Məhkəmə qərarları › İş №1(004)-267/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-267/2021

28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-267/2021 28.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2020-ci ilin iyun ayının təxminən 12-13 tarixlərində tanışı Şahid3 ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs və X2 arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun Şahid3 fiziki zor tətbiq etməsi səbəbindən həmin mübahisənin səbəblərini aydınlaşdırmaq məqsədilə 17 iyun 2020-ci il tarixdə saat 23 radələrində tanışları Şahid3, Şahid2 və Şahid1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısına gəlib ictimai yer hesab olunan həmin ərazidəki binada yaşayan çoxsaylı sakinlərin gözləri qarşısında Zərərçəkmiş şəxs ilə mübahisə edərək uca səslərlə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozub heç bir əsaslı səbəb olmadan əli ilə onun sifət nahiyəsinə vuraraq ona qarşı fiziki zor tətbiq etmiş, ardınca da tanışı Şahid1 əlindəki bıçağın dəstəyinin alt hissəsi ilə Zərərçəkmiş şəxs başının təpə nahiyəsinə və yumruqla onun sifət nahiyəsinə zərbə vuraraq onu yerə yıxdığını görüb ictimai qaydanı və ictimai asayişi kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, cəmiyyətdə bərqərar olmuş etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq, hər kəsin gözü qarşısında Şahid1, Şahid3 və Şahid2la birlikdə bir qrup şəxs halında yerdə olduğu zaman Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə təpiklə və Şahid2 silah qismində istifadə etdiyi beyzbol toxmağı ilə çoxsaylı zərbələr endirərək ona başın təpə nahiyəsində olan çapıq toxuma və qarın nahiyəsində olan çapıq toxuma xəsarətləri kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə qarşı zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ilkin məhkəmə baxışı iclaslarında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf etməsə də sonrakı çıxışlarında ona elan olunmuş ittihamda özünü tam olaraq təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 iyun 2020-ci il tarixdə axşam saatlarında tanışı Şahid3 məxsus qara rəngli “Tofaş Şahin” markalı avtomobili “Yasamal qəbirstanlığı” adlanan ərazinin yaxınlığındakı profilaktoriyadan təmirdən götürmək üçün birlikdə getmişlər. Həmin vaxt orada digər məhəllədən uşaqlıq dostları olan Şahid1 və Şahid2 da olmuşdur. Daha sonra o, Turalın idarə etdiyi avtomobillə yaşadığı evə gedən zaman, Yasamal rayonu, Mirzağa Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısından keçərkən təsadüfən Zərərçəkmiş şəxs görmüşlər. Şahid3 bir neçə gün əvvəl aralarında mübahisə olmuş Zərərçəkmiş şəxs yaşadıqları evin yaxınlığında gördükdən sonra avtomobili saxlayıb Rüfəti çağırmışdır. Rauf isə Ramil ilə birlikdə “Hyundai Accent” markalı avtomobillə yuxarı tərəfdən aşağıya doğru gəlib Turalın avtomobilini keçərək bir qədər irəlidə dayanmışdır. Rüfətin yanında, hava qaranlıq olduğu üçün üzlərini aydın görə bilmədiyindən tanımadığı bir neçə nəfər də olmuşdur. Rüfət avtomobilini saxladıqdan sonra Turalın yanına gəlmiş, avtomobildə sükan arxasında oturduğu vəziyyətdə Rüfət başını pəncərədən içəri doğru salaraq hər ikisi ilə görüşmüşdür. Tural Rüfətə bir neçə gün əvvəl aralarında yaşanmış mübahisəni xatırladaraq həmin vaxt ona qarşı düzgün hərəkət etmədiyini bildirib, həmin məsələni aydınlaşdırmaq istəmişdir. Bu səbəbə görə onların arasında mübahisə yaranmış və həmin vaxt mübahisənin gedişində bir-birilərinə nalayiq söyüşlər söyməyə başlamışlar. Tural əli ilə Rüfətin sifət nahiyəsinə vuraraq avtomobildən enmiş, bu vaxt o, da avtomobildən enib Rüfətə tərəfə getmişdir. Bu zaman digər avtomobildə oturan tanışları Rauf və Ramil də öz avtomobillərindən enib onlara doğru gəlmişlər. Bundan sonra Rüfət yerə yıxılmışdır. Ara qarışıq olduğu üçün kimsə Rüfəti arxadan itələmiş, yerdə olan zaman o, Rüfətin qollarından tutub qaldırmaq istəmiş, lakin Rüfət qalxa bilməmişdir. Rüfətin baş nahiyyəsindən qan axdığını görmüşdür. Həmin vaxt hava qaranlıq olduğundan ətrafda kimlərin olduğunu dəqiq seçə bilməmiş, lakin onlarla birlikdə ətrafda xeyli insan olmuşdur. Hamı bir-birinə qarışmış, lakin hava qaranlıq olduğu üçün kimin-kimlə dava etdiyini, kiminkimə hansı şəkildə zor tətbiq etdiyini, ətrafda dəqiq olaraq neçə nəfərin olduğunu ayırd edə bilməmişdir. Bundan sonra ara bir qədər sakitləşmiş və mübahisəni başa çatdırıb hadisə yerini tərk etməyi qərarlaşdırmışlar. Hadisə yerini tərk elməyə hazırlaşarkən Cəlalın yuxarı tərəfdən piyada gəldiyini görmüşdür. Cəlal sağ əlini belinə tərəf keçirdib sürətlə Raufa tərəf gəlmişdir. Bu vaxt yenidə ara qarışmış və hava qaranlıq olduğu üçün Raufun həmin vaxt Cəlala necə xəsarət yetirdiyini görə bilməmişdir. Bundan sonra Rauf qışqıraraq ona, Turala və Ramilə az sonra polis əməkdaşlarının hadisə yerinə gəlib onları aparacağını bildirib, hadisə yerindən təcili şəkildə uzaqlaşmalı olduqlarını demişdir. Bu səbəbdən o, Rauf və Ramil avtomobillərə tərəf getmişlər, Turala da öz avtomobilinə minib onların arxasınca gəlməsini demişlər. Ramil öz idarə etdiyi "Hyundai Accent" markalı maşının sürücü sükanı arxasında oturmuş, Rauf maşının qabaq sağ tərəfində, o, isə maşının arxa hissəsində oturmuşdur. Sonradan onlardan eşidib bilmişdir ki, Rauf Cəlalı bıçaqlamışdır. Hadisə ilə bağlı məsuliyyətə cəlb ediləcəyindən qorxduğu üçün və məsuliyyətdən yayınmaq məqsədilə bir müddət gizlənmişdir. Sonradan ona məlum olmuşdur ki, Cəlal bıçaq zərbəsindən dünyasını dəyişmişdir. Bir müddət sonra Tural, Ramil və Raufun polis tərəfindən saxlanılmaları və həbs olunmaları məlumatını eşitmişdir. Buna görə də qaçıb gizlənmək qərarına gəlmişdir. 13 aprel 2021-ci il tarixdə saat 18-19 radələrində Bakı şəhəri, Yasamal rayonu, 15-ci Nərimanov küçəsi, ev 16-nin qarşısında piyada gəzərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal rayon polis idarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, o, hadisə zamanı Zərərçəkmiş şəxs vurmamış, yalnız hadisənin iştirakçısı olduğu üçün özünü təqsirli hesab edir. Lakin sonrakı ifadələrində Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinin törədilməsində özünü tam təqsirli bilərək göstərmişdir ki, o, hadisə yerində olmaqla oranı tərk edib istintaq orqanından gizlənməkdə, zərərçəkmiş şəxs Rüfətə yerdə yıxılmış vəziyyətdə olarkən bir dəfə zərbə vurmaqda özünü təqsirli bilərək səmimi peşmançılıq hissi keçirir, belə ki, o, məsələnin bu qədər böyüyəcəyini düşünməmişdir. Göstərilənlərə əsasən o, son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayının təxminən 12-13 tarixlərində Tural idarə etdiyi avtomobillə onun oğlunu idmana aparıb, onu yenidən məhəlləyə qaytaran zaman Turaldan onu Nizami metrosunun yaxınlığına apara bilib-bilməyəcəyini soruşmuş, bu zaman Tural da işinin olduğunu, onsuz da onun vaxtını kifayət qədər aldığını bildirib kobud şəkildə ona etiraz etmişdir. Həmin vaxt Turala kobud şəkildə danışmağa ehtiyac olmadığını, ona vaxtının olmadığını deməsinin kifayət etdiyini dedikdə aralarında sözlü mübahisə yaranmış, Tural maşında yüksək səslə danışdığı üçün, ona məhəllədə olduğunu xatırladıb səsini yüksəltməməsi barədə dəfələrlə xəbərdarlıq etmiş, buna baxmayaraq sonuncu onun sözlərinə məhəl qoymadan yüksək səslə onunla mübahisəyə davam etmişdir. Bu zaman səs-küyə kənarda olan Cəlal Hüseynov onlara yaxınlaşaraq nə baş verdiyi ilə maraqlanmış və o da Turala səsini yüksəltməməsi barədə xəbərdarlıq etmişdir. Bu zaman Tural Cəlala da kobud tərzdə cavab qaytarmış və nalayiq ifadələr işlətməyə başlamışdır. Bunu eşidən kimi Cəlal əli ilə Turalın ağız nahiyəsindən şillə ilə vurmuş, Tural da onunla dava etmək üçün avtomobilindən düşməyə çalışarkən o, Turala mane olmuş, həmçinin Cəlala da Turalı yenidən vurmasına imkan verməmiş və maşından düşüb Turala yoluna davam etməsini bildirmişdir. Lakin Tural bu olanlarla razılaşmayıb, 16 iyun 2020-ci il tarixdə axşam saatlarında tanımadığı mobil nömrədən istifadəsində olan mobil telefona zəng vuraraq harada olduğu ilə maraqlanmış və onunla görüşərək aralarındakı mübahisəyə aydınlıq gətirmək istədiyini bildirmişdir. O, cavabında məhəllədə olmadığını, bir qədər kənarda olduğunu və məhəlləyə gec gələcəyini demiş, Tural da onu məhəllədə gözləyəcəyini bildirmişdir. Həmin gün bir neçə saat sonra məhəlləyə gec qayıtdığı üçün Turalı orada görməmiş və ona zəng etmədən evinə girmişdir. 17 iyun 2020-ci il tarixdə saat 21-22 radələrində məhəllədə, Yasamal rayonu, Mirzağa Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısında tək dayandığı zaman köhnə qonşuları olan Şahid4la Şahid5 təsadüfən məhəlləyə gəlmiş, onların məhəlləyə nə səbəbə gəldiklərini həmin vaxt bilməmişdir. Onlarla görüşüb bir qədər söhbət edən zaman həmin məhəllədə yaşayan tanışı Tural idarə etdiyi, dövlət nömrə nişanının son seriyası “241” olan, qara rəngli, “Tofaş” markalı avtomobillə məhəllənin yuxarı tərəfindən gəlib binanın yaxınlığında, təxminən 3-4 metr məsafədə dayanıb, maşından düşmədən onu yanına çağırmış və avtomobilə minməsini təklif etmişdir. O da Turala tərəf getmiş, Ceyhunla Valeh isə kənarda dayanmışlar. Turalın avtomobilinin qabaq sərnişin tərəfində məhəllədən tanıdığı Elnur əyləşmiş, avtomobildə ondan başqa heç kim olmamışdır. Elnurla salamlaşıb görüşdükdən sonra əl ilə Turala da salam vermiş, lakin Tural sərt şəkildə onun əlini geri çevirmişdir. Turaldan bu hərəkətinin səbəbini soruşmuş, Tural da ona bundan bir neçə gün əvvəl aralarında yaşanmış mübahisəni xatırladaraq həmin vaxt ona qarşı düzgün hərəkət etmədiyini, həmin məsələni aydınlaşdırmağa gəldiyini bildirmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmin vaxt mübahisənin gedişində Tural nalayiq söyüşlər söyməyə başlamışdır. Bu zaman arxadan başqa bir avtomobil gəldiyindən o, Turala öz avtomobilini kənara sürməsini və arxadan gələn avtomobilə yol verməsini təklif etmişdir. Bundan sonra Tural və Elnur avtomobildən enib ona tərəf gəlmişlər, eyni anda arxadan kimsə onun baş nahiyyəsinə küt alətlə möhkəm zərbə ilə vurmuşdur. O, zərbədən başından xəsarət alaraq yerə yıxılmış və bir neçə dəqiqədən sonra özünə gəlmişdir. Arxadan vurulduğu üçün ilk öncə onu kimin vurmasını görməmişdir. Ətrafa xeyli sayda şəxs toplaşmış və kimin-kimə vurduğunu qaranlıq olduğundan görməmişdir. O, yerdə olduğu zaman da onun ünvanına nalayiq söyüşlər söyərək bədəninin müxtəlif nahiyələrinə vurmağa davam etmişlər, lakin qorunmaq məqsədilə hər iki əli ilə üzünü tutmuşdur. Bu zaman yerdə olarkən kimin onu təpiklədiyini görməmişdir. Həmin vaxt Ceyhunla Valeh isə onları aralayaraq onu vurmalarına mane olmağa çalışmış, onların müdaxiləsindən sonra ara bir qədər sakitləşmiş və o, ayağa qalxıb özünə gəlməyə çalışarkən, təsadüfən yuxarı tərəfdən Cəlalın piyada gəldiyini görmüşdür. Cəlal onun yanına çatıb üz-gözünü al-qan içində gördüyündən nə baş verdiyini və onu kimin vurduğunu soruşmuş, daha sonra da ilk öncə Turalın, ardınca da Elnurun baş nahiyəsinə kəllə ilə vurmuşdur. Bu zaman ara yenidən qarışmış, Valeh həmin vaxt münaqişənin yenidən başlanmasına mane olmağa çalışmış, Ceyhun isə hadisə yerindən aralaşdığı üçün bir qədər kənarda olmuşdur. O, isə həmin vaxt aldığı xəsarətlərlə əlaqədar özünə gəlməyə çalışmış, bu səbəbdən hadisənin həmin hissələrini, yəni Cəlala qarşı kimin və yaxud kimlərin zor tətbiq etmələrini, habelə hansı şəkildə zor tətbiq etmələrini görməmişdir. Qısa müddət ərzində Elnur, Rauf və Ramil qaçaraq Ramilin idarə etdiyi xarici markalı avtomobilə minib hadisə yerini tərk etmişlər. Tural da öz avtomobilinə minib getmək istəyərkən Cəlal bir neçə addım atıb səndələmiş, o, Cəlala yaxınlaşaraq yıxılmaması üçün dərhal onu tutmağa çalışmış, bu zaman Cəlal ona “məni vurdular” deyib yerə yıxılmış, lakin onu kimin vurduğunu deməmişdir. O, özü aldığı xəsarətlərlə əlaqədar hələ də özündə olmadığı üçün nə baş verdiyini dəqiq ayırd edə bilməmiş, vurulduğunu dediyi üçün əli ilə Cəlalın bədən nahiyəsini yoxlayan zaman xəsarət izi görməmişdir. Bu zaman Ceyhunla Valeh də artıq onun yanına gəlmiş, yerdə olduğu zaman Cəlalın bədəni üzərində qan ləkələrinin olduğunu görüb bıçaqlandığını başa düşmüş, bunu bilən kimi Tural da maşınına minib hadisə yerini tərk etməyə çalışmışdır. Bu səbəbdən Turalı səsləyərək Cəlalın xəsarət aldığını, onu xəstəxanaya aparmağını demiş, Tural ilk öncə maşını saxlasa da, sonradan tərəddüd edib maşını irəliyə doğru idarə edərək hadisə yerini tərk etmişdir. Bundan sonra Cəlalın qohumu olan Valeh onun bel kəmərinə bərkitdiyi avtomobilinin açarını götürərək Cəlalın bir qədər kənarda saxladığı avtomobilini idarə edib digər məhəllə uşaqları ilə birlikdə onu xəstəxanaya çatdırmışlar. Qısa müddət sonra isə Cəlalın aparıldığı Respublika Kliniki xəstəxanasında ölməsini eşitmişdir. O, həmçinin ifadəsində bildirmişdir ki, sonradan hadisə yerinə gələn avtomobildə Şahid1 və Şahid2 olduğu ona məlum olmuşdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra o, bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini tamamilə təsdiq edir. Belə ki, o, münaqişə vaxtı Elnurun onu yerdə olarkən bir dəfə təpiklə vurmasını görmüş, bundan sonra əli ilə üzünü tutduğundan sonradan onu vurub-vurmamasını görməmişdir. Hazırda isə Elnurla barışıb ona qarşı şikayətçi deyil və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş materiallarından müəyyən edilir ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsi videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Cinayət işinin materiallarında olan disk məhkəmə iclasında nümayiş etdirilərkən, eləcə də yazılı ifadəsi məhkəmə iclasında elan edilərkən müəyyən edildi ki, o, yerə yıxılan zaman Elnurun Ramil, Turalla birlikdə onu təpiklə vurmasını təsdiq etmiş və Elnurun bir dəfə onun qarın nahiyyəsinə vurduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında soruşulduqda isə o, ibtidai istintaq zamanı verdiyi qeyd olunan ifadəsini bir daha təsdiqlədiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs həmçinin ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və cəza təyin edilərkən bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 15 iyun 2020-ci ildə saat 22 radələrində dostu Şahid2la birlikdə onun idarə etdiyi avtomobili “Sovetski” deyilən ərazidə təmir üçün ustaya verdiyi zaman digər dostu Təqsirləndirilən şəxs həmin yerə gələrək ortaq tanışları olan Şahid3 “Sovetski”də Rüfət və Cəlal adlı şəxslər tərəfindən bilmədiyi səbəbdən döyüldüyünü demişdir. X4 aralarında nə kimi mübahisəsinin olduğunu bilməmiş, sadəcə olaraq X5 tərəfindən təkləndiyini və Cəlalın onu vurduğunu bilmişdir. 17 iyun 2020-ci il tarixdə saat təxminən 21-22 radələrində Ramillə görüşərək onun idarə etdiyi qara rəngli “Hyundai Accent” markalı avtomobilə minmiş və Turalın idarə etdiyi avtomobilin arxası ilə avtomobili idarə etmişlər. Həmin vaxt Turalın avtomobilində digər dostu Elnur olmuşdur. Onlar “Cəlalgilin” köhnə məhəlləsinə, yəni Mirzağa Əliyev küçəsinə tərəf getmişlər. Həmin yerə getməkdə məqsədi hər hansı mübahisə və ya münaqişə baş verəcəyi təqdirdə dostu Elnurun yanında olmaq, onu tək qoymamaq olmuşdur. Təxminən 5-10 dəqiqə ərzində hadisə yerinə çatdıqda Turalın idarə etdiyi qara rəngli, dövlət nömrə nişanını xatırlamadığı “Tofaş” markalı avtomobilin hadisənin baş verdiyi yerdə, yəni Yasamal rayonu, Mirzağa Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısında dayandığını görüb Ramilə avtomobili idarə edərək onun avtomobilini keçib binanın qarşısında saxlamağını bildirmişdir. Ramil də Turalın avtomobilini keçib bir qədər irəlidə avtomobilini saxlamış, lakin ilk öncə maşından düşməyib Ramillə birlikdə arxa tərəflərində nə baş verdiyini izləməyə başlamış, bu zaman Turalın avtomobilinin sükanı arxasında oturub onun avtomobilinə yaxınlaşmış Zərərçəkmiş şəxs ilə söhbət etdiyini görmüşlər. Lakin bir anda Rüfətlə Tural arasında münaqişə yarandığını, onların bir-birinə qarşı əl-qol hərəkətləri ilə fiziki zor tətbiq etməyə başladığını görüb, nalayiq ifadələr işlətdiklərini eşitmiş və bu səbəbdən Turalla Elnurun maşından düşdüyünü görüb o da Ramillə birlikdə maşından enmişdir. Həmin vaxt qaranlıq olduğundan ətrafda kimlərin olduğunu dəqiq seçə bilməmişdir. Ramil avtomobilinin baqaj hissəsində olan beyzbol taxta sopasını götürmüş və birlikdə onlara yaxınlaşarkən o, üzərində olan dəstəyi qəhvəyi rəngli bıçağını çıxararaq həmin bıçağın dəstəyinin arxa hissəsi ilə Rüfətin başının təpə nahiyəsinə bir dəfə zərbə vurmuş, daha sonra da yumruqla onun sifətinə vurub yerə yıxmışdır. Zərbənin təsirindən Rüfətin təpə nahiyəsindən qan axmağa başlamış, Rüfət yerdə onların ünvanına söyüş söydüyü üçün birlikdə onu yerdə təpikləməyə başlamışlar. Həmin vaxt Valeh və sonradan adının Ceyhun olduğunu bildiyi şəxs onlara yaxınlaşaraq aralamağa başlamışlar. O, bərk əsəbləşdiyi üçün vəhşiləşmiş və əlindəki bıçaqla kimə gəldi hücum etmişdir. Buna görə də hər kəs onu sakitləşdirməyə çalışmışdır. Bir qədər sonra Cəlal Hüseynov hadisə yerinə gəlmiş və Rüfətin üz-gözünü alqan içində gördükdə nə baş verdiyini, onu kimin vurduğunu soruşmuş, ilk öncə Turalın, daha sonra isə Elnurun sifət nahiyəsinə kəllə ilə vurmuşdur. Bu zaman ara yenidən qarışmış, hadisə yerində həmin vaxt neçə nəfərin olmasını və əlavə şəxslərin olubolmasını dəqiq görməmişdir. Turala və Elnura Cəlal tərəfindən fiziki zor tətbiq edildiyini görüb onlara tərəf getmiş və bıçağını nümayiş etdirərək Cəlala xəsarət yetirmişdir. Bıçaqla zərbə endirdikdən sonra Cəlal xəsarət aldığı üçün o, qışqıraraq öz tanışları Tural, Elnur və Ramilə səslənib az sonra polis əməkdaşlarının hadisə yerinə gəlib onları polis şöbəsinə aparacaqlarını bildirib, hadisə yerindən təcili şəkildə uzaqlaşmalı olduqlarını demiş, bu səbəbdən o, Elnur və Ramil sonuncunun maşınına tərəf getmiş, Turala da maşınına minib onların arxasınca gəlməsini demiş, onlar avtomobili idarə edərək oradan uzaqlaşmışlar. Avtomobildə olduqları zaman Ramil və Elnura Cəlala bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Daha sonra onlar təcili şəkildə parçalanaraq hər biri ayrı-ayrı istiqamətlərə getmələrini qərarlaşdırmışlar. 18 iyun 2020-ci il tarixdə gecə saatlarında Cəlalın aldığı xəsarətlərdən ölməsi barədə məlumat almışdır. 23 iyun 2020-ci il tarixdə Ramillə birlikdə polis əməkdaşları tərəfindən saxlanılmışlar. Verilmiş suallar əsasında Şahid1 bildirmişdir ki, o, Elnurun Rüfəti vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, həm ibtidai istintaq zamanı, həm də Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.07.2021-ci il tarixli, 1(101)-773/2021 nömrəli hökmündə qeyd edilmiş ifadəsinin məzmununu təsdiq edir. Belə ki, o, 15 iyun 2020-ci il tarixdə saat 22 radələrində dostu Şahid1lə birlikdə idarə etdiyi avtomobili “Sovetski” deyilən ərazidə təmir üçün ustaya verdiyi zaman digər dostu Təqsirləndirilən şəxs həmin yerə gələrək onların tanışı olan Tural adlı şəxsin “Sovetski”də Rüfət və Cəlal adlı şəxslər tərəfindən bilmədiyi səbəbdən döyüldüyünü bildirmiş, bundan sonra Rauf və Elnur Turalla birlikdə Rüfətlə Cəlalı axtarmağa getmişlər. Bildiyinə görə, onların həmin vaxt Rüfətlə Cəlalı axtarmaqda məqsədi Turalın Cəlal və Rüfət tərəfindən döyülməsinin səbəbini aydınlaşdırmaq olmuş, o, isə ustanın yanında qaldığı üçün həmin gün saat 23 radələrində məhəllədə, yəni Xarici İşlər Nazirliyinin arxasında Raufla görüşərkən sonuncu Rüfət və Cəlalı axtarsalar da tapa bilmədiklərini ona demiş, lakin onun Şahid3la Zərərçəkmiş şəxs arasında harada, necə və nə səbəbə mübahisə baş verməsi barədə məlumatı olmamışdır. 17 iyun 2020-ci il tarixdə günorta saatlarında qohumu Aydın Abbasovla birlikdə Şahid1lə görüşüb gün ərzində qısa fasilələrlə bir yerdə olmuşlar. Həmin gün saat təxminən 21-22 radələrində Raufla yenidən görüşmüş, avtomobildə olduqları zaman Rauf istifadəsində olan mobil telefondan Təqsirləndirilən şəxs zəng edib harada olduğunu soruşmuş, Elnur cavabında Turalla birlikdə onun avtomobili ilə “Sovetski” adlanan ərazidə olduqlarını demişdir. Rauf Elnura olduqları dəqiq ünvanı bildirməsini xahiş etsə də, Elnur bu barədə ona dəqiq bir məlumat verməmiş, bu zaman Rauf Elnurdan telefonu Turala verməsini tələb etmiş və Turaldan harada olduqları ilə maraqlanmış, onunla danışdıqdan sonra onu gözləmələrini, tez bir zamanda orada olacağını Turala bildirərək ona avtomobili Yasamal rayonu, Mirzağa Əliyev küçəsi istiqamətində idarə etməyini, Elnurla Turalın da həmin yerə getdiklərini bildirmişdir. Təxminən 5-10 dəqiqə ərzində Yasamal rayonu, Mirzağa Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısına çatdıqda Turalın idarə etdiyi qara rəngli, dövlət nömrə nişanını xatırlamadığı “Tofaş” markalı avtomobilin həmin binanın qarşısında dayandığını görmüşdür. Onun avtomobilini təxminən 10 metr keçib binanın qarşısında avtomobilini saxlamış, ilk öncə maşından düşməyib Raufla birlikdə arxa tərəflərində nə baş verdiyini izləməyə başlamışdır. Tural avtomobilinin sükanı arxasında oturub onun avtomobilinə yaxınlaşmış Rüfətlə söhbət etmiş, lakin Raufla birlikdə həmin vaxt avtomobildə olduqları üçün onların söhbətinin məzmununu eşidə bilməmişdir. Bu zaman Rüfətlə Tural arasında münaqişə yarandığını, onların bir-birinə qarşı əl-qol hərəkətləri ilə fiziki zor tətbiq etməyə başladığını, bu səbəbdən Turalla Elnurun avtomobildən endiyini görüb Raufla birlikdə o da öz avtomobilindən enmişdir. Həmin vaxt hava qaranlıq olduğundan ətrafda kimlərin olduğunu dəqiq seçə bilməmiş, bu səbəbdən də ehtiyat məqsədi ilə idarə etdiyi avtomobilinin baqaj hissəsində olan beyzbol taxta dəyənəyini götürmüş və Raufla birlikdə onlara yaxınlaşmışdır. Bu zaman Rauf üzərində olan bıçağını çıxararaq həmin bıçağın dəstəyinin arxa hissəsi ilə Rüfətin başının təpə nahiyəsinə bir dəfə zərbə vurmuş, ardınca da yumruqla onun sifətinə vurub yerə yıxmış, zərbənin təsirindən Rüfətin təpə nahiyəsindən qan axmağa başlamışdır. Rüfət yerə yıxıldıqdan sonra onların ünvanına söyüş söydüyü üçün birlikdə onu yerdə təpikləməyə başlamışlar, həmin vaxt sonradan adlarının Valeh və Ceyhun olduğunu bildiyi şəxslər yaxınlaşaraq onları aralamağa başlamışlar. Bu zaman Rauf əlində bıçaqla Ceyhun adlı şəxsin üzərinə doğru hücum çəkmiş, lakin Valeh adlı digər şəxsin Raufa qışqıraraq Ceyhunun qohumu olduğunu ona bildirməsi səbəbindən Rauf Ceyhuna heç nə etməmiş, Ceyhun adlı şəxs də məhəllənin aşağısına doğru hərəkət edərək hadisə yerindən uzaqlaşmağa başlamışdır. Həmin vaxt o, əlindəki taxta dəyənəkdən Rüfətə qarşı istifadə etməmiş, ona sadəcə təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq fiziki zor tətbiq etmişdir. Təxminən 3-4 dəqiqə ərzində münaqişə davam etdikdən sonra ara sakitləşmiş, Rüfət yerdə al-qan içində uzanmış vəziyyətdə olmuş, ara sakitləşdikdən sonra isə ayağa qalxıb özünə gəlməyə çalışmışdır. Bundan sonra şifahi söhbət əsnasında aralarında qismən də olsa barışıq olmuş və birlikdə həmin yerdən uzaqlaşmaq üçün avtomobilə tərəf getmək istəyərkən, küçənin yuxarı tərəfindən Cəlal Hüseynovun yanında bir neçə nəfər şəxslə birlikdə gəldiyini görmüşdür. Hava qaranlıq olduğu üçün onun yanında neçə nəfərin olduğunu və həmin şəxslərin kimliyini bilməmişdir. Cəlal onların yanına çatıb Rüfətin üz-gözünü al-qan içində gördükdə, nə baş verdiyini və onu kimin vurduğunu soruşmuş, daha sonra da ilk öncə Turalın, ardınca da Elnurun sifət nahiyəsinə kəllə ilə vurmuşdur. Bu zaman ara yenidən qarışmış, hadisə yerində həmin vaxt neçə nəfərin olmasını və əlavə şəxslərin olub-olmasını dəqiq bilməmiş, həmin vaxt kimin kiminlə dava etdiyini, kimin kimə hansı şəkildə fiziki zor tətbiq etdiyini görməmişdir. Cəlal hadisə vaxtı Raufla əlbəyaxa olmuş, Cəlal hadisə yerinə gəldikdən sonra bir neçə dəqiqə ərzində münaqişə davam etmiş, bir anda Rauf qışqıraraq onlara az sonra polis əməkdaşlarının hadisə yerinə gəlib onları polis şöbəsinə aparacaqlarını bildirib, hadisə yerindən təcili şəkildə uzaqlaşmalı olduqlarını demişdir. Bu səbəbdən o, Elnur və Rauf onun avtomobilinə tərəf getmiş, Turala da avtomobilinə minib onların arxasınca gəlməsini demişlər. O, avtomobilinin sürücü sükanı arxasında oturmuş, Rauf avtomobilin qabaq sağ oturacağında, Elnur isə arxa oturacaqda oturmuşdur. Avtomobili sürətlə idarə edib hadisə yerindən uzaqlaşmış, arxa tərəfə çevrilən zaman Elnurun sifət nahiyəsinin al-qan içində olduğunu görüb ondan hansı nahiyəsindən xəsarət aldığını soruşmuş, sonuncu da çətinliklə nəfəs alaraq boğaz nahiyəsindən bıçaq xəsarəti aldığını, lakin xəsarətinin ağır olmadığını düşündüyünü demişdir. Avtomobildə olduqları zaman Rauf Cəlala bıçaqla xəsarət yetirdiyini bildirmiş, lakin bıçağı Cəlalın bədəninin hansı nahiyəsinə və necə vurduğunu, habelə bıçaqla ona neçə dəfə xəsarət yetirdiyini bildirməmiş, onlar da bu barədə Raufdan heç nə soruşmamışlar. Bu zaman Tural istifadəsində olan mobil nömrə ilə Elnura yığıb harada olduqlarını soruşmuş, Raufun təşəbbüsü ilə ona “5 mərtəbə” tərəfə, “Cuhudlar məhəlləsi” deyilən əraziyə gəlməsini, orada görüşmələrini bildirmiş və həmin yerə gedib Turalı orada gözləməyə başlamışlar. Tural bir neçə dəqiqə sonra həmin yerə gəlmiş, orada görüşüb təcili şəkildə parçalanaraq hər biri ayrı-ayrı istiqamətlərə getmələrini qərarlaşdırmış, belə ki, birlikdə olduqları zaman daha tez polisin əlinə keçəcəklərini düşünmüşlər. Bundan sonra qərarlaşdırdıqları kimi o, Raufla birgə hərəkət etməyi, Turalla Elnur da onlardan ayrı hərəkət etməyi, lakin bir-biri ilə mütəmadi olaraq telefon vasitəsi ilə əlaqə saxlamağı qərarlaşdırmışlar. Bu səbəbdən həmin yeri Raufla birlikdə tərk etmiş, Elnurla Turalın isə hara getməsini bilməmişdir. Daha sonra Cəlal Hüseynovun aparıldığı xəstəxanada aldığı xəsarətlərdən öldiyünü eşitmişdir. Cəlalın ölməsi barədə həmin vaxt məlumat alan kimi dərhal Elnur və Turalla telefonla əlaqə saxlayaraq bu barədə onlara da bildirmişdir. Raufla birlikdə telefon vasitəsi ilə izlənə biləcəklərindən ehtiyatlanıb mobil nömrələrini qıraraq telefon və mobil nömrələrinin qırıntılarını hazırda xatırlamadığı yerə tullamışlar. Hadisədən sonra ancaq Raufla bir neçə gün, onun maşınında hazırda ünvanlarını dəqiq xatırlamadığı müxtəlif yerlərdə gecələmiş, bir neçə gün sonra isə maşının üzərinə həbs qoyulacağını düşündüyü üçün həmin maşını Yasamal rayonu, Mətbuat prospektində saxlayıb piyada hərəkət etməyə başlamışlar. Əsasən Yasamal qəbiristanlığında, o cümlədən Yasamal rayonu ərazisində dəqiq ünvanlarını xatırlamadığı ayrı-ayrı yerlərdə, qeyri-yaşayış tikililərində, binaların bloklarında, küçələrdə gecələməyə başlamış, 23 iyun 2020-ci il tarixdə Raufla birlikdə N.Nərimanov heykəlinin yaxınlığındakı təpəlikdə olarkən Rauf bir qədər aşağıya düşüb yoldan keçən tanımadığı bir şəxsin mobil telefonu ilə Aydınla əlaqə saxlayıb olduqları yeri bildirərək pullarının qurtardığını, gəlməsini və onlara pul gətirməsini xahiş etmiş, bir neçə saat sonra Aydın gəlib onlarla görüşərkən təslim olmalarını, cinayət hadisəsinə görə hər ikisinin axtarışda olduğunu bildirmişdir. Onlar da yaxın günlərdə könüllü təslim olacaqlarını ona demiş, bu zaman artıq polis əməkdaşları qəfil onların olduqları yerə tərəf gəlib onları saxlamağa çalışmış, Raufla birlikdə qaçaraq onlardan yayınmağa çalışsalar da polis əməkdaşları hər ikisini saxlayaraq xidməti avtomobillərinə mindirib polis bölməsinə aparmışlar. Verilmiş suallar əsasında Şahid2 bildirmişdir ki, Elnur o, hadisə yerinə gedəndə də, hadisə yerindən uzaqlaşanda da onun yanında olmuş və Elnur da həmçinin Rüfət yerə yıxıldıqdan sonra yumruq və təpiklə onu vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.07.2021-ci il tarixli, 1(101)-773/2021 nömrəli hökmündə qeyd edilmiş ifadəsinin məzmununu təsdiq edir. Belə ki, 2020-ci ilin iyun ayının təxminən 12-13 tarixlərində onun Zərərçəkmiş şəxs ilə aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı sonuncu onunla kobud rəftar etmiş və səsini yüksəltmişdir. Səs-küyə Rüfətin tanışı olan Cəlal Hüseynov yaxınlaşaraq avtomobilin qabaq sağ oturacağı tərəfdən qapının açıq olmasına görə avtomobilin kabinəsinə girib ona səbəbsiz yerə bir dəfə şillə ilə üz nahiyəsinə zərbə vurmuş, bu səbəbdən o, avtomobildən düşüb onunla dava etmək istədiyi zaman Rüfət ona mane olmuşdur. Onların həmin vaxt onu təkləyəcəyini düşündüyü üçün həmin yeri tərk etmiş və bu barədə dostu Təqsirləndirilən şəxs məlumat vermişdir. Elnur da bu barədə sonradan Raufa məlumat vermiş, hətta bir dəfə 15 iyun 2020-ci il tarixdə axşam saatlarında dostu Rauf və Elnurla birlikdə Rüfətlə Cəlalı əvvəllər yaşadıqları köhnə məhəllələrində axtarsalar da həmin vaxt heç birini tapmamışlar. Cəlalla Rüfəti axtarmaqda məqsədləri onlarla şifahi söhbət edib aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək və həmin mübahisəni sülh qaydasında yoluna qoymaq olmuş, onlarla münaqişə etmək kimi bir fikirləri olmamışdır. 17 iyun 2020-ci il tarixdə saat 21-22 radələrində idarə etdiyi **-LC-*** dövlət nömrə nişanlı, qara rəngli “Tofaş Doğan” markalı avtomobillə dostu Təqsirləndirilən şəxslə birlikdə şəhər ərazisində olduğu zaman Rüfət və Cəlalın əvvəllər yaşadıqları və tez-tez gəldikləri köhnə məhəllələrində olub-olmadıqlarını görmək üçün avtomobilini Yasamal rayonu, Mirzağa Əliyev küçəsinə tərəf idarə etməyə başlamış, Elnur da həmin vaxt hara getdiklərini soruşduqda, ona Cəlalı və ya Rüfəti tapmaq üçün Yasamal rayonu, Mirzağa Əliyev küçəsinə tərəf getdiyini bildirmişdir. Bu zaman Rauf Elnurun telefonuna zəng edib ondan harada olduğunu soruşmuş, Elnur ona “Sovetski” ərazisində olduqlarını dedikdən sonra Raufla danışmağı üçün telefonu ona vermiş, o, telefona cavab verərək Raufa “Cəlalgilin” məhəlləsinə tərəf getdiklərini dedikdə, sonuncu onu da gözləmələrini bildirib zəngi sonlandırmışdır. Lakin o, Raufu gözləməyərək avtomobili Mirzağa Əliyev küçəsinə doğru sürməyə davam etmiş, ümumiyyətlə Raufun həmin yerə gəlib-gəlməyəcəyini, habelə gələcəyi təqdirdə də kiminlə gələcəyini bilməmişdir. Cəlalla Rüfəti həmin vaxt axtarmaqda məqsədi də onlarla şifahi söhbət edib aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək, ona qarşı düzgün hərəkət etmədiklərini onlara izah etməklə həmin mübahisəni sülh qaydasında yoluna qoymaq olmuş, onlarla münaqişə etmək kimi bir fikri olmamışdır. Avtomobili idarə edərək Mirzağa Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısından keçdiyi zaman təsadüfən Rüfətin köhnə qonşuları olan Şahid4 və Şahid5la birlikdə küçənin tinində dayandığını görüb avtomobili saxlayaraq maşından Rüfəti yanına çağırmış, həmin vaxt ətrafda başqa şəxslərin olub-olmamasını isə görməmişdir. Zərərçəkmiş şəxs yanına çağırdıqdan sonra sonuncu onun avtomobilinə tərəf yaxınlaşaraq pəncərədən hər ikisi ilə görüşmüş, o, Rüfətə bir neçə gün əvvəl aralarında yaşanmış mübahisəni xatırladaraq həmin vaxt ona qarşı düzgün hərəkət etmədiyini, həmin məsələni aydınlaşdırmaq üçün onu çağırdığını bildirmiş və bu səbəbdən aralarında sözlü mübahisə yaranmış, mübahisə gedişində bir-birinə qarşı nalayiq söyüşlər söyməyə başlamışlar. Bu zaman başqa qara rəngli, sedan tipli, xarici markalı, dövlət nömrə nişanını xatırlamadığı, sonradan Şahid2 idarə etdiyini bildiyi avtomobil binanın yuxarı tərəfindən, yoxuşdan aşağıya doğru gəlib onun avtomobilini keçərək bir qədər irəlidə dayanmış, lakin həmin avtomobildə Şahid1 və Şahid2 olduğunu bilməmişdir. Rüfətlə arasında yaranmış sözlü mübahisənin gedişində əli ilə onun sifət nahiyəsinə şillə vuraraq avtomobildən aşağı düşmüş, onunla eyni vaxtda yanında olan Elnur da avtomobildən düşüb onlara tərəf gəlmiş, bu zaman bir qədər irəlidə dayanmış digər qara rəngli avtomobildən Ramil və Rauf da düşüb onlara doğru hərəkət etmişlər. Bundan sonra Rauf yaxınlaşaraq bel kəmərində olan bıçağını çıxarıb həmin bıçağın dəstəyinin arxa hissəsi ilə Rüfətin başının təpə nahiyəsinə bir dəfə zərbə vurmuş və bu zərbənin təsirindən Rüfətin başından qan axmağa başlamışdır. Bundan sonra isə yumruqla Rüfətin sifət nahiyəsinə bir dəfə zərbə endirib onu yerə yıxmış, yerdə olarkən Rüfət onların ünvanına söyüş söydüyündən həm o, həm də Ramil, Elnur və Rauf onu təpikləməyə başlamışdır. Həmin vaxt Valeh və Ceyhun onlara yaxınlaşaraq aralamağa başlamış, bu zaman Rauf əlində olan bıçaqla Ceyhunun üzərinə doğru hücum çəkmiş, lakin Valeh Raufa qışqıraraq Ceyhunun qohumu olduğunu ona bildirməsi səbəbindən Rauf Ceyhuna heç nə etməmişdir. Ceyhun da məhəllənin aşağısına doğru hərəkət edərək hadisə yerindən uzaqlaşmağa başlamışdır. Təxminən 3-4 dəqiqə ərzində münaqişə davam etdikdən sonra ara bir qədər sakitləşmiş, Rüfətlə aralarındakı münaqişədən sonra şifahi söhbət əsnasında qismən də olsa barışıq olmuş və onlar həmin yerdən uzaqlaşmaq üçün avtomobillərinə tərəf getmək istəyərkən küçənin yuxarı tərəfindən Cəlal Hüseynovun yanında bir neçə nəfər şəxslə birlikdə gəldiyini görmüşlər. Hava qaranlıq olduğu üçün onun yanında dəqiq olaraq neçə nəfərin olduğunu və həmin şəxslərin kimliyini bilməmişdir. Cəlal hadisə yerinə gəldikdən sonra Rüfətin üz-gözünü alqan içində görüb nə baş verdiyini və onu kimin vurduğunu soruşmuş, daha sonra isə ilk öncə onun, ardınca da Elnurun sifət nahiyəsinə kəllə ilə vurmuş, bu zaman ara yenidən qarışmışdır. Hadisə yerində həmin vaxt neçə nəfərin olmasını və əlavə şəxslərin olubolmasını dəqiq bilməmiş, sifət nahiyəsindən zərbə aldığı üçün kənarda dayanıb özünə gəlməyə çalışmışdır. Bu səbəbdən həmin vaxt kimin kiminlə dava etdiyini, kimin kimə hansı şəkildə fiziki zor tətbiq etdiyini görməmişdir. Amma Cəlal hadisə yerinə gəldikdən sonra təxminən bir neçə dəqiqə ərzində münaqişə davam etmiş, bir anda Rauf qışqıraraq onlara az sonra polis əməkdaşlarının hadisə yerinə gəlib onları polis şöbəsinə aparacaqlarını bildirib hadisə yerindən təcili şəkildə uzaqlaşmalı olduqlarını dediyi üçün Rauf, Elnur, Ramil qaçaraq sonuncunun avtomobilinə minib hadisə yerini tərk etmiş, avtomobilə minməmişdən əvvəl ona da avtomobilinə minib onların arxasınca gəlməyini demişlər, o, nə baş verdiyini ilk öncə anlamamış, bir anda Cəlalın səndələdiyini və Rüfətin onu yerə uzatdığını, yerdə olarkən Cəlalın huşsuz vəziyyətdə olduğunu, habelə onun bədəni üzərində qan ləkələrinin olduğunu görüb bıçaqlandığını bilmiş, bunu bilən kimi qorxduğu üçün avtomobilinə minib hadisə yerini tərk etməyə çalışmışdır. Həmin vaxt Cəlalın yanında olan tanışları onu səsləyərək Cəlalın xəsarət aldığını, onu xəstəxanaya aparmağını demiş, o, ilk öncə maşını saxlasa da, sonradan həmin şəxslərin ona hücum edəcəyindən qorxub tərəddüd edərək avtomobilini irəliyə doğru sürmüşdür. Bu zaman həmin şəxslər yenidən onu səsləmiş və avtomobili saxlamağını bildirmiş, o da bir daha avtomobilini geriyə doğru vermiş, Rüfət və Valeh onun avtomobilinə yaxınlaşdığı zaman qorxduğu üçün yenidən tərəddüd edib avtomobilini irəliyə doğru idarə edərək hadisə yerini tərk etmişdir. Bundan sonra istifadəsində olan mobil nömrə ilə Elnura zəng edib harada olduqlarını soruşmuş, sonuncu da ona “5 mərtəbə” tərəfə, “Cuhudlar məhəlləsi” deyilən əraziyə gəlməyini, orada görüşəcəklərini bildirmişdir. Bir neçə dəqiqə sonra həmin yerə gəlmiş və orada görüşmüşlər. Bundan sonra təcili şəkildə parçalanaraq hər biri ayrı-ayrı istiqamətlərə getməyi qərarlaşdırmışlar. Belə ki, birlikdə olduqları zaman polisin onları daha tez ələ keçirəcəyini düşünmüşlər. Bundan sonra qərarlaşdırdıqları kimi Ramil və Rauf birgə hərəkət etməyi, Elnur isə onlardan ayrı hərəkət etməyi, lakin bir-biri ilə mütəmadi olaraq telefon vasitəsi ilə əlaqə saxlamağı qərarlaşdırmışlar. Bundan sonra Ramil onunla əlaqə saxlayaraq Cəlal Hüseynovun aparıldığı xəstəxanada aldığı bıçaq xəsarətlərindən öldüyü məlumatını vermişdir. Cəlalın ölməsi barədə məlumat aldıqdan sonra qorxduğu üçün telefon vasitəsi ilə izlənə biləcəyindən ehtiyatlanıb mobil nömrələrini qıraraq telefonunu və mobil nömrəsinin qırıntılarını xatırlamadığı yerə tullamışdır. Hadisədən sonra ünvanlarını dəqiq xatırlamadığı müxtəlif yerlərdə, əsasən Yasamal rayonu ərazisində ayrı-ayrı yerlərdə, qeyri-yaşayış tikililərində, binaların bloklarında, küçələrdə gecələməyə başlamış, 27 avqust 2020-ci il tarixdə saat 18-19 radələrində isə Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 37-nin qarşısında piyada gəzərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal rayon polis idarəsinə gətirilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə şahidlər olan Şahid4, Şahid5 və Şahid6 məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə proses iştirakçılarının fikirlərini dinləyib Şahid4, Şahid5 və Şahid6 ibtidai istintaq zamanı verdikləri ifadələrin elan edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o, 17 iyun 2020-ci il tarixdə saat 20-21 radələrində bibisi oğlu Şahid5la birlikdə avtobusla əvvəllər yaşadıqları köhnə məhəllələlərinə, yəni hadisənin baş verdiyi Yasamal rayonu, Mirzağa Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısına gəlmiş, həmin vaxt köhnə məhəllələrinə getməkdə məqsədi orada quraşdırdığı quşxanasında saxladığı göyərçinlərə yem vermək olmuşdur. Oraya çatdıqda əvvəllər qonşusu olmuş Rüfəti görüb salamlaşmış, orada onunla müxtəlif mövzularda söhbət etdikləri zaman əvvəllər tanıdığı Şahid3 idarə etdiyi, dövlət nömrə nişanının son seriyası “241” olan, qara rəngli, “Tofaş” markalı avtomobillə məhəllənin yuxarı tərəfindən gəlib binanın yaxınlığında, təxminən 3-4 metr aralı məsafədə dayanmışdır. Bundan sonra “Tofaş” markalı avtomobilin sürücüsü Tural avtomobildən Rüfəti yanına çağırmış, Rüfət də ona yaxınlaşmış, Valehlə özü isə həmin yerdə dayanmışlar. Rüfət Turalın avtomobilinə yaxınlaşıb onunla söhbət edən zaman qısa bir anda hər ikisi bir-birinə qarşı nalayiq ifadələr işlətməyə başlamış, bu zaman başqa qara rəngli, sedan tipli, xarici markalı (markasını və modelini bilmir), dövlət nömrə nişanını xatırlamadığı bir maşın binanın yuxarı tərəfindən (yoxuşdan) aşağıya doğru gəlib Turalın maşınını keçərək bir qədər irəlidə dayanmış, lakin onların kim olduğuna həmin vaxt fikir verməmişdir. Tural əli ilə Rüfətin sifət nahiyəsinə vurmuş, bundan sonra avtomobildən enmişdir. Bu zaman onun avtomobilində olan sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi digər şəxs də maşından enib Rüfətə tərəf gəlmiş, həmin vaxt digər qara rəngli avtomobildən də sonradan adlarının Şahid1 və Şahid2 olduğunu bildiyi şəxslər enib Rüfətə doğru gələrək birlikdə uca səslə onun ünvanına qarşı nalayiq sözlərdən istifadə etmiş və orada onu vuraraq yerə yıxıb döyməyə başlamışlar. Həmin şəxslərdən Şahid2 əlində taxta beyzbol dəyənəyi olmuş, sonuncu münaqişə vaxtı əlindəki taxta dəyənək ilə Rüfətin bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Aldığı zərbələrin təsirindən Rüfət başından xəsarət almış və qan axmışdır. Həmin vaxt nə baş verdiyini aydınlaşdırmaq məqsədi ilə Valehlə birlikdə yaxınlaşaraq onları aralamağa çalışmış, özü Valehlə birlikdə onları aralamağa çalışarkən Rauf əlində tutduğu bıçaqla kortəbii şəkildə onun üzərinə hücum çəkmiş, bu zaman bunu görən kimi bibisi oğlu Valeh onu əvvəllər tanıdığı üçün qışqıraraq onu göstərib “Rauf neynirsən, bu mənim dayım oğludu" demiş, bundan sonra Rauf üstünə gəlməmiş, özü də qorxduğu üçün onlardan bir qədər aralanmış və məhəllənin aşağısına doğru hərəkət etmişdir. Təxminən 3-4 dəqiqə ərzində davam edən münaqişə nəticəsində Rüfət aldığı xəsarətlərdən yerdə al-qan içində uzanmış vəziyyətdə olmuş, onu döyən şəxslər də artıq ondan aralanmışdır. Özü onlardan aralaşıb məhəllənin aşağı tərəfində olduğu zaman yenidən səs-küy gəldiyini eşidib geri dönüb baxmış, bu dəfə həmin şəxslərin qardaşı Cəlalın üzərinə binanın qarşısında hücum çəkdiklərini görmüşdür. Cəlalın həmin yerə nə zaman, hansı anda gəldiyini, həmin şəxslərlə arasında həmin anda nə baş verdiyini bilməmişdir. Çünki həmin vaxt özü onlardan xeyli, təxminən 50-60 metr aralaşmışdı, qardaşı Cəlalın da hadisə yerinə gəldiyini və həmin şəxslərlə dava etdiyini görüb qardaşına doğru hərəkət etməyə başlamışdır. Əlilliyi ilə əlaqədar sürətli yeriyə bilmədiyi üçün hadisə yerinə bir qədər gec çatmış, bu zaman Turaldan başqa hadisə yerində olan digər şəxslərin təlaşlı şəkildə qaçaraq hadisə yerinə gəldikləri qara rəngli avtomobilə minib hadisə yerini tərk etdiklərini görmüşdür. Qardaşına tərəf çatdığı zaman onun yerə yıxıldığını, huşunun getdiyini, danışa bilmədiyini görmüş, həmin vaxt Cəlalın yanında özü, Rüfət və Valeh olmuşdur. Yerdə olduğu zaman Cəlalın bədəni üzərində qan ləkələrinin olduğunu görüb onun bıçaqlandığını bilmiş, bunu bilən kimi Tural da avtomobilə minib hadisə yerini tərk etməyə çalışmış, onlar da Turalı səsləyərək Cəlalın xəsarət aldığını, onu xəstəxanaya aparmağını demiş. Tural ilk öncə avtomobili saxlasa da, sonradan tərəddüd edib irəliyə doğru sürmüş, yenidən Turalı səsləyərək avtomobili saxlamasını bildirdiklərində Tural bir daha geriyə doğru vermiş. Rüfət və Valeh onun avtomobilinə yaxınlaşdığı zaman Tural yenidən tərəddüd edib irəliyə doğru idarə edərək hadisə yerini tərk etmişdir. Bu zaman həmin məhəllədə yaşayan Ağababa və Orxan adlı tanıdığı şəxslər də onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Rüfət də dava olduğunu və Cəlalın bıçaqlandığını bildirmişdir. Bibisi oğlu Valeh bu zaman qardaşı Cəlalın bel kəmərinə yerləşdirdiyi avtomobilinə məxsus açarı götürüb onun avtomobilini qardaşının olduğu yerə sürmüş, Ağababa və Orxanla birlikdə köməkli şəkildə Cəlalı onun idarə etdiyi **-LL-*** dövlət nömrə nişanlı, “BMW 325" markalı avtomobilə mindirmişlər. Ağababa avtomobilin arxa hissəsində, Cəlalın yanında oturmuş, Valeh avtomobili idarə edərək xəstəxanaya sürmüş, özü, Rüfət və Orxan isə hadisə yerində qalmışdır. Baş verənlərdən şoka düşmüş, qardaşına bıçaqla xəsarət yetirən şəxsin kimliyini müəyyənləşdirmək üçün həmin yerdə qalmışdır. Qısa müddət sonra bibisi oğlu Valeh istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan mobil nömrəyə zəng vurub qardaşının xəstəxanada vəfat etdiyini bildirmiş, bu xəbəri eşitdikdən sonra dərhal Respublika Kliniki xəstəxanasına getmişdir. İbtidai istintaq zamanı verilmiş suallara əsasən Şahid4 qeyd etmişdir ki, bir anda ara qarışmış, bir neçə şəxs Rüfətə hücum çəkərək onu təpikləmiş, həmçinin onlardan biri əlindəki beyzboll dəyənəyi ilə onun bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o, 17 iyun 2020-ci il tarixdə saat 21-22 radələrində dayısı oğlu Şahid4la birlikdə avtobusla əvvəllər yaşadıqları köhnə məhəllələrinə, yəni hadisənin baş verdiyi Yasamal rayonu, Mirzağa Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısına gəlmiş, ora gəlməkdə məqsədləri Ceyhunun həmin məhəllədə quraşdırdığı quşxanasında saxladığı göyərçinlərə yem vermək olmuşdur. Köhnə məhəllələrinə çatdıqda əvvəllər qonşusu olmuş Zərərçəkmiş şəxs ilə təsadüfən rastlaşaraq salamlaşıb onunla söhbət etməyə başlamış, bir qədər söhbət edən zaman məhəllədə yaşayan tanışı Turalın idarə etdiyi qara rəngli, “Tofaş" markalı avtomobillə (dövlət nömrə nişanını xatırlamır) məhəllənin yuxarı tərəfindən gəlib binanın yaxınlığında, təxminən 3-4 metr məsafədə dayandığını görmüşdür. Bundan sonra “Tofaş" markalı avtomobilin sürücüsü Tural avtomobildən Rüfəti yanına çağırdığından Rüfət də ona yaxınlaşmışdır. Həmin vaxt o, Ceyhunla kənarda dayanmışdır. Turalın avtomobilnin qabaq tərəfində məhəllədən tanıdığı Elnur da olmuşdur. Rüfət Turalın maşınına yaxınlaşaraq söhbət etdiyi zaman bir anda aralarında bilmədiyi səbəbdən sözlü mübahisə yaranmış, həmin vaxt mübahisənin gedişində Tural və Rüfət bir-birinə qarşı nalayiq söyüşlər söyməyə başlamışdır. Bu zaman qara rəngli, sedan tipli, xarici markalı (markasını və modelini bilmir), dövlət nömrə nişanını xatırlamadığı başqa bir avtomobil binanın yuxarı tərəfindən (yoxuşdan) aşağıya doğru gəlib Turalın avtomobilini keçərək bir qədər irəlidə dayanmış, lakin onların kim olduğuna həmin vaxt fikir verməmişdir. Tural mübahisə zamanı əli ilə Rüfətin sifət nahiyəsinə vuraraq avtomobilindən endiyi zaman onun avtomobilində olan Elnur da enib Rüfətə tərəf gəlmiş, bu zaman digər qara rəngli avtomobildən iki nəfər, əlində taxta dəyənək olan, sonradan adının Ramil və Rauf olduğunu bildiyi şəxslər enib Rüfətə doğru gələrək uca səslə onun ünvanına qarşı nalayiq sözlərdən istifadə edib yerdə olduğu zaman da Rüfəti vurmağa başlamışlar. O, Rüfəti konkret olaraq Rauf, Tural, Elnur, Ramilin vurduğunu görmüşdür. Zərbələrin təsirindən Rüfət yerə yıxılmış, nə baş verdiyini aydınlaşdırmaq məqsədi ilə Ceyhunla birlikdə yaxınlaşaraq onları aralamağa çalışmışlar. Həmin şəxslərdən hansısa Rüfətin başına hər hansı alətlə zərbə vurmuş, lakin bir anda ara qarışmış, eyni zamanda zülmət qaranlıq olduğu üçün konkret olaraq kimin Rüfətə nə ilə vurduğunu görməmişdir. Zərbənin təsirindən Rüfətin başı yarılmış, başından qan axmağa başlamışdır. Həmin vaxt əlində taxta beyzbol dəyənəyi olan Ramilin Rüfətin başına vurduğunu düşünmüş, lakin bunu görməmişdir. Çünki hadisə vaxtı ondan başqa hadisə yerində olan digər şəxslərin əlində ilkin olaraq başqa alət olub-olmadığını görməmişdir. Ceyhunla birlikdə onları aralamağa çalışarkən Rauf Ceyhunun üzərinə bıçaqla hücum çəkmiş, bu zaman özü bunu görən kimi Raufa qışqıraraq Ceyhunu göstərib “Rauf neynirsən, bu mənim dayım oğludu" demiş, bundan sonra Rauf Ceyhunun üstünə getməmiş, Ceyhun da onlardan bir qədər aralanaraq məhəllənin aşağısına doğru hərəkət etmişdir. Rüfət aldığı xəsarətlərdən yerdə al-qan içində uzanmış, onu döyən şəxslər də artıq ondan aralanmışdır. Təxminən 3-4 dəqiqə davam edən münaqişə sonrası ara bir qədər sakitləşmiş, bundan sonra Rüfət ayağa qalxıb özünə gəlməyə çalışarkən yuxarı tərəfdən Cəlalın təsadüfən tək piyada gəldiyini görmüşdür. Cəlal hadisə yerinə gəlib Rüfəti al-qan içində görüb nə baş verdiyini və onu kimin vurduğu ilə maraqlanmış, daha sonra da Turalın sifət nahiyəsinə kəllə ilə vurmuşdur. Bu zaman ara yenidən qarışmış, Ramil əlində taxta sopası ilə kənarda duraraq münaqişəyə qarışmamış, Tural da münaqişəyə müdaxilə etməmişdir. Elnur isə həmin vaxt artıq Cəlalla əlbəyaxa olmuş, belə ki, Elnur sifəti qan olmaqla sol əli ilə Cəlalın yaxasından tutub sağ əli ilə onun sifətinə yumruq zərbəsi endirmiş, Cəlal da yumruqla Elnurun sifətinə, bədəninə yumruqlar atmışdır. Bunu görən kimi Rauf əlində bıçaqla Cəlalın üzərinə hücum çəkərkən özü onun qarşısını almağa çalışmış, lakin onu saxlaya bilməmişdir. Rauf Cəlalın üzərinə bıçaqla hücum çəkdiyi vaxt Elnur kənara çəkilib yerə oturub sifətini tutmuş, sonra ayağa qalxıb Rauf və Cəlala doğru addım almaq istəsə də, getməyib yenidən əvvəlki vəziyyətinə qayıtmışdır. Raufun Cəlalın üzərinə bıçaqla hücum çəkməsindən 1-2 dəqiqə sonra Rauf Cəlaldan aralanmış, üç nəfər - Rauf, Elnur və Ramil sonuncunun idarə etdiyi qara rəngli xarici markalı avtomobilə minib hadisə yerini tərk etmiş, Tural isə hadisə yerində qalmışdır. Bu zaman Cəlal bir neçə addım atıb səndələmiş, Rüfət ona yaxınlaşaraq yıxılmaması üçün dərhal onu tutmağa çalışsa da Cəlal yerə yıxılmışdır. Ceyhunla birlikdə dərhal Cəlala yaxınlaşıb onun bədəni üzərində qan ləkələrinin olduğunu görüb bıçaqlandığını bilmiş, bunu bilən kimi Tural da avtomobilinə minib hadisə yerini tərk etməyə çalışmışdır. Bu zaman Turalı səsləyərək Cəlalın xəsarət aldığını, onu xəstəxanaya aparmağını demiş, Tural ilk öncə maşını saxlasa da, sonradan tərəddüd edib maşını irəliyə doğru sürmüş, bu səbəbdən yenidən Turalı səsləyərək avtomobilini saxlamasını bildirmiş, Tural bir daha geriyə doğru vermiş, özü və Rüfət onun avtomobilinə yaxınlaşdıqları zaman Tural yenidən tərəddüd edib irəliyə doğru idarə edərək hadisə yerini tərk etmişdir. Bu zaman həmin məhəllədə yaşayan Orxan və Ağababa adlı köhnə qonşuları da yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Rüfət də dava olduğunu və Cəlalın bıçaqlandığını onlara bildirmişdir. Cəlal yerdə olarkən onun bel kəmərinə bərkitdiyi avtomobilinin açarını götürmüş və Cəlalın bir qədər kənarda saxladığı avtomobilini idarə edib Cəlalın olduğu yerə gəlmiş, adı çəkilən şəxslərlə birlikdə Cəlalı köməkli şəkildə avtomobilin arxa hissəsinə yerləşdirmiş, Ağababa avtomobilin arxa hissəsində, Cəlalın yanında oturmuş, özü də avtomobili idarə edərək xəstəxanaya sürmüşdür. Rüfət və Ceyhun isə hadisə yerində qalmış, qısa müddət sonra da Respublika Kliniki xəstəxanasında həkimlər Cəlalın öldüyü məlumatını ona vermiş, özü də bu barədə Ceyhuna zəng edərək bildirmişdir. Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o, 17 iyun 2020-ci il tarixdə saat 22-23 radələrində işdən yaşadığı evin yaxınlığına, yəni hadisənin baş verdiyi Yasamal rayonu, Mirzağa Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısına gəldiyi zaman yaşadığı məhəllədən tanıdığı Şahid5, Şahid4 və Zərərçəkmiş şəxs həmin yerdə dayandığını, əvvəllər tanıdığı Cəlal Hüseynovun da yerdə uzanmış vəziyyətdə olduğunu görmüş, nə baş verdiyini öyrənmək məqsədi ilə onlara yaxınlaşdıqda Orxan adlı başqa bir tanışı da həmin yerə gəlmişdir. Onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Zərərçəkmiş şəxs də dava olduğunu və Cəlalın bıçaqlandığını bildirmişdir. Həmin vaxt Cəlalın vəziyyəti çox pis olmuş, bədənindən qan axmış və huşsuz vəziyyətdə olmuşdur. Cəlal yerdə olarkən Valeh onun bel kəmərinə bərkitdiyi avtomobilinin açarını götürmüş və Cəlalın bir qədər kənarda saxladığı avtomobilini idarə edib yenidən onların yanına qayıtmışdır. Cəlalı avtomobilin arxa hissəsinə yerləşdirmiş, özü avtomobilin arxa hissəsində, Cəlalın yanında oturmuş, Valeh isə avtomobili idarə edərək xəstəxanaya sürmüşdür. Rüfət, Ceyhun və Orxan isə hadisə yerində qalmışdır. Valehlə birlikdə Cəlalı Respublika Kliniki Xəstəxanasına aparmış, sonradan xəstəxananı tərk edərək evə getmiş, həmin gecə Cəlalın Respublika Kliniki Xəstəxanasında öldüyü xəbərini eşitmişdir. Həm hadisə yerində olarkən, həm də avtomobildə Cəlalı xəstəxanaya apardıqları zaman Cəlal huşsuz vəziyyətdə olduğu üçün danışa bilməmişdir. Hadisə yerinə sonradan gəldiyi üçün Cəlal Hüseynovun bıçaqlanmasından ibarət hadisənin şahidi olmamış, habelə ona hadisənin təfərrüatı, Cəlalın kim tərəfindən, necə, nə səbəbə bıçaqlanması barədə heç bir məlumat verməmişlər. Elan edilmiş şahid ifadələri ilə bağlı təqsirləndirilən şəxs və onun müdafiəçisinin münasibəti öyrənildikdə onlar şahid ifadələrinin sübut olaraq qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə daxili inamına və iş üzrə sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ilkin ifadələrində ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs vurmadığını bildirsə də sonrakı ifadələrində ona elan edilmiş ittihamda özünü təqsirli bilərək Zərərçəkmiş şəxs təpiklə vurmasını etiraf etmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli olması özünün məhkəmə baxışı zamanı verdiyi son ifadələri, zərərçəkmiş və şahidlərin ifadələri ilə və iş üzrə digər sübutlarla öz təsdiqini tapdığından onun ilkin ifadələrində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli məlumat olaraq qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı iş materiallarında olan 18 iyun 2020-ci il tarixli hadisə baxış keçirilməsi haqqından protokoldan müəyyən edilir ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısındakı ərazidir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi-ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 Yasamal rayon şöbəsi tərəfindən verilmiş 06 iyul 2020-ci il tarixli 515/A nömrəli rəydən müəyyən edilir ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər, yəni başın təpə nahiyəsində olan çapıq toxuma (keçmiş əzilmiş yara izi) küt əşyanın, qarın nahiyəsində olan çapıq toxuma (keçmiş kəsilmiş yara izi) isə iti kənarlı alətin (əşyanın) təsirindən törənməsidir, 17.06.2020-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarından və “cinayət işinin ayrılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli hazırki cinayət işi Şahid1 Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri, Şahid2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi və Şahid3 Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Yasamal rayon prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işinin materiallarından rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən Elgün Cəbrayılovun 25 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ayrılaraq istintaq aparılmasından ötrü aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilmiş, 09 fevral 2021-ci il tarixdə iş üzrə istintaqın aparılması İŞ-nin müstəntiqi Samir Ağayevə həvalə edildiyindən onun tərəfindən icraata qəbul edilmişdir. İş materiallarından, həmçinin müəyyən edilir ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri, Şahid2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi və Şahid3 Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Yasamal rayon prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə ittiham aktı 03 fevral 2021-ci il tarixdə Yasamal rayon prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(101)-773/2021 nömrəli hökmündən müəyyən edilir ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə 17 il 10 ay, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaqla ona qəti olaraq 18 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şahid2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şahid3 Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(101)- 773/2021 nömrəli hökmünün məzmunundan da müəyyən edilir ki, Şahid1, Şahid2 və Şahid3 öz ifadələrində hazırki iş üzrə Təqsirləndirilən şəxs 17 iyun 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsində yerləşən 45 saylı binanın qarşısına gəlib ictimai yer hesab olunan həmin ərazidəki binada yaşayan çoxsaylı sakinlərin gözləri qarşısında Zərərçəkmiş şəxs ilə mübahisə edərək uca səslərlə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozub, hər kəsin gözü qarşısında bir qrup şəxs halında yerdə olduğu zaman Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə təpiklə vurmasını təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 142.1-ci maddəsinə görə cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən edilmiş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və məhkəmə üçün məcburidir. Odur ki, məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(101)-773/2021 nömrəli hökmü ilə Şahid1, Şahid2 və Şahid3 ifadələrində göstərilən xüsusatlar yoxlanılıb hüquqi qiymət verilmiş və həmin hökmlə müəyyən edilmiş hallar hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətməsi tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə ictimai təhlükəli əməldir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-nin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, hazırki cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verməmiş, hər kəsin gedib-gələ biləcəyi ictimai yerdə, yəni M.Əliyev küçəsində yerləşən 45 saylı binada yaşayan çoxsaylı sakinlərin gözləri qarşısında baş verməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən səs-küy qaldırılaraq, nalayiq söyüşlər işlədilərək ətrafdakı vətəndaşların kifayət qədər narahatçılığına səbəb olmaqla və şəxslər üzərində zor tətbiq edilməklə müşayiət olunan qərəzli hərəkətlərlə törədilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, hər bir halda, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı, məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən, Azərbaycan Respublikası CM-in 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrum etmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Həmin Qərarın 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə görə xuliqanlıq əməli bir qrup şəxs tərəfindən törədildikdə şəxs iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri, Şahid2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi və Şahid3 Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində 22 iyun 2020-ci il tarixdə axtarış elan edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixdə saat 18 radələrində Yasamal RPİ-nin CAŞ-nin və RPİ-nin 27-ci PB-nin polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaq orqanına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və Yasamal Rayon Məhkəməsinin eyni tarixli 4(004)-187/2021 nömrəli qərarı ilə barəsində həbsetmənin əvvəli 13 aprel 2021-ci il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin Məhkəmənin 10 may 2021-ci il tarixli 4(004)-243/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 13 iyul 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarından müəyyən edilir ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət əməli 07 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilərək 08 iyun 2021-ci il tarixdə ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2020-ci il tarixli tələbnamədən və iş materillarında olan hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 yanvar 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 11 aprel 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və onun əməlində hazırki cinayətə münasibətdə cinayətlərin residivi halı müəyyən edilmir. Beləliklə məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin iş materiallarında olan ərizədən görünür ki, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hazırda hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, üzərində məhkumluğunun olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona qarşı şiakyət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ**********0000001944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar