Məhkəmə qərarları › İş №1(004)-267/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-267/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-267/2022 14.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasi vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli hökmünə əsasən 1 il 8 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 8 ay müddəti 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda yerləşən inzibati binada qeydiyyatda olmaqla, daimi yaşayış yeri olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Dadaşov X1 Emil Araz oğluna məxsus xeyli miqdarda əmlakı tamah niyyəti ilə gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanın qarşısında dayanmış Zərərçəkmiş şəxs etibarnamə əsasında istifadəsində olan “Ford Transit” markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq və nəzarətsiz olmasından istifadə edərək sürücü tərəfdən qapını açıb, avtomobilin salonundan Zərərçəkmiş şəxs məxsus içərisində 4370 manat, 1000 dollar (həmin dövrə manat məzənnəsi ilə 1700 manat) pul olan 1 ədəd 20 manat dəyərində qara rəngli pul kisəsini, 1 ədəd 70 manat dəyərində Çin istehsalı olan qızılı rəngli “Tissot” markalı qol saatını, 1 ədəd 200 manat dəyərində içərisində 10 manat dəyərində nömrə olan “Samsung A 12” markalı, 1 ədəd 25 manat dəyərində içərisində nömrə olmayan “Nokia 105” markalı mobil telefonu, şəxsiyyət və sürücülük vəsiqələrini, avtomobilə aid etibarnaməni, üzərində “etibarsızdır” sözü yazılmış 6 ədəd 100 dollarlıq əskinasa oxşar kağızı, hesabında pul olmayan “Leobank”a aid plastik kartı və “Baku Electronics” mağazasına aid plastik kartı gizli olaraq talayıb Zərərçəkmiş şəxs 6395 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 fevral 2022-ci il tarixdə “Bravo” marketin qarşısından keçəndə 1 nəfərin idarə etdiyi ağ rəngli “Ford Transit” markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında saxlayıb yolun kənarındakı mağazaya yaxınlaşdığını görmüş və həmin şəxsin avtomobilin qapılarını bağlamadığını müşahidə etmişdir. Bu zaman ətrafa baxıb heç kimin ona baxmadığından əmin olub həmin avtomobilə yaxınlaşıb sürücü tərəfdən qapını açmış, sükanın yanında olan “Samsung” markalı mobil telefonu və saxlanc yerində olan 1 ədəd qara rəngli pul kisəsini götürüb oradan uzaqlaşmışdır. Pul kisəsini açıb baxdıqda 2 ədəd bank kartı, üzərində “etibarsızdır” sözləri yazılmış 600 ədəd 100 dollarlıq əskinas görmüşdür. Bundan sonra 3-cü mikrorayon dairəsi yaxınlığında olan telefon mağazalarından birinə mobil telefonu 80 manata satmışdır. Həmin pulu öz şəxsi məsrəflərinə xərcləmişdir. Belə ki, kafelərin birində ac olduğundan yemək yemiş, həmin saxta 100 dollarlıq əskinasların ikisini və pul kisəsini xatırlamadığı yerdə zibil qutusuna tullamışdır. Oğurladığı sənədləri, bank kartlarını və saxta 400 dolları özündə saxlamışdır. 21 fevral 2022-ci il tarixdə saat 15 radələrində qeyrirəsmi işlədiyi yerdə olarkən polis əməkdaşları ona yaxınlaşıb Yasamal RPİ 29-cu PŞ-yə dəvət etmişdirlər. PŞ-də olarkən üzərindəki saxta 400 dollar pulu, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, etibarnaməni, “Leobank”a məxsus kartı və “Baku Electronics” mağazasına məxsus kartı könüllü təhvil vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, lakin oğurladığı pul kisəsinin içərisində 4370 manat və 1000 dollar pul olmadığını, habelə avtomobildən “Nokia” markalı mobil telefon oğurlamadığını, məbləğlərin şişirdilməsini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini ona dəymiş ziyanın ödənilmədiyini və hazırda Təqsirləndirilən şəxs şikayətçi və tələbkar olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, avtomobili dükanın qarşısında saxlayıb qapılarını bağlamadan mağazaya daxil olmuşdur. Yarım saat sonra avtomobilə oturarkən əşyalarının oğurlanmasını aşkar etmişdir. İdarə etdiyi “Ford Transit” markalı 99- VF- 969 dövlət qeydiyyat nişanlı avtomobildən Təqsirləndirilən şəxs tərəfindən 4370 manat, 1000 ABŞ dolları (həmin dövrə manat məzənəsi ilə 1700 manat) pul, 70 manat dəyərində Çin istehsalı olan “Tissot” markalı qol saatı, 1 ədəd 25 manat dəyərində "Nokia 105” markalı, 1 ədəd 200 manat dəyərində işlənmiş “Samsung A 12” markalı mobil telefon. 20 manat dəyərində dəri pul qabı, özünə aid şəxsiyyət və sürücülük vəsiqələri, avtomaşına aid etibarnamə, hesabında pul olmayan “Unibank”a aid Leobanka aid plastik kart, üzərində etibarsız yazılan suvenir kimi istifadə edilən 6 ədəd 100-lük ABŞ dolları və "Baku Electronics” mağazasına aid kart oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində 6385 manat maddi ziyan dəymişdir. Həmin oğurlanmış pul və digər əmlaklar onun özünə məxsusdur. Oğurlanmış telefonların İMEİ kodları yadında deyildir, həmin telefonları təsadüfi adamlardan almışdır. “Nokia” markalı mobil telefonda nömrə olmamış, “Samsung” markalı mobil telefonda isə 10 manat dəyərində ***-***-**-** nömrə olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 fevral 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, hadisə ünvan 2 ünvanın qarşısında baş vermişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində həmin yerdən keçərkən dayanmış vəziyyətdə olan sonradan Zərərçəkmiş şəxs məxsus olduğunu bildiyi “Ford Transit” markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq qalmasını gördüyünü və oradan oğurluq etdiyini etiraf etmişdir (səh. 8-11, 70-71). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “könüllü təqdim etmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 4 ədəd üzərində “etibarsızdır” sözü yazılmış 100 dollarlıq əskinası, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, qeyd edilən avtomobilə dair 54 saylı NK-da verilmiş xx.xx.2021-ci il tarixli etibarnaməni, 1 ədəd **********361181 saylı “Leobank” bank kartını və 1 ədəd Baku Electronics mağazasına aid 50097645 saylı kartını könüllü olaraq təhvil vermişdir (səh. 25-31). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2022-ci il tarixli “maddi sübut kimi tananma haqqında” qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus avtomaşının salonundan oğurlanmış 4 ədəd üzərində “etibarsızdır” sözü yazılmış 100 dollarlıq əskinası, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, qeyd edilən avtomobilə dair 54 saylı NK-da verilmiş xx.xx.2021-ci il tarixli etibarnaməni, 1 ədəd **********361181 saylı “Leobank” bank kartını və 1 ədəd Baku Electronics mağazasına aid 50097645 saylı kart cinayət təqibi üzrə sübutedici əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması məqsədə müvafiq hesab edilmişdir (səh.100). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 may 2022-ci il tarixli “üzləşdirmədə dindirmə protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs istintaq orqanın verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək avtomaşınından “Nokia” markalı mobil telefonu, pul kisəsindən 4370 manat və 1000 dollar pul oğurlandığını bir daha təsdiq etmiş,Təqsirləndirilən şəxs isə avtomaşından qeyd olunan məbləğdə pul oğurlamadığını bildirmişdir (səh. 118). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN BƏSİİ-dən təqdim olunmuş tələbnamədən və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2 maddələri ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli hökmünə əsasən 1 il 8 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 8 ay müddəti 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (səh. 88-89,106-110). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-155/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (49-50, 59-82). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, “ifadənin yerində yoxlanması haqqında” protokol, maddi sübutlar və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli hökmünə əsasən 1 il 8 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 4 ədəd üzərində “etibarsızdır” sözü yazılmış 100 dollarlıq əskinası, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, qeyd edilən avtomobilə dair 54 saylı NK-da verilmiş xx.xx.2021 -ci il tarixli etibarnaməni, 1 ədəd **********361181 saylı “Leobank” bank kartını və 1 ədəd Baku Electronics mağazasına aid 50097645 saylı kart zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-267/2022 saylı, 19 may 2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 19 may 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilməklə, 50 (əlli) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 4 ədəd üzərində “etibarsızdır” sözü yazılmış 100 dollarlıq əskinası, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, qeyd edilən avtomobilə dair 54 saylı NK-da verilmiş xx.xx.2021 -ci il tarixli etibarnaməni, 1 ədəd **********361181 saylı “Leobank” bank kartını və 1 ədəd Baku Electronics mağazasına aid 50097645 saylı kart zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar