Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-276/2025 27.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Astara rayonu, Ojakəran kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Astara rayonu, Kijəbə qəsəbə Ərazi Dairəsi, Ojakəran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış "xxxx" MMC-nin təsisçisi olmaqla öz qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Polşa Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaqdan ötrü həmin ölkəyə getməsi üçün işçi vizasının əldə edilməsində köməklik edəcəyinə dair yalandan vəd verib Elvm Məmmədlini aldadaraq bu adla ondan 22 sentyabr 2022-ci il tarixdə saat 12:00 radələrində radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin 13-cü mərtəbəsindəki ofisdə 2800 manat pui vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 2800 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış "xxxx" MMC-nin təsisçisi olmaqla təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Polşa Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaqdan ötrü həmin ölkəyə getməsi üçün təsisçisi olduğu "xxxx" MMC-nin vasitəsilə işçi vizasının əldə edilməsində köməklik edəcəyinə dair yalandan vəd verib Zərərçəkmiş şəxs1 aldadaraq bu adla ondan 15 dekabr 2022-ci il tarixdə saat 10:00 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin 13-cü mərtəbəsindəki ofisdə 3000 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 3000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış "xxxx" MMC-nin təsisçisi olmaqla təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Polşa Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaqdan ötrü həmin ölkəyə getməsi üçün təsisçisi olduğu "xxxx" MMC-nin vasitəsilə işçi vizasının əldə edilməsində köməklik edəcəyinə dair yalandan vəd verib Zərərçəkmiş şəxs2 aldadaraq bu adla ondan 18 yanvar 2023-cü il tarixdə saat 10:00 radələrində "X3" MMC-nin yerləşdiyi ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin 13-cü mərtəbəsindəki ofisində 2000 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 2000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış "xxxx" MMC-nin təsisçisi olmaqla təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Polşa Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaqdan ötrü həmin ölkəyə getməsi üçü u təsisçisi olduğu "xxxx" MMC-nin vasitəsilə işçi vizasının əldə edilməsində köməklik edəcəyinə dair yalandan vəd verib Zərərçəkmiş şəxs4 aldadaraq bu adla ondan 18 yanvar 2023-cü il tarixdə saat 10:00 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin 13-cü mərtəbəsindəki ofisdə 2000 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 2000 manat manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “United" MMC-nin təsisçisi olmaqla təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Polşa Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaqdan ötrü həmin ölkəyə getməsi üçün təsisçisi olduğu "xxxx" MMC-nin vasitəsilə işçi vizasının əldə edilməsində köməklik edəcəyinə dair yalandan vəd verib Zərərçəkmiş şəxs5 aldadaraq bu adla Zərərçəkmiş şəxs5 onun istifadəsində olan “Kapital” banka aid 4169 7388 0418 2746 nömrəli “Umico” bank kart hesabına 03 sentyabr 2022-ci il tarixdə saat 11:31 -də ünvan 2 ünvanda yerləşən «Bravo» marketin içərisində quraşdırılmış “eManat” elektron ödəmə terminalından köçürdüyü 1000 manat pul vəsaitini, 09 noyabr 2022-ci il tarixdə saat 10:03-də ünvan 3 ünvanda yerləşən «Grandmard» marketin içərisində quraşdırılmış “eManat” elektron ödəmə terminalından köçürdüyü 1500 manat pu1 vəsaitini və eyni məqsədlə 29 avqust 2023-cü il tarixdə saat 10:49-da ünvan 4 ünvanda yerləşən 41 saylı mənzildə olarkən istifadəsində olan üzərində 050 *** ** ** Azercell mobil operatoruna aid nömrə olan “Redmi Note 3" markalı mobil smartfonda mövcud olan "xxxx" ASC-yə aid “Bir bank” mobil bank tətbiqi vasitəsi ilə köçürdüyü 200 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 ümumilikdə 2700 manat ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət xx.xx.2020-ci il tarixdə 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən rəsmi olaraq qeydiyyatdan keçmişdir və onun özü də həmin MMC-nin təsisçilərindən biridir və MMCnin möhürü onun özündə olmuşdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 2022-ci ilin sentyabr ayından tanıyır. 22 sentyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Elvinlə Bakı şəhəri,Yasamal rayonu, Cəfər Cabbarlı küçəsçi 44 ünvanda yerləşən "xxxx"nm 13-cü mərtəbəsindəki ofisdə görüşərək özünü Elvinə "X3" MMC-nin nümayəndəsi kimi təqdim etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin ofisi də həmin ünvanda yerləşir. Zərərçəkmiş şəxs3 ona Polşa Respublikasına iş vizası düzəltmək istədiyini dedikdə Elvinə bunun mümkün olduğunu, ümummilli pasportunu gətirməsini və bu vizanın həlli ilə bağlı 2.800 manat verəcəyini demişdir.Həmin günü 2800 manat pulu və sənədləri Elvindən aldıqdan sonra bildirmişdir ki,qısa müddət ərzində sənədləri hazırlayıb onu Polşaya işləməyə göndərəcək. Həmin vaxt Elvinlə formal olaraq müqavilə də bağlamışdır. Müqaviləni isə lazımsız olduğundan atmışdır. Elvinlə razılaşdıqları vaxtda sənədləri hazırlaya bilməmiş və Elvin ondan bunun səbəbini soruşduqda Elvinə hələlik iş üçün dəvət gəlmədiyini və ya dəvətin gecikdiyini deməklə bəhanələr gətirmişdir. 2023- cü ildə internet səhifələrindən birində əldə etdiyi polyak dilində olan milli viza üçün müraciəti və bir neçə sənədi Elvinə vermişdir. Bir müddət sonra Elvinə 580 manat, daha sonra isə 2100 manat pul qaytarmış, qalan 120 manatı isə qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 da 2022-ci ildən hazırda xarici ölkədə yaşayan Zahirin vasitəsilə tanımışdır. Belə ki,2022-ci ilin sentyabr ayının əvvəllərində İlham onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib onunla əlaqə saxlamış və söhbət zamanı İlham xaricdə işləmək üçün iş vizası almaq istədiyini, bu işdə ona köməklik etməyə onun imkanının olub-olmamasını ondan soruşmuşdur. O,Elvinə düz ünvana müraciət etdiyini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin və onun işinin məhz xaricə iş vizası düzəltmək olduğunu bildirmişdir. İlham ondan bunun üçün hansı sənədlərin lazım olduğunu soruşduqda, ümumvətəndaş pasportunu və 2500 manat pul gətirməli olduğunu İlhama bildirmişdir.İlham ilk dəfə 03 sentyabr 2022-ci il tarixdə onun istifadəsində olan “Kapital” banka aid 4169 7388 0418 2746 nömrəli “Umico” bank kartına 1000 manat, 09 noyabr 2022-ci il tarixdə növbəti dəfə onu u istifadəsində olan “Kapital” banka aid 4169 7388 0418 2746 №-li “Umico” bank kartına 1500 manat göndərmişdir. 29 avqust 2023-cü il tarixdə İlhama zəng vurmuş və iş vizası dülətməsi üçün təcili olaraq sığortalanmaqdan ötrü 200 manat pul verməli olduğunu demişdir.İlham da həmin gün,yəni 29 avqust 2023-cü il tarixdə onun istifadəsində olan “Kapital” banka aid 4169 73885 0418 2746 JNb-li “Umico” bank kartına 200 manat göndərmişdir. İlhamla razılaşdıqları vaxtda sənədləri hazırlaya bilməmiş və bunun səbəbini soruşduqda İlhama hələlik iş üçün dəvət gəlmədiyini və ya dəvətin gecikdiyini deməklə bəhanələr gətirmişdir. Bir müddət sonra 2023-cü ildə internet səhifələrindən birində əldə etdiyi polyak dilində olan milli viza üçün müraciəti və bir neçə sənədi İlahama vermişdir. Zərərçəkmiş şəxs1 da tanışlarının vasitəsilə tanımışdır.Belə ki, 2022-ci ilin dekabr ayının əvvəllərində Pərvin onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlayıb Polşa Respublikasına işləməyə getmək üçün ona viza düzəldə-bilib bilməyəcəyini ondan soruşduqda Pərvinə bunun mümkün olduğunu və "xxxx" MMC-nin bu işlə məşğul olduğunu demişdir. Söhbər zamanı Zərərçəkmiş şəxs1 ona həmin ölkədə işləmək üçün viza düzəlməyini xahiş etdikdə Pərvinə xarici pasportunu və 3000 manat pulu 15 dekabr 2022-ci il tarixdə gətirməsim demişdir. 15 dekabr 2022-ci il tarixdə saat 10 radələrində Pərvin onun işlədiyi "xxxx" MMC-nin yerləşdiyi "xxxx"nm 13-cü mərtəbəsindəki ofisimə gələrək onunla görüşmüş, pasportunu və 3000 manat pulu nağd şəkildə ona vermişdir. Elə oradaca Zərərçəkmiş şəxs1 ilə müqavilə bağlamış və 2400 manatı müqavilədə qeyd etmiş, həmin müqaviləyə Zərərçəkmiş şəxs1 imza etmişdir. Pulun 600 manat hissəsi isə bilet xərcləri və rüsumlar üçün nəzərdə tutulmuşdur. Müqavilənin harada olduğunu unutmuşdur. 3000 manat pulu öz ehytiyaclarma xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 da Zahirin vasitəsilə tanımışdır.Belə kı, 2023-cü ilin yanvar ayının əvvəllərində saat təxminən 10:00 radələrində Rahil iş yoldaşı Teymurla birgə onunla telefonla əlaqə saxlamışlar və ondan onlara xaricdə işləmək üçün iş vizası almaq imkanının olub-olmamasını soruşduqda onlara da "xxxx" MMC-nin və onun işinin məhz xaricə iş vizası düzəltmək olduğunu bildirmişdir.Onlar ondan bu iş üçün hansı sənədlərin lazım olduğunu soruşduqda, o, onlara yalnız xarici, yəni ümumvətəndaş pasportu və hər birinə görə 2500 manat olmaqla, cəmi 5.000 manat pul gətirməli olduqlarını bildirmişdir. 18 yanvar 2023-cü il tarixdə onlar onun işlədiyi "xxxx" MMC-nin yerləşdiyi "xxxx"nm 13-cü mərtəbəsindəki ofisə gələrək onunla görüşüb pasportlarını, yəni Rahil və Teymur özlərinin pasportunu və cəmi 4.000 manat pulu nağd şəkildə ona vermişər,qalan 1.000 manatı isə sənədlər: hazırladıqdan sonra verəcəkləri ilə razılaşmışlar.Elə oradaca o, onlardan 4.000 manat nağd şəkildə pul almağı barədə öz xətti ilə qəbz yazıb vermişdir. Rahildən və Teymurdan eyni gündə ofisində ayrı-ayrılıqda 2000 manat pul almışdır. 5000 manat pulun 1.000 manatını isə Teymur və Rahil sənədləri hazırladıqdan sonra ona verməli idilər. Elə oradaca o, onlara 4.000 manat nağd şəkildə pul almağı barədə yazılı qəbz vermiş, həmin qəbzi özü imzalamış və qəbzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin möhürü ilə təsdiq etmişdir. Bundan başqa onun özü 2-ci qəbz də yazaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 ümumilikdə aldığı 6700 manatı 01 fevral 2024-cü il tarixədək tam qaytaracağına söz vermiş, United MMC-nin direktoru olaraq Zərərçəkmiş şəxs2 4000 (dörd min Azn) təhvil aldığını qeyd etmişdir. İfadəsinin sonunda bildirmişdir ki, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tamali ödəmişdir, onlarla barışmışdır, hazırda zərərçəkmiş şəxslərin ondan şikayət və tələbləri yoxdur. Lakin vurulmuş zərərin 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Buna görə də barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin dekabr ayında tanışlarının vasitəsilə tanış olmuşdur. Təqsirləndirilən şəxs Poşla Respublikasına və digər xarici ölkələrə işləməyə getmək üçün işçi vizasını düzəldə bildiyini öyrəndikdən sonra Nurlana məxsus 051 *** ** ** mobil telefon nömrəsini tanışlarından birindən almış, bundan sonra özünün istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək onunla əlaqə saxlamış və danışıq zamanı Təqsirləndirilən şəxs ona özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim etmişdir. Bundan sonra Nurlandan Polşa Respublikasına işləmək üçün getməkdən ötrü ona işçi vizasını düzəldib düzəldə bilməyəcəyini soruşub ondan işçi vizası düzəltməsini xahiş etdikdə Nurlan ona rəhbəri olduğu "xxxx" MMC-nin məhz xarici ölkələrə işlə bağlı işçi vizalarını düzəltdiyini və özünün də bu işlə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs işçi vizasının düzəldilməsi ilə bağlı hansı sənədlərin tələb olunduğunu soruşanda Nurlan ona xarici, yəni ümummilli vətəndaş pasportunun lazım olduğunu bildirib demişdir ki, bu işin həll edilməsi ilə bağlı 3000 manat ödənilməlidir. Bu barədə o, atası Şahid danışdıqda atası razılıq vermiş və demişdir ki, ona bağışladığı 3000 manat pulu istədiyi yerə xərcələyə bilər. O, da bu işin həlli ilə bağlı 15 dekabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərinə getmişdir. Həmin günü saat 10:00 radələrində Təqsirləndirilən şəxs ona dediyi "xxxx" MMC-nin ofisinin yerləşdiyi “Caspıan Plaza" şirkətinin 13-cü mərtəbəsinə getmiş və ofisdə Təqsirləndirilən şəxsla görüşmüşdür. Təqsirləndirilən şəxs pasportunun surətini və 3000 manat pulu vermişdir. Təqsirləndirilən şəxs ona bir neçə sənədə imza etdirmişdir. Bir neçə aydan sonra ona Polşa Səfirliyindən zəng gəlmiş və onu 20 aprel 2023-cü il tarixdə Bakı şəhərində yerləşən Polşa Respublikasının səfirliyinə dəvət etdikləri üçün o, da qeyd etdiyi tarixdə səfirliyə getmiş, səfirliyin nümayəndələrindən bir nəfər Polşa Respublikasından ona işçi vizasından imtina cavabı gəldiyini bildirib ona məlumat sənədlərini vermişlər. O, sonra əsəbləşdiyi üçün həmin sənədləri cırıb atmışdır. Bundan sonra Təqsirləndirilən şəxsla danışıb işçi vizasının verilmədiyini deyib ondan verdyi 3000 manat pulunu tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onun 3000 manat pulunu qaytarmamışdır. Atası Şahid Nurlanın onu aldatdığını danışdıqdan sonra atar*i Nurlandan şikayət etmişdir. Nurlana verdiyi 3000 manat pul ona məxsusdur və ona 3000 manat maddi ziyan vurulmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tamamilə ödənilmişdir və onunla barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün fəhlə kimi günə muzd və ya ayrı-ayrı fiziki şəxslər, həmçinin şirkətlər tərəfindən təklif olunan işləri razılaşma əsasında yerinə yetirmişdir. Belə işlərin görülməsi ilə bağlı təxminən 2019-cu ildə "xxxx" MMC tərəfindən "Bravo" mağazalarnda aparılan təmir-tikinti işlərinə cəlb olunmuş və həmin vaxtı onunla fəhləlik edən Zahir adlı şəxslə tanış olmuşdur. Zahirlə mehriban münasibətləri yaranmış və bu gün də onunla münasibətləri davam edir. Zahir təxminən 2022-ci ildə işləmək üçün əvvəlcə Polşaya, oradan isə Almaniyaya getmişdir. Zahirlə telefonla danışarkən hansı yolla və necə xarici ölkəyə işləmək üçün getdiyi ilə maraqlandıqda, Zahir Təqsirləndirilən şəxs adlı şəxsin mobil telefon nömrələrini ona vermiş, həmçinin Nurlanın şirkəti olduğunu, şirkətinin "xxxx" da yerləşdiyini, Nurlanın köməkliyi ilə işinin düzəldiyini bildirmişdir. Bundan sonra 2023-cü ilin yanvar ayının əvvəllərində saat təxminən 10:00 radələrində o, iş yoldaşı Teymurla birgə Nurlanla telefonla əlaqə saxlamış və Nurlandan onlara xaricdə işləmək üçün iş vizası almaq imkanının olub-olmamasını soruşmuşlar. Nurlan isə öz növbəsində onlara onun işinin məhz xaricə iş vizası düzəltmək olduğunu bildirmişdir.Nurlandan bu iş üçün hansı sənədlərin lazım olduğunu soruşduqda, Nurlan yalnız xarici, yəni ümumvətəndaş pasportu və hər birinə 2500 manat olmaqla, cəmi 5.000 manat pul gətirməli olduqlarını bildirmişdir. 18 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs işlədiyi "xxxx" MMC-nin yerləşdiyi "xxxx"nm 13-cü mərtəbəsindəki ofisində görüşüb ona pasportlarını, yəni özünün və Teymurun pasportunu, həmçinin cəmi 4.000 manat pulu nağd şəkildə vermişlər. Qalan 1.000 manatı isə sənədləri hazırladıqdan sonra verəcəkləri barədə Nurlanla razılaşmışlar.Elə oradaca Təqsirləndirilən şəxs onlardan 4.000 manat nağd şəkildə pul alması barədə onlara yazılı qəbz vermişdir.Həmin qəbzi təqdim etmişdir. Orada Nurlanın yanında şirkətin adını bilmədikləri təxminən 23-25 yaşlarında digər oğlan əməkdaşı da olmuşdur. Nurlan pulu və sənədləri aldıqdan sonra onlara bildirmişdir ki, dörd, uzağı altı ay ərzində sənədləri hazırlayıb onları Polşaya işləməyə göndərəcəkdir. Razılaşdıqları vaxtda Nurlan sənədləri hazırlaya bilmədiyi üçün Nurlandan bunun səbəbini soruşduqda Nurlan hələlik iş üçün dəvət gəlmədiyini və ya dəvətin gecikdiyini deməklə müxtəlif bəhanələr gətirmişdir. Nəhayət Nurlanın onların etibarından istifadə edib aldatdığını başa düşüb Nurlandan verdikləri 4000 manat pulu Teymurla birgə qaytarmasını tələb etdikdə Nurlan onlara pulu qaytaracağına söz versə də sonradan onların telefon zənglərinə cavab verməmiş, bəzən də pulu qaytaracağı barədə məlumat göndərmişdir.Sonuncu dəfə Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü ildə yazılı qəbz verərək aldığı 4000 manat pulu 01 fevral 2024-cü ildə tam olaraq qaytaracağına söz versə də bundan sonra özünün deməsinə görə pul tapmaq üçün doğulduğu Astara rayonuna getmiş və bu günədək aldığı puldan bir manat da olsa qaytarmamışdır. Pulun 2000 manatı ona, 2000 manatı isə Teymura məxsusdur. Təqsirləndirilən şəxs ona qarşı etdiyi dələduzluq nəticəsində ümumilikdə ona 2000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində aparılan cinayət işi üzrə tutulduqdan sonra Təqsirləndirilən şəxs ona vurmuş olduğu 2000 manat maddi ziyanın 1000 manat hissəsini qaytarsa da daha sonra qalıq qalan 1000 manat pulunu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tamamilə ödənilmişdir və onunla barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə saat 12-00 radələrində Bakı şəhəri,Yasamal rayonu, Cəfər Cabbarlı küçəsçi 44 ünvanda yerləşən "xxxx"nm 13-cü mərtəbəsindəki ofisində "X3" MMC-nin nümayəndəsi kimi özünü ona təqdim edən Təqsirləndirilən şəxs Polşa Respublikasına iş vizası düzəltmək adı ilə 2.800 manat nağd şəkildə pul vermişdir. Nurlan pulu və sənədləri ondan aldıqdan sonra ona bildirmişdir ki,qısa müddət ərzində sənədləri hazırlayıb onu Polşaya işləməyə göndərəcək.Razılaşdıqalrı vaxtda Nurlan sənədləri hazırlaya bilmədiyi üçün Nurlandan bunun səbəbini soruşduqda Nurlan ona hələlik iş üçün dəvət gəlmədiyini və ya dəvətin gecikdiyini deməklə müxtəlif bəhanələr gətirmişdir. Nəhayət Nurlanm onun etibarından istifadə edib aldatdığını başa düşmüş və Nurlandan ona verdiyi pulu qaytarmasını tələb etdikdə Nurlan pulu qaytaracağına söz versə də sonradan Nurlan onun telefon zənglərinə cavab verməmişdir. Bir müddət sonra Nurlan ona 580 manat,daha sonra isə 2100 manat pul qaytarmışdır. Qalan 120 manatı isə qaytarmamışdır. 2800 manat pul onun özünə məxsus olmuşdur. Pulu Nurlana onu Polşaya göndərməsi üçün vermişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tamamilə ödənilmişdir və onunla barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Ailəsini dolandırmaq üçün fəhlə kimi günə muzd və ya ayn-ayn fiziki şəxslər, həmçinin şirkətlər tərəfindən təklif olunan işləri razılaşma əsasında yerinə yetirmişdir.Belə işlərin görülməsi ilə bağlı təxminən 2019-cu ildə "xxxx" MMC tərəfindən "Bravo" mağazalarnda aparılan təmir-tikinti işlərinə cəlb olunmuş və həmin vaxtı onunla fəhləlik edən Zahir ah şəxslə tanış olmuşdur. Zahirlə mehriban münasibətləri yaranmış və bu gün də onunla münasibətləri davam edir. Zahir təxminən 2022-ci ildə işləmək üçün əvvəlcə Polşaya, oradan isə Almaniyaya getmişdir. Zahirlə telefonla danışarkən hansı yolla və necə xarici ölkəyə işləmək üçün getdiyi ilə maraqlandıqda, Zahir Təqsirləndirilən şəxs adlı şəxsin mobil telefon nömrələrini ona vermiş, həmçinin Nurlanm şirkəti olduğunu, şirkətinin "xxxx" da yerləşdiyini, Nurlanın köməkliyi ilə işinin düzəldiyini bildirmişdir. Bundan sonra 2023-cü ilin yanvar ayının əvvəllərində saat təxminən 10:00 radələrində o, iş yoldaşı Rahillə birgə Nurlanla telefonla əlaqə saxlamış və Nurlandan onlara xaricdə işləmək üçün iş vizası almaq imkanının olub-olmamasını soruşmuşlar. Nurlan isə öz növbəsində onlara onun işinin məhz xaricə iş vizası düzəltmək olduğunu bildirmişdir.Nurlandan bu iş üçün hansı sənədlərin lazım olduğunu soruşduqda, Nurlan yalnız xarici, yəni ümumvətəndaş pasportu və hər birinə 2500 manat olmaqla, cəmi 5.000 manat pul gətirməli olduqlarını bildirmişdir. 18 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs işlədiyi "xxxx" MMC-nin yerləşdiyi "xxxx"nm 13-cü mərtəbəsindəki ofisində görüşüb ona pasportlarını, yəni özünün və Nurlanm pasportunu, həmçinin cəmi 4.000 manat pulu nağd şəkildə vermişlər. Qalan 1.000 manatı isə sənədləri hazırladıqdan sonra verəcəkləri barədə Nurlanla razılaşmışlar.Elə oradaca Təqsirləndirilən şəxs onlardan 4.000 manat nağd şəkildə pul alması barədə onlara yazılı qəbz vermişdir.Həmin qəbzi təqdim etmişdir. Orada Nurlanm yanında şirkətin adın1 bilmədikləri təxminən 23-25 yaşlarında digər oğlan əməkdaşı da olmuşdur. Nurlan pulu və sənədləri aldıqdan sonra onlara bildirmişdir ki, dörd, uzağı altı ay ərzində sənədləri hazırlayıb onları Polşaya işləməyə göndərəcəkdir. Razılaşdıqları vaxtda Nurlan sənədləri hazırlaya bilmədiyi üçün Nurlandan bunun səbəbini soruşduqda Nurlan hələlik iş üçün dəvət gəlmədiyini və ya dəvətin gecikdiyini deməklə müxtəlif bəhanələr gətirmişdir. Nəhayət Nurlanm onların etibarından istifadə edib aldatdığını başa düşüb Nurlandan verdikləri 4000 manat pulu Teymurla birgə qaytarmasını tələb etdikdə Nurlan onlara pulu qaytaracağına söz versə də sonradan onların telefon zənglərinə cavab verməmiş, bəzən də pulu qaytaracağı barədə məlumat göndərmişdir.Sonuncu dəfə Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü ildə yazılı qəbz verərək aldığı 4000 manat pulu 01 fevral 2024-cü ildə tam olaraq qaytaracağına söz versə də bundan sonra özünün deməsinə görə pul tapmaq üçün doğulduğu Astara rayonuna getmiş və bu günədək aldığı puldan bir manat da olsa qaytarmamışdır. Pulun 2000 manatı Rahilə, 2000 manatı isə onun özünə məxsusdur. Təqsirləndirilən şəxs ona qarşı etdiyi dələduzluq nəticəsində ümumilikdə ona 2000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində aparılan cinayət işi üzrə tutulduqdan sonra Təqsirləndirilən şəxs ona vurmuş olduğu 2000 manat maddi ziyanın 1000 manat hissəsini qaytarsa da daha sonra qalıq qalan 1000 manat pulunu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tamamilə ödənilmişdir və onunla barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Fəhlə kimi günəmuzd və ya ayrı- ayrı fiziki şəxslər, həmçinin şirkətlər tərəfndən təklif olunan işləri razılaşma əsasında yerinə yetirməklə ailəsinin dolanışığını təmin edir. Belə işlərin görülməsi ilə bağlı təxminən 2019-cu ildə "xxxx" MMC tərəfindən "Bravo" mağazalarnda aparılan təmir-tikinti işlərinə cəlb olunmuş və həmin vaxt fəhləlik edən Zahir adlı şəxslə tanışlığı yaranmış və onunla dostluğu bu gün də davam edir.Zahir təxminən 2022-ci ildə işləmək üçün əvvəlcə Polşaya, oradan isə Almaniyaya getmişdir. Zahirlə telefonla danışarkən hansı yolla və necə xarici ölkəyə işləmək üçün getdiyi ilə maraqlandıqda, Zahir Təqsirləndirilən şəxs adlı şəxsin mobil telefon nömrəsini ona vermiş, həmçinin Nurlanın şirkəti olduğunu, şirkətinin "xxxx" da yerləşdiyini, onun köməkliyi ilə işinin düzəldiyini bildirmişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayının əvvəllərində Nurlanla telefonla əlaqə saxlamış və Nurlandan xaricdə işləmək üçün iş vizası almaq istədiyimi, bu işdə ona köməklik etməyə imkanının olub-olmamasını soruşduqda Nurlan ona düz ünvana müraciət etdiyimi və onun işinin məhz xaricə iş vizası düzəltmək olduğunu bildirmişdir. Nurlandan bunun üçün hansı sənədlərin lazım olduğunu soruşduqda, o, yalnız yəni ümumvətəndaş pasportu və 2500 manat pul gətirməli olduğunu ona bildirmişdir.O, ilk dəfə xx.xx.2022-ci il tarixdə saat 11:31-də ünvan 6 ünvanda yerləşən «Bravo» marketin içərisində quraşdırılmış “E-manat” ödəmə terminalından Təqsirləndirilən şəxs istifadəsində ola*; “Kapital” banka aid 4169 7388 0418 2746 JNQ-İİ “Umico” bank kartına 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə saat 10:03-də ünvan 7 ünvanda yerləşən «Grandmaı*d» marketin içərisində quraşdırılmış “E manat” ödəmə terminalından Təqsirləndirilən şəxs istifadəsində olan “Kapital” banka aid 4169 7388 0418 2746 JSTg-li “Umico” bank kartına 1500 (min beş yüz) manat göndərmişdir.Lakin Nurlan ona iş vizası düzəltməmişdir və yaxın vaxtlarda viza düzəldəcəyinə yalan vəd vermişdir.xx.xx.2023-cü il tarixdə Nurlan ona zəng vurub iş vizası dülətməsi üçün təcili olaraq sığortalanmağı üçün 200 manat pul verməli olduğunu demişdir. O, da elə həmin gün,yəni xx.xx.2023-cü il tarixdə saat 10:49-da ünvan 8 ünvanda yerləşən 41 saylı mənzildə olarkən istifadəsində olan "xxxx" markalı, üzərində ********** Azercell MMC-yə aid nömrə olan mobil telefonunda quraşdırılmış “Bir bank” mobil bank tətbiqi vasitəsi ilə "xxxx" ASC-yə aid 416973******7114 bank hesabından Təqsirləndirilən şəxs istifadəsində olan “Kapital” banka aid 4169 7388 0418 2746 NQ-1İ “Umico" bank kartına 200 (iki yüz) manat göndərmişdir.Təqsirləndirilən şəxs onu Polşaya işləməyə göndərəcəyinə söz versə də heç bir iş görməmiş, müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan da yayınmışdır. O, sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs onun kimi bir neçə şəxsi də adadıb pullarını ələ keçirmiş və qaytarmaqdan yayınmışdır. Təqsirləndirilən şəxs ona qarşı etdiyi dələduzluq nəticəsində ümumilikdə ona 2700 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində aparılan cinayət işi üzrə tutulduqdan sonra Təqsirləndirilən şəxs ona vurmuş olduğu 2700 manat maddi ziyanın 1000 manat hissəsini qaytarsa da daha sonra qalıq qalan 1700 manat pulunu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tamamilə ödənilmişdir və onunla barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin ibatidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 onun oğludur. Şəxsiyyəti barədə sonradan onda məlumat olan Təqsirləndirilən şəxs isə onun oğlu Zərərçəkmiş şəxs1 tanışıdır. 2022-ci ilin dekabr ayının əvvəllərdinə oğlu Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ona Polşa Respublikasında işləmək üçün işçi vizasının düzəldilməsində köməklik edəcək və buna görə 3000 manat pulu aparıb Bakı şəhərində Təqsirləndirilən şəxs verəcək. Oğlu Zərərçəkmiş şəxs1 onun ona bağışladığı 3000 manat pulu var idi və o, həmin pulu dövlət tərəfindən ona müharibə veteranlığma görə verilən təqaüdünün hesabına yığmışdır. Oğlu Pərvinin deməsindən sonra Pərvinə bildirmişdir ki, 3000 manat pul onun özünə aiddir və istədiyi kimi xərcləyə bilər və onun həmin pula artıq heç bir aidiyyəti yox idi. Pərvin də dediyi kimi etmişdir. Oğlu Pərvinin deməsinə görə o, 15 dekabr 2022-ci il tarixdə Bakı şəhərinə gedərək Təqsirləndirilən şəxsla onun işlədəyi “Caspıan Plaza” şirkətinin binasında yerləşən "xxxx" MMC-nin ofisində görüşmüş və Polşa Respublikasında işləmək üçün işçi vizasının düzəldilməsinə görə Təqsirləndirilən şəxs 3000 manat pul vermşdir. Bir müddət sonra onun oğlu Pərvini Bakı şəhərində yerləşən Polşa Respublikasının səfirliyinə dəvət edib Pərvinə bildirmişlər ki, onun işçi vizası ilə bağlı Polşa Respublikasından imtina cavabı gəlib. Oğlu Zərərçəkmiş şəxs1 də ona Polşa Respublikasının səfirliyindən verilmiş imtina cavabı ilə bağlı sənədləri cırıb atmışdır. Pərvin Nurlana telefon zəngi edib pulu tələb etməsinə baxmayaraq Nurlan müxtəlif bəhanələr gətirib oğlu Pərvini aldatmış və pulunu qaytarmamışdır. Odur ki, hazırkı cinayət işi üzrə oğlu Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmalıdır və 3000 manat pul onun oğlu Zərərçəkmiş şəxs1 məxsusdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Götürmə və baxış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 20 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nir təhqiqatçısı, polis mayoru X2 tərəfindən Zərərçəkmiş şəxs3 üzərində “X3” yazılmış 01 vərəqəni, Whatsapp təminatı proqramı vasitəsi ilə icra edilmiş ismarıc olan 01 vərəqə, "xxxx" ASC-yə aid “Bir bank” mobil bank tətbiqi vasitəsi ilə aparılmış bank əməliyyatının aparılmasını təsdiq edən 01 vərəqə və polyak dilində icra edilmiş 04 vərəqə götürülərək iş materiallarına əlavə edilmiş və baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 vermiş olduğu, polyak dilində icra edilmiş 04 vərəqədə işçi vizası ilə bağlı məlumatların qeyd edildiyi, 06 noyabr 2023-cü il tarixdə saat 18:23-də Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 416973******2746 bank hesab nömrəsindən “Bir bank” mobil bank tətbiqi ilə Elvin Məmmədova məxsus 409858******8034 bank hesab nömrəsinə Təqsirləndirilən şəxs Elvin Məmmədovdan almış olduğu 2800 manat pul vəsaitinin 400 manat hissəsini qaytardığı müəyyən edilmişdir. (Cild 1, İ/V. 110-117) “Götürmə və baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 25 yanvar 2024-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs təqdim etdiyi bank əməliyyatlarının aparılmasını təsdiq edən 04 vərəqədən ibarət ödəniş qəbzlərinin kserosurəti ondan götürülərək baxış aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan "xxxx" ASC-yə aid 416973******2746 bank hesabından “Bir bank” mobil bank tətbiqi vasitəsi ilə 06 noyabr 2023-cü il tarixdə saat 18:23-də “X4” ASC-yə aid 409858******8034 nömrəli “Leo” bank kart hesabına 400 manat, "xxxx" ASC-yə aid 416973******2746 bank hesabından “Bir bank” mobil bank tətbiqi vasitəsi 09 dekabr 2023-cü il tarixdə saat 18:51-də "xxxx" ASC-yə aid 416973******8370 bank kart hesabına 180 manat, "xxxx" ASC-yə aid 416973******2746 bank hesabından “Bir bank” mobil bank tətbiqi vasitəsi 17 yanvar 2024-cü il tarixdə saat 11:31-də "xxxx" ASC-yə aid 416973******8370 bank kart hesabına 400 manat və 24 yanvar 2024-cü il tarixdə saat 18:54:42-də ünvan 9 ünvanda yerləşən “Bolmart” marektdə quraşdırılmış “MilliÖn” elektron Ödəmə terminal1 vasitəsi ilə "xxxx" ASC-yə aid 416973******8370 bank kart hesabına 400 manat pul vəsaiti ödənilmiş və bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 almış olduğu 2800 manat pul vəsaitinin 2680 manat hissəsini qaytarmışdır. (Cild 1, İ/V. 136-140) “Götürmə və baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 6 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs5 təqdim etdiyi bank əməliyyatlarının aparılmasını təsdiq edən 01 vərəqədən ibarət ödəniş qəbzlərinin kserosurəti tərəfimdən götürülərək baxış aparılmış və baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs5 tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə aid 416973******2746 nömrəli bank kart hesabına xx.xx.2022-ci il tarixdə saat 11:31 -də ünvan 10 ünvanında yerləşən “Bravo” marketdə quraşdırılmış “eManat” elektron terminalından 1000 manat, xx.xx.2022-ci il tarixdə saat 10:03-də ünvan 11 ünvanında yerləşən “Grandmart” marketdə quraşdırılmış “eManat” elektron terminalından 1500 manat, "xxxx" ASC-yə aid 416973******7114 bank hesabından “Bir bank” mobil bank tətbiqi vasitəsi ilə 29 avqust 2023-cü il tarixdə saat 10:49-da "xxxx" ASC-yə aid 416973******2746 nömrəli bank kart hesabına 200 manat pul vəsaiti köçürülüb. (Cild 1, İ/V. 159-160) “Cinayət işinin başlanması və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 Nayram oğlunun müraciətləri əsasında Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi Orxan Süleymanlı tərəfindən toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır. (Cild 1, İ/V. 96-99) “Şübhəli şəxs barəsində axtarış elan edilməsi, tutulması və cinayət işinin icraatının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs axtarış elan edilmiş və ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (Cild 1, İ/V. 228) “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:30-da könüllü olaraq Yasamal RPİ-nin 27-ci PŞ-nə gəlmişdir. (Cild 1, İ/V. 233) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə protokollarından” görünür ki, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 ifadələrində qeyd etdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə deməklə təsdiq etmişdirlər. (Cild 2, İ/V. 1-6) “Təqsiləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə üzrə ittiham elan edilmişdir. (Cild 1, İ/V. 7-9) Bakı şəhəri Yasamal rayon məhkəməsinin 4(004)-529/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəm iclas zalında azad edilmişdir. (Cild 2, İ/V. 32-38) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Cild 2, İ/V. 39-43) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubilkası CM-nin 178.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 73-1.1 -ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. (Cild 2, İ/V. 45-46. 69-72. 160-176) “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, tutulması və cinayət işinin icraatının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs axtarış elan edilmiş və ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (Cild 2, İ/V. 56-58) “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:30-da Səbail rayonu, Əziz Əliyev küçəsində saxlanılaraq Yasamal RPİ-nin 27-ci PŞ-nə gəlmişdir. (Cild 2, İ/V. 76) “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmaqla Bakı şəhəri Yasamal RPİnin MSY-dən azad edilmişdir. (Cild 2, İ/V. 89-91) “Cinayət işinin başlanması və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid müraciəti əsasında Yasamal RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (Cild 1, İ/V. 01-02) “Götürmə və baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş çıxarışlar və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Nizamnaməsi olan cəmi 11 vərəqəni ondan götürülmüş və baxış aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş çıxarışlardan və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Nizamnaməsindən göründüyü kimi Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçilərindən biridir. (Cild 1, İ/V. 55) “Təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə üzrə ittiham elan edilmişdir. (Cild 1, İ/V. 73-74) “Cinayət işlərinin birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin istintaq şöbəsinin baş müstəntiq X1 icraatında olan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. (Cild 1, İ/V. 89-92) “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “başqa yerə germəmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır. 20 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən Zərərçəkmiş şəxs3 götürülmüş üzərində “X3” yazılmış 01 vərəqə, Whatsapp təminatı proqramı vasitəsi ilə icra edilmiş ismarıc olan 01 vərəqə, "xxxx" ASC-yə aid “Bir bank” mobil bank tətbiqi vasitəsi ilə aparılmış bank əməliyyatının aparılmasını təsdiq edən 01 vərəqə və polyak dilində icra edilmiş 04 vərəqə cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. 25 yanvar 2024-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs götürülmüş bank əməliyyatlarının aparılmasını təsdiq edən 04 vərəqədən ibarət ödəniş qəbzlərinin kserosurəti cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. 29 dekabr 2024-cü il tarixdə cinayət işi üzrə tərəfimdən Təqsirləndirilən şəxs götürülmüş 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş çıxarışlar və “United" Məhdud Məsuliyyətli Cəmiyyətin Nizamnaməsi cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. 06 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs5 götürülmüş bank əməliyyatlarının aparılmasını təsdiq edən ödəniş qəbzlərinin kserosurəti olan 01 vərəqə cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. 07 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs5 götürülmüş polyak dilində icra edilmiş 12 ədəd vərəqə cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işi üzrə ilkin araşdırma materialları, zərərçəkmiş şəxslərin və şahid ifadələri, üzləşdirmə protokolları, götürmə və baxış aparılması haqqında olan protokollar cinayət işi üzrə toplanmış digər sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun olduğundan sübut növü kimi qəbul edilmişdir. (Cild 2, İ/V. 160-177) Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 tərəfindən məhkəmə iclasında verilmiş müxtəlif tarixli yazılı ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş zərər tamamilə ödənilmiş, onlar arasında barışıq baş tutmuşdur. Hazırda onların heç birinin Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini məhkəmə etiraf etməsi halını, əməlindən peşman olmasını bildirməsini, eləcə də zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini, onlarla barışıq əldə olunmasını və zərərçəkmiş şəxslərin onun barəsində hər hansı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək tutulduğu iki gün müddət ümumilikdə 04 (dörd) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri üzrə azadlığın məhdudlaşdırılması növündə əsas cəza təyin edilməsi ilə yanaşı, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə o, dövlət və yerli özünü idarəetmə orqanlarında, o cümlədən özəl sahədə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Astara rayonunun Ojakəran kəndində olan yaşayış ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxsnın haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxsnın üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxsnın cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Nümayəndənın vəkil işlədiyi “32 saylı” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxsnın müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 aprel 2025-ci il tarixli, 1(004)-276/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 8 aprel 2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “32 saylı” Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Nümayəndənın vəkil işlədiyi “32 saylı” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında, o cümlədən özəl sahədə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu iki gün müddət ümumilikdə 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında, o cümlədən özəl sahədə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Astara rayonunun Ojakəran kəndində olan yaşayış ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxsnın üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Nümayəndə vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-276/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-276/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver