Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-27/2022 21.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçiləri Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə xx xxxxxx 1994-cü il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Yasamal rayonu, Nəriman ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroini və psixotrop maddə hesab edilən metamfetamini əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs halında 27 iyul 2021 -ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, X6 17 saylı ünvanda yerləşən “Araz” supemarketin ikinci mərtəbəsində yerləşən uşaq geyimləri vitrininin üzərindən Zərərçəkmiş şəxs məxsus pul kisəsinin içərisindən 890 manat pulu və milli valyutaya münasibətdə 170 manat təşkil edən 100 ABŞ dollarını gizli olaraq talayıb zərərçəkmiş şəxs Y.Quliyevaya ümumilikdə 1060 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 04 avqust 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,327 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini və 1 ədəd şəffaf selofana bükümlmüş təmiz çəkisi 1,014 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 04 avqust 2021-ci il tarixdə saat 22:00 radələrində Yasamal RPİ- nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının qarşısında saxlanılaraq PB-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,327 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və 1 ədəd şəffaf selofana bükümlmüş təmiz çəkisi 1,014 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs halında 27 iyul 2021 -ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, X6 17 saylı ünvanda yerləşən “Araz” supemarketin ikinci mərtəbəsində yerləşən uşaq geyimləri vitrininin üzərindən Zərərçəkmiş şəxs məxsus pul kisəsinin içərisindən 890 manat pulu və milli valyutaya münasibətdə 170 manat təşkil edən 100 ABŞ dollarını gizli olaraq talayıb zərərçəkmiş şəxs Y.Quliyevaya ümumilikdə 1060 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 iyul 2021-ci il tarixdə saat 22:40 radələrində o, özünə məxsus “Hyundai Elantra” markalı avtomobillə Təqsirləndirilən şəxs2 ilə birlikdə ərzaq malları almaq üçün Bakı şəhəri, Yasamal rayonu, X6 17 saylı ünvanda yerləşən ’’Araz” marketə gəlmişdirlər. Onlar marketin içərisinə daxil olub mağazanın ikinci mərtəbəsinə çıxaraq oradan nəm solfetka və plasmas stəkanla, plasmas boşqabları götürüb ayaqqabı üçün fırçalar və kremlər olan vitrinə gəlmiş, uşaq üçün paltar səbətinin üstündə bir ədəd pul kisəsinin olduğunu görmüş, Nərgizə həmin pul kisəsini göstərib pul kisəsinin sahibinin olmadığını, kiminsə yaddan çıxarıb burada qoyduğunu demişdir. Bundan sonra onlar ətrafa baxıb görmüşdülər ki, həmin yerdə heç kəs yoxdur və pul kisəsini oğurlamaq qərarına gəlmişlər. Həmin vaxt Nərgiz pul kisəsini götürmüş və onlar həmin yerdən uzaqlaşmış, sonra Nərgiz pul kisəsinin içərisinə baxanda görmüşdür ki, orada 100 ABŞ dolları, 15 manat pul, və bank kartları vardır. Nərgiz pul kisəsinin içərisindən 100 ABŞ dollarını və 15 manat pulu götürmüş, pul kisəsi ilə bank kartlarını Xlor məhlulu olan vitrinə qoyub oradan uzaqlaşıb getmişlər. Onlar kassaya yaxınlaşmış, o, aldıqları əşyaların pulunu öz cibindən verib mağazadan çıxmışlar. Oğurladıqları pulun 100 manatını Nərgiz ona vermiş, qalanını isə özünə götürmüşdür. O, da oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Bundan başqa o, 04 avqust 2021-ci il tarixdə saat 20 radələrində “Kubinka” adlanan ərziyə gedərək üzdən tanıdığı lakin adını bilmədiyi orta yaşlı şəxsdən 20 manat pul verərək özü istifadə etmək məqsədi ilə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini alaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyub yaşadığı evə gəlmişdir. O, yaşadığı evin qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onu Yasamal Rayon Polis idarəsinin 26-cı Polis Bölməsinə aparmışlar. Polis bölməsində Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin təhqiqatçısı ona hüquq və vəzifələrini izah etmiş, sonra müdafiəçi və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı iki ədəd şəffaf selofan bükümdə olan büklünü çıxardıb təqdim etmişdir. Həmin büklünün birində heroin, digər büklüdə isə metamfetamin olan maddəni könüllü olaraq polis əməkdaşlarına təqdim edib bildirmişdir ki, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini həmin gün Kubinka deyilən ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən ümumilikdə 20 manata almış və özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır, əldə etdiyi narkotik vasitəni kiməsə satmaq niyyəti olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, törətdiyi əməllərə görə səmimi peşmançılıq çəkməsini, ali təhsilli olmasını, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, uznun müddətdir həbsdə olmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 iyul 2021-ci il tarixdə saat 22:40 radələrində o, Nicatla birlikdə Nicata məxsus “Hyundai Elantra” markalı avtomobillə ərzaq malları almaq üçün Bakı şəhəri, Yasamal rayonu, X6 17 saylı ünvanda yerləşən “Araz” marketə gəlmişdirlər. Onlar marketin içərisinə daxil olmuş, mağazanın ikinci mərtəbəsinə çıxaraq oradan nəm solfetka və plasmas sətakanla, plasmas boşqabları götürüb ayaqqabı üçün fırçalar və kremlər olan fitrinə gəlmiş, həmin vaxt Nicat ona uşaq üçün paltar səbətinin üstündə bir ədəd pul kisəsinin olduğunu göstərmişdir. O, həmin pul kisəsini görəndən sonra baxmışdır ki, həmin yerdə heç kəs yoxdur, lakin kamera çəkir. O, pul kisəsi olan səbətin içərisinə baxıb arxasını kamera tərəfə çevirib pul kisəsini oğurlamışdır. Bundan sonra o, həmin pul kisəsinin içərisinə baxıb görmüşdür ki, pul kisəsinin qabaq cibində bank kartları, arxa cibində isə 1 ədəd 100 manatlıq pul əskinası və 01 ədəd 10 manatlıq pul kisəsi var. O, həmin pulu pul kisəsinin içərisindən götürmüş, pul kisəsini isə kartlarla birlikdə xlor vitrininə qoymuşdur. Onlar kassaya yaxınlaşan zaman pul kisəsinin sahibini görmüş, lakin həmin vaxt o, heç bir söz deməmişdir. Bundan sonra o, Nicatla birlikdə kassaya yaxınlaşmış və aldıqları əşyaların pulunu Nicat verəndən sonra onlar Nicatın avtomobilinə minib oradan uzaqlaşıb getmişlər. Oğurladıqları 110 manat pulun 10 manatını o, xərcləmiş, 100 manatını isə Nicata vermişdir. 04 avqust 2021-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən o, saxlanılaraq polis bölməsinə aparmışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini ona dəymiş ziyanın ödənildiyini və hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 iyul 2021 -ci il tarixdə saat 22:30 radələrində o, yaşadığı evdən çıxıb Bakı şəhəri, Yasamal rayonu, X6 17 saylı ünvanda yerləşən “Araz” marketə gəlmişdir. O, marketin ikinci mərtəbəsinə qalxaraq uşaq geyimləri vitrininə yaxınlaşıb paltarlara baxarkən əlində olan özünə məxsus içərisində 890 manat, 100 ABŞ dolları və bank kartları olan pul kisəsini vitrinin üzərinə qoymuşdur. Sonra o, pul kisəsini götürməyi unutmuş və mağazanı gəzməyə başlamışdır. O, alış-veriş etdikdən sonra kassaya yaxınlaşıb ödəniş etmək istəyəndə pul kisəsinin əlində olmadığını görüb mağazanın ikinci mərtəbəsinə qayıdıb uşaq vitrininə baxanda görmüşdür ki, pul kisəsi qoyduğu yerdə yoxdur. Bundan sonra o, mağazanın mühafizəçisinə yaxınlaşıb pul kissinin itdiyini bildirmişdir. Daha sonra o, mühafizəçi ilə müşahidə kamerasına baxanda görmüşdür ki, bir nəfər qadın və bir nəfər kişi müştəri ona məxsus olan pul kisəsini həmin yerdən oğurlayır, sonra isə pul kisəsinin içərisindən pulu götürüb, pul kisəsini xlor satılan vitrinə qoyub gedirlər. Bundan sonra o, həmin yerə gələndə görmüşdür ki, ona məxsus olan pul kisəsi həmin yerdədir. O, pul kisəsinin içərisinə baxanda görmüşdür ki, pul kisəsinin içərisində yalnız bank kartları var, 890 manat və 100 ABŞ dolları həmin şəxslər tərəfindən oğurlanmışdır. Sonra o, DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra polis əməkdaşları hadisə yerinə gəlib, hadisə yerini müayinə etmiş, daha sonra isə o, polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə gedərək orada rəsmi ərizə yazmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 avqust 2021-ci il tarixdə saat 22 radələrində o, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılıb ünvan 4, mənzil 117-də yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadə etməsi barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Yasamal rayonu, ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 onlar tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis mayoru X1 xidməti otağında onun, əməliyyat müvəkili Şahid2 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs1 də əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümü çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisindəki psixotrop maddə hesab edilən metamfetamindir, digər şəffaf sellofana bükülmüş bükülünün içərisində isə narkotik vasitə hesan edilən heroindir. Həmin maddələri o, 04 avqust 2021-ci il tarixdə saat 20 radələrində “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş, lakin baxış zamanı heç bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin qabalşdırılaraq zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola iştirakçılar və Təqsirləndirilən şəxs1 imza etmişlər. Baxış keçirilən zaman bütün hadisələr telefon vasitəsi ilə video çəkiliş olunmuşdur. Şahid1 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitə heroinin satışı ilə məşğul olması müəyyən edilməmiş, Ə.Hüseynov yalnız narkotik vasitənin istifadəsi ilə məşğul olmuşdur. Şahid2 məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki,o, eyni məzmunlu ifadə verərək Şahid1 Məmmdəli oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən hadisə yerinə baxış keçirilməsi haqqında 27 iyul 2021-ci il tarixli protokolundan görünür ki, baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirir ki, 27 iyul 2021-ci il tarixdə saat 22:30 radələrində ünvan 7 ünvanda yerləşən “Araz" supermarketin 2-ci mərtəbəsində olan uşaq geyimləri vitririnin qarşısında uşaq paltarlarına baxarkən özünə məxsus pul kisəsini vitrinin üzərinə qoymuş, sonra isə pul kisəsini orada unudub həmin yerdən uzaqlaşmış, daha sonra isə pul kisəsni qoyduğu yerə gələrkən pul kisəsinin həmin yerdə olmadığını aşkar edir, daha sonra isə pul kisəsini duz məhsulları olan vitridən aşkar etmiş, pul kisəsinin içərisinə baxış keçirilərkən 100 ABŞ dollarının və 890 manat pulun oğurlandığı aşkar edilmiş, pul kisəsinin içərisindən isə müxtəlif banklara aid olan kartlar aşkar edilmişdir. Sonra isə bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, ərizə və şikayət daxil olmamışdır (cild 1, səh.7-12). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, görüntünün sol tərəfində əks olunmuş vaxta əsasən saat 22:54-də qara köynək və qara şalvar geyinmiş bir nəfər qadın cinsindən olan şəxsin marketdə vitrinin üzərinə qoyulmuş məhsulları nəzərdən keçirməsi və əlində olan qara rəngli pul kisəsinə bənzər əşyanı digər vitrində olan geyim əşyalarına bənzər məhsulların üzərinə qoyması müşahidə olunur. Saat 22:55-dən saat 22:57-dək olan müddət ərzində həmin qadının vitrində olan çeşidi müəyyən olunmayan hansısa əşyanı əlinə götürməsi, həmin məhsula baxış keçirməsi, həmçinin onun yanında olan əynindəki geyim dəstinə əsasən marketin işçilərindən olması aşkar bilinən bir nəfər qadın cinsindən olan şəxsin vitrində olan məhsulların səliqəyə salaraq oradan uzaqlaşması, bundan sonra isə Zərərçəkmiş şəxs həmin bölmədən uzaqlaşması və ona məxsus pul kisəsinin isə bir neçə dəqiqə əvvəl qoyduğu vitrinin üzərində unudulduğu müşahidə olunur. Görüntünün davamında saat 23:00-dan saat 23:01-dək olan müddət ərzində əynində mavi-ağ rəngli köynək və qara rəngli şalvar olan bir nəfər kişi cinsli olan şəxsin və onunla birlikdə gəlməsi görüntülərə əsasən tam şəkildə aşkar olan əynində bəzəkli ağ rəngli paltar olan qadın cinsindən olan şəxsin zərərçəkmiş şəxs X3 məxsus pul kisəsinin qoyulduğu vitrinin qarşısında dayanmaları, qadın cinsindən olan şəxsin ətrafı nəzərdən keçirməsi, bundan sonra kişi cinsindən olan şəxslə söhbət etməsi, həmin vitrinə yaxınlaşaraq əlində olan hansısa çeşidi müəyyən olunmayan əşyanı pul kisəsinin yanına qoyması, daha sonra isə ani məqamda pul kisəsini götürərək yanında olan kişi cinsindən olan şəxslə birlikdə kənara çəkilərək uzaqlaşması müşahidə olunur. Görüntünün davamında kişi cinsindən və qadın cinsindən olan həmin iki nəfər şəxsin marketin uşaq şampunları olan bölməsinə yaxınlaşması, orada gizli formada pul kisəsinin içərisindən hansısa predmeti çıxartmaları, pul kisəsini həmin bölmədə rəflərdən birinə qoymaları və oradan uzaqlaşmaları müşahidə olunur. Görüntünün davamında saat 23:02-də həmin şəxslərin marketin kassasına yaxınlaşması və aldıqları hansısa məhsullara görə ödəniş etmələri və uzaqlaşmaları müşahidə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən “şəxsi axtarış və götürmə aparılması haqqında” 04 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 22:00 radələrində Yasamal rayonu, ünvan 6 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümləri təqdim edərək, bir ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində metamfetamin və digər şəffaf sellofana bükülmüş bükülünün içərisində isə heroin olduğunu bildirərək, həçmin maddələri 04 avqust 2021 -ci il tarixdə saat 20:00 radələrində Kubinka deyilən ərazidə tanımadığı şəxsdən ümumilikdə 20 manata almış və üzərində saxlamışdır ki, istifadə etsin. Bundan sonra şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb DİN-nin zərflər üçün olan 170 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır (cild 1, səh. 94-96). İş üzrə maddi sübut kimi tanınmış digər diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, baxış keçirilməsi Yasamal RPİnin 26-cı PB-nin təhqiqatçısı, polis mayoru X1 xidməti iş otağında aparılmış, baxışda Yasamal RPİ-nin 26-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Yasamal RPİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 vəkili X5 iştirak etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edildikdən sonra onun üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuş, bir ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində metamfetamin və digər şəffaf sellofana bükülmüş bükülünün içərisində isə heroin olduğunu bildirərək, həmin maddələri 04 avqust 2021 - ci il tarixdə saat 20:00 radələrində Kubinka deyilən ərazidə tanımadığı şəxsdən özü istifadə etmək məqsədi ilə 20 manata almış və üzərində saxlamışdır. Daha sonra Yasamal RPİ-nin 26-ci PB-nin təhqiqatçısı, polis mayoru X4 Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirmiş, lakin baxış zamanı hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolda və zərfdə Təqsirləndirilən şəxs1 iştirakçılarla birlikdə imza etmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 05 avqust 2021-ci il tarixli 6/3306 saylı rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün № 170” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs1” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,327 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 1,014 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış maddə metamfetamindir. Heroin 2005-ci 28 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci 28 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir (cild 1, səh. 105-109). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi ambulator məcburi-narkoloji ekspertizasının 24.09.2021-ci il tarixli 3609 nömrəli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, səh. 240-241). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 sentyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, maddi sübut kimi tanınmış, təhqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq çəkisi 0,277 qram narkotik vasitə heroin və qalıq çəksi 0,964 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanılması ambarına təhvil verilmişdir. Həmçinin iş üzrə maddi sübut növü kimi tanınmış 02 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir (cild 1, 198-201; 243-255). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 avqust 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 heç vaxt cinayət məsuliyyətinə cəlb edilməyib və əvəllər məhkum olunmayıb (cild 1, səh. 207). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 avqust 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək ********* nömrəli cinayət işi üzrə 25.06.2021-ci il tarixdə məsuliyyətə cəlb edilmişdir. Cinayət işi hal- hazırda icraatdadır (cild 1, səh. 208-209). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 1(006)- 437/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azdlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, səh. 216-219). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli, 7(004)-183/2021 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs2 barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021 -ci il tarixli Qərarı tətbiq edilmiş və ona Bakı Şəhər Nəsimi rayon Məhkəməsinin 1(006)- 437/2021 şaylı, 20.08.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 18.01.2022-ci il tarixli 21-1- 243051-5 nömrəli məktubunun surətindən məlum olur ki, Nəsimi Rayon Məhkəməsinin 1(006)-437/2021 saylı, 20.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs2 02.12.2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Yasamal Rayon Məhkəməsinin 7(004)-183/2021 saylı 21.12.2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs2 barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilmiş və cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. 18.01.2022-ci.il tarixə cəzanın çəkilməmiş hissəsi 04 (dörd) ay 13 (on üç) gün təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 04.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-425/2021 nömrəli 06.08.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, səh.83-84, 185-189). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04.08.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 04 avqust 2021-ci il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, səh. 35- 36) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2021-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam” qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 barəsində 06 avqust 2021-ci il tarixdən “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 190-192). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30.11.2021-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən məlum olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi zərər tam ödənilmişdir, onun təqsirləndirilən şəxslərdən heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf etməsini, peşman olmasını, ilk dəfə məhkum olunmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı könüllü surətdə tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı könüllü olaraq tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 1(006)- 437/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azdlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əməllərində çoxsaylı cəzanın yüngülləşdirən halların məcmusunun təqsirləndirilən şəxslərə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz və mütləq nəzərə alınmalıdır. Belə ki, cəza təyin edərkən bu kimi halların nəzərə alınmaması cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə zidd olardı. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə ağır cəzanın təyin edilməsi onların islah edilməsinə xidmət edə bilməz. Təqsirləndirilən şəxslərə elə bir cəza təyin edilməlidir ki, onlar həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Digər tərəfdən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrinin və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onların hər birini və ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər, habelə nəzərə alınsa ki, onlar hər ikisi ali təhsilli şəxslərdir onların normal bir şəxslər kimi cəmiyyətə inteqrasiya etməsinə maneə ola bilər. Bu kimi hallar isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Məhkəmə, həmçinin hesab edir ki, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən Sərəncamının müddəalarının hazırki iş üzrə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 04.08 2021-ci il tarixdən 21.01. 2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu 05 (beş) ay 17 (on yeddi) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı (tutulduğu) müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci və 66.2-ci maddələri tətbiq edilməklə, hazırkı hökmlə təyin ediləcək cəza ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 1(006)-437/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının amnistiya aktı tətbiq edildikdən (həmin cəza Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 7(004)-183/2021 saylı qərarı ilə 1 (bir) il müddətə azaldıldıqdan) sonra qalan 4 (dörd) ay 10 günlük hissəsi qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən isə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 04.08.2021-ci il tarixdən 06.08. 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona cinayətlərin məcmusu üzrə təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52- 1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Yasamal rayonu, ünvan 9 ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 10 ünvanında çəkməli, həmin ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı 02.12.2021-ci il tarixindən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs1 oğlundan tutulub dövlət nəfinə köçürülməlidir. Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,964 qram psixotrop maddə metamfetamin və 0,277 qram narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli, 1(004)-403/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: 1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplanılaraq ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 04.08.2021-ci il tarixdən 21.01.2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 5 (beş) ay 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 11 (on bir) ay 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə: yaşadığı ünvan 12 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5. və 66.2-ci maddələri tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 1(006)-437/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının amnistiya aktı tətbiq edildikdən (həmin cəza Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2021ci il tarixli, 7(004)-183/2021 saylı qərarı ilə 1 (bir) il müddətə azaldıldıqdan) sonra çəkilməmiş qalan 4 (dörd) ay 10 günlük hissəsi qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 04.08.2021-ci il tarixdən 06.08.2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 10 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, kütləvi tədbirlərdə iştirak etməmək məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli, cəzanı icra edən orqanda qeydiyyata alındığı 02.12.2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd “DVD” diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs1 oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,964 qram psixotrop maddə metamfetamin və 0,277 qram narkotik vasitə heroin məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-27/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-27/2022
21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver