Məhkəmə qərarları › İş №1(004)-268/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-268/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-268/2025 21.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Müdafiəçi2 Müdafiəçi: Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş ittiham aktı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.2-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasında tərəflərin iştirakı ilə iş üzrə aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəllənin tələblərinin pozulubpozulmaması barədə məsələlərə də baxılır. Belə ki, cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində (müstəntiq Mahmud Sarıvəlli) aparılan ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələbləri pozulmuş və cinayət prosesi üzrə kobud pozuntu hesab edilən aşağıdakı nöqsanlara yol verilmişdir: Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işinin istintaqı zamanı müdafiəçi iştirak etməmişdir. Ona görə hesab edir ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiq Mahmud Sarıvəlli tərəfindən aparılan ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin onun müdafiə hüququ ilə bağlı tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə hazırlıq iclasında 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi təqsirləndirilmələrinə dair olan ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, cinayət işi Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə başlanılmış, xx.xx.2025-ci il tarixdə iş üzrə tərtib olunmuş ittiham aktı Bakı şəhəri Yasamal rayon prokuroru tərəfindən təsdiq edilmiş, iş baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs şəxsi əlaqələri vasitəsilə 25000 manat pul müqabilində sonuncunun qızı Sevinc Yusifovanın Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işə düzəlməsinə köməklik göstərəcəyinə dair yalan vəd verməklə aldadıb xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yerləşən Milli Onkologiya Mərkəzinin qarşısında 25000 (iyirmi beş min) manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 25000 (iyirmi beş min) manat məbləğində maddi ziyan vuraraq xeyli miqdarda dələduzluq etmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq dövründə müdafiəçisi Müdafiəçi3 ümumiyyətlə görməmiş, müdafiə hüququ pozulmuşdur. Məhkəmənin qərarı ilə Müdafiəçi3 istifadəsində olan ***-***- **-** mobil nömrəsi ilə bağlı mobil operatordan götürülmüş anten məlumatlarından görünür ki, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə Yasamal RPİ-də olmamışdır. Halbuki, ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə xx.xx.2025-ci il tarixli protokolda müdafiəçinin imzası vardır. Bundan başqa anten məlumatlarından görünür ki, müdafiəçinin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında protokolda, habelə cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda müdafiəçinin imzası olsa da, qeyd olunan protokolun tərtib edildiyi vaxtlarda müdafiəçi istintaq orqanının ünvanında olmamışdır. Göründüyü kimi, müstəntiq tərəfindən CPM-nin 303.3.1-ci maddəsində qeyd olunan təqsirləndirilən şəxsin müdafiə hüququ, habelə CPM-nin 303.3.8-ci maddəsində göstərilən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-cı maddələrinin tələbləri pozulmuşdur. CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməklə həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı və Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Mahmud Sarıvəlli barəsində xüsusi qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən, CPM-nin 303.3.1, 303.3.8 və 307.1-ci maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən xitam verilməli, həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı və Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Mahmud Sarıvəlli barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, cinayət işi üzrə keçirilən məhkəmənin hazırlıq iclasında ittiham və müdafiə tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı yol verilmiş kobud pozuntulara görə cinayət işinin baxılmasına xitam verilməli və yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə başlanılmış, xx.xx.2025-ci il tarixdə iş üzrə tərtib olunmuş ittiham aktı Bakı şəhəri Yasamal rayon prokuroru tərəfindən təsdiq edilmiş, iş baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs şəxsi əlaqələri vasitəsilə 25000 manat pul müqabilində sonuncunun qızı Sevinc Yusifovanın Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işə düzəlməsinə köməklik göstərəcəyinə dair yalan vəd verməklə aldadıb xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yerləşən Milli Onkologiya Mərkəzinin qarşısında 25000 (iyirmi beş min) manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 25000 (iyirmi beş min) manat məbləğində maddi ziyan vuraraq xeyli miqdarda dələduzluq etmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq dövründə müdafiəçisi Müdafiəçi3 ümumiyyətlə görməmiş, müdafiə hüququ pozulmuşdur. Məhkəmənin qərarı ilə Müdafiəçi3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə bağlı mobil operatordan götürülmüş anten məlumatlarından görünür ki, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə keçirilən istintaq hərəkətlərində Yasamal RPİ-də olmamışdır. Halbuki, bütün istintaq hərəkətlərində, həmçinin ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə xx.xx.2025-ci il tarixli protokolda müdafiəçinin imzası vardır. Bundan başqa anten məlumatlarından görünür ki, müdafiəçinin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında protokolda, habelə cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda müdafiəçinin imzası olsa da, qeyd olunan protokolun tərtib edildiyi vaxtlarda müdafiəçi istintaq orqanının ünvanında olmamışdır. Göründüyü kimi, müstəntiq tərəfindən CPM-nin 303.3.1-ci maddəsində qeyd olunan təqsirləndirilən şəxsin müdafiə hüququ, habelə CPM-nin 303.3.8-ci maddəsində göstərilən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-cı maddələrinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 19.1-ci maddəsinə görə cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. 19.4-cü maddəsinə görə cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; hüquqlarını izah etmək; öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq; onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək. 91.4-cü maddəsinə görə müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir. 91.5-ci maddəsinə görə təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:.. 91.5.5. müdafiəçinin yardımından pulsuz istifadə etmək, 91.5.15. öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək. 91.9-cu maddəsinə əsasən yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan təqsirləndirilən şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndə həyata keçirir. 224.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra müstəntiq ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarı elan edir və elan edilən ittihamın mahiyyətini izah edir. Bu hərəkətlərin yerinə yetirilməsi, ittihamın elan edildiyi saat və tarix, təqsirləndirilən şəxsin və müstəntiqin imzaları ilə qərarda təsdiq edilir. Hər hansı şəxsə ittihamın elan edilməsində təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etmək hüququna malikdir. 233.1-ci maddəsinə görə müstəntiq təqsirləndirilən şəxsin dindirilməsini ona ittiham elan edildikdən dərhal sonra aparmalıdır. 233.5-ci maddəsinə görə təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçi iştirak etmək hüququna malikdir. 233.5-1-ci maddəsinə görə hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cinayət-Prosessual Qanunvericilik öz müdafiəsini hazırlamaq üçün təqsirləndirilən şəxsə kifayət qədər vaxt verməyi və imkan yaratmağı, habelə hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməni və ya onun dindirilməsinin vəkilin və yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndənin iştirakı olmadan davam etdirilməsinin yolverilməzliyini tələb edir. Bunun hər hansı bir formada pozulması isə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası CPM-in 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və yaşərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10cumaddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Təsvir olunanlarla müəyyən edilir ki, yuxarıda qeyd olunan həmin nöqsanlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsi ilə nəzərdə tutulan kobud pozuntuya, yəni Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsində qeyd olunan təqsirləndirilən şəxsin müdafiə hüququ, habelə CPM-nin 303.3.8-ci maddəsində göstərilən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-cı maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Beləliklə də, ********* nömrəli cinayət işi üzrə ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı yol verilmiş nöqsanlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci və 303.3.8-ci maddəsi ilə nəzərdə tutulan kobud pozuntuya, yəni təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulmasına səbəb olmuşdur və bu pozuntuya görə cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına (o cümlədən də, 303.3.1 və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud pozuntuya) yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqı aparmış Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Mahmud Sarıvəlli tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud pozuntuya yol verildiyi üçün - cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Mahmud Sarıvəllinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi təqsirləndirilmələrinə dair olan ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar