Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-274/2024 15.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs Füzuli qızının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1995-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1da qeydiyyatda olmaqla ünvan 1da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 13 fevral 2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 49 ünvanında idarə etdiyi “Toyota Corolla” markalı **- ZM-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olarkən qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən yumruqla vuraraq sol əlinin hematoması xəsarəti kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməklə zərərçəkrniş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi münasibətdədir. Münasibətdə olduğu müddətdə onunla heç bir mübahisəsi olmamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 13:00 radələrində Yasamal rayonu, Tbilisi prospekti 49 ünvanında idarə etdiyi “Toyota Corolla” markalı **-ZM-*** d.q.n-lı avtomobil ilə Zərərçəkmiş şəxs yaşadığı ünvandan götürərək hərəkətdə olan zaman Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə kobud və yüksək əslə danışdığı üçün o əsəbləşmiş və əsəblərini cilovlaya bilməyib əli ilə onun baş nahiyyəsinə yumruqla vurmuşdur. Həmin vaxtı Firuzə Nicatın zərbəsinin qarşısını almaq üçün sol əlini başına qoymuş və onun yumruq zərbəsi Zərərçəkmiş şəxs sol əlinə dəymişdir. Bundan sonra Ellazov Zərərçəkmiş şəxs sakitləşdirərək yaşadığı ünvana gətirib qoymuşdur. Sonradan Acalovanın Təqsirləndirilən şəxs DİN-in 102 ximdətinə zəng edib onu vurması barədə məlumat verməyindən xəbəri olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, hazırda Zərərçəkmiş şəxs Füzuli qızı ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Füzuli qızı ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibətdədir. Münasibətdə olduğu müddətdə onunla heç bir mübahisəsi olmamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 13:00 radələrində Yasamal rayonu, Tbilisi prospekti 49 ünvanında Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota” Corolla markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu yaşadığı ünvandan götürmüş və hərəkətdə olan zaman onunla aralarında qısqanclıq zəminində mübahisə başlamışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla əsəblərini cilovlaya bilməyib kobud və yüksək səslə danışdığı üçün aralarında mübahisə yaranmış və qısa müddətdən sonra Nicat əli ilə Acalovanın baş nahiyyəsinə yumruqla vurmaq istəmişdir. Zərərçəkmiş şəxs əlini onun zərbəsinin qarşısını almaq üçün başına qoymuş və Təqsirləndirilən şəxs yumruğu onun sol əlinə dəymişdir. Bundan sonra Təqsirləndirilən şəxs Firuzəni sakitləşdirərək yaşadığı ünvana gətirib qoymuşdur. Sonradan Zərərçəkmiş şəxs, bu barədə DİN-nin 102 xidmətinə zəng edib müraciət etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı sol əl nahiyəsindən xəsarət almışdır və xəsarəti Təqsirləndirilən şəxs etdiyini qeyd etmişdir. Halhazırda o Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində işin icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə istintaqında tədqiq edilmiş 14 fevral 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi” barədə tərtib olunmuş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Füzuli qızını döyərək yüngül dərəcəli bədən xəsarəti yetirdiyi yer Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 49 ünvanıdır (İ/V. 6-11). Məhkəmə istintaqında tədqiq edilmiş Məhkəmə-tibb ekspertizasının 14 fevral 2024cü il tarixli, 163 saylı rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sol əlinin hematoması küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. (İ/V. 17-18). Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ- nin daxil olmuş xx.xx.2024-cü il tarixli 3379 nömrəli məktubdan görünür ki, xx.xx.1995-ci il Təvəllüdlü ünvan 1da yaşayan Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicə olmayıb. (İ/V. 32). Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (İ/V. 33-34). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs Füzuli qızı oğlu ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs Füzuli qızı məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Nümayəndə vəkil işlədiyi Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-274/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2024-cü il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi “Prospekt” Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Nümayəndə vəkil işlədiyi “Prospekt” Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Nümayəndə vəkil işlədiyi “Prospekt” Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-274/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-274/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver