Məhkəmə qərarları › İş №1(004)-27/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-27/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-27/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Naxçıvan Muxtar Respublikasının, Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqums a əmlakını ələ keçirməklə dələduzluq elmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən torpaq sahəsinin sənədləşdirmə işlərinin düzəlməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan torpaq sahəsinə aid sənədləşdirmə işlərinin görməsinə köməklik göstərmək imkanına malik olması görüntüsü yaratmaqla əslində sonuncuya məxsus həmin pulu ələ keçirmək niyyəti ilə 2021-ci ilin fevral avının ortalarında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri İzmir küçəsi 9 saylı binanın qarşısında 5500 ABŞ dolları, 2021-ci ilin levral ayının ortalarında müxtəlif vaxtlarda olmaqla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “İzmir" parkında ümumilikdə 11000 (on bir min) manat, 2021-ci ilin fevral ayının sonlarında müxtəlif vaxtlarda olmaqla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “İzmir” parkında ümumilikdə 26000 (iyirmi altı min) manat olmaqla ümumilikdə 46 350 (qırx altı min üç yüz əlli) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq elmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun tikinti şirkəti vardır və həmin şirkət tikinti layihələrinin hazırlanması ilə məşğul olur. Təxminən 2021-ci ildə adını xatırlamadığı tanışı vasitəsilə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs ona məxsus ofisə gələrək özünə məxsus torpaq sahəsinə çıxarış almaq məqsədilə ondan kömək istəmiş, o isə Zərərçəkmiş şəxs bu məsələni 16000 manat pul müqabilində bu məsələni həll edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onun bu təklifi ilə razılaşaraq istifadəsində olan torpaq sahəsinə çıxarış almaq məqsədilə dörd ədəd order üçün ona dəqiq xatırlamadığı tarixlərdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində hissə-hissə olmaqla 9600 manat məbləğində pul təqdim etmişdir. O, ilk öncə, həmin torpaq sahələri ilə bağlı arxiv sənədi almaq lazım olduğunu bildirərək Zərərçəkmiş şəxs bunun müqabilində 2400 manat məbləğində pul tələb etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun qardaşı Şahid2 ilə görüşərək onun tələb etdiyi 2400 manat məbləğində pulu qardaşı Samirə vermişdir. Daha sonra o, Zərərçəkmiş şəxs məxsus orderlərlə bağlı arxiv sənədi almaq məqsədilə həmin sənədləri Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərmişdir. O, Zərərçəkmiş şəxs yaşadığı ünvana həmin İdarədən məktubların getməsinə dair göndəriş çeklərini ona təqdim etmək məqsədilə dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən İzmir parkında Zərərçəkmiş şəxsla görüşmüş və poçt qəbzlərini ona təqdim etmişdir. O, Zərərçəkmiş şəxs ona verdiyi 9600 manat məbləğində pulu dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Zərərçəkmiş şəxs qaytarmış, 2400 manat məbləğində pulu isə geri qaytarmamışdır. O, Zərərçəkmiş şəxs məxsus dörd ədəd orderdən əlavə başqa heç bir torpaq sahəsi üçün əlavə pul almamışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs 4800 manat məbləğində borca pul almış və həmin pulu da Fuad Axunovdova geri qaytarmışdır. Şahid1 isə tanımır və onu heç vaxt görməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, biznes fəaliyyəti ilə məşğul olur. 2021-ci ilin fevral ayının əvvəllərində istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 12 sotdan ibarət 1.3 hektar torpaq sahəsinə çıxarış almaqda köməklik etmək məqsədilə bələdiyyə sədri olan Sabir adlı tanışına müraciət etmişdir. Sabir ona torpaq sahələrinin özəlləşdirilməsi ilə məşğul olan tanışının olduğunu bildirmiş və adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxslə onu tanış etmişdir. O, Zaura özünə məxsus olan Pirşağa qəsəbəsində yerləşən torpaq sahəsinə çıxarış almaq istədiyini bildirmiş, Zaur isə ona çıxarış almaq üçün arxiv sənədi lazım olduğunu söyləyərək ondan dörd order üçün hərəsi 8000 manat, yəni dörd ədəd orderə 32000 manat pul istəmişdir. O, Zaurun bu təklifi ilə razılaşmamışdır. Bundan bir müddət sonra o, yenidən Zaurun ofisinə gedərək onunla ofisdə görüşmüş və həmin ofisdə söhbət zamanı Zaur onu özəlləşdirmə məsələlərində peşəkar olduğuna inandırmış və ona məxsus torpaq sahəsinin özəlləşdirilməsi məqsədilə əlavə dörd orderin hər biri üçün 4000 manat pul, ümumilikdə dörd ədəd orderə 16000 manat pul istəmişdir. O, Zaurun bu təklifi ilə razılaşaraq ertəsi gün, dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən İzmir parkında Zaura ilkin ödəniş olaraq 2000 dollar yəni 3400 manat məbləğində pul vermişdir. Bundan sonra dəqiq xatırlamadığı tarixdə Zaurun qardaşı Şahid2 Elburus oğlu onun yaşadığı ünvan 4 ünvanda yerləşən binanın həyətinə gəlmiş, bu zaman o, əynini geyinərək evdən çıxana qədər oğlu Şahid1 Zaurun qardaşı Samirə vermək üçün 5500 dollar yəni, 9350 manat məbləğində pul vermişdir. Abdulla isə həmin pulu götürərək həyətə düşdükdən sonra verilən məbləğ böyük olduğu üçün o, Samirin üzünü görmək məqsədilə Abdullanın arxasınca gələrək Samirə yaxınlaşmış və Abdulla Samirə pulu verdikdən sonra oğlu onların şəklini çəkmişdir. Bundan sonra o, müxtəlif vaxtlarda Tbilisi prospektində yerləşən “Diaqnostika” klinikasının yanında, həmçinin Zaurun ofisində görüşərək Zaura hissə-hissə olmaqla ümumilikdə 11000 manat məbləğində pul vermişdir. O, dörd orderlə əlaqədar Müdafiəçi1 ümumilikdə 15500 manat məbləğində pul vermiş, 500 manat məbləğində pul isə ödənilməmiş qalmışdır. Bütün bu proseslərin gedişində Müdafiəçi1 ona məxsus torpaq sahəsinin 48 sotdan artıq olduğunu görmüş və həmin torpaq sahəsinə çıxarış almaq məqsədilə daha dörd order üçün hər binə 3000 manat olmaqla, yəni ümumi 12.000 manat pul istəmişdir. O, Zaurun bu təklifi ilə razılaşaraq həmin dörd orderlə əlaqədar olaraq Müdafiəçi1 4800 manat məbləğində pul vermiş, 7200 manat məbləğində pul isə ödənilməmiş qalmışdır. Beləliklə, o, ümumilikdə səkkiz ədəd orderlə əlaqədar olaraq Müdafiəçi1 20300 manat məbləğində pul vermişdir. Bundan başqa o, sahibi olduğu başqa bir şirkətə ayrılmış 02 hektar torpaq sahəsinə də çıxarış almaq məqsədilə Zaurdan həmin torpaq sahəsinə də çıxarış almaqda köməklik etməsini xahiş etmiş, lakin bu zaman o, həmin şirkətin sahibinin özünün olmasını Zaura bildirməmişdir. Zaur isə bunun müqabilində ondan 30.000-35.000 manat məbləğində pul istəmişdir. Onlar öz aralarında razılığa gəldikdən sonra o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən İzmir parkında Zaura həmn şirkətə ayrılmış 2 hektar torpaq sahəsinə çıxarış almaq məqsədilə 26.000 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında yenidən zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, keçən məhkəmə iclasında şahid qismində çağırılmış oğlu Şahid1 ona Təqsirləndirilən şəxs tanıdığını və Zaura onun tapşırığı ilə əlavə 3000 dollar məbləğində pul aparıb verdiyini bildirmişdir. İbtidai istintaq zamanı oğlunun Zaura əlavə 3000 dollar məbləğində pul aparıb verməsi onun yadına düşməmiş, lakin məhkəmə iclası zamanı oğlunun bu barədə ona məlumat verməsindən sonra oğlu Abdullanın həmin məbləğdə pulu Zaura verməsini xatırlamışdır. Onun oğlu Abdulla 3000 dollar məbləğində pulu apararaq Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən ofisdə Zaura vermişdir. Lakin hazırda bununla bağlı heç bir sübut təqdim edəbilmir. Həmin 3000 dollar məbləğində pul onun Zaura verdiyi ümumilikdə 20300 manat məbləğində pulun içərisinə daxil deyildir. Müdafiəçi1 onun ümumilikdə 46300 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Yekun olaraq ona dəymiş zərərin ödənilməsini tələb etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. O, tikinti fəaliyyəti ilə məşğul olur, lakin pandemiya ilə əlaqədar işsiz qaldığından qardaşı Zaur onu öz yanında sürücü kimi işə götürmüşdür. O, tikinti layihələrini aparıb müəyyən yerlərə çatdırmaqla məşğul olmuşdur. Dəqiq xatırlamadığı tarixdə qardaşı Zaurun ofisində Fuad adlı şəxslə tanış olmuşdur. Bundan sonra Zaur ona Fuadın nömrəsini verərək gedib Fuaddan təxminən 5000-5500 manat məbləğində pul götürməli olduğunu bildirmiş, o da Zaurun tapşırığına əməl edərək Fuadla əlaqə saxlamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs yaşadığı ünvana getmiş və orada Fuadın oğlu ilə görüşmüşdür. Həmin vaxt o, Fuadın oğlu tərəfindən ona verilən məbləğin təxminən 2200-2400 manat olduğunu görmüş və bu səbəblə qardaşı Zaura zəng edərək verilən pulun daha az olması barədə qardaşına məlumat vermişdir. Zaur isə ona cavabında bildirmişdir ki, nə qədər pul verirlərsə, o pulu götürsün. O, Zərərçəkmiş şəxs oğlu tərəfindən verilən pulu götürdüyü zaman Fuad da onların olduqları yerə gələrək oğlu ilə onun şəklini çəkmişdir. O, cəmi bir dəfə pul məsələsi ilə bağlı qardaşı Müdafiəçi1 tapşırığı ilə Zərərçəkmiş şəxs pul götürmək məqsədilə görüşmüşdür. Lakin o, Zaurdan bu pulun hansı məqsədlə verildiyini soruşmamış, ümumiyyətlə, onun qardaşı Zaurun işləri barədə məlumatı olmamışdır. İş üzrə qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Onlar Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində yerləşən evdə birlikdə yaşayırlar. Təxminən qış aylarında, dəqiq xatırlamadığı tarixdə onlar evdə olduqları zaman atası Zərərçəkmiş şəxs bir nəfər şəxsin gəldiyini, həmin şəxsə pul verilməli olduğunu ona demiş və atası yatmış vəziyyətdə olduğuna görə əynini geyinmək məqsədilə həmin pulu gələn şəxsə verməsini ona tapşırmışdır. O, atası Zərərçəkmiş şəxs tapşırığı ilə ilk dəfə 5500 dollar məbləğində pulu yaşadıqları evin həyətində əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin qardaşı Şahid2 vermişdir. O, Şahid2 əvvəllər tanımamış, onu ilk dəfə həmin vaxt görmüşdür. Onlar birlikdə ona məxsus “Kia Ceed” markalı avtomobilə əyləşərək bir qədər söhbət etmiş, bundan təxminən bir qədər sonra onun atası Zərərçəkmiş şəxs onların yanına gələrək bir tanış kimi xatirə qalması üçün onların birlikdə şəklini çəkmişdir. Məhkəmə iclasında yenidən şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, ötən məhkəmə iclasında məhkəmə iclas zalına gəldiyi zaman Təqsirləndirilən şəxs görmüş və dərhal atasına həmin şəxsi, yəni Zauru tanıdığını, atasının tapşırığı ilə Zaura pul aparıb verdiyini bildirmişdir. O, Zaurun qardaşı Samirə 5500 dollar məbləğində pulu verdikdən bir neçə həftə sonra yenidən atası Zərərçəkmiş şəxs tapşırığı ilə Müdafiəçi1 Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən ofisinə gedərək ikinci dəfə onun şəxsən özünə 3000 dollar məbləğində pul vermişdir. Onun heç bir zaman nə Zaur, nə də onun qardaşı Samirlə telefon əlaqəsi olmamışdır. O, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən Zaurun ofisinə atasının ofisin ünvanı barədə yönləndirmələri vasitəsilə getmiş və Zaura 3000 dollar məbləğində pul vermişdir. Lakin bununla bağlı heç bir sübut təqdim edə bilmir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır və onlar eyni qəsəbədə yaşayırlar. Onun Rafiq adlı tanışı var və həmin şəxs əmlakla bağlı sənədlərin düzəldilməsi, dəyişdirilməsi və əmlak problemlərinin məhkəmə yolu ilə həll edilməsi işi ilə məşğul olur. Təxminən bir neçə il bundan əvvəl, Zərərçəkmiş şəxs onun yaşadığı evə gəldiyi zaman ondan əmlakla bağlı probleminin həll edilib-edilməməsini soruşmuş, o isə Fuada bu məsələ ilə Rafiq adlı tanışının məşğul olduğunu və Rafiqin bununla əlaqədar məhkəməyə müraciət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs həm bir dost kimi onun aldadılmasından narahat olduğu üçün Rafiq adlı şəxsi tanımaq məqsədilə, həm də özünə məxsus dənizkənarı torpaq sahəsinin çatışmayan sənədləri ilə bağlı olaraq özünü Rafiqlə tanış etməsini ondan xahiş etmişdir. Bundan sonra o, Rafiqlə Fuadı tanış etmiş, onlar Rafiqin təklifi ilə sonradan adının Zaur olduğunu bildiyi şəxsin ofisində görüşmüşdürlər. Rafiq Müdafiəçi1 onlara özünün dostu kimi təqdim etmişdir. İlkin tanışlıqdan sonra Zərərçəkmiş şəxs Zaura özünə aid hər biri 12 sot olmaqla dörd torpaq sənədinin olduğunu, bundan başqa ona məxsus torpaq sahəsinin yanında tanışlarının da torpaq sahəsini olduğunu və əgər ona məxsus torpağın sənədləri düzələrsə, həmin tanışlarının da onun, yəni Zaurun yanınına gələcəyini Müdafiəçi1 bildirmişdir. O, öz işlərini daha çox Rafiqlə həll etdiyi üçün həmin görüş zamanı tez-tez ofisdən bayıra çıxmış, bir müddət sonra yenidən ofisə qayıtdıqda o, Fuadla Zaurun artıq öz aralarında danışıb razılaşdıqlarını görmüşdür. O, ofisə gəldiyi zaman Zaurun Fuada “Çalışaram, sizə kömək edim. Bu məsələdə çatışmazlıqlar olduğu üçün məhkəmə predmeti olacaq və ola bilər ki bu proses bir neçə ay davam etsin” dediyini eşitmiş, həmçinin Zaur Fuaddan ona məxsus hər bir torpaq sənədi ilə bağlı ümumilikdə 8000 manat pul istəmişdir. Həmin vaxt Fuad Zaurdan bu pulun nə üçün lazım olduğunu soruşmuş, Zaur isə ona bu məsələ ilə vəkillərin məşğul olacağını, onların və məhkəmə xərclərinin ödənilməli olduğunu bildirmişdir. Lakin həmin görüş zamanı və ümumiyyətlə, heç vaxt Zərərçəkmiş şəxs Müdafiəçi1 hər hansı məbləğdə pul verməsini görməmişdir. Onun Zərərçəkmiş şəxs və Müdafiəçi1 arasında baş verən sonrakı proseslərdən xəbəri olmamışdır. Təxminən bir neçə ay bundan əvvəl isə Müdafiəçi1 Zərərçəkmiş şəxs pul almasından xəbəri olmuşdur. O, Zaurun qardaşı Şahid2 tanımır, lakin onu bir dəfə öz işi ilə əlaqədar Zaurun ofisinə gedib-gəldiyi zaman avtomobildə əyləşən zaman görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində yerləşən “İzmir” parkı olmuşdur. (i.v. 13-15) Azərbaycan SSr Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və ictismarı birliyi tərəfindən verilmiş orderlərdən görünür ki, Zərərçəkmiş şəxs Pirşağı bağlar sahəsində 218 nömrəli BTK nəznində 0.12 hektar torpaq sahəsi 533k, 533c, 533т, 533з nömrəli bağ ayrılıb. (i.v. 48-51) xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şübhəli Şahid2 arasında üzləşdirmə aparılmış və zərərçəkmiş Zərərçəkmiş şəxs 5500 ABŞ dolları verdiyini Şahid2 üzünə qarşı demişdir. (i.v. 158-159) “Baxış haqqında” 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşir. Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində heç bir tikinti işləri aparılmamışdır. Torpaq sahəsi boş haldadır. (i.v. 227-233) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Şahid2 arasında üzləşdirmə aparılmış və Şahid1 5500 ABŞ dolları ona verdiyini Şahid2 üzünə qarşı demişdir. (i.v. 234-235) “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə götürülmüş bir ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 241-244) Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dəfələrlə telefon danışığı olmuş və həmin danışıqlar zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsn müxtəlif məbləğlərdə pul vəsaitləri tələb etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü təqsirli bilmədiyini göstərsə də, məhkəmə bu ifadələrə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş şəxsdir. (i.v. 94-96) Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli 1(101)-123/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinmişdir. Müdafiəçi1 Elburus oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.3-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Müdafiəçi1 Elburus oğluna qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Müdafiəçi1 Elburus oğluna qeyd edilən maddələr ilə cəza təyin edilməmişdir. Müdafiəçi1 Elburus oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi Müdafiəçi1 Elburus oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməsi və ona təyin edilmiş qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 mart 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. (i.v. 167-225) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-1353/2023 saylı qərarına əsasən Müdafiəçi1 Elburus oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə elan olunmuş ittiham hökmdən xaric edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.3-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Müdafiəçi1 Elburus oğluna qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. CM-nin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi və cinayətləri törətmiş şəxs heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə həmin cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azerbaycan Respublikası məhkəməsinin müraciətinə dair" 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda törətdiyi əməl Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli hökmündən əvvəl törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86), nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nın 66.2 və 66.5-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 1(103)- 1353/2023 saylı qərarı ilə ona qəti təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı, cəzaçəkmə müddətinin əvvəli 29 mart 2022-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiadan görünür ki, cavabdeh Təqsirləndirilən şəxs maddi ziyan olaraq 51.450 manat məbləğində pulun, əldə etməkdən məhrum olduğum 50.000 manat məbləğində faydanın, 50.000 manat məbləğində mənəvi ziyanın və qətnamə icra edildiyi gün 2021-ci ilin fevral ayından illər üzrə ödənilməsi gecikdirilmiş məbləğin 5 faizinin və 442 manat məbləğində dövlət rüsumunun, cəmi 151.892 manat məbləğində pul vəsaitinin xeyrimə tutulması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddialarla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq - iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması barədə qərar qəbul edə bilər. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddialar araşdırma tələb etdiyindən baxılmamış saxlanılmalı və onlara mülki qaydada məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 75 (yetmiş beş) saata görə 450 (dörd yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1353/2023 saylı qərarı ilə ona təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplansın və ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 29 mart 2022-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlansın və ona mülki qaydada məhkəməyə müraciət etmə hüququ izah olunsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 75 (yetmiş beş) saata görə 450 (dörd yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar