Məhkəmə qərarları › İş №1(004)-274/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-274/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-274/2022 29.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1987-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə hesab edilən metamfetamini və narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Favorit” marketin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq üç ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,015 qram, 0,009 qram, 0,032 qram, ümumi təmiz çəkisi 0,056 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,048 qram, 0,049 qram, 0,037 qram, 0,038 qram ümumi təmiz çəkisi 1,172 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 22 fevral 2022-ci il tarixdə saat 16:45-də Yasamal RPİ-nin 29-cu PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq PŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən üç ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,015 qram, 0,009 qram, 0,032 qram, ümumi təmiz çəkisi 0,056 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,048 qram, 0,049 qram, 0,037 qram, 0,038 qram ümumi təmiz çəkisi 1,172 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, uzun müddətdir ki, gündəlik olaraq 2-3 dəfə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir və əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuşdur. 22 fevral 2022-ci il tarixdə saat 12 radələrində “Favorit” marketin qarşısından keçərkən yerdə ağ rəngli kauçuk dərman qabını görüb götürmüş, o, həmin qabın içərisinə baxanda görmüşdür ki, orada çoxlu saydı bükümlər var. O, həmin büklümlərin içərisinə baxanda görmüşdür ki, üç ədəd bükümün içərisində şüşə deyilən psixotrop maddə metamfetamin və dörd bükümün içərisində isə kakos deyilən narkotik vasitə heroin var. O, həmin maddələri özü istifadə etmək məqsədilə əynində olan şalvarın sağ yan cibinə qoyub yaşadığı evə gedərkən, həmin gün saat 16:45 radələrində Yasamal rayonu, Ə.Əhmədov küçəsi 3/8 saylı ünvanın qarşısına çatanda iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçısı ona hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən o, könüllü olaraq əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən yerdən tapıb özü istifadə etmək üçün üzərində saxladığı üç ədəd bükümdə olan şüşə deyilən psixotrop maddə metamfetamini və dörd ədəd bükümdə olan kakos deyilən narkotik vasitə heroini masanın üstünə qoymuşdur. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş maddələri həmin gün saat 12 radələrində “Favorit” marketin qarşısında yerdən tapıb özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra ondan aşkar edilmiş yeddi ədəd büklülərdə olan maddələri, müdafiəçi və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq müdafiəçi və iştirakçıların iştirakı ilə zərf və protokol imzalanmışdır. Həmçinin üzərinə baxış keçirilməsi mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. O, narkotik vasitəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamış, o, sadəcə olaraq həmin maddələri özü istifadə etmək üçün üzərində saxlamış, saxlanılarkən və PŞ-nə gətirilərkən, eyni zamanda PŞ-də ona qarşı heç bir qanunsuz hərəkət olmamış, o, heç vaxt mobil telefondan istifadə etməmiş, nə də ki, adına mobil telefon nömrəsi yoxdur. Daha sonra özünü qismən təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 2014-cü ildən DİO-da xidmət edir, 2019-cu ildən isə tutduğu vəzifədə işləyir. 22 fevral 2022-ci il tarixdə saat 16 radələrində o, Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılıb Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi ev 55, mənzil 65-də yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Yasamal rayonu, Ə.Əhmədov küçəsi 3/8 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞnə gətirlmişdir. Yasamal RPİ-nin 29-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 xidməti otağında onun, sahə inspektru Şahid2 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin, Təqsirləndirilən şəxs da əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd kauçuq qabı çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, həmin kauçuk qabın içərisində olan yeddi ədəd bükümdən üç ədədinin içərisindəki şüşə adlanan psixotrop maddə metamfetamindir, dör ədəd bükümün içərisindəki isə kakos adlanan narkotik vasitə heorindir və həmin kauçuq qabı 22 fevral 2022-ci il tarixdə saat 12 radələrində köhnə “Xleb zavod” adlanan ərazidə yerləşən “Favorit” marketin qarşısında yerdən tapmış və özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin baxış zamanı heç bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin və narkotik vasitə heroin qabalşdırılaraq zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola iştirakçılar və Təqsirləndirilən şəxs imza etmişlər. Baxış keçirilən zaman onlar tərəfindən bütün hadisələr telefon vasitəsi ilə video çəkiliş olunmuşdur. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, yəni satışı ilə məşqul olması barədə məlumat daxil olmuşdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən heroinin və psixotrop maddə hesab edilən metamfetamini alan şəxslərin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq həmin şəxsləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiklərini bir daha təsdiq etmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan 22 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 79-84-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 fevral 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 11 iyun 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2021-ci il tarixli 6/1108 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində”...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,015 qram, 0,009 qram, 0,032 qram, ümumi təmiz çəkisi 0,056 qram, olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,048 qram, 0,049 qram, 0,037 qram, 0,038 qram ümumi təmiz çəkisi 1,172 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81,00 (səksən bir) manat təşkil etmişdir. Cinayət işinin 112-113-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator X2 ekspert komissiyasının xx.xx.2022ci il tarixli, 2188 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyəytinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 85-86-cı vərəqələrində olan maddi sübut kimi tanımaq haqqında 24 fevral 2022-ci il tarixli qərardan görünür ki, təhqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində ümumi qalıq çəkisi 0,026 qram psixotrop maddə hesab edilən metamfetamin və ümumi qalıq çəkisi 1,132 qram narkotik vasitə hesab edilən heroin saxlanılması üçün Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanılması ambarına təhvil verilmişdir. Cinayət işinin 107-108-ci vərəqələrində olan maddi sübut kimi tanımaq haqqında 16 aprel 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə madi sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 89-91-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 avqust 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə Yasamal rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa o, xx.xx.2009-cu il tarixdə ACDİÜ AR Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4, 68.1.2 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2013-cü il tarixdə Xəzər rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 08 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa o, xx.xx.2016-cı il tarixdə Yasamal rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir Cinayət işinin materiallarında olan DVD disk məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd fayıl vardır, fayılda olan videogörüntü 22 fevral 2022-ci tarixdə çəkilmişdir. Çəkilmiş videoçəkilişdən görünür ki, baxış keçirilməsi Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 xidməti iş otağında aparılmış, baxışda Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs vəkili Müdafiəçi iştirak etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra onun üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kauçuk qabı təqdim etmiş, həmin kauçuq qabının içərisinə baxıldıqda yeddi ədəd büküm aşkar edilmiş, üç ədədi yaşıl rəngli sellofana bükülmüş, dörd ədədi isə ağ rəngli sellofana bükülmüş bükülülər aşkar edilmiş, üç ədəd bükülünün içərisinə baxıldıqda ağ rəngli kristal şəkilli psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə aşkar edilmiş, dörd ədəd ağ rəngli sellofan bükülünün içərisinə baxıldıqda qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi yaşıl rəngli sellofana bükülmüş bükülünün içərisindəki maddə “Şüşə” adlanan psixotrop maddə metamfetamindir, ağ rəngli bükülülərin içərisindəki isə “Kakos” adlanan narkotik vasitə hesab edilən heroindir və həmin maddələri 22 fevral 2022-ci il tarixdə saat 12 radələrində köhnə “Xleb zavod” adlanan ərazidə “Favorit” marketin qarşısında yerdən tapmış və özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra Yasamal RPİnin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X5 Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, lakin baxış zamanı hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolda və zərfdə Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə imza etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və özünün müdafiəsi üçün narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün almasını, özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməsini dəlil gətirmişdir. Təqsirləndirilən şəxs gətirmiş olduğu dəlillər məhkəmə tərəfindən yoxlanılmış və onun Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş DVD disk və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və məhz ona görə təqsirləndirilən şəxsin gətirdiyi dəlillər mötəbər sayıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 22 fevral 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator X2 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 2188 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumi qalıq çəkisi 0,026 qram olan psixotrop maddə hesab edilən metamfetamin və ümumi qalıq çəkisi 1,132 qram olan narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 81 (səksən bir) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili F.E.Əsədova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili F.E.Əsədova məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumi qalıq çəkisi 0,026 qram olan psixotrop maddə hesab edilən metamfetamin və ümumi qalıq çəkisi 1,132 qram olan narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar