Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-272/2023 25.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 və X2 müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Qanuni nümayəndə, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs Vəliyeva (Xəlilova) Aygün Mahmud qızı və ona müdafiəçi qismində təyin edilməsi üçün dəvət edilmiş Bakı şəhəri Mərkəz Vəkil bürosunun vəkili X3 iştirakları ilə, Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 və X2 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X1 və X4 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, Vəliyeva(Xəlilova) Aygün Mahmud qızı barələrində yalan olduğunu bilə-bilə müxtəlif sosial şəbəkələrdə onların şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan,barələrində yalan, şər və böhtan xarakterili,həqiqətə uyğun olmayan məlumatlar yayması,həmçinin onları xüsusilə ağır cinayət (uşaq alverində) törətməkdə ittiham edib onlara şər və böhtan atmaqla bu barədə şər və böhtan xarakterli məlumatları soaial şəbəkələrdə yayması və onları qəsdən söyüb təhqir etməsi, şərəf və ləyaqətini nalayiq və ən pis formada alçaltması ilə bağlıdır. Onlar dəfələrlə ona bu qanunsuz hərəkətlərindən əl çəkməyi desə və tələb etsələr də,ancaq o,dedikləriə heç bir əhəmiyyət vermir,öz qanunsuz,cinayət xarakterli əməl və hərəkətlərindən əl çəkmir və həmin hərəkətlərini davam etdirir.Ona görə də etdiyi cinayət xarakterli hərəkətləri ilə əlaqədar barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermək məcburiyyətində qalmışdırlar. Aygün Vəliyevanın qısqanclığı və bununla bağlı etdiyi yersiz hərəkətlər,sosial şəbəkələrdə onların və ailələri barədə yaydığı şər və böhtan xarakterli məlumatlar onlarla bərabər onların uşaqların da psixologiyasını pozmuş,onlara dərin sarsıntılar yaşatmış və yaşatmaqdadır. Aygün Vəliyeva barələrində sosial şəbəkələrdə və şikayət etdiyi dövlət orqanlarına yazdığı şikayət ərizələrində yalan olduğunu bilə-bilə xx.xx.2016-cı ildə 3 saylı Sabunçu ŞKX-da dünyaya ölü gətirdiyi uşağını onların satmağı barədə yalan məlumatlar yaymaqla onları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1- ci maddəsində nəzərdə tutulan insan alveri kimi xüsusilə ağır cinayət törətməkdə ittiaham edir. Prokuror köməkçisi Fərid Həsənov tərəfindən xx.xx.2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edilmişdir. Sabunçu rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində qəbul edilmiş qərarın surəti Aygün Vəliyeva verilməsinə baxmayaraq o,yenə öz qanunsuz əməllərindən əl çəkməmiş, xx.xx.2023-cü ildə ARB televiziya kanalında yayımlanan Xoşqədəm Baxşəliyevanın “səni axtarıram" verilişinə çıxaraq yenə onların barəsində yalan olduğunu bilə-bilə şər və böhtan xarakterli məlumatlar yaymış, xx.xx.2016-cı ildə ölü doğulmuş uşağımızın sağ olmasını, onu onların tərəfindən satılmasını iddia etmiş,həmçinin həmin verilişdə xx.xx.2022-ci ildə Fuad Ələsgərovun qəbulunda olan zaman guya orada ona mənim,yəni X5 Ələsgərovun şöbəsində işləyən əməkdaşlara izahat verərkən xx.xx.2016cı ildə doğulmuş uşağımızı sağ olmasını bildirməyimi demişdir. Halbuki o, ümumiyyətlə heç vaxt prezident aparatında olmamış və Fuad Ələsgərova və ya onun şöbəsində işləyən əməkdaşlara qeyd olunan məzmunda izahat verməmişdir. Məhkəmə iclasında iştirak etmiş X1 və X2 müdafiəçisi Qanuni nümayəndə şikayətin məhkəmənin icraatına qabul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında barəsində şikayət verilən Vəliyeva (Xəlilova) Aygün Mahmud qızı şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Həmçinin məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında barəsində şikayət verilən Vəliyeva (Xəlilova) Aygün Mahmud qızına müdafiəçi qismində dəvət edilmiş vəkil X6 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsaən isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məcəllənin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən məlum olmuşdur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Vəliyeva (Xəlilova) Aygün Mahmud qızı “ARB” TV kanalında efirə gedən “Səni axtarıram” verilişində X1 və X2 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayımlandığını və onları xüsusilə ağır cinayəti törətməkdə günahlandıran böhtan xarakterli iddiaların səsləndirildiyini qeyd etmişlər. İş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri haqqında” çıxarışdan görünür ki, X1 və X2 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayımlandığı iddia edilən "xxxx" tabeliyində olduğu "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1yət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 və X4 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədikləri Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Vəliyeva (Xəlilova) Aygün Mahmud qızı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-272/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onların hüquqlarının müdafiəsi müvafiq olaraq Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Vəliyeva (Xəlilova) Aygün Mahmud qızına göstərilmiş 7 (yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 42 (qırx iki) manat məbləğində pul köçürülməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 293, 298- 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X1 və X2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 42 (qırx iki) manat məbləğində pul köçürülsün Qərardan şikayət verilə bilməz. Hakim Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-272/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-272/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver