Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-275/2023 04.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2, 177.2.5 və 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını cibindən gizli çıxarmaqla və açıq yolla talamaqla zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq oğurluq və soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını talamaq məqsədi ilə 20 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Bakı Metropoliteni QSC-nin «28 may» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 may» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 əynində olan şalvarın arxa sağ cibindən sonuncuya məxsus dəyəri 500 manat olan bir ədəd "xxxx" markalı, **********72687 və **********72685 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 5 manat olan telefon kabrosunu və dəyəri 3 manat ***-***-**-** saylı GSM nömrəni çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 508 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 22 sentyabr 2022ci il tarixdə saat 17:35 radələrində Bakı Metropoliteni QSC-nin «Nizami» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «Nizami» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs2 əynində olan şalvarın arxa sağ cibindən sonuncuya məxsus dəyəri 434 manat olan bir ədəd «Samsung A12» markalı, **********98448 və **********98455 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 5 manat olan telefon kabrosunu, dəyəri 4 manat olan ekran qoruycusunu, dəyəri 5 manat olan ***-***-**-** və dəyəri 5 manat olan ***-***-**-** saylı GSM nömrəni çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 453 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 23 sentyabr 2022-ci il tarixdə saat 19:20 radələrində Bakı Metropoliteni QSC-nin «Elmlər Akademiyası» stansiyasından metronun «Həzi Aslanov» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «Elmlər Akademiyası» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs3 əynində olan şalvarın arxa sağ cibindən sonuncuya məxsus dəyəri 550 manat olan bir ədəd «Samsung A32» markalı, **********13114 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 5 manat olan telefon kabrosunu və dəyəri 5 manat ***-***-**-** saylı GSM nömrəni açıq talayıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 560 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü 03 epizoddan ibarət oğurluq əməllərində təqsirli bilərək, ifadə verməkdən imtina etmişdir. Prosses iştiraçıların suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmilşdir ki, X2 telefonunu çıbındən oğurladığı zaman sonuncu bunu hiss etməmiş, yəni o, E.Əhmadovun mobil telefonunu qizli olaraq talamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində metronun "Elmlər Akademiyası" stansiyasına getmək məqsədi ilə "28 May" stansiyasına düşmüş və "Dərnəgül" stansiyası istiqamətində gedən qatara minmişdir. Qatarda sərnişin çoxluğu olduğundan sıxlıq olmuş və bu səbəbdən o, qatarda ayaq üstə dayanmış, onun arxa tərəfində isə tanımadığı sərnişinlər dayanmışdırlar. Bundan sonra saat 16:20 radələrində metronun "Emlər Akademiyası" stansiyasında qatar saxlamış və o qatardan platformaya düşmüşdür. Bu zaman o şalvarının arxa sol cibinə baxdıqda üzərində ona məxsus "Huavei" markalı mobil telefonun olmadığını müəyyən etmişdir. Ona məxsus "Huavei" markalı mobil telefonun qiyməti 500 manat, həmin telefonun üzərində dəyəri 03 manat olan ***-***-**-** saylı GSM nömrəsi və dəyəri 05 manat olan koburo olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 508 maddi ziyan dəydiyini bildirmişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmədiyi üçün onunla barışmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 07:35 radələrində o, Bakı Metropoliteni QSC-nin “Nizami” stansiyasına daxil olmuş və oradan “Gənclik” stansiyası getmək məqsədi ilə “Həzi Aslanov” istiqamətində hərəkət edən qatara minmişdir. O, metronun “Gənclik” stansiyasında qatardan düşən zaman bir müddət əvvəl şalvarının arxa sağ cibinə qoyduğu “Samsung A 12” markalı mobil telefonunun yerində olmadığını müəyyən etmişdir. Ona məxsus " Samsung A12" markalı mobil telefonun qiyməti 434 manat, həmin telefonun üzərində hər birinin dəyəri 05 manat olan ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələri, dəyəri 04 manat olan ekran qoruycusu və dəyəri 05 manat olan koburo olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 453 maddi ziyan dəydiyini bildirmişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmədiyi üçün onunla barışmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 19:15 radələrində o, metronun “Nizami” stansiyasından “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatara minmişdir. Bundan sonra metronun “Elmlər Akadedemiyası” stansiyasına getmişdir. Həmin vaxt qatarda sərnişin sıxlığı olduğu üçün o, qatarın qapısının giriş hissəsinin qarşısında arxası bayır istiqamətində ayaq üstə dayanmışdır. Həmin vaxt metro işçisi tərəfindən qatarın qapıların bağlanması barədə xəbərdalıq edilmişdir. Qatarın qapıları bağlanan vaxt bir nəfər şəxs ona məxsus şalvarının sağ arxa cibindən üzərindən üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung A32” markalı mobil telefonu götürdüyünü hiss etmiş və o, geri dönərək qatardan platformaya düşmək istəyəndə qapılar bağlanmışdır. O həmin vaxt yüksək səslə qışqırmış, telefonu götürən şəxs onun qışqırdığını eşidib qaçmış, lakin onun telefonunu oğurlayan şəxs platformadan qaçaraq uzaqlaşıb getmişdir. O, qatarın içərisində olan zaman həmin şəxsin platformadan qaçaraq pilləkənlərlə bayıra çıxdığının şahidi olmuşdur. Daha sonra o, maşinist vasitəsi ilə qatar yola düşmədən qapıların açılmasını xahiş etmişdir. Qatarın qapıları açılmış və o, qatardan düşüb, həmin şəxsin arxasınca pilləkənlərlə bayıra çıxmış onu axtarmış, lakin tapa bilmədiyi üçün həmin tarixdə Bakı Metropolitenində Polis Şöbəsinə gələrək hadisə barədə məlumat vermişdir. Ona məxsus "Samsung A 32" markalı mobil telefonun qiyməti 550 manat, həmin telefonun üzərində dəyəri 05 manat olan ***-***-**-** saylı GSM nömrəsi və dəyəri 05 manat olan koburo olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 560 maddi ziyan dəydiyini bildirmişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmədiyi üçün onunla barışmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 51-54-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə əvvəllər tanımadığı təxminən 45-50 yaşlarında bir nəfər şəxs mağazaya gəlmişdir. Həmin şəxs əlində olan 2019-cu il modelli "xxxx" markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O, həmin telefona baxmışdır. Telefon normal vəziyyətdə olduğu üçün almaq qərarına gəlmişdir. Sonra telefonu satan həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd istəmişdir. Həmin şəxs ona şəxsiyyətini təsdiq edən sənədi verdikdən sonra onun Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Mahir ona telefonun özünə məxsus olduğunu heç bir yerdə işləmədiyini və ailəsini dolandırmaq üçün pulu olmadığını deyib telefonu satmaq istədiyini bildirmişdir. O, Mahirin sözünə inanmış həmin telefonu ondan 100 manata almışdır. Sonra Mahirin ona verdiyi AA seriyalı 2829223-№-li şəxsiyyət vəsiqəsinin surətini A4 formatlı kağızda çıxartmışdır. Təqsirləndirilən şəxs həmin A4 formatlı kağıza “xx.xx.2022 HUİW p smart 2019 model İMİ: **********08965 Tel: ***-***-**-** Bu telefon mənə məxsusdu Satıram mağazatya oğurluq deyil.İmzamla təsdiq edirəm.” Sözlərini yazmış və o, telefonu Təqsirləndirilən şəxs alıb ona 100 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən onun mağazasına gəlmişdir. Həmin vaxt onun əlində 2 ədəd mobil telefon olmuşdur. O ona həmin telefonların ailə üzvlərinə məxsus olduğunu demişdir. Həmin telefonlarıda satmaq istədiyini bildirmişdir. Mahirin satmaq istədiyi telefonlardan biri “Samsung A32” markalı digəri isə “Samsung A12” markalı olmuşdur. “Samsung A32” markalı mobil telefonun üzərində ekran kilidi olmamışdır. Lakin “Samsung A12” markalı telefonun isə ekran kilidində olmuş və Mahir həmin telefonun ekran kilidini bilməmişdir. O ilk öncə hər iki mobil telefonu almaq istəmişdir. Lakin sonradan “Samsung A12” markalı mobil telefonu almaq fikrindən danışmışdır. Çünki, həmin telefon format olundğu halda kilidə düşəcəkdi. Həmin telefonda kilidə düşdükdən sonra onu anacaq ehtiyyat hissəsi kimi satmaq olardı. Lakin həmin modelin ehtiyat hissələri gec satıldığından o, həmin telefonu almamışdır. Lakin “Samsung A32” markalı mobil telefon ekran kilidində olmadığı üçün onu Mahirdən 180 manata almışdır. O, telefonu aldıqdan sonra yenidən Mahirdən şəxsiyyətini təsdiq edən sənəd istəmişdir. Sonra Mahirin ona verdiyi AA seriyalı 2829223-№-li şəxsiyyət vəsiqəsinin surətini A4 formatlı kağızda çıxartmışdır. “xx.xx.2022, A32 İMİ **********13114 A.10 32y İMİ. Bu iki telefonlar mənə məxsusdu hər ikisin satıram mağazaya oğurluq və kredit deyil. Öz imzamla təsdiq edirəm.Tel: ***-***-**-** İmzamla təsdiq edirəm.” Sözlərini yazmış və o həmin telefonu 180 manata Mahirdən almışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs "xxxx" və “Samsung A32” markalı mobil telefonları alan zaman həmin mobil telefonların oğurluq olmasını bilmədiyini, o, Təqsirləndirilən şəxs vətəndaşların cibindən mobil telefon oğurladığını bilmədiyini, o, əvvəllər Təqsirləndirilən şəxs tanımadığını, Onunla heç bir münasibəti olmadığını, ondan əvvəllər heç bir telefon almadığını, Təqsirləndirilən şəxs ona satdığı "xxxx" və “Samsung A 32” markalı mobil telefonların heç birinin ekran kilidi olmadığını, Təqsirləndirilən şəxs ona satdığı "xxxx" və “Samsung A 32” markalı mobil telefoların üzərində GSM mobil nömrə, ekran qoruyucusu və kobura olmadığını, o, hər iki telefona görə ümumilikdə Təqsirləndirilən şəxs 280 manat pul verdiyini, Təqsirləndirilən şəxs ona 3 telefon yox 2 telefon satdığını, həmin telefonlara görə o, Mahirə 280 manat pul verdiyini, təqdim etdiyi “Samsung A32” markalı mobil telefonun aldığı kağızın üzərində “Samsung A32” və “Samsung A10.32y” İMİ sözlərinin üzərindən xətt çəkildiyini, o, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 1 ədəd “Samsung A32” markalı mobil telefon aldığını, o, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 100 manata 2019-cu il buraxılışlı "xxxx" markalı mobil telefon aldığını, həmin telefonu arxa hissəsində **********08965 nömrəli İMEİ kod yazıldığı üçün o, Mahirə həmin nömrəni yazmağını bildirdiyini, "xxxx" markalı mobil telefonun İMEİ kodunun **********08965 yazılması texniki bir səhv olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 22 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi ilə əlaqədar olaraq hadisə yeri olan metronun “28 May” stansiyasına gələrək baxış keçirmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 metronun “28 May” stansiyasını göstərib qatara minərkən naməlum şəxsin ona məxsus əynində olan şalvarın sağ arxa cibindən üzərində 051 545-73-76 saylı mobil nömrə olan "xxxx" markalı mobil telefonu cibindən oğurladığını bildirmiş, lakin baş vermiş oğurluq hadisəsini metronun “Elmlər Akademiyası” stansiyasında qatardan platformaya düşdükdən sonra aşkar etmişdir. (i.v. 7-9) Hadisə yerinə baxış keçirilməsi haqqında 22 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi ilə əlaqədar olaraq hadisə yeri olan "xxxx" QSC-nin “Gənclik” stansiyasına gələrək baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs2 metronun “gənclik” stansiyasında özünə məxsus “Samsung A12” markalı mobil telefonun oğurlandığını aşkar etdiyini bildirmişdir. Lakin oğurluq hadisəsinin metorunun “Gənclik” stansiyasında deyil “Nizami” stansiyasında edildiyi müəyyən edilmişdir. Loğman Şükürlü "xxxx" QSC-nin Nizami stansiyasında qatara minən zaman əynində olan şalvarın arxa cibində saxladığı “Samsung A12” markalı mobil telefonun oğurlandığını bilmişdir. (i.v. 14- 15) Hadisə yerinə baxış keçirilməsi haqqında 24 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ərizəsi əsasında "xxxx" QSC-nin “Elmlər Akademiyası” stansiyasına baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, naməlum şəxs Zərərçəkmiş şəxs3 əynində olan şalvarın arxa sağ cibində olan “Samsung A32” markalı mobil telefonu qapıların bağlanması xəbərdarlığının verilməsindən istifadə edərək onun telefonunu götürüb qaçmışdır. (i.v. 19-21) İfadənin yerində yoxlanılması haqqında 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd olunan yerdə yəni Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektinin qarşısında şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, 20 sentyabr 2022-ci il tarixdə Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasınnın platformasında Zərərçəkmiş şəxs1 əynində olan şalvarın arxa sağ cibindən gizli yolla oğurladığı bir ədəd "xxxx" markalı mobil telefonu, 22 sentyabr 2022-ci il tarixdə Bakı Metropoliteni QSC-nin “Nizami stansiyasının platformasında Zərərçəkmiş şəxs2 əynində olan şlavarın arxa sağ cibindən gizli yolla oğurladığı "xxxx" markalı mobil telefonu və 23 sentyabr 2022-ci il tarixdə Bakı Metropoliteni QSC-nin “Elmlər Akademiyası” stansiyasında vaqonda Zərərçəkmiş şəxs3 Coşqun oğlununda açıq yolla talayaraq əldə etdiyi “Samsung A32” markalı mobil telefonu özünə məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi ilə satdığını bildirmişdir. (i.v. 47-50) Götürmə aparılması haqqında 28 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə ünvan 2 ünvanında telefon mağazasında işləyən Şahid 2 ədəd Təqsirləndirilən şəxs məxsus AA seriyalı 2829223-№-li şəxsiyyət vəsiqəsinin surəti götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus AA seriyalı 2829223-№-li şəxsiyyət vəsiqəsinin surətinin üzərində “xx.xx.2022 HUİW p smart 2019 model İMİ: **********08965 Tel: ***-***-**-** Bu telefon mənə məxsusdu Satıram mağazatya oğurluq deyil.İmzamla təsdiq edirəm.” və “xx.xx.2022, A32 İMİ **********13114 A.10 32y İMİ. Bu iki telefonlar mənə məxsusdu hər ikisin satıram mağazaya oğurluq və kredit deyil. Öz imzamla təsdiq edirəm.Tel: ***-***-**-** İmzamla təsdiq edirəm.” yazısı yazılmış və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. (i.v. 57) “DVD diskə baxış keçirilməsi haqqında” 28 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, diskdə 03 ədəd videofayl vardır, onlardan 1-ci videofayl 25 saniyə, 2-ci videofayl isə 8 saniyə, 3 fayl isə 39 saniyə davam edir. Həmin videofayllarda olan videogörüntülər metronun «28 May» “Nizami” və “Elmlər Akademiyası” stansiyasında videomüşahidə kameralarının yaddaşından götürülmüş, Təqsirləndirilən şəxs və hüquqlarını müdafiə edən müdafiəçi X1 iştirakı ilə həmin görüntülərə tərəfimdən baxış keçirilmiş, 1-ci videofaylda olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Bakı Metropoliteni QSC-nin «28 may» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 may» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 əynində olan şalvarın arxa sağ yan cibindən sonuncuya məxsus dəyəri 500 manat olan bir ədəd "xxxx" markalı, **********72687 və **********72685 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 5 manat olan telefon kabrosunu və dəyəri 3 manat ***-***-**-** saylı GSM nömrəni, bundan başqa Təqsirləndirilən şəxs oğlu 22 sentaybr 2022-ci il tarixdə saat 17:35 radələrində Bakı Metropoliteni QSC-nin «Nizami» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «Nizami» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs2 əynində olan şalvarın arxa sağ yan cibindən sonuncuya məxsus dəyəri 434 manat olan bir ədəd «Samsung A12» markalı, **********98448 və **********98455 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 4 manat olan telefon kabrosunu, dəyəri 5 manat olan ekran qoruycusunu, dəyəri 5 manat olan ***-***-**-** və dəyəri 5 manat olan ***-***-**-** saylı GSM nömrəni gizli talayaraq talayıb oğurluq etmişdir. Bundan başqa təqsirləndirilən şəxs X3 23 sentyabr 2022-ci il tarixdə saat 19:20 radələrində Bakı Metropoliteni QSC-nin «Elmlər Akademiyası» stansiyasından metronun «Həzi Aslanov» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «Elmlər Akademiyası» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs3 əynində olan şalvarın sağ yan sonuncuya məxsus dəyəri 550 manat olan bir ədəd «Samsung A32» markalı, **********13114 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 5 manat olan telefon kabrosunu və dəyəri 5 manat ***-***-**-** saylı GSM nömrəni açıq talayıb ələ keçirməklə soyğunçuluq etmişdir.(i.v. 107) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 12 noyabr 2022-ci il tаriхli 6764 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 154-155); Sübutların qiymətləndirilməsi haqqında 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd DVD disk maddi sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. (i.v. 157-164) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 20 il olar ki, o, el arasında kakos adlanan narkotik vasitə heroin və patı adlanan psixotrop maddə metamfetamin qəbul etmişdir. O, heroni inyeksiya yolu ilə metamfetamini isə tüstüsünü qəbul etmək yolu ilə istifadə etmişdir. O, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini müxtəlif şəxslərdən almışdır. O, narkotik vasitələrə və psixotrop maddələrə olan tələbatlarını ödəmək üçün Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə tanımadığı şəxs və ya şəxslərdən narkotik vasitə heroinin bir bükümünü 10 manata, psixotrop maddə metamfetaminin bir bükümünü 10 manata almışdır. Maddi vəziyyətinin pis olması, həmçinin narkotik vasitələrə olan tələbatlarını ödəmək məqsədi ilə Bakı Metropoliteni QSC-nin stansiyalarında və qatara minik edən sərnişinlərə qarşı cibgirlik və soyğunçuluq cinayəti törətmək qərarına gəlmişdir. Əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 22 sentyabr 2022-ci il tarixdə Bakı Metropolitenin Polis Şöbəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuş və bildirmək istəmişdir ki, 20 sentyabr 2022ci il tarixdə saat 16:00 radələrində metronun “28 may” stansiyasına düşmüş və platformada dayanıb “Dərnəgül” stansiyasına gedəcək qatarı gözləmişdir. Həmin vaxt təxminən 17-18 yaşlarında əvvəllər tanımadığı və istintaq araşdırması zamanı şəxsiyyəti ona məlum olan vətəndaş Zərərçəkmiş şəxs1 platformaya yaxınlaşdığını görmüşdür. Zərərçəkmiş şəxs1 şalvarının sağ arxa cibində mobil telefonun olması açıq aydın görünmüşdür. Daha sonra o, Ayselin telefonunu oğurlamaq məqsədi ilə onu yaxından təqib etmək qərarına gəlmişdir. Bundan sonra Aysel metronun “28 May” istansiyasının platformasında dayanmış və Aysel metronun “Dərnəgül” stansiyası istqamətində hərəkət edəcək qatarı gözləməyə başlamışdır. O, Ayseli qatara minənə kimi təqib etmişdir. Həmin tarixdə saat 16:05 radələrində Ayselin arxası ilə gedib onunla birlikdə qatara minmək istəyərkən həmin Ayselin və ətrafda olan sərnişinlərin ona fikir vermədiklərinə əmin olduqdan sonra qatarın qapısının qarşısında Ayselin sağ arxa cibində olan mobil telefonu sol əli ilə götürərək qatara minməyib geri dönmüş və platformada dayanaraq növbəti qatarı gözləmişdir. Təxminən 1-2 dəqiqə sonra həmin stansiyaya “Dərnəgül” istiqamətində hərəkət edən qatar gələrək platformada saxlamış və o, həmin qatara minərək “Elmlər Akademiyası” stansiyasına gəlmişdir. O, metronun “Elmlər Akademiyası” stansiyasında qatardan platformaya düşmüş və daha sonra çıxışdan pilləkənlərlə bayıra çıxmışdır. O, metrodan bayıra çıxdıqdan sonra oğurladığı mobil telefona baxmışdır. Oğurluq yolu ilə əldə etmiş olduğu mobil telefon "xxxx" markalı mobil telefon olmuşdur. Həmin telefonun üzərində kabro və bir ədəd mobil nömrə olmuşdur. Həmin telefon kiliddə olmuşdur. Həmin telefon bir kartlı telefon olmuşdur. O, həmin telefonu cibinə qoymuş və daha sonra piyada Bakı şəhəri Yasamal rayonu Sovetski adlanan əraziyə gəlib çatmışdır. O, oğurladığı mobil telefonun üzərində olan mobil nömrəni və telefon kabrosunu həmin ərazidə çıxardaraq orada zibil qutusuna tullamışdır. Mobil telefonu satıb pul əldə etmək üçün özündə saxlamışdır. Sonradan o, həmin telefonu satmış və pul əldə edərək narkotik vasitə alıb qəbul etmişdir. O, 22 sentyabr 2022-ci il tarixdə saat 07:45 radələrində metronun “Nizami” stansiyasına düşmüş və platformada dayanıb “Həzi Aslanov” stansiyasına gedəcək qatarı gözləmişdir. Həmin vaxt təxminən 22-24 yaşlarında bir oğlanın platformaya yaxınlaşdığını görmüşdür. Həmin vaxt ad soyadını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs2 şalvarının sağ arxa cibində mobil telefonun olması açıq aydın görümüşdür. Daha sonra o, Zərərçəkmiş şəxs2 telefonunu oğurlamaq məqsədi ilə onu yaxından təqib etmək qərara almışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 metronun “Nizami stansiyasının platformasında dayanmış və “Həzi Aslanov” metrostansiyası istqamətində hərəkət edəcək qatarı gözləməyə başlamışdır. O, Zərərçəkmiş şəxs2 qatara minənə kimi təqib etmişdir. Həmin tarixdə saat 07:45 radələrində Zərərçəkmiş şəxs2 arxası ilə gedib onunla birlikdə qatara minmək istəyərkən Zərərçəkmiş şəxs2 və ətrafda olan sərnişinlərin ona fikir vermədiklərinə əmin olduqdan sonra qatarın qapısının qarşısında Zərərçəkmiş şəxs2 sağ arxa cibində olan mobil telefonu sol əli ilə götürərək qatara minməyib geri dönmüş və daha sonra çıxışdan pilləkənlərlə bayıra çıxmışdır. O, metrodan bayıra çıxdıqdan sonra oğurladığı mobil telefona baxmışdır. Oğurluq yolu ilə əldə etmiş olduğu mobil telefon “Samsung A12” markalı mobil telefon olmuşdur. Həmin telefonun üzərində ekran qoruycusu, kabro və iki ədəd mobil nömrə olmuşdur. Həmin telefon kiliddə olmuşdur. Həmin telefon bir kartlı telefon olmuşdur. O, həmin telefonu cibinə qoymuş və daha sonra piyada Bakı şəhəri Yasamal rayonu Sovetski adlanan əraziyə gəlib çatmışdır. O, oğurladığı mobil telefonun üzərində olan mobil nömrəni və telefon kabrosunu həmin ərazidə çıxardaraq orada zibil qutusuna tullamışdır. Mobil telefonu isə satıb pul əldə etmək üçün özündə saxlamışdır. Sonradan o, həmin telefonu satmış və pul əldə edərək narkotik vasitə alıb qəbul etmişdir. O, 23 sentyabr 2022-ci il tarixdə saat 19:20 radələrində metronun “Elmlər Akademiyası” stansiyasına düşmüşdür. Bundan sonra o, metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edəcək platformaya yaxınlaşmışdır. Həmin vaxt metronun “Elmlər Akademiyası” stansiyasının platformasına “Dərnəgül” stansiyası istiqamətində olan qatar yaxınlaşaraq dayanmış və qatarın qapıları açılmışdır. Həmin qatarda sərnişin sıxılığı olmuşdur. Bu zaman qatarın giriş qapısında arxası ona tərəf istiqamətdə 23-26 yaşlarında bir oğlan ayaq üstə dayanmış, həmin oğlanın sağ arxa cibində mobil telefon olduğu tam açıq aydın görünürmüşdür. Bundan sonra qapılarının bağlanması ilə bağlı xəbərdarlıq elan edilmişdir. O, həmin vaxt X2 şalvarının sağ arxa cibində olan mobil telefonu götürmüş və bu zaman qatarın qapıları bağlanmışdır. Həmin vaxt Elçin Əhmədov onun telefonunu oğurladığını görmüşdür. Qatarın qapıları bağlansa da, Elçin Əhmədov onun telefonunu oğurladığımı görmüşdür. Daha sonra o, iti addımlarla qaçaraq metronun “Elmlər Akademiyası” stansiyasının pilləkənləri ilə bayıra çıxmış və oradan uzaqlaşaraq piyada Bakı şəhəri Yasamal rayonu Sovetski adlanan ərazidə yerləşən yaşadığı evə gəlmişdir. Mobil telefonu isə satıb pul əldə etmək üçün özümdə saxlamışdır. Sonradan o, həmin telefonu üzərində olan bir ədəd mobil nömrəni, kaburonu çıxardıb tullayaraq telefonu satmış və pul əldə edərək narkotik vasitə alıb qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə o, Bakı Metropolitenin polis şöbəsinin PPXB-nün əməkdaşı tərəfindən saxlanılan vaxtı, polis şöbəsinə gətirilən zaman və polis şöbəsinə gətirildikdən sonra da ona qarşı fiziki zor tətbiq edilmədiyini, o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Rövən oğlunu əvvəllər tanımadığını, Zərərçəkmiş şəxs1 məxsus "xxxx" markalı mobil telefonu oğurlayarkən ona heç kim köməklik göstərmədiyini və məsləhət vermədiyini, hadisə ilə bağlı heç kimin məlumatı olmadığını, Zərərçəkmiş şəxs2 məxsus “Samsung A12” markalı mobil telefonu oğurlayarkən ona heç kim köməklik göstərmədiyini və məsləhət vermədiyini, hadisə ilə bağlı heç kimin məlumatı olmadığını, şəxsi məsrəflərini və tələbatlarını, eləcədə narkoman olduğu üçün narkotik vasitələrə olan tələbatını ödəmək üçün metroda oğurluq və soyğunçuluq cinayətini törətdiyini, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində metroda qatara minmək istəyən sərnişinlərə məxsus 3 ədəd mobil telefon oğurladığını, o, metroda 2 ədəd oğurluq və 1 ədəd soyğunçuluq yolu ilə əldə etdiyi mobil telefonları ünvan 3 ünvanında yerləşən mobil telefonların alışı satışı barteri aksesuarların təmiri mağazsında sonradan adını Şahverdi bildiyi şəxsə ümumilikdə 220 manata satıb pul əldə etdiyini, o, həmin mobil telefonların hər birini Şahveriyə özünə məxsus sənəd əsasında satdığını, Şahverdi telefonların oğurluq olmasını əvvəlcədən bilmədiyini, o, telefonların özünə məxsus olduğunu və pul ehtiyacının olması səbəbi ilə satdığını Şahverdi adlı şəxsə bildirdiyini, o, cinayət yolu ilə əldə etdiyi "xxxx" markalı mobil telefonu xx.xx.2022-ci il tarixdə Şahid 100 manata, “Samsung A32” markalı mobil telefonu xx.xx.2022-ci il tarixdə 180 manata özünə məxsus şəxsiyyət vəsiqəsi ilə satdığını, Şahid ondan almadığı cinayət yolu ilə əldə etdiyi “Samsung A12” markalı mobil telefonu isə o, tanımadığı şəxsə 50 manata sənədsiz satdığını, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində hər üç telefonu Şahid satmağı barədə ifadə verdiyini, amma əsl həqiqətdə isə o, Şahid 2 ədəd mobil telefon satdığını, Şahid satdığı hər iki telefona görə ondan ümumilikdə 280 manat pul aldığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, yəni X2 telefonunu çıbındən oğurladığı zaman sonuncunun bunu hiss etmədiyi, E.Əhmadovun mobil telefonunu qizli olaraq talaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə və zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177— 183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Həmin Məcəllənin 180.2.2-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2, 177.2.5 və 180.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:30-da tutulmuşdur. (i.v. 36) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(004)-820/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 114-116) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət MƏcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. (i.v. 121-122) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 1(011)-368/2020 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 iyul 2020-ci il tarixdən 20 iyul 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, 16 sentyabr 2020-ci il tarixdən 17 sentyabr 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün, ümumilikdə 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsinin 17 noyabr 2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarından görünür ki, “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, amnistiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 7(003)- 1094/2021 nömrəli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. 8 X8 münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2022-ci il tarixlı qərarına əsasən həmin qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan 03 fevral 2021-ci il tarixli qərar üzrə məhkumluğu götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.5 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.5 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamaını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. (CM-in 56.1.2), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 180.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 177.2.2 və 177.2.5-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 180.2.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-275/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-275/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver