Məhkəmə qərarları › İş №1(004)-269/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-269/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-269/2022 28.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, hiyayəsində bir azyaşlı uşağı olan, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2014-cü ildə Bakı Apellasiya Məhkəməsinin qərarı ilə xx.xx.2013-cü il tarixli hökm ləğv edilib cəzası 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəazası təyin edilmiş, xx.xx.2017-ci il tarixdə Bakı şəhər, Nizami Rayon Məhkəməsinin qərarı ilə 01 il 03 ay 21 gün vaxtından şərti azad edilmiş, Bakı şəhər, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2020-ci il tarixdə Bakı şəhər, Nizami Rayon Məhkəməsinin qərarı ilə 06 ay 27 gün vaxtından şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 06 yanvar 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan «Zeynal» adlı şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,603 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 yanvar 2022-ci il tarixdə saat 19:00 dəqiqədə Xaçmaz st. XPŞ-nin Yalama XPB-nin CAQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Respublikası Dəmir Yolları QSCnin Xaçmaz rayonu, Xudat şəhərində yerləşən “Xudat" dəmir yol stansiyasının ərazisində saxlanılaraq Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin iç cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,603 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 16 mart 2022-ci il tarixdə, saat 14:00 dəqiqədə Bakı şəhəri, Yasamal rayonunda, “Yasamal Bazarı”nın qarşısında, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə, təmiz çəkisi 0,700 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 16 mart 2022-ci il tarixdə saat 15:30 dəqiqədə Bakı Şəhər Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanın qarşısında saxlanılaraq idarənin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,700 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə tanışı İlkinlə birlikdə Zeynal adlı şəxsin yanına getmişdir. Zeynal adlı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitəsi olan heroin götürmüş, lakin İlkinə narkotik vasitə əldə etdiyini deməmişdir. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında İlkinlə Xaçmaz rayonuna gedərkən, Xudat dəmir yolu stansiyası ərazisində üzərlərində olan narkotik vasitədən istifadə etmək üçün avtomobildən düşmüşdürlər. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib, üzərlərində narkotik vasitə olması və daşımaqları barədə məlumatlarının olmasını demişdirlər. Daha sonra onları Yalama st. XPB-nə dəvət etmiş və onlarda etiraz etmədən polis əməkdaşları ilə birlikdə Yalama st. XPB-nə getmişdirlər. Bölmədə hüquq və vəzifələri izah edilmiş, müdafiəçi dəvət edilmişdir. Ona üzərində qanuna zidd nə varsa çıxardıb qarşısında olan masanın üzərinə qoyması təklif olunmuşdur. O,da üzərində olan narkotik vasitə bükümünü masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı üzərinə şəxsi-axtarış keçirmiş, üzərində qanuna zidd heç bir əşya aşkar etməmişdir. Bundan başqa o, 16 mart 2022-ci il tarixdə “Yasamal Bazarı”nın qarşısında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün təxminən 20 manat pul müqabilində ağ rəngli siqaret kağızına bükülmüş bir bükümdə “patı”,“şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin almışdır. Həmin psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əynindəki göy rəngli şalvarın sol yan cibinə qoyub üzərində saxlayıb gəzlətmişdir. Həmin günü polis əməkdaşları ilə birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə getmişdirlər. Polis İdarəsində hüquq və vəzifələri izah olunmuş, vəkilin iştirakı təmin edilmişdir. Ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və ya psixotrop maddə nə varsa təqdim etməyi təklif olunmuşdur. Şəxsi istifadəsi üçün əldə edib, saxlayıb və üzərində daşıdığı ağ rəngli kağıza bükülmüş bir bükümdə “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamini əynindəki göy rəngli şalvarın sol yan cibindən çıxarıb təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhər, Yasamal RPİ-nin NMBnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 16 mart 2022-ci il tarixdə o, və Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 16 mart 2022-ci il tarixdə saat 15:30 radələrində ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və birlikdə Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə Polis İdarəsinə gəlmiş və idarənin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümün içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etmiş, həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ kağız bükümündə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb, möhürlənmişdir. İş üzrə Şahid1, Şahid3, Şahid4, Şahid5, Şahid6 bilavasitə məhkəmə iclasında iştirakların üzürlü səbəbdən təmin etmək mümkün olmamışdır. Belə ki, Şahid1 məhkəməyə ərizə, şahidlər Şahid3, Şahid4, Şahid5 və Şahid6 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdirlər ki, üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmirlər, ibtidai istintaq dövründə verdikləri ifadələrini təsdiq edirlər. Məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB- nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni xususuatlar üzrə ifadə verərək Şahid2 ifadəsində göstərilənləri təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Xaçmaz st. XPŞ-nin Yalama st.XPB-nin CAQ-nun baş əməliyyat müvəkkili,polis mayoru Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 07 yanvar 2022-ci il tarixdə İlham adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tədbirə Yalama st. PPXM-nın polis nəfəri, polis serjantı Şahid5 və polis nəfəri, polis serjantı X4 cəlb olunmuşlar. Daxil olmuş əməliyyat məlumatı əsasında Xudat dəmir yolu stansiyasının ərazisinə gedib orada bir qədər durduqdan sonra saat 18:40 radələrində iki nəfər şəxsin stansiya ərazisinə gəldiyini və orada olan gözləmə zalında söhbət edərək özlərini şübhəli apardıqlarını görmüşdürlər. Bu vaxt onlara yaxınlaşmışdırlar, özlərini təqdim edib onları Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin inzibati binasına dəvət etmişdirlər. Onlara hüquq və vəzifələri izah olunmuş, müdafiəçinin iştirakı təmin olunmuş, daha sonra videoçəkilişlə şəxsi-axtarış keçirməyə başlanmışdır. Təhqiqatçı, İlhama üzərində olan qanunsuz predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. Bu vaxt İlham gödəkçəsinin sol yan cibinə və içəri cibinə əlini salaraq bir ədəd sellafon bükülünü təqdim edərək bildirmişdir ki, həmin bükülüdə olan narkotik vasitədir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Xaçmaz st. XPŞ-nin Yalama st.XPB-nin PPXM-nin polis nəfərli, Şahid4 və Şahid5 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, onlar, eyni xususuatlar üzrə ifadə verərək Şahid3 ifadəsində göstərilənləri təsdiq etmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə günün ikinci yarısında İlham ona zəng edərək Bakı şəhərindən taksi ilə Xaçmaz istiqamətində gəldiyini və onu qarşılamağını xahiş etmişdir. İlham taksi ilə Xaçmaz rayonuna çatdıqda İlhamın qarşısına çıxmış, İlhamın yanında onun bir nəfər tanışıda olmuşdur. Xaçmaz rayonu, Xudat şəhəri ərazisində İlham və onun yanında olan İlkin adlı şəxs Xudat dəmir yolu stansiyası ərazisində işlərinin olmasını deyərək ondan kənarlaşıb dəmir yolu stansiyası ərazisinə getmişdirlər.O, isə Xudat şəhəri ərazisində, dəmir yolu stansiyasının yanında onları gözləmişdir.Bir qədər sonra ona polis əməkdaşları yaxınlaşaraq ondan İlham və İlkini tanıyıb tanımadığı barədə soruşmuşlar. O, da İlhamı tanıdığını bildirmiş, bundan sonra polis əməkdaşları onu Yalama st. XPB-nə dəvət etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, İlham, Zeynal adlı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə götürmüşdür. xx.xx.2022-ci il tarixdə günorta saatlarında İlhamla birlikdə Xaçmaz rayonuna gedərək, Xudat dəmir yolu stansiyası ərazisində narkotik vasitədən istifadə etmək üçün maşından düşmüşdürlər. Stansiya ərazisində olan vaxt polis əməkdaşları onlara yaxınlaşmış, üzərlərində narkotik vasitə olması və daşımaları barədə məlumatlarının olmasını demişdirlər. Onları Yalama st. XPB-nə dəvət etmişdirlər. Bölmədə müdafiəçi ilə təmin edilmiş, ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra üzərində qanuna zidd nə varsa çıxardıb qarşısında olan masanın üzərinə qoyması bildirilmişdir. O, üzərində olan narkotik vasitə bükümünü masanın üzərinə qoymuşdur. Təhqiqatçı üzərinə şəxsi-axtarış keçirmiş, üzərində qanuna zidd heç bir əşya aşkar etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı ərazidə zibil qutusuna məişət tullantısı atdığı zaman yerdə bir ədəd sellafon bükülüsü görmüşdür.Həmin sellafon bükülü ona maraqlı gəldiyi üçün yerdən götürüb açıb içinə baxmışdır. Özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükülünün içində narkotik vasitə olan metamfitamin olduğunu görüb şəxsi istifadəsi üçün götürmüşdür. Biləcəri dəmir yolu stansiyası ərazisində olduğu zaman orada polis əməkdaşları ona yaxınlaşaraq, üzərində narkotik vasitə daşımağı və istifadə etməyi barədə məlumatlarının olmasını deyərək onu Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nə dəvət etmişlər. Bölmədə hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin iştirakı ilə təmin olunmuşdur. Daha sonar üzərində qanuna zidd nə varsa çıxardıb qarşında olan masanın üzərinə qoyması bildirilmiş, o, da əynində olan şalvarın cibində olan narkotik vasitə bükümünü masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi-axtarış keçirmiş, üzərində qanuna zidd heç bir əşya aşkar etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2022- ci il tarixli 6/1532 №-li rəyi ilə təsdiq edilir ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,700 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir (cild 1, səh. 43-46). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2022-ci il tarixli 6/103 №-li rəyi ilə təsdiq edilir ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş...» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,603 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (cild 1, səh. 155-159). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzinin verdiyi 17 mart 2022-ci il tarixli, 1370 №-li rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorın birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild.2, səh. 32- 33). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 mart 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümün içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür ( cild 1, səh. 37-38). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 16 mart 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Yasamal RPİ-nin inzibati binasında baş təhqiqatçı, polis mayoru Əli Məmmədovun xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X5 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümün içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bir ədəd ağ rəngli kağız bükümün içərisində maddənin nə olduğunu soruşduqda həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni 16 mart 2022- ci il tarixdə günorta saatlarında Yasamal bazarının qarşısında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən bir bükümünü 20 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə karton torbada qablaşdırılıb möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən gödəkçəsinin sol yan cibindən bir ədəd sellafon bükümün içərisində toz şəkilli vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (cild 1, səh. 142-143). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 07 yanvar 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin təhqiqatçısı, polis baş leytenantı X8 xidməti iş otağında Yalama st.XPB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, Yalama st.XPB-nin PPXM-nın manqasının polis nəfəri, polis serjantı X2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirir. X7 özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs anket məlumatlarını deməklə baxışda iştirak edən digər iştirakçıları ona təqdim edilir. X12 Azərbaycan Respublikası CPM-nin 90 və 246-cı maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə onun üzərinə videoçəkilişlə şəxsi-axtarış keçiriləcəyi bildirilərək etirazının və ya şikayətinin olubolmaması soruşur, Təqsirləndirilən şəxs isə şikayətinin olmadığını bildirir. Şəxsi-axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq masanın üzərinə qoysun. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq gödəkçəsinin ciblərini axtararaq sol yan cibindən bir ədəd bükülmüş halda olan sellafon bükülünü təqdim etdi. Həmin bükülüyə digər iştirakçıların iştirakı ilə baxılarkən içərisində toz halında, spesefik iyə malik olan (toz) kütlə, narkotik vasitəyə oxşar kütlə aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs sellafon bükülüdə olan maddənin narkotik vasitə olmasını və həmin narkotik vasitə olan sellafon bükülünü Bakı şəhərində olarkən tanıdığı şəxsdən şəxsi-istifadəsi üçün aldığını, narkotik vasitə istifadəçisi olduğunu bildirdi. Şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs vəkili Yusif Talıbov ondan narkotik vasitənin özünə məxsus olub olmamasını və ona psixoloji təsir göstərilib göstərilmədiyini soruşduqda Təqsirləndirilən şəxs ona polis tərəfindən saxlanılan vaxt təsir göstərilmədiyini, narkotik vasitənin özünə məxsus olmasını qeyd edir. Bundan sonra şəxsi-axtarışın keçirilməsi davam etdirilir, lakin Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir əşya, pul və s. aşkar olunmur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellafon bükülü ekspertizaya təqdim edilməsi üçün qablaşdırılır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 aprel 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,700 qram kustar üsullu hazırlanmış psixotrop maddə metamfetamin və 0,603 qram kustar üsullu hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 0,650 qram psixotrop maddə metamfetamin və 0,553 qram narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işi üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 2 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 2, səh. 57-69). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən,müvafiq məhkəmə hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 180.2.2-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2013cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2014-cü ildə Bakı Apellasiya Məhkəməsinin qərarı ilə xx.xx.2013- cii il tarixli hökm ləğv edilib cəzası 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2017-ci il tarixdə Bakı şəhər, Nizami Rayon Məhkəməsinin qərarı ilə 01 il 03 ay 21 gün vaxtından şərti azad edilmiş, Bakı şəhər, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2020-ci il tarixdə Bakı şəhər, Nizami rayonu Məhkəməsinin qərarı ilə 06 ay 27 gün vaxtından şərti azad edilmişdir (cild 1, səh. 249- 251). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, səh. 137- 138). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 yanvar 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 yanvar 2022-ci il tarixdən “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 180-182). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur (səh. 27) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-230/2022 saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 86-87). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X3 adlı övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. İş materiallarında olan tələbnamədən, hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 180.2.2-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2013cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2014-cü ildə Bakı Apellasiya Məhkəməsinin qərarı ilə xx.xx.2013- cii il tarixli hökm ləğv edilib cəzası 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2017-ci il tarixdə Bakı şəhər, Nizami rayonu Məhkəməsinin qərarı ilə 01 il 03 ay 21 gün vaxtından şərti azad edilmiş, Bakı şəhər, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2020-ci il tarixdə Bakı şəhər, Nizami rayonu Məhkəməsinin qərarı ilə 06 ay 27 gün vaxtından şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş təhlükəli residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən 09.03. 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 195 (bir yüz doxsan beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,650 qram psixotrop maddə metamfetamin, 0,553 qram narkotik vasitə heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 1(004)-269/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 195 (yüz doxsan beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,650 qram psixotrop maddə metamfetamin, 0,553 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar