Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-270/2023 17.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkilləri X3, X2, Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs: xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Şuşa rayonu, Şuşa şəhəri, F.X.Kəminə 7 ünvanında qeydiyyatda olmaqla, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs: xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsili, ailəli, mühafizəçi, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 16 dekabr 2021-ci il tarixdə saat 03:00 radələrində mühafizəçi işlədiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 762 ünvanında yerləşən V.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Qəbul şöbəsinin inzibati binasında iş yoldaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə xidmətdə olarkən həmin xəstəxanaya “dəqiqləşdirilməmiş qıcolma” diaqnozu ilə gətirilmiş və ilkin tibbi yardım otağında müayinə olunan Zərərçəkmiş şəxs1 ziyarət etmək istəyən sonuncunun atası Zərərçəkmiş şəxs2 ilkin tibbi yardım otağına daxil olmasına icazə verməmiş, Zərərçəkmiş şəxs2 oğlunun səhhətində ciddi problem olmasını, onunla maraqlanmaq istəməsini bildirdikə buna məhəl qoymayaraq Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında səs-küy salıb nalayiq ifadələr işlətməklə özlərinin müstəsna şəxsiyyət olmalarını, başqalarından əsaslı surətdə fərqləndiklərini təsdiq etdirmək üçün özlərini ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının, eləcə də xəstəxananın normal iş fəaliyyətinin qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən yumruqla Ədalət Bayramovun sifət nahiyəsindən, eləcə də bədəninin müxtəlif nahiyələrindən vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid burun sümüyünün ikili az yerdəyişmiş sınığı ilə müşayiət olunmuş burun belinin əzilmiş yarası və qançırı ilə nəticələnən bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 16 dekabr 2021-ci il tarixdə saat 03:00 radələrində mühafizəçi işlədiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 762 ünvanında yerləşən Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Qəbul şöbəsinin inzibati binasında iş yoldaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə xidmətdə olarkən həmin xəstəxanaya “dəqiqləşdirilməmiş qıcolma” diaqnozu ilə gətirilmiş və ilkin tibbi yardım otağında müayinə olunan Zərərçəkmiş şəxs1 ziyarət etmək istəyən sonuncunun atası Zərərçəkmiş şəxs2 ilkin tibbi yardım otağına daxil olmasına icazə verməmiş, Zərərçəkmiş şəxs2 oğlunun səhhətində ciddi problem olmasını, onunla maraqlanmaq istəməsini bildirdikə buna məhəl qoymayaraq Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında səs-küy salıb nalayiq ifadələr işlətməklə özlərinin müstəsna şəxsiyyət olmalarını, başqalarından əsaslı surətdə fərqləndiklərini təsdiq etdirmək üçün özlərini ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının, eləcə də xəstəxananın normal iş fəaliyyətinin qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən yumruqla Ədalət Bayramovun sifət nahiyəsindən, eləcə də bədəninin müxtəlif nahiyələrindən vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid burun sümüyünün ikili az yerdəyişmiş sınığı ilə müşayiət olunmuş burun belinin əzilmiş yarası və qançırı ilə nəticələnən bədən xəsarəti yetirmiş, həmin vaxt o, qərəzli hərəkətlərini davam etdirərək yaranmış səs-küyə görə müayinə olunduğu ilkin tibbi yardım otağından dəhlizə çıxıb atasının döyülməsini gördükdən sonra onun qanunazidd davranışlarına son qoymaq və atası Ədalət Bayramovun döyülməsinin qarşısını almaq üçün ona yaxınlaşmış Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə arxadan bel nahiyəsindən tutaraq qaldırıb qəsdən döşəməyə vurmaqla ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 xuliqanhq niyyəti ilə sağ bazu sümüyünün böyük qabarının qapalı yerdəyişməmiş sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirib qərəzli xuliqanhq hərəkətləri etmişdir. Həmin əməlin törədilməsinə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2 maddələri ilə təqsirləndirilmişlər, barələrində Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Kamran Namazov tərəfindən xx.xx.2023-cü il tarixdə ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmişdir, cinayət işinin nömrəsi ********* olmuşdur. Cinayət işi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı bildirdi ki, ibtidai istintaq zamanı prosessul pozuntulara yol verilmişdir. Buna görə də cinayət işinə məhkəmədə baxılmasına CPM-nin 303.3.8-ci maddəsinin tələbinə əsasən xitam verilməklə onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Bununla bağlı yazılı vəsatətlə məhkəməyə müraciət edərək göstərdi ki, Təqsirləndirilən şəxs2 16 dekabr 2021-ci il tarixdə, saat 03:00 radələrində mühafizəçi işləyən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 762 ünvanında yerləşən M.G.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Qəbul şöbəsinin inzibati binasında iş yoldaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə xidmətdə olarkən həmin xəstəxanaya «dəqiqləşdirilməmiş qıcolma» diaqnozu ilə gətirilmiş və ilkin tibbi yardım otağında müayinə olunan Zərərçəkmiş şəxs1 ziyarət etmək istəyən sonuncunun atası Zərərçəkmiş şəxs2 ilkin tibbi yardım otağına daxil olmasına icazə verməmiş, Zərərçəkmiş şəxs2 oğlunun səhhətində ciddi problem olmasını, onunla maraqlanmaq istəməsini birlikdə buna məhəl qoymaraq Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında səs-küy salıb nalayiq ifadələr işlətməklə özlərinin müstəsna şəxsiyyət olmalarını, başqalarından əsaslı surətdə fərqləndiklərini təstiq etdirmək üçün özlərini ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının, eləcə də xəstəxananın normal iş fəaliyyətinin qərəzli sürətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqça hörmətsizlik ifadə olunan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqça hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək, Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən yumruqla Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən, eləcə də bədənin müxtəlif nahiyələrindən vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid burun sümüyünün ikili az yerdəyişdirmiş, sınığı ilə müşaiyət olunmuş burun belinin əzilmiş yarası və qançırı ilə nəticələnən bədən xəsarəti yetirmiş, həmin vaxt o qərəzli hərəkətləri davam etdirərək yaranmış səs-küyə görə müayinə olunduğu ilkin tibbi yardım otağından dəhlizə çıxıb atasının döyülməsini gördükdən sonra onun qanunazidd davranışlarına son qoymaq və atası Ədalət Bayramovun döyülməsinin qarşısını almaq üçün ona yaxınlaşmış Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə arxadan bel nahiyəsindən tutaraq qaldırıb qəsdən döşəməyə vurmaqla ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə sağ bazu sümüyünün böyük qabarının qapalı yerdəyişdirməmiş sınığı kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirib qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmənin hazırlıq iclası keçirilən vaxtadək cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, CPM-nin 284.1.1-ci maddəsinin tələbinə əsasən ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxs və onun müdafiəçisinə, zərərçəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onun nümayəndəsinə məlumat verilir. Həmin Məcəllənin 284.2-ci maddəsinin tələbinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərərçəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə, və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq şərait yaradır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında protokoldan məlum olur ki, Zərərçəkmiş şəxs2 Bayram oğlu cinayət işinin 282 vərəqdən ibarət materialları ilə xx.xx.2023-cü il tarixdə saat 15:20-dan 16:40-dək tanış olmuş, protokolun vəsatətlərə dair qeydlər hissəsində heç bir şikayəti və vəsatəti olmadığını qeyd etməklə protokolu imza etmişdir. Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı Zərərçəkmiş şəxs2 Bayram oğlu cinayət işinin materialları ilə tanış olmadığını göstərmiş, protokolda qeyd edilən xx.xx.2023-cü il tarixdə Lənkəran rayonunda olmuşdur. xx.xx.2023-cü il tarixdə məhkəmə qərarı əsasında Zərərçəkmiş şəxs2 Bayram oğlunun istifadəsində olan telefon danışıqlarına dair məlumatlar əldə edilərək iş materialına əlavə edilmişdir. Telefon danışıq məlumatlarına dair çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs2 Bayram oğlu xx.xx.2023-cü il tarixdə Lənkəran rayonunda olmuşdur. Beləliklə, təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs2 Bayram oğlu xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-in İstintaq Şöbəsində olmamış və cinayət işinin materialları ilə tanış olmamışdır. Göründüyü kimi istintaq orqanı tərəfindən zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış olma imkanının yaradılmasına dair CPM-nin 284-cü maddəsinin tələbi pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinin tələbinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288 və 296.3.1-ci maddəsinin tələblərinin pozulması cinayət işinə və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılaması üçün əsasdır. X4 Azərbaycan Respublikası CM-nin 221,2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmədə baxılmasına CPM-nin 303.3.8-ci maddəsinin tələbinə əsasən xitam verilməklə onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iş üzrə məhkəməyədək istintaq aparmış Yasamal RPİ-in İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X5 barəsində xüsusi qərar çıxararaq təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Bayram oğlu bildirdi ki, o ümumiyyətlə iş materialları ilə tanış olmamışdır və istintaqdan narazıdır. Belə ki, cinayət törətmiş şəxslərin sayı çox olsa da, müstəntiq onlardan 2 nəfərini məhkəməyə verib. Mş materiallarında göstərilən xx.xx.2023-cü il tarixdə də iş materialları ilə tanış olmamışdır. Həmin protokoldakı imza da ona aid deyildir. İttiham aktı ilə ilk tanışlığı, məhkəmə tərəfindən ona ittiham aktı göndərildikdən sonra olmuşdur. Müstəntiqin yanında ümumiyyətlə mart ayında olmaışdır. Müstəntiq onun imzasını saxtalaşdırıb çəkmişdir. xx.xx.2023-cü il tarixdə ümumiyyətlə Bakı şəhərində olmamışdır, həmin tarixdə, ondan əvvəl və sonra da Lənkəranda olmuşdur. Mobil telefonları ***-***-**-** və ***-***-**-** olmuşdur, ittiham aktında da göstərilib, daima üzərində olur, bu barədə antenn məlumatları verilərsə onun Lənkəranda olduğu müəyyən edilər və ya ekspertiza təyin edilərsə protokoldakı imzanın ona məxsus olmadığı müəyyən edilər. Buna görə də istintaqın gedişindən narazıdır. İşin yenidən istintaqa qaytarılmasını, işin düzgün araşdırılmasını, bütün cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb ediliməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirdi ki, o da istintaqdan narazıdır. İşin geri qaytarılmasını tələb edir. Təqsirləndirilən şəxslərin müdafiəçiləri və təqsirləndirilən şəxslər hər biri ayrıayrılıqda bildirdilər ki, işin ədalətli araşdırılmasını onlar da tələb edirlər, dövlət ittihamçısının vəsatətinə hər hansı bir etirazları yoxdur, məhkəmənin mülahizəsinə uyğun qərar çıxarılmasını xahiş etilər. Məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edildi. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmin pozuntular aşağıdakılardan ibarətdir. Belə ki, iş üzrə zərər çəkmiş şəxsin cinayət işinin materialları ilə tanışetməyə dair CPM-nin tələbləri pozulmuşdur. Belə ki, iş materiallarındakı ibtidai istintaqın qurtarması barədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 Bayram oğluna məlumat verilməsi haqqında müstəntiq tərəfindən xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Protokolda müstəntiqin və zərərçəkmişin imza etməsi görünür. Bundan əlavə iş materiallarındakı Zərərçəkmiş şəxs2 Bayram oğlunun cinayət işinin materialları ilə tanışetmə protokoluna əsasən, zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 15:20-16:40 aralığında cinayət işinin materialları ilə Yasamal RPİ İŞ xidməti otağında tanış edilmiş və həmin vaxtı protokol imzalanmışdır. Lakin həm zərərçəkmiş şəxsin məhkəməyə bildirdikləri, həm də məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə telefon əlaqəsi və antenn dairəsi məlumatları əldə edilmişdir. Azercell MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim etdiyi telefon əlaqəsi, əhatə dairəsi barədə məlumatlara əsasən Zərərçəkmiş şəxs2 Bayram oğlunun istifadəsində olmuş həmin ***-***-**-** saylı (ittiham aktında da göstərilib) və ***- ***-**-** saylı mobil telefonlarla həm xx.xx.2023-cü il tarixdə, həm də xx.xx.2023-cü il tarixdə, həmçinin həmin tarixlərdən əvvəl də sonra da, protokolda göstərilən saatlarda da Lənkəran rayonu ərazisində olmuşdur. Həmin telefonların protokolllarda göstərilən tarixlərdə, saatlarda Bakı şəhəri ərasisində istifadə edilməmişdir, Ləknəran rayonu ərazisində istifadə edilmişdir. Bununla da zərərçəkmiş şəxsə ibtidai istintaqın qurtarması barədə məlumatın verilməsi barədə xx.xx.2023-cü il tarixli protokol və zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanışetməyə dair xx.xx.2023-cü il tarixli protokol formal olaraq tərtib edilmişdir. Bununla da zərərçəkmiş şəxsə ibtidai istintaqın qurtarması barədə məlumatın verilməmiş, cinayət işinin materialları ilə tanışetmə həyata keçirilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq aşağıdakı hərəkətləri həyata keçirir: 284.1.1. ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir; 284.1.2. cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. CPM-nin 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. CPM-nin 286.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. CPM-nin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. CPM-nin 286.4-cü maddəsinə əsasən protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. CPM-nin 286.5-ci maddəsinə əsasən protokola cinayət işinin materialları ilə tanış etmədən sonra verilmiş şifahi vəsatətlər daxil edilir. Bununla da cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış edilməmiş, formal olaraq zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanışetməyə dair protokol tərtib edilmişdir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud pozuntu kimi qiymətləndirilmişdir. CPM-nin 301.1.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda, həmçinin CPM-nin 301.1.2-ci maddəsinə əsasən ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə və CPM-nin 301.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmədən aparıldıqda, məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir. Lakin hazır cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular olduğundan, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Çünki yuxarıda sadalanan maddələrində nəzərdə tutulmuş kobud prosessual pozuntuya yol verildikdə CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. CPM-nin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Hazırkı iş üzrə müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, həmin qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300.1.5, 303, 306-cı maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-270/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-270/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver