Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-268/2024 20.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə
1. xx.xx.1996-cı ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində kirayə yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
2. xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-77/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2023cü il tarixində cəza müddəti bitdiyi üçün azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə
MÜƏYYƏN ETDİ:
Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını açıq formada talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 06:02 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs yaxınlaşaraq əlində olan üzərində 5 manat dəyərində ***-***-**-** GSM nömrə ilə istifadə olunan 01 ədəd 600 manat dəyərində "Xiaomi Not 8 pro" markalı mobil telefonu alıb qaçaraq Zərərçəkmiş şəxs ümumilikdə 605 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talayıb soğunçuluq etmişdir. Belə ki, o, təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq formada talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 06:02 radələrində ünvan 4 ünvanında Zərərçəkmiş şəxs yaxınlaşaraq əlində olan üzərində 5 manat dəyərində ***-***- **-** GSM nömrə ilə istifadə olunan 01 ədəd 600 manat dəyərində "Xiaomi Not 8 pro" markalı mobil telefonu alıb qaçaraq Zərərçəkmiş şəxs ümumilikdə 605 manal məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, heç bir ədavəti, düşmənçilik münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri Yasamal rayonu Sovetski adlanan ərazidə görüşmüşlər.Həmin vaxtı həyətdə oturub söhbət etmiş, İsmayıl onunla əvvəllər cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkmiş və həmin vaxtdan dostluq münasibətləri yaranmışdır. İsmayılla xx.xx.2023-cü il tarixə saat 05 radələrinədək həyətdə olmuş, həmin vaxtdan sonra birlikdə çıxıb şəhərdə gəzmək qərarına gəlmişlər. Birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində gəzmiş, "İST Hotelin" yaxınlığında olan zaman bir nəfər sərxoş şəxsi görmüşlər. Həmin şəxsə yaxınlaşıb siqaret istəmiş və saatı soruşmuşlar. Həmin şəxs siqaretinin olmadığını demiş, sonra həmin şəxs yaxınlıqda gecə klubu olub-olmadığını soruşmuşdur. İsmayıl yaxınlıqda klub olduğunu göstərə biləcəyini bildirmiş, həmin şəxslə gəzə-gəzə Bakı şəhəri Yasamal rayonu Xəlilbəyli küçəsinə gəlmişlər. Oraya çatanda həmin şəxs gecə klubuna getmək istəmədiyini bildirmiş və təxminən 5-10 metr uzaqlaşmışdır. Həmin vaxlı saat 06 olmuş, həmin şəxs cibindən mobil telefon çıxararaq mobil telefonda nə isə etmişdir. Bu zaman İsmayıl həmin şəxsin əlindən mobil telefonu alıb qaçmaq qərarına gəlmişlər. Bundan onun xəbəri olmamışdır, İsmayıl həmin şəxsə yaxınlaşaraq qəflətən əlində olan mobil telefonu çəkərək əlindən almışdır və o, da məcbur olub onunla birlikdə qaçmağa başlamışlar. Həmin mobil telefonun sahibi də onların arxasınca qaçmağa başlamış, onlar qaçaraq oradan uzaqlaşmışlar. Bundan sonra İsmayılla birlikdə İsmayılın yaşadığı Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Sovetski deyilən yerə gəlmiş, bir müddət gözlədikdən sonra birlikdə onun yaşadığı Bakı şəhəri Lökbatan qəsəbəsi ərazisinə gəlmişlər. Burada o, həmin mobil telefonu "ART mebel" salonunda olan tanmadıqları şəxsə 90 manat pul müqabilində satmışlar. Bundan sonra oradan çıxmış və həmin 90 manat pulu hər ikisi xərcləmişlər. İfadəsinin sonunda cinayət əməli törətmədiyi üçün həmçinin zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onunla barışmasın nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlinin törətməməsi ilə bağlı gətirdiyi dəlili iş üzrə mötəbər dəlil və təkzib olunmaz sübut hesab edilən, cinayət hadisəsini özündə əks etdirən videogörüntü tamamilə təkzib edir və təqsirləndirilən şəxsin ifadəsini tamamilə təkzib edir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, heç bir ədavəti, düşmənçilik münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri Yasamal onu Sovetski adlanan ərazidə görüşmüş, həmin vaxtı həyətdə oturub söhbət ntıişlər. Tohid onunla əvvəllər cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkmiş və həmin vaxtdan dostluq münasibətləri yaranmışdır.O, Tohidlə 24 dekabr 2023-cü il tarixə saat radələrinədək həyətdə olmuş, həmin vaxtdan sonra birlikdə çıxıb şəhərdə gəzmək qərarına gəlmişlər. Birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində gəzmiş, "İST elin" yaxınlığında olan zaman bir nəfər sərxoş şəxsi görmüşlər. Həmin şəxsə salamlaşıb siqaret istəmiş və saatı soruşmuşlar. Həmin şəxs siqaretinin olmadığını bildirmiş, bundan sonra həmin şəxs onlardan yaxınlıqda gecə klubu olub-olmadığını soruşmuşdur. O, yaxınlıqda klub olduğunu göstərə biləcəyini bildirmiş və həmin şəxslə gəzə-gəzə Bakı şəhəri Yasamal rayonu Xəlilbəyli küçəsinə gəlmişlər. Oraya çatanda həmin şəxs gecə klubuna getmək istəmədiyini bildirmiş və onlardan təxminən 5-10 metr aralaşmışdır.Həmin vaxtı saat 06 olmuşdur. Həmin şəxs cibindən mobil telefon çıxararaq mobil telefonda nə isə etmiş, bu zaman onlar həmin şəxsin əlindən mobil telefonu alıb qaçmaq qərarına gəlmişdir, onun bu qərarından Tohidin xəbəri olmamışdır. Bundan sonra o, həmin şəxsə yaxınlaşaraq qəflətən əlində olan mobil telefonu çəkərək əlində almış və birlikdə qaçmağa başlamışlar. Həmin mobil telefonun sahibi də onların arxasınca qaçmağa başlamışdır. Onlar qaçaraq oradan uzaqlaşmışlar.Bundan sonra Tohidlə birlikdə yaşadığı Yasamal rayonu ərazisində yerləşən Sovetski deyilən yerə gəlmişdir. Bir müddət gözlədikdən sonra Tohidin yaşadığı Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisinə getmişlər, Tohidlə həmin mobil telefonu "ART mebel" salonunda tanımadıqları şəxsə 90 manat pul müqabilində satmışlar. Onlar oradan çıxmış və həmin 90 manat pulu hər ikisi xərcləmişlər. Beləliklə də Təqsirləndirilən şəxs2 verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini, istintaq hərəkətlərinin protokollarını, videogörüntü olan DVD diskdə olan görüntüləri, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən (cinayəti birlikdə törətmələri) fərqli olaraq məhkəmə istintaqı zamanı “zərərçəkmiş şəxsin əlindən mobil telefonu alıb qaçmaq qərarına bir yerdə deyil o, özü gəlməsinin bildirməsi, onun bu qərarından Tohidin xəbərinin olmaması” ilə bağlı gətirdiyi dəlillərini məhkəmə əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, həmin məzmunda ifadənin verilməsi digər təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayındırılması məqsədilə verilmişdir. Halbuki, həmin ifadəni tamamilə təzkib edən, cinayət hadisəsini əvvəldən axıradək özündə əks etdirən videogörüntü məhkəmə istintaqı zamanı tədqiqi edilmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 24 dekabr 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən xatırlamadığı barların birində bir qədər spirtli içki qəbul etdikdən sonra saat 06 radələrində həmin bardan bir qədər sərxoş vəziyyətdə çıxıb piyada olaraq Bakı şəhəri, Yasamal rayonu, Xəlilbəyli küçəsinə çatmışdır. Həmin vaxt iki nəfər əvvəllər tanımadığı şəxslər ona yaxınlaşaraq ondan siqaret istəmişlər.O, həmn şəxslərə siqaretinin olmadığını demişdir. Bundan sonra o, həmin şəxslərdən bir qədər aralanıb taksi sifariş vermək üçün üzərində olan «Xiaomi Not 8 Pro» markalı mobil telefonunu çıxarmış və telefonla taksi vermək istəyib irəli getmək istəyərkən öncədən ondan siqaret istəyən şəxslərdən biri əlindən telefonu cəld götürüb qaçmağa başlamışdır. Bu zaman telefonunu alıb qaçan şəxsin yanında olan şəxsdə qaçmağa başlamışlar.O, da telefonu əlindən alıb qaçan şəxsin arxasınca qaçmağa başlamış, lakin sərxoş olduğundan müvazinatımı saxlaya bilməyərək yerə yıxılmışdır. Yerə yıxılmağı nəticəsində bədəninin müxtəlif nahiyələrində çırıqlar yaranmışdır.O, yerdən qalxıb yenidən həmin şəxslərin arxasınca getmək istəmiş, lakin həmin şəxslər artıq qaçıb getmişlər. Buna görə də o, yaxınlıqda yerləşən otelə gedib qeydiyyatçıdan baş vermiş isə ilə bağlı DİN-nin 102 xidmətinə zəng etmək üçünmobil telefonu xahiş etmişdir, bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxslərlə barışdığını, ona vurulmuş ziyanın ödənilməsini bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul ediməsi haqqında” 28 dekabr 2023cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cinayət işi başlanılmışdır. (İ/V. 1). “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə ünvan 4 ünvanında baş vermişdir. (İ/V. 6-8). “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 28 dekabr 2023cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdən (saat 20:44-dən) ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 47, 68). “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 28 dekabr 2023-cü il tarixli protokollardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs ona qarşı soyğunçuluq əməlini törətmiş şəxsi müəyyən etməsi üçün şəxslər təqdim edilmiş və onların arasından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımışdır. (İ/V. 77-79, 80-82). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 dekabr 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdirlər. (İ/V. 83-84, 93-94). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)- 1031/2023 və 4(004)-1030/2023 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaq 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 130-134, 135-137). Cinayət işinin istintaq materiallarına əlavə olunmuş elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, 24 dekabr 2023-cü il tarixdə saat 06:02 dəqiqədə bir nəfər şəxsin əlində mobil telefon yolu keçib dayanıb telefona baxması, daha sonra iki nəfər şəxsin əlində mobil telefon olan şəxsə yaxınlaşması, həmin şəxslərdən birinin qəflətən mobil telefona baxan şəxsin əlindən mobil telefonu alıb hər iki şəxsin qayması, onların arxasınca əlindən telefon alınmış şəxsin də qaçması müəyyən olunmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, görüntüdə şəxsin əlindən mobil telefonu alıb qaçan şəxs özü, yanında olan şəxs isə tanışı Təqsirləndirilən şəxs1 olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs2 görünür ki, sonuncu dəfə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay ətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli “ƏFV” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, xx.xx.2023-cü il tarixdə, Suraxanı rayonu Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 03 ay 13 gün müddətindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. (İ/V. 168-169, 170-172). “Sübutların qiymətləndirilməsi haqqında” 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə soyğunçuluq hadisəsini əks etdirən 01 ədə “CD” disk iş üzrə maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir. (İ/V. 180-185). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmışdır və onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayətini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, ifadələrin yerində yoxlanması protokolları, soyğunçuluq hadisəsini əks etdirən 01 ədəd “CD” disk və işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmışdır və onlara qarşı şikayət və tələbi yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Eləcə də Təqsirləndirilən şəxs2 sonuncu dəfə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay ətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli “ƏFV” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, xx.xx.2023-cü il tarixdə, Suraxanı rayonu Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 03 ay 13 gün müddətindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını hər ikisinə münasibətdə onlara təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, maddi sübut kimi tanınan 01 ədəd CD-R markalı disk cinayət işinin materialında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrılıqda 240 (iki yüz qırx) manat olmaqla ümumilikdə 480 (dörd yüz səksən) manat pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 1(004)-268/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrılıqda 240 (iki yüz qırx) manat olmaqla ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD-R markalı disk cinayət işinin materialında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Rəşad Cavadzadə