Məhkəmə qərarları › İş №1(004)-276/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-276/2022

10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-276/2022 10.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs’ qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlı ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) ədəd şəffaf polietilen bükümdə kimyəvi tərkibinə görə eynilik təşkil edən ayrı ayrılıqda təmiz çəkiləri 0,793 qram, 0,865 qram ümumi təmiz çəkisi 1,658 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 22 fevral 2022-ci il tarixdə saat 21:00 dəqiqədə Yasamal RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı sonuncu ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3sına gətirilmiş və inzibati binada üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 02 (iki) ədəd şəffaf polietilen bükümdə kimyəvi tərkibinə görə eynilik təşkil edən ayrı ayrılıqda təmiz çəkiləri 0,793 qram, 0,865 qram, ümumi təmiz çəkisi 1,658 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanda arvadı X6, 2015-ci il təvəllüdlü Yusif və 2017-ci il təvəllüdlü Sənan adlı azyaşlı uşağları ilə birlikdə yaşayır. Ali təhsillidir. 2007-2011-ci illər Azərbaycan İdman Akademiyasını bitirmiş, sambo idman növü üzrə 2 dəfə dünya çempionu, 2010-cu ildə isə avropa çempionu olmuşdur. 2007-2008-ci illər Uşaq və Gənclər Məktəbində məşqçi müəllim işləmiş, daha sonra işdən çıxaraq günəmuzd fəhləlik etmişdir. Narkotik vasitələrdən istifadə etdiyindən narkotik asılılığına düşmüş, onda şiddətli ağrılar olduğundan 2021-ci ilin yay aylarında Respublika Narkoloji dispanserində 20 gün müddətində narkotikdən müalicə olmuşdur. Lakin bununla belə narkotik asılılığından sağalmamış, narkotikdən mütəmadi olaraq istifadə etmişdir. Onun bədənində kəskin ağrılar olmuş, ona görə də narkotik alıb istifadə etmək üçün 22 fevral 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Papanın” adlanan əraziyə getmiş və orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsə 20 manat pul verərək 2 ədəd sellofon bükümdə heroin almış və aldığı iki büküm narkotik vasitəni boz rəngli cins şalvarının sağ cibinə qoyaraq istifadə emək üçün saxlamışdır. Oradan ünvan 4 ünvanın qarşısı ilə piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Yasamal RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları kimi təqdim edərək,şəxsiyyətini müəyyənləşdirmişlər. Daha sonra isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nə dəvət etmişlər. Polis əməkdaşlarının təklifinə etiraz etməyərək onlarla birlikdə ünvan 3sına gəlmişdir. Polis idarəsində təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində əsaslı şübhələr olduğundan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmamışdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələrini, o cümlədən müdafiəçi tutmaq hüququ izah edilmişdir. O, müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış və baxış keçirilmiş, şəxsi axtarış və baxış zamanı onun üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Əynində olan boz rəngli cins şalvarının sağ cibində saxladığı 02 ədəd şəffaf sellofana bükülmüş bükümdə olan heroini polislərə təqdim etmişdir. Təhqiqatçı tərəfindən 02 ədəd şəffaf sellofona bükülmüş bükümü açdıqda bükülünün içərisindəki qəhvəyi rəngli tozşəkilli heroini aşkar etmiş, onun üzərində şəxsi axtarış və götürmə aparılması davam etdirilsə də başqa narkotik vasitə aşkar edilməmişdir. Polis əməkdaşları bütün bu prosesləri videoçəkilişlə etmiş, polislər sorğu-sual edən zaman ondan aşkar edilmiş narkotik vasitəni 22 fevral 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan əraziyə gedərək orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyikişidən özü istifadə etmək üçün 20 manata aldığını bildirmişdir. Polislər onun üzərindən aşkar etdikləri 2 bükümdə olan narkotik maddəni zərfə qoyaraq qablaşdırılmış, zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və protokol iştirakçıları tərəfindən imzalanaraq götürülmüşdür. Ümumiyyətlə narkotik vasitənin satışı ilə məşğul olmamış, üzərindən şəxsi axtarış və götürmə aparılarkən aşkar edilmiş 2 büküm narkotik vasitəni özü istifadə etmək üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən Yasamal rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılarkən və Yasamal RPİ-nə gətirilərkən, həmçinin üzərində şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı bir psixi, fiziki və sair zorakılıq göstərilməmiş, törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, idmanla məşğul olmasını, yüksək nəticələrinin olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 22 fevral 2022-ci il tarixdə xidmət etdiyi Yasamal RPİ-nə xx xxxx 1990-cı il təvəllüdlü Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi, ev 180, mənzil 42-də qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq üçün Yasamal RPİ-nin rəisinə Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupunun yaradılması haqqında raportla məruzə etmişdir. Yasamal RPİ-nin rəisinin 22 fevral 2022-ci il tarixli əmri ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyat qrupunun rəhbəri o, qrupun üzvü isə Yasamal RPİ-nin CAŞ-m kiçik inspektoru, polis serjantı Şahid2 təyin edilmişdir. Göstərilənlərlə bağlı, polis serjantı Şahid1 ilə birlikdə 22 fevral 2022-ci il tarixdə Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat-axtarış tədbirlərini həyata keçirməyə başlamışlar. Həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib ünvan 5 ünvanın yaxınlığında piyada hərəkət etdiyndən tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini polis əməkdaşları kimi təqdim edib xidməti vəsiqələrini göstərmiş, Təqsirləndirilən şəxs da öz anket məlumatlarını ona bildirmişdir. Təqsirləndirilən şəxs onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək ünvan 3sına dəvət etmişlər. O, etiraz etməyərək təklifləri razılaşaraq birlikdə idarənin izibati binasına gəlmişlər. Yasamal RPİ-nin rəisinə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğuna əsaslı şübhələr olduğuna görə Yasamal RPİ-nə gətirilməsi və onun paltarında, əşyalarında və üzərində ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi üçün raportla məruzə etmişdir. Yasamal RPİ-nin rəisinin yazılı göstərişinə əsasən Təqsirləndirilən şəxs paltarında, əşyalarında, üzərində olması ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenanatı X2 həvalə edilmişdir. X4 tərəfindən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuş, bundan sonra onun üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması haqqında qərar elan edilərək ona hüquq və vəzifələri izah edilmişdir. Təhqiqatçısı, polis baş leytenantı Ariz Qədiməliyev “İphone” markalı telefon vasitəsilə video çəkilişdən istifadə etməklə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmış və ona paltarında, əşyalarında, üzərində, ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaların və sənədlər vardırsa könüllü təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofon bükümləri könüllü olaraq çıxarıb masanın üzəırinə qoymuş, həmin şəffaf sellofon bükümlər təhqiqatçı tərəfindən açılan zaman içərisində qəhvəyi rəngli, tozşəkilli, spesfık iyə malik maddə olması aşkar olunmuşdur. Həmin bükümlərdə olan maddənin nədən ibarət olması barədə şübhəli şəxs Təqsirləndirilən şəxs sual verildikdə o, narkotik vasitənin heroin olduğunu 22 fevral 2022-ci il səhər saatlarında “Papanin” adlanan ərazidən üzdən tanıdığı və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə davam etdirilərkən onun üzərində, paltarlarında sair ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyalar və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd içərisində qəhvəyi rəngli, tozşəkilli, spesfık iyə malik maddə olan bükümlər içi boş olan ağ zərfin içinə qoyularaq üzəri Azərbaycan Respublikası DİN-nin arayışlar üçün 42 saylı möhürü ilə möhürlənərək zərfin üzəri protokol iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış və məhkəmə kimyəvi ekspertizası tədqiqatı keçirilməsi üçün ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması və narkotik vasitə götürülməsi haqqında protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, protokolun tərtibinə dair etiraz və sair qeydlər daxil olmadığınadan protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışına dair Yasamal RPİ-nə hər hansı bir məlumat daxil olmamışdır. Lakin 22 fevral 2022-ci il tarixdə onun narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması haqqında məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq azadlığı məhdudlaşdırılan zaman və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılarkən ona qarşı hər hansı bir zorakılıq, təzyiq və sair təsir tədbirləri həyata keçirilməmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1116 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 42” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfın içərisində iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,793 qram, 0,865 qram ümumi təmiz çəkisi 1,658 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 2384 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq cindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkonaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 adlı uşaqları vardır. İş materiallarında olan 19-21 oktyabr 2007-ci il tarixdə Serbiya Respublikasında keçirilən Dünya Sambo yarışmasında Təqsirləndirilən şəxs İ yeri tutduğuna görə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Sambo Federasiyasının 26 yanvar 2008-ci il tarixli diplomuna əsasən Təqsirləndirilən şəxs sambo üzrə kişilər arasında Azərbaycan çempionatında 52 kq çəki dərəcəsində İ yeri tutduğuna görə təltif olunmuşdur. İş materiallarında olan 09-13 oktyabr 2008-ci il tarixdə Özbəkistan Respublikasında keçirilən Dünya Sambo yarışmasında Təqsirləndirilən şəxs İ yeri tutduğuna görə təltif olunmuşdur. İş materiallarında olan 16-18 aprel 2010-cu il tarixdə Avropa Sambo Federasiyası tərəfindən keçirilən yarışmada Təqsirləndirilən şəxs İ yeri tutduğuna görə təltif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını və idmançı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 22 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 92 manat (doxsan iki manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,558 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar