Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-270/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə təxminən saat 05 radələrində ünvan 2 ünvanının qarşısında yerləşən avtomobil təmiri sexinin sağ tərəfində saxlanc yeri olan taxta dolabın qapısının qıfılını yerindən çıxarmaqla ora qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus bir ədəd 15 (on beş) manat dəyərində “İNTERSKOL” markalı, YŞM-125/900 model laqondanı, bir ədəd 15 (on beş) manat dəyərində laqondanı, hər biri 50 (əlli) manat olmaqla ümumilikdə 100 (yüz) manat dəyərində iki ədəd 2015-ci ilin buraxılışı olan “Mersedes S-klas” model avtomobilin kəmərinin roliklərini, bir ədəd 175 (yüz yetmiş beş) manat dəyərində 2015-ci il buraxılışı olan “BMV-X5” model avtomobilin elektron termostatını, hər biri 250 (iki yüz əlli) manat olmaqla ümumlikdə 500 (beş yüz) manat dəyərində iki ədəd 1999-cu il buraxılışı olan “Opel Vectra” model avtomobilin işığının və sağa-sola döndərmə əyləclərini, bir ədəd 50 (əlli) manat dəyərində 2003-cü il buraxılışı olan “Subaru Forester” model avtomobilin stabilizatorunun sırğasını, hər biri 50(əlli) manat olmaqla ümumlikdə 100 (yüz) manat dəyərində iki ədəd 2000-ci il buraxışı olan “Mersedes E-klas” modelli avtomobilin amartizatorunun oturtma rezinlərini, bir ədəd 450 (dörd yüz əlli) manat dəyərində 2008-ci il buraxılışı olan Mıtsubişi Pajero modelli avtomobilin arxa stop işıqlarının komplekt şnurlarını, bir ədəd 200 (iki yüz) manat dəyərində Çin Xalq Respublikasının istehsalı olan “Fifa” model avtomobil siqnalının trupkasını, bir ədəd 1500(min beş yüz) manat dəyərində İtaliya Respublikasının istehsalı olan “Fifa” model siqnalı, bir ədəd 100 (yüz) manat dəyərində “Pilot” model avtomobil siqnalı, bir ədəd 50 (əlli) manat dəyərində “Haztec” model, bir ədəd 50 (əlli) manat dəyərində “Haztec” 8101 model, hər biri 50 (əlli) manat dəyərində, ümumlikdə 100 (yüz) manat dəyərində iki ədəd “Premier HaZard” model və hər biri 50 (əlli) manat, ümumilikdə isə 150 (yüz əlli) manat dəyərində üç ədəd sadə modelli avtomobillərdə istifadə olunan mikrofonları, bir qutu 120 (yüz iyirmi) manat “febi bilstein” firmasının istehsalı olan avtomobil detallarını açmaq üçün istifadə olunan acar dəstini, on ədəd böyük, beş ədəd kiçik olmaqla 100 (yüz) manat dəyərində avtomobil detallarını açmaq üçün istifadə olunan açar dəstini, təxminən 50 (əlli) manat dəyərində olan bir qutu “Würld” firmasına məxsus BMW və Mersedes-Benz modelli avtomobillərin açar dəstini, təxminən 50 (əlli) manat dəyərində olan bir ədəd “Würld” modelli pnevmatik açarı (tapancası və direli ilə birlikdə), təxminən 50 (əlli) manat dəyərində olan bir ədəd “Würol” modelli pnevmatik direli, bir ədəd 280 (iki yüz səksən) manat dəyərində 2018-ci il buraxılışı olan “Toyota Prado” model avtomobilin su pompasını, bir qutu 120 (yüz iyirmi) manat dəyərində “Force” firmasına məxsus avtomobil açar dəstini, bir qutu 150 (yüz əlli) manat ulduz formalı “Würld” firmasına məxsus avtomobil açar dəstini, bir ədəd 100 (yüz) manat dəyərində “Würld” firmasına məxsus avtomobil akkumlyatorun zaryatkaya qoyan cihazı, bir ədəd 260 (iki yüz altımış) manat dəyərində 2018-ci il buraxılışlı Mersedes-Benz S-klas Panoram model avtomobilin akumlyatorunu, bir ədəd 105 (yüz beş) manat dəyərində 2015-ci il buraxılışlı Mersedes- Benz E-klas model avtomobilin su patrupkalarını, bir ədəd 120(yüz iyirmi) manat dəyərində 2000-ci il buraxılışlı Mersedes-Benz C klass modelli avtomobilin hidromuftasını, bir ədəd 380(üç yüz səksən) manat dəyərində 2000-ci il buraxılışlı “BMW-525” model avtomobilin hidromuftasını, hər biri 25(iyirmi beş) manat olmaqla ümumlikdə 100 (yüz) manat dəyərində dörd ədəd 2000-ci il buraxılışlı “BMW-325” model avtomobilin ön sağasola döndərmə əyləclərini, bir ədəd 1200(min iki yüz) manat dəyərində 2015-ci il buraxılışlı “BMW-X5” model avtomobilin kondisionerinin kompressorunu, bir ədəd 950 (doqquz yüz əlli) manat dəyərində 2017-ci il buraxılışlı “BMW-745” model avtomobilin kondisionerinin kompressorunu, hər biri 1500 (min beş yüz) manat olmaqla ümumlikdə 3000 (üç min) manat dəyərində iki ədəd istənilən avtomobilə yerləşdirilməsi mümkün olan “Fifa” model avtomobil siqnalını, hər biri 1400 (min dörd yüz) manat olmaqla ümumilikdə 2800 (iki min səkkiz yüz) manat dəyərində iki ədəd 2015-ci il buraxılışlı “Mersedes S klas” model avtomobilin dinamosunu, hər biri 500 (beş yüz) manat olmaqla ümumlikdə 2000 (iki min) manat dəyərin dörd ədəd 2014-cü il buraxılışlı “Nissan Maksima” model avtomobilin dinamosunu, bir ədəd 1000 (min) manat dəyərində yol-patrul xidməti avtomobillərinə yerləşdirilərək istifadə olunan xüsusi siqnalı, bir ədəd 750 (yeddi yüz əlli) manat dəyərində “Kolokol” model siqnalı, bir ədəd 350 (üç yüz əlli) manat dəyərində 2018-ci il buraxılışı olan “Ford Mondeo” model avtomobilin dinamosunu, sexin üst tərəfindən isə bir ədəd 250 (iki yüz əlli) manat dəyərində 2015-ci il buraxılışı olan “Şevrolet Aveo” modelli avtomobilin ağ rəngli ön qanadını, bir ədəd 250 (iki yüz əlli) manat dəyərində 2001-ci il buraxılışı olan “Mersedes Benz” E-klas modelli avtomobilin arxa qanadını, bir ədəd 180 (yüz səksən) manat dəyərində 2001-ci il buraxılışı olan “Mersedes Benz” E-klas modelli avtomobilin su radiatorunu gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumlikdə 18.270 (on səkkiz min iki yüz yetmiş) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə il olar ki, qurudulmuş marixuana qəbul edərək onun alüdəçisinə çevrilmiş və narkomaniya xəstəliyindən əziyyət çəkir. Xəzər rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Hal-hazırda öz hesabına narkomaniya xəstəliyindən müalicə olunur. Onun himayəsində 4 övladı var. Hec bir yerdə işləmədiyi üçün küçədə olan tullantı dəmirləri icarəyə götürdüyü avtomobilə yığıb dəmir qəbulu məntəqələrinə təhvil verərək hər bir tonuna görə 300 manat alır və həmin pulla ailəsini dolandırır. xx.xx.2019-cu il tarixdə təxminən səhər saat 05 radələrində idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, B.Bağırov küçəsi ilə hərəkətdə olan zaman qapısının üstündə “Dəmirçi Rəngsaz və Bufer təmiri” sözləri yazılmış kiçik bir avtomobil təmiri sexi görmüşdür. Həmin sexin yanında saxlayaraq düşmüş, sexin ətrafında və damında çoxlu sayda müxtəlif modelli avtomobillərin işlənmiş vəziyyətdə ehtiyyat hissələrinin olmasını görüb, ətrafa boylanaraq heç kimin olmamasına əmin olduqdan sonra onları idarə etdiyi avtomobilinin arxa yük yerinə yiğmışdır. Bundan sonra o sexin sağ tərəfində qapısı qıfıllanmış bir taxta dolabin olduğunu görmüşdür. Həmin dolaba yaxınlaşaraq qapısının yanında olan boşlaqdan sağ əli tutub dartaraq qıfılı yerindən cixartmağa nail olub, dolabın qapılarını açmışdır. Bundan sonra o dolabın icində olan iki ədəd laqundanı, bir necə acar dəstini, bundan əlavə avtomobillərdə istifadə olan cox avazlı səs qurğularını, onların mikrofonlarını və cox sayda olan avtomobil ehtiyyat hissələrini götürüb avtomobilinin yük yerinə yığaraq oradan getmişdir. Bundan sonra avtomobillə yaşadığı ünvan 3 A ünvanında yerləşən evinə gəlmişdir. Oğurladığı detalları yaşadığı evin həyətinin arxa tərəfində olan, həmişə metal qırıntılarını topladığı yerə boşaltmışdır. Bir necə gündən sonra o cəkisi ağır olan ehtiyyat hissələrini dəmir kimi satmış, cəkisi yüngül və plamas materialdan olanlarını isə həyətdə saxlamışdır. Həmin avtomobil ehtiyat hissələrinin oğurlamasına səbəb onların yararsız olduğunu düşünüb metal kütləsi halında müxtəlif metal qəbulu yerlərinə satmaq olmuşdur. O düşünür ki, ehtiyyat hissələrinin əksəriyyətinin işlənmiş olduğu ücün onların ümumi dəyəri təxminən 4.000 – 5.000 manat olardı. Həmin ehtiyat hissələrinin bir qismini metal tullantısı kimi satmış, yerdə qalanını isə istintaq aparan orqana təhvil vermişdir. Məhkəmənin sualına cavab olaraq zərərçəkmiş səxs tərəfindən sadalanan ethiyyat hissələrinin götürdüyünü etiraf etmişdir. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərərin ödənildiyini, himayəsində 4 uşağının olasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o dostuna məxsus ünvan 2 ünvanın qarşısında yerləşən avtomobil təmiri sexini müvəqqəti olaraq istifadə edir. Həmin sexdə avtomobillərdə dəmir detallarının təmiri, rənglənməsi və bufer hissəsinin təmiri və digər təmir işlərini görür.Onun iş saatı adətən səhər saat08:00-da başlayır və 21:00 radələrində yekunlaşdırıb, sexin qapısını qıfılla bağlayaraq evə gedir. Sexin sağ tərəfində açıqlıqdaqapıları qıfılla bağlanılan icərisi müxtəlif markalı avtomobillərin ehtiyyat hissələri ilə dolu olan bir taxta materialından olan köhnə dolab var.Bunda əlavə sexin damındada işlənmiş ehtiyyat hissələri olur. xx.xx.2019-cu il tarixdə həmişə gəldiyi vaxtdan biraz gec, təxminən saat 12:20 radələrində işə gələrək sexin sağ tərəfində olan həmin taxta dolabın qapısının açıq və icərisinin boş vəziyyətdə olduğunu görmüşdür. Dolabın içərisində hər biri təxminən 15 (on beş) manat dəyərində olan iki ədəd laqondanın, bir ədəd 2018-ci il buraxılışı olan “Toyota Prado” model avtomobilin su pompasının, bir qutu “Würld” firmasına məxsus BMW və Mersedes-Benz modelli avtomobillərin açar dəstinin, bir qutu “Force” firmasına məxsus avtomobil açar dəstinin, bir qutu ulduz formalı “Würld” firmasına məxsus avtomobil açar dəstinin, bir ədəd “Würld” firmasına məxsus avtomobil akkumlyatorun zaryatkaya qoyan cihazın, bir ədəd 2018-ci il buraxılışlı Mersedes-Benz S-klas Panoram modelli avtomobilin akumlyatorunun, bir ədəd 2015-ci il buraxılışlı Mersedes-Benz E-klass modelli avtomobilin su patrupkalarının, bir ədəd 2000-ci il buraxılışlı Mersedes-Benz C klass modelli avtomobilin hidromuftasının, bir ədəd 2000-ci il buraxılışlı “BMW-525” modelli avtomobilin hidromuftasının, dörd ədəd 2000-ci il buraxılışlı “BMW-325” modelli avtomobilin ön sağa-sola döndərmə əyləcinin, bir ədəd 2015-ci il buraxılışlı “BMW-X5” modelli avtomobilin kondisionerinin kompressorunun, bir ədəd 2017-ci il buraxılışlı “BMW- 745” modelli avtomobilin kondisionerinin kompressorunun, iki ədəd istənilən avtomobilə yerləşdirilməsi mümkün olan “Fifa” modelli avtomobil siqnalının, iki ədəd 2015-ci il buraxılışlı “Mersedes S klass” modelli avtomobilin dinamosunun, dörd ədəd 2014-cü il buraxılışlı “Nissan Maksima” modelli avtomobilin dinamosunun, bir ədəd yol-patrul xidməti avtomobillərinə yerləşdirilərək istifadə olunan xüsusi siqnalın, bir ədəd “Kolokol” modelli siqnalın, bir ədəd 2018-ci il buraxılışı olan “Ford Mondeo” avtomobilin dinamosunun, bir ədəd “Würld” modelli pnevmatik açarın (tapancası və direli ilə birlikdə), bir ədəd “Würol” modelli pnevmatik direlin, iki ədəd 2015-ci il buraxılışı olan “Mersedes S-klass” modelli avtomobilin remeninin roliklərinin, bir ədəd Çin Xalq Respublikasının istehsalı olan “Fifa” modelli avtomobil siqnalının trupkasının, bir ədəd İtaliya Respublikasının istehsalı olan “Fifa” modelli siqnalın, bir ədəd “Pilot” modelli avtomobil siqnalının, bir ədəd 2015-ci il buraxılışlı “BMV-X5” modelli avtomobilin elektron termostatın, bir ədəd avtomobillərə quraşdırılaraq istifadə olunan “Haztec” modelli, bir ədəd “Haztec” 8101 modelli, iki ədəd “Premier Hazard” modelli, üç ədəd sadə mikrofonun, ümumlikdə isə yeddi ədəd mikrofonun, iki ədəd 1999-cu il buraxılışı olan “Opel Vectra” modelli avtomobilin işığının və həmin avtomobilin sağa-sola döndərmə əyləcinin, bir qutu “febi bilstein”firmasının istehsalı olan avtomobil detallarını açmaq üçün istifadə olunan acar dəstinin, on ədəd böyük, beş ədəd kiçik olmaqla avtomobil detallarını açmaq üçün istifadə olunan açarların, bir ədəd 2003-cü il buraxılışı olan “Subaru Forester” modelli avtomobilin stabilizatorunun sırğasının, iki ədəd 2000-ci il buraxılışlı “Mersedes E-klass” modelli avtomobilin amartizatorunun postavka (oturtma) rezinlərinin, bir ədəd 2008-ci il buraxılışlı Mıtsubişi Pajero modelli avtomobilin arxa stop işıqlarının komplekt şnurlarının götürülməsini görmüşdür. Daha sonra o sexin damına baxmış və oradan bir ədəd 2015-ci il buraxılışlı “Şevrolet Aveo” modelli avtomobilin ağ rəngli ön qanadı, bir ədəd 2001-ci il buraxılışlı “Mersedes Benz” E-klass modelli avtomobilin rəngini xatırlamadığı arxa qanadı, bir ədəd 2001-ci il buraxılışlı “Mersedes Benz” E-klass modelli avtomobilin su radiatoru isə sexin damındanoğurlandığını görmüşdür. Bundan sonra o dərhal DİN-in 102 xidmətinə zəng edərək avtomobil ehtiyat hissələrinin oğurlanması barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona təxminən ümumlikdə 19.000 (on doqquz min) manat maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, həmin ehtiyat hissələrini Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə təxminən saat 05 radələrində oğurlamışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Yasamal rayonu, B.Baxışov küçəsi 5 ünvanının qarşısında dəmir konstruksiyadan ibarət maşın təmir etmək üçün sex vardır. Sexin sol tərəfində binanın qarşısında təxminən 60-70 sm hündürlükdə kiçik köhnə dolab vardır. Dolabın qapısı açıq vəziyyətdə və içərisində boş avtomaşın yağlarının qabları vardır. Vətəndaş Zərərçəkmiş şəxs həmin dolabı göstərib bildirmişdir ki, naməlum şəxs həmin dolabın içərisində olan xarici avtomaşınların ehtiyat hissələrini oğurlamışdır. (i.v. 9-10) “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi 5 və ünvan 1 ünvanlarında istintaqa əvvəl verdiyi ifadəsində göstərdiyi xüsusatlar üzrə xronoloji ardıcıllıqla yerində ifadə vermək təklif olundu və bu məqsədlə həmin yerə gəldikdə o, bildirdi ki, xx.xx.2019-cu il tarixdə təxminən səhər saat 05 radələrində həmin avtomobillə sonradan Zərərçəkmiş şəxs məxsus olduğunu bildiyi ünvan 4 ünvanının qarşısında yerləşən, üst tərəfində “Dəmirçi Rəngsaz və Bufer təmiri” sözləri yazılmış sərlövhə olan kiçik bir avtomobil təmiri sexinin yanından keçərkən həmin sexin kənarında metal detalların olmasını görmüşdür. Avtomobili sexin yanında saxlayaraq düşmüşdür. Sexin ətrafında və damında çoxlu sayda müxtəlif modelli avtomobillərin işlənmiş vəziyyətdə detallarının olmasını görmüşdür. Ətrafa boylanaraq heç kimin olmamasına əmin olaraq sexin sağ kənarında və üstündə olan detalları götürərək avtomobilin arxa yük yerinə yerləşdirmişdir. Belə ki, sexin sağ kənarında yerdə olan iki ədəd laqundanı, iki ədəd “Mercedes S-klass” modelli avtomobilin remeninin roliklərini, bir ədəd Çin Xalq Respublikasının istehsalı olan “Fifa” modelli avtomobil siqnalının trupkasını, bir ədəd “BMV-X5” modelli avtomobilin elektron termostatını, bir ədəd İtaliya Respublikasının istehsalı olan “Fifa” modelli siqnalını, avtomobillərə quraşdırılaraq istifadə olunan bir ədəd “Haztec” modelli, bir ədəd “Haztec” 8101 modelli, iki ədəd “Premier HaZard” modelli, üç ədəd sadə mikrofonu, ümumilikdə isə yeddi ədəd mikrofonu, iki ədəd “Opel Vectra” modelli avtomobilin işığının və həmin avtomobilin sağa-sola döndərmə əyləcini, bir qutu “febi bilstein” firmasının istehsalı olan avtomobil detallarını açmaq üçün istifadə olunan açarları, bir ədəd “Subaru Forester” modelli avtomobilin stabilizatorunun sırğasını, iki ədəd 2000-ci il buraxılışlı “Mercedes E-klass” modelli avtomobilin amartizatorunun postavka (oturtma) rezinlərini, bir ədəd “Pilot” modelli avtomobil siqnalını, bir ədəd 2008-ci il buraxılışlı “Mitsubişi Pajero” modelli avtomobilin arxa stop işıqlarının komplekt şnurlarını, sexin üst tərəfindən, yəni damından isə bir ədəd “Mercedes Benz” E-klass modelli avtomobilin su radiatorunu götürərək avtomobilinin arxa yük yerinə yerləşdirmişdir. Həmin detalların hamısı işlənərək köhnəlmiş vəziyyətdə idi. Bundan sonra avtomobili ilə yaşadığı ünvan 1-da yerləşən evinə gəlmişdir. Oğurladığı detalları yaşadığı evin həyətinin arxa tərəfində olan, həmişə metal qırıntılarını topladığı yerə boşaltmış və bundan sonra evə gedərək yatmışdır. xx.xx.2019-cu il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında olarkən bir neçə nəfər tanımadığı şəxslər mülki geyimdə ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Yasamal RPİ-nin 28ci PB-nin əməkdaşları olduqlarını demişlər və onu polis bölməsinə dəvət etmişlər.Polis bölməsində o polis əməkdaşlarına xx.xx.2019-cu il tarixdə təxminən saat 05 radələrində ünvan 4 ünvanının qarşısında yerləşən avtomobil təmiri boksundan avtomobil detallarını oğurlamağı barədə deyərək cinayət törətməyini səmimi etiraf etmişdir. (i.v. 38-42) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 54) “Təqsirləndirilən şəxsin X5 azad olunması barədə” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Yasamal RPİ-nin X5 azad olunmuşdur. (i.v. 91-93) “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 96-98) “Götürmə keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq cinayəti nəticəsində əldə etdiyi və hal-hazırda yaşadığı ünvan 3 A-nın həyətində işlənmiş və köhnə vəziyyətdə olan iki ədəd laqundanı, iki ədəd “Mersedes S-klas” modelli avtomobilin remeninin roliklərini, bir ədəd Çin Xalq Respublikasının istehsalı olan “Fifa” modelli avtomobil siqnalının trupkasını, bir ədəd “BMV-X5” modelli avtomobilin elektron termostatını, bir ədəd İtaliya Respublikasının istehsalı olan “Fifa” modelli siqnalını, avtomobillərə quraşdırılaraq istifadə olunan bir ədəd “Haztec” modelli, bir ədəd “Haztec” 8101 modelli, iki ədəd “Premier HaZard” modelli, üç ədəd sadə mikrofonu, ümumilikdə isə yeddi ədəd mikrofonu, iki ədəd “Opel Vectra” modelli avtomobilin işığının və həmin avtomobilin sağa-sola döndərmə əyləcini, bir qutu “febi bilstein” firmasının istehsalı olan avtomobil detallarını açmaq üçün istifadə olunan açar dəstini, on ədəd böyük, beş ədəd kiçik olmaqla avtomobil detallarını açmaq üçün istifadə olunan açarları, bir ədəd “Subaru Forester” modelli avtomobilin stabilizatorunun sırğasını, iki ədəd 2000-ci il buraxılışlı “Mersedes E-klas” modelli avtomobilin amartizatorunun postavka (oturtma) rezinlərini, bir ədəd “Pilot” modelli avtomobil siqnalını, bir ədəd “Mitsubişi Pajero” modelli avtomobilin arxa stop işıqlarının komplekt şnurlarım teqdim etdiyindən götürülmüşdür. Götürmə zamanı Təqsirləndirilən şəxs həmin predmetləri təqdim edərkən bildirdi ki, həmin detalları xx.xx.2019-cu il tarixdə təxminən saat 05 sadələrində ünvan 4 ünvanının qarşısında yerləşən avtomobil təmiri sexindən oğurlamışdır. Oğurladığı detalların xeyli hissəsini dəmir qəbulu məntəqələrinə satmış, qalan detallar isə bunlardır. (i.v. 101) “Cinayət nəticəsində əldə edilmiş əşyalara baxış keçirilməsi haqqında” xx.xx.2019cu il tarixli protokoldan görünür ki, həmin predmetlər iki ədədi qara dairəvi formalı, as materialında, ortası dəlil olaraq boşdur. Bir ədəd İNTERSKOL” markalı, YШM 125/900 model laqonda qara rəngli plastmas tutacaq-dəstək, dəmir özəkdən ibarətdir. Bir ədəd üzərində heç bir markalanma əlaməti olmayan laqonda plasmas materialdan olan rəngli tutacaq hissədən və dəstək hissədən ibarətdir. Bir ədəd detal dəmir materialındandır, dörd tərəfindən giriş-çıxış dəlikləri var. İki ədəd dairəvi halqa formalı detal rezin materialındandır. İki ədəd üzərində yuxarı-aşağı, sağ-sol işarəli olan dəstək-əyləc detalı plasmas materialındandır. Bir ədəd uzun-silindir formalı detal dəmir və plasmas materialındandır. Bir ədəd bir tərəfi uzunsov trupka formalı, digər tərəfi dairəvi olan detal dəmir və plasmas materialındandır. Bir ədəd dairəvi kənarında çıxıntı olan detal dəmir materialındandır. İki ədəd rolik plasmas materialdandır, ortası boşdur və dəmir halqadandır. Bir ədəd üzərində “Haztec”, bir ədəd üzərində “Haztec 8101”, iki ədəd üzərində “Premier HaZard” yazıları əks edilmiş mikrofon və üç ədəd sadə mikrofon qara rəngli plastmas materialındandır və hər bir mikrofonun elektrik şnuru var. Göy rəngli bir qutu plastmas qabın daxilində dəmir materialından beş ədəd vint açan, iki ədəd kiçik və enli dəmir materialından olan köməkçi vintaçan, bir ədəd sarı dəstəkli, plasmas-dəmir materialından olan böyük və enli vintaçan, iki ədəd sarı rəngli plasmas materialından olan daraqda yerləşdirilmiş kiçik ölçüdə iyirmi ədəd vintaçan var. Bir ədəd iki halqalı, halqaları bir ədəd millə birləşdirimiş detal dəmir materialındandır və qara rənglidir. Beş ədəd kiçik, on ədədi isə böyük ölçüdə olan, ümumilikdə on beş ədəd vintaçan dəmir materialındandır. Bir ədəd göy, sarı, qrımızı, çəhrayı rəngli elektrik şnurlarından və dörd ədəd əlaqələndirici ştikerdən ibarət Komplekt halda detal bir-birinə dolaşmış haldadır. Həmin detallar müəyyən müddət ərzində isfifadə olunmaqla köhnəlmiş haldadır. Baxış zamanı iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, həmin əşyalar ona məxsusdur. Belə ki, həmin əşyalardan ikisi: bir ədəd “İNTERSKOL” markalı, YШM-125/900 model, digərinin üzərində isə heç bir markalanma göstəriciləri olmayan laqondalardır. Digər detallar isə: iki ədəd 2015-ci ilin buraxılışı olan “Mersedes S-klas” modelli avtomobilin kəmərinin rolikləri, bir ədəd 2015-ci il buraxılışı olan “BMV-X5” modelli avtomobilin elektron termostatı, iki ədəd 1999-cu il buraxılışı olan “Opel Vectra” modelli avtomobilin işığının və həmin avtomobilin klyuçaterləri (sağa-sola döndərmə əyləci), bir ədəd 2003-cü il buraxılışı olan “Subaru Forester” modelli avtomobilin stabilizatorunun sırğası, iki ədəd 2000-ci il buraxışı olan “Mersedes E-klas” modelli avtomobilin amartizatorunun postavka (oturtma) rezinləri, bir ədəd 2008-ci il buraxılışı olan Mıtsubişi Pajero modelli avtomobilin arxa stop işıqlarının komplekt şnurları, bir ədəd Çin Xalq Respublikasının istehsalı olan “Fifa” modelli avtomobil siqnalının trupkası, bir ədəd İtaliya Respublikasının istehsalı olan “Fifa” modelli siqnalı, bir ədəd “Pilot” modelli avtomobil siqnalı, bir ədəd “Haztec” modelli, bir ədəd “Haztec” 8101 modelli, iki ədəd “Premier HaZard” modelli və üç ədəd sadə modelli avtomobillərdə istifadə olunan mikrofon, ümumlikdə yeddi ədəd mikrofon, bir qutu “febi bilstein” firmasının istehsalı olan avtomobil detallarını açmaq üçün istifadə olunan açar dəsti, bir qutu avtomobil detallarını açmaq üçün istifadə olunan açar dəstidir və həmin detalların hamısı avtomobilin ehtiyat hissələridir və ona məxsusdur. Onlar xx.xx.2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən onun istifadəsində olan avtomobil təmiri sexindən oğurlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, o, həmin detalları xx.xx.2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən avtomobil təmiri sexinin sağ tərəfində olan taxta dolabın qıfılını dartıb çıxarmaqla dolabın içərisindən oğurlanmış, həmin detalları aparıb yaşadığı mənzilin arxa tərəfində yığmış, sonradan həmin detalları istintaqa təqdim etmişdir. (i.v. 115-116) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 156) Xəzər rayon İcra Hakimiyyəti Başçısının X10 Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xasiyyətnamədən görünür ki, ünvan 1-da qeydiyyatda olan xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs haqqında X10 Dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmayıb. (i.v. 162) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 22394 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin iyun-avqust aylarına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir:
1. 1 ədəd istifadədə olmuş üzərində cərəyan birləşdirici kabel olmayan, “Интерскол” markalı, УШМ-125/900 model laqonda - 15.00 manat
2. 1 ədəd üzərində heçbir markalanma göstəriciləri olmayan, hal-hazırda zədəli vəziyyətdə, istifadəyə yararsız olan laqonda – qiymətsiz (i.v. 205-207) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 X6 xx xxxxxxx 2019-cu il tarixli 2507 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 209-210) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 26778 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Ştutqart” X3 filialı tərəfindən tərtib edilmiş qiymətləndirmə aktına əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən 32 adda ehtiyat hissələrinin 2019-cu ilin iyun-avqust aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 18090.00 manat müəyyən olunur. Digər 3 adda mal haqqında kifayət qədər məlumat olmadığı üçün həmin mal üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. (i.v. 215-219) “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, iki ədəd laqonda və avtomobil ehtiyat hissələri olan iki ədəd 2015-ci ilin buraxılışı olan “Mersedes S-klas” modelli avtomobilin kəmərinin roliklərini, bir ədəd 2015-ci il buraxılışı olan “BMV-X5” modelli avtomobilin elektron termostatmı, iki ədəd 1999-cu il buraxılışı olan “Opel Vectra” modelli avtomobilin işığının və həmin avtomobilin sağa-sola döndərmə əyləcini, bir ədəd 2003-cü il buraxılışı olan “Subaru Forester” modelli avtomobilin stabilizatorunun sırğasını, iki ədəd 2000-ci il buraxışı olan “Mersedes E-klas” modelli avtomobilin amartizatorunun postavka (oturtma) rezinlərini, bir ədəd 2008-ci il buraxılışı olan Mıtsubişi Pajero modelli avtomobilin arxa stop işıqlarının komplekt şnurlarını, bir ədəd Çin Xalq Respublikasının istehsalı olan “Fifa” modelli avtomobil siqnalının trupkasını, bir ədəd İtaliya Respublikasının istehsalı olan “Fifa” modelli siqnalını, bir ədəd “Pilot” modelli avtomobil siqnalını, bir ədəd “Haztec” modelli, bir ədəd "Haztec” 8101 modelli, iki ədəd “Premier HaZard” modelli və üç ədəd sadə modelli avtomobillərdə istifadə olunan mikrofonu, bir qutu “febi bilstein” firmasının istehsalı olan avtomobil detallarını açmaq üçün istifadə olunan acar dəstini, on ədəd böyük, beş ədəd kiçik olmaqla avtomobil detallarını açmaq üçün istifadə olunan açar dəsti maddi sübut kimi tanınmışdır. (i.v. 224- 225) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarında olan və Təqsirləndirilən şəxs etirafedici ifadələri, götürmə protokolu, ifadələrin yerində yoxlanılması, üzləşdirmə, hadisə yerinə baxış protokolları, foto-cədvəllər, Zərərçəkmiş şəxs, Məcidov Namik Hakim oğlunun və X4 ifadələri, məhkəmə-narkoloji və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri və digər istintaq materialları sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 242-262) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. CM-in 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3 və 177.2.4-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirici hal kimi nəzərə alır: təqsirləndirilən şəxsin əməlindən peşman olmasını; himayəsində 4 övladı olmaqla bunlardan ikisinin azyaşlı birinin yetkinlik yaşına çatmayan olmasını (əsas: iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri, Nəsimi və Xəzər rayon vətəndaş vəziyyəti aktlarının qeydiyyatı şöbələri tərəfindən verilmiş AZ-İ seriyalı 243327, AZ-İİ 143693, AZ-İ 415100 və AZ-İİİ 900415 nömrəli doğum haqqında şəhadətnamələrin surəti); zərərçəkmiş şəxslə barışmasıvə ona vurulmuş ziyanın könüllü olaraq ödənilməsini.(CM 59.1.13). Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.3 və 177.2.4-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxsCM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1),şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM- 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132), ona narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-in 93.1.2),ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Məhkəmə, hazırki iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 26 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat və Bakı şəhər 26 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd laqonda və avtomobil ehtiyat hissələri olan iki ədəd 2015-ci ilin buraxılışı olan “Mersedes S-klas” modelli avtomobilin kəmərinin roliklərini, bir ədəd 2015-ci il buraxılışı olan “BMV-X5” modelli avtomobilin elektron termostatmı, iki ədəd 1999-cu il buraxılışı olan “Opel Vectra” modelli avtomobilin işığının və həmin avtomobilin sağa-sola döndərmə əyləcini, bir ədəd 2003-cü il buraxılışı olan “Subaru Forester” modelli avtomobilin stabilizatorunun sırğasını, iki ədəd 2000-ci il buraxışı olan “Mersedes E-klas” modelli avtomobilin amartizatorunun postavka (oturtma) rezinlərini, bir ədəd 2008-ci il buraxılışı olan Mıtsubişi Pajero modelli avtomobilin arxa stop işıqlarının komplekt şnurlarını, bir ədəd Çin Xalq Respublikasının istehsalı olan “Fifa” modelli avtomobil siqnalının trupkasını, bir ədəd İtaliya Respublikasının istehsalı olan “Fifa” modelli siqnalını, bir ədəd “Pilot” modelli avtomobil siqnalını, bir ədəd “Haztec” modelli, bir ədəd "Haztec” 8101 modelli, iki ədəd “Premier HaZard” modelli və üç ədəd sadə modelli avtomobillərdə istifadə olunan mikrofonu, bir qutu “febi bilstein” firmasının istehsalı olan avtomobil detallarını açmaq üçün istifadə olunan acar dəstini, on ədəd böyük, beş ədəd kiçik olmaqla avtomobil detallarını açmaq üçün istifadə olunan açar dəsti zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri, yəni 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN**********, AZ34CTRE**********002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005,VÖEN**********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesablaşma hesabına və Bakı şəhər 26 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Azərbaycan X9 filialı, Bankın kodu 805142, VÖEN********** AZ39İBAZ********************, SWİFT İBAZAZ2X M/hAZ03NABZ013501**********2944 (VÖEN **********) hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Rauf Daşdəmirov