Məhkəmə qərarları › İş №1(004)-269/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-269/2021

09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-269/2021 09.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Yasamal rayonu, X8 küçəsi ev 120-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 8 mart küçəsi, ev 39-da və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış, ittiham aktı Binəqədi Rayon Prokuroru tərəfindən təsdiq olunaraq aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 23 iyun 2021-ci il tarixli, 1(001)-305/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,274 qram çəkidə aldığı 01 ədəd bükümdə psixotrop maddə olan metamfetameni əldə edib daşıyaraq üzərində saxlamış, Binəqədi RPl-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 aprel 2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Yasamal rayonu, “5 mərtəbə” adlanan ərazidə saxlanılaraq Binəqədi ryaonu, Azadlıq 191 ünvanında yerləşən 4-cü Polis Şöbəsinə gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 1,274 qram olan 01 ədəd bükümdə olmaqla ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. 23 iyun 2021-ci il tarixli qərarla Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin gəldiyi qənaətə görə, X5 26 aprel 2021-ci il tarixdə saat 17:30 radələrində Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Yasamal rayonu, “5 mərtəbə” adlanan ərazidə saxlanıldıqdan sonra tamamilə polisin nəzarəti altında olmuş və əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 1,274 qram olan 01 ədəd bükümdə olmaqla ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini hər hansı bir formada realizə etmək iqtidarında olmamışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, X2 qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini daşıması Yasamal rayonu ərazisində başa çatdığından, hazırkı cinayət işinə aidiyyəti üzrə həmin cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsaslanılaraq, hazırlıq iclası mərhələsində cinayət işi ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası CPM-nin 299.3.1-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 299.4.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı, həmçinin verilmiş vəsatət və etirazların təmin edilməsi və ya onların təmin edilməsinin rədd edilməsi barədə məsələlər həll edilir. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı2 göstərmişdir ki, təqsirləndirilən şəxs Məmmədov X4 RPİ-nin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən 26 aprel 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə aşkar edilərək götürülmüşdür, bununla da cinayətin törədilmə yeri Bakı şəhəri, Binəqədi rayonu hesab olunur. Ona görə hazırlıq iclası mərhələsində ərazi aidiyyətinin düzgün müəyyənləşdirilməsi üçün apelyasiya instansiyası məhkəməsinə müraciət edilməlidir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X3 cinayət işinin məhkəmədə baxılması üçün ərazi aidiyyəti ilə bağlı bildirmişdir ki, cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs cinayət işinin ərazi aidiyyəti ilə bağlı hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, cinayət işinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün apelyasiya instansiyası məhkəməsinə müraciət edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir; 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti törətdiyi yer Bakı şəhəri Binəqədi rayonunun ərazisi hesab olunmaqla, həmin yerin yurisdiksiyasına uyğun olaraq Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olsa da, cinayət işi həmin məhkəmənin qərarı ilə aidiyyəti üzrə göndərildiyindən, işin təkrarən həmin məhkəməyə qaytarılması yolverilməzdir, ona görə işin ərazi aidiyyəti mübahisələndirilməli və aidiyyət məsələsi apelyasiya instansiyası məhkəməsi tərəfindən həll edilməsi üçün göndərilməlidir. İş materiallarından görünür ki, həmin cinayət işi fakta görə Azərbaycan Respublikası CM-nin az ağır cinayət hesab olunan 234.1-ci maddəsi ilə başlanmış, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Hazırkı halda təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur, nə qədər ki, aidiyyət qaydası mübahisələndirilmişdir, həmin məsələ həllini tapanadək, eləcə də aidiyyəti məhkəmə tərəfindən işin hazırlıq iclasının keçirilməsinədək qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Məhkəmə hesab edir ki, cinayət işinin adiyyəti məhkəməyə göndərilməsi barədə qərar CPM-nin 300.1.4-cü maddəsinin müddəalarına uyğun tənzimləndiyindən və CPMnin 300.5-ci maddəsinin təsiri altına düşmədiyindən, hazırkı qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 74, 75, 77, 299 və 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi, işin ərazi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsi məsələsinin həlli üçün, Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri, bu məsələyə məhkəmə hazırlıq iclasında baxılanadək, dəyişdirilmədən saxlanılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar