Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-269/2023 02.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi, ev 1, mənzil 7 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təsbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 162 saylı çox mərtəbəli yaşayış binasının 3-cü girişinin sol tərəfində divara söykənli olan Zərərçəkmiş şəxs məxsus üzərində 1000 manat dəyərində «U 004» markalı akkumlyatoru, 700 manat dəyərində «Mxus» markalı müzərriki və 300 manat dəyrəində akssusuarlar, yəni işıq və təkərləri olan 1200 manat dəyərində «Trek Marlin 5» markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o əvvəllər dəfələrlə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2022-ci il tarixində cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə piyada hərəkət edən zaman orada olan binanın birinin 3-cü girişinin qapısının yanında velosiped olduğunu görmüşdür. O, gedib velosipedə baxıb və sahibinin yanında olmadığını görmüşdür. Bundan sonra o həmin velosipedə əyləşib sürərək oradan uzaqlaşmışdır. O oğurladığı velosipedlə yaşadığı evə getmişdir. Bundan bir müddət sonra o həmin velosipedi Vasif adlı tanışına 55 manata satmışdır. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini və onunla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində işlədiyi «Bolt» şirkəti üzərindən gələn sifarişi ünvan 2 ünvanına aparmışdır. Sifariş yerinə çatdıqda özünə məxsus «Trek Marin 5» markalı velosipedini binanın 3-cü girişinin yanında çöl tərəfdə qoyaraq mənzilə qalxmışdır. Təxminən 2-3 dəqiqə sonra sifarişi verib geri qayıtdıqda velosipedi qoyduğu yerdə aşkar etməmişdir və başa düşmüşdür ki, velosipedi naməlum şəxs tərəfindən oğurlanmışdır. Həmin velosipedi 2021-ci ilin əvvəllərində Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən «2 təkər» mağazasından 1200 manata almış, aldıqdan sonra bu günə kimi velospedin üzərinə 1000 manat dəyərində «U 004» markalı akkumlyator, 700 manata «Mxus» markalı mühərrik və əlavə olaraq 300 manatlıq aksesuarlar (işıq və təkərlər) alıb quraşdırmışdır. Ümumilikdə həmin velosiped ona 3200 manata başa gəlmişdir. Hazırda ekspertiza rəyi ilə razıdır. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 71-72-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 01 ilə yaxındır ki, tanıyır. İlk dəfə Təqsirləndirilən şəxs işlədiyi telefon dükanına müştəri kimi gəlib, onunla heç bir münasibəti olmamış bir müştəri kimi tanımışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən istifadəsində olan mobil telefona Təqsirləndirilən şəxs zəng vuraraq velosiped satdığını deyib istəyib-istəmədiyini soruşmuşdur. Bundan sonra o, yaşadığı evin yaxınlığında yerləşən «AAAF» parkda görüşmələrini təklif etmişdir. Tərlanda təxminən 10 dəqiqəyə gələcəyini bildirmiş, o, da Tərlanla görüşmək üçün «AAAF» parka getmişdir. Tərlanda oraya boz rəngli taksi avtomobili ilə gəlmiş, o, velosipedə baxdıqda velosiped xoşuna gəlmişdir. Tərlan velosipedə görə 120 manat pul istəmiş, o, Tərlana həmin məbləğdə pulunun olmadığını üstündə 60 manata yaxın pul olduğunu bildirmişdir. Onlar Tərlanla velosipedi 70 manata razılaşmışlar. O, Tərlana 56 manat pul vermişdir. Tərlan demişdir ki, səhərisi gün iş yerindən gəlib qalan 15 manatıda götürəcəkdir. Tərlandan şəxsiyyət vəsiqəsini verməsini bildirmiş, o, da vəsiqəsinin əslini vermişdir ki, surətini çıxardandan sonra qaytarsın. xx.xx.2023-cü il tarixdə işlədiyi dükana polis əməkdaşları gələrək bildirmişlər ki, Tərlanın ona satdığı velosiped oğurluqdur. O, velosipedin oğurluq olmasını bilməmiş, Tərlan velosipedin özünə məxsus olduğunu və təcili pula ehtiyacı olduğu üçün satmasını demişdir. O da həmin velosipedi oğlu üçün almışdır. İlkin vaxtdan velosipedin oğurluq olmasını bilsəydi Tərlandan velosipedi almazdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 162 saylı çox mərtəbəli yaşayış binasının 3-cü girişinin qarşısında baş vermişdir. (i.v. 9-13) “Təqdim etmə və götürmə haqqında” 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid Təqsirləndirilən şəxs tərəfindən ona satılmış Zərərçəkmiş şəxs məxsus üzərində «U 004» markalı akkumlyatoru, «Mxus» markalı müzərriki və akssusuarlar, yəni işıq və təkərləri olan «Trek Marlin 5» markalı velosipedi təqdim etmişdir. (i.v. 21-27) 15 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid və Təqsirləndirilən şəxs arasında üzləşmədə dindirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir birlərinin üzlərinə qarşı bildirmişlər (i.v. 83) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-cü il tarixli 9/1553 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, “Trek Marlin 5” markalı, üzərinə “U 004” markalı akkumlyator və “Mxus” markalı mühərrik quraşdırılmış velosipedin istifadədə olması nəzərə alınmaqla 2023cü ilin yanvar ayına orta bazar qiyməti təxminən 2100.00 (900+700+500) manat müəyyən edilmişdir. (i.v. 124-125) “Sübutların qiymətləndirilməsi haqqında” 15 mart 2023-cü il tarixli qərardan görünür ki, “U 004” markalı akkumlyatoru, “Mxus” markalı mühərriki və aksesuarlar, yəni işıq və təkərləri olan “Trek Marlin 5” markalı velosiped iş üzrə maddi sübut kimi qəbul olunmuş və saxlanması üçün sahibinə qaytarılmışdır. (i.v. 130-135) Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, “Trek Marlin 5” markalı velosipedi üzərində olan aksesuarları ilə birlikdə təhvil almışdır. (i.v. 142) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 162 saylı çox mərtəbəli yaşayış binasının 3-cü girişinin sol tərəfində divara söykənli olan Zərərçəkmiş şəxs məxsus üzərində 1000 manat dəyərində «U 004» markalı akkumlyatoru, 700 manat dəyərində «Mxus» markalı mühərriki və 300 manat dəyərində akssusuarlar, yəni işıq və təkərləri olan 1200 manat dəyərində “Trek Marlin 5” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs mumilikdə 3200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-cü il tarixli 9/1553 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, “Trek Marlin 5” markalı, üzərinə “U 004” markalı akkumlyator və “Mxus” markalı mühərrik quraşdırılmış velosipedin istifadədə olması nəzərə alınmaqla 2023cü ilin yanvar ayına orta bazar qiyməti təxminən 2100.00 (900+700+500) manat müəyyən edilmişdir. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus “Trek Marlin 5” markalı velosipedin, “U 004” markalı akkumlyatoru, «Mxus» markalı mühərriki, akssusuarları və təkərləri olan “Trek Marlin 5” markalı velosipedin qiymətinin 3200 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 06 mart 2023-cü il tarixli 9/1553 saylı rəyində həmin mopedin qiymətinin 2100 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə mopedi oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 2100 (iki min bir yüz) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 39-40) “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində “polisin nəarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 101-102) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Xalq Məhkəməsi 16 may 1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143, 213, 192 və 147-ci maddələri ilə təqsirli bilinərək 03 il əməyə mütləq cəlb edilməklə şərti cəza təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998ci il tarixli amnistiya qərarına əsasən azad edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14 aprel 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 04 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmışdır. (i.v. 106-109) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(004)-147/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 01 il 05 ay 27 gün (bir il beş ay iyirmi yeddi gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (i.v. 115-118) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 3(001)- 669/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) ay müddətinə inzibati həbs edilmişdir. (i.v. 120) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 15 saylı cəzaçəkmə müəssisəsinin 02 may 2023-cü il tarixli məktubundan görünür ki, 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli X3 4-cü bəndinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılmış və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində cəzasının sonu ilə azad edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 7(007)-16/2022 nömrəli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən, 6 ay azaldılmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ona dəymiş ziyan ödənilmiş, onlar barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməkdə təqsirləndirilir və bu səbəbdən onun əməlində cinayətrin residivi müəyyən olunmur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, sonuncu ilə barışmasını və törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, əvvəllər dəfələrlə məhkum olunmasını və hazırda məhkumluğunun olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini xarakterizə edən halları, əvvəllər dəfələrlə məhkum olunmasını və hazırda məhkumluğunun olmasını, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, “həbs” qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi vaxtdan, yəni 02 may 2023-cü il tarixdən hesablanmalı, 13 yanvar 2023-cü il tarixdən 15 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalı (CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.2). Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “U 004” markalı akkumlyatoru, “Mxus” markalı mühərriki və akssusuarlar, yəni işıq və təkərləri olan “Trek Marlin 5” markalı velosiped Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Prospekt” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Prospekt” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Prospekt” Vəkil Bürosunun hesabına köçürülməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdən 15 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 02 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış “U 004” markalı akkumlyator, “Mxus” markalı mühərrik, aksesuarlar və “Trek Marlin 5” markalı velosiped Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X5, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Prospekt” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Prospekt” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-269/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-269/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver