Məhkəmə qərarları › İş №1(004)-27/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-27/2021

19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-27/2021 19.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X17 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X1 və onun nümayəndəsi, eyni zamanda vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2, zərərçəkmiş şəxslər və mülki iddiaçılar - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, mülki cavabdeh - Bakı Dövlət Universitetinin etibarnamə üzrə nümayəndələri X3 və X10, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X24 iştirakları ilə, 02 avqust 1968-ci ildə Ermənistan Respublikası Masis rayonu, Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı Dövlət Universtetinin 02 saylı yataqxanasının komendantı və tələbə şəhərciyinin direktoru vəzifəsini icra edən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17.04.2013-cü il tarixdən Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasının komendantı və həmin universitetin rektorunun 1/48 №-li, 14 fevral 2017-ci il tarixli əmrinə əsasən tələbə şəhərciyinin direktoru vəzifəsini icra edərkən vəzifəli şəxs kimi “SSRİ Dövlətdağtexnəzarəti” tərəfindən 1979-cu il 26 iyun tarixində təsdiq edilmiş və hal-hazırda qüvvədə olan «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 3.77-ci bəndinin tüstü bacasının en kəsiyinin sahəsi ona birləşdirilən qaz cihazının, peçin borusunun en kəsiyinin sahəsindən kiçik olmamalıdır, 3.81-ci bəndinin birləşdirici borunun vertikal hissəsinin uzunluğu, yəni qaz cihazının tüstü aparıcı qol borusunun aşağı hissəsindən borunun horizontal hissəsinin oxuna qədər məsafə 0,5 metrdən az olmamalıdır, birləşdirici boruların asılması və bərkidilməsi onların sallanmasına imkan verməməlidir, birləşdirici boru tüstü kanalına kip birləşdirilməlidir, 3.84-cü bəndinin tüstü boruları damın ətraf hissəsindən 0,5 metr hündürdə olmalıdır, 3.86-cı bəndinin tüstü bacaları, onlara qaz cihazlarının birləşdirilməsinin mümkün olub-olmamasını təyin etmək üçün, sormanın normallığı və tutulma olmaması, kipliyi (kiplik o vaxt normal hesab edilir ki, tüstü bacasının tüstüsü otağa dolmur) və ayrılığı yoxlanılmalıdır, 3.102-ci bəndinin qazla qızdırılan axar su və tutumlu su qızdırıcıları - qaz verilməsi kəsildikdə, alov söndükdə və tüstü bacasında lazımi seyrəlmə olmadıqda odluqlarının söndürülməsini təmin edəcək avtomatik qurğu ilə təchiz edilməlidirlər, 9.228-ci bəndinin yanma məhsulları tüstü bacalarına çıxarılan, sobalardan və başqa cihazlardan istifadə etməzdən əvvəl tüstü bacasında sorma olması yoxlanılmalıdır, sorma cihazı işə qoşulmazdan əvvəl və sonra bu cihazın təlimatında göstərilən qaydada yoxlanılmalıdır, sorma olmadığı cihazdan istifadə etmək qadağandır, 9.233-cü bəndinin qaz cihazlarının yeri ancaq qaz təsərrüfatı mütəxəssisləri tərəfindən dəyişdirilə bilər, 9.238-ci bəndinin qaz cihazları və aqreqatları və həmçinin qaz kəmərləri, armaturlar və avtomat cihazlar nasaz olduqda onlardan istifadə etmək qadağandır, 9.239cu bəndinin qaz avadanlıqlarına texniki xidmət zamanı, nasazlıqlar aşkar edilərsə və onların tezliklə düzəldilməsi mümkün olmadıqda, nasaz qaz kəməri və qaz cihazı istismar olunan qaz şəbəkəsindən açılmalı və plomblanmalıdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2-3.2.4 bəndinin qazdan istifadə edən istehlakçı qaz qurğularının, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin normal işləməsini diqqətdə saxlamalı, qaz qurğusu işə salındıqdan dərhal sonra və onun istismarı zamanı qazın yanma məhsullarının tüstü bacalarına ötürülməsi ilə havanın sorulmasını yoxlamalıdır, 3.4- 3.4.1, 3.4.4-cü bəndlərinin istehlakçı özbaşına qaz qurğularının quraşdırılmasını aparmamalıdır, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X7”nda olan "Tələbə şəhərciyinin direktoru"nun əmək funksiyasının, Bakı Dövlət Universitetinin rektoru ilə arasında 17.04.2013-cü il tarixində bağlanılmış əmək müqaviləsinin 3.1 bəndinin BDU-nun Tələbə Şəhərciyinin 2 saylı yataqxanasında maddi-məsul şəxs kimi yataqxana strukturuna daxil olan sistemləri daimi nəzarətdə saxlamalı, həmçinin yarana biləcək problemlərin aradan qaldırılmasını təmin etməlidir kimi tələblərini işinə və xidməti vəzifəsinə vicdansız və laqeyd münasibət bəsləməklə pozaraq öz xidməti vəzifəsini yerinə yetirməmiş, 2019-cu ilin aprel ayında Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti, 36 ünvanında yerləşən ünvan 3ən ümumi hamam otağında özbaşına 2 ədəd “NurSu 32” markalı axar su qızdırıcılarını yuxarıda qeyd olunan tələblərə uyğun olmadan, yəni diametri 11 sm olan borunu, maili olaraq 80 sm üfüqi istiqamətdə aparılmaqla digər sonluğu diametrcə ondan az olan 07 sm-lik polad boruya keçirilməklə, bundan başqa sayca ikinci su qızdırıcısının büzməli elastik materialdan olan tüstü borusunu da tamamilə yolverilməz qaydada həmin su qızdırıcısının tüstüçıxanına keçirildikdən sonra maili istiqamətdə sol tərəfə yönəlməklə, bir qədər yuxarı qaldırıldıqdan sonra qövs şəklində əyilib, aşağı endirilərək və üfüqi istiqamətdə çölə çıxarılmış polad boruya birləşdirilməklə quraşdırılmasını aparıb, habelə qaz qurğularının, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin normal işləməsini diqqətdə saxlamalı, qaz qurğusu işə salındıqdan dərhal sonra və onun istismarı zamanı qazın yanma məhsullarının tüstü bacalarına ötürülməsi ilə havanın sorulmasını yoxlamalı olduğu halda bunu yoxlamamış, nasaz qaz avadanlığının istismarına şərait yaratmaqla və hamam otağında olan axar su qızdırıcılarının və onlara birləşdirilmiş tüstü bacalarının düzgün quraşdırılmasını, onlara müvafiq texniki xidmət göstərilməsini, eləcə də düzgün, təhlükəsiz və təhlükəsizlik texnikası qaydalarının tələblərinə uyğun olaraq istifadə edilməsini təmin etməməklə nəticədə 20 noyabr 2019-cu il tarixdən 21 noyabr 2019-cu il tarixə keçən gecə hamam otağında quraşdırılmış su qızdırıcılarına birləşdirilmiş tüstü bacalarının konstruktiv baxımdan düzgün quraşdırılmaması, bütün bu pozulmaların nəticəsi olaraq su qızdırıcılarının istifadəsi zamanı isə yanma məhsullarının, o cümlədən təbii qazın yanması nəticəsində yaranan dəm qazının tüstü bacaları birləşmələrindən su qızdırıcıları quraşdırılmış hamam otağına, oradan da tavanda mövcud olan boşluqlardan hamam otağının yuxarısında yerləşən 15 saylı otağa sızması nəticəsində ehtiyatsızlıqdan X11 dəm qazı ilə zəhərlənməklə 21 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti, 36 ünvanında yerləşən ünvan 4ə, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə dəm qazı ilə zəhərlənmə nəticəsində dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlıqlarına ağır zərər vurmaya aid xəsarət almalarına, yəni ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında yerləşən ünvan 6ləyir. Hər gün səhər saat 09:00-dan saat 17:00dək yataqxanada öz xidməti iş yerində olur. Bununla yanaşı o, komendant kimi üzərinə düşən vəzifələri daim layiqincə yerinə yetirmiş və yataqxana sakinlərinin, eləcə də tələbələrin problemlərinə həssaslıqla yanaşmış və operativ şəkildə aradan qaldırılması üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Bəzən yataqxanada yaşayan tələbələr özləri ilə ərzaq məhsulları gətirir ki, o, komendant olaraq bu cür hallara müdaxilə edə bilmədiyindən istisnasız olaraq qida zəhərlənməsi faktları qeydə alına bilir. Bu hallarda da tələbələrin səhhəti ilə maraqlanıb köməklik göstərilməsini təmin etmişdir. Təqsirləndirilən şəxs hadisə ilə bağlı bildirmişdir ki, 20 noyabr 2019-cu il tarixdən 21 noyabr 2019-cu il tarixə keçən gecə yataqxananın gözətçisi Elvin ona zəng edərək məlumat vermişdir ki, yataqxanada məskunlaşmış tələbələrdən X28, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 səhhətində problem olduğu üçün TTYS-na zəng etmişlər. O, da öz növbəsində mövcud yataqxana qaydalarına görə mümkün olan bütün zəruri tədbirləri görməsini və nəticəsi barədə onu məlumatlandırmasını tapşırmışdır. Bir müddət sonra Elvin ona zəng edərək bildirmişdir ki, TTYS-nın həkimi tələbələri müayinə etmiş, tələbələrin ciddi problemi olmadığını və yüngül qidadan zəhərlənmələrini bildirmişdir. Hətta həkim getdikdən sonra gözətçi tələbələrin yanına getmiş və sonuncular ona problemlərinin olmadığına əmin edərək xəstəxanaya getməkdən imtina etmişlər. Bu səbəbdən onda tam şəkildə arxayınçılıq yaranmışdır. Ertəsi gün, yəni 21 noyabr 2019-cu il tarixdə o, səhər radələrində vaxtından əvvəl iş yerində olmuş, lakin tələbələrin 2-ci növbədə təhsil almalarını nəzərə alaraq onları narahat etmək istəməmiş və bir qədər keçdikdən sonra onların səhhəti ilə maraqlanmağı düşünmüşdür. Nahara doğru işi ilə bağlı ərazidə olan zaman mobil telefonuna yataqxanada qalan qızlardan Xalisə zəng vuraraq bildirmişdir ki, Tofiqə adlı qız qonşu otağında qalan Şəkər, Dilrubə və Həmidə adlı qızların otaqlarına girən zaman onların ağızlarında köpük olduğunu, huşlarının özlərində olmadığını görmüşdür. O, dərhal TTYS-na zəng edib bu barədə məlumat verdikdən sonra yataqxanaya yollanmışdır. Çağırış üzrə TTYS-nın həkimləri hadisə yerinə gəldikdə artıq qızlardan Şəkər ölmüşdür. Digər qızlar isə TTYS briqadası həkimlərinin müşayiəti ilə xəstəxanaya yerləşdirilmişlər. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, hadisənin baş verməsində onun təqsiri yoxdur. Belə ki, gecə saatlarında həmin qızların çağırışı əsasında TTYS briqadasının həkimi gəlib onları müayinə etmiş, onalara xəstəxanaya aparmağı təklif etmiş, ancaq gecə saatları olduğundan onlar xəstəxanaya getməkdən imtina etdiklərinə görə həkim tərəfindən onlara iynə vurulmuşdur. Belə olan halda əgər onlara vaxtında düzgün tibbi yardım göstərilmiş olsaydı qeyd olunan hadisə də baş vermiş olmazdı. Göstərilənlərlə yanaşı o, tələbələrin dəm qazından zəhərlənmələrini qəbul etmir. Belə ki, o, 2003-cü ildən etibarən qeyd olunan vəzifədə işləyir, bu müddət ərzində isə yataqxananın qaz xətlərində hər hansı bir nasazlıq, qazsızması və ya dəm qazından zəhərlənmə halları qeydə alınmamışdır. 2003-cü ildən 2019-cu ilin fevral ayınadək olan müddətdə hamam otağında “samovar” adlandırılan suqızdırıcı mövcud olmuşdur, həmin su qızdırıcıdan istifadə edildiyi müddətdə qaz xətlərində heç bir nasazlıq aşkar edilməmişdir. Lakin qeyd edilən su qızdırıcı tez soyuduğundan, yataqxanada isə tələbələrlə yanaşı məcburi köçkünlər də məskunlaşdığından, həmin suqızdırıcı isə isti suya tələbatı qarşılamadığından sakinlərin narazılıqlarına səbəb olmuşdur. Bakı Dövlət Universitetinə yeni rəhbər təyin edildikdən sonra 2019-cu ilin fevral ayında yataqxana sakinləri ilə görüş təşkil edilmiş, həmin görüş zamanı sakinlər su qızdırıcı ilə bağlı problemlərini diqqətə çatdırmış, bundan sonra rəhbərlik tərəfindən hamam otağında yeni axar suqızdırıcılarının quraşdırılması ilə bağlı zəruri tapşırıqlar verilmişdir. Baxmayaraq ki, məcburi könkünlər yaşadığı müddətdə hamam otağından istifadə 3 dəfə artıq olmuş, lakin sakinlərdən baş gicəllənməsi, ürək bulanması və ya baş ağrısı ilə bağlı şikayətlər daxil olmamışdır. Rektorla görüşdən sonra qısamüddət ərzində Universitetdən zəng edilərək ona yeni suqızdırıcıları göndərdiklərini və bununla bağlı zəruri tədbirlərin görülməsi ona bildirilmişdir. Hətta cihazın quraşdırılması üçün çilingərlər də Universitetin müvafiq şöbəsindən göndərilmişdir. Belə ki, o, hər hansı suqızdırıcının alınmasında və ya seçilməsində iştirak etməmişdir. Universitetdən ona sadəcə tapşırılmışdır ki, çilingərlərə nəzarət etsin. O, ümumiyyətlə həmin çilingərləri tanımamışdır. Çilingər şifahi şəkildə hamam otağında axar suqızdırıcıların quraşdırılmasının mümkünlüyünü bildirmişdir. Lakin buna dair rəsmi qaydada rəy alınmamışdır. Eləcə də yeni quraşdırılmış suqızdırıcıların üzərində təlimat kitabçası olmasına baxmayaraq, o, kitabçadakı təlimat qaydaları ilə tanış olmamışdır. Yalnız çilingərlərdən qaydalara uyğun quraşdırılmasını, qazsızması və dəmqazının sorulması vəziyyətinin yoxlanılıb-yoxlanılmadığını yerində maraqlanıb onların fəaliyyətini müşahidə etmişdir. Hətta suqızdırıcının tüstüsünün sorulması vəziyyəti onun yanında yoxlanılmışdır. Verilmiş suallara əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, yeni axar suqızdırıcılar mövcud qaz xətlərinə və tüstü borularına birləşdirilməklə quraşdırıldığından, zərərət olmadığını düşünərək aidiyyəti qurumlara, yəni Azərbaycan Respublikası FHN, qaz idarəsinə və s. məlumat verməmiş, eləcə də mütəxəssis rəyi almamışdır. Sonuncu dəfə qaz xətlərinə texniki baxış qaz idarəsinin əməkdaşları tərəfindən 2017-ci ildə keçirilmişdir. Qaz sayğacları isə yataqxana binasından çöldə yerləşir, qaz idarəsinin əməkdaları sayğacın göstəricilərinə özlərı baxaraq qeydə alırlar. Göstərilənlərlə yanaşı onun sərəncamında hər hansı maliyyə büdcəsi olmadığından, bütün kommunal xərclər Universitet tərəfindən ödənilir. O cümlədən suqızdırıcıların haradan alınması barədə onun məlumatı və bilavasitə iştirakı olmamışdır. Bundan başqa o, yataqxana sakinlərini ildə bir dəfə qazdan istifadə qaydaları ilə təlimatlandırmış və tələbələrlə profilaktik söhbətlər aparmış, gələcəkdə baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısının alınmasından ötrü qabaqlayıcı tədbirlər görmüşdür və bunun üçün növbətçilik cədvəli müəyyən edilmişdir ki, nasazlıq aşkar edildikdə dərhal məlumat verilsin. Təqsirləndirilən şəxs verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, işi əsasən yataqxananın infrastrukturuna daxil olan kanalizasiya, elektrik, qaz sistemlərinin normal işləməsinə, yararlılığına nəzarət etmək, bununla bağlı zəruri tədbirlərin təşkil edilməsi, yataqxanadaxili nizam-intizam qaydalarına əməl olunması və s. işlərin yerinə yetirilməsindən ibarətdir. Eyni zamanda yataqxananın hamam otağı birinci mərtəbədə binaya girişdən sol tərəfdə yerləşir. Həmin hamam otağında bir ümumi sahə və 3 ədəd duş kabinələrinin olduğu yer vardır. Duş kabinələrindən biri işləmir. Hamamda 2, 4 və 6-cı günlər oğlanlar, 3, 5 və bazar günləri isə qızlar çimirlər. Bazar günləri saat 10:00-dan, həftə içi günlər isə saat 14 radələrindən etibarən hamamdan istifadəyə icazə verilir və saat 23 radələrinə qədər hamamdan istifadə başa çatır. Hamam otağının əsas giriş hissəsində əvvəllər qazla işləyən həcmli su qızdırıcısı olmuşdur. Lakin 2019-cu ilin aprel ayında Universitet tərəfindən ayrılmış vəsait hesabına axar su qızdırıcısı quraşdırılmışdır. Lakin yuxarıda qeyd etdiyi kimi həmin suqızdırıcı Universitetin sifarişi ilə alınmış və o, buna müdaxilə etməmişdir. 2003-cü ildən Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında işləyir və hazırkı vaxtadək yataqxanada dəm qazından zəhərlənmə hadisəsi qeydə alınmamışdır. Yataqxananın hamamında qazla işləyən axar su qızdırıcısı quraşdırıldığı vaxtdan etibarən ərazi üzrə qaz idarəsinin əməkdaşları tərəfindən yataqxananın hamam otağına baxış keçirilməmişdir. Onun yataqxanada maddi-məsul şəxs kimi vəzifəsi yataqxanaya ümumi nəzarət, inventarların qorunması, yataqxanada qaz, su, işıq sistemlərində hər hansı nasazlıq baş verərsə onun aradan qaldırılmasından ibarətdir. Qızların yataqxanada vəziyyətlərinin pisləşməsi zamanı X59 çağırılmış, orada mühafizəçi işləyən Şahid1 da təcili yardım həkimini qızların otağına qədər aparmış, orada qızların vəziyyəti ilə bağlı maraqlanmış, qızlara xəstəxanaya getməklə bağlı təkliflərini etmişdir. Lakin həkim müayinə etdikdən sonra da qızların vəziyyətinin normal olduğunu bildirib və qızlara sakitləşdirici iynə də vurduğunu demişidir. Buna görə də onlar üzərilərinə düşən lazımi hərəkətləri etmişdir. Yataqxananın hamam otağında qazla işləyən axar su qızıdrıcılarını quraşdırarkən hər hansı qaz idarəsinə və ya lisenziyalı şirkətlərə məlumat verilməmişdir, eləcə də akt tərtib edilməmişdir. Göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs ona verilmiş ittihamla razılaşmayaraq öz müdafiəsi üçün bildirmişdir ki, əvvəla o, 2003-cü ildən hazıradək komendant vəzifəsində işləmiş və bu vəzifənin icrası ilə bağlı məvacib almışdır. 08 fevral 2017-ci ildə isə onun etirazlarına baxmayaraq tələbə şəhərciyinin direktoru vəzifəsinə formal olaraq təyin edilmiş və rəhbərlikdən ona bildirilmişdir ki, müvvəqqəti xarakter daşıyır. O, bu vəzifəni müvəqqəti icra etmişdir. Baxmayaraq ki, ümumiyyətlə müqavilə elektron informasiya sistemində qeydiyyata alınmadığı üçün qüvvəyə minməmişdir. Komendant olaraq onun əsas vəzifələrinə inventarların qorunması, yataqxananın ümumi girişinə nəzarət etmək daxil olmuş və ona texniki təhlükəsizlik qaydalarına nəzarət etmək vəzifəsi həvalə edilməmişdir. Belə ki, o, yataqxananın infrastrukturuna nəzarət etməklə hər hansı problem yaranacağı təqdirdə universitetin aidiyyəti şöbələrini məlumatlandırmaq vəzifəsi daşımışdır ki, bununla da texniki təhlükəsizlik qaydalarına görə məsuliyyət daşıyan vəzifəli şəxs statusunda olmamışdır. 2017-ci ilədək tələbə şəhərciyinin direktoru digər şəxs olmuş, daha sonra müvəqqəti olaraq əmək müqaviləsi ilə o, direktor təyin edilsə də lakin formal xarakter daşımışdır. O, rəsmi sənədlər əsasında direktor təyin edildiyindən bu vəzifənin icrası digər şəxslərə də həvalə edilməmişdir. Buna baxmayaraq o, yalnız komendant vəzifəsinin təlimatlarına uyğun olaraq iş fəaliyyətini qurmuşdur. Digər tərəfdən, verilmiş ittihamdan müəyyən edilir ki, guya hamam otağı istifadə edilərkən əsas giriş qapısı bağlı vəziyyətdə olmuşdur. O, bu xususatla da razılaşmır. Çünki, məhkəmə iclasında şahidlərin və zərərçəkmiş şəxlərin özlərinin də ifadələrindən müəyyən edilir ki, hamam otağı istifadə edilərkən onun əsas giriş qapısı açıq vəziyyətdə olmuş, yalnız duş kabinəsi olan otağın qapısı bağlı olmuşdur. Hamam otağının əsas giriş qapısı yalnız ondan istifadə üçün müəyyən edilmiş vaxt bitdikdən sonra bağlanmışdır. İstintaq eksperimenti ilə də müəyyən edilir ki, dəm qazı hamam otağının əsas giriş qapısı bağlı vəziyyətdə olduqda yarana bilir, digər halda, yəni qapı açıq vəziyyətdə olduqda dəm qazının yaranması mümkün deyildir. İşin faktiki hallarından isə görünür ki, hamam otağı işləyərkən əsas giriş qapısı, yəni su qızdırıcıların yerləşdiyi otağın qapısı açıq vəziyyətdə olmaqla yanaşı içəridəki nəfəsliyinin şüşəsi mövcud olmamışdır. Dolayısı ilə otağın havası fasiləsiz olaraq havalandırılmışdır. Belə olan halda isə otaqda dəm qazının ümumiyyətlə yaranması, yaranmış olduğu halda isə üst mərtəbədə yerləşən otağa sızması real deyildir. Hamamla yataqxananın ikinci mərtəbəsində yerləşən 15 saylı otağın arasında qalın beton panellər və divar vardır. Oradan 15 saylı otağa dəm qazının necə sızmasını başa düşə bilmir. Eksperiment zamanı da müəyyən olunmuşdur ki, qapı açıq saxlanıldığı zaman hamamda hava axını yarandığı üçün orada dəm qazının təhlükəli həddə qədər yığılması aşkar edilməmişdir. Bundan başqa istintaq orqanı nə ilə sübut edir ki, hadisə vaxtı məhz hamam otağının qapısı bağlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hadisə yerinə baxış və istintaq eksperimenti zamanı suqızdırıcıların olduğu otağın tavanı ilə, zərərçəkmiş şəxslərin məskunlaşdığı otağın döşəməsini birləşdirilən divarda aşkar edilmiş çatın yaranma səbəbini onunla izah etmişdir ki, universitetə yeni rəhbərlik təyin edildikdən sonra yataqxanada təmir işləri aparılmışdır. Ehtimal edir ki, təmir zamanı pilləkən qovşağında laqonda aləti ilə deşmə işləri aparılmış və eyni zamanda iri tonnajlı yük avtomobilləri əraziyə gəldiyi zaman silkələnmə nəticəsində yaranmışdır. Əsaslı təmir işləri isə universitetin göstərişi və maliyyə vəsaiti hesabına aparılmışdır. Lakin o, hadisə gününədək qeyd olunan çatı ümumiyyətlə görməmişdir. Hər bir halda çatın mövcud olmasına baxmayaraq, həmin çatdan dəm qazının yuxarıya doğru sızması ehtimalı ilə razılaşmır. Eyni zamanda istintaq eksperimenti prosessual hərəkətinin qanunvericiliyin tələbləri pozulmaqla aparıldığından sübut olaraq qəbul edilməməsini və ona verilmiş ittiham üzrə təqsiri olmadığından ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında mərhum zərərçəkmiş şəxs X11 hüquqi varisi və mülki iddiaçı qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum Şəkər Xasmətova onun doğma qızıdır. Şəkər Bakı Dövlət Universitetinin fizika fakültəsinin 4-cü kursunda təhsil almaqla, həmin universitetin Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında qalmışdır. Qızı Şəkərlə birlikdə yataqxanada iki qız da qalmışdır. Şəkərlə yataqxanada qaldığı müddətdə mütəmadi olaraq telefonla əlaqə saxlamışdır. 21 noyabr 2019-cu il tarixdə günorta saatlarında qızı Şəkərin tələbə yoldaşlarından biri ona yataqxanadan zəng edərək, sonuncunun zəhərləndiyindən “Semaşko” xəstəxanasına aparıldığını demişdir. Bu barədə əri Faiqə və sonuncunun qardaşına məlumat vermişdir. Onlar tez Bakı şəhərinə gəlmiş, xəstəxanaya çatmamış onlara bildirmişlər ki, qızı artıq vəfat etmiş və sonuncunu meyitxanaya aparmışlar, bundan sonra onlar gedib qızının meyitini təhvil alıb Qusar rayonuna aparıb dəfn etmişlər. Eşitdiyinə görə qızı Şəkər axırıncı dəfə nişanlısının mobil telefonuna gecə saatlarında mesaj yazaraq, onunla birlikdə qalan qızlardan birinin özünü pis hiss etdiyini, Şəkərin özünün də başının ağrıdığını demiş, nişanlısı da lazımdırsa onu xəstəxanaya aparmağı təklif etmiş, sonuncu isə artıq TTYS briqadasının gəldiyini və iynə vurduğunu, buna görə də yatacağını demişdir. Həmin gün bilmişdir ki, gecə saatlarında Şəkər, Dilrubə və Həmidənin çağırışı əsasında TTYS briqadasının həkimi gəlib onları müayinə etmiş, xəstəxanaya aparmağı təklif etmiş, daha sonra onlara iynə vurub getmişlər. Sonradan bilmişdir ki, qızının ölümünə səbəb yaşadıqları otağa sızan dəm qazından zəhərlənmə olmuşdur. Onlar özlərini pis hiss etdikləri vaxt TTYS həkimi çağırmışlar, lakin həkim heç bir ciddi müdaxilə etməyərək, analgin-dimidrol qarışıqlı iynə vurmuşdur. Qızının ölümünə səbəb dəm qazından zəhərlənmə olmuş, qızı və digər iki qızın da dəm qazından zəhərlənmə hadisələri Bakı Dövlət Universitetinin yataqxanasında baş vermişdir. X4 həmçinin ifadəsində bildirmişdir ki, kənddə olduğu müddətdə qızının baş ağrısı olmamış, yalnız o, Bakı şəhərinə qayıdıb yataqxanada qaldıqdan sonra onun baş ağrıları olmuşdur, baxmayaraq ki, qızının əvvəllər səhhətində heç bir problemi olmamışdır. X4 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək bildirmişdir ki, ona vurulmuş zərər tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmışlar, ona, eləcə də Bakı Dövlət Universitetinə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2016-cı ildə BDU-nun Kitabxanaçılıq və İnformasiya fakültəsinə daxil olmuş, əvvəlcə kirayədə yaşamış, 2017-ci ilin sentyabr ayından isə ünvan 12ən 15 saylı otaqda tələbələr Firuzə və Zərqələmlə birlikdə yaşamışdır. Həmin qızlarla yola gedə bilmədiyinə görə 2018-ci ilin sentyabr ayından digər tələbələr Zərərçəkmiş şəxs1 və Şəkər Xasmətova ilə birlikdə yaşamağa başlamışdır. Həmin qızları onlarla birlikdə bir otaqda yaşamağa başladıqdan sonra tanımışdır. Yataqxananın otaqlarında hansı tələbələrin kimlərlə birlikdə qalmasını yataqxananın komendantı Təqsirləndirilən şəxs müəyyən etmişdir. Yaşadığı otaq 3 nəfərin yaşaması üçün nəzərdə tutulmuşdur. Həmin otaqda 3 nəfərlik çarpayı və digər əşyalar olmuşdur. Bundan başqa qış aylarında hava soyuq olduğu üçün otağa 3 spirallı elektrikli qızdırıcı qoymuşlar. Yataqxananın ikinci mərtəbəsində ayaqyolu, əl-üz yuyulan yer, paltar yumaq və qurutmaq üçün otaq və mətbəx ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Birinci mərtəbədə yerləşən hamam otağı isə həftənin tək günləri qız, cüt günləri isə oğlan tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur. Yataqxananın girişində 24 saat nəzarətçi olmuşdur. Həmin nəzarətçilər Elvin, Sabir və İslam adlı şəxslərdir. Onlar növbəli şəkildə 24 saat növbə çəkmişlər. 2018-ci ilin sentyabr ayında ona komendant Təqsirləndirilən şəxs tərəfindən yataqxananın ikinci mərtəbəsində yerləşən 15 saylı otaqda yer ayrılsa da, X51in işləmək üçün Rusiya Federasiyasına getməsi ilə əlaqədar onun arvadı Sevinc Quliyevanın tək qalmaması üçün onlara getmişdir. X51 dekabr ayında geri qayıtdığına görə 05 dekabr 2018-ci il tarixdə yataqxanaya qayıtmışdır. Lakin həmin vaxta qədər arada yataqxanaya gedib-gəlmış, həmin vaxt otaqda Zərərçəkmiş şəxs1 və Şəkər Xasmətova yaşamışlar. 2019-cu ilin iyul ayının əvvəllərində imtahanlarını verəndən sonra yaşadığı Göyçay rayonuna qayıtmışdır. Həmidə və Şəkər imtahanlarını tez verdiklərinə görə ondan əvvəl getmişlər. 2019-cu ilin sentyabr ayının 12-14-ü aralığında yeni dərs ilinin başlaması ilə əlaqədar yenidən yataqxanaya qayıtmışdır və bu dəfə də hər üçü ikinci mərtəbədə yerləşən 15 saylı otaqda yaşamışlar. Lakin əmisi yenidən işləməyə getdiyinə görə 15 oktyabr 2019-cu il tarixdən yenidən əmisigildə yaşamış və yalnız 20 noyabr 2019-cu il tarixdə yataqxanaya qayıtmışdır. Lakin bu müddət ərzində 2-3 dəfə yataqxanaya qızlara baş çəkmək üçün gəlmiş və mobil telefon, internet vasitəsi ilə qızlarla mütəmadi əlaqə saxlamışdır. 20 noyabr 2019-cu il tarixdə saat 18:40 radələrində yataqxanaya qayıtmışdır və yolda universitetin əsas girişi ilə üzbə-üz küçədə yerləşən “SPAR” adlı mağazadan mandarin almışdır. Mandarin piştaxtada az qaldığından qalan mandarinlərdən nisbətən yaxşılarını torbaya yığıb təxminən yarım kilo, yəni 10 ədədə yaxın mandarin almışdır. Yataqxanaya gələndə otağının qapısı açıq olduğundan qızlardan birinin artıq gəldiyini başa düşmüşdür. Şəkər ondan əvvəl gəlmiş və o da su yerində paltar yuyurmuş. Yan otaqda olan qızlarla təxminən 10 dəqiqə salamlaşıb hal-əhval tutandan sonra Həmidə gəlmiş və otağa keçmiş, 5 dəqiqə sonra Şəkər də gəlmişdir. Birlikdə hərəsi 2-3 ədəd mandarin yemişlər. Sonra Həmidə ilə Şəkər hamam otağına çimməyə getmişlər. Onlar təxminən 1 saata yaxın müddət ərzində hamamda olmuşlar. Otaqda Şəkərin yaşadığı Qusar rayonundan gətirmiş olduğu kartoflardan bir neçəsini soyaraq mətbəxə keçən zaman dəhlizdə Nərminlə rastlaşmış və o, da hamamdan gəlmişdir. Kartofları yuyub doğramış və zeytun yağı ilə qızartmışdır. Nərmin də yanında olmuşdur. Arada mətbəxə keçib yeməyi qarışdırmışdır. Saat təxminən 20:45 radələrində Həmidə ilə Şəkər hamamdan qayıtmışlar. Saat 21 radələrində o, Həmidə və Şəkər hazırladığı kartof qızartmasını yemişlər. Saat 22 radələrinə qədər üçü birlikdə şəkil və video çəkərək əylənmişlər. Hər üçünün əhvalı yaxşı olmuşdur. Saat 23 radələrində üçü də eyni vaxtda özünü pis hiss etmişdir. O, başının ağrıdığını bildirib, Şəkərdən elektrikli qızdırıcını söndürməyi xahiş etmişdir. Bundan sonra onlar elektrikli qızdırıcını söndürmüş və otağın hər iki pəncərəsini açaraq havalandırmışlar. Həmidə ilə Şəkər hamamdan qayıtdıqdan sonra isti olduğuna görə pəncərənin yalnız bir layını bir qədər açmışdır. Bundan sonra özünü pis hiss etməyə dama etdiyindən yatağında uzanmışdır. Ayılanda Tofiqəni otağında görmüşdür. Həmidə özündə olmadığından Tofiqə və Şəkər onu ayıltmağa çalışmışlar. Onun gözü torlanır və qaralmışdır. Bundan başqa başı çox ağrımış və ürəyi çırpınmışdır. Yerindən qalxmağa çalışsa da dura bilməmişdir. Digər tələbə Ayşə də gəlmiş və onlar Həmidəyə korvalol məhlulu içirtməyə çalışmışlar. Lakin Həmidə həmin dərmanı tünd olduğuna görə içə bilməmişdir. Saat 01 radələrində o, 103 xidmətinə zəng edərək X59 çağırmışdır. Təxminən 01:30 radələrində 1 qadın tibb bacısı və 1 kişi həkim olmaqla, 2 nəfər tibb işçisi yaşadığı otağa gəlmişlər. Həmin həkimə yemək yedikdən sonra üçünün də baş gicəllənməsi və ürək bulantılarının olduğunu bildirmişdir. Həkimlər isə kütləvi zəhərlənmə kimi məlumat daxil olduğunu, lakin onlarda zəhərlənmə əlamətləri olmadığını, özlərini panikaya saldıqlarını bildirib, onlara xəstəxanaya getməli olduğunu demişlər. Həkimlər onlara zəhərlənmədiklərini, ciddi bir hal olmadığını bildirdiyinə görə xəstəxanaya getməmişlər. Şəkər xüsusilə həkimlərdən baş ağrısını kəsəcək dərman verməsini xahiş etmiş, gecə vaxtı X59 həkimi onlara heç bir dərman verməmişdir. Yalnız hər üçünün təzyiqini ölçmüş, hər üçünə də analgin-dimidrol iynəsini vurmuşdur. Həkimlər iynə vurandan sonra hər üçü yatmışdır. Bundan sonra nə baş verməsi yadında olmamış və özünə gələndə xəstəxanada olmuşdur. X59 həkimi gələnə qədər yalnız Həmidə iki ədəd valerian həbi qəbul etmişdir. Korvalol məhlulu hazırlasalar da Həmidə onu içməmişdir. Onun analgin-dimidrol qarışığına qarşı allergiyası yoxdur. Yataqxananı hər gün xadimələr təmizləyir və hər gün komendant tərəfindən təmizliyə nəzarət edilir. Yataqxanada hər mərtəbədə 2 sanitar qovşağından və yalnız 1-ci mərtəbədə olan hamam otağından istifadə edilir. Yataqxananın ümumi istilik sistemi olsa da, həmin istilik sistemi işləmədiyindən yaşadıqları otağı spirallı plitə ilə qızdırmışlar. Otağın havasını həmin plitə qurutduğuna görə həmişə otağın pəncərəsini açıb, otağı havalandırırmışlar və həmin gün də Həmidə ilə Şəkər hamamdan qayıtdıqdan sonra pəncərənin bir layı açıq olmuşdur. Özünü pis hiss edəndən sonra isə pəncərənin hər iki layını da açıb otağı havalandırmışlar. Lakin yatarkən hava soyuq olduğuna görə pəncərəni bağlamışlar. Nərminə otaqda onlarla az müddət olmuş və həmin vaxt otağın pəncərəsi açıq vəziyyətdə olmuşdur. Yataqxanada yeməyi ancaq hər mərtəbədə iki dənə olan ümumi mətbəx otağında hazırlayıb, öz otaqlarında yemişlər. Nərmin də onlarla birlikdə olduğundan onun bişirdiyi yeməkdən o da yemişdir. Həmin gün onlar birlikdə yalnız mandarin, kartof qızartması, qatıq, çovdar çörəyi, alma və armud yemişlər. Həmin vaxt onlar ümumiyyətlə “suşi” yeməyi sifariş verməmişlər. Hər üçündə şiddətli baş ağrıları, qulağında uğultu, ürək döyüntüsünün artması, təngənəfəslik, baş gicəllənmə, gözün torlanması, gözə qaranlıq çökməsi kimi narahatçılıqlar olmuşdur. Ona iynə vurulan zaman ürəyi bulanmış, lakin qusmamış və yatmışdır. Həmidə isə qusmuşdur. Özündə və digər qızlarda ağızda quruluq, nitqin pozulması, mədədə ağırlıq və ağrı əlamətləri müşahidə etməmiş, lakin hər üçündə halsızlıq və gözə qaranlıq çökməsi əlamətləri olmuşdur. O və Həmidəyə nisbətən Şəkərin vəziyyəti daha yaxşı olmuşdur. Hətta Həmidə yatağında uzandığı zaman otağın işığı yanılı olduğu halda elə anlamışdır ki, otaq qaranlıqdır. Yerindən qalxmağa çalışsa da, halsız olduğundan dura bilməmişdir. Baş gicəllənməsi və halsızlıq əlamətləri Həmidə də güclü olmuşdur. Həmçinin hadisədən əvvəl Şəkər plastmas qablarda gündəlik olaraq detoks məhlulu, yəni zəncəfil, darçın və limonu doğrayıb suyun içinə atıb hazırlayaraq həmin mayedən qəbul edirdi. Lakin o, həmin məhluldan həmin gün qəbul etməmişdir. Əvvəllər Həmidə də həmin mayedən içmiş, həmin gün isə Həmidə o, mayedən qəbul etməmişdir. Son dövrlər semestr dərsləri azaldığından, o, yataqxanaya demək olar ki, az-az gəlmiş, Həmidə işlədiyi üçün səhər gedib axşam qayıtmış, yalnız Şəkər demək olar ki, günün əksər hissəsini yataqxanada otaqda keçirmişdir. Buna görə də son vaxtlar Şəkərin güclü baş ağrıları olmuş, hətta universitetdə rastlaşarkən ona ağrılarından şikayət etmişdir. Onda olan məlumata görə Şəkər hər hansı ciddi bir xəstəlikdən əziyyət çəkməmişdir. Şəkər Xasmətova baş ağrılarına görə bazar günü aksenforte atdığını demişdir. Həmin gecə çağırışa gəlmiş həkimin yanında bir nəfər tibb bacısı da olmuş və həmin həkim onlara bildirmişdir ki, kütləvi zəhərlənmə haqqında məlumat verdiklərinə görə, xəstəxanaya getmək lazımdır. Lakin həkim onları yoxladıqdan sonra hər üçündə zəhərlənmənin heç bir əlamətinin olmadığını bildirmiş və sadəcə həmin həkim sonda onlardan xəstəxanaya getmək istəyib-istəmədiklərini soruşduqda, onlara ciddi bir problemin olmadığını bildirdiyinə görə xəstəxanaya getməkdən imtina etmişlər. Lakin bu barədə heç bir sənəd imzalamamışlar. Özlərini pis hiss etdikləri zaman nə o, nə də ki, digər qızlar hər hansı kəskin qoxu hiss etməmişlər. Sonradan ona məlum olmuşdur ki, zəhərlənmələrinə səbəb dəm qazı olmuşdur, həmin dəm qazı da yataqxananın birinci mərtəbəsində olan hamam otağından onların yaşadığı 15 nömrəli otağa keçmişdir. Belə ki, ilkin olaraq çağırışa gələn TTYS-nın həkimi də onların dəm qazından zəhərlənmələrini ehtimal etdiyinə görə hamam otağına baxmış, lakin onun həmin gün hamam otağında yuyunmaması halı onu bu fikirdən daşındırmışdır. Zərərçəkmiş şəxs2 əlavə olaraq qeyd etmişdir ki, yaşadıqları 2 saylı yataqxanın komendantı Təqsirləndirilən şəxs olmuş, Təqsirləndirilən şəxs yataqxanada olan demək olar ki, hər bir məsələyə, eləcə də yataqxanada olan qaz və elektrik cihazlarına da nəzarət etmişdir. Hazırda şikayətçi olmaqla ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Verilmiş suallar əsasında Zərərçəkmiş şəxs2 əlavə olaraq bildirmişdir ki, hadisədən əvvəl bir dəfə təxminən 2019-cu ilin aprelində hamamda olan suqızdırıcı partlamış, lakin həmin vaxt xəsarət alan olmamışdır. Mövcud qaydalara görə hamam otağı gün ərzində saat 09:00-dan saat 23:00-dək işləməli olduğu halda, Həmidədən eşidib bilmişdir ki, komendant Təqsirləndirilən şəxs bəzi şəxslərə gec saatlarda hamam otağından istifadəyə şərait yaradır. Lakin onlar üçün belə bir şərait heç vaxt yaradılmamışdır. Belə ki, hamama gözətçilər nəzarət etsə də, ondan istifadə qaydalarını və artıq müddətə istifadə edilməsinə dair icazəni səlahiyyətli şəxs olan Təqsirləndirilən şəxs verirdi. Hadisə baş verən tarixdə də onlar qalan otaq hamamın üst qatında yerləşdiyindən axşam gec saatlarda hamamdan səs gəlməsini eşitmişlər və bununla da hamam otağının işləməsini müəyyən etmişlər. Adətən hamamın giriş qapısı açıq olanda işləmiş, işləmədiyi halda isə qapı bağlı vəziyyətdə olmuşdur. Bundan başqa onlar otaqda siçovul aşkar etdiklərinə görə döşəmədə olan dəlikləri A4 formatlı kağızlarla bağlamışlar. Şəkərin çarpayısının altında dəlik olmasını dəqiq xatırlamasına baxmayaraq digər çarpayıların altında dəlik olub-olmamasını xatırlamır. Şəkərin çarpayısının altında olan dəlik isə kifayət qədər dərin olmuşdur. Belə ki, yataqxananın ümumi binası və hamam otağının təmiri ürəkaçan vəziyyətdə olmamışdır. Yalnız universitetin yeni rəhbərliyi təyin edildikdən sonra kosmetik təmir işləri aparılmış və hamam otağındakı suqızdırıcılar dəyişdirilmişdi. Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində ona dəymiş maddi və mənəvi ziyana görə ümumilikdə 50.000 (əlli min) manat məbləğində pulun mülki cavabdeh Bakı Dövlət Universitetindən tutularaq ona ödənilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xəstəxanaya gətirilənə qədər Şəkər Xasmətova ilə birgə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında yerləşən ünvan 7n 15 nömrəli otaqda qalmışdır. Zərərçəkmiş şəxs2 isə oktyabr ayının ortalarına qədər həmin otaqda onlarla birgə yaşamışdır. Üçü də dərslər başlayan vaxt, yəni sentyabr ayının 15-dən həmin yataqxanada yaşamağa qayıtmışlar. Hal-hazırda Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin 4-cü kursunu bitirmişdir. BDU-nun 1-ci kursunda təhsil almağa başladığı vaxtdan Şəkərlə BDU-nun yataqxanasında bir otaqda yaşamışdır. Yalnız 2-ci kursda o yataqxanada qalsa da, Şəkər ayrıca kirayə evdə qalmışdır. Zərərçəkmiş şəxs2 isə 2018-ci ilin sentyabrında 3-cü kursda oxumağa başladığı vaxt 2 saylı yataqxanada Dilrubənin qaldığı otağa köçərək, orada yaşamağa başladığı vaxtdan tanımışdır. 2018-ci ilin oktyabr ayından Şəkər, Dilrubə və o birgə yataqxana otağında yaşamışlar. Dilrubə də Şəkəri həmin vaxtdan tanımışdır. Yeni dərs ili başlayandan sonra Dilrubə oktyabr ayından əmisigildə qalmış və təxminən bir aydan çox qaldıqları evə gəlməmişdir. 20 noyabr 2019-cu il tarixdə saat 19 radələrində Dilrubə yataqxanaya gəldikdən sonra, Şəkərlə birlikdə yaşadığı yataqxananın 1-ci mərtəbəsində yerləşən hamam otağına düşüb çimmişdir. Çimdikləri hamamın su qızdırıcıları hamam otağının girişindəki dəhlizdə yerləşir. Təxminən saat 20:30 radələrində Şəkərlə birgə yaşadığı otağa qalxmış və Dilrubəyə əvvəldən yemək bişirməyi tapşırdığına görə, Dilrubə qaldığı otaqda göstərdikləri kartof və zeytun yağı ilə yemək bişirmişdir. Saat 21 radələrində zeytun yağında kartof qızartması ilə qatıq yemişlər. Həmin vaxtı hər üçü də, o cümlədən digər otaqda qalan Nərminə yeməyi çovdar çörəyi və qatıqla yemişlər. 20 noyabr 2019-cu il tarixdə saat 21 radələrində otaq yoldaşları Şəkər Xasmətova və Zərərçəkmiş şəxs2 ilə birgə yeməyə başlayıb, qurtardıqdan sonra hər üçü Şəkərin yuyub gətirdiyi almadan yemişlər. Təxminən saat 22 radələrində isə özlərini 10-15 dəqiqə vaxt aralığı ilə pis hiss etməyə başlamışlar. O, qabları yuyub qayıtdıqdan sonra, özünü daha da pis hiss etdiyinə görə üzünü yumağa getmiş və həmin vaxt yediklərini qaytarmışdır. Otağa qayıdıb, əvvəlcə 2 tablet valerian dərmanı içmişdir. Onun baş ağrıları artdığına görə və ürək çırpıntıları artıb, tənginəfəs olduğuna görə Şəkər yan otaqda qalan Ayişədən “korvavol” dərmanı gətirmiş və o, bir udum korvavol içmişdir. Şəkərlə Dilrubə isə heç bir dərman içməmişdir. Daha sonra gözü iki dəfə qaralmış və başı gicəlləndiyindən otaqdakı stulun üstünə də yıxılmışdır. Digər qızlar da özlərini piss hiss etmişlər. Hər üçü yaxşılaşacağını fikirləşib, saat 01 radələrinə qədər X52 müraciət etməmişlər və uzanıb gözləmişlər. O, otaqda öz çarpayısında, Şəkər də onun yanında, Dilrubə isə otaqda öz çarpayısında uzanmışdır. Dilrubəni yuxu tutsa da, Şəkərlə özü yuxulamamış və sadəcə uzanmışlar. Aradabir vəziyyətlərinin pisləşməsindən xəbər tutmuş qonşu otaqda qalan qızlardan Ayişə, Tofiqə, Sənubər, Zərqələm, Mətanət və Jalə də gəlib onlara baş çəkmişlər. Heç birinin vəziyyəti yaxşılaşmağa doğru getmədiyinə görə, gecə saat 01 radələrində yuxudan oyanmış Dilrubə TTYS-na zəng etmişdir. Təxminən saat 01 radələrində 1 qadın tibb bacısı və 1 kişi həkim olmaqla, 2 nəfər tibb işçisi yaşadıqları otağa daxil olmuşlar. Həmin həkimə yemək yedikdən sonra üçündə də baş gicəllənməsi və tənginəfəslik olduğunu bildirmişlər. Həkim isə otağa girdikdən sonra onlara baxıb “sizdə heç bir zəhərlənmə yoxdu, siz də aləmi qatmısınız bir-birinə” demişdir. Daha sonra kütləvi zəhərlənmə kimi məlumat daxil olduğunu bildirib, onlara əvvəlcə xəstəxanaya getməli olduğunu bildirmiş, o isə həkimə heç bir problem yoxdursa, heç olmasa onlara baş ağrı dərmanı verməsini xahiş etmişdir. Lakin həkim onlara dərman verə bilməyəcəyini demişdir. Həmin gecə vaxtı X59 həkimi onlara heç bir dərman verməmişdir. Yalnız hər üçünün təzyiqini ölçmüş, hər üçünə analgin-dimidrol smesinin iynəsini vurmuşdur. Daha sonra, həmin həkim vəziyyətlərinin normallaşacağını bildirib, tibb bacısı ilə birgə otağı tərk etmişlər. Həkimlər getdikdən sonra otaqdan çıxıb, su içmək üçün mətbəxə gedəndə qapıçı Elvin onu görüb, vəziyyətini soruşmuş, lazımdırsa onları xəstəxanaya aparmağı təklif etmiş, o isə həkimin heç bir porblemləri olmadığını deməsini ona da bildirmişdir. Daha sonra su içib otağa qayıtdıqdan sonra, halsız olduğuna görə öz yerində, yəni soldakı çarpayıda yatmışdır. Səhər tezdən saat 07:30-da telefonun zəng çalarına oyanmış və halsız, eləcə də yuxulu olduğuna görə yerindən qalxa bilməmiş, Dilrubənin imtahan kəsiri olduğundan və universitetə getməli olduğundan onu çağırmışdır ki, oyansın. Lakin Dilrubə oyanmamış və onu yuxu tutmuşdur. Yenidən oyanıb, xalasının zəng etdiyini görmüşdür. Yenidən oyananda isə artıq xəstəxanada olmuşdur. Səhərlər oyananda yarım oyaq vəziyyətdə telefona baxıb yenidən yatdığına görə, Dilrubənin və Şəkərin hansı vəziyyətdə olduğunu görməmişdir. Sonradan xəstəxanada onu ziyarətə gəlmiş Tofiqə bildirmişdir ki, ağızlarından köpük, Şəkərin ağzından isə qan gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, zəhərlənmələrinə səbəb dəm qazı olmuşdur, həmin dəm qazı da yataqxananın birinci mərtəbəsində olan hamam otağından onların yaşadığı 15 nömrəli otağa keçmişdir. Yaşadıqları 2 saylı yataqxanın komendantı Təqsirləndirilən şəxs olmuş, Təqsirləndirilən şəxs yataqxanada olan demək olar ki, hər bir məsələyə, eləcə də yataqxanada olan qaz və elektrik cihazlarına da nəzarət etmişdir. Hazırda şikayətçi olmaqla ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Verilmiş suallar əsasında Zərərçəkmiş şəxs1 əlavə olaraq bildirmişdir ki, yataqxananın mövcud qaydalarına görə hamam otağı gün ərzində saat 09:00-dan saat 23:00-dək işləməli olduğu halda, komendant Təqsirləndirilən şəxs bəzi şəxslərə gec saatlarda hamam otağından istifadəyə şərait yaratmasının şahidi olmuşdur. Lakin onlar üçün belə bir şərait heç vaxt yaradılmamışdır. Bununla bağlı Təqsirləndirilən şəxs öz iradlarını bildirdikdə o, müxtəlif bəhanələr gətirərək, gah su kranının nəzarətsiz qalaraq açıq vəziyyətdə qaldığını, gah da hamama projektorun işığının düşməsini bildirmişdir. Lakin o, gec saatlaradək dərsləri ilə məşğul olduğundan əminliklə qeyd edir ki, dəfələrlə gecə saatlarında hamam otağından səslər gəlməsini və nəticə etibarı ilə kimlər üçünsə hamamın işləməsini bilmişdir. Belə ki, hamama gözətçilər nəzarət etsə də, ondan istifadə qaydalarını və artıq müddətə istifadə edilməsinə dair icazəni səlahiyyətli şəxs olan Təqsirləndirilən şəxs verirdi. Hadisə baş verən tarixdə də onlar qalan otaq hamamın üst qatında yerləşdiyindən axşam gec saatlarda hamamdan səs gəlməsini eşitmişlər və bununla da hamam otağının işləməsini müəyyən etmişlər. Bundan başqa, adətən hamamın giriş qapısı açıq olanda işləmiş, işləmədiyi halda isə qapı bağlı vəziyyətdə olmuşdur. Ehtimal edir ki, vaxtından çox işlədiyi saatlarda hamam otağının qapısı bağlı ola bilərdi. Eləcə də otaqda siçovul aşkar etdiklərinə görə döşəmədə olan dəlikləri A4 formatlı kağızlarla bağlamışlar. Belə ki, yataqxananın ümumi binası və hamam otağının təmiri ürəkaçan vəziyyətdə olmamışdır. Yalnız universitetin yeni rəhbərliyi təyin edildikdən sonra kosmetik təmir işləri aparılmış və hamam otağındakı suqızdırıcılar dəyişdirilmişdir. Zərərçəkmiş şəxs1 həmçinin qeyd etmişdir ki, Şəkər günün əksər vaxtını otaqda keçirmiş, tez-tez baş ağrılarından şikayət etmişdir. Hətta bir dəfə ona bildirmişdir ki, şiddətli baş ağrısından otaqda özündən getmək dərəcəsinə çatmışdır. Zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində ona dəymiş maddi və mənəvi ziyana görə ümumilikdə 50.000 (yüz min) manat məbləğində pulun mülki cavabdeh Bakı Dövlət Universitetindən tutularaq ona ödənilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hamamın vəziyyətinə onun cavabdeh olması, bəzən gec saatlaradək suqızdırıcıların işləməsi və hamam otağından səslər gəlməsi, işıq yanması, hadisə günü də gec saatlaradək hamam otağının işləməsi ilə bağlı verdiyi məlumata etiraz edərək belə bir halların olmadığını, yalnız istisna hallarda yataqxanada yaşayan universitetin əməkdaşlarına belə bir şərait yaratmasını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1984-cü ildən Bakı şəhər 8 saylı TTY stansiyasında böyük anestezioloji reanimasiya briqadasının həkimi işləyir. 20 noyabr 2019-cu il tarixdə saat 20:00-dan səhər saat 08:00-a qədər tibb bacısı işləyən həyat yoldaşı Xanımnənə Cəfərova ilə birlikdə növbədə olmuşdur. 20.11.2019-cu il tarixdən 21.11.2019-cu il tarixə keçən gecə, saat təxminən 00:30 radələrində Bakı şəhər TTY stansiyasına zəng olunaraq, Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında yerləşən ünvan 9si barədə məlumat verilmiş, həmin məlumat əsasında dərhal həyat yoldaşı, tibb bacısı Xanımnənə ilə birlikdə TTY avtomaşını ilə qeyd olunan ünvana getmişlər. Yataqxananın 2-ci mərtəbəsində xəstələr olan otağa girdikdə orada bir qızın açıq pəncərə önündə hava aldığını, digər qızın oturduğunu, o birisinin isə uzandığını görmüşdür. Bu zaman otağa qonşu otaqda qalan, adını bilmədiyi digər qız da gəlmişdir. Onlardan nə olduğunu, hansı səbəbdən “103”-ə zəng etdiklərini soruşduqda onlar kəskin baş ağrıları olması səbəbindən zəng etdiklərini bildirmişlər. Həmin qızlardan Şəkər 2 gündür ki, onda baş ağrıları olduğunu, “Aksent-Forte” dərmanı içdiyini demişdir. Onlardan məlumatın hansı səbəbdən zəhərlənmə kimi verildiyinin səbəbini soruşduqda hər üçü TTY-a zəng edən zaman onlardan nə yedikləri soruşulduğunu və ola bilsin bu səbəbdən məlumatın zəhərlənmə kimi qeydə alındığını bildirmişlər. Onlardan hansı qidanı qəbul etdiklərini soruşduqda həmin gün axşam saat 21 radələrində zeytun yağında kartof qızartdıqlarını və onu qatıqla qarışdırıb yediklərini və daha sonra isə mandarin də yediklərini və bundan yarım saat sonra baş ağrılarının olduğunu bildirmişlər. Hansı səbəbdən kartof qızartmasını qatıq qatıb yediklərini soruşduqda onlar tələbə olduqlarını və demək olar ki, həmişə yeməyi bu cür yediklərini demişlər. Qızlar həmin qatıqdan dünən də yediklərini demişlər. Onlarla söhbət zamanı aydın olmuşdur ki, heç birində qusma, ürək bulanması, bayıra çıxma (ishal) və hərarət olmamışdır. Hər üç qızın qan təzyiqini yoxlayan zaman ikisində 120/80, Dilrubə adlı qızda isə 110/70 olmuşdur. Onların qarın nahiyələrini yoxlamış və heç birində hər hansı bir ağrı və ya şişkinlik aşkar olunmamış, bununla bağlı hər hansı şikayətlərinin olmadığını demişlər. Həmçinin qızlardan Həmidə və Dilrubə hamamda çimdiklərini bildirdikləri üçün onların dəm qazından zəhərlənmə ehtimallarını yoxlamaq məqsədilə çimdikləri hamama da baxış keçirmiş və hamamda dəm qazı iyinin olmadığını müəyyən etmişdir. Orada olan zaman qızlar həmçinin bir müddət əvvəl “valerian ekstratı” qəbul etdiklərini də demişlər. Stolun üstündə salfetkanın üzərində 02 ədəd sarı rəngdə həb görmüş, qızlar həmin həblərə işarə edərək onlardan qəbul etdiklərini bildirmişlər. Onlar baş ağrısına qarşı dərman istəmişlər. Onlara təkidlə xəstəxanaya getməyin lazım olduğunu bildirsə də, qəti şəkildə xəstəxanaya getməkdən imtina etmişlər. Bu barədə X59 İdarəsində növbədə olan böyük həkimə məlumat vermiş, hər üç qıza baş ağrısına görə 2 ml həcmdə olmaqla analgini, 1 ml dimidrol məhluluna qarışdırmaqla iynə vurmuşdur. Orada təxminən 1,5-2 saata yaxın müddətdə qalmışdır. Saat 02 radələrində oradan çıxıb işə qayıtmışdır. Həmin qızlardan biri sentyabr ayında qan laxtalanmasına, baş gicəllənməsinə görə “ozon terapiyası” qəbul etdiyini və sonradan səhhətində yaxşılaşma olduğunu demişdir. İçəri girən zaman qızlardan biri pəncərə önündə hava alır, digər ikisi isə öz çarpayılarında uzanmışlar. Ancaq onların vəziyyətləri normal olmaqla, huşları özlərində olmuşdur. Onlarda qusma, ishal halı və digər kliniki əlamətlər olmamışdır. Növbədə olduqları vaxt həmin ünvandan onlara ancaq bir çağırış gəlmişdir. Ondan qabaq TTY stansiyasına qeyd olunan ünvandan hər hansı çağırışın gəlib-gəlməməsi barədə hər hansı bir məlumatı yoxdur. Onlara dərman preparatları, tibbi avadanlıqlar olan sumka işlədiyi tibb müəssisəsində ambulator dərman təchizatı otağının işçiləri tərəfindən müvafiq qaydada yığılmaqla verilir. Yəni müvafiq dərmanlar və digər zəruri ilkin tibbi yardım ləvazimatlarını növbədə olan tibb bacıları sumkaya yığıb onlara verirmişlər. Həmin gün də onlarla eyni vaxtda növbədə olmaqla qeyd etdiyi işi görən tibb bacısı Viktoriya Nəcəfova olmuşdur. X59 Stansiyasında dərman təchizatı ilə məşğul olan böyük feldşer Sevinc xanımdır. O müəyyən vaxtlarda X59 İdarəsinə gedib oradan dərmanları götürür və həmin dərmanlar və digər zəruri ilkin tibbi yardım ləvazimatları müvafiq ambulator dərman təchizatı otaqlarında olan tibb bacılarına paylanılır. Qeyd olunan məhlulların hansısa MDB ölkəsi istehsalı olduğunu bilir, ancaq həmin məhlulların istehsal tarixləri və istifadəyə yararlılıq müddəti barədə hər hansı bir məlumatı yoxdur. Ümumiyyətlə onlara verilən dərman preparatları daima yenilənir və orada köhnə, yararlılıq müddətləri keçmiş dərmanların olması mümkün deyil. X43 Qeydiyyat Vərəqində qeydlər onun tərəfindən aparılmışdır. Qızlar qəti olaraq xəstəxanaya getməkdən və orada qalmaqdan imtina etdikləri üçün onları xəstəxanaya apara bilməmişlər. Onlar zəhərlənmədiklərini, sadəcə olaraq baş ağrılarının olduğunu demişlər. Onları anamnezində hansısa konservləşdirilmiş qida qəbul etmələri barədə məlumat olarsa məcburi qaydada xəstəxanaya apara bilərdilər. Xəstə tibb müəssisəsinə getməkdən imtina etdikdə onların adından bu barədə iltizam alırmışlar. Xəstənin tibb müəssisəsinə getməsi üçün isə hər hansı məcburiyyət tədbiri tətbiq olunmur. Xəstənin anamnezi təmiz olduğundan, yəni zəhərlənmə əlamətləri müəyyən edilmədiyindən yuxarıda qeyd olunan məzmunda iltizamın alınması zərurəti görməmişdir. Şahid4 həmçinin ifadəsində qeyd etmişdir ki, o, qızları müayinə etdikdən sonra qida zəhərlənməsi faktını tamamilə inkar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2013-cü ildən Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında gözətçi işləyir. İş rejimi növbəli şəkildədir. 24 saat işdə, 48 saat evdə olur. İşi səhər saat 08:00-dan başlayır. X28, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Bakı Dövlət Universitetinin tələbələridir, onlar yataqxananın 2-ci mərtəbəsində 15 nömrəli otaqda yaşamışlar. Onlar normal, tərbiyəli qızlar olmuş, hər hansı artıq-əskik hərəkətlərini müşahidə etməmişdir. Dilrubə bir neçə müddətdir ki, orada yaşamamışdır. 20.11.2019-cu il vaxtını dəqiq xatırlamadığı vaxtda Dilrubə yataqxanaya gəlmişdir. Həmin gün axşam saat 01 radələrində yataqxananın ərazisini yoxlamaq üçün əraziyə çıxmışdır. Bu zaman dərs oxumaq üçün nəzərdə tutulmuş otaqda olan Elvin adlı tələbə ona zəng edərək bildirmişdir ki, qızlar X59 çağırmış, həkimləri qarşılamaq lazımdır. O yataqxananın həyətyanı sahəsinin giriş darvazasında gözləmiş və 10-15 dəqiqədən sonra X59 avtomobili gəlmişdir. Həkimləri qarşılayıb, 2-ci mərtəbəyə aparmışdır. Orada ona məlum olmuşdur ki, 15 nömrəli otaqda yaşayan Şəkər, Dilrubə və Həmidə özlərini narahat hiss etdikləri üçün X52 müraciət etmişlər. Həmin vaxt Tofiqə adlı tələbə də orada olmuşdur. Təxminən 30-40 dəqiqədən sonra həkim otaqdan çıxaraq qızların xəstəxanaya getməli olduqlarını bildirmişdir. Otaqda olanda həkim qızlardan nə yediklərini soruşmuş, onlar da zeytun yağında qızardılmış kartof və qatıq yedikdən sonra da mandarin yediklərini bildirmişlər. Həkimdən onlara nə olduğunu soruşanda o, qızların yüngül baş ağrısı olduğunu, təzyiqlərinin normal olduğunu, “qusma” və “panos” əlamətlərinin olmadığını, zəhərlənmədən şübhələnmədiyini bildirmişdir. Hətta həkim dəm qazı zəhərlənməsi olub-olmaması məsələsinə görə yataqxananın birinci mərtəbəsində yerləşən hamam otağına da baxmışdır. Daha sonra yuxarı qalxıb qızların otağına girmişdir. Dilrubə paltarını və ayaqqabısını geyinib dəhlizə çıxmış, lakin Həmidə və Şəkər yerlərində oturmuşlar, sonra Dilrubə də fikrini dəyişərək xəstəxanaya getmək istəmədiyini bildirmişdir. Hətta həkimlər bir neçə dəfə Şəkər, Dilrubə və Həmidəyə xəstəxanaya getmək lazım olduğunu bildirsə də, onlar gecə vaxtı oradan necə qayıdacaqlarını, bir az başlarının ağrıdığını, həkim onlara dərman versə, başlarının ağrısı kəssə rahatlaşacaqlarını demişlər. Onlara maddi köməklik edə biləcəyini və taksi ilə qayıtmaları üçün pul verə biləcəyini də bildirmişdir. Lakin onların hər üçü getmək istəmədiklərini bildirmişlər. Tofiqəyə də yaxınlaşıb, əgər pula görə getmirlərsə onlara köməklik edə biləcəyini bildirmişdir. Tofiqə isə bildirmişdir ki, bu barədə özləri daha yaxşı bilərlər. Həkim onlara iynə vurduqdan sonra da bir müddət gözləmiş, onların qeydiyyatlarını aparmışdır. Şəkər, Dilrubə və Həmidənin xəstəxanaya getmək istəmədikləri səbəbindən həkimlər özləri çıxıb getmişlər. O da həkimlərin çantasını götürərək aparıb yola salmışdır. Bir müddət sonra geri qayıdıb qızlara baş çəkmək üçün onların mərtəbəsinə qalxıb qapılarını döymüşdür. Həmidə əlində stəkan çölə çıxmış və su içməyə gedəcəyini bildirmişdir. Həmin vaxt qapıdan görmüşdür ki, Dilrubə və Şəkər yerlərində uzanmışlar. Həmidəyə nə lazım olsa ona demələrini xahiş etmiş və digər qızların vəziyyətini soruşmuşdur. Həmidə də heç nə lazım olmadığını, qızların yatıb dincəldiklərini, baş ağrısı keçdikdən sonra yaxşı olacağını bildirmişdir. Bundan sonra həmin qızlardan xəbəri olmamışdır. Səhər saat 08:00-da növbəni İslam adlı digər gözətçiyə təhvil verib evə getmişdir. Sonradan eşitmişdir ki, Şəkər, Dilrubə və Həmidə nədənsə zəhərlənmişlər, həmin qızlardan Şəkər vəfat etmiş, Dilrubə və Həmidə X42 Toksikologiya şöbəsinə yerləşdirilmişlər. X28, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ancaq başlarının ağrıdığını deyir və həkimə də baş ağrısının kəsməsi üçün dərman versə rahatlaşaçaqlarını demişlər. Lakin onlar həmin vaxt normal danışıb, gülür, o qədər də pis vəziyyətdə olmamışlar. Qızlara maddi cəhətdən köməklik edə biləcəyini desə də, onlar razı olmamış və xəstəxanaya getməmişdirlər. Həkim otaqdan çıxaraq qızların xəstəxanaya getməli olduqlarını bildirsə də qızlar özləri getmək istəməmişlər. Həkimlər qızların otağında olarkən BDU-nun 2 saylı yataqxanasının komendantı Təqsirləndirilən şəxs zəng edərək qızların halının pis olduğunu, X59 çağırdıqlarını, ola bilsin ki, qızların xəstəxanaya aparılacaqlarını demişdir. Pərvaz ona nə lazımdırsa köməklik etməyi demişdir. Lakin qızlar həkimlərlə xəstəxanaya getmək istəməmişlər. Səhər işdən evə gedərkən Pərvaz yataqxanadakı vəziyyətlə bağlı soruşmuş, o da, hər hansı hadisənin baş vermədiyini demiş və evə getmişdir. Qızların ailələrinə hər hansı məlumat verməmiş, həkimlər getdikdən sonra da qızlar oyaq olmuşlar. X59 həkimləri saat 01 radələrində gəlmişlər, X52 qızlar özləri məlumat vermişlər, lakin konkret olaraq hansının məlumat verməsini bilmir. BDU-nun 2 saylı tələbə yataqxanası köhnə binadır, təmiri yaxşı deyil, təmiri köhnə vaxtdan qalıb. Sanitar qovşaqları təmirsizdir. Otaqlar da təmirsizdir, lakin tələbələrin yaşamaq üçün şəraitləri var. Köhnə olsa da otaqlarda stol, stul, çarpayılar var. Lakin sanitar qovşağında, otaqlarda hər hansı əşya, kran, detal xarab olduqda, ya özləri, ya da usta çağırıb təmir etdirirlər. Yataqxanada əsaslı təmir olmamışdır, bəzi vaxtlarda üzdən rəngləmə və ya digər yüngül kosmetik işlər görülmüşdür. Dərslər bitəndən sonra yataqxanada tələbə olmayan vaxtlarda yataqxananın komendantı Təqsirləndirilən şəxs təşəbbüsü ilə yataqxana həşəratlara qarşı dərmanlanır, lakin konkret olaraq hansı müəssisə tərəfindən və kimin tərəfindən dərmanlanmasını bilmir. Yataqxanannın istilik sistemi yoxdur, tələbələr otaqları elektrik qızdırıcısı ilə qızdırırlar. Yataqxananın hər dəhlizinin iki tərəfində pəncərələr var. Yataqxananın ümumi tipli yeməkxanası yoxdur, hər mərtəbədə iki mətbəx var. Tələbələr yeməklərini həmin mətbəxdə bişirib öz otaqlarında yeyirlər. Yataqxananın hər mərtəbəsində iki tualet, qab və ya digər əşyaların yuyulması üçün iki su yeri var. Yataqxananın bir hamam otağı var, yuyunmaq üçün ayrı-ayrı üç yer var. Qızların və oğlanların yuyunmaq üçün ayrı günləri var. Hamamda su 3 ədəd qazla işləyən su qızdırıcısı “pitiminutka” ilə qızdırılır. Suqızdırıcıların boruları pəncərədən çölə çıxarılmışdır. Hamamda 2, 4 və 6-cı günlər oğlanlar, 3, 5 və bazar günləri isə qızlar çimirlər. Bazar günləri saat 10:00-dan, həftə içi günlər isə saat 14 radələrindən etibarən hamamdan istifadəyə icazə verilir və saat 23 radələrinə qədər hamamdan istifadə başa çatır. Hamam otağının əsas giriş hissəsində əvvəllər qazla işləyən həcmli su qızdırıcısı var idi. Lakin 2019-cu ilin aprel ayında Universitet tərəfindən ayrılmış vəsait hesabına komendant Təqsirləndirilən şəxs tərəfindən iki ədəd 32 litrlik qazla işləyən axar su qızdırıcısı alınmış və Universitetin fəhlələri tərəfindən hamama quraşdırılmışdır. Həmin vaxtdan etibarən yataqxanada hamamın suyu iki ədəd qazla işləyən axar su qızdırıcısı ilə qızdırılmışdır. Bu müddət ərzində hamamda heç bir hadisə qeydə alınmamışdır. Növbətçiliyi olan günlərdə axar su qızdırıcısı quraşdırılan zaman ərazi üzrə qaz idarəsindən mütəxəssislər dəvət edilməsini və qaz idarəsinin əməkdaşları tərəfindən yataqxananın hamam otağına baxış keçirilməsini görməmişdir. İşlədiyi müddətdə yataqxanada dəm qazından zəhərlənmə hadisəsi qeydə alınmamışdır. Hamam otağının pəncərəsinin şüşəsi olmadığına görə ora daima havalanırmış. Bundan əlavə, hamam otağının daima havalanması üçün su qızdırıcıları işləyən zaman hamamın giriş qapısı açıq saxlanılırdı. Hamamın açarı həmişə gözətçi otağında olur və onlar tərəfindən hamam açılır və sonda bağlanılır. Hamam onun tərəfindən açılan zaman qapı daima açıq olur. Hamam otağının qarşısında kiçik daş vardır. Hər zaman qapını açdıqdan sonra həmin daşı qapının ağzına qoyur ki, qapı bağlanmasın. 20 noyabr 2019-cu il tarixdə hamam saat 22:30 radələrinə qədər işləmişdir. Bundan sonra hamamı bağlamışdır. Ümumiyyətlə hamam hər gün saat 23 radələrinə qədər işləyir. Saat 23 radələrinə qədər hamamdan istifadə başa çatır. Şahid1 əlavə olaraq bildirmişdir ki, suqızdırıcının temperaturuna sakinlər müdaxilə edərək azaldıb-çoxalda bilirlər, bəzən olur ki, çox yüksək temperatura qaldırılanda cihazın orta hissəsi hissdən qaralırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2003-cü ilin avqust ayından Bakı Dövlət Universitetinin Təsərrüfat şöbəsində fəhlə vəzifəsində işləyir. Eyni zamanda Universitetdə və yataqxanada santexnika işlərini də görür. 2019-cu ilin aprel ayında yataqxananın komendantı Təqsirləndirilən şəxs ona müraciət edərək iki ədəd 32 litrlik qazla işləyən axımlı su qızdırıcısını hamamda quraşdırmaq lazım olduğunu demişdir. Pərvaz bəzi vaxtlarda yataqxanada olan santexnik işləri ilə bağlı onu çağırıb iş gördürmüşdür. Universitetdə onunla birlikdə santexnik işləyən Şahid3la birlikdə Təqsirləndirilən şəxs onlara verdiyi iki ədəd 32 litrlik qazla işləyən axar su qızdırıcısını sonuncunun nəzarəti altında yataqxananın hamamında ümumi sahədə quraşdırmışlar. Su qızdırıcılarının quraşdırıldığı sahədə əvvəlcədən çəkilmiş qaz xətləri və tüstü boruları olmuşdur. Pərvazın göstərişinə əsasən onlar su qızdırıcılarını elə həmin sahəyə quraşdırmışlar və tüstü borularını Pərvazın göstərdiyi, əvvəlcədən orada olan metal borulara birləşdirmişlər. Bundan sonra su qızdırıcıları işə salınmış və hər iki su qızdırıcısının normal qaydada işlədiyi, hər hansı qaz və ya tüstü sızmasının olmadığı müəyyən edilmişdir. Həmin vaxtdan hazıradək su qızdırıcılarının işləməsində hər hansı problemin yaranması ilə bağlı ona müraciət olunmamışdır. Su qızdırıcısı quraşdırılan zaman ərazi üzrə qaz idarəsindən mütəxəssislər dəvət edilməmişdir. Yataqxananın hamamında qazla işləyən axar su qızdırıcısı quraşdırıldıqdan etibarən ərazi üzrə qaz idarəsinin əməkdaşları tərəfindən yataqxananın hamam otağına baxış keçirilibkeçirilməməsi barədə məlumatı yoxdur. Hazırkı vaxtadək yataqxanada dəm qazından zəhərlənmə hadisəsi qeydə alınmamışdır. Hamam otağının pəncərəsinin şüşəsi olmadığına görə ora daima havalanmışdır. Hamam otağının daima havalanması üçün su qızdırıcıları işləyən zaman hamamın giriş qapısı açıq saxlanılmışdır. Hamamla yataqxananın ikinci mərtəbəsində yerləşən 15 saylı otağın arasında qalın beton panellər və divar vardır. Oradan 15 saylı otağa dəm qazının necə sızmasını bilməmişdir. Ola bilsin ki, onlar su qızdırıcılarını quraşdırdıqdan sonra borular işləndikcə yararsız hala düşmüşdür və yeri dəyişdirilərək bacaların ucu aşağı düşmüş və dəm qazı sızmışdır. Lakin onlar su qızdırıcılarını quraşdırdıqda su qızdırıcılarının tüstüçıxanına bağlanmış borular təzə olmuşdur. Sonradan həmin boruların dəyişdirilməsi ilə bağlı ona müraciət olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, 2017-ci ilin sentyabr ayından Bakı Dövlət Universtetinin 2 saylı yataqxanasının 20 nömrəli otağında yaşayır. Eyni yataqxananın 15 nömrəli otağında Şəkər, Həmidə və Dilrubə adlı qızlar yaşayırdılar. 20 noyabr 2019-cu il tarixdə saat 23:00 radələrində Həmidə ilə Şəkərin ayaqyolundakı pəncərənin qarşısında hava aldıqlarını görmüşdür. Hal-əhval tutduqda isə ona özlərini pis hiss etdiklərini, Həmidənin isə ürəyinin çırpındığını bildirmişlər. Daha sonra o, öz otağına qayıtmış, təxminən 5-10 dəqiqə sonra Mətanət və Jalə adlı tələbələrlə yenidən Həmidəgilin vəziyyəti ilə maraqlanmaq üçün onların otağına getmişdir. Həmin vaxt Şəkər, Həmidə və Dilrubənin vəziyyətlərinin getdikdə pis olmasını müşahidə etmişdir. Onların hər üçü baş ağrılarının və ürək döyüntülərinin yüksək olmasından şikayətlənmişlər. Həmin gecə saat 00:00 radələrində Şəkər ona sms yazaraq otaqlarına çağırmışdır. O, dərhal otağa getmiş və onların hər üçünün halsız vəziyyətdə uzandıqlarını görmüşdür. Bundan sonra Dilrubə X52 zəng etmiş və 15 dəqiqə ərzində həkimlər gələrək qızların hər üçünün təzyiqini ölçmüşlər. Həkim onların təzyiqlərinin normal olduğunu bildirmişdir. Həkim qızlardan nə yemələrini soruşduqda onlar axşam yeməyində qızardılmış kartof və qatıq yediklərini, bundan sonra daha da özlərini pis hiss etdiklərini həkimə bildirmişlər. Həmin vaxt həkim qızlara onlarla birlikdə xəstəxanaya getməyi tövsiyyə etsə də, qızlar xəstəxanaya getməyə razılaşmamışlar. Qızlardan yalnız Dilrubə əvvəlcə xəstəxanaya getməyə razılaşsa da, sonradan o da xəstəxanaya getməkdən imtina etmişdir. Bundan sonra həkim qızlara ağrıkəsici iynə vurub, təxminən 10 dəqiqə gözləmiş, ağrılarının olmadığnı müəyyən etdikdən sonra çıxıb getmişdir. Qızlara iynə vurulduqdan sonra yatmağa hazırlaşdıqlarına görə saat 02:20 radələrində öz otağına qalxmışdır. Növbəti gün saat 12:00 radələrində qızların vəziyyəti ilə maraqlanmaq üçün onların otaqlarına getmiş və həmin vaxt qızların üçünün də huşsuz vəziyyətdə yataqlarında uzandıqlarını görmüşdür. O, Şəkəri oyatmaq istədikdə onun ağzından və burnundan köpük gəldiyini görmüşdür, Şəkərin ağzından gəlmiş qan isə onun yatağına bulaşmışdır. Digər qızlar Dilrubə və Həmidəni oyatmaq istədikdə onların da ağzından köpük gəldiyini görmüşdür. O, dərhal bu barədə nəzarətçilərə məlumat verib X59 çağırmışdır. Bundan sonra gələn həkimlər Şəkərin nəbzinin vurmadığını demiş, digər qızlara isə ilkin tibbi yardım göstərərək onları xəstəxanaya aparmışlar. X12 əlavə olaraq bildirmişdir ki, Şəkər hadisədən əvvəl baş ağrılarından şikayət etmiş və hətta çəkdirdikləri şəkillərin birində onun başında örtükdən çalma olmuşdur. Bundan başqa hamam otağında olan su qızdırıcı Şəkərgilin qaldığı otağın alt hissəsinə düşür. Lakin o, su qızdırıcıdan istifadə etdiyi müddətdə nasazlıq aşkar etməmiş, suyun dərəcəsinin müdaxilə edilməklə tənzimlənməsi mümkün olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, 2017-ci ildə Bakı Dövlət Universitetinin Mexaniki riyaziyyat fakültəsinə qəbul olmuş, hazırda 4-cü kurs tələbəsidir. X28, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tələbə yataqxanasından tanımışdır. O, əsasən Dilrubə ilə dostluq etmiş və mehriban münasibətləri yaranmışdır. Onlar yataqxananın 2-ci mərtəbəsinin 15 nömrəli otağında, o, isə 23 nömrəli otaqda yaşamışdır. 20.11.2019-cu il tarixdə saat 18 radələrində o, yataqxanada olanda Dilrubə ona yataqxanaya gələcəyi barədə məlumat vermişdir. O, Dilrubəni 1 ay əvvəl əmisigilə köçdüyünə görə uzun müddət görməmişdir. Həmin gün saat 19 radələrində o, yataqxananın hamamına yuyunmaq üçün enmiş, təxminən saat 20 radələrində hamamdan çıxıb otağa gedərkən Şəkər və Həmidənin yuyunmaq üçün hamamın qarşısında növbə gözlədiklərini görmüşdür. Daha sonra 2-ci mərtəbənin dəhlizində Dilrubə ilə rastlaşıb onların otağına keçmişdir. Bu vaxt Dilrubə kartofları doğrayıb zeytun yağında qızartmaq üçün mətbəxə keçmişdir. Bu müddət ərzində Dilrubə yeməyə baxmaq üçün mətbəxə gedib-qayıtmışdır. Həmidə və Şəkər gəldikdən sonra onlar birlikdə kartofu yeməyə başlamışlar, o, həmin yeməkdən bir qədər götürüb yemişdir. Yemək yeyib qurtardıqdan sonra bir qədər mandarin və alma yemişlər. Orda olduğu müddətdə qızların digər ərzaq məhsulu yemələrini görməmişdir. Saat təxminən 22 radələrində onların otağından çıxıb öz otağına qayıtmışdır. 21.11.2019-cu il tarixdə saat 10 radələrində dərsə getmiş, saat 14 radələrində dərsdən yataqxanaya qayıtdıqda eşidib bilmişdir ki, Dilrubə, Həmidə və Şəkəri zəhərləndikləri üçün xəstəxanaya aparıblar, Şəkər isə vəfat edib. Lakin onun axşam həkim çağırılmasından məlumatı olmamışdır. X25 həmçinin bildirmişdir ki, o, təxminən 40 dəqiqə qızlarla birlikdə olmuş və bu müddət ərzində onların özlərini pis hiss etmələrini müşahidə etməmişdir. Eləcə də onlarla eyni qidanı qəbul etməsinə baxmayaraq onun səhhətində hər hansı narahatçılıq olmamış, otaqda olarkən qaz və ya hər hansı diqqət cəlb edən qoxu hiss etməmiş, qızların suşi və ya digər qida qəbul etmələrini görməmişdir. Həmin vaxt pəncərə bir qədər açıq olsa da Şəkər başı ağrıdığından bağlamalarını xahiş etmişdir. Bundan başqa Şəkərin adətən baş ağrılarından şikayət etməsini və buna görə çalma ilə başını bağlamasını görmüşdür. Eyni zamanda yataqxana qaydalarına görə hamam saat 23:00 radələrinədək işləmiş, zəruri hallarda isə komendant Təqsirləndirilən şəxs icazə almaqla uzun müddət işləməsini təmin etmək mümkün olmuşdur. Lakin hamam işlədiyi zamanlarda qapının açıq olubolmamasına diqqət etmədiyindən bu haqda məlumatı yoxdur. Hamam otağından istifadə ilə bağlı qızlar arasında növbətçilik cədvəli olsa da, sonuncu olaraq həmin gün hamama kimin daxil olmasını bilmir. Məhkəmə Təqsirləndirilən şəxs, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisini, zərərçəkmiş şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 21 noyabr 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri, Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti, 36 ünvanında yerləşən ünvan 7n 15 saylı otağıdır. Otağın giriş qapısının hündürlüyü 2.10 sm, eni 80 sm-dir. Qapı ağ rəngli olmaqla taxta materialdandır. İçəri daxil olduqda otağın hündürlüyü 2.40 sm, eni 3 metr, uzunluğu isə 4 metrdir. Otağın giriş qapısından üzbəüz məsafədə mərkəzdə yerləşən bir ədəd 3 gözlü, dayaq hissələri taxta materialdan olmaqla uzunluğu 1.30 sm, eni 1.20 sm olan pəncərə vardır. Pəncərənin qarşısı ağ rəngli parça ilə örtülmüşdür. Otaqda olan əşyaların nizamsız qaydada düzüldüyü müşahidə olunur. Otaqdan içəri daxil olduqda sol tərəfdə açıq sarı rəngli taxta materialdan ibarət, hündürlüyü 1.90 sm, eni 1.10 sm olan dolab vardır. Dolabın içərisində geyim əşyaları vardır. Bundan başqa, dolabın yanında taxta materialdan olan 1 metr hündürlükdə stol vardır. Stolun üzərindəki məişət avadanlıqları, eyni zamanda içərisində su ilə qarışdırılmış limon, zəncəfil və darçın hissələri olan 03 ədəd plastik butulka, 3 ədəd şpris, analgin və dimidrol dərman preparatlarının işlənmiş flakonları və 02 ədəd valerian tabletləri və istifadə olunmuş kağız dəsmallar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Dolabın sol küncündə içərisində ərzaq tullantıları (kəsilmiş kartof hissələri, mandalin qabıqları, üzərində bigbon sözləri yazılmış qurudulmuş makaron paketi) olan bir ədəd sellofan müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Stolun yanında bir ədəd dəmir materialdan ibarət stul vardır. Otağa giriş hissədə sağ tərəfdə divara sıxlaşdırılmış formada bir ədəd tünd sarı rəngli dolab vardır. Dolabın içərisində müxtəlif məişət əşyaları və ərzaq məhsulları olmuşdur. İş materiallarında olan 03 fevral 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən müəyyən edilir ki, baxış keçirilən yer Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında yerləşən ünvan 10əşən hamam otağının giriş sahəsidir. Binaya həyətdən daxil olub dəhliz ilə sağ tərəfə 12 metr irəlilədikdə qeyd olunan hamam otağına giriş yeridir. Hamam otağına giriş qapısı plastik materialdan və lambrin lövhələrdən hazırlanmışdır, eni 60 sm, hündürlüyü 190 sm təşkil edir. Qapı çölə doğru açılır. 3 ədəd həncama üzərində asılı olub asma qıfıl ilə bağlıdır. Hamama daxil olduqda planda düzbucaqlı meydança vardır. Eni 1,60 metr, uzunluğu 1,90 metr, hündürlüyü isə 2,35 metr təşkil edir. Həmin meydançada sol tərəfdə keçid boşluğu vardır. Keçid boşluğunun hündürlüyü 2,00 metr, eni isə 0,60 metr olub qapısı yoxdur. Keçid boşluğundan hamam otağına aparan səhə vardır. Həmin sahənin eni 2,60 metr, uzunluğu 4,60 metr, hündürlüyü isə 2,35 metr təşkil edir. Göstərilən sahədə uzaq sol küncdə döşəmədən 1,20 metr hündürlükdə 2 ədəd axar su qızdırıcısı vardır, su qızdırıcılarının aşağı hissəsindən onlara elastik borular ilə qaz və su xətləri birləşir. Hamam otağına qaz və su xətləri çöldən 0,5 düyümlük polad boru ilə çəkilmiş və polad borunun sonluğuna budaqlanma verilməklə axar su qızdırıcılarına elastik borularla qaz xətti birləşdirilmişdir. Su qızdırıcılarının ön səthi üzərində “NUR SU 32“ sözləri yazılmışdır. Baxış zamanı müəyyən edildi ki, su qızdırıcılarının hər ikisinin idarəedici əyləcləri yerindədir. Su qızdırıcıları işlək vəziyyətdədir. Belə ki, hamam otağında isti su xətti açılan zaman su qızdırıcılarının odluğunda yanma başlayır. Su qızdırıcılarının hər ikisinin üzərində olan tüstüçıxanına büzməli elastik düral materialdan hazırlanmış borular keçirilmişdir. O cümlədən girişdən baxdıqda sayca birinci su qızdırıcısının tüstüçıxanına keçirilmiş boru maili olaraq 80 sm üfüqi istiqamətdə aparılmaqla digər sonluğu diametrcə az olan, yəni 7 sm-lik polad boruya keçirilmiş, həmin polad boru isə yenə də maili aşağı istiqamətdə pəncərədən çıxarılaraq 250 sm təşkil edir. Sayca birinci su qızdırıcısının tüstüçıxanına keçirilmiş elastik borunun diametri 11 sm təşkil edir. Həmin tüstü borusunun üzərində 7 ədəd 5-20 mm ölçüdə qeyrimüəyyən formada deşiklər vardır. İkinci su qızdırıcısının üzərində də eyni olaraq büzməli elastik düral materialdan olan boru keçirilmiş və 40 sm hündürlüyə qaldırılandan sonra fırladılıb 40 sm aşağıya endirilmiş və eyni olaraq sonluğu pəncərədən çölə çıxarılmış 11 sm diametrli polad boru ilə əlaqələndirilmişdir. Tüstü bacaları su qızdırıcılarının üzərindəki tüstü çıxanına tam keçirilməmişdir. Yəni əl ilə hərəkət etdirildikdə asanlıqla yerindən çıxırlar. Göstərilən hamam otağının giriş sahəsinin üst proyeksiyasında, yəni binanın ikinci mərtəbəsində tələbələrin yataq otağı yerləşir. Hamam otağı ilə üst mərtəbədəki yataq otağının mərtəbələrarası örtüyü dəmir beton panellərdən quraşdırılmışdır. Öyrənilən sahə qeyri-kafi təmirlidir. O cümlədən otaqda olan komunikasiya boruları nizamsız vəziyyətdədir. Döşəmənin kafeli tam deyildir. Tavanı təşkil edən iki panel arasında ara yer müşahidə edilir. Öyrənilən sahənin üstündəki yaşayış otağı 15 saylı otaqdır. Həmin otaq 21.11.2019-cu il tarixdə zəhərlənmə hadisəsinin baş verdiyi otaqdır. Yataqxananın ikinci mərtəbəsinə qalxdıqda 15 saylı otaq planda düzbucaqlı formada olmaqla otağın hündürlüyü 2.40 sm, eni 3 metr, uzunluğu isə 4 metr təşkil edir. Otaqda ümumi nizam pozulmuş vəziyyətdədir. O cümlədən döşəmə üzərində üç ədəd dəmir çarpayı, bir ədəd şkaf, iki ədəd stol vardır. Otağın girişi ilə üzbəüz bir ədəd pəncərə vardır. Pəncərənin uzunluğu 1.30 sm, eni 1.20 sm təşkil edir. Otağın sol divarının uzaq sol küncündə, eləcə də həmin küncdən 110 sm məsafədə sol divarın döşəməsinə təmas yerinə yaxın 1,8x7 sm ölçüdə boşluq (çat) vardır. İş materiallarında olan 03 fevral 2020-ci il tarixli istintaq eksperimentinin aparılması haqqında protokoldan və fotoşəkillərdən müəyyən edilir ki, istintaq eksperimentinin keçirildiyi Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında yerləşən hamam otağında su qızdırıcılarının quraşdırıldığı sahədə su qızdırıcılarının işlək vəziyyətində havanın tərkibini öyrənmək məqsədi ilə əvvəlcə su qızdırıcıları işlək vəziyyətə salınmışdır. Hamam otağının dəhlizdən açılan qapısı bağlanılmış. Hamam otağında su qızdırıcılarının olduğu sahədə olan pəncərənin isə bir layı sınmış vəziyyətdə olduğundan qeyd olunan ərazidən otağın havalanması davam edir. Su qızdırıcıları yandırıldıqdan sonra qapı bağlı vəziyyətdə 1 saat gözlədikdən sonra qeyd olunan sahədə Respublika Gigiyena və Epidemialogiya Mərkəzinin Kommunal Laboratoriyasının feldşer laborantı X18 tərəfindən təqdim edilmiş “REED CO-180” markalı havada carbon monoksid (dəm qazı) miqdarını ölçən cihaz vasitəsi ilə hamam otağında dəm qazının olub-olmaması yoxlanıldı. İstintaq eksperimenti keçirilməzdən əvvəl cihazın işlək vəziyyətdə olub-olmamasını yoxlamaq məqsədi ilə yataqxananın mətbəx otağında quraşdırılmış dördgözlü qaz pilitəsinin bir gözü yandırıldı. Detektor cihazı qazın üzərinə doğru gətirilən kimi cihazdan xarakterik siqnal səsi gəlməklə cihazın siferblatında (ekranında) getdikcə çoxalan rəqəmlər yarandığı, cihazı qazın üzərindən götürdükdə isə həmin rəqəmlərin sürətlə sıfıra dorğu azaldığı müşahidə edildi. Daha sonra saat 19:40-da hamam otağının qapısı komendant Təqsirləndirilən şəxs tərəfindən açıldı. Hamam otağının giriş sahəsi, yəni su qızdırıcılarının işlədiyi otaqda “REED CO-180” markalı havada carbon monoksid (dəm qazı) miqdarını ölçən cihazla yoxlanıldıqda otağın döşəmə və orta səviyyələrində adam boyu hündürlükdə detektorun reaksiyası aşkar edilmədi. Lakin cihazı otağın tavanına yaxın səviyyəyə qaldırdıqda detektor xarakterik siqnal verdikdə siferblatındakı rəqəmlər 272-yə qədər qalxdı. Həmin ölçü detektoru su qızdırıcılarına yaxın, tüstüçıxanın yaxın hissəsində aşkar edildi. Hamam otağının giriş sahəsinin qapısını açdıqda hiss olunan dərəcədə hava hərəkəti yarandı və detektorun siferblatında (ekranında) göstərilən rəqəmlər 8-9-adək azaldı. Lakin yenidən qapını bağladıqda 30 saniyə sonra detektorun siferblatında (ekranında) rəqəmlərin kəskin artımı və 30 saniyəyədək olan müddət ərzində rəqəmlərin yenidən 200-ü keçdiyi müşahidə edildi. Bundan sonra hamam otağının üst proyeksiyasında yerləşən 15 saylı otağın qapısı komendant Təqsirləndirilən şəxs tərəfindən açılaraq içəri daxil oldundu. “REED CO-180” markalı havada carbon monoksid (dəm qazı) miqdarını ölçən cihaz vasitəsi ilə otağın havasının tərkibi yoxlanıldıqda detektorun siferblatında (ekranında) maksimum 4 rəqəmi müşahidə edildi. Lakin otağın sol uzaq küncündə olan deşiyin üzərində detektoru tutduqda siferblatda maksimum 68 rəqəmi müşahidə edildi. Həmin dəlikdən divardan 110 sm məsafədə yerləşən, döşəmənin divarla yaxın hissəsində yerləşən plintusun üst hissəsində olan, ölçüləri 1,8x7 sm olan ara boşluğundan çıxan havanın tərkibi yoxlanıldı. Bu zaman detektorun siferblatında (ekranında) maksimum 232 rəqəmi yaranmaqla detektordan siqnal səsi eşidildi. Bundan sonra, deşiyin ağzına kağız tutulduqda oradan havanın otağa doğru dolduğunu təsdiq edən kağızın yuxarıya doğru qalxması müşahidə edilmişdir. İş materiallarında olan Türkiyə Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Tibb Qurumu tərəfindən təqdim olunmuş 31 yanvar 2020-ci il tarixli 22508486-101 02/20- 9996/1497 nömrəli məhkəmə-kimyəvi rəyindən (rapor) müəyyən edilir ki, Şəkər Xasmətovanın qanında 54,5% «karboksihemoqlabin» (dəm qazı ilə zəhərlənmə) aşkar edilmişdir ki, bu da letal (ölümcül) doza hesab edilir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X23 X55 Yasamal rayon şöbəsinin 13 dekabr 2019-cu il tarixli, 186 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Zərərçəkmiş şəxs1 adına KTM-də təqdim olunmuş 12966 nömrəli xəstəlik tarixində qeyd edilir ki, o, 21.11.2019-cu il tarixdə saat 15:30-da Bakı şəhəri X33 toksikologiya şöbəsinə daxil olmuş, 27.11.2019-cu il tarixə kimi müalicə almış və ona "Dəqiqləşdirilməmiş maddənin toksiki təsiri" diaqnozu qoyulmuşdur. Qeyd olunan zəhərlənmə dəqiqləşdirilməmiş maddənin toksiki təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan 20.11.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 adına KTM-də tərtib olunmuş 12966 №-li xəstəlik tarixində, onun bədəni üzərində hər hansı bir xəsarətin olub-olmaması barədə və eləcə də onun spirtli içki və ya narkotik maddə qəbul edibetməməsi barədə heç bir qeydiyyat yoxdur. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X23 X55 Yasamal rayon şöbəsinin 13 dekabr 2019-cu il tarixli, 187 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 adına KTM-də təqdim olunmuş 12967 nömrəli xəstəlik tarixində qeyd edilir ki, o, 21.11.2019-cu il tarixdə saat 15:30-da Bakı şəhəri X33 toksikologiya şöbəsinə daxil olmuş, 27.11.2019-cu il tarixə kimi müalicə almış və ona "Dəqiqləşdirilməmiş maddənin toksiki təsiri" diaqnozu qoyulmuşdur. Qeyd olunan zəhərlənmə dəqiqləşdirilməmiş maddənin toksiki təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan 20.11.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 adına KTM-də tərtib olunmuş 12967 №-li xəstəlik tarixində, onun bədəni üzərində hər hansı bir xəsarətin olub-olmaması barədə və eləcə də onun spirtli içki və ya narkotik maddə qəbul edibetməməsi barədə heç bir qeydiyyat yoxdur. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X23 X55 Yasamal rayon şöbəsinin 05 mart 2020-ci il tarixli, 149 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, X11 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı hər hansı bir xəsarət aşkar olunmamışdır. X11 ölümünə səbəb dəm qazı ilə inhalyasion yolla zəhərlənmə olmuşdur. Bunu onun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində karboksihemoqlobinin aşkar olunması təsdiq edir. Ölümün baş vermə müddəti meyitin meyidxanada müayinə olunduğu vaxtdan təxminən 4-6 saat əvvələ uyğun gəlir. X11 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı mədədə və bağırsaqda aşkar edilmiş qansızmalar, eləcə də onun meyitindən götürülmüş daxili üzvlərdən tikələrin məhkəmə-histoloi müayinəsi zamanı mədədə aşkar edilmiş eroziv-hemorragik qastrit, nazik bağırsaqlarda eroziv-hemorragik enterit, yoğun bağırsaqlarda eroziv-hemorragik kolit, qaraciyərdə degenerativ və nekrobiotik dəyişikliklər, onun meyitindən götürülmüş qanda və daxili üzvlərində məhkəmə-kimyəvi tədqiqatı nəticəsində aşkar edilmiş, tərkibində kükürd olan üzvi kimyəvi maddənin təsirindən əmələ gələ bilərdi. X11 meyitindən götürülmüş qanın məhkəməkimya tədqiqatı nəticəsində Dimedrol, Analgin və tərkibində kükürd olan üzvi kimyəvi maddə aşkar edilmişdir. Metil, etil, propil, butil va amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4, benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. T.C. X45 Tip Kurumu Başkanlığı X46 Toksikoloji Şubesinin verdiyi rəydə qanda 54,5% karboksihemoqlobin və Difenhidramin (dimedrol), Naproksen (oksenfort) və Metamizol (analgin) adlı dərman vasitələri aşkar edilmişdir. İş üzrə təyin edilmiş əlavə komisyon məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X23 X55 12 mart 2020-ci il tarixli, 549/KEŞ nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 adına iş materiallarına əlavə edilmiş məlumatlara əsasən, onda qida zəhərlənməsinin olduğu müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda spirtli içki və narkotik maddələrin olduğu müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda qida va ya har hansı başqa vasitədən istifadə edilməsi nəticəsində zəhərlənmə əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 adına 8 saylı TTTYS-na 21.11.2019-cu il tarixdə, saat 00:58-də çağırış olmuş, saat 01:15-də həkim Şahid4 və orta tibb işçisi Xanım Cəfərovadan ibarət briqada ünvana gəlmişlər. Obyektiv müayinədən sonra ona "Gərginlik baş ağrısı" diaqnozu təyin edilmiş və "analgin+dimedrol" dərman preparatları inyeksiya edilmişdir. Beləliklə, Zərərçəkmiş şəxs1 mövcud vəziyyəti düzgün qiymətləndirilməmiş, diaqnoz düzgün təyin edilməmiş və ilkin tibbi yardımlar düzgün göstərilməmişdir. Belə ki, xəstədə zəhərlənmə əlamətləri olduğu halda qarşısının alınması üçün müvafiq ilkin tibbi yardımlar göstərilməklə xəstə dərhal profil üzrə hospitalizasiya edilməli idi. Xəstəxanaya getməkdən imtina edildikdə xəstə və (və ya) onun qanuni nümayəndəsi xəstəliyin ağırlıq dərəcəsi və gözlənilən fəsadları baradə məlumatlandırılmalı, qəti şəkildə razı olmadıqda isə xəstəya və (və ya) qanuni nümayindəsinə çağırış vərəqinə "xəstəxanaya getməkdən imtina edirəm" yazdırmaqla imzalatmalı, evdə olan ağır xəstə barəsində ərazi üzrə poliklinikaya, həmin gün alınmadıqda ertəsi gün məlumat verməli və çağırış qəbulu üzrə orta tibb işçisinə (aktiv) çağırış yazdırıb xəstəyə baş çəkməli, bu barədə müvafiq sənədlər doldurulmalı idi. Lakin iş materiallarından görünür ki, Bakı şəhər 8 saylı TTTYS-nda anestezioloji reanimasiya briqadasının həkimi Şahid4 xəstənin yaxınlarına məlumat verməmiş, çağırış vərəqində xəstənin xəstəxanaya getməkdən imtina etməsinə dair heç bir qeyd yazdırmamış və imzalatmamış, çağırışdan sonra xəstəyə təkrar baş çəkməmiş, xəstələr barədə ərazi üzrə poliklinikaya və növbəni təhvil verdiyi briqadaya heç bir məlumat verməmişdir. Zərərçəkmiş şəxs1 21.11.2019-cu il tarixdə saat 01:15-də 8 saylı TTTYS-nın briqadası tərəfindən göstərilmiş ilkin tibbi yardım Səhiyyə Nazirliyinin Kollegiyasının 65 saylı qərarına uyğun olmamış, həmin qərarın 2.1 və 2.5.1 bəndləri və eyni zamanda Səhiyyə Nazirliyinin 07.04.2017-ci il tarixdə təsdiq edilmiş Təcili və X15 Stansiyasının həkimlərinin vəzifə öhdəliklərinin 21.3, 21.4 va 21.5 bəndləri pozulmuşdur. Buna məsul şəxs 8 saylı TTTYS-nın həkimi Şahid4dur. Zərərçəkmiş şəxs1 8 saylı TTTYSna ilkin müraciəti zamanı çağırışa gələn həkim tərəfindən onun vəziyyəti düzgün qiymətləndirilmiş olsaydı və dərhal xəstəxanaya çatdırılaraq adekvat tibbi tədbirlər görülmüş olsaydı onun vəziyyətinin ağırlaşmasının va həyati təhlükənin qarşısının alınması imkanı çox ola bilərdi. Qeyd olunanları nəzərə alaraq göstərilmiş ilkin tibbi xidmətin qüsurlu olması ilə Zərərçəkmiş şəxs1 vəziyyətinin ağırlaşması arasında səbəbli alaqə vardır. Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən onda əvvəllər hər hansı bir xəstəliyin olması barədə qeydiyyat aparılmamışdır. Zərərçəkmiş şəxs1 zəhərlənməsi natamam yanma məhsulu olan dəm qazı nəticəsində törənmiş və zəhərlənmə xarici amilin təsirindan baş vermişdir. Ağız və burun dəliklərindən köpük və qanın (qanlı köpüyün) gəlməsi kəskin ağciyər ödeminin əlaməti olub müxtəlif patoloji hallarda (zəhərləmələr, kəskin ürək-ağciyər çatışmazlığı, infeksiyalar və sair), o cümlədən dəm qazı ilə kəskin zəhərlənmə zamanı da əmələ gələ bilər. Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda qida toksikoinfeksiyası əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zahərlənməsi ilə X11 ölümünün səbəbi eyni xarakterli dəm qazı ilə zəhərlənmə hesabına baş vermişdir ki, bu da onların eyni şəraitdə, eyni zamanda və bir məkanda olmaları ilə əlaqədar ola bilər. İş üzrə təyin edilmiş əlavə komisyon məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X23 X55 12 mart 2020-ci il tarixli, 549.1/KEŞ nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 adına iş materiallarına əlavə edilmiş məlumatlara əsasən, onda qida zəhərlənməsinin olduğu müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən onda spirtli içki və narkotik maddələrin olduğu müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda qida va ya har hansı başqa vasitədən istifadə edilməsi nəticəsində zəhərlənmə əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 adına 8 saylı TTTYS-na 21.11.2019-cu il tarixdə, saat 00:58-də çağırış olmuş, saat 01:15-də həkim Şahid4 və orta tibb işçisi Xanım Cəfərovadan ibarət briqada ünvana gəlmişlər. Obyektiv müayinədən sonra ona "Gərginlik baş ağrısı" diaqnozu təyin edilmiş və "analgin+dimedrol" dərman preparatları inyeksiya edilmişdir. Beləliklə, Zərərçəkmiş şəxs2 mövcud vəziyyəti düzgün qiymətləndirilməmiş, diaqnoz düzgün təyin edilməmiş və ilkin tibbi yardımlar düzgün göstərilməmişdir. Belə ki, xəstədə zəhərlənmə əlamətləri olduğu halda qarşısının alınması üçün müvafiq ilkin tibbi yardımlar göstərilməklə xəstə dərhal profil üzrə hospitalizasiya edilməli idi. Xəstəxanaya getməkdən imtina edildikdə xəstə və (və ya) onun qanuni nümayəndəsi xəstəliyin ağırlıq dərəcəsi və gözlənilən fəsadları baradə məlumatlandırılmalı, qəti şəkildə razı olmadıqda isə xəstəyə və (və ya) qanuni nümayindəsinə çağırış vərəqinə "xəstəxanaya getməkdən imtina edirəm" yazdırmaqla imzalatmalı, evdə olan ağır xəstə barəsində ərazi üzrə poliklinikaya, həmin gün alınmadıqda ertəsi gün məlumat verməli və çağırış qəbulu üzrə orta tibb işçisinə (aktiv) çağırış yazdırıb xəstəyə baş çəkməli, bu barədə müvafiq sənədlər doldurulmalı idi. Lakin iş materiallarından görünür ki, Bakı şəhər 8 saylı TTTYS-nda anestezioloji reanimasiya briqadasının həkimi Şahid4 xəstənin yaxınlarına məlumat verməmiş, çağırış vərəqində xəstənin xəstəxanaya getməkdən imtina etməsinə dair heç bir qeyd yazdırmamış və imzalatmamış, çağırışdan sonra xəstəyə təkrar baş çəkməmiş, xəstələr barədə ərazi üzrə poliklinikaya və növbəni təhvil verdiyi briqadaya heç bir məlumat verməmişdir. Zərərçəkmiş şəxs2 21.11.2019-cu il tarixdə saat 01:15-də 8 saylı TTTYS-nın briqadası tərəfindən göstərilmiş ilkin tibbi yardım Səhiyyə Nazirliyinin Kollegiyasının 65 saylı qərarına uygun olmamış, həmin qərarın 2.1 və 2.5.1 bəndləri və eyni zamanda Səhiyyə Nazirliyinin 07.04.2017-ci il tarixdə təsdiq edilmiş Təcili və X15 Stansiyasının həkimlərinin vəzifə öhdəliklərinin 21.3, 21.4 va 21.5 bəndləri pozulmuşdur. Buna məsul şəxs 8 saylı TTTYS-nın həkimi Şahid4dur. Zərərçəkmiş şəxs2 8 saylı TTTYSna ilkin müraciəti zamanı çağırışa gələn həkim tərəfindən onun vəziyyəti düzgün qiymətləndirilmiş olsaydı və dərhal xəstəxanaya çatdırılaraq adekvat tibbi tədbirlər görülmüş olsaydı onun vəziyyətinin ağırlaşmasının va həyati təhlükənin qarşısının alınması imkanı çox ola bilərdi. Qeyd olunanları nəzərə alaraq göstərilmiş ilkin tibbi xidmətin qüsurlu olması ilə Zərərçəkmiş şəxs2 vəziyyətinin ağırlaşması arasında səbəbli əlaqə vardır. Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən onda əvvəllər hər hansı bir xəstəliyin olması barədə qeydiyyat aparılmamışdır. Zərərçəkmiş şəxs2 zəhərlənməsi natamam yanma məhsulu olan dəm qazı nəticəsində törənmiş və zəhərlənmə xarici amilin təsirindən baş vermişdir. Ağız və burun dəliklərindən köpük və qanın (qanlı köpüyün) gəlməsi kəskin ağciyər ödeminin əlaməti olub müxtəlif patoloji hallarda (zəhərləmələr, kəskin ürək-ağciyər çatışmazlığı, infeksiyalar və sair), o cümlədən dəm qazı ilə kəskin zəhərlənmə zamanı da əmələ gələ bilər. Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda qida toksikoinfeksiyası əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 zahərlənməsi ilə X11 ölümünün səbəbi eyni xarakterli dəm qazı ilə zəhərlənmə hesabına baş vermişdir ki, bu da onların eyni şəraitdə, eyni zamanda və bir məkanda olmaları ilə əlaqədar ola bilər. İş üzrə təyin edilmiş əlavə komisyon məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X23 X55 12 mart 2020-ci il tarixli, 537/KEŞ nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, X11 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. X11 meyitinin məhkəmə-tibbi və məhkəmə-kimyəvi müayinələrinə əsasən onun ölümünə səbəb dəm qazı ilə zəhərlənmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən, ölümün müddəti müayinədən 4-6 saat əvvəl baş verdiyi müəyyən edilmişdir. X11 meyitindən götürülmüş qan və digər biomaterialların müayinə nəticələrinə əsasən, onun ölümünə səbəb dəm qazı ilə zəhərlənmə olmuşdur. X11 daxili orqanlarında aşkar edilmiş patoloji dəyişikliklərdən eroziv-hemorragik qastrit, eroziv-hemorragik enterit va eroziv-hemorragik kolit xəstəliklərinin hər biri ayrı-ayrılıqda az miqdarda qanaxma ilə müşayiət oluna bilərlər. X11 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Ş.F.Xasmətovanın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onda qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edəcək hər hansı dəyişiklik aşkar edilməmişdir. X11 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onda hamiləlik əlamətləri müəyyən edilməmişdir. X11 meyitindən götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatı zamanı onda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. X11 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda baş vermiş ölümlə səbəbli əlaqəsi olacaq qida zəhərlənməsi aşkar edilməmişdir. X11 adına 8 saylı TTTYS-na 21.11.2019-cu il tarixdə saat 00:58-də çağırış olmuş, saat 01:15-də həkim Ramiz Cafərov və orta tibb işçisi Xanım Cəfərovadan ibarət briqada ünvana gəlmişlər. Obyektiv müayinədən sonra ona "Gərginlik baş ağrısı" diaqnozu təyin edilmiş və "analgin+dimedrol" dərman preparatları inyeksiya edilmişdir. Beləliklə, Ş.Xasmətovanın real vəziyyəti düzgün qiymətləndirilməmiş, diaqnoz düzgün təyin edilməmiş və ilkin tibbi yardımlar düzgün göstərilməmişdir. Digər tərəfdən "analgin+dimedrol" dərman preparatlarının inyeksiya edilməsi ilə xəstələrdə kəskin zəhərlənmənin adi klinik gedişi pozulmuş, sonrakı diaqnostikası daha da çətinləşmişdir. Preparatların təsiri ilə süstləşdirilərək yatızdırılmış xəstələrdə zəhərlənmənin bütün gecəni yenə də davam etməsi üçün şərait yaranmışdır. Dəm qazı ilə zəhərlənmənin qarşısının alınması üçün müvafiq ilkin tibbi yardımlar göstərilməklə xəstə mütləq şəkildə dərhal profil üzrə hospitalizasiya edilməli idi. Xüsusilə də nəzərə alsaq ki, söhbət bir nəfərin yox, eyni zamanda eyni yerdə 3 nəfərin (kütləvi) zəhərlənməsindan gedir. Xəstəxanaya getməkdən imtina edildikdə xəstə və (və ya) onun qanuni nümayəndəsi xəstəliyin ağırlıq dərəcəsi və gözlənilən fəsadları barədə məlumatlandırılmalı, qəti şəkildə razı olmadıqda isə xəstəyə və (va ya) qanuni nümayəndəsinə çağırış vərəqinə "xəstəxanaya getməkdən imtina edirəm" yazdırmaqla imzalatmalı, evdə olan ağır xəstə barəsində ərazi üzrə poliklinikaya, həmin gün alınmadıqda ertəsi gün məlumat verməli və çağırış qəbulu üzrə orta tibb işçisinə (aktiv) çağırış yazdırıb xəstəyə baş çəkməli, bu barədə müvafiq sənədlər doldurulmalı idi. Lakin iş materiallarından görünür ki, Bakı şəhər 8 saylı TTTYS-nda anestezioloji reanimasiya briqadasının həkimi Şahid4 xəstənin yaxınlarına məlumat verməmiş, çağırış vərəqində xəstənin xəstəxanaya getməkdən imtina etməsinə dair heç bir qeyd yazdırmamış və imzalatmamış, çağırışdan sonra xəstəyə təkrar baş çəkməmiş, xəstələr barədə ərazi üzrə poliklinikaya və növbəni təhvil verdiyi briqadaya məlumat verməmişdir. X19 21.11.2019-cu il tarixdə saat 01:15-də 8 saylı TTTYS-nın briqadası tərəfindən göstərilmiş ilkin tibbi yardım Səhiyyə Nazirliyinin Kollegiyasının 65 nömrəli qərarına uyğun olmamış, həmin qərarın 2.1 və 2.5.1 bəndləri və eyni zamanda Səhiyyə Nazirliyinin 07.04.2017-ci il tarixdə təsdiq edilmiş Təcili və X15 Stansiyasının həkimlərinin vəzifə öhdəliklərinin 21.3, 21.4 və 21.5 bəndləri pozulmuşdur. Buna məsul şəxs 8 saylı TTTYS-nin həkimi Şahid4dur. X11 8 saylı TTTYS-na ilkin müraciəti zamanı çağırışa gələn həkim tərəfindən onun vəziyyəti düzgün qiymətləndirilmiş olsaydı və dərhal xəstəxanaya çatdırılaraq adekvat tibbi tədbirlər görülmüş olsaydı onun yaşama şansı çox ola bilərdi. Qeyd olunanları nəzərə alaraq göstərilmiş qüsurlu tibbi xidmətlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. X11 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onda mədəbağırsaq sistemi xəstəliklərindan (qastrit, enterit və kolit) başqa digər xəstəliklərin morfoloji əlamətləri müəyyən edilməmişdir. Ölümə səbəb olan dəm qazı ilə zəhərlənmə xarici amilin təsiri nəticəsində baş vermişdir. X11 dəm qazı ilə zəhərlənməsi qeyri-bakterial zəhərlənmələrə aiddir. X13 bakterioloji müayinənin nəticələrinə əsasən qida zəhərlənməsi törədən mikroorqanizmlər tapılmamışdır. Lakin Ş.F.Xasmətovanın meyitinin müayinəsi zamanı mədədə, nazik və yoğun bağırsaqlarda aşkar edilmiş eroziv-hemorragik iltihabi və qaraciyərdə degenerativ dəyişikliklər onun əvvəlki günlərdə ağız vasitəsilə qəbul etdiyi müxtəlif bitki və kükürd tərkibli maddələr qarışıqlı "detoks" adlı məhlulun təsiri nəticəsində baş verməsi istisna edilmir. Qəbul edilmiş bu qarışığın və bununla da mədə-bağırsaq traktında inkişaf etmiş patoloji dəyişikliklərin Ş.F.Xasmətovanın ölümü ilə səbəbli əlaqəsi olmamışdır. X11 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onda mədə boşluğunda 50 ml-ə qədər duru qan, nazik və yoğun bağırsaqların selikli qişalarında qansızmaların olduğu müəyyən edilmişdir. Ağız və burun dəliklərindən köpük və qanın (qanlı köpüyün) gəlməsi kəskin ağciyər ödeminin əlaməti olub müxtəlif patoloji hallarda (zəhərlənmələr, kəskin ürək-ağciyər çatışmazlığı, infeksiyalar və sair), o cümlədən dəm qazı ilə kəskin zəhərlənmə zamanı da əmələ gələ bilər. X11 meytinin məhkəmə-tibbi müayinəsinə əsasən, onda eroziv-hemorragik qastritlə əlaqədar mədə divarında inkişaf edən destruktiv dəyişikliklər az miqdarda qanaxma ilə müşayiət oluna bilərdi. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 zəhərlənməsi ilə X11 ölümünün səbəbi eyni xarakterli dəm qazı ilə zəhərlənmə hesabına baş vermişdir ki, bu da onların eyni şəraitdə, eyni zamanda və bir məkanda olmaları ilə əlaqədar ola bilərdi. İş materiallarında olan 26 noyabr 2019-cu il tarixli hadisə yerinə əlavə baxış keçirilən zaman Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 36 ünvannda yerləşən ünvan 12ən 15 saylı otaqda girişdən solda yerləşən çarpayıdan üzərində qanabənzər ləkələr olan yastıq və yastıq üzlüyü götürülərək müvafiq ekspertiza təyin edilmişdir. Təyin edilmiş məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X38-Təcrübi və Tədris Birliyinin 11 dekabr 2019-cu il tarixli, 901/2019-MTBŞ nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, X11 qanının ABO sistemi üzrə qrup göstəricisi A-beta/İİ/ qrupdur. Ekspertizaya təqdim edilən hadisə yerindən götürülmüş yastıq üzlüyü üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəriciləri tədqiq olunduqda yalnız A antigeni alınmışdır. Bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə X19 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş yastıq üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar edilməmişdir. İş üzrə təyin edilmiş əməyin təhlükəsizliyinin tədqiqi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli, 3511 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, 26 iyun 1979-cu ildə təsdiq edilmiş «Qaz təsərrüfatında təhlükəsizlik qaydalar»nın 3.77-ci bəndi (Tüstü bacasının en kəsiyinin sahəsi ona birləşdirilən qaz cihazının, peçin borusunun en kəsiyinin sahəsindən kiçik olmamalıdır.), 3.81-ci bəndi (Birləşdirici borunun vertikal hissəsinin uzunluğu, yəni qaz cihazının tüstü aparıcı qol borusunun aşağı hissəsindən borunun horizontal hissəsinin oxuna qədər məsafə 0,5 metrdən az olmamalıdır. Birləşdirici boruların asılması və bərkidilməsi onların sallanmasına imkan verməməlidir. Birləşdirici boru tüstü kanalına kip birləşdirilməlidir.), 3.84-cü bəndi (Tüstü boruları aşağıda göstərilən yerlərə çıxarılmalıdır: ... Bütün hallarda boru damın ətraf hissəsindən 0,5 metr hündürdə olmalıdır.), 3.86-cı bəndi (Tüstü bacaları, onlara qaz cihazlarının birləşdirilməsinin mümkün olub-olmamasını təyin etmək üçün, sormanın normallığı və tutulma olmaması; kipliyi və ayrılığı, kiplik o vaxt normal hesab edilir ki, tüstü bacasının tüstüsü otağa dolmur, yoxlanılmalıdır.), 3.102-ci bəndi (Qazla qızdırılan axar su və tutumlu su qızdırıcıları - qaz verilməsi kəsildikdə, alov söndükdə və tüstü bacasında lazımi seyrəlmə olmadıqda odluqlarının söndürülməsini təmin edəcək avtomatik qurğu ilə təchiz edilməlidirlər.), 9.228-ci bəndi (Yanma məhsulları tüstü bacalarına çıxarılan, sobalardan və başqa cihazlardan istifadə etməzdən əvvəl tüstü bacasında sorma olması yoxlanılmalıdır. Sorma, cihazı işə qoşmazdan əvvəl və sonra, bu cihazın təlimatında göstərilən qaydada yoxlanılmalıdır. Sorma olmadığı cihazdan istifadə etmək qadağandır.), 9.233-cü bəndi (Qaz cihazlarının yeri ancaq qaz təsərrüfatı mütəxəssisləri tərəfindən dəyişdirilə bilər.), 9.238 (Qaz cihazları və aqreqatları və həmçinin qaz kəmərləri, armaturlar və avtomat cihazlar nasaz olduqda, onlardan istifadə etmək qadağandır.), 9.239-cu bəndinin (Qaz avadanlıqlarına texniki xidmət zamanı, nasazlıqlar aşkar edilərsə və onların tezliklə düzəldilməsi mümkün olmadıqda, nasaz qaz kəməri və qaz cihazı istismar olunan qaz şəbəkəsindən açılmalı və plomblanmalıdır.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2-3.2.4 bəndinin (Qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: qaz qurğularının, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin normal işləməsini diqqətdə saxlamalı, qaz qurğusu işə salındıqdan dərhal sonra və onun istismarı zamanı qazın yanma məhsullarının tüstü bacalarına ötürülməsi ilə havanın sorulmasını yoxlamalı), 3.4-3.4.1, 3.4.4-cü bəndlərinin (İstehlakçılara aşağıdakılar qadağandır: özbaşına qaz qurğularının quraşdırılmasını aparmaq; nasaz qaz avadanlıqlarından istifadə etmək), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X7”nda olan "Tələbə şəhərciyinin direktoru"nun əmək funksiyasının, Bakı Dövlət Universitetinin rektoru ilə Təqsirləndirilən şəxs ilə aralarında 17.04.2013-cü il tarixində bağlanılmış əmək müqaviləsinin «işçinin əmək funksiyası»nın“3.1 bəndinin (işçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür: BDU-nun Tələbə Şəhərciyinin 2 saylı yataqxanasında maddi-məsul şəxs kimi yataqxana strukturuna daxil olan sistemləri daimi nəzarətdə saxlamaq, həmçinin yarana biləcək problemlərin aradan qaldırılmasını təmin etmək) tələbləri Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Beləliklə, hadisə yerinə baxış protokolları, istintaq eksperimentinin keçirilməsinə dair protokol və 17 iyun 2020-ci il tarixli, 3511 nömrəli rəy müqayisəli şəkildə tədqiq edildikdə məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasının hamam otağında quraşdırılmış qazla işləyən axımlı su qızdırıcılar düzgün quraşdırılmamış, işlək vəziyyətdə olan zaman axımlı su qızdırıcıların tüstüçıxanından və borularından hamam otağının ümumi hissəsinə dəm qazı sızmış, sızan dəm qazının miqdarı təhlükəli həddə olmaqla həmin hamam otağının üzərində yerləşən 15 saylı otağa təhlükəli həddə sızmışdır. İş materiallarından müəyyən edilir ki, Bakı Dövlət Universiteti 08 may 2020-ci il tarixli 01-4/208 nömrəli məktubla Təqsirləndirilən şəxs əmək müqaviləsinin, onun 2 saylı yataqxananın komendantı vəzifəsinə təyin olunması haqqında əmrin və Tələbə şəhərciyinin direktoru vəzifəsinin Təqsirləndirilən şəxs həvalə edilməsi haqqında əmrin surətlərini, həmçinin təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X7nda verilmiş tələbə şəhərciyinin direktorunun əmək funksiyası haqqında məlumatı istintaq orqanına təqdim etmişdir. Məktuba əlavə edilmiş 29 aprel 2003-cü il tarixli 1/46 nömrəli işə qəbul əmrindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 17 aprel 2003-cü il tarixdən Tələbə şəhərciyinin 2 saylı yataqxanasının komendantı vəzifəsinə təyin edilmişdir. 17.04.2013-cü il tarixli əmək müqaviləsinin məzmunundan isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 6ləmiş və həmin Universitetin rektorunun 1/48 №-li, 14 fevral 2017-ci il tarixli əmrinə əsasən tələbə şəhərciyinin direktoru vəzifəsinin icrası ona həvalə edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 29 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X7”ndan müəyyən edilir ki, “Tələbə şəhərciyinin direktoru”-qurumun fəaliyyətinə rəhbərlik edir, hesabatlar tərtib edir, avandanlıqların normal istismarına, fonda daxil olan bütün əşyaların hesabatının aparılmasına və qorunmasına nəzarət edir. İşçilərin fəaliyyətini təşkil edir, əməyin mühafizəsinə və sanitariya-gigiyena vəziyyətinə, təhlükəsizlik texnikasının yerinə yetirilməsinə, aparılan təmir və tikinti işlərinə nəzarət edir. “SSRİ Dövlətdağtexnəzarəti” tərəfindən 1979-cu il 26 iyun tarixində təsdiq edilmiş və hal-hazırda qüvvədə olan «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 3.77-ci bəndinin tüstü bacasının en kəsiyinin sahəsi ona birləşdirilən qaz cihazının, peçin borusunun en kəsiyinin sahəsindən kiçik olmamalıdır, 3.81-ci bəndinə görə birləşdirici borunun vertikal hissəsinin uzunluğu, yəni qaz cihazının tüstü aparıcı qol borusunun aşağı hissəsindən borunun horizontal hissəsinin oxuna qədər məsafə 0,5 metrdən az olmamalı, birləşdirici boruların asılması və bərkidilməsi onların sallanmasına imkan verməməli, birləşdirici boru tüstü kanalına kip birləşdirilməlidir, 3.84-cü bəndinə görə tüstü boruları damın ətraf hissəsindən 0,5 metr hündürlükdə olmalı, 3.86-cı bəndinə görə tüstü bacaları, onlara qaz cihazlarının birləşdirilməsinin mümkün olub-olmamasını təyin etmək üçün, sormanın normallığı və tutulma olmaması, kipliyi (kiplik o vaxt normal hesab edilir ki, tüstü bacasının tüstüsü otağa dolmur) və ayrılığı yoxlanılmalıdır, 3.102-ci bəndinə görə qazla qızdırılan axar su və tutumlu su qızdırıcıları - qaz verilməsi kəsildikdə, alov söndükdə və tüstü bacasında lazımi seyrəlmə olmadıqda odluqlarının söndürülməsini təmin edəcək avtomatik qurğu ilə təchiz edilməli, 9.228-ci bəndinə görə yanma məhsulları tüstü bacalarına çıxarılan, sobalardan və başqa cihazlardan istifadə etməzdən əvvəl tüstü bacasında sorma olması yoxlanılmalı, sorma cihazı işə qoşulmazdan əvvəl və sonra bu cihazın təlimatında göstərilən qaydada yoxlanılmalı, sorma olmadığı cihazdan istifadə etmək qadağandır, 9.233-cü bəndə görə qaz cihazlarının yeri ancaq qaz təsərrüfatı mütəxəssisləri tərəfindən dəyişdirilə bilər, 9.238-ci bəndə gğrə qaz cihazları və aqreqatları və həmçinin qaz kəmərləri, armaturlar və avtomat cihazlar nasaz olduqda onlardan istifadə etmək qadağandır, 9.239-cu bəndə görə qaz avadanlıqlarına texniki xidmət zamanı, nasazlıqlar aşkar edilərsə və onların tezliklə düzəldilməsi mümkün olmadıqda, nasaz qaz kəməri və qaz cihazı istismar olunan qaz şəbəkəsindən açılmalı və plomblanmalıdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2-3.2.4 bəndinə görə qazdan istifadə edən istehlakçı qaz qurğularının, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin normal işləməsini diqqətdə saxlamalı, qaz qurğusu işə salındıqdan dərhal sonra və onun istismarı zamanı qazın yanma məhsullarının tüstü bacalarına ötürülməsi ilə havanın sorulması yoxlanılmalıdır, 3.4-3.4.1, 3.4.4-cü bəndlərə görə istehlakçı özbaşına qaz qurğularının quraşdırılmasını aparmamalıdır. Məhkəmə müdafiə tərəfinin özünün müdafiəsi üçün irəli sürdüyü dəlillərə münasibətdə aşağıdakıları qeyd edir: 1) Əvvəla təqsirləndirilən şəxs öz müdafiəsi üçün bildirmişdir ki, ibtidai istintaq zamanı istintaq eksperimentinin 03 fevral 2020-ci il tarixdə keçirilməsinə baxmayaraq həmin vaxt tətbiq edilən “REED CO-180” markalı detektorunun kalibrləmə sertifikatı 07 fevral 2020-ci il tarixdə alınmışdır. Qeyd olunan xüsusat nəzərə alınaraq müdafiə tərəfi həmin istintaq hərəkəti protokolunun sübutlar siyahısından çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, detektorun kalibrləmə sertifikatının istintaq hərəkətindən 4 gün sonra alınması onun nasaz olmasına dəlalət etmir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Hazırki halda istintaq eksperimenti protokolundan müəyyən edilir ki, tətbiq edilən detektor cihazının markası və digər xüsusi əlamətləri qeyd edilmişdir. Belə olan halda həmin cihazın tətbiqi nəticəsində sübutun əldə edilməsi halında hər hansı şübhə yaranmır. Eləcə də cihazın sertifikatının bir neçə gün sonra alınması əldə edilmiş nəticəni dəyişmir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 03 fevral 2020-ci il tarixli istintaq eksperimenti həyata keçirilərkən CPM-nin tələbləri pozulmadığından məhkəmə tərəfindən sübut olaraq qəbul edilməlidir. 2) İş üzrə Təqsirləndirilən şəxs müdafiəçisi şifahi vəsatətlə məhkəməyə müraciət edərək istintaq qrupu yaradılmamışdan əvvəl müxtəlif müstəntiqlər tərəfindən alınmış ifadələrin, o cümlədən hadisə yerinə baxış protokolunun sübut növü kimi qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə həmin vəsatətlə bağlı qeyd edir ki, iş materiallarında olan 21 noyabr 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən müəyyən edildiyi kim, həmin tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 36 ünvanında yerləşən Bakı Dövlət Universitetinin tələbələri X11, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qida zəhərlənməsi barədə Yasamal RPİ-nin 28-ci PB-dən Yasamal rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Yasamal rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X34 tərəfindən Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Rasim Hacıyevin, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Allahverdi Allahverdiyevin, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi Zaur Kərimovun və hal şahidlərinin iştirakları ilə saat 15:00-dan saat 17:30-dək hadisə yerinə baxış keçirilmişdir. Həmçinin, iş materiallarında olan 21 noyabr 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən müəyyən edilir ki, həmin gün Yasamal rayon prokurorunun köməkçisi X34 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Yasamal rayon şöbəsinin eksperti Nuru Allahyarovun iştirakı ilə X11 meyitinə baxış keçirilmişdir. Bundan sonra baş vermiş hadisə ilə əlaqədar X11, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 barələrində Yasamal rayon prokurorunun köməkçisi X20 21 noyabr 2019-cu il tarixli qərarları ilə məhkəmə-tibbi ekspertizaları təyin edilmişdir. İş materiallarında olan, Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Rasim Hacıyev tərəfindən Bakı şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri İlqar Abbasova ünvanlanmış 21 noyabr 2019-cu il tarixli, 455-c-19 nömrəli məktubun məzmunundan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında yerləşən ünvan 16 Bakı Dövlət Universitetinin tələbələri X11, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qida zəhərlənməsi diaqnozu ilə X42 toksikologiya şöbəsinə yerləşdirilmələri və X11 orada vəfat etməsi barədə Yasamal rayon prokurorluğunda toplanmış material Bakı şəhər prokurorluğuna göndərilmişdir. Qeyd olunan material üzrə 21 noyabr 2019-cu il tarixdə Bakı şəhər prokuroru İlqar Abbasov tərəfindən dərhal Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinə tapşırılmış, cinayət işi həmin gün şəhər prokurorluğunun İstintaq İdarəsinin rəisi Rəşad Mansurov tərəfindən icraata qəbul edilmişdir. Bundan sonra, Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Azər Əsgərovun 21 noyabr 2019-cu il tarixli “istintaq qrupunun yaradılması haqqında” qərarı ilə istintaq qrupunun rəhbəri şəhər prokurorluğunun İstintaq İdarəsinin rəisi Rəşad Mansurov, qrupun üzvləri Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Samir Hüseynov, həmin idarənin böyük müstəntiqləri Rövşən Yusifov, Tural Haqverdiyev, Abdulla Abdullayev və Allahverdi Allahverdiyev, həmin İdarənin Kriminalistika şöbəsinin prokuroru Ənvər Nəbiyev və Yasamal rayonu prokurorunun köməkçisi Ayaz Həbibbəyli olmaqla birgə istintaq qrupu yaradılmışdır. Həmin gün istintaq qrupunun üzvləri tərəfindən X26, X29, X14 iş üzrə şahid qısmində dindirilmişlər. Lakin hazirki cinayət işinin materiallarından görünür ki, yuxarıda qeyd olunan hadisə yerinə baxış keçirilməsi protokolu və şahidlərin dindirmə protokolları sübut növü kimi qəbul edilməmişdir. Həmin materiallar Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair hazırki ********* nömrəli cinayət işinin ayrılmış olduğu, Şahid4 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qəbul edilmişdir ki, həmin cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 25 sentyabr 2020-ci il tarixli hökmü ilə Şahid4 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 3) Müdafiə tərəfi məhkəmə qarşısında şifahi vəsatət verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı Dövlət Universitetinin Tələbə Şəhərciyinin direktoru vəzifəsinə təyin edilməsinə dair 17 aprel 2013-cü il tarixli əmək müqaviləsi elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmədiyindən hüquqi qüvvəyə minməmişdir. Belə olan halda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən o, işçi sayılmır və ona görə də vəzifəli şəxs deyildir. Belə ki, o, hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etmədiyi üçün o, vəzifəli şəxs hesab edilə bilməz. Məhkəmə göstərilən xüsusatla razılaşmayaraq qeyd edir ki, hazırki işin hallarından görünür ki, Təqsirləndirilən şəxs ona 17 aprel 2013-cü il tarixli əmək müqaviləsi ilə Bakı Dövlət Universitetinin Tələbə Şəhərciyinin direktoru vəzifəsinin icrasının həvalə edilməsi barədə məlumatlı olmuş və bu vəzifəni özünün deməsinə görə formal olsa da, faktiki cəhətdən vəzifəli şəxsin səlahiyyətlərini icra etmişdir. Dolayısı ilə o, publik hüquqi şəxs olan Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Tələbə şəhərciyində qurumun fəaliyyətinə rəhbərlik etmiş, avandanlıqların normal istismarına, fonda daxil olan bütün əşyaların hesabatının aparılmasına və qorunmasına nəzarət etmiş, işçilərin fəaliyyətini təşkil etmiş, əməyin mühafizəsinə və sanitariya-gigiyena vəziyyətinə, təhlükəsizlik texnikasının yerinə yetirilməsinə, aparılan təmir və tikinti işlərinə nəzarət etmişdir. Belə ki, o, məhkəmə iclasında ifadəsində qeyd edilən vəzifəni müvəqqəti icra etməsini təsdiq etmişdir. 4) Müdafiə tərəfi bildirmişdir ki, ümumiyyətlə zərərçəkmiş şəxslərin dəm qazından zəhərlənmələri kifayət qədər şübhə doğurmaqla istintaq orqanının sübutları ehtimallara əsaslanmışdır. Məhkəmə bu xüsusatla bağlı qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsinə görə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspert rəyi ilə müəyyən edilir. Hazırki iş üzrə verilmiş yuxarıda sadalanan və bir-biri ilə ziddiyyət təşkil etməyən müvafiq məhkəmə-tibbi və əlavə komisyon məhkəmə-tibbi ekspertiza rəylərindən müəyyən edilir ki, zərərçəkmiş şəxs X11 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda baş vermiş ölümlə səbəbli əlaqəsi olacaq qida zəhərlənməsi aşkar edilməmiş və ölümünün səbəbi dəm qazı ilə zəhərlənmə hesabına baş vermişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, müdafiə tərəfinin mübahisələndirdiyi müvafiq sübutlar artıq qanunu qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 1(004)-154/2020 nömrəli hökmü ilə baxılıb hüquqi qiymət verilmiş və mötəbər sübut olaraq qəbul edilmişdir. Həmin məhkəmə hökmü ilə də zərərçəkmiş şəxs X11 ölümünün səbəbi, eləcə digər zərərçəkmiş şəxslərin sağlamlıqlarına ağır zərərvurmaya aid xəsarətlər almasının səbəbi dəm qazı ilə zəhərlənmə kimi müəyyən edilib öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası CPM-nin 142.1-ci maddəsinə görə cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən edilmiş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və məhkəmə üçün məcburidir. Odur ki, məhkəmə göstərilənlərə əsasən müdafiə tərəfinin irəli sürdüyü dəlilləri özünümüdafiə xarakteli məlumat olaraq qiymətləndirir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli, yəni onun vəzifəli şəxs olmaqla işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər iki zərərçəkmiş şəxlərin isə sağlamlıqlarına ağır zərər vurmaya aid xəsarət almaları ilə ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsi, bununla da, Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, məhkəmə baxışı zamanı özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 314-cü maddəsi ümumilikdə az ağır cinayətlər kateqoriyasına daxil olmaqla 314.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda-iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya“beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.“ Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, 26 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 15 fevral 2020-ci il və 21 sentyabr 2020-ci il tarixli tələbnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Nizami rayon MKTB-nin 84 saylı MKİS-si tərəfindən verilmiş 20 avqust 2020-ci il tarixli, 438 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 17rilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. O cümlədən iş məhkəmənin icraatında olduğu müddətdə yataqxana sakinləri tərəfindən məhkəməyə müraciətlər daxil olmuş və həmin müraciətlərdə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilərək, məhkəmə tərəfindən nəzərə alınması xahiş edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X1 və mərhumun atası X21 notarial qaydada təsdiq edilmiş ərizəsindən müəyyən edilir ki, onlara vurulmuş zərər tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan “ASAN 2” tərəfindən verilmiş AZE seriyalı 12930025 və AZE seriyalı 12930026 nömrəli şəxsiyyət vəsiqələrindən müəyyən edilir ki, 06.11.2007-ci il təvəllüdlü X30 və 22.12.2003-cü il təvəllüdlü X27 Təqsirləndirilən şəxs övladlarıdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, ilk dəfə məhkum olunmasını, yaşadığı yer və iş yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərdən mərhum X11 hüquqi varisi X4 ilə barışmasını və ona dəymiş zərəri tam şəkildə ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, iş üzrə məhkəmə məsrəfinə daxil olan ekspertiza tədqiqatının dəyəri 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə verilmiş mülki iddia ərizələri ilə bağlı aşağıdakıları qeyd edir: Mərhum zərərçəkmiş şəxs X11 hüquqi varisi X4 məhkəmə iclasında Təqsirləndirilən şəxs və Bakı Dövlət Universitetinə qarşı mülki iddia ərizəsi verərək Təqsirləndirilən şəxs ona dəymiş maddi və mənəvi zərərə görə 50.000 manat, Bakı Dövlət Universitetindən isə ona dəymiş maddi və mənəvi zərərə görə 1.000.000 manat, hüquqi xidmət üçün ödədiyi 150 manat və dövlət rüsumuna görə 50 manat tutularaq ona ödənilməsini xahiş etmişdir. X1 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X8 məhkəməyə 01.07.2021-ci il tarixli yazılı ərizə təqdim edərək verilmiş mülki iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Lakin sonrakı məhkəmə iclaslarında məhkəməyə X1 06.07.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi təqdim edilmişdir. Həmin ərizə ilə müəyyən edilir ki, X4 və məhrumun atası X35 övladlarının ölümü nəticəsində onlara dəymiş ziyanın tam qarşılandığını, Təqsirləndirilən şəxs ilə barışdıqlarına görə ona və Bakı Dövlət Universitetinə qarşı heç bir şikayət, iddia və tələblərinin olmadığını, mülki iddia ərizələrindən tam olaraq imtina etdiklərini, hazırda və gələcəkdə heç bir iddia və tələblərinin olmayacağını təsdiq etmişlər. Məhkəmə iclasında iştirak edən mülki cavabdehlər - Təqsirləndirilən şəxs və Bakı Dövlət Universitetinin etibarnamə üzrə nümayəndəsi X9 mülki iddia ərizəsindən imtinanın qəbul edilməsini və həmin hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib hesab edir ki, notarial qaydada təsdiq edilmiş ərizənin nümayəndənin verdiyi ərizədən sonrakı tarixdə verilməsini əsas götürərək notarial qaydada verilmiş ərizəni qəbul edilməlidir. Beləliklə məhkəmə Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, X1 mülki iddiadan imtinası qəbul edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Bundan başqa iş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində ona dəymiş maddi və mənəvi ziyana görə ümumilikdə 50.000 (əlli min) manat pulun mülki cavabdeh Bakı Dövlət Universitetindən tutularaq ona ödənilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda iş üzrə digər Zərərçəkmiş şəxs2 da məhkəmə baxışı zamanı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində ona dəymiş maddi və mənəvi ziyana görə 50.000 (əlli min) manat pulun mülki cavabdeh Bakı Dövlət Universitetindən tutularaq ona ödənilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1, 354.1.1 və 354.1.3-cü maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsini və ya baxılmamış saxlanılmasını əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cinayət əməlinin törədilməsi nəticəsində zərərçəkmiş şəxslər yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan cinayət əməli nəticəsində zərərçəkmiş və mülki iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəyə görə həmin Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsini onunla əsaslandırmışdır ki, hadisə nəticəsində sağlamlığına vurulmuş zərərə görə uzun müddət xəstəxanada qalmalı olmuş, hadisədən iki il müddət keçməsinə baxmayaraq sağlamlığında və psixologiyasında yaranmış pozuntuların fəsadları davam edir. Bundan başqa o, başlanılmış cinayət təqibi üzrə daimi yaşayış yeri olan Balakən rayonundan Bakı şəhərinə gəlməli olmuş, məhkəmə proseslərində iştirak edərkən bəzi iclas vaxtları xüsusi sərtləşdirilmiş karantin rejimi dövrünə təsadüf etdiyindən və həmin dövrdə ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığından taksi xidmətindən istifadə etmək məcburiyyətində qalmışdır ki, bununla da ona kifayət qədər maddi ziyan dəymişdir. Lakin taksi sürücüsü tərəfindən ona qaimə təqdim edilmədiyindən hazırda buna dair sübutlarını məhkəməyə təqdim edə bilmir. Göstərilənlərə əsasən Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsini müdafiə edərək ona dəymiş maddi və mənəvi ziyana görə Bakı Dövlət Universitetindən 50.000 manat pul tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 isə mülki iddia ərizəsini onunla əsaslandırmışdır ki, hadisə nəticəsində sağlamlığına vurulmuş zərərə görə uzun müddət xəstəxanada qalmalı olmuş, hadisədən iki il müddət keçməsinə baxmayaraq sağlamlığında və psixologiyasında yaranmış pozuntuların fəsadları davam edir. Bundan başqa o, başlanılmış cinayət təqibi üzrə daimi yaşayış yeri olan Göyçay rayonundan Bakı şəhərinə gəlməli olmuş, məhkəmə proseslərində iştirak edərkən bəzi iclas vaxtları xüsusi sərtləşdirilmiş karantin rejimi dövrünə təsadüf etdiyindən və ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığından taksi xidmətindən istifadə etmək məcburiyyətində qalmışdır ki, bununla da ona kifayət qədər maddi ziyan dəymişdir. Lakin taksi sürücüsü tərəfindən ona qaimə təqdim edilmədiyindən hazırda buna dair sübutlarını məhkəməyə təqdim edə bilmir. Göstərilənlərə əsasən Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsini müdafiə edərək ona dəymiş maddi və mənəvi ziyana görə Bakı Dövlət Universitetindən 50.000 manat pul tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Dövlət Universitetinin etibarnamə üzrə nümayəndəsi X9 mülki iddia ərizələri əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə mülki iddia ərizələri ilə bağlı tərəfləri dinləyib hesab edir ki, hazırki halda göründüyü kimi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddia ərizələri təqsirləndirilən şəxsə qarşı deyil, onun əməlinə görə işçisi olduğu Bakı Dövlət Universitetinə qarşı verilmişdir. Belə ki, işin faktiki hallarından göründüyü kimi hadisə Bakı Dövlət Universitetinin nəzdində olan 2 saylı yataqxanada həmin Universitetin vəzifəli şəxsinin işinə vicdansız və laqeyd münasibəti, öz xidməti vəzifəsini yerinə yetirməməsi səbəbiylə baş vermiş və zərərçəkmiş şəxlərin sağlamlıqlarına ağır zərər vurmaya aid xəsarətlər yetirilmişdir ki, bunun nəticəsində isə onların ağır iztirab və stress keçirməsi kifayət qədər realdır. Məhkəmə həmçinin qeyd edir ki, hamıya məlum olan və sübuta ehtiyacı olmayan haldır ki, ölkə ərazisində artıq iki ilə yaxın müddətdir ki, COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı müəyyən fasilələrlə ictimai nəqliyyatın hərəkəti ya ümumiyyətlə qadağan edilmiş, ya da müəyyən vaxt çərçivəsində məhdudiyyətlər qoyulmuşdur. Hazırki iş isə məhkəməyə 03 sentyabr 2020-ci il tarixdə daxil olmuş və 19 avqust 2021-ci il tarixdə yekunlaşmışdır, bununla da göründüyü kimi məhkəmə iclaslarının vaxtı ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmuş xüsusi karantin rejimi dövrünə də təsadüf etmişdir. Göstərilənlərlə yanaşı, ağlabatan haldır ki, zərərçəkmiş şəxslər xəstəxanada qaldıqları müddətdə tibbi ləvazimatlara ehtiyacı olmuş həmin vasitələrə və eyni zamanda məhkəmə iclaslarında iştirakı üçün müəyyən məbləğlərdə maddi vəsait xərcləmişlər. Odur ki, məhkəmə işin hallarını və ağlabatanlıq meyarını nəzərə alıb hesab edir ki, Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi qismən təmin edilməli və vurulmuş maddi ziyana görə 1000 (bir min) manat, mənəvi zərərə görə 3000 (üç min) manat olmaqla, cəmi 4000 (dörd) min manat məbləğində pul vəsaiti Bakı Dövlət Universitetindən tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Bundan başqa, Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsi qismən təmin edilməli, vurulmuş maddi ziyana görə 1000 (bir min) manat, mənəvi ziyana görə isə 3000 (üç min) manat, cəmi 4000 (dörd) min manat məbləğində pul vəsaiti Bakı Dövlət Universitetindən tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 180 (bir yüz səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Zərərçəkmiş şəxs mərhum X11 hüquqi varisi X1 mülki iddiadan imtinası qəbul edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi qismən təmin edilsin və ona vurulmuş maddi ziyana görə 1000 (bir min) manat, mənəvi zərərə görə 3000 (üç min) manat olmaqla, cəmi 4000 (dörd) min manat məbləğində pul vəsaiti Bakı Dövlət Universitetindən tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Mülki iddia ərizəsi qalan hissədə rədd edilsin. Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsi qismən təmin edilsin, vurulmuş maddi ziyana görə 1000 (bir min) manat, mənəvi zərərə görə 3000 (üç min) manat olmaqla cəmi 4000 (dörd) min manat məbləğində pul vəsaiti Bakı Dövlət Universitetindən tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. Mülki iddia ərizəsi qalan hissədə rədd edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar