Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-271/2022 22.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, işsiz, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, ev 94 nömrəli ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə qismində» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,360 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 26 fevral 2022-ci il tarixdə saat 23:00-da Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, ev 94 nömrəli ünvanın qarşısında Bakı Şəhər Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “İİ Fəxri Xiyabanda” dəfn edilmiş şəhid məzarlarının üzərinə qoyulmuş güllərin oğurlanması ilə bağlı həmin əməli törətmiş şəxslərin ifşa olunaraq barəsində qanuna müvafiq tədbirlərin görülməsi ilə bağlı keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı saxlanılaraq Bakı Şəhər Yasamal RPİ-nin 28-ci PB-yə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,360 qram şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Orta təhsilini Bakı şəhərində, “18 nömrəli tam orta məktəb”də Azərbaycan dili bölməsində almışdır. Əvvəllər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işi 2020-ci il tarixdə Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən xitam edilmişdir. Ailəlidir, iki azyaşlı oğlan övladı vardır. X8 ilə 2010-cu il tarixdə qurduğu ailədən 2011-ci il təvəllüdlü Əli Şirinov və 2012-ci il təvəllüdlü Zamir Şirinov adında iki oğlan övladı vardır. Təxminən üç il olar ki, narkotik vasitə istifadə edir. İlk olaraq marixuana, sonralar isə əsasən “şüşə”, “patı” kimi tanınan psixotrop maddə olan metamfetamin istifadə etməklə məşğul olmuşdur. Qeyd etmişdir ki, təxminən 2 ay bundan əvvəl ünvan 4 ünvanda yerləşən qəbiristanlığa gedərək “İİ Fəxri Xiyaban”da olan şəhid və digər məzarların üzərindən sayını xatırlamadığı qızıl güllər oğurlamış və həmin qızıl gülləri yollarda əlində sataraq özü üçün pul əldə etmişdir. Bundan başqa xx.xx.2022ci il tarixdə saat 14 radələrində ünvan 4 ünvanda yerləşən qəbiristanlığa gedərək “İİ Fəxri Xiyaban”da olan şəhid X10 məzarı üstündən 30 ədəd qızıl gülü oğurlamış və həmin qızıl gülləri yollarda əlində sataraq əldə etdiyi pula təxminən 24 fevral 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi, üzü tüklü, orta yaşlı, kişidən şəxsi istifadəsi üçün təxminən 20 manat pul müqabilində qara rəngli siqaret kağızına bükülmüş bir bükümdə “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin almışdır. Həmin psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyub üzərində saxlayıb gəzdirmiş və işlərini həll etmişdir. Bir neçə gün üzərində saxlamışdır ki, ağrıları olan zaman, yəni narkotikə təlabatı yarananda şəxsi istifadəsi üçün istifadə edər. 26 fevral 2022-ci il tarixdə saat 23:00 radələrində yaşadığı ünvan 5 ünvanın qarşısında olarkən üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, M.Müşfıq küçəsi 1 nömrəli yerləşən qəbiristanlıqdakı şəhid və digər məzarların üzərindən gülləri oğurlamaqda şübhə etdiklərini bildirib onu, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə onlarla birlikdə getməyə dəvət etmişlər. Həmin vaxt üzərində narkotik vasitə olduğundan həmçinin tutulmamaq üçün cəld olaraq qeyd etdiyi ünvanda yerləşən yaşadığı mənzilə qaçmış və cibində olan “lezva”nı çıxarıb boğazına və qoluma kəsiklər atıb qan çıxartmışdır ki, bunu görən Polis əməkdaşları uzaqlaşsınlar. Ancaq imkan edib üzərində olan narkotik vasitəni ata bilməmişdir. Sonra polis əməkdaşları onu yaxalamışlar və ilkin tibbi yardım göstərib saat 23:30 radələrində Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gətirmişlər. Bölmədə sənədləşmə aparılan zaman yaralarından qan axdığı üçün və səhhətini yoxlamaq məqsədi ilə ilkin olaraq bölməyə çağırılmış “X21” avtomobili ilə saat 23:45 radələrində həkim və polis əməkdaşlarının müşayiəti altında xəstəxanaya aparılmış, xəstəxanaya saat 00:10 radələrində çatmışlar. Həkim tərəfindən müayinə və müalicə olunmuş, səhhəti yaxşı olduğundan, yaraları ciddi olmadığından həkim tərəfindən yaralarına infeksiya əleyhinə dərmanlar qoyularaq sarınmış və az bir müddətdən sonra xəstəxanadan buraxılmışdır. Sonra polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə gedərək saat 00:40 radələrində Polis Bölməsinə çatmışlar. O, yenə imkan edib üstündəki narkotik vasitəni ata bilməmişdir. Polis Bölməsində saat 00:55 radələrində oraya dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və ya psixotrop maddə nə varsa təqdim etməsi təklif olunmuşdur. Şəxsi istifadəsi üçün əldə edib, saxlayıb və üzərində daşıdığı qara rəngli siqaret kağızma bükülmüş bir bükümdə “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamini əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Sonra həmin bir bükümdə olan metamfetamin, orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə içi boş zərfə qoyulub möhürlənmiş və zərfin üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırılmışdır. Bununla bağlı protokol tərtib olunmuş və o da həmin protokola imza etmişdir. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, o, Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsi daşıyır. Bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29, mənzil 29-da yaşayan X11 22 fevral 2022-ci il tarixdə DİN-nin “102 X19”nə məlumat verməklə Bakı Şəhər Yasalam RPİ-nin 28-ci PB-nə ərizə ilə müraciət edərək 03 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu, “İİ Fəxri Xiyaban”da olan şəhid oğlu X10 məzarı üstünə qoyduğu 30 ədəd qızıl gülün naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması nəticəsində ona ümumilikdə 120 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Bununla bağlı bölmə rəisi göstəriş vermişdir ki, Şirin Hacıyevin şəhid oğlunun məzarının üstündən qızıl gülləri oğurlayan şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini keçirsinlər. Bununla bağlı o, Bakı Şəhər Yasamal RPİ-nin 28-ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri polis kapitanı Şahid2 və polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Keçirdikləri tədbirləri nəticəsində X5 Bakı şəhəri, Yasamal rayonu, “İİ Fəxri Xiyaban”da olan şəhid oğlunun məzarının üstündən qızıl gülləri oğurlayan şəxsin xx.xx.1985-ci il təvəllüdlü Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, ev 94 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər və həmin şəxsə xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində ünvan 6 ünvanının qarşısında yaxınlaşıb özlərini təqdim edən zaman Təqsirləndirilən şəxs onları görüb yaşadığı evə qaçaraq əlində olan “lezva” ilə boğaz və sol qol nahiyyələrini kəsərək özünə xəsarət yetriməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs anası onları kömək etmək üçün evinə çağırmış, onlar dərhal evə keçib Təqsirləndirilən şəxs əlindən lezvanı alaraq ona ilkin tibbi yardım göstərdikdən sonra Bakı Şəhər Yasamal RPİ-nin 28-ci PB- nə aparmışlar və saat 23:30-da bölməyə çatmışlar. Bununla bağlı raportla bölmə rəisinə müraciət etmiş və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Lakin Təqsirləndirilən şəxs yarası olduğundan ona ilkin tibbi yardım göstərilməsi tapşırılmış və bölməyə X21 avtomobili çağırılmışdır. Təxminən saat 23:40 radələrində bölməyə X21 Stansiyasından həkim qrupu gəlmiş və Təqsirləndirilən şəxs TTY avtomobili ilə xəstəxanaya aparmışlar. Təxminən saat 23:50 radələrində Təqsirləndirilən şəxs “1 saylı X20”ə aparmışlar və saat 00:10 radələrində “1 saylı X20”ə çatmışlar. Orada həkimlər tərəfindən Təqsirləndirilən şəxs yarası müayinə olunmuş, yaraları ciddi olmadığından həkim tərəfindən yarasına infeksiya əleyhinə dərmanlar qoyularaq yaraları sarınmış, ilkin tibbi yardım göstərildikdən sonra Təqsirləndirilən şəxs buraxılmış və birlikdə bölməyə gəlmişlər. Təxminən saat 00:40 radələrində Bakı Şəhər Yasamal RPİ-nin 28-ci PB-nə çatmışlar. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş nəsə olduğunu bildiklərindən başdan sonacan onu tam nəzarətdə saxlamışlar ki, üstündəkini atmasın. Təxminən saat 00:55-də sənədləşmə prosesi başlamışdır. Bölmədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “mən təxminə 03 il olar ki, narkotik vasitə qəbul edirəm. 22 fevral 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, “İİ Fəxri Xiyaban”da olan şəhid X10 məzarının üstündən 30 ədəd qızıl gülü oğurlayıb şəhərin müxtəlif küçələrində birini 1 manat olmaqla tanımadığı şəxslərə satıb əldə etdiyim pula özüm üçün narkotik vasitə alıb qəbul etdim və hazırda üzərimdə narkotik vasitə vardır”. Sonra Bakı Şəhər Yasamal RPİnin 28-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Nail Bayramlı tərəfindən dövlət hesabına tutulmuş vəkil Müdafiəçi iştirakı ilə 00:55-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş sonra video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızma bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd qara rəngli siqaret kağızı bükümünün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kristal formada maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd qara rəngli siqaret kağızı bükümündə olan psixotrop maddə olan metamfetamindir”. Bildirmişdir ki, “o, həmin psixotrop maddə metamfetamini 24 fevral 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən bir bükümünə 20 manat pul verərək öz şəxsi istifadəsi üçün alıb özü ilə ünvan 6 ünvanın ytaxınlığına daşıyaraq üzərində saxlamışdır. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rənhli siqaret kağızı bükümündə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 167 saylı möhürü möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 oğlunun ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/1208 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №167» dairəvi möhür əksi»..“Təqsirləndirilən şəxs” və.s yazılar və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,360 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixtorop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. (metamfetaminin təmiz çəkisi: 0,360 qr., tədqiqata sərf edildi: 0,05 qr., qalıq: 0,310 qr.). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2022-ci il tarixli 1016 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOPİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X13 adında uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını, ailəli olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokuroru vəzifəsini icra edənin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutularkən “həbsdə” saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 11 ay 26 gün (iki il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri əraziləri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 manat (yüz on manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,310 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X3 ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-271/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-271/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver