaş həcmli flaşkartlar, birinin qiyməti 12 manat olmaqla ümumilikdə 72 manat dəyərində 6 ədəd təzə vəziyyətdə 8 Gb yaddaş həcmli mikro CD kartlar, birinin qiyməti 10 manat olmaqla ümumilikdə 40 manat dəyərində 4 ədəd təzə vəziyyətdə 4 Gb yaddaş həcmli mikro CD kartlar, birinin qiyməti 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 16 Gb yaddaş həcmli mikro CD kartlar, birinin qiyməti 28 manat olmaqla ümumilikdə 56 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 32 Gb yaddaş həcmli mikro CD kartlar, birinin qiyməti 5 manat olmaqla ümumilikdə 75 manat dəyərində 15 ədəd təzə vəziyyətdə nəqilli qulaqcıqlar (səs nauşnikləri), birinin qiyməti 20 manat olmaqla ümumilikdə 100 manat dəyərində 5 ədəd təzə vəziyyətdə «iphone» modeli üçün nəqilli qulaqcıqlar, müxtəlif mobil telefonla üçün ümumilikdə 1000 manat dəyərində 150 adəd ehtiyyat hissələri, bir ədəd 400 manat dəyərində dükanın videokameralarının «DVR» adlanan yaddaş aparatı, bundan başqa, dükandan həm də ki, Zərərçəkmiş şəxs2 mülkiyyətində olmaqla ona məxsus bir ədəd 1200 manat dəyərində işlənmiş vəziyyətdə olan «Nikon» markalı fotoaparat, bir ədəd 150 manat dəyərində «LG» markalı mobil telefonu, bir ədəd 150 manat dəyərində « Redmi 7A» markalı mobil telefonu və bir ədəd 150 manat dəyərində «Lenova» markalı mobil telefonu da oğurlanmışdır. Beləliklə də, həmin cinayət nəticəsində şəxsən ona 9945 məbləğində, Zərərçəkmiş şəxs2 isə 1650 manat məbləğində maddi ziyan dəymişdir. Mağazadan ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**. ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri oğurlanmışdır. Oğurlanmış mobil telefonların İmei kodlarını göstərə bilmir, çünki heç bir yerdə qeydiyyat aparmamışlar. Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 27.04.2021-ci il tarixli 9/1668 nömrəli rəylə qətiyyən razı deyildir. Dükandan oğurlanan əşyalar təzə və istifadə olunmamış vəziyyətdə olmuşdurlar. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, həmin ziyanı tələb etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 mobil telefonların satışı kimi işlətdiyi «TT telekom» adlı dükanda fotoqraf işləmişdir. Həmin dükanda Qəşəm öz vəsaiti hesabına müxtəlif markalı mobil telefonları və aksessuarları əldə edərək satışı ilə məşğul olmuş, sonuncunun tanışı Şahid isə köməklik etmişdir. Onun iş yeri həmin dükanın arxa hissəsində yerləşmiş, orada o, fotomontaj və surətçıxartma işləri ilə məşğul olmuş, ona aid olan əşyalarda orada yerləşmişdir. 24 yanvar 2021-ci il tarixdə təxminən saat 10:30-da Qəşəm ona zəng edərək gecə vaxtlarında dükandan oğurluq olduğunu demiş və o da evdən çıxıb işə gəlmişdir. Dükana gəldikdə ona məlum olmuş ki, naməlum şəxs tərəfindən törədilmiş oğurluq nəticəsində ona və Qəşəmə məxsus xeyli sayda əşyaları oğurlanmışdır. Ona məxsus üç ədəd mobil telefonlar və bir ədəd bahalı «Nikon» markalı fotoapparat oğurlanmışdır. Həmin cinayət nəticəsində dükandan ona məxsus bir ədəd 1200 manat dəyərində işlənmiş vəziyyətdə olan «Nikon» markalı fotoaparatı, bir ədəd 150 manat dəyərində «LG» markalı mobil telefon, bir ədəd 150 manat dəyərində « Redmi 7A» markalı mobil telefonu və bir ədəd 150 manat dəyərində «Lenova» markalı mobil telefonu oğurlanmaqla ümumilikdə ona 1650 manat məbləğində maddi ziyan dəymiş, Zərərçəkmiş şəxs1 mülkiyyətində olmaqla sonuncuya məxsus birinin qiyməti 5 manat olmaqla ümumilikdə 95 manat dəyərində 19 ədəd təzə «Bakcell» mobil telefon nömrələri, birinin qiyməti 39 manat olmaqla ümumilikdə 468 manat dəyərində 12 ədəd təzə vəziyyətdə «İtel» markalı mobil telefonlar, birinin qiyməti 50 manat olmaqla ümumilikdə 3500 manat dəyərində 70 ədəd müxtəlif modelli mobil telefonlar üçün ana plataları, birinin qiyməti 50 manat olmaqla ümumilikdə 750 manat dəyərində 15 ədəd təzə vəziyyətdə müxtəlif mobil telefonlar üçün ehtiyyat ekranlar, birinin qiyməti 40 manat olmaqla ümumilikdə 360 manat dəyərində 8 ədəd təzə vəziyyətdə səsgücləndirici kalonkalar, birinin qiyməti 65 manat olmaqla ümumilikdə 325 manat dəyərində 5 ədəd təzə vəziyyətdə 20000 mAh gücündə poverbank adlanan enerji akkumulyatorları, birinin qiyməti 45 manat olmaqla ümumilikdə 90 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 10000 mAh gücündə poverbank adlanan enerji akkumulyatorları, birinin qiyməti 5 manat olmaqla ümumilikdə 1250 manat dəyərində 250 ədəd təzə vəziyyətdə mobil telefonların ekranları üçün qoruyucu şüşə örtükləri, birinin qiyməti 5 manat olmaqla ümumilikdə 250 manat dəyərində 50 ədəd təzə vəziyyətdə «Samsung» modeli üçün «usb» cərrəyan kabelləri, birinin qiyməti 12 manat olmaqla ümumilikdə 180 manat dəyərində 15 ədəd təzə vəziyyətdə «Samsung» yeni modeli üçün «Tps» cərrəyan kabelləri, birinin qiyməti 5 manat olmaqla ümumilikdə 125 manat dəyərində 25 ədəd təzə vəziyyətdə «iphone» modeli üçün «usb» cərrəyan kabelləri, birinin qiyməti 20 manat olmaqla ümumilikdə 200 manat dəyərində 10 ədəd təzə vəziyyətdə «iphone» modeli üçün «usb» cərrəyan kabelləri, birinin qiyməti 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində 2 ədəd təzə vəziyyətdə «iphone» modeli üçün keçiricilər, birinin qiyməti 8 manat olmaqla ümumilikdə 120 manat dəyərində 15 ədəd təzə vəziyyətdə «Samsung» modeli üçün cərrəyan adaptorlan, birinin qiyməti 3 manat olmaqla ümumilikdə 60 manat dəyərində 20 ədəd təzə vəziyyətdə mobil telefonların fotokmeraları üçün qoruyucu şüşə örtükləri, birinin qiyməti 7 manat olmaqla ümumilikdə 35 manat dəyərində 5 ədəd təzə vəziyyətdə kompyuter üçün «siçan» manipulyatorlan, birinin qiyməti 40 manat olmaqla ümumilikdə 200 manat dəyərində 5 ədəd təzə vəziyyətdə 64 Gb yaddaş həcmli flaşkartlar, birinin qiyməti 28 manat olmaqla ümumilikdə 56 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 32 Gb yaddaş həcmli flaşkartlar, birinin qiyməti 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 16 Gb yaddaş həcmli flaşkartlar, birinin qiyməti 14 manat olmaqla ümumilikdə 24 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 8 Gb yaddaş həcmli flaşkartlar, birinin qiyməti 6 manat olmaqla ümumilikdə 24 manat dəyərində 4 ədəd təzə vəziyyətdə 2 Gb yaddaş həcmli flaşkartlar, birinin qiyməti 12 manat olmaqla ümumilikdə 72 manat dəyərində 6 ədəd təzə vəziyyətdə 8 Gb yaddaş həcmli mikro CD kartlar, birinin qiyməti 10 manat olmaqla ümumilikdə 40 manat dəyərində 4 ədəd təzə vəziyyətdə 4 Gb yaddaş həcmli mikro CD kartlar, birinin qiyməti 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 16 Gb yaddaş həcmli mikro CD kartlar, birinin qiyməti 28 manat olmaqla ümumilikdə 56 manat dəyərində 2 ədəd təzə vəziyyətdə 32 Gb yaddaş həcmli mikro CD kartlar, birinin qiyməti 5 manat olmaqla ümumilikdə 75 manat dəyərində 15 ədəd təzə vəziyyətdə nəqilli qulaqcıqlar (səs nauşnikləri), birinin qiyməti 20 manat olmaqla ümumilikdə 100 manat dəyərində 5 ədəd təzə vəziyyətdə «iphone» modeli üçün nəqilli qulaqcıqlar, müxtəlif mobil telefonla üçün ümumilikdə 1000 manat dəyərində 150 adəd ehtiyyat hissələri, bir ədəd 400 manat dəyərində dükanın videokameralarının «DVR» adlanan yaddaş aparatı oğurlanmaqla sonuncuya ümumilikdə 9945 məbləğində maddi ziyan vurlumuşdur. Oğurlanmış ona məxsus mobil telefonların imei kodlarını bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 işlətdiyi «TT telekom» mağazasında ona köməklik etmişdir. Həmin dükanın arxa hissəsində Zərərçəkmiş şəxs2 fotomontaj və surətçıxartma işləri ilə məşğul olmuş, orada sonuncuya məxsus olmaqla mülkiyyətində olan foto və kompyuter avadanlığı yerləşmişdir. 23 yanvar 2021-ci il tarixdə təxminən saat 20:30-da Qəşəm dükanın qapısını bağlayıb çöl qıfılını kilidləyib çıxıb evə getmişdir. Həmin qapının öz daxili kilidi nasaz olduğu üçün açarla bağlanmamışdır. 24 yanvar 2021-ci il tarixdə təxminən saat 10:30-da Qəşəm ona telefonla zəng edərək dükanın içərisinin dağınıq vziyyətdə olduğunu və əksər malların oğurlandığını bildirmişdir. O, dərhal evdən çıxıb dükana tərəf gəldikdə mobil telefonlar və müxtəlif aksessuarlar oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində dükandan Qəşəmin mülkiyyətində olmaqla sonuncuya məxsus təzə «Bakcell» mobil telefon nömrələri, «İtel» markalı mobil telefonlar, müxtəlif modelli mobil telefonlar üçün ana platalar, müxtəlif mobil telefonlar üçün ehtiyyat ekranlar, təzə vəziyyətdə səsgücləndirici kalonkalar, təzə vəziyyətdə 20000 mAh gücündə poverbank adlanan enerji akkumulyatorları, təzə vəziyyətdə 10000 mAh gücündə poverbank adlanan enerji akkumulyatorları, təzə vəziyyətdə mobil telefolann ekranları üçün qoruyucu şüşə örtükləri, təzə vəziyyətdə «Samsung» modeli üçün «usb» cərrəyan kabelləri, təzə vəziyyətdə «Samsung» yeni modeli üçün «Tps» cərrəyan kabelləri, «iphone» modeli üçün «usb» cərrəyan kabelləri, «İphone» modeli uçun «usb» cərrəyan kabelləri, təzə vəziyyətdə «iphone» modeli üçün keçiricilər, təzə vəziyyətdə «Samsung» modeli üçün cərrəyan adaptorları, təzə vəziyyətdə mobil telefonların fotokameraları üçün qoruyucu şüşə örtükləri, təzə vəziyyətdə kompyuter üçün «siçan» manipulyatorları, təzə vəziyyətdə 64 Gb yaddaş həcmli flaşkartlar, təzə vəziyyətdə 32 Gb yaddaş həcmli flaşkartlar, təzə vəziyyətdə 15 Gb yaddaş həcmli flaşkartlar, təzə vəziyyətdə 8 Gb yaddaş həcmli flaşkartlar, təzə vəziyyətdə 2 Gb yaddaş həcmli flaşkartlar, təzə vəziyyətdə 8 Gb yaddaş həcmli mikro CD kartlar, təzə vəziyyətdə 4 Gb yaddaş həcmli mikro CD kartlar, təzə vəziyyətdə 16 Gb yaddaş həcmli mikro CD kartlar, təzə vəziyyətdə 32 Gb yaddaş həcmli mikro CD kartlar, təzə vəziyyətdə nəqilli qulaqcıqlar (səs nauşnikləri), təzə vəziyyətdə «iphone» modeli üçün nəqilli qulaqcıqlar, müxtəlif mobil telefonlar üçün ehtiyyat hissələri, dükanın videokameralarının «DVR» adlanan yaddaş aparatı, dükandan həm də ki, Zərərçəkmiş şəxs2 mülkiyyətində olmaqla ona məxsus bir ədəd işlənmiş vəziyyətdə olan «Nikon» markalı fotoaparat, bir ədəd «LG» markalı mobil telefonu, bir ədəd « Redmi 7A» markalı mobil telefonu və bir ədəd «Lenova» markalı mobil telefonu da oğurlanmışdır. Həmin cinayət nəticəsində şəxsən Qəşəmə 9945 məbləğində, Zərərçəkmiş şəxs2 isə 1650 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmçinin dükandan mobil telefon nömrələri də oğurlanmışdır. Daha sonra məlum olmuşdur ki, əvvəllər adını bilmədiyi, sonradan Anar olduğunu öyrəndiyi və bir neçə dəfə dükana müştəri kimi gəlmiş şəxs həmin oğurluğu törətmişdir. Həmin cinayət nəticəsində şəxsən ona ziyan vurulmamışdır. İş materiallarında olan 24.01.2021-ci il tarixdə tərtib edilmiş baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi «Tİ telekom» adlı telefon satışı mağazasıdır. Mağazanın qapısı açıq vəziyyətdə olmaqla içərisində bəzi əşyaların səliqəsiz şəkildə olduğu, bir ədəd asma qıfılın piştaxtanın üzərində olduğu, dükanın satış vitrinlərində mobil telefon və aksessuarların cüzi bir qisminin olduğu «DVR» aparatının yerində olmadığı müəyyən edilmişdir (cild 1, səh.3-13). İş materiallarında olan 02.03.2021-ci il tarixli “əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan və fotocədvəldən görünür ki, həmin tarixdə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilmiş Təqsirləndirilən şəxs bir ədəd açıq boz rəngdə «HiWatsh» markalı kvadrat formalı metaldan korpusu olan DVR aparatını, bir ədəd qara rəngdə «Hp» markalı «siçan» manipulyatoru, doqquz ədəd müxtəlif rəng və ölçülərdə işlənmiş vəziyyətdə mobil telefon üzlükləri (kaburalar), səkkiz ədəd müxtəlif ölçülərdə olan və müxtəlif markalı mobil telefonlara aid akkumulyatorları, iki ədəd ağ rəngdə mobil telefon üçün cərrəyan adaptorları, səkkiz ədəd müxtəlif ölçülərdə müxtəlif mobil telefon markalarına aid ekranları, üç ədəd sökülmüş vəziyyətdə olan «İphone», «Samsung» və «Huavei» markalı mobil telefon aparatlarını, on ədəd müxtəlif markalı mobil telefon korpuslarının hissələrini və bir ədəd üzərində mikrosxemaları olan planşet platasını istintaq orqanına təqdim edərək 24.01.2021-ci il tarixdə «TT Telekom» adlı dükandan oğurladığı əşyalardan onda qalmış əşyalar olduğunu bildirmişdir (cild 1, səh. 91-96). İş materiallarında olan 03.03.2021-ci il tarixli “əşyalara baxış keçirilməsi haqqında” protokoldan və fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs götürülmüş bir ədəd açıq boz rəngdə «HiWatsh» markalı kvadrat formalı metaldan korpusu olan DVR aparatının, bir ədəd qara rəngdə «Hp» markalı «siçan» manipulyatoru, doqquz ədəd müxtəlif rəng və ölçülərdə işlənmiş vəziyyətdə mobil telefon üzlükləri (kaburalar), səkkiz ədəd müxtəlif ölçülərdə olan və müxtəlif markalı mobil telefonlara aid akkumulyatorların, iki ədəd ağ rəngdə mobil telefon üçün cərrəyan adaptorların, səkkiz ədəd müxtəlif ölçülərdə müxtəlif mobil telefon markalarına aid ekranların, üç ədəd sökülmüş vəziyyətdə olan «İphone», «Samsung» və «Huavei» markalı mobil telefon aparatların, on ədəd müxtəlif markalı mobil telefon korpuslarının hissələrini və bir ədəd üzərində mikrosxemaları olan planşet platasnın ona məxsus olduğunu və 24.01.2021-ci il tarixdə «TT Telekom» adlı dükandan oğurladığı əşyalardan cüzi bir qisminin olduğunu bildirmişdir (cild 1, səh.97-100). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21.04.2021-ci il tarixli 3/570 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd asma qıfılın səthində və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan zədələr yoxdur. Bununla belə ştat açarı və ya ştat açarına uyğunlaşdırılmış açarla açılması mümkündür. Qıfılın konstruksiyası onun kənar predmetlə (məhz kilidaçan) iz qoymadan açılmasını istisna etmir (cild 1, səh. 219-221). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27.04.2021-ci il tarixli 9/1668 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və işlənmiş mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin, 2021-ci ilin aprel ayına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən: bir ədəd xarici görünüşünə görə istifadədə olmuş, açıq boz rəngdə «HiWatsh» markalı DVR aparatı 100,00 manat; bir ədəd xarici görünüşünə görə istifadədə olmuş «Hp» markalı «siçan» manipulyator 3,00 manat; doqquz ədəd xarici görünüşünə görə uzun müddət istifadədə olmuş mobil telefon üzlükləri (kaburalar) 4,50 manat; səkkiz ədəd xarici görünüşünə görə istifadədə olmuş mobil telefon akkumulyatorları 160,00 manat; iki ədəd xarici görünüşünə görə az istifadədə olmuş cərəyan adaptorlar: 10,00-manat; səkkiz ədəd xarici görünüşünə görə yararsız mobil telefon ekranları qiymətsiz; üç ədəd xarici görünüşünə görə təyinatı üzrə istismara yararsız sökülmüş vəziyyətdə mobil telefon aparatları, ehtiyat hissəsi kimi istifadə edilə bilər 30,00 manat; on ədəd xarici görünüşünə görə uzun müddət istifadədə olmuş müxtəlif mobil telefon korpusunun hissələri 5,00 manat, bir ədəd xarici görünüşünə görə istifadədə olmuş planşet platası 20,00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Moskva şəhərinin Xoroşevsk Rayon Məhkəməsinin 26.07.2012-ci il tarixli hökmünə sasən RF CM-nin 161-ci maddəsinin 2-ci hissəsinin «A, Q» bəndləri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15.11.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan əlavə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.05.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.01.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 320.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, 28.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, səh. 200-202). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-41/2018 nömrəli 24.01.2018-ci il tarixli hökmünün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 320.1-ci maddələri ilə təqsirli bilinərək ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası təyin edilmişdir (cild 1, səh. 200-213) İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 7(043)-64-2020 nömrəli 30.07.2020-ci il tarixli qərarının surətindən məlum olur ki, Təqsirləndirilən şəxs 3000 manat cərimə cəzasının icrasından boyun qaçırdığı üçün həmin cəzanın başqa cəza növü ilə əvəz edilməsi məqsədilə tutulması qərara alınmış, Gəncə şəhər Probasiya şöbəsi tərəfindən 24.08.2020-ci il tarixdə barəsində axtarış elan edilmişdir (cild 1, səh. 227-231). İş materiallarında olan Azərbaycan Respublikası ƏN Gəncə şəhər Probasiya şöbəsinin 18.05.2021-ci il tarixli, 36724/20 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində cəzanın dəyişdirilməsi barədə məhkəməyə təqdimat verilməmişdir (cild 2, səh. 36). İş materiallarında olan 28 aprel 2021-ci il tarixli “Sübutlara hüquqi qiymət verilməsi haqqında” qərardan görünür ki, X5 məxsus bir ədəd asma qıfıl, bir ədəd «HiWatsh» markal DVR aparatı, bir ədəd «Hp» markalı «siçan» manipulyator, doqquz ədəd mobil telefon üzlükləri (kaburalar), səkkiz ədəd mobil telefon akkumulyatorları, iki ədəd cərrəyan adaptorları, səkkiz ədəd mobil telefon ekranları, üç ədəd sökülmüş vəziyyətdə mobil telefon aparatları, on ədəd müxtəlif mobil telefon korpusunun hissələri və bir ədəd planşet platası (üç ədəd möhürlənmiş bağlamalarda) öz əlamətlərinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən bir əşyalar olaraq 28.04.2021-ci il tarixli qərarına əsasən iş üzrə maddi sübut kimi tanıraraq saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cild 1, səh. 234-252) İş materiallarında olan 02.03.2021 -ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, səh. 77-78). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-126/2021 nömrəli 04.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 aprel 2021-ci il tarixinədək həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 02.03.2021-ci il tarixdən hesablanmışdır (cild 1, səh. 137-141). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-198/2021 nömrəli 22.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması bir ay, yəni 24 may 2021-ci il tarixədək uzadılmışdır (cild 1, səh. 196-199). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-263/2021 nömrəli 22.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti bir ay, yəni 24 iyun 2021-ci il tarixədək uzadılmışdır (cild 2, səh. 52- 55) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, hadisə yerinə baxış protokolu, ekpertiza rəyi və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməli etiraf etməklə peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır, iş materiallarından və tələbnamədən məlum olur ki, Rusiya Federasiyasının Moskva şəhərinin Xoroşevsk Rayon Məhkəməsinin 26.07.2012-ci il tarixli hökmünə əsasən RF CM-nin 161-ci maddəsinin 2-ci hissəsinin «A, Q» bəndləri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15.11.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.05.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.01.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 320.1ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, 28.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğluna münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs oğluna cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 02 mart 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd asma qıfıl, bir ədəd «HiWatsh» markal DVR aparatı, bir ədəd «Hp» markalı «siçan» manipulyator, doqquz ədəd mobil telefon üzlükləri (kaburalar), səkkiz ədəd mobil telefon akkumulyatorları, iki ədəd cərrəyan adaptorları, səkkiz ədəd mobil telefon ekranları, üç ədəd sökülmüş vəziyyətdə mobil telefon aparatları, on ədəd müxtəlif mobil telefon korpusunun hissələri və bir ədəd planşct platası iş üzrə əhəmiyyət kəsb etmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslərə qaytarılmalı, iş üzrə məhkəmə-trasoloji və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli, 1(004)-266/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmü ilə təyin edilmiş, ödənilməmiş qalan 3000 manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya tam birləşdirilərək ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 02 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd asma qıfıl, bir ədəd «HiWatsh» markal DVR aparatı, bir ədəd «Hp» markalı «siçan» manipulyator, doqquz ədəd mobil telefon üzlükləri (kaburalar), səkkiz ədəd mobil telefon akkumulyatorları, iki ədəd cərrəyan adaptorları, səkkiz ədəd mobil telefon ekranları, üç ədəd sökülmüş vəziyyətdə mobil telefon aparatları, on ədəd müxtəlif mobil telefon korpusunun hissələri və bir ədəd planşct platası iş üzrə əhəmiyyət kəsb etmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslərə qaytarılsın. İş üzrə məhkəmə-trasoloji və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar