Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-272/2025 07.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2aşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə axşam saatlarında instagram sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 0,492 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 03:10 dəqiqədə ünvan 3 ünvanında Yasamal RPİ NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, idarənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd polietilen bükümdə təmiz çəkisi 0,492 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 1 ildir ki, narkotik vasitə və ya psixotrop maddə istifadə edir, İran İslam Respublikasının vətəndaşı olan Leyla adlı qadınla “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Leyla ilə onun istifadə etdiyi +**********93 saylı mobil nömrəsi ilə “whatsapp” ani mesajlaşma tətbiqi vasitlə əlaqə saxlamışlar. xx.xx.2025-cü il tarixdə axşam saatlarında Leylanın göndərdiyi 051 ***-**-** saylı “M 10” hesabına 45 manat pul göndərdikdən sonra Leyla onun whatsap tətbiqinə xəritədə məkan yeri göndərmişdir. Qeyd edilmiş məkana yəni Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal adlanan əraziyə getmişdir. Qeyd edilən ünvanda ödənişini etdiyi şəxsi istifadə üçün adığı psixotrop maddə olan metamfetamini götürüb əynində olan açıq qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibinə qoyub üzərində saxlamaqla gəzdirmişdir. xx.xx.2025-ci il tarixdə saat 03:10 dəqiqədə ünvan 3 ünvanında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını bildirib onu saxlamışlar və onu Yasamal RPİ-yə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Yasamal Rayon Polis İdarəsinə gəlmişdir. İdarənin inzibati binasında hüquq və vəzifələri ona izah edilmişdir, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edildikdən sonra şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyi içərisində psixotrop maddə - metamfetamin olan bir ədəd polietilen bükümü təqdim etmişdir. Bununla da həmin maddə götürülmüşdür. Ondan aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək müdafiəçinin və iştirakçıların iştirakı ilə açılmış və bundan sonra o, polis əməkdaşlarına şifahi olaraq izahat verərək həmin psixotrop maddəni hansı formada əldə etməyini bildirmişdir. Daha sonra isə həmin büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırlmış zərfin üzərinə özü, müdafiəçi və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza tərəfindən müəyyən ediləcəyi bildirilmişdir. Üzərindən başqa heç bir predmet aşkar olunmamışdır. Leyla adlı qadını “İnstagram” sosial şəbəkəsində tanımış və yalnız whatsapp vasitəsi ilə onunla əlaqə saxlamış və xarici görünüşü ilə bağlı heç bir məlumatı yoxdur. Saxlanılan zaman üzərində mobil telefon olmuşdur və telefonun üzərində 050 ***-**-** və 070 ***-**-** GSM nömrələri olmuşdur. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetamini də şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən saxlanılan və üzərinə şəxsi axtarış aparılan zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid1 bildirmişdir ki, o, polis serjantı rütbəsində Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, xx.xx.2025-ci il tarixdə xidmət etdiyi Polis idarəsinə xx.xx.1995-ci il tarixdə Quba şəhərində anadan olmuş, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 6 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu H.B.ünvan 7şayan X6 Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat haqqında dərhal Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən tərtib edilmiş raport əsasında Yasamal RPİ-nin NMB-nin rəisi Anar İbrahimovun vasitəsilə rəhbərliyə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən Şahid2 həvalə edilərək rəhbərliyi altında və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı Şahid2 tərəfindən əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün onunla birlikdə Polis idarəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni xx.xx.2025-ci il il tarixdə saat 03:10 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 3 ünvanın qarşısında dayandığını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətən də o, xx.xx.1995-ci il il tarixdə Quba şəhərində anadan olmuş Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar, X1 özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək ondan onunla Yasamal RPİ-nə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan Yasamal RPİ-nə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ-nə gətirilməsi barədə Şahid2 tərəfindən dərhal NMB-nin rəisi Anar İbrahimovun vasitəsilə raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X7 həvalə olunmuşdur. Bununla bağlı, təhqiqatçı X25 RPİ-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin vəkillərin siyahısından istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsini, lakin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından dəvət olunacaq vəkilin cinayət prosesində onun müdafiəsi ilə bağlı xidmətləri dövlət büdcəsi hesabına təmin edilməsini xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı, təhqiqatçı Fərid Həsənov dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Yasamal RPİ-nə dəvət etmişdir. Bundan sonra isə təhqiqatçı Fərid Həsənov, Təqsirləndirilən şəxs dəvət olunmuş vəkili təqdim etdi və o da, təqdim olunan vəkil X23 tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra, təhqiqatçı Fərid Həsənov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edərək vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvü əməliyyat müvəkkili Şahid2 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, təhqiqatçı Fərid Həsənov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra təhqiqatçı Fərid Həsənov hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşmuş, şübhəli şəxs X15 və iştirakçılar tərəfindən heç bir vəsatət və etirazın olmadığını bildirmişlər, bundan sonra təhqiqatçı Fərid Həsənov Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olunmuş, Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirmiş, təhqiqatçı Fərid Həsənov şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirmişdir, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs özü könüllü olaran əynində olan açıq rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd politilen kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edərək içəisində olan maddənin “şüşə” adlanan psixotrop maddə olan metamfetamin olduğunu, öz istehlakı üçün İran İslam Respublikası vətəndaşı Leyla adlı qadınla xx.xx.2025-ci il tarixdə axşam saatlarında Whatsappla əlaqə saxladıqdan sonra onun ***-***-**-** nömrəli “M10” hesabına 45 manat pul göndərdiyini və onun göndərdiyi konumda göstərilən yerdən, yəni Yasamal rayonu, Yeni Yasamaldan götürdüyünü bildirmiş, həmçinin gödəkçəsinin sol yan cibindən 01 ədəd ağ rəngli simsiz qulaqçıq, ətir və alışqan, gödəkçənin sol iç cibindən isə şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, əynindəki qara rəngli şalvarın sağ yan cibindən ***-***-**-** və ***-***-**-** nömrələri olan “Samsung ” markal mobil telefonu təqdim etmişdir. Bundan sonra həmçinin təhqiqatçı Fərid Həsənov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində ağ rəngli, kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzəyən maddə aşkar olmuş, bundan sonra təhqiqatçı Fərid Həsənov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmamış, eyni zamanda təhqiqatçı Fərid Həsənov şübhəli şəxs X6 üzərindən aşkar edilmiş 01 ədəd bükümü içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənmiş, möhürlənmiş zərfin üzərinə şübhəli şəxs X15, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi qeyd olunan mobil telefon da iş üçün əhəmiyyətli olduğundan götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar və sənədlər özünə qaytarılmışdır. Aparılmış şəxsi axtarışla Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş həmin maddənin zərfə qoyularaq qablaşdırılması və mobil telefonun götürülməsi ilə bağlı təhqiqatçı Fərid Həsənov tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd məlumat daşıyıcısı olan DVD formatlı diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da protokolu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Keçirilmiş əməliyyat tədbirlər nəticəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə olunmuş məlumatladan müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri istehlak etmək məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olur, narkomaniyaya qurşanmış şəxsdir. Üzərindən aşkar olunmuş yuxarıda göstərilən bükümdə olan psixotop maddə metamfetamini Təqsirləndirilən şəxs öz istehlakı üçün qanunsuz əldə edərək özündə saxlamaqla daşımışdır. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və ya bilavasitə üzərindən aşkar olunmuş həmin narkotik vasitə hesab edilən metamfetamini hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə hesab edilən metamfetaminin mənbəsi ilə bağlı əməliyyataxtarış tədbirlərini həyata keçirmişlər, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Şahid Bakı şəhəri Yasamal RPİ-nin Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs açıq qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən psixotrop maddəni təqdim etmiş, o, metamfetamini İran İslam Respublikasının vətəndaşı Leyla adlı qadından əldə etdiyini bildirmişdir. 16 yanvar 2025-ci il tarixdə axşam saatlarında İran İslam Respublikasının vətəndaşı Leyla adlı qadınla +**********93 nömrəli whatsappla əlaqə saxladıqdan sonra onun 51 ***-**-** nömrəli «M10» hesabına 45 manat göndərmiş və onun mobil telefonuna göndərdiyi konumda göstərilən yerdən, yəni Yasamal rayonu Yeni Yasamaldan psixotrop maddə metamfetamin götürmüşdür. Bundan başqa gödəkcənin sol yan cibindən 01 ədəd ağ rəngli simsiz qulaqcıq, ətir və alışqan, gödəkcənin sol iç cibindən isə şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, əynindəki qara rəngli şalvarın sağ yan cibindən isə ***- ***-**-** və ***-***-**-** nömrələrə olan “Samsung” markalı telefonu təqdim etmişdir. Təqdim etdiyi telefon və həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 02 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 42 saylı möhürü ilə möhürlənərək götürülmüş, bundan başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v. 33-34). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizasının 18 yanvar 2025-ci il tarixli, 6/233 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,492 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (i.v. 41-45). “Maddi sübüt kimi tanınması haqqında” 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılarkən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,492 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin maddi sübut kimi tanınması, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,050 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 0,442 qram təşkil edən həmin psixotrop maddə-metamfetamin hissəsinin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilməsi qərara alınmışdır (i.v. 75). “Diskə baxış keçirilməsi barədə” 23 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X11 icraatında olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq bu protokolu Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 51 və 85-ci maddələrinin tələblərinə əsasən tərtib etmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman qeyd edilmiş video çəkiliş olan 01 ədəd DVD formatlı diskə baxış keçirtmiş, DVD formatlı diskin yaddaşına köçürülmüş 11 dəqiqə 36 saniyə müddətini əhatə edən video faylda olan vedio görüntülərdən görünür ki, Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı polkovnik-leytenantı X12, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və kiçik əməliyyat müvəkkili polis leytenantı Şahid1, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil bürosunun vəkili X20 iştirakları ilə xx.xx.2025-ci il tarixdə saat 03:10-da ünvan 3 ünvanda yerləşən binanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində xx.xx.2025-ci il il tarixdə şəxsi axtarışın aprılacağını elan etməsi, istintaq hərəkətinin “İphone” markalı mobil telefonun videokamera vasitəsi ilə qeydə alınacağını bildirməsi, bununla əlaqədar vəsatət və şikayət olub-olmamağı barədə soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir vəsatətinin və etirazının olmadığını bildirməsi, bundan sonra təhqiqatçı X31 Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olunması, Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi, təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirməsi, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan açıq rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd politilen kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edərək içəisində olan maddənin “şüşə” adlanan psixotrop maddə olan metamfetamin olduğunu, öz istehlakı üçün İran İslam Respublikası vətəndaşı Leyla adlı qadınla xx.xx.2025-ci il tarixdə axşam saatlarında Whatsappla əlaqə saxladıqdan sonra onun ***-***-**-** nömrəli “V10” hesabına 45 manat pul göndərdiyini və onun döndərdiyi konumda göstərilən yerdən, yəni Yasamal rayonu Yeni Yasamaldan götürdüyünü bildirməsi, eyni zamanda əynində olan gödəkçəsinin sol yan cibindən 01 ədəd ağ rəngli simsiz qulaqcıq, ətir və alışqan, gödəkçənin sol iç cibindən isə şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, əynindəki qara rəngli şalvarın sağ yan cibindən “Samsunq” markal mobil telefonu təqdim edərək üzərində ***-***-**-** və ***-***-**-** nömrələri olmasını bildirməsi, bundan sonra təhqiqatçı Fərid Həsənov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində ağ rəngli, kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olması, bundan sonra təhqiqatçı Fərid Həsənov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparması, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmaması, eyni zamanda təhqiqatçı Fərid Həsənov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümü içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənməsi, möhürlənmiş zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanması, Həmçinin Təqsirləndirilən şəxsnn təqdim etdiyi qeyd olunan mobil telefon da iş üçün əhəmiyyətli olduğundan götürülməsi müşahidə olunur. Bununla da keçirilmiş baxış tamamlandı və həmin 01 ədəd DVD formatlı disk əvvəlki vəziyyətinə uyğun olaraq zərfinə qablaşdırılıb xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokolun sonuncu vərəqinə tikilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v. 85-86). "xxxx" MMC-dən daxil olmuş BKC/LGL-3002/25 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, qeyd olunmuş 502099799, ********* saylı nömrələr sorğulanan müddət ərzində Bakcell şəbəkəsində istifadə olunmamışdır (i.v. 98). “"xxxx" MMC-dən ələ keçirilərək götürülmüş elektron məlumat daşıyıcısı olan CD formatlı diskin yaddaşına baxış keçirmə haqqında” 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X11, icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə uyğun olaraq tərtib etmişdir həmin protokolu ondan ötrü ki, yaranmış istintaq zərurəti ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən xx.xx.2025ci il tarixli 2767 saylı məktubla Yasamal RPİ-nin İŞ-nə təqdim olunmuş 01 ədəd elektron məlumat daşıyıcısı olan CD formatlı diskin yaddaşına xidməti kompüterə daxil edib, həmin CD formatlı diskdə olan 7 ədəd «502099799 SMS.txt», «5********.txt», «antena.xls» və «abuneciler.xls» adlanan fayllara baxış keçirərək müəyyən etmişdir ki, həmin CD formatlı diskin yaddaşına 4 ədəd «502099799 SMS.txt», «5********.txt», «antena.xls» və «abuneciler.xls» adlanan faylların olması, «502099799 SMS.txt» adlanan faylda olan məlumatlara ********* simkart nömrəsindən xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixə saat 19:11:10-ə kimi olan müddət ərzində çıxan və daxil olan SMS məlumatlarına aid qeydlər alınmışdır, həmin SMS mətnlərində cinayət işi üçün əhəmiyyətli ola biləcək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə bağlı və iş üçün əhəmiyyətli olan yazışmalar aşkar olunmur. «502099799 SMS.txt» adlanan faylda olan məlumatlara əsasən ********* simkart nömrəsindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə saat 19:08:24 kimi olan müddət ərzində çıxan və daxil olan SMS məlumatlarına aid qeydlər alınması, «antena.xls» adlanan faylda olan məlumatlara əsasən ********* simkart nömrəsi istifadəçisi Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 03:10 radələrində Yasamal rayonu ərazisində olması müəyyən olunmuşdur. «Abunəçilər» adlanan faylda olan məlumatlara əsasən daxil olan və çıxan telefon zənglərinə və SMS yazışmaları aparılan aşağıdakı telefon nömrələrinin - ********* simkart nömrəsi Təqsirləndirilən şəxs, ********* simkart nömrəsi X16, ******* simkart nömrəsi Ağdam 1 May küçəsi, ev 10-da qeydiyyatda olan X17 , ********* simkart nömrəsi Makro 2000 X10 Taahhüt İç və Diş Ticarət Anonim Şirkəti Bakı şəhəri, S.Vurğun küçəsi, ev 43, X28, ********* simkart nömrəsi Quba rayonu, Alpan ərazi dairəsi, Kürkün kəndində qeydiyyatda olan 1969-cü il təvvəllüdlü X2 və ********* simkart nömrəsi oğlu Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi Ev 19b mənzil 102-də qeydiyyatda olan 1984-cü il X13 məxsusluğuna dair məlumatlar qeydə alınmışdır. Digər mobil operatoruna məxsus simkart nömrələrinin məxsusluğu barədə məlumatlar qeyd olunmamışdır. Bununla da, həmin 01 ədəd «CD» disk elektron məlumat daşıyıcısında olan məlumatlara baxışın keçirilməsi tamamlandı və həmin disk qaytarılıb cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli 2767 saylı məktuba əlavə edilmiş zərfə qoyulmaqla qablaşdırılıb DİN- nin 42 saylı möhürü ilə möhürlənmişdir (i.v. 101-103). “"xxxx" MMC-dən ələ keçirilərək götürülmüş CD disk elektron məlumat daşıyıcısına baxış keçirmə haqqında” 13 mart 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X11, icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə uyğun olaraq tərtib etmişdir həmin protokolu ondan ötrü ki, yaranmış istintaq zərurəti ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2025-ci il tarixli AZF/LGL-98796/24 nömrəli məktubla Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinə təqdim olunmuş 01 ədəd «CD» disk elektron məlumat daşıyıcısını xidməti kompüterə daxil edib, həmin CD diskin yaddaşına yazılmış 4 ədəd «Mexsusluq Tarixcesi OTHER_702579799 », «Mushteri zenglerinin detallashmasi MSİSDN ********* », «SMS detallashmasi MSİSDN 702579799», «X3 **********3257 ********* NAR 1081» adlanan fayllara baxış keçirərək müəyyən etmişdir ki, belə ki, yuxarıda göstərilən faylların arasından Mexsusluq Tarixcesi OTHER ********* » adlanan faylda olan məlumat əsasən ********* simkart nömrəsi Təqsirləndirilən şəxs məxsus olması qeyd edilmişdir. « Mushteri zenglerinin detallashmasi MSİSDN ********* » adlanan faylda olan məlumat əsasən Təqsirləndirilən şəxs məxsus ********* simkart nömrəsindən aparılan danışıqlar zamanı xx.xx.2025-ci il tarixdə saat 18 radələrindən xx.xx.2025-ci il tarixdə saat 18 radələrindən tutulduğu vatda və sonra xx.xx.2025-ci il tarixdə saat 03:10-da onun Yasamal rayonu ərazisində olması qeydə alınmışdır. Yuxarıda göstərilən fayllarm arasından «SMS detallashmasi MSİSDN 702579799», adlanan faylda olan məlumat əsasən ********* simkart nömrəsi ilə xx.xx.2025-ci il saat 00:00-dan - xx.xx.2025 ci il saat 00:00-dək müddət ərzində çıxan və daxil olan SMS yazışmalarının tarix və vaxtına dair məlumatlar qeydə alınmışdır, həmin məlumatlarda narkotik və psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar yazışmalar qeydə alınmamışdır. Yuxarıda göstərilən faylların arasından «X3 **********3257 ********* NAR 1081» adlanan faylda olan məlumat əsasən Təqsirləndirilən şəxs məxsus ********* simkart nömrəsi ilə telefon danışıqları və SMS yazışmaları aparan simkart nömrələrinin məxsusluğuna dair məlumatlar olması qeyd edilmişdir. Bununla da, həmin 01 ədəd «CD» disk elektron maqnit daşıyıcısında olan məlumatlara baxışın keçirilməsi tamamlandı və həmin disk qaytarılıb cinayət işinin materiallarında olan xx.xx.2025-cü il tarixli AZF/LGL-9879/24 nömrəli məktuba əlavə edilmiş zərfə qoyulmaqla qablaşdırılıb DİN-nin 42 saylı möhürü ilə möhürlənmişdir (i.v. 106-109). “Baxış keçirilmə haqqında” 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X11, icraatında olan ********* nömrəli cinayət işinin ibtidai araşdırması ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 134 və 236-cı maddələrini rəhbər tutub tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən üzərindən götürülmüş içərisində ***-***-**-** və ***-***-**-** simkart nömrəsi olan 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirib müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş mobil telefon “Samsung Galaxy A80” markalı “**********21456, **********21454” imei kodludur, içərisində 2 simkart nömrəsi üçün yuvası olması, həmin yuvalarda ***-***-**-** və ***-***-**-** simkart nömrələrinin olması, korpusu və ekranının qara rəngli olması, telefon elektrik cərəyanına qoşulduqda cərəyanı qəbul etməsi müəyyən olunur. Telefonun menyu düyməsi vasitəsilə kontaktlar, məlumatlar və zənglərin jurnalı bölmələrindən ibarətdir. Telefonun yaddaşında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı və iş üçün əhəmiyyətli məlumatlar aşkar olunmadı. Həmin telefon “Samsung Galaxy A80” markalı mobil telefon zərfə yerləşdirilərək Azərbaycan Respublikası DİN-nin 42 saylı möhürü ilə möhürləndi (i.v. 110). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X29 şəxsi əlavə ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 fevral 2025-ci il tarixli, 642 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür ( i.v. 111-112). Təqsirləndirilən şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdə Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş 01 ədəd qara rəngli Samsung Galaxy A80 markalı mobil telefonu saz vəziyyətdə Yasamal RPİ-nin İŞ-dən təhvil almış, mobil telefonu istintaq müddəti ərzində satmayacağı və zədələməyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür (i.v. 114). “Sübutların qiymətləndirilməsi haqqında” 25 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,492 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan xx.xx.2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 0,442 qram təşkil edən psixotrop maddə-metamfetamin Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılması prosessual hərəkəti prosesinə dair video çəkilişi özündə əks etdirən həmin elektron məlumat daşıyıcısı olan “DVD” formatlı disk obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə müvafiq materialın ayrılması və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün aidiyyəti üzrə icra olunmasından ötrü Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilməsi, "xxxx" MMC və "xxxx"MMC-dən istintaqa daxil olmuş, yuxarıda göstərilən hadisəyə aid məlumatları özündə əks etdirən 02 ədəd CD disk elektron məlumat daşıyıcısı obyektiv həqiqəti təsdiq etdiyindən iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefonda iş üçün əhəmiyyətli məlumatlar aşkar olunmadığından iş üzrə maddi sübut kimi tanınmalı və saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddələrində nəzərdə tutulan yuxarıda göstərilən cinayət əməlinin törədilməsi xx.xx.2025-il tarixdə tərtib olunmuş şəxsi axtarış və götürmə haqqında protokolda və həmin protokolda qeyd olunmuş onun özünün ilkin etirafedici izahatı, ifadələri, şəxsi axtarış və götürmə aparılarkən çəkilərək məlumat daşıyıcısı olan 01 ədəd “DVD” markalı diskə köçürülmüş vedeogörüntü ilə, maddi sübutla, həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələri, eləcə də iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2025-ci il tarixli, 6/233 nömrəli və ambulator-məhkəmə-narkoloji ekspertizasının 642 nömrəli xx.xx.2025-ci il tarixli rəyləri, eləcə də əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlərin cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilməsi, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndinin tətbiq edilməməsi, Təqsirləndirilən şəxs barəsində qərarın təsviri hissəsində qeyd olunan xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi ilə əlaqədar cinayət işindən zəruri sənədlərin surətlərinin çıxarılaraq saxlanılması üçün Yasamal rayon prokurorluğuna göndərilməsi, qərarınn surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 115-126). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 19 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdə, saat 03:10-dan tutulmuş hesab edilmişdir (i.v. 22). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1994-cı il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2aşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı Şəhər Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X4 18 yanvar 2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı Şəhər Yasamal RPİ-nin X14 dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsinin təmin edilməsi, qərarın icra olunmasından ötrü Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır (i.v. 67-69). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 70-71). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 28 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 95). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun şübhəli şəxs qismində saxlandığı (iş materiallarından görünür ki, 17 yanvar 2025-ci il tarixdə, saat 03:10-da şübhəli şəxs qismində tutulmuş, 18 yanvar 2025-ci il tarixdə saat 14:50-də təqsirləndirilən şəxs qismində dindirməsi başa çatmış və bundan sonra prokuror qarşısına həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı çıxarılmış və prokuror tərəfindən vəsatətin müdafiə olunmasında imtina olunmasından sonra təqsirləndirilən şəxs azad olunmuşdur, bu isə şəxsin 24 saatdan artıq azadlığının məhdudlaşdırılmasının göstəricisidir), müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetaminin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “36 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş psixotrop maddə olan 0,442 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci ilədək sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 05 iş saatına görə 30 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat olmaqla, cəmi 140 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-272/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-272/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver