Məhkəmə qərarları › İş №1(004)-277/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-277/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-277/2020 06.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – X1 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1947-ci ildə Masallı rayonunun Mahmudavar kəndində doğulmuş, Türkmənistan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, üzərində məhkumluğu olmayan, Masallı rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xx xxxxxx 2020-ci il tarixdə saat 13:00-da yaşadığı Bakı şəhəri Yasamal rayonu, N.Hikmət küçəsi 26/76 saylı evin, 16-cı mənzilinin mətbəxində plastik materialdan olan qaba doldurduğu su ehtiyatının qeyri rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs tərəfindən qab yuyulan yerə boşaldılması səbəbindən aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı sağ əli ilə bir dəfə sonuncunun sifət nahiyyəsindən vuraraq burun sümüklərinin yerdəyişmiş sınığı kimi zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Beləliklə istintaq orqanı tərəfindən X3 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə, cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, X1 əməlində cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X6 qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edib özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 1990-cı il tarixdə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuş, birgə nikahlarından üç qız övladları doğulmuşdur. Artıq bir neçə ildir ki, arvadı Zəri ilə aralarında mübahisələr olmuş, lakin o, Zəriyə xəsarət yetirməmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 13:00 radələrində o, evin mətbəxində özünə yemək bişirmişdir. Həmin vaxt arvadı Zəri mətbəxə gəlib onun su ilə doldurduğu ləyəni boşaldıb içərisinə tərəvəz yığmışdır. O, Zəriyə öz iradını bildirdikdə Zəri onun bu sözlərinə məhəl qoymamış və buna görə aralarında mübahisə yaranmışdır. O, əsəbləşib sağ əlinin üst nahiyyəsi ilə bir dəfə onun sifət nahiyyəsindən zərbə endirmiş və Zəri yerə yıxılmışdır. Bundan sonra evin digər otağında olan qızı Fəridə gəlib Zəriyə köməklik etmiş və onu ayağa qaldırmışdır. Daha sonra isə X16 Stansiyası həkimləri gəlib Zəriyə tibbi yardım göstərib onu xəstəxanaya aparmışlar. Bundan sonra ona məlum olmuşdur ki, Zəri onun barəsində polisə ərizə ilə müraciət edib. O, əlavə olaraq göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində yaşadığı evin mətbəxində baş vermiş hadisə təxminən 1 dəqiqə davam etmiş, həmin vaxt yalnız bir dəfə Zərinin sifət nahiyəsindən sağ əlinin arxası ilə vuraraq ona xəsarət yetirmiş, başqa heç bir xəsarət yetirməmişdir. Hadisə zamanı o, özü xəsarət almamış, hadisənin baş verməsinə səbəb arvadı Zərinin onun su ilə doldurduğu ləyənin suyunu boşaldaraq içərisinə tərəvəz yığması olmuşdur. Qızı Fəridə hadisəni görməmiş, Fəridə evin başqa otağında olmuşdur. X6 hazırda əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş zərəri tam olaraq ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı hazırda heç bir şikayətinin və tələbinin olmamasını bildirərək barəsində olan cinayət işi üzrə başlanılmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs X6 məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığını bildirib cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. X6 ilə 1990-cı il tarixdə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuş, birgə nikahlarından üç qız övladları dünyaya gəlmişdir. Artıq bir neçə ildir Firdovsi əsaslı səbəb olmadan hər xırda məişət problemlərinə görə evdə söz-söhbət yaratmış və onunla mübahisə etmişdir. Lakin aralarında yalnız sözlə mübahisələr olmuş, Firdovsi əvvəllər də onu döyərək xəsarət yetirməmişdir. Lakin əvvəlki faktlar üzrə heç bir orqana şikayət etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 13:00 radələrində istirahət günü olduğundan bazarlıq edib yaşadığı evə gəlmişdir. Bundan sonra o, mətbəxə keçib aldığı tərəvəzləri yığmaq üçün Firdovsinin su ilə doldurduğu ləyəni boşaltmışdır. Həmin vaxt Firdovsi özü də mətbəxdə olmuş, o, özünə yemək bişirmişdir. O, tərəvəzləri ləyənə yığmaq istəyərkən Firdovsi buna əsəbləşib onun su ilə dolduğu ləyənin suyunu boşaltdığı üçün bir dəfə sifətindən sağ əlinin arxası ilə zərbə endirmişdir. Firdovsinin onun vurması nəticəsində o, yerə yıxılmışdır. Bundan sonra yaşadıqları evin digər otağında olan qızı Fəridə mətbəxə gəlib onu ayağa qaldırmış, o, özünü pis hiss etdiyindən X16 stansiyasına zəng edib həkim çağırmışdır. Qısa müddət ərzində X9 həkimləri gəlib ona ilkin tibbi yardım göstərmiş, onu təcili tibbi stansiyası avtomobilinə mindirib xəstəxanaya aparmışlar. Ona xəstəxanada tibbi yardım göstərildikdən sonra evə buraxılmış, o da DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinə gedib hadisə barədə ərizə ilə müraciət etmişdir. O, əlavə olaraq göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində baş vermiş hadisə 3-5 dəqiqə davam etmiş, hadisə zamanı qeyri-rəsmi nikahda olduğu Firdovsi Mamedov bir dəfə sifət nahiyyəsindən sağ əlinin arxası ilə vuraraq xəsarət yetirmiş, Firdovsi ona başqa xəsarət yetirməmişdir. Hadisənin şahidi olmamış və qızı Fəridə evin digər otağında olduğundan Firdovsinin onu vurmasını görməmiş, Fəridə səs-küyə gəlib onun mətbəxə yerə yıxılmış vəziyyətdə olduğunu və burnundan qan axdığını görmüşdür. Hadisənin baş verməsinə səbəb onun Firdovsi Mamedovun su ilə doldurduğu ləyənin suyunu boşaldıb içərisinə tərəvəz yığması olmuşdur. Hadisə zamanı Firdovsi Mamedova heç bir xəsarət yetirməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs X6 ilə barışdığını, ona vurulmuş zərərin tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmadığını, ona görə də sonuncu barəsində olan cinayət işi üzrə başlanılmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Anası Zərərçəkmiş şəxs ilə atası X6 1990-ci il tarixdə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşlar. Artıq bir neçə ildir ki, atası Firdovsi əsaslı səbəb olmadan hər xırda məişət problemlərinə görə evdə söz-söhbət yaradır və onlarla mübahisə edir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 13:00 radələrində o, evdə olarkən mətbəxdən anasının qışqırıq səsini eşidib dərhal mətbəxə keçmişdir. Həmin vaxt anasının yerdə olduğunu və sifət nahiyəsindən qan axdığını görmüşdür. Bundan sonra o, dərhal X16 stansiyasının 103 xidmətinə zəng etmiş və həkim göndərmələrini xahiş etmişdir. Bir neçə dəqiqədən sonra həkimlər gəlib anasına ilkin tibbi yardım göstərərək onu xəstəxanaya aparmışlar. Orada anasına tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Daha sonra anası Zəri hadisə barədə polisə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə 3-5 dəqiqə çəkmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və X10 rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 697 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-burun sümüklərinin yerdəyişmiş sınığı küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə xx.xx.2020-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. (iş vər.: 17-20) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, X1 hal-hazırda üzərində məhkumluğu yoxdur. (iş vər.: 53-54) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və fotoşəkildən müəyyən edilir ki, hadisə yeri ünvan 3 ünvanındakı 5 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 16 saylı mənzildir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində qeyri rəsmi ər-arvad münasibətlərində yaşadığı X6 həmin mənzilin mətbəxində sağ əli ilə sifət nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. (iş vər.: 11-12) Beləliklə, X1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurması cinayətini törətməsi şəxslərin özlərinin ifadələri ilə, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, X1əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, X1 zərər çəkmiş şəxslə barışmasını və ona vurulmuş zərəri tam olaraq ödəməsini nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. AzərbaycanRespublikasıCM-nin 73.2-ci maddəsinə əsasən Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə X6 cinayət məsuliyyətindən azad edilməli və onunbarəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bundan başqa X6 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X7 və X8 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X7 məhkəməyədək icraat zamanı iştirak etdiyi 10 (on) saata görə 60 (altımış) manat və X8 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. X3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X7 məhkəməyədək icraat zamanı iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat və X8 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun Kapital Bank 1 saylı Yasamal filialı, Bankın kodu 200037, VÖEN ********** Müxbir hesabı AZ37NABZ********************, SWİFT BİK AİİBAZ 2 X, hesablaşma hesabı AZ32AİİB******************** (VÖEN **********) hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəriYasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar