Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-275/2021 17.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 Xalıq qızının iştirakları ilə xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan həmin cəza Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli 7(009)- 22/2021 saylı qərarı ilə 11 (on bir) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə «İnstaqram» sosial şəbəkəsində işlənmiş əşyaların alqı-satqısının həyata keçirildiyi «2-ci el eşyaların satışı» adlı səhifədə qızıldan hazırlanmış bir dəst sırğa cütü-üzük-klonun satılması ilə bağlı elanı gördükdən sonra elanın sahibi Zərərçəkmiş şəxs ilə əlaqə saxlayıb həmin qızılzinət əşyalarını almaq istəməsi barədə yalandan vəd verib aldadaraq sonuncu ilə 26 aprel 2021-d il tarixdə saat 13 radələrində ünvan 2 ünvanın qarşısında görüşmüş, orada Zərərçəkmiş şəxs 5282 (beş min iki yüz səksən iki) manat dəyərində 55,60 qram kütləli üzərlərində rəngsiz, şəffaf və açıq çəhrayı rəngli qaşlar olan, hər birinin üzərində “750 İTALY De Paoli” yazısı olan 750 əyyarlı qızıldan hazırlanmış, sarı rəngli bir dəst sırğa cütü-üzük-klonu keyfiyyətini yoxlamaq bəhanəsi ilə alaraq baxdıqdan sonra həmin qızıl-zinət əşyasını açıq talama yolu ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə sonuncuya idarə etdiyi Nissan X-Trail markalı Az ** LV *** dövlət qediyyat nişanlı avtomobilini yolun kənarına park etməsini deyib avtomobilin park edilməsinə istiqamət verməklə köməklik göstərmək görüntüsü yaradaraq əvvəlcədən aldatma yolu ilə əldə etdiyi Zərərçəkmiş şəxs məxsus 5282 (beş min iki yüz səksən iki) manat dəyərində 55,60 qram kütləli, üzərlərində rəngsiz, şəffaf və açıq çəhrayı rəngli qaşlar olan, hər birinin üzərində “750 İTALY De Paoli” yazısı olan, 750 əyyarlı qızıldan hazırlanmış sarı rəngli bir dəst sırğa cütü-üzük-klonu götürüb qaçaraq sonuncunun həmin əşyaları israrla geri tələb etməsinə məhəl qoymadan getməklə açıq talayıb Zərərçəkmiş şəxs 5282 (beş min iki yüz səksən iki) manat dəyərində, yəni xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, “İnstaqram” sosial şəbəkəsində adını dəqiq xatırlamadığı səhifədə Sürayyə adlı qadının 1 ədəd gül şəkilində olan qadın qızıl klonu, 1 ədəd gül şəkilində olan qadın qızıl üzüyü və 1 dəst gül şəkilində olan qadın qızıl sırğasının satması barədə elan yerləşdirmişdir. 24 aprel 2021-ci il tarixdə saat təxminən 13 radələrində o, Sürayyənin mobil telefonuna zəng edərək həmin qızıl zinət əşyalarını nə vaxtı və harada baxmağın uyğun olduğunu bildirmiş, Sürayyə vaxtı olanda, ona zəng edib onun dediyi ünvanda görüşəcəklərini demişdir. 26 aprel 2021-ci il tarixdə saat 12 radələrində Sürayyə istifadə etdiyi ***-***-**-** saylı mobil telefondan onun istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng edərək ona Bakı şəhəri Yasamal rayonu Nizami metrostansiyasının qarşısında görüşməyi təklif etmişdir. Elə həmin günü saat təxminən 13 radələrində Sürayə idarə etdiyi “Nissan” markalı X trel markalı Az ** LV *** dövlət qediyyat nişanlı avtomobili ilə Bakı şəhəri Yasamal rayonu Nizami metrostansiyasının qarşısında gəlmişdir. Avtomobili Sürayyə adlı qadın özü idarə edirdi, qabaq sağ oturacaqda bir nəfər qadın əyləşmişdir. O, həmin avtomobilin arxa oturacağında əyləşərək, Sürayyə adlı qadına bir qədər Nizami metrostansiyasından bir tin arxa küçəyə getməyini, avtomobili yolun kənarında saxlamağını bildirmişdir. Daha sonra həmin qızılları ona təqdim etməsini, yaxınlıqda olan qızıl sexində yoxladıb sonra isə geri qayıdacağını bildirmişdir. Bu zaman Sürayyə adlı qadın ona inanaraq və heç bir etiraz etməyərək ona 1 ədəd gül şəkilində olan qadın qızıl klonu, 1 ədəd gül şəkilində olan qadın qızıl üzüyü və 1 dəst gül şəkilində olan qadın qızıl sırğasını təqdim etmişdir. O, isə həmin qızıl zinət əşyalarını ondan alıb və avtomobildən düşərək təxminən 15-20 metr məsafadə piyada gedib və sol tərəfdə yerləşən dalan küçəsinə keçərək oradan iti qaçışla uzaqlaşmışdır. Elə həmin günü yəni 26 aprel 2021-ci il tarixdə saat təxminən 16:30 radələrində həmin qızıl zinət əşyalarını satmaq məqsədilə ünvan 3 ünvanda yerləşən qızılların alışı və satışı məntəqəsində gələrək orada satıcı işləyən X3 1 ədəd gül şəkilində olan qadın qızıl klonu, 1 ədəd gül şəkilində olan qadın qızıl üzüyü və 1 dəst gül şəkilində olan qadın qızıl sırğasının özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satdığını bildirmişdir. Bundan sonra Şəfaqət Bayramova həmin qızıl zinət əşyalarına baxaraq ümumlikdə 3300 manat dəyərləndirmişdir. O, isə onunla razılaşaraq, öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və həmin qızıl zinət əyalarını Şəfəqət Bayramova verib, 3300 manat pul almışdır. 26 aprel 2021-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək 3300 manat puldan 2670 manat pulu öz şəxsi ehtiyaclarına xərciləmişdir. Həmin puldan isə cəmi 630 manat pul qalmışdır. 28 aprel 2021-ci il tarixdə axşam saatlarında o, Bakı şəhəri Yasamal rayonu X16 küçəsi 25 ünvanının qarşısında olan zaman ona iki nəfər mülki geyimində polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib və onu Yasamal RPl-nin 27-ci PB- nə dəvət etmişlər. O, isə onlara heç bir etiraz etməyərək onlarla birlikdə həmin polis bölməsinə getmişdir. Polis bölməsində ona Sürəyya adlı qadının qızıl zinət əşyalarının ələ keçirməsi barədə sorğu sual edilmiş və o, tam səmimi olaraq törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Hal-hazırda vurulmuş ziyan aradan qaldırılmışdır. Törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, təxminən 19 aprel 2021-ci il tarixdə özünə məxsus 1 ədəd gül şəkilində olan qadın qızıl klonu, 1 ədəd gül şəkilində olan qadın qızıl üzüyü və 1 dəst gül şəkilində olan qadın qızıl sırğasını satmaq məqsədi ilə « İnstaqram» sosial şəbəkəsində «2-ci el eşyaların satışı» adlı səhifədə elan yerləşdirmişdir. Təxminən 20 aprel 2021-ci il tarixdə günorta saatlarında bir nəfər ona zəng edərək özünü qızıl zinət əyşaları üzrə zərgər olduğunu bildirmiş, həmin qızıl zinət əyşalarının almaq istəməsini, bu məqsədlə görüşməyi təklif etmişdir. 26 aprel 2021-ci il tarixdə saat 12 radələrində istifadə etdiyi ***-***-**-** nömrə ilə Nurlanın istifadə etdiyi ***-***-**-** nömrəsinə “Votsapp” vasitəsi ilə yazaraq onun dediyi ünvanda, Bakı şəhəri Yasamal rayonu Nizami metrostansiyasının qarşısında xalası qızı X8 ilə birlikdə idarə etdiyi Nissan X trel markalı Az ** LV *** dövlət qediyyat nişanlı avtomobili ilə gələrək orada Nurlanla görüşmüşlər. Bu zaman Nurlan avtomobilin arxa oturacağında əyləşmişdir, elə həmin vaxtı Nurlan ondan həmin qızıllara baxmağını istəmiş, o, ona qızılları vermişdir. Nurlan avtomobili bir qədər Nizami metrostansiyasının arxasına idarə etməyini və orada guya onun qızıl zinət əşyalarının satışı və alışı mağazasının olduğunu bildirmişdir. O, avtomobili Nurlanın dediyi ünvan olan ünvan 6ın son dalına tərəf gəlmişlər. Bundan sonra o, avtomobili bir qədər kənara idarə edərkən Nurlan ona avtomobilinin kənarda saxlamağına istiqamət vermək üçün avtomobildən düşərək, tez bir anda sol tərəfdə yerləşən dalana tərəf iti qaçışla qaçmışdır. Bundan sonra onlar avtomobildən düşərək Nurlanın dalınca qaçaraq onu səsləyib dayanmağını bildirmiş, Nurlan isə iti qaçışla onlardan uzaqlaşmış, onun dalınca qaçsalarda onu tuta bilməmişlər. Baş vermiş hadisə barədə Yasamal RPl-nin 27-ci PB-nə gedərək polis bölməsində şikayət ərizəsi ilə müraciət etmişdir. Ona məxsus 1 ədəd gül şəkilində olan qadın qızıl klonu, 1 ədəd gül şəkilində olan qadın qızıl üzüyü və 1 dəst gül şəkilində olan qızıl sırğasının Təqsirləndirilən şəxs tərəfindən soyğunçuluq yolu ələ keçirməsi nəticəsində ümumlikdə 4890 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda cinayət nəticəsində vurulmuş ziyan ödənilmişdir ona görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2016-cı il tarixdən bu günə kimi ünvan 7 ünvanda yerləşən fəaliyyətdə olan Lombarda mütəxəssis işləyir. Həmin X1 məxsusdur, həmin Lombardın sahibidir. 26 aprel 2021-ci il tarixdə saat təxminən 16:30 radələrində o, ünvan 3 ünvanda yerləşən Lombarda olan zaman bir nəfər girov biletində adı, soyadı və atasının adı ona məlum olan Təqsirləndirilən şəxs bir ədəd gül şəkilində olan qadın qızıl klonu, bir ədəd gül şəkilində olan qadın qızıl üzüyü və bir dəst gül şəkilində olan qadın qızıl sırğasını təqdim edərək həmin qızılları Lombarda bir aylıq olmaqla girova qoyub qızıl zinət əşyaların dəyərləri barədə pul götürməsini bildirmişdir. Bu zaman o, ilk dəfə gördüyü Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmiş, ona şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra bir ədəd gül şəkilində olan qadın qızıl klonu, bir ədəd gül şəkilində olan qadın qızıl üzüyü və bir dəst gül şəkilində olan qadın qızıl sırğasını Lombarda olan qızılların ölçülməsi üçün nəzərdə tutulan tərəzi ilə ölçüldükdən sonra, ona həmin qızılların dəyərləri barədə 3300 manat dəyərləndirməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs onunla razılaşmış, bundan sonra o, qanuna müvafiq qaydada sənədləşdirərək, onun tərəfindən 26 aprel 2021ci il tarixli GJ№ 767776 saylı girov bileti tərtib edilərək, həmin girov biletində Nurlan Şahverdiyev tərəfindən 3300 manat pulun alınması və onun tərəfindən isə həmin qızıl zinət əşyalarının qəbul edilməsi barədə imzalar edərək, Təqsirləndirilən şəxs həmin girov biletinin əslini təqdim etmişdir. 29 aprel 2021-ci il tarixdə Lombardın sahibi Şəfaqət Bayramova tərəfindən həmin qızıl zinət əşyalarının saxlanılması üçün Bank of Baku aid olan Bakına təhvil verilmişdir. Təqsirləndirilən şəxs ona bir ədəd gül şəkilində olan qadın qızıl klonu, bir ədəd gül şəkilində olan qadın qızıl üzüyü və bir dəst gül şəkilində olan qadın qızıl sırğasını Lombarda qoyub bunun müqabilində ondan pul götürərkən, Təqsirləndirilən şəxs ona həmin qızıl zinət əşyalarının özünə məxsus olmasını, pula ehtiyacı olduğu üçün Lombarda girova qoyub pul götürməsini bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs ona həmin qızıl zinət əşyalarının cinayət yolu ilə əldə olunması barədə heç bir məlumat verməmiş və bundan onun məlumatı olmamışdır. Şahid X8 məhkəməyə ərizə yazaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun xalası qızıdır. Zərərçəkmiş şəxs təxminən 19 aprel 2021-ci il tarixdə özünə məxsus 1 ədəd gül şəkilində olan qadın qızıl klonu, 1 ədəd gül şəkilində olan qadın qızıl üzüyü və 1 dəst gül şəkilində olan qadın qızıl sırğasını satmaq məqsədi ilə «İnstaqram» sosial şəbəkəsində «2-ci el eşyaların satışı» adlı səhifədə elan yerləşdirmişdir. 26 aprel 2021-ci il tarixdə saat təxminən 12 radələrində Sürəyya ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Nizami metrostansiyasının qarşısında gələrək orada Nurlanla görüşmüşlər. Bu zaman Nurlan avtomobilin arxa oturacağında əyləşmiş, elə həmin vaxtı Nurlan Sürəyyadan həmin qızılların baxmağını istəmiş və Sürəyya ona həmin qızılları vermişdir. Bundan sonra Nurlan Sürəyyayə avtomobili bir qədər Nizami metrostansiyasının arxasına idarə etməyini, orada guya onun qızıl zinət əşyalarının satışı və alışı mağazasının olduğunu demişdir. Sürəyya avtomobili onun dediyi ünvan tərəfə idarə etmiş, Nurlan avatomobilin kənarda saxlamağına istiqamət vermək üçün avtomobildən düşərək, tez bir anda sol tərəfdə yerləşən dalana tərəf iti qaçışla qaçmışdır. Bundan sonra o, və Sürəyya avtomobildən düşərək onun dalınca qaçaraq onu səsələyib dayanmağını bildirmiş, Nurlan isə iti qaçışla onlardan uzaqlaşmış, onun dalınca qaçsalarda onu tuta bilməmişlər. Baş vermiş hadisə barədə Yasamal RPl-nin 27-ci PB-nə gedərək polis bölməsində Sürəyya şikayət ərizəsi ilə müraciət etmişdir. İş materiallarında olan 29 aprel 2021-ci il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona məxsus 55,60 qram kütləli, üzərlərində rəngsiz, şəffaf və açıq çəhrayı rəngli qaşlar olan, hər birinin üzərində «750 İTALY De Paoli» yazısı olan, sarı rəngli 1 dəst sırğa cütü-üzük-klonun Təqsirləndirilən şəxs tərəfindən soyğunçuluq edərək acıq yolla ələ keçirdiyi yeri əyani olaraq göstərmiş, həmçinin hadisə yerinin ünvan 8 ünvanın qarşısının olması müəyyən edilmişdir (cild 1, səh. 40-44). İş materiallarına əlavə olunmuş 29 aprel 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 29.04.2021-ci il tarixində saat 19.30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, səh.58-59). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)- 230/2021 nömrəli 30.04.2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (ay) müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmışdır (cild 1, səh.107-111). İş materiallarında olan 29.04.2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ona qarşı Təqsirləndirilən şəxs tərəfindən soyğunçuluq yolu ilə əmlakını ələ keçirilməsi ilə bağlı ifadəsində göstərdiyini sonuncunun üzünə qarşı bir daha təsdiq etmişdir (cild 1, səh. 72-75). İş materiallarında olan 29.04.2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, şahid qismində dindirilmiş şəxs X9 və təqsirləndirilən şəxs X6 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Hökümə Qurbanova, Zərərçəkmiş şəxs qarşı Təqsirləndirilən şəxs tərəfindən soyğunçuluq yolu ilə əmlakını ələ keçirilməsi ilə bağlı ifadəsində göstərdiyini sonuncunun üzünə qarşı bir daha təsdiq etmişdir (cild 1, səh. 76- 79). İş materiallarında olan 30.04.2021-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan və foto cədvəllərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, hadisə yeri olan ünvan 8 ünvanın qarşısında Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 5282,0 manat olan 55,60 qram kütləli, üzərlərində rəngsiz, şəffaf və açıq çəhrayı rəngli qaşlar olan, hər birinin üzərində «750 İTALY De Paoli» yazısı olan, san rəngli 1 dəst sırğa cütü-üzük-klonu soyğunçuluq etdiyi yeri əyani olaraq göstərmiş və həmin yer onun göstərdiyi yerlə eynilik təşkil etmişdir (cild 1, səh. 94-98). İş materiallarında olan 24.05.2021-ci il tarixli “əşyaların götürülməsi barədə” protokol və fotocədvəldən görünür ki, “Bank of Baku" ASC-nin ünvan 9 ünvanda yerləşən “ Bank of Baku" ASC-nin Bakıxanov Filialından protokol əsasında həmin filialının Kassa bölməsinin baş inspektoru X2 olaraq təqdim etdiyi 55,60 qram kütləli, üzərlərində rəngsiz, şəffaf və açıq çəhrayı rəngli qaşlar olan, hər birinin üzərində «750 İTALY De Paoli» yazısı olan, 750 əyarlı qızıldan hazırlanmış sarı rəngli 1 dəst sırğa cütü-üzük-klon götürülmüşdür (cild 1, səh.143-146). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcuddur (cild 1, səh 125-126). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.02.2021-ci il il tarixli 1(011)-108/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdınlması cəzasına məhkum edilmişdir. Azərbaycan Respubdikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 sentyabr 2020-ci il tarixdən 25 sentyabr 2020-ci il tarixədək hebsdə saxlandığı 02 (iki) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdınlmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdınlması cəzası saxlanılmışdır (cild 1, səh. 128- 135). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli 7(009)- 22/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhəkməsinin 1(011)108/2021 saylı, 22 fevral 2021-d il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5- ci maddəsinə əsasən 11 (on bir) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir (cild 1, səh. 186-191). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmə əmtəəşünaslıq və fiziki-kimyəvi ekspertizasının 10 iyun 2021-ci il tarixli № 96/2055-9/3434 rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş - 55,60 qram kütləli, üzərlərində rəngsiz, şəffaf və açıq çəhrayı rəngli qaşlar olan, hər birinin üzərində «750 İTALY De Paoli» yazısı olan, sarı rəngli 1 dəst sırğa cütü-üzük-klon 750 əyarlı qızıldan hazırlanmışdır, qaşları qiymətli qaşlara aid deyildir. Ekspertiza tədqiqatına təqdim edilmiş 55,60 qram kütləli, üzərlərində rəngsiz, şəffaf və açıq çəhrayı rəngli qaşlar olan, hər birinin üzərində «750 İTALY De Paoli» yazısı olan 750 əyarlı qızıldan hazırlanmış sarı rəngli 1 dəst sırğa cütüüzük-klonun 26 aprel 2021-ci il tarixinə olan orta bazar qiyməti təxminən 5282,0 manat müəyyən edilir (cild 1, səh.192-195). İş materiallarında olan 16 iyun 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 55,60 qram kütləli, üzərlərində rəngsiz, şəffaf və açıq çəhrayı rəngli qaşlar olan, hər birinin üzərində «750 İTALY De Paoli» yazısı olan, sarı rəngli 1 dəst sırğa cütü-üzük-klon maddi sübut kimi tanınaraq həmin qızıl zinət əşyaları məhkəmə baxışınadək saxlanılması üçün S.K. İmamquliyevaya qaytarılmışdır (cild 1, səh. 196-197). İş materiallarında olan 30 aprel 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, bir ədəd B09687453, bir ədəd A99622981, bir ədəd A 55421171, bir ədəd A34277528, bir ədəd C75502291, bir ədəd C57160955 saylı 100 manat pul əskinasları, bir ədəd A76687954 saylı 20 manat pul əskinası, A10364313 saylı 10 manat pul əskinası və 1 ədəd GJN № 767776 saylı girov bileti maddi sübut kimi tanınaraq Lombardın sahibi X3 həmin pul vəsaitləri məhkəmə baxışınadək saxlanılması üçün qaytarılmış və 1 ədəd GJN № 767776 saylı girov bileti isə cinayət işinin materialına əlavə edilmişdir (cild 1, səh. 99-100, 181). Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının CM-nin 180.2.5-ci maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını açıq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ifadələrin yerində yoxlanması protokolları, ekspert rəyi və işin digər materialları ilə, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhəkməsinin 1(011)108/2021 saylı, 22 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gününün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli 7(009)- 22/2021 saylı qərarı ilə 11 (on bir) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəzası ilə əvəz edilmiş və çəkilməmiş qalan həmin cəzasının hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək cəzası ilə qismən birləşdirilərək ona cəza təyin olunmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli əvvəli 28.04.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, İş üzrə maddi sübut kimi tanınmış: 55,60 qram kütləli, üzərlərində rəngsiz, şəffaf və açıq çəhrayı rəngli qaşlar olan, hər birinin üzərində «750 İTALY De Paoli» yazısı olan, sarı rəngli 1 dəst sırğa cütü-üzük-klon Zərərçəkmiş şəxs qaytarılması; bir ədəd B09687453, bir ədəd A99622981, bir ədəd A 55421171, bir ədəd A34277528, bir ədəd C75502291, bir ədəd C57160955 saylı 100 manat pul əskinaslan, bir ədəd A76687954 saylı 20 manat pul əskinası, A10364313 saylı 10 manat pul əskinası və 1 ədəd GJN № 767776 saylı girov bileti maddi sübut kimi tanınaraq Lombardın sahibi X3 qaytarılması nəzərə alınmalı, 1 ədəd GJN N» 767776 saylı girov bileti cinayət işinin materialında saxlanılmalıdır. . Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 Xalıq qızının vəkil işlədikləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 1(004)-275/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 Xalıq qızı tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan 22 iyun 2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarını Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiə etməklə ona 42 (qırx iki) saat hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərilmiş 42 (qırx iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 Xalıq qızının vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhəkməsinin 1(011)108/2021 saylı, 22 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gününün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli 7(009)- 22/2021 saylı qərarı ilə 11 (on bir) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəzası ilə əvəz edilmiş və çəkilməmiş qalan həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 28.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 55,60 qram kütləli, üzərlərində rəngsiz, şəffaf və açıq çəhrayı rəngli qaşlar olan, hər birinin üzərində «750 İTALY De Paoli» yazısı olan, sarı rəngli 1 dəst sırğa cütü-üzük-klon Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd B09687453, bir ədəd A99622981, bir ədəd A 55421171, bir ədəd A34277528, bir ədəd C75502291, bir ədəd C57160955 saylı 100 manat pul əskinaslan, bir ədəd A76687954 saylı 20 manat pul əskinası, A10364313 saylı 10 manat pul əskinası və 1 ədəd GJN № 767776 saylı girov bileti maddi sübut kimi tanınaraq Lombardın sahibi X3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd GJN N» 767776 saylı girov bileti cinayət işinin materialında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat Müdafiəçi2 Xalıq qızının vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-275/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-275/2021
17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver