Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-274/2021 23.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X7 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1990-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, ünvan 3 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 oktyabr 2020-ci il tarixdə saat 18:30 dəqiqədə Zərərçəkmiş şəxs məxsus 10 manat dəyərində «Unibank» bankının 5117 7622 2284 1227 nömrəli «Albalı plus» bankomat kartını Bakı şəhəri Nəsimi rayonu Məhəmməd Füzuli küçəsi ilə Süleyman Rüstəm küçələrinin kəsişməsində səkinin üzərindən tapdıqdan sonra 28 oktyabr 2020-ci il tarixdə saat 18:47 dəqiqədə ünvan 4 ünvanda yerləşən «Spar» marketdən 3 manat 40 qəpik, saat 18:48 dəqiqədə 17 manat, saat 18:50 dəqiqədə 17 manat 70 qəpik, saat 18:52 dəqiqədə iki dəfəyə hər dəfəsində 16 manat olmaqla cəmi 32 manat, saat 18:53 dəqiqədə 16 manat və saat 18:54 dəqiqədə 16 manat, 29.10.2020-ci il tarixdə saat 08:12 dəqiqədə ünvan 5 ünvanda yerləşən «Rahat» marketdən 97 manat 35 qəpik, həmin tarixdə saat 08:24 dəqiqədə ünvan 6 ünvanda yerləşən «Topdan» adlı mağızadan 69 manat 60 qəpik və ünvan 7 ünvanda yerləşən «Araz» marketdən həmin tarixdə saat 09:10 dəqiqədə 66 manat və saat 09:12 dəqiqədə 55 manat olmaqla cəmi 390 manat 5 qəpik dəyərində istintaqla müəyyən edilməsi mümkün olmayan sayda və qiymətlərdə müxtəlif markalı siqaretlərin, enerji içkisinin, 0.5 litrlik «Coca-Cola» markalı sərinləşdirici içkilərin və 0,5 litrlik «Xırdalan» markalı pivənin əvəzində «Unibank» bankının «Albalı plus» bankomat kartının şifrəsini yazmadan daşına bilən ödəmə terminalına yaxınlaşdırımaqla ödəniş edilməsi xüsusiyyətindən yararlanıb ödəniş edərək ümumilikdə Zərərçəkmiş şəxs məxsus 400 manat 5 qəpik dəyərində əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər heç bir cinayət törətməmiş və məhkum olunmamışdır. 28 oktyabr 2020-ci il tarixdə təxminən saat 18:30-da o. Bakı şəhəri Nəsimi rayonu Məhəmməd Füzuli küçəsi ilə üzü «28 Mail» ticarət mərkəzi istiqamətində hərəkət edərək Süleyman Rüstəm küçəsi ilə kəsişdiyi yerə çatdıqda orada yerləşən «Kontakt Home» dükanına bir qədər çatmamış yerdə səkinin üzərində bir ədəd «Unibank» tərəfindən verilmiş «Albalı Plus» kartının olduğunu görərək əyilib qaldırmışdır. Kartın üzərinə baxdıqda ingiliz dilində yazılmış ad və soyadı görüb «Cavadova Zahidə» kimi oxuya bilmiş və qadın olduğu üçün sahibini axtarmağa başlamışdır ki, qaytarsın. O, orada nəsə axtaran kimi görsənən bir neçə qadına yaxınlaşaraq bank kartını itirib- itirmədiklərini soruşsa da, rədd cavabını almışdır. Bundan sonra o, həmin kartın kodunu bilmədiyi üçün balansında nəyinsə olub olmadığını müəyyən edə bilməmişdir. Lakin həmin kartın «Wifı»la işlədiyini müəyyən edərək cibinə qoymuş və yaxınlıqda, yəni Bakı şəhəri Nəsimi rayonunda yerləşən «Səməd Vurğun» parkı istiqamətinə gedərək, orada yolun üstündə yerləşən «Spar» marketə daxil olmuşdur. Həmin zaman onun maddi sıxıntıları olduğu üçün və kartda nə qədər pulun olduğunu bilmədiyi üçün qərara gəlmişdir ki. kiçik məbləğlərlə siqaret, pivə və sair içkilərdən götürüb həmin kartla ödəsin, çünki fikirləşmişdir ki. götürdüyü malların qiyməti çox olsa, kartdan ödəməyə imtina gələcək. Beləliklə də, o, öncə kartda pulun olub-olmadığını yoxlamaq üçün bir ədəd 3 manat 40 qəpik dəyərində nazik qara «Kent 4» markalı siqareti alıb həmin kartla ödəyərək görmüşdür ki, həmin kartla ödəmə etmək mümkündür. Bundan sonra o, qərara gəlmişdir ki, təxminən 15-20 manat arası dəyərində siqaretlərdən hissə-hissə götürüb hissəhissə kartla ödəsin, harada pul dayanarsa, tamamlasın, sonra da həmin malları nəğd pula kiməsə salaraq nəğd pul əldə etsin. Beləliklə də o, həmin «Spar» marketdə ardıcıllıqla iki dəfə 17 manatlıq və dörd dəfə 16 manatlıq olmaqla «Kent 4» və «Vinston» markalı siqaretlərdən, 70 qəpiyə bir ədəd balaca «Bizon» enerji içkisini almış, hamısını bir sellofan paketə yığmış və həmin marketdən çıxıb getmişdir. Yaşadığı Hövsan qəsəbəsinə getdiyi istiqamətdə «Əhmədli» metro stansiyasının ətrafındakı ərazidə o, həmin siqaretləri yoldan keçən tanımadığı bir neçə nəfərə ucuz qiymətə sataraq ümumilikdə 78 manat pul əldə etmişdir. «Spar» marketdən aldığı bir ədəd «Bizon» içkisini və birinci aldığı «Kent 4» siqaretini isə özü istifadə etmişdir. Səhərsi günü, yəni 29 oktyabr 2020-ci il tarixdə təxminən saat 08 radələrində o, Bakı şəhəri Yasamal rayonunda «Nizami» metrosunun arxasında yerləşən «köhnə Sovctski» adlanan məhəllədə hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşən «Rahat» marketə gəlmiş və oradan təxminən 97 manat dəyərində müxtəlif markalı siqaretləri alaraq həmin kart vasitəsilə hesablaşmışdır. Həmin siqaretləri o, sellofan paketlərin içərisində aparıb qoymuşdur orada yerləşən parkın adını bilmədiyi mühafizəçisinin yanında ki, bir qədər sonra gəlib götürəcək. Oradan o, çıxıb getmişdir yaxınlıqda, yəni Nəriman Nərimanov prospekti, 127 ünvanda yerləşən adı yazılmamış spirtli və digər çikilərin topdan satış məntəqəsi olan dükana və həmin dükandan təxminən 70 manat dəyəmdə iki kaset 0,5 İt həcmli «Coca-Cola» markalı sərinləşdirici içki və iki kaset 0,5 İt həcmli «Xırdalan» markalı pivə almışdır. Həmin malları da gətirib parkdakı yerdə qoymuş və oradan gəzə-gəzə düşmüşdür keçmiş «Olimp» dükanının yerləşdiyi yerdə fəaliyyət göstərən «Araz» marketə. Həmin marketdən o, əvvəlcə 66 manat, ikinci dəfə isə 55 manat pulu həmin karla ödəməkdə iki kaset 0,5 İt həcmli «Coca-Cola» markalı sərinləşdirici içki və üç kaset 0,5 İt həcmli «Xırdalan» markalı pivə almış və oradan çıxaraq həmin malları da aparıb qoymuşdur digər malların yanında. Oradan o. bütün malları götürərək yoldan keçən tanımadığı bir taksi maşının tutub həmin maşının içərisinə yığmış və apararaq «Əhmədli» metorsu ətrafındakı ərazidə yoldan keçən tanımadığı şəxslərə ucuz qiymətə satıb ümumilikdə 200 manatdan bir qədər artıq nəğd pul əldə edə bilmişdir. Əldə etdiyi həmin pulları o, öz ehtiyyaclarına xərcləmişdir. Həmçinin həmin günü o, aşkar etmişdir ki, həmin bank kartı artıq bağlanmış, ona görə də yaşadığı Hövsan qəsəbəsi ərazisində oluğu zaman haradasa dəqiq xatırlamadığım yerdə tullamışdır. Həmin vaxtdan xeyli keçsə də, onu axtaran olmamış və yalnız 2021-ci ilin yanvar ayının ortalarında onu Yasamal RPİ-nin 27-ci polis bölməsindən çağırmışlar. O da həmin polis bölməsinə gedərək hər şeyi olduğu kimi etiraf etmiş və izahat yazaraq xahiş etmişdir ki. ona vaxt verilsin ki, bütün xərclədiyi məbləği sahibəsinə tam ödəyəcək. Lakin onun «Kapital» bankda krediti olduğu üçün çatdırıb öədəmə edə bilmədiyi üçün vaxtı-vaxtında adını sonradan bildiyi Zərərçəkmiş şəxs həmin pulu ödəyə bilməmişdir. Əvvəllər Zərərçəkmiş şəxs heç vaxt tanımamışdır və heç bir münasibətləri olmamışdır. Həmin bank kartından istifadə etməklə müxtəlif malları alarkən bunu heç kiminlə razılaşdırmamış və bundan heç kimin xəbəri olmamışdır. Həmin bank kartı vasitəsilə aldığı malları satdığı insanlar əvvəllər tanımamış və kim olduqlarını bilmir. Həmin malları həmin insanlara ucuz qiymətə satarkən cinayət yolu ilə əldə etdiyini bildirməmiş, demişdir ki, özünə məxsusdurlar, ehtiyyacı olduğu üçün ucuz satır. Tutduğu əmələ görə peşmandır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, zərərçəkənə vurduğu ziyanı tam ödədiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən yeddi ildir ki, Hovsan qəsəbəsində yerləşən 270 saylı uşaq bağçasında tərbiyəçi işləyir. Təxminən iki il öncə o, «Unibank» bankından öz adma «Albalı Debet» plastik bank kartını alaraq istifadə etmişdir. Həmin plastik kartda «vay-fay» üsulu ilə ödəmə, yəni kartın kodunu yığmadan yalnız xüsusi cihaza toxunmaqla ödəmə aparmaq imkanı olmuşdur. Həmin bank kartının üzərində «5117 76 22 2384 1227» rəqəmlərindən ibarət on altı rəqəmli nömrə, kartın son istifadə müddəti, «Unibank», «Albalı» yazıları eləcə də ingilis dilində onun adı və soyadı yazılmışdır. Həmin kart vasitəsilə bankın ayırdığı məbləğdən istifadə edərək maaşını alanda hesaba yatırmış ki, borc və ya faiz borcu yaranmasın. 28 oktyabr 2020-ci il tarixdə təxminən saat 18:20-də o, Bakı şəhəri Nəsimi rayonunda olduğu zaman Azadlıq prospekti ilə Məhəmməd Füzuli küçəsinin kəsişməsində yerləşən «Kontakt Home» adlı dükana özü üçün mobil telefon almaq məqsədilə daxil olaraq orada təxminən 30 dəqiqə olmuşdur. Həmin dükandan çıxdığı zaman adını bilmədiyi işçi ona xəbər vermiş ki, həmin bank kartı masanın üzərində qalmış, ona görə qayıdaraq həmin kartım götürmüş və bir neçə dəqiqə orada yubanmışdır. Daha sonra o, həmin dükanı tərk etmiş və Süleyman Rüstəm küçəsində yerləşən gözəllik salonunun qarşısında tanışını görərək sonuncu ilə bir dəqiqə söhbət etmişdir. Bundan sonra o, həmin «Kontak Home» adlı dükanın yaxınlığında yerləşən «Unibank»ın bankomatına yaxınlaşmışdır ki, bir qədər nəğd pul çıxarsın, lakin həmin bank kartını üzərində tapa bilməmişdir. Həmin kartını haradasa itirdiyini başa düşsə də, artıq bankların bağlandığını düşünərək çıxıb getmişdir yaşadığı evə ki, səhərisi günü banka gedərək itki barədə məlumat versin. 29 oktyabr 2020-ci il tarixdə tezdən evdən çıxaraq «Unibank»ın «Əhmədli» metro stanisiyasının yaxınlığında yerləşən filialına gəlmiş və bank kartını itirdiyimi bildirərək nə etməli olduğu ilə maraqlanmışdır. Orada ona məlumat verilmişdir ki, hesabından həmin kart vasitəsilə alış-veriş edilməklə 400 manat pulu çıxarılmışdır. Ona görə də o, günorta vaxtlarında DİN-in «102 xidməti»nə zəng edərək bu barədə məlumat vermiş və onu Nəisimi RPİ-nin 22-ci polis bölməsinə dəvət edərək ərizə və izahatını almışlar. Daha sonra onu Yasamal RPİ-nin 27-ci polis bölməsinə dəvət edərək kartından pulu oğurlamış oğlanı tapdıqlarını bildirmişlər və söz vermişlər ki, sonuncu ona vurulmuş maddi ziyanı ödəyəcək. Həmin cinayət nəticəsində adma olan plastik bank kartı vasitəsilə hesabından 390 manat pul çıxarılmış və o, 10 manat ödəyərək yeni kart açdırmışdır, ona görə də ona ümumilikdə 400 manat maddi ziyan vurulmuşdur. O, əvvəllər Təqsirləndirilən şəxs heç vaxt tanımamış və heç bir münasibəti olmamışdır. Ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş «X3» ASC-nin 30.10.2020-ci il tarixdə verilmiş maliyyə hesabına əsasən Zərərçəkmiş şəxs adına olan «5117 7622 2284 1227» nömrəli plastik kartdan: - 28.10.2020-ci il tarixdə saat 18:47:19-da «Spar» marketdə 3 manat 40 qəpik, saat 18:48:17-də - 17 manat, saat 18:50:06-da - 17 manat 70 qəpik, saat 18:52:06-da - 16 manat, saat 18:52:31-də - 16 manat, saat 18:53:45-də - 16 manat, saat 18:54:01-da - 16 manat, yəni ümumilikdə 102 manat 10 qəpik, - 29.10.2020-ci il tarixdə saat 08:12:17-də «Rahat» marketdə 97 manat 35 qəpik, - 29.10.2020-ci il tarixdə saat 08:24:43-də «Anbar» mağızada 69 manat 60 qəpik, - 29.10.2020-ci il tarixdə saat 09:10:40-da «Araz» marketdə 66 manat və 09:12:56-da 55 manat, yəni ümumilikdə 121 manat məbləğində pul həmin dükanların tranzit hesablarına köçürülməklə kartın hesabdan məxaric edilmişdir. Bununla da 28-29 oktyabr 2020-ci il tarixlərdə Zərərçəkmiş şəxs adına olan bank kartı tərəfindən itirildikdən sonra həmin bank kartı vasitəsilə hesabından ümilikdə (102 manat 10 qəpik + 97 manat 35 qəpik + 69 manat 60 qəpik + 121 manat) 390 (üç yüz doxsan) manat 05 (beş) qəpik məbləğində pul vəsaili məxaric edilmişdir. 21.04.2021-ci il tarixdə tərtib edilmiş protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd fotoşəkildə onun 28.10.2020-ci il tarixdə itirdiyi adına olan bank kartı «Unibank»ın 5117 7622 2384 1227 nömrəli «Albalı plus» masterkard plastik kartıdır, üzərində qeyd olunmuş sözlərlə yanaşı kartın sahibi kimi «CAVADOVA SHAHİDA» və etibarlılıq müddəti kimi «06/21» rəqəmləri göstərilmişdir. Göründüyü kimi, həmin plastik kart itirilən zamanı etibarlılıq müddəti bitməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsinə əsasən ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 26.05.2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X4 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-274/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-274/2021
23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver