Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-269/2020 30.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X4 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1970-ci ildə Yardımlı rayonu, Horonu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, işləməyən, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə onun bacısı oğlu olan və Şirvan şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nın 29,120.2.2-ci maddəsi ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş X2 həbsdən azad etdirəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxxxx 2019-cu il tarixdə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Salyan” dairəsi yaxınlığında Zərərçəkmiş şəxs 5000 manat, xx xxxxxx 2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən “xxxxxx” ASC-nin inzibati binasının qarşısında 5000 manat olmaqla ümumilikdə 10000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib aldadaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxsona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, evlidir və iki övladı vardır, övladlarının 17 və 18 yaşları vardır. İki ali təhsili vardır. Birinci dəfə Bakı Dövlət Universitetinin “Fizika” fakültəsini bitirmiş, sonra isə Moksva Universitetinin Bakı filialının hüquq fakültəsini bitirmişdir. Əvvəllər məhkəmə proseslərində nümayəndəlik etmişdir. X9 şəhərində yaşamışdır. 2019-cu ilin dekabr ayının əvvəllərində bibisi Pərvanəgildə olan zaman Şirvan şəhər sakini Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Həmin vaxt Eminə ona kömək etməsini xahiş etmişdir. O, Eminədən nə baş verdiyini soruşan zaman o, bacısı oğlunun adam bıçaqladığını və hazırda həbsdə olduğunu demiş, ondan onun işinə kömək edə bilibbilməyəcəyini soruşmuşdur. Onun həmin vaxt pula ehtiyacı olduğu üçün kömək edə biləcəyini və bacısı oğlunu həbsdən azad etdirə biləcəyini yalandan demişdir. O, maraqlanandan hansı miqdarda pula işi həll edə biləcəyini ona deyəcəyini bildirmişdir. Bundan sonra o, Eminəyə zəng vurub CM-nin 29,120-ci maddəsi ilə təqsirləndirilən şəxsi azad etmək mümkün olmadığını, yalnız məhkəmə ilə işi həll edə biləcəyini demişdir. Bundan sonra ona pul lazım olduğundan Eminəyə zəng vurub 5000 manat pul verməsini və işi həll edə biləcəyini demişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində Eminə ilə Bakı şəhəri, 20 Yanvar dairəsinin yaxınlığında olan “xxxxxx” ASC-nin binasının qarşısında görüşmüş və Eminə ona 5000 manat pul vermişdir. Həmin vaxt Eminənin yanında tanımadığı şəxslər də olmuşdur. Belə ki, Eminə qohumları ilə gəldiyini ona demişdir. Bundan sonra o, həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bir müddət keçəndən sonra Eminə ondan işin nə yerdə olduğunu soruşmuş, o isə Eminəyə müxtəlif bəhanələr gətirərək vaxt udmağa çalışmışdır. Hətta o, pulu qaytaracağını yalandan bildirərək Eminəni bir neçə dəfə Bakı şəhərinə çağırmış, lakin pulu olmadığından onun pulunu qaytara bilməmişdir. Özünü verilmiş ittiham üzrə təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəyən ziyanıtamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, həmçinin vurulmuş ziyanın 25% məbləğində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmişzərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayından tanıyır. Telmanın bacısı Pərvanə Şirvan şəhərində yaşayır. Pərvanə ilə yaxın münasibəti olmuşdur. 2019-cu ilin dekabr ayının əvvələrində bacısı oğlu X5 bir nəfər şəxsi bıçaqla vurduğundan həbs edilmişdir. Həmin vaxt Pərvanə ona demişdir ki, qardaşı vəkildir və müxtəlif şəxsləri azad edilməsində köməklik edib. xx xxxxxx 2019-cu il tarixdə Pərvanənin evində Telmanla görüşmüşlər, Telman yuxarı dövlət orqanlarının əməkdaşları ilə tanışlığının olduğunu, həmin şəxslərlə danışıb işi həll edəcəyini və Məzahimi azadlığa çıxartdıracağını demişdir. Telman müxtəlif şəxslərlə danışıb nə qədər pul lazım olacağını ona deyəcəyini bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Telman ona zəng edərək Məzahimi 16.000 manata buraxdıracağını, hazırda isə ilkin olaraq 5000 manat lazım olduğunu demişdir. xx xxxxxx 2019-cu il tarixində Telmanla Şirvan şəhərində, Salyan dairəsi adlı yerdə görüşmüşlər. Telman avtomobildən düşüb ona yaxınlaşmış və o, Telmana 5.000 manat pul vermişdir. Telman pulu aldıqdan sonra işə başlayacağını demişdir. xx xxxxxx 2019-cu il tarixdə Telman ona zəng edərək 5000 manat pulu da ona çatdırmağını demişdir. Telman həmin pulu alandan sonra işin həll olunacağını demişdir. Onlar danışığa əsasən qalan 6000 manatı X6 Məhkəməsinə verməli olmuşlar. Bundan sonra o, 5000 manatı götürüb “Köhnə” şəhərdə taksi işləyən Telmanın avtomobili ilə Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında “xxxxxx” ASC-nin qarşısına getmişdir. Həmin vaxt onunla bir yerdə bacısı Dünya da getmişdir. Onlar bir yerdə Telmanla görüşüb 5000 manat pulu vermişlər. Telman bundan sonra işin həll olunacağını demişdir. Onlar bir müddət gözləmişlər, ancaq Telmanın heç bir hərəkət etmədiyini biləndən sonra şübhələnmişlər. O, Telmana zəng vurub pulunu geri istəyən zaman hər dəfə ona müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etmişdir. Hətta Telman bir neçə dəfə onu Bakı şəhərinə yalandan çağırmış və pulu qaytaracağını bildirmiş, ancaq heç vaxt pulunu geri qaytarmamışdır. O, həmçinin bildirmişdir ki, ümumilikdə 10.000 manat pulu Təqsirləndirilən şəxs bacısı oğlu Məzahimin həbsdən azad etdirməsi üçün vermişdir. İlk dəfə 5.000 manat pulu Telmana verəndə tək olmuş, ancaq ikinci dəfə Bakı şəhərinə gedən zaman yanında bacısı Dünya və taksi sürücüsü Telman olmuşdur. Bundan başqa həmin pulu Telmana verməsini tanışları bilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmişŞahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Onların ailəvi münasibətləri olmuşdur. Adətən Eminə və ailəsinə avtomobil lazım olan zaman onun avtomobilindən istifadə etmişlər. Şahid1 ilə də ailəvi dostluq münasibətləri olmuşdur. 2019cu ilin əvəllərində Dünyanın oğlu Məzahim adam bıçaqladığına görə həbs olunmuşdur. xx xxxxxx 2019-cu il tarixində Eminə Bakıya getmək lazım olduğunu demişdir. O, razılaşmış, Dünya ilə onu Bakı şəhərinə aparmışdır. Yolda Eminə söhbət əsnasında ona bildirmişdir ki, Bakı şəhərində Telman adlı vəkil ilə görüşəcək və ona 5.000 manat pul verəcək, danışıqlarına əsasən isə Telman isə Məzahimi həbsdən azad etdirəcəkdir. Eminə Telmana ilkin olaraq dekabr ayının əvvəllərində də 5.000 manat pul verdiyini demişdir. xx xxxxxx 2019-cu il tarixində, saat təxminən 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” dairəsi yaxınlığında “xxxxxx” ASC-nin binasının yan tərəfində o, avtomobili saxlamışdır. Eminə və Dünya avtomobildən düşmüşlər və Telman adlı şəxslə görüşüb 5.000 manat pul vermişlər. Bundan sonra onlar Şirvan şəhərinə qayıtmışlar. Bir neçə ay sonra xəbər tutmuşdur ki, Telman Eminəni aldadıb 10.000 manat pulunu almış, lakin vədinə əməl etməyərək pulunu geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmişşahidlər Şahid1 və Şahid2ibtidai istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişlər. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindəntörədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cümaddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2020ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsinə, məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli teleqrammasına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi vasitəsilə dövlət büdcəsinə Təqsirləndirilən şəxs tərəfindən 2500 manat əvvəlcədən ödəniş və 3,75 manat xidmət hzaqqı olmaqla, cəmi 2503,75 manat ödəniş edilmişdir. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut,xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Şirvan Regional vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X3 ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-269/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-269/2020
30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver