Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-267/2023 29.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs Sabir qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə saat 18:50 radələrində “Bl, B, Cl, C” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi ilə “Qələbə dairəsi”ndən “Dərnəgül şossesi” istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən ünvan 2 ünvanda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirməli, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, nizamlanmayan piyada keçidinə yaxınlaşdığını nəzərə alaraq avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, nizamlanmayan piyada keçidinin qarşısında dayanmış nəqliyyat vasitəsinin qarşısından piyadanın yolu keçmədiyinə əmin olmalı, keçiddə piyada olduğu vəziyyətdə piyada keçidinə daxil olmadan avtomobili dayandıraraq piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək, ünvan 3 ünvanda yerləşən Bakı Şəhər Yasamal RPİ- nin inzibati binasının qarşısındakı piyada keçidinin üzəri ilə hərəkəti istiqamətində yolun sağ tərəfindən sol tərəfmə keçən 2004-cü il təvvəlüdlü piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan avtomobilin qabaq sol yan hissəsi ilə vurub Zərərçəkmiş şəxs alın sümüyündə frontal sinusun hər iki səhvəsinə keçən xətti yerdəyişməyən sınığı ilə müşayiət olunan alının sol yarısının hematoması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol- nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, 12 mart 2022-ci il tarixdə “Bİ, B, Cl, C” kateqoriyalı sürücülük vəsiqəsi əldə etmiş, hazırda etibarnamə əsasında “Toyota Prius” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 25 aprel 2022-ci il tarixdə saat 18:50 radələrində idarə etdiyi həmin avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi ilə “Qələbə dairəsi” adlanan yer tərəfdən Dərnəgül şossesi istiqamətində 30 km/saat sürətlə hərəkət etmiş, həmin vaxt avtomobilinin arxa oturacağında qadın cinsindən olan bir nəfər sərnişin olmuşdur. Həmin küçədə yerləşən Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin inzibati binasının qarşısında yerləşən piyada keçidinə çatmağa təxminən 7-8 metr məsafə qaldıqda bir nəfər təxminən 25 yaşlı qızın piyada keçidi ilə hərəkəti istiqamətində yolu sağ tərəfindən sol tərəfə sakit addımlarla keçdiyini görmüşdür. Həmin vaxtı idarə etdiyi avtomobillə yolu keçən piyada qızı vurmamaq üçün avtomobilə tormoz etsə də, avtomobilin qabaq sol yan hissəsi ilə sonradan Zərərçəkmiş şəxs kimi tanıdığı piyadanı vurmuşdur. Zərbədən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin alın şüşəsinə dəyərək yerə yıxılmış, bundan sonra avtomobili saxlayıb yerə düşərək avtomobillə vurduğu piyadaya yaxınlaşmış, təcili tibbi yardıma və yaxınlıqdakı yol patrul xidməti əməkdaşına hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində özü, həmçinin avtomobildə olmuş qadın sərnişin heç bir xəsarət almamışlar. Hadisədən sonra tanımadığı sərnişin qadın heç bir xəsarət almadığını bildirərərk avtomobildən düşüb getmişdir. Təcili tibbi yardımın hadisə yerinə gəlməyə gecikdiyini görüb polis əməkdaşlarından icazə alaraq Zərərçəkmiş şəxs avtomobilə əyləşdirərək xəstəxanaya aparmış, xəstəxanada Zərərçəkmiş şəxs tibbi yardım göstərildikdən sonra onu palataya yerləşdirmişlər. Səhərisi günü, yəni 26 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs xəstəxanadan evə buraxılmışdır.İdarə etdiyi avtomobili hadisədən sonra sahibinə qaytarmışdır. Zərərçəkmiş şəxsə müalicə olunması ilə əlaqədar maddi yardımlar etmişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs Sabir qızı ilə barışdığını, həmçinin zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənildiyini bildirmiş və onun barəsində aparılan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Sabir qızı bildirmişdir ki, 25 aprel 2022-ci il tarixdə saat 18:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ünvanda yaşayan qohumunun yaşadığı evdən çıxaraq yolun əks tərəfində yerləşən ünvan 6 ünvanda yerləşən aptekə dərman almağa getmiş, yolu Bakı Şəhər Yasamal Rayon Polis idarəsinin inzibati binasının qarşısında yerləşən piyada keçidi ilə həmin bina istiqamətə keçməyə başlamışdır. İlk öncə yardımçı yolu keçmiş, daha sonra əsas yol hissəsində piyadalar üçün nəzərdə tutulan piyada keçidinə çatmışdır. Həmin yolda avtomobillər Bakı şəhəri, Nəsimi rayonu istiqamətinə hərəkət etmişlər. Piyada keçidinə daxil olan zaman hərəkətdə olan avtomobillər ona yol verərək dayanmış, sakit addımlarla yolu keçməyə başlamışdır. Həmin vaxt yolun birinci və ikinci zolaqlarını keçib hərəkətini dayanmadan sakit addımlarla davam etdirərkən Bakı şəhəri, Nəsimi rayonu istiqamətində hərəkət edən, hadisədən sonra ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi "Toyota Prius" markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil ön sol hissəsi ilə onu sol tərəfindən vurmuş, avtomobilin alın şüşəsinə dəyib yerə yıxılmışdır. Daha sonra onu vuran avtomobilin sürücüsü sonradan tanıdığı Təqsirləndirilən şəxs avtomobildən düşüb ona yardım göstərmək məqsədilə polisə və təcili tibbi yardıma müraciət etmişdir, Təcili tibbi yardım gəlib çıxmadığından onu öz avtomobilinə yerləşdirib xəstəxanaya apararkən yarı yolda Təcili Tibbi yardım xidməti gəldiyindən onu təcili tibb yardım avtomobilinə yerləşdirmiş və Təcili Tibbi yardım xidmətinin həkimləri onu X8 aparmış, zəruri tibbi yardım göstərilərək həmin klinikanın palatasına yerləşdirilmişdir. Ertəsi gün isə evə buraxılmış və müalicəsini yaşadığı ünvanda davam etdirmişdir. Lakin, müalicə olduğu vaxtlarda sürücü Təqsirləndirilən şəxs ondan xahiş edərək şikayət etməməsini, əks təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyini, aldığı xəsarətlə bağlı müalicə xərclərini ödəyəcəyini vəd etmiş, ona inanıb təhqiqata ərizə müraciət edərək dəymiş ziyanın tam ödədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun səhhəti ilə ilkin dövrdə maraqlanmış, xəstəxana xərcləri 1200 manat tutmuş, o, həmin məbləğin 600 manatını ödəsə də, qalan 600 manatını ödəməmişdir. Hal-hazırda isə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışdığından və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad olunmalıdır və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X9 Yasamal rayon şöbəsinin 18 may 2022-ci il tarixli 118 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs adma KTM-da tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarət - alın sümüyündə frontal sinusun hər iki səhvəsinə keçən xətti yerdəyişməyən sınığı ilə müşayiət olunan alının sol yarısının hematoması küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 25 aprel 2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (i.v.33-36) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol- nəqliyyat hadisələri ekspertizasının 23 dekabr 2022-ci il tarixli 8/3515 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır. (i.v. 77-79) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v.89-90) İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v.122-123) İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.135) İş materiallarında olan Zərərçəkmiş şəxs Sabir qızı tərəfindən verilmiş ərizədən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (i.v.119) Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi ilə “Qələbə dairəsi”ndən “Dərnəgül şossesi” istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən ünvan 2 ünvanda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1- ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsi dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinin icraata xitam verilməsi məqsədə uyğundur. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə yol-nəqliyyat hadisələri ilə bağlı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 305, 321,321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”” qətimkan tədbiri ləğv edilsin. “Toyota Prius” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 qaytarılması nəzərə alınsın. Məhkəmə yol-nəqliyyat hadisələri ilə bağlı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatı üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-267/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-267/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver