Məhkəmə qərarları › İş №1(004)-266/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-266/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-266/2022 29.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də mühafizəçi işləyən, ali təhsilli, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 100A, mənzil 29-da qeydiyyatda olmaqla yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcə Binəqədi RPİ-nin İŞ-də sonra isə Nəsimi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə araşdırılmaqla həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X4 verilmiş ittihamı yüngülləşdirəcəyi adı ilə 20 iyun 2020-ci il tarixdə Yasamal rayonu H.B.ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Xüsusiləşdirilmiş Angioloji Mərkəz»in qarşısında sonuncunun qardaşı Zərərçəkmiş şəxs yalan vəd verib etibardan sui-istifadə etmə və aldatma yolu ilə 25 000 manat məbləğində pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli mqidarda zıyan vurub dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanışı Şahid1 vasitəsi ilə 2020-ci ilin iyun ayının əvvəllərindən tanımış, ilk dəfə X7 rayonu Topçubaşov xəstəxanasının qarşısında olan çayxanada Elşənin vasitəçiliyi ilə tanış olmuş və orda bilmişdir ki, Anarın qardaşı X2 RPİnin əməkdaşları tərəfindən tutulmuşdur, hazırda həbsdədir barəsində Azərbaycan Respublikasının 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. O Zərərçəkmiş şəxs və Elşənə narahat olma mən danışım sizə xəbər edərəm demiş, Elmar Əliyevin işi ilə bağlı adlarını demək istəmədiyi şəxslərlə danışmış və məlum olmuşdur ki, həbsdə olmaqla Bakı istintaq təcridaxasnasında saxlanılır. O bir neçə gün sonra Anarın istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə öz istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi vasitəsi ilə əlaqə saxlamış, yenidən onunla Topçubaşov xəstəxanasının qarşısında görüşüb söhbət edərək 40 000 manat civarında qardaşının işini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif etdirəcəyini ilkin olaraq 25 000 manat pul alacağını, qalan pulu işin həll olunma ərəfəsində verəcəyini demiş, 20 iyun 2020-ci il tarixdə Anar Yasamal rayonu H.Zərdabi küçəsində yerləşən Tusi kilinikasının laborotoriyasının qarşısında 25 000 manat pulu qardaşı Elmarın işi üçün öz idarə etdiyi Lexsus markalı nömrə nişanlarını xatırlamadığı avtomobilin salonunda vermiş, Anaradan aldığı pulu özündə müəyyən müddət saxlamış, Elmarın işi ilə bağlı bir neçə nəfərlə maraqlanmış, alınan iş olmadığını öyrənib gözləmə mövqeyi tutmuş və fikirləşmiş ki, bəlkə nə isə edə bildi. Elmarın işi uzandığı üçün şəxsi problemləri yarandığından Anardan aldığı pulu öz işlərini yoluna qoymaq üçün istifadə etmiş, Elmarın işində irəlləyiş olduğu zaman qaytarıb yerinə qoyacağını fikirləşmişdir. Bundan sonra Elmarın işi Binəqədi RPİ-dən adiyyəti üzrə Nəsimi RPİ-nə göndərilmiş, düşünmüş ki, bəlkə Nəsimidə nə isə edər amma alınmamış, 2021-ci ilin may ayında Anar ondan verdiyi pulu tələb etməyə başlamış, o Anardan aldığı pulu qaytara bilmədiyi üçün məcbur olub atasına vəziyyəti demiş, atası buna görə onu danlamış və bir ay sonra 25 000 manat pulu əmisi oğlu Məmməd vasitəsi ilə 2021-ci ilin iyun ayının əvvəlində Anara göndərmiş, bundan sonra 2021-ci ilin noyabr ayında İŞ-nin baş müstəntiqi Pünhan Əbilov vasitəsi ilə öyrənmiş ki, Zərərçəkmiş şəxs ondan şikayət edib ki, guya onun 25 000 manat pulunu alıb ələ keçirmiş, lakin buna baxmayaraq Zərərçəkmiş şəxslə bu günə qədər əlaqə saxlamamışdır. Binəqədi RPİ-nin müstəntiqi Kamran adlı əməkdaşı tanıdığını, lakin Elmarın işi ilə bağlı onunla danışmadığını bildirmişir. Daha sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, doğma qardaşı X5 2020-ci ilin may ayında Binəqədi RPİ-nin əməkdaşları tərəfindən külli müqadarda narkotik vasitəni qanunsuz olaraq ədlə edib saxlamaqda şübhəli bilinərək saxlanılmış və daha sonra bununla bağlı həbs olunmuş, o qardaşının həbs olunduğunu öyrəndikdən sonra ona işinin yüngülləşdirilməsində köməklik edə biləcək bir şəxs axtaran zaman dostu Şahid1 vasitəsi ilə Təqsirləndirilən şəxs ilə 2020-ci ilin iyun ayının əvvəllərində Yasamal rayonunda yerləşən “Yasamal Parkının” yaxınlığında görüşüb tanış olmuş, həmin görüşə gedən zaman Elşən ona İlqarın polis əməkdaşı olduğunu və bu işdən başı çıxan şəxs kimi köməklik edəcəyini bildirmiş, həmin görüş zamanı o Elşənin dedikləri əsasında İlqarın polis olması barədə qiyabən məlumatlı olsada İlqar özü barədə ona heç nə deməmiş, həmin görüşdə İlqar ondan qardaşı nə səbəbə və kim tərəfindən tutulduğunu soruşduqda o qardaşı Elmarın narkotik vasitə əldə etməsinə görə Binəqədi RPİ-nin müstəntiqi Kamran tərəfindən tutulduğunu bildirmiş, bundan sonra İlqar onun yanında qardaşının işini aparan Kamran adlı müstəntiqi tanıdğını bildirib mobil telefonu ilə ona Kamran olduğunu bildirdiyi şəxsə zəng edib onunla qardaşının işi barədə danışmış, lakin İlqarın telefonla danışdığı şəxsin konkret olaraq reallıqda kim olmasını bilməmiş, bundan sonra İlqar ona demiş ki, özü bu barədə maraqlanıb onunla danışacaq. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində yenidən Təqsirləndirilən şəxsla “Yasamal Parkının” yaxınlığında Şahid1la birlikdə görüşmüş, görüş zamanı İlqar onun qardaşının işi ilə maraqlanıb və bu barədə məlumat topladığını, qardaşı X6 RPİ-nin İŞ-də olan cinayət işində ona köməklik edərək işini yüngülləşdirməyin mümüknü olduğunu bildirdikdən sonra hazırda Elmarın barəsində başlanmış cinayət işi ağır maddə ilə istintaq olunduğunu, həmin maddələrə görə qardaşını 7 ildən başlayan cəza gözlədiyini, lakin onun köməkliyi ilə həmin maddəni dəyişib yüngülləşdirərək qardaşının maksimum cəzasını üç ilə qədər aşağı salamaq imkanı olduğunu, ilk mərhələdə 25.000 (iyirmi beş min) manat pul verməli olduğunu demiş, bundan sonra isə iş yerli yəni rayon məhkəməsinə gedən zaman isə təxminən orada da 15.000 manat lazım olacağını bildirmiş, o İlqara məhkəmə üçün istədiyi 15.000 manatın çox olduğunu dedikdə o İlqar buna sonra baxarıq demişdir. İlqar ondan qardaşı Elmarın anket məlumatlarını istəmiş, o da qardaşının anket məlumatlarını İlqara göndərmiş, 25.000 manat pul istəməsini düşünmək üçün vaxt istəyib sağollaşaraq İlqardan ayrılmış, İlqarın dediklərinə və onun qardaşının müstəntiqini tanımasına inanıb onun dedikləri ilə razılaşaraq xx.xx.2021-ci il tarixdə qardaşı Elmar Əliyevin anket məlumatlarını istifadəsində olan ***- ***-**-** mobil nömrəsindən İlqarın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə mesajla yazıb göndərmiş, bundan sonra İlqar ona xəbər edəndə pulu gətir demiş, bundan bir neçə gün sonra İlqarın istəyi ilə ünvan 2 ünvanında yerləşən Topçubaşov Adına Elmi Cərrahiyə Mərkəzinin yanına xx.xx.2020-ci il tarixdə İlqarın istədiyi 25.000 manat pulu götürüb gəlmiş, İlqar görüşə tək gəlməsini dediyi üçün onunla bir yerdə gedən tanışı Elçini bir qədər kənarda avtomobildən düşürüb onları vizual şəkildə görə biləcəyi bir məsəfədə dayanmasını bildirmış, təxminən saat 14 radələrində mən İlqarla Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 196 ünvanında yerləşən Topçubaşov Adına Elmi Cərrahiyə Mərkəzinin yanındakı avtomobil dayanacağında görüşmüş, orada İlqara qardaşı Elmar Əliyev barəsində istintaq olunan cinayət işinin maddəsinin daha yüngül maddəyə tövsif olunması üçün yüz ədəd 200 manatlıq və 100 ədəd 50 manatlıq əskinaslar şəklində balaca aptek sellofan torbasının içərisində 25.000 manat pul sayıb vermiş, İlqar həmin pulu aldıqdan sonra narahat olmamağını qardaşının işini həll edən kimi özü bu barədə ona məlumat verəcəyini demiş, o da həmin yerdən çıxıb getmişdir. İlqarın dediklərinə inanaraq xeyli bir müddət heç bir iş görmədən onun zəng edib qardaşının işinin yüngülləşməsi ilə bağlı məlmat verməsini gözləmiş, lakin nə qədər gözləsədə İlqardan heç bir xəbər çıxmamış, xx.xx.2020-ci il tarixdə “whatsapp” mobil tətbiq etməsindən İlqara mesaj yazaraq qardaşının 1 saylı istintaq Təcridxanasından Binəqədi RPİ-nə gtirildiyini bildirmiş, İlqarda bu barədə danışb xəbər verəcəyini demiş, sonradan İlqar yazmış ki guya qardaşımın işində ona kömək ediləcəyi ilə bağlı ifadələrin düzəldilməsi məqsədi ilə Elmarı polis idarəsinə gətiriblər. İlqarın dediklərinə inanaraq heç kimə bu barədə danışmadan gözləmiş, qardaşının işinin məhkəməyə yüngül formada gedəcəyinə inanmış, bir müddət sonra məlumat almaq üçün İlqara dəfələrlə zəng etsədə zənglərinə İlqar cavab verməmiş, biraz keçdikdən sonra isə öyrənmiş ki, qardaşı Elmar Əliyevin işi Binəqədi RPİ-dən Nəsimi RPİ-nə göndərilmiş, bununla bağlı İlqarla əlaqə saxlamğa çalışsada onu tapa bilməmi/, daha sonra isə qardaşı Elmar Əliyevin işi Nəsimi RPİ-də Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, həmin ərəfələrdə İlqarla əlaqə yaratmağa çalışaraq ondan pulunu geri tələb etmək istədikdə onun əvəzinə mobil telefonuna özünü İlqarın əmisi oğlu kimi təqdim edən Məmməd adlı şəxs cavab vermiş, həmin şəxslə görüşən zaman İlqarın pulu qaytarması üçün vaxt istəmiş, o vaxt versədə bu prosesin bir neçə dəfə təkrarlanmasına baxmayaraq Təqsirləndirilən şəxs ondan aldığı pulları qaytarmamış, daha sonra qardaşı Elmar Əiyev Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 07 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan sonra isə o İlqardan ona verdiyi pulları geri tələb etsədə sonuncu hər dəfəsində pulu qaytaracağını bildirərək müxtəlif bəhanələrlə onu aldadıb bu günə kimi pulu qaytarmamış, İlqarın pulu qaytarmadığını görüb ondan hüquq mühafizə orqanlarına şikayət etmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş işçisi Səlimin vasitəsi ilə tanımış, söhbət əsnasında Səlim ona demişdi ki onun yeznəsi olan Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsində işləyir, o Zərərçəkmiş şəxs isə ortaq dostu olan Aslan Ağayevin vasitəsi ilə tanımışdır. 2020-ci ilin iyun ayının əvvəllərində dostu Aslanla oturub söhbət edən zaman tanışı Elmar Əliyevin külli miqdarda narkotik vasitə ilə Binəqədi RPİ-nin əməkdaşları tətəfindən tutulub həbsdə olduğunu və ona kömək etmək üçün tanışının olub olmadığını soruşan zaman o narkotik vasitə ilə bağlı heç kimdən heç nə xahiş etmərəm kim cinayət edibsə gedib cəzasın çəksin demiş, həmin vaxt Aslanın təkidindən sonra xatırlamış ki, Səlimin vasitəsi ilə tanıdğı yeznəsi İlqarın polis olduğu üçün bu işdən başının çıxacağını düşünüb Səlimdən onun nömrəsini alaraq Aslana vermiş, bundan sonra öyrnmiş ki, Aslan İlqarın nömrəsini tutulan Elmar Əliyevin qardaşı Zərərçəkmiş şəxs vermişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs ona zəng edərək Təqsirləndirilən şəxsla görüşmək istədiyini bildirdikdə o hazırda Yasamal rayonunda yerləşən “Yasamal Parkı” ilə üzbə-üz maşın yuma servizində olduğunu bildirmiş, bundan sonra İlqar və Anar qeyd etdiyi yerdə görüşməli olmuş, Anara İlqarın polis olmasını desədə onun hazırda hansı vəzifədə olması barədə məlumatlı olmadığım üçün bir söz deyə bilməmiş, həmin görüşdə İlqar Anardan qardaşının nə səbəbə və kim tərəfindən tutulduğunu soruşduqda Anar ona qardaşı Elmarın narkotik vasitə əldə etməsinə görə Binəqədi RPİ-nin müstəntiqi Kamran tərəfindən tutulduğunu bildirmiş, İlqar Anarın qardaşının işini aparan Kamran adlı müstəntiqi tanıdğını bildirib mobil telefonu ilə Kamran olduğunu bildirdiyi şəxsə zəng edib onunla Anarın qardaşının işi barədə danışmış, lakin biz İlqarın telefonla danışdığı şəxsin konkret olaraq reallıqda kim olmasını bilməmiş, xx.xx.2020-ci il tarixdə saat 13 radələrində o və Anar yenidən Təqsirləndirilən şəxsla “Yasamal Parkının” yaxınlığında görüşmüş, həmin görüş zamanı İlqar Anara bildirmiş ki, qardaşının işi ilə maraqlanıb və bu barədə məlumat toplamışdır. X6 RPİ-nin İŞ-də olan cinayət işində ona köməklik edərək işini yüngülləşdirməyin mümüknü olduğunu bildirmiş, Anar İlqardan qardaşının işini necə yüngülləşdirəcəyini soruşduqda sonuncu hazırda qardaşı barəsində başlanmış cinayət işi ağır maddə ilə istintaq olunduğunu həmin maddələrə görə qardaşını 7 ildən başlayan cəza gözlədiyini, lakin onun köməkliyi ilə həmin maddəni dəyişib yüngülləşdirərək Elmarın maksimum cəzasını üç ilə qədər aşağı salamaq imkanı olduğnu demiş, Anar İlqara bunun üçün nə lazım olduğunu bildirdikdə İlqar onun yanında Anara i dediyi qaydada qardaşına kömklik etmək üçün 25.000 (iyirmi beş min) manat pul verilməli olduğunu demiş, sonra isə sağollaşıb ayrılmışlar. Daha sonra onun Anarla İlqar arasında nə baş verməsindən xəbrim olmamış,xx.xx.2021-ci il tarixdə Aslan zəng edərək Anarın qardaşının işi üçün İlqara 25.000 manat vermək məqsədi ilə görüşə getdiklərini bildirmiş, o İlqarın qaynı Səlimə zəng edib İlqarın bu işi 25.000 manat pul alıb görməsinə qarant durub durmadığını soruşmuş, lakin Səlim İlqar hazırda polisdə işləmir və bizim aramızda ailəvi problemlər var mən İlqara qarant durmuram demiş, bundan sonra o Aslana zəng edərək bildirmiş ki İlqarın qaynı Səlim ona qarant durmadığı üçün o da İlqara qarant durmur, Elmar Əliyevin qardaşı Anar özü gedib İlqarla işin hərtətəfli danışıb ondan sonra pul verib-verməməsinə özü qərar versin demiş, bir müddət sonra Aslandan öyrənmiş ki Anar qardaşının işi üçün İlqara 25.000 manat pulu vermiş, lakin sonuncu vəd verdiyi kimi Anarın qardaşının işin yüngülləşdirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayına qədər Suraxanı RPİ-nin İŞ-də müstəntiq işləmiş, xidmətdəverdiyi nöqsanlarla bağlı işdən çıxmışdır. Təqsirləndirilən şəxs əmisi oğludur əvvəllər müstəntiq işləmişdir. Zərərçəkmiş şəxs İlqarın vasitəsi ilə 2020-ci ilin sentyabr ayında tanımış, həmin vaxtlarda İlqarla bir yerdə onlarla görüşmüş, söhbət əsnasında bilmiş ki, Anarın qardaşı X2 RPİ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının 234.4.1 və 234.4.3-cü maddələri ilə tutulmuşdur İlqar onun qardaşına köməklik etməlidir, buna görə də aralarında pul söhbəti olub qardaşının işinin azaldılması və maddəsinin tövsif edilməsi məqsədi ilə Anar 25 000 manat İlqara pul vermiş, İlqar işi həll edə bilməmiş Anarın verdiyi pulu atası yəni əmisi Ədalət ona qaytarmış o da 25 000 manat pulu 2021cili iyul ayının sonlarında Anarın qohumu Aydına vvotsap vasitəsi ilə zəng etməklə Anara varmək üçün gətirdiyini demiş, Aydın «Şüa» restoranındayıq gəl burda ver pulu demiş, o Nərimanov rayonu Odlar Yurdu Universitetinin yaxınlığında yerləşən «Şüa» restoranına getmiş və restoranın qarşısında idarə etdiyim Mersedes E Class markalı nömrə nişanlarını xatırlamadığı əmisi Ədalətin adına olan avtomobili saxlamış Aydına yenidən votsap vasitəsi ilə zəng etmiş Anar restorandan çıxmış və avtomobildə 25 000 manat pulu ikilikdə Anara vermişdir. Anara pulu qaytarandan sonra Anarın qardaşı Elmara Bakı Ağır Cinayətlər məhkəməsində 7 il 6 ay müddətinə cəza kəsilmiş, bundan sonra isə bilmiş ki, Anar gedib şikayət edib ki, guya 25 000 manat pulu hələdə ona İlqar qaytarmayıb. O bu məsələni biləndən sonra nə Aydınla nə də Anarla danışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, qardaşı oğlu Məmməd ona demiş ki, İlqar Zərərçəkmiş şəxs adlı şəxsin narkotik maddələrin satışı ilə həbsdə olan qardaşının işinə köməklik etmək adı ilə 25 000 manat pulunu alıb, o bu barədə İlqardan soruşmuş və İlqar elə bir işi etdiyi demişdir.Bundan sonra onunla Zərərçəkmiş şəxs və Şahid3 adlı şəxs görüşüb demişlər ki, işimiz məhkəmədədir pulu İlqar alıb qaytarmır. O Zərərçəkmiş şəxs qardaşı X2 RPİ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının 234.4.1 və 234.4.3-cü maddələri ilə tutulduğunu İlqar onun qardaşına köməklik etmək adı ilə və qardaşının işinin azaldılması, maddəsinin tövsif edilməsi məqsədi ilə 25 000 manat pul aldığını öyrənmişdir. Bundan sonra İlqar işi həll edə bilmədiyi üçün Anarın İlqara verdiyi pulu 2021-ci ili iyul ayında qardaşım oğlu Məmmədə vermiş, Məmməd də aparıb 25 000 manatı bildiyinə görə Anara qaytarmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun uzaq qohumumdur. Anarın qardaşı Elmar Əliyev 30 may 2020-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulduqdan sonra ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təxminən 2020-ci ilin iyun ayının sonunda Anar ona demiş ki, Təqsirləndirilən şəxs adlı şəxslə danışıb qardaşı Elmarın işini yüngülləşdirəcək ilkin olaraq 25 000 manat verib qalan 15 000 manatıda sonra verəcək. Bundan bir müddət sonra Anarla danışan zaman bilmiş ki, İlqar onu aldadıb işi görməyib puluda qaytarmır. xx.xx.2020-ci il tarixdə Anar onun təklifi ilə İlqara zəng etmiş onlar bir yerdə görüşüb Lider TV-nin yanında olan çayxanada söhbət etmiş ilk dəfə İlqar və Məmməd adlı şəxslərlə görüşmüş, həmin vaxt İlqar Anar narahat olma sənin qardaşın Elmarın işini həll edəcəm demiş, o sən bu vaxta qədər işi həll etməli idin artıq Elmarın hökmü çıxıb camahatın pulunu qaytar deyə İlqarla danışmış, maşınımız var satıb verəcik narahat olmayın demişdir. Bundan sonra Məmməd onun telefon nömrəsini almış, İlqarı narahat etməyin maşını satıb pulu gətirib verəcəm İlqarın atasının mənim üstümdə xidməti çox olub ona görə bu işi mən həll edəcəm demiş, bundan sonra Məmmədlə tez-tez danışmağa başlamış, bir ay keçmiş puldan xəbər çıxmamış, Məmməd ona zəng edib üzürxahlıq etmiş, narahat olmayın sizin yanınızda yalançı çıxdım pulu qaytaracıq demiş, bu məsələdən sonra Nərimanov rayonu Odlar Yurdu universitetinin yaxınlığında olan «Şüa» restoranın qarşısında Məmmədlə görüşmüş, Məmməd ondan xahiş etmiş ki, pulu verə bilmirik alınmır bizi yola verin. O Məmmədə İlqarın atası ilə bizi görüşdür demiş, Anar şikayət etmək istəmiş o lazım deyil gəl gedək İlqarın atası Ədalətlə görüşək sonra şikayət edərsən demiş, Ədalətlə Əhmədli qəsəbəsində görüşmüş və söhbət zamanı 2021-ci ilin mart ayının 15-ə qədər məsələni həll edəcəyinə Ədalət söz vermiş, həmin yerdən durub gedən zaman Məmməd onları yola salmış demiş ki, narahat olmayın əmim həll edəcək, lakin buna baxmayaraq iş həllini tapmamış və Anar şikayət etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısı oğludur, Anarın qardaşı Elmar Əliyev 30 may 2020-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları təəfindən tutulduqdan sonra ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəəri ilə ittiham elan edilmiş barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təxminən 2020-ci ilin iyun ayının sonunda Anar demiş ki, Təqsirləndirilən şəxs adlı şəxslə danışıb qardaşı Elmarın işini yüngülləşdirəcək, ilkin olara 25 000 manat verib qalan 15 000 manatıda sonra verəcək. Bundan bir müddət sonra Anar demiş ki, bəs İlqar onu aldadaıb işi görməyib puluda qaytarmır. Həmin vaxt onlar eyni məkanda olduqları üçün bir yerdə Yasamal parkının qarşısında o, Anar, Anarın dayısı İlqar və Anarın dostu Aslanla birlikdə İlqarın əmisi oğlu Məmməd adlı şəxslə görüşmüşlər. Görüş zamanı Məmməd əvvəllər polis olduğunu bildirib xahiş etmiş ki, İlqara möhlət verin sizin pulunuzu qaytaracaq. O Suraxanı RPİ-nin növbətçi hissəsinin telefonun internetdən tapıb zəng etmiş, Məmməd adlı şəxsin orada işləyib-işləməməsi barədə soruşmuş, telefona cavab verən əməkdaş Məmmədin əvvəllər işlədiyini, hazırda işləmədiyini demişlər. O Məmmədə sən polisdə hazırda işləmirsən demiş, Məmməd onun sözündən sonra uca səslə danışmağa başlamış, Anarın dayısı İlqar ona mübahisə etməməyi deyib avtomobilə əyləşməyi məsləhət görmüş, o bundan sonra nə İlqarla nə də Məmmədlə görüşməmiş, İlqarı bir dəfədə belə görməmişdir. Bundan sonra həmin işlə əlaqədar Anardan maraqlanmış və polisə şikayət etdiyini öyrənmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarindan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 01 (bir) ay 14 (on dörd) gün müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən ziyanı tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. İş materiallarında olan "xxxx" ASC-nin qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 6250 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar