Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-273/2025 09.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1978-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyi PX-nin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, aldatma və etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Prezident Administrasiyasına təşkilatçı vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 05 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən «Tava» kafesində 3000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 qarşı 3000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir (epizod İ). Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən bağçaların birinə tərbiyyəçi vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 07 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən «Tava» kafesində 2500 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 qarşı 2500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir (epizod İİ). Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda 11 saylı Cəzaçəkmə Müəssəsində cəza çəkir. Cavadova Tüzalə ilə o, Samir adlı şəxsin vasitəsi ilə tanış olmuş, Samir Tünzalənin bacısı oğludur. Tünzalə ilə tanış olan zaman Samir tutulmuş və həbsdə olmuşdur. O, Samirin işi ilə maraqlanmaqdan ötrü Tünzalə ilə əlaqə saxlamışdır. Sonradan onun Tünzalə ilə münasibəti yaranmışdır. Söhbət əsnasında Tünzalə ona bildirmişdir ki, torpaq sahəsi əldə etmək istəyir. O, həmin vaxt Tünzaləyə bildirmişdir ki, ona köməklik edəcəkdir. Tünzalədən ehtiyacı olduğu üçün borca pul istəmiş və Tünzalə ona köməklik etməyə razılaşmışdır. Sonradan Tünzalə və bacısı Zülfiyyə ilə xx.xx.2022-ci il tarixdə 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən “Tava” kafesində görüşmüşdür. Həmin kafedə Tünzalə ona borca 3000 manat pul vermişdir. Zülfiyyəyə bildrimişdir ki, 2-3 aya pulu qaytaracaqdır. Sonradan xx.xx.2022-ci il tarixdə o, yenidən Tünzalədən borca pul istəmiş və o, Tünzalə ilə Yasamal rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən “Tava” kafesində görüşmüş, orada Tünzalənin bacısı Zülfiyyə ona 2500 manat borca pul vermiş və bildirmişdir ki, həmin pulu faizə götürüb vaxtında faizi vermək lazımdır. Sonradan Tünzalənin bacısı Zülfiyyə onunla əlaqə saxlayaraq bildirmişdir ki, işə düzəlmək istəyir və ondan borca aldığı pulu istəmişdir. O, pulu qaytara bilmədiyi üçün Zülfiyyəyə bildirmişdir ki, ona verdiyi pula işə düzəldəcəkdir. Lakin o, pulu qaytara bilmədiyi üçün Zülfiyyəni aldadaraq bildirmişdir ki, onu işə düzəldəcdir. Lakin o, bu günə kimi Tünzalənin və Zülfiyyənin pullarını qaytara bilməmişdir. Tünzalə ona verdiyi pulun faizini tutulana qədər ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, bacısı oğlu Samirin vasitəsi ilə 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin ərəfədə işsiz olmuş və iş axtarmışdır. O, Təqsirləndirilən şəxs ilə tanış olan zaman İsmayıla bildirmişdir ki, onu bağçaya müəllimə vəzifəsinə işə düzəldə bilərmi?. Təqsirləndirilən şəxs özünü iş adamı kimi təqdim edərək onu işə düzəltməyə razılaşmışdır. O, Təqsirləndirilən şəxs ilə razılaşmış və İsmayıl onu Nərimanov rayonunda yerləşən bağçaların birinə müəllimə vəzifəsinə düzətməyinə söz vermiş və bildirmişdir ki, onu bağçaya müəllimə düzəltməkdən ötrü 2.500 manat pul ödəmək lazım olacaqdır. O, İsmayılla razılaşmış və bacısı Tünzalə ilə birlikdə İsmayılla xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, 20 Yanvar metrostansiyasının qarşısında görüşmüşlər. Sonradan onlar İsmayılla birlikdə Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Tava” adlı kafeyə daxil olmuşlar. Həmin vaxt onlar “Tava” kafesində əyləşmiş və o, kafenin içərisində Təqsirləndirilən şəxs bağçaya müəllimə düzəltməkdən ötrü ümumilikdə 2.500 manat nəğd pul vermişdir. Bu zaman Təqsirləndirilən şəxs pulu saymış və bildirmişdir ki, tez bir zamanda bağçaya işə düzəldəcəkdir. O, pulu Təqsirləndirilən şəxs verən zaman İsmayıl ona yazılı sürətdə bildirmişdir ki, o, ona verdiyi pulu işə düzəltməkdən ötrü götürür. Sonradan onlar kafedən çıxmış və İsmayıl onu bir daha əmin etmişdir ki, tez bir zamanda bağçaya müəllimə düzəldəcəkdir. Həmçinin hazırda ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, onunla whatsapp tətbiqi vasitəsilə videozənglə əlaqə yaradılmış, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini bildirmişdir. Buna görə də ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında o, Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin ərəfədə iş yerini dəişmək istədiyinə görə müxtəlif tanışlara müraciət edıərək iş axtarmağını bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə tanış olan zaman bildirmişdir ki, işini dəyişmək istəyir, özünə və bacısı Zülfiyyəyə yeni iş axtarır. Təqsirləndirilən şəxs özünü iş adamı kimi təqdim edərək onu və bacısı Zülfiyyəni işə düzəltməyə razılaşmışdır. O, Təqsirləndirilən şəxs ilə razılaşmış, İsmayıl ona bildirmişdir ki, onu Prezident Aparatına təşkilatçı vəzifəsinə, bacısı Zülfiyyəni bağçaya müəllimə düzətməyinə söz vermiş və bildirmişdir ki, ona və bacısı Zülfiyyəni işə düzəltməkdən ötrü 5.500 manat pul ödəmək lazım olacaqdır. O, İsmayılla razılaşmış və bacısı Zülfiyyyə ilə birlikdə İsmayılla xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, 20 Yanvar metrostansiyasının qarşısında görüşmüşdür. Sonradan onlar İsmayılla birlikdə Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Tava” adlı kafeyə daxil olmuşlar. Həmin vaxt onlar “Tava” kafesində əyləşmiş və bacısı Zülfiyyə həmin kafenin içərisində Təqsirləndirilən şəxs onu Prezident Aparatına işə düzəltməkdən ötrü ümumilikdə 3000 manat nəğd pul vermişdir. Bu zaman Təqsirləndirilən şəxs pulları saymış və bildirmişdir ki, tez bir zamanda onu işə düzəldəcəkdir. Sonradan kafedən çıxmış və İsmayıl onu bir daha əmin etmişdir ki, tez bir zamanda bacısı işə düzəldəcəkdir. xx.xx.2022-ci il tarixdə o, yenidən Təqsirləndirilən şəxsla Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Tava” kafesində görüşərək Təqsirləndirilən şəxs bacısı Zülfiyyəni bağçaya müəllimə kimi işə düzəltməkdən ötrü 2500 manat pul vermişdir. İsmayıl pulu verdikdə saymış və təkrar bildirmişdir ki, tez bir zamanda onu və bacısı Zülfiyyəni işə düzələcəkdir. Bacısı Zülfiyyə pulu Təqsirləndirilən şəxs verən zaman İsmayıl yazılı sürətdə bildirmişdir ki, ona verdikləri pulları işə düzəltməkdən ötrü götürür. O, pulu İsmayıla verdikdən sonra işi ilə maraqlananda ona müxtəlif bəhanələr gətirərək bildirmişdir ki, iş tez bir zamanda düzələcəkdir. O, pulu İsmayıla verdikdən sonra bir il keçdikdə ondan pulları tələb etmişdir. İsmayıl pulu qaytarmağa razılaşmış, lakin bu günə kimi İsmayıl ona dəymiş ziyanı ödəməmiş və müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Bundan başqa hal-hazırda o, Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” 23 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında Yasamal RPİ-nin İŞ-də Yasamal RPİ-nin İŞ-də baş müstəntiq İsmayıl Qurbanov tərəfindən qəbul edilmiş 22 mart 2024-cü il tarixli cinayət işinin başlanmasını rədd edilməsi barədə qərar əsassız olduğundan ləğv edilmiş, Zərərçəkmiş şəxs1 müraciəti əsasında Yasamal RPİ-nin İŞ-də baş müstəntiq, polis mayoru İsmayıl Qurbanov tərəfindən toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqın aparılması üçün cinayət işi Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 1-3). “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 yazmış olduğu şikayət ərizəsi əsasında toplanmış material aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 19). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 aprel 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (i.v. 20-21). “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə” 22 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru İsmayıl Qurbanov tərəfindən toplanmış material üzrə qəbul edilmiş 22 aprel 2023- cüi il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 24- 25). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (i.v. 28-29). “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə” 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru İsmayıl Qurbanov tərəfindən toplanmış material üzrə qəbul edilmiş 06 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 33-34). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 mart 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (i.v. 37-38). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 24 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir (i.v. 41). “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 43). “Təqdim etmə və götürmə barədə” 01 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 Azərbaycan Respublikası CPM-nin 51 və 86-ci maddələrinin tələblərinə müvafiq olaraq tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 üzərində «Mən Təqsirləndirilən şəxs 2500 manat pulu alıram ondan ötrü ki, Nasımova Zülfiyəni işə düzəlməyinə cavabdehəm, imza, İsmayılov.İ.,AA 3792095, 7.09.2022, 055.511-89-90,Təqsirləndirilən şəxs, Xəzər rayonu Mərdəkan qəsəbəsi,t Rəyayıl Cəfərov küçəsi ev 6, Təqsirləndirilən şəxs, AA 379209, xx.xx.1978. ***-***-**-**, kv telfon 454-10-16, Lökbatan qəsəbəsi, Şahin xəlilov küçəsi ev 4, mənzil, ***-***-**-**, 561- 81-43, mob ***-***-**-**, İsmayılov Əyyub oğlu» məzmunlu qeydlər aparılmış A4 formatında vərəqi götürülərək cinayət işinə əlavə edildi (i.v. 52). Təqsirləndirilən şəxs tərəfindən A4 formatında vərəqdə əlyazma ilə yazılan yazıdan görünür ki, həmin yazı «Mən Təqsirləndirilən şəxs 2500 manat pulu alıram ondan ötrü ki, Zərərçəkmiş şəxs2 işə düzəlməsinə cavabdehəm, imza, İsmayılov.İ.,AA 3792095, 7.09.2022, ***-***-**-**, Təqsirləndirilən şəxs, Xəzər rayonu Mərdəkan qəsəbəsi, Rəfayıl Cəfərov küçəsi ev 6, Təqsirləndirilən şəxs, AA 379209, xx.xx.1978. ***-***-**-** mobil, ev telefon 454-10-16, Lökbatan qəsəbəsi, Şahin Xəlilov küçəsi, ev 4, mənzil, ***-***-**-**, 561- 81-43, mob 055- 511-89-90, Təqsirləndirilən şəxs» məzmunda olmuşdur (i.v. 53). “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 56). “İfadənin yerində yoxlanılması haqqında” 05 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 Azərbaycan Respubilkası CPM-nin 51, 85, 260-261-ci maddələrini rəhbər tutaraq, tərtib etmişdir həmin protokolu ondan, ötrü ki, ********* sayh cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsini yerində yoxlamış, ifadənin yerində yoxlanılması başlamazdan əvvəl Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CPM-nin 87, 260-261-ci maddələrində nəzərdə tutulan hüquq və vəzifələri izah olundu. İfadənin yerində yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin tələblərinə riayət edərək Qasımova X2 İsmayıl Əyyub oğlu tərəfindən dələduzluq yolu ilə pulunun ələ keçirməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları yerində göstərməsi təklif olundu və ona izah olundu ki, ifadənin yerində yoxlanlması istintaq hərəkətinin həyata keçrilməsi zamanı fotoçəkiliş aparılacaqdır. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları yerində göstərə biləcəyini bildirdi. Bundan sonra Zərərçəkmiş şəxs2 ilə birlikdə həmin ünvana gəlmiş, orada Zərərçəkmiş şəxs2 bildirdi ki, o, 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin ərəfədə işsiz olmuş və iş axtarmışdır. O, Təqsirləndirilən şəxs ilə tanış olan zaman İsmayıla bildirmişdir ki, onu bağçaya müəllimə vəzifəsinə işə düzəldə bilərmi. Təqsirləndirilən şəxs özünü iş adamı kimi təqdim edərək onu işə düzəltməyə razılaşmışdır. O, Təqsirləndirilən şəxs ilə razılaşmış və İsmayıl onu Nərimanov rayonunda yerləşən bağçaların birinə müəllimə vəzifəsinə düzətməyinə söz vermiş və bildirmişdir ki, onu bağçaya müəllimə düzəltməkdən ötrü 2.500 manat pul ödəmək lazım olacaqdır. O, İsmayılla razılaşmış və bacısı Tünzalə ilə birlikdə İsmayılla xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, 20 Yanvar metrostansiyasının qarşısında görüşmüşlər. Sonradan onlar İsmayılla birlikdə Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Tava” adlı kafeyə daxil olmuşlar. Həmin vaxt onlar “Tava” kafesində əyləşmiş və o, kafenin içərisində Təqsirləndirilən şəxs bağçaya müəllimə düzəltməkdən ötrü ümumilikdə 2.500 manat nəğd pul vermişdir. Bu zaman Təqsirləndirilən şəxs pulu saymış və bildirmişdir ki, tez bir zamanda bağçaya işə düzəldəcəkdir. O, pulu Təqsirləndirilən şəxs verən zaman İsmayıl ona yazılı sürətdə bildirmişdir ki, o, ona verdiyi pulu işə düzəltməkdən ötrü götürür. Sonradan onlar kafedən çıxmış və İsmayıl onu bir daha əmin etmişdir ki, tez bir zamanda baxçaya müəllimə düzəldəcəkdir. Bununla da Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti başa çatdırıldı. İfadənin yerində yoxlanılması aydın və günəşli havada təbii işıqda və evdə ıpınldı. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkildi. İfadənin yerində yoxlanılması zamanı iştirak edən şəxslərdən şikayət və ya vəsatət daxil olmadı, ifadənin yerində yoxlanılmasına dair tərtib olunmuş protokol ucadan oxundu, düzdür. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər protokola əlavə olundu (i.v. 64-66). “Cinayət işinin icraatının dayandırılması haqqında” 23 iyun 2024-cü il tarixli qərardan görünür ki, AR CPM-nin 53.1.1-ci maddəsinə əsasən ********* saylı cinayət işinin icraatı dayandırılmışdır (i.v. 67). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-489/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 7000 (yeddi min) manat miqdarında cərimə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 03 ay müddətin nəzərə alınaraq, təyin edilmiş cərimə cəzasının yüngüllədirilməsi və üzərində 6000 (altı min) manat miqdarında müəyyən edilməsi, Təqsirləndirilən şəxsnın barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması (i.v. 69-80). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-228/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs zərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-199/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilən 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 2 (iki) il, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-199/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə nəzərə alınmış həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasının əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103))-199/2023 nömrəli qərarı ilə azadlıqdan məhrum etmə cəzası çəkməsinin nəzərə alınması hökm edilmişdir (i.v. 81-93). Bakı Apellyasiya Məhkəməsinin 1(103)-199/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(005)- 489/2022 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs hökmlə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında dərhal həbsə alınmış, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmiş, cəzasının əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablanmış, hökm apellyasiya protestinə münasibətə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (i.v. 94-103). “Cinayət təqibi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə zəruri olan istintaq hərəkətlərinin keçirilməsi zərurəti yarandığından ********* nömrəli cinayət təqibi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v. 106). 15 noyabr 2024-cü il tarixli üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (i.v. 120-122). 15 noyabr 2024-cü il tarixli üzləşmə protokolundan görünür ki, X4 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Zülfıyyə Qasımova ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (i.v. 123-125). “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddələrinə tövsif edilmişdir (i.v. 126). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 136). “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v. 151-152). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 13 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən AR CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-in 70-ci maddəsi tətbiq edilməklə 02 il şərti sınaq müddəti tətbiq edilmiş, xx.xx.2016-cı ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən CM-nin 70-ci maddəsinə dair müddəalar xaric edilərək iclas zalından həbs edilmiş, daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-in 178.2.4, 66.5-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 03 il 21 gün hissəsi cərimə növündə cəza ilə əvəz olunmuş, 500 manat cərimə dövlət nəfinə tutulmaqla cəzadan azad edilmiş, xx.xx.2018-ci ildə cərimə ödənildiyi üçün qeydiyyatdan çıxarılmış, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-in 178.2.2, 66.3, 66.5-ci maddəsi ilə təqsirli bilinərək 09 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2016-cı il tarixli hökm AR CM-də dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanuna uyğunlaşıdırılmış, CM-nin 178.3.2 maddəsi AR CM-nin 178.2.4-cü maddəsinə, CM-nin 178.2.4-cü maddəsi CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş, CM-nin 178.1, 178.2.2, 178.2.4, 66.2-ci maddəsinə əsasən cəzası 05 ilə endirilmiş, daha sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işi üzrə AR CM 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmiş, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.4, 69.4-cü maddəsi ilə təqsirli bilinərək 6000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Bakı Apellyasiya Məhkəməsinin qərraı ilə xx.xx.2022-ci il tarixli hökm dəyişdirilərək, CM-nin 178.2.4, 69.4-cü maddəsinə əsasən qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2023-cü ildə idarənin qeydiyyatından çıxarılmış, daha sonra Nərimanov RPi-də istintaq olunan ********* nömrəli material xx.xx.2023-cü ildə CPM-nin 40.3-CM-nin 73-1.2-ci maddələri ilə xitam olunmuş, son olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən AR CM-nin 178.1, 66.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin Yasamal RPİ-də istintaq olunan ********* və ********* nömrəli işlər icraatdadır (i.v. 157-159). “cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında” 07 mart 2025-ci il tarixli qərardan görünür ki, bir sıra istintaq hərəkətlərinin yerinə yetirilməsi məqsədi ilə ********* nömrəli cinayət işinin icraatının təzələnməsi və icraata götürülərək istintaq araşdırılmasının davam etdirilməsi qərara alınmışdır (i.v. 160). “Sübutların qiymətləndirilməsi haqqında” 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddələri ilə rüşvət verməyə təhrikçilik kimi qiymətləndirilməməsi və həmin xüsusat üzrə cinayət işinin başlanılmasının rədd olunması, iş üzrə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əməlinin Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddələri ilə rüşvət verməyə cəhd kimi qiymətləndirilməməsi və həmin xüsusat üzrə cinayət işinin başlanılmasının rədd olunması, iş üzrə Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxslərin ifadələri, ifadənin yerində yoxlanılması istintaq hərəkəti protokolunun sübut növü kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən pul vəsaitini borc olaraq almasının özünü müdafiə kimi qəbul olunaraq rədd olunması, iş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs tərəfindən əl yazma ilə üzərində «Mən Təqsirləndirilən şəxs 2500 manat pulu alıram ondan ötrü ki, Zərərçəkmiş şəxs2 işə düzətməyə cavabdehəm, imza, İsmayılov.İ., AA 3792095, 7.09.2022, 055.511-89-90, Təqsirləndirilən şəxs, Xəzər rayonu, Mərdəkan qəsəbəsi,t Rəyayıl Cəfərov küçəsi ev 6, Təqsirləndirilən şəxs, AA 379209, xx.xx.1978. ***-***-**-**, kv telfon 454-10-16, Lökbatan qəsəbəsi, Şahin Xəlilov küçəsi ev 4, mənzil, ***-***-**-**, 561- 81-43, mob ***-***-**-**, Təqsirləndirilən şəxs» məzmunlu sözlər qeyd edilmiş A4 formatında vərəqin sübut növü qəbul olunması və cinayət işinin istintaq materiallarına əlavə olunmasının nəzərə alınması, qərarın surətinin 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi, qərar barəsində maraqlı tərəflərə yazılı məlumat verilməsi qərara alınmışdır (i.v. 162-168). Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş xx.xx.2025ci il tarixli yazılı ərizədən görünür ki, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Əvvəla, təqsirləndirilən şəxsin öz ifadəsi iş üzrə əsas dəlillərdən biridir. O, məhkəmədə dindirilərkən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pul aldığını, lakin bu pulların guya borc məqsədilə verildiyini göstərməyə çalışmışdır. Lakin onun bu müdafiə mövqeyi digər sübutlarla tam şəkildə təkzib olunur. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir. Ən mühüm sübutlardan biri, iş materiallarına əlavə edilmiş A4 formatında əlyazma ilə tərtib olunmuş vərəqdir (i.v. 52-53). Həmin sənəddə Təqsirləndirilən şəxs öz əli ilə “Mən Təqsirləndirilən şəxs, 2500 manat pulu alıram ondan ötrü ki, Zərərçəkmiş şəxs2 işə düzəlməsinə cavabdehəm…” sözlərini açıq və aydın şəkildə yazaraq imzalamışdır. Bu sənəd onun aldadıcı məqsədini və vəd verdiyini açıq şəkildə təsdiq edir. Sənəddə həm şəxsi məlumatlar, həm də əlaqə vasitələri ətraflı göstərilmişdir ki, bu da saxta müdafiə mövqeyini tam çürüdür. İkincisi, zərərçəkmiş şəxslərin ifadələri təqsirləndirilən şəxsin dələduzluq niyyəti ilə hərəkət etdiyini inandırıcı və ardıcıl şəkildə sübut edir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həm ibtidai istintaqda, həm də məhkəmədə ifadələrində aydın şəkildə göstərmişlər ki, pulu Təqsirləndirilən şəxs işə düzəldilməsi müqabilində vermişlər. Zülfiyyənin ifadəsinin yerində yoxlanılması protokolunda (i.v. 64-66) o, hadisə baş verdiyi yeri göstərərək dəqiqliklə izah etmiş, hətta kafedə pulu necə verdiyini təsvir etmişdir. Bu istintaq hərəkəti zamanı çəkilmiş fotoşəkillər də iş materiallarına əlavə olunmuş və ifadənin doğruluğunu vizual sübut kimi möhkəmləndirmişdir. Üçüncüsü, üzləşmə protokolları (i.v. 120-125) da təqsirləndirilən şəxsin təqsirini dolğun sübut edir. Həm Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2 üzləşmə zamanı Təqsirləndirilən şəxs onlara verdiyi vədləri və aldığı pulları onun üzünə qarşı demiş və öz əvvəlki ifadələrini tam təsdiq etmişlər. Təqsirləndirilən şəxsin bu üzləşmələr zamanı susması və ya qeyri-müəyyən cavablar verməsi onun öz müdafiə mövqeyinin əsassız olduğunu göstərir. Beləliklə, iş üzrə sübutların məcmusu — təqsirləndirilən şəxsin öz əlyazma izahatı, zərərçəkmiş şəxslərin ardıcıl və uyğun gələn ifadələri, yerində yoxlama protokolu, üzləşmələr və qiymətləndirmə qərarı — birlikdə baxıldıqda təqsirləndirilən şəxsin aldadaraq pul əldə etmək məqsədilə hərəkət etdiyi və dələduzluq cinayət tərkibini tam əmələ gətirdiyi şübhəsiz şəkildə sübuta yetirilmişdir. Bu əsaslarla, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmiş, onlara qarşı aldatma yolu ilə pul vəsaitlərini mənimsəmiş və bununla da üzərində CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tam tərkibini formalaşdırmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Prezident Administrasiyasına təşkilatçı vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 05 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən «Tava» kafesində 3000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 3000 manat məbləğində pulunu ələ keçirdiyi İ epizod üzrə, həmçinin özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən bağçaların birinə tərbiyyəçi vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 07 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən «Tava» kafesində 2500 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 2500 manat məbləğində pulunu ələ keçirdiyi İİ epizod üzrə əməllərinin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Həmçinin, məhkəmə, ittiham aktında qeyd olunan İ və İİ epizodlar üzrə cinayət əməllərinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmalarını, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il nəzərdə tutulmasını, həmin epizodlar üzrə cinayət əməllərinin 2022-ci ilin sentyabr ayında baş verməsini, ibtidai istintaq zamanı cinayət işi üzrə 23 iyun 2024-cü il tarixdə cinayət təqibi üzrə icraatın dayandırılmasını və 21 oktyabr 2024-cü il tarixdə cinayət təqibi üzrə icraatın təzələnməsini, həmçinin ibtidai istintaq zamanı cinayət işi üzrə 20 noyabr 2024-cü il tarixdə cinayət təqibi üzrə icraatın dayandırılmasını və 07 mart 2025-ci il tarixdə cinayət təqibi üzrə icraatın təzələnməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan müvafiq əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbilə həmin epizodlar üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə dair razılığı olmadığından, özünü təqsirli bilmədiyindən və dövlət ittihamçısının göstərilən epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən CM-nin 178.2.2-ci maddəsindən imtina edərək CM-nin 178.1-ci maddəsini müdafiə etməyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən 178.1-ci maddəsinə tövsif edilərək təqsirli bilinməli, hər iki epizod üzrə törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə hökm cıxar Beləliklə, məhkəmə prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını, ittiham aktında qeyd olunan İ və İİ epizodlar üzrə dövlət ittihamçısının göstərilən epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən dövlət ittihamçısının isə CMnin 178.2.2-ci maddəsindən imtina edərək CM-nin 178.1-ci maddəsini müdafiə etdiyini və Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək icraata beraətverici əsaslar olmadan xitam verilməsinə dair razılıq verməməsini nəzərə alıb hesab edir ki, AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməməli və Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəsissəsində cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 44, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin, hər iki epizod üzrə törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında müraciət etmək hüquqları izah olunsun. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəsissəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixli məhkəmə iclasınadək sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 05 iş saatına görə 30 manat və xx.xx.2025-ci il tarixdən sonrakı məhkəmə iclaslarında sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 28 iş saatına görə 308 manat, cəmi 338 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökümdən apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-273/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-273/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver