Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-277/2022 08.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X17 qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü ildə Naxçıvan MR-nin, Şərur rayonu Alışar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsili, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs bacısı Şahid5 Qax rayonu Tasmalı kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin etdirmək üçün sonuncunun Şahid6 Rövşən oğluna verdiyi sənədlərlə tanış olduqdan sonra Zərərçəkmiş şəxs məxsus əmlakı dələduzluq yolu ilə ələ keçirmək imkanının olmasını dərk edərək bu niyyətini reallaşdırmaq üçün həmin şəxsləri axtarmağa başlamış, bu məqsədlə Şahid5 və sonuncunun həmkəndlisi Şahid1 telefon nömrələrini əldə edib onlara zəng edərək həmin şəxslər vasitəsi ilə Zərərçəkmiş şəxsla əlaqə yaratmaqla sonuncuya işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs bacısı Şahid5 Qax rayonu Tasmalı kənd tam orta məktəbində direktor vəzifəsinə təyin edilməsi məsələsində köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində sonuncuya məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs Şahid1 vasitəsi ilə göndərdiyi 10.000 (on min) manat pulu xx.xx.2020-ci il tarixdə, Şahid3 vasitəsi ilə göndərdiyi 3000 (üç min) manat pulu 22 fevral 2020-ci il tarixdə və Şahid2 vasitəsi ilə göndərdiyi 2000 (iki min) manat pulu 05 may 2020-ci il tarixdə ünvan 2 ünvanda yerləşən «Qismət» şadlıq sarayının qarşısında alıb Zərərçəkmiş şəxs məxsus ümumilikdə 15.000 (on beş min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmü ilə 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hal hazırda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkum edilməmişdən əvvəl evdə olduğu zaman onun mobil telefonuna tanımadığı bir nömrədən zəng gəlmiş, telefonu qaldırdıqda isə əvvəllər tanımadığı sonradan adının Səfər olduğunu bildiyi bir şəxs özünün Qax rayonu, Tasmal kəndində yaşadığını və onun nömrəsini, əvvəlcə, AR-nın Təhsil Nazirliyi Baş İdarəsinin rəisindən, sonra isə Şahid6 Rövşən oğlu adlı şəxsdən aldığını bildirmiş və həmkəndlisi Zərərçəkmiş şəxs bacısı, həmin kəndin tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyən Şahid5 sözügedən məktəbə direktor təyin olunmasında kömək etməsini ondan xahiş etmişdir. O isə cavabında onun həmin şəxsləri tanımadığını və Şahid5 işlədiyi məktəbə direktor təyin olunması ilə bağlı məsələnin nə üçün Təhsil Nazirliyinin əməkdaşının özü tərəfindən həll edilmədiyini bildirmişdir. Bundan sonra Səfər adlı şəxs dəfələrlə onun mobil telefonuna zəng edərək sözügedən məsələdə köməklik göstərilməsini xahiş etmiş və ona görüş təklif etmişdir. O isə Şahid5 işlədiyi orta məktəbə direktor düzəlməsi ilə bağlı kömək edəcəyinə dair yalandan vədlər verərək Səfər adlı şəxslə görüşə razılıq vermişdir. 2020-ci ilin fevral ayında Şahid1 ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Lider TV”-nin binası qarşısında görüşmüşdür. Bu zaman Səfər onun nömrəsini əslində həmkəndlisi Zərərçəkmiş şəxs özü tərəfindən verildiyini və Ramildən bacısı Şahid5 işlədiyi orta məktəbə direktor düzəlməsi ilə bağlı 10.000 manat məbləğində pul aldığını bildirmişdir. Həmin görüş zamanı onlar sözügedən məsələnin həll edilməsi ilə bağlı razılığa gəlmişdirlər. O, Mərziyə xanımın işlədiyi orta məktəbə direktor düzəlməsi ilə bağlı kömək edəcəyinə dair razılıq verərkən bu məsələni həll edə biləcəyindən əmin olmamışdır. 2020-ci ilin fevral ayının ortalarında o, Səfərin tanışları olan Şahid3 və Şahid2 ilə ünvan 3 ünvanda yerləşən “Qismət” şadlıq sarayının qarışısında iki dəfə görüşərək Şahid5 işlədiyi orta məktəbə direktor düzəlməsi məsələsinin həll edilməsi məqsədilə birinci görüşdə 2000 manat, ikinci görüşdə isə 3000 manat olmaqla cəmi 5000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına xərcləmişdir. O, Səfər adlı şəxsdən şəxsən pul almamışdır. Şahid3 və Şahid2 vasitəsilə aldığı 5000 manat məbləğində pulu öz ehtiyacları üçün xərcləmişdir. Əlavə olaraq bildirmişdir ki, Hüseyn adlı şəxs onun dostu olsa da, o, heç bir zaman Şahid6 Rövşən oğlu, Şahid1 və Zərərçəkmiş şəxs tanımamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ona qarşı irəli sürülən itttihamda nəzərdə tutulmuş əməli törətdiyini etiraf etməyinin səbəbi cinayət işi üzrə icraata xitam veriləcəyini güman etməsi olmuşdur. Son olaraq o, törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə 5000 (beş min) manat məbləğində zərər vurduğunu nəzərə alaraq əməlinin CM-nin 178.1-ci maddəsi ilə tövsif olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qax rayonu Tasmalı kəndi tam orta məktəbində kimya müəllimi vəzifəsində çalışır. Şahid5 isə onun bacısıdır və onun işlədiyi məktədə ibtidai sinif müəlliməsidir. Şahid1 onun həmkəndlisi və bacısı Şahid5 sinif yoldaşıdır. O, Təqsirləndirilən şəxs tanımır. Surac adlı şəxsi isə Şahid1 vasitəsilə 2019-cu ilin oktyabr ayının əvvələrində Səfər və Surac onların yaşadıqları mənzilə gəldikləri zaman tanımışdır. Səfər Suracı kirvəsi kimi onlarla tanış etdikdən sonra ondan öz evində yer olmadığı üçün Suracın bir günlük onların evində qalmasını xahiş etmişdir. O isə buna etiraz etməyərək Suracın onların evində qalmasına razı olmuşdur. Həmin vaxt Surac onlara təklif etmişdir ki, 10000 manat müqabilində bacısı Mərziyəni işlədiyi orta məktəbin direktoru vəzifəsinə düzəltsin. Onlar Suracın təklifi ilə razılaşaraq yaşadıqları evdə pulları əlbəəl sayıb Səfərə vermişdirlər. Bundan bir müddət keçdikdən sonra isə Suracın mobil telefonuna zəng vuraraq bacısı Mərziyənin işi ilə maraqlandıqda Surac ona işin alınmadığını və Səfərin ona verdiyi 10000 manat pulu qaytaracağını bildirmişdir. 2020-ci ilin yanvar ayının sonunda Səfər tərəfindən onlara 10000 manat pul qaytarılmışdır. Həmin vaxt Səfər onlara Suracın yalnız 9000 manat qaytardığını və özü tərəfindən həmin pulun üstünə 1000 manat qoyulduğunu bildirmiş, o isə nə məqsədlə bunu etdiyini soruşduqda Səfər ona cavabında inək satdığını və həmin məbləği onlara pay verdiyini demişdir. 2020-cı ilin fevral ayının əvvəllərində Surac onlara Mərziyənin məktəbə direktor təyin olunması ilə bağlı məsələni Təqsirləndirilən şəxs adlı şəxslə həll edəcəyini bildirərək onlardan yenidən 10000 manat məbləğində pul tələb etmişdir. 15 fevral 2020-ci il tarixdə onun işləri ilə əlaqədar Bakıya gəlməsinin mümkün olmaması səbəbindən həmin 10000 manat məbləğində pulu Təqsirləndirilən şəxs adlı şəxsə çatdırması üçün Şahid1 vermişdir. Bundan sonra Səfər onlara Təqsirləndirilən şəxsla görüşərək həmin pulu çatdırdığını bildirmişdir. Bir müddət keçdikdən sonra Səfər ona Mərziyənin işinin tam həll olunması üçün daha 3000 manatın lazım olduğunu bildirmiş, o da həmin məbləği Səfərə vermişdir. Səfər isə həmin pulları Qax rayonunda yerləşən avtovağzalından Bakı şəhərinə gedən avtobusların sürücülərin biri olan Cəlil adlı şəxs vasitəsilə Elçinə göndərəcəyini bildirmişdir. 01 may 2020-cı il tarixdə Səfər ona Elçinin artıq işi yekunlaşdırması üçün yenidən 2000 manat verməli olduğunu bildirmiş, o da həmin məbləği verməyə razılaşaraq 04 may 2020-ci il tarixdə Səfərlə birlikdə Qax rayonunda yerləşən poçta gələrək onun adından Səfərin tanışı olan Cəlilin adına 2000 manat pul göndərmişdir. 2020-ci ilin iyun ayının sonunda Səfərlə əlaqə saxladığı zaman işin nə yerdə olduğunu soruşduqda Səfər ona Elçinin xarici ölkədə olduğunu və mobil telefonuna zəng çatmadığını bildirmişdir. Bundan sonra o, Səfərin onu aldatdığını anlamış və Səfərdən ondan aldığı 15000 manat məbləğində pulu qaytarmasını tələb etmişdir. Bundan sonra Səfər tərəfindən ona cəmi 1000 manat məbləğində pul ödənilmiş, qalan 14000 manat məbləğində pul isə ona qaytarılmamışdır. O, Şahid1 barəsində pullarının qaytarılması ilə bağlı polisə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun etdiyi şikayətdən sonra o Təqsirləndirilən şəxsla polis bömləsində görüşən zaman Elçin ona 15000 manat məbləğində pulu özünün götürdüyünü etiraf etmişdir. Son olaraq cinayət nəticəsində ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qax rayonu Tasmalı kəndində yaşayır. Həmin kənddə yaşayan Zərərçəkmiş şəxs və onun ailə üzvələri ilə ailəvi dost olmuşdur. Şahid6 Rövşən oğlu onun oğlunun kirvəsi olmuşdur. Onlar bir-birlərinin evinə tez-tez qonaq gedib gəlmişdirlər. 2019-cu ilin sentyabr ayında Suracla birlikdə Ramilgilin evinə qonaq gəldikləri zaman Ramilin bacısı Şahid5 ona müəllimə işlədiyi orta məktəbdə dərs saatının az verildiyini bildirmişdir. Bundan sonra o, Suracla birlikdə yenidən Ramilgilin evinə qonaq getdiyi zaman Mərziyə Suracdan onun işlədiyi məktəbin direktoru təyin edilməsinin mümkün olub-olmamasını soruşmuş, Surac isə onlara bu barədə maraqlanacağını bildirərək Bakı şəhərinə getmişdir. 2019-cu ilin oktyabr ayında onlar yenidən görüşdükləri zaman Surac onlara Mərziyənin işlədiyi məktəbə direktor kimi düzəlməsi üçün şirinlik lazım olduğunu bildirmişdir. Ramil və Mərziyənin atası Şahid4 demişlərki lazım olan məbləği verə bilərlər. Bundan sonra Ramilgil tərəfindən 10000 manat pul hazırlanaraq Mərziyənin işinin həll edilməsi üçün onun vasitəsilə Suraca verilmişdir. Bir müddətdən sonra Surac işin alınmadığını bildirərək aldığı 10000 manat puldan 9000 manatı qaytarmış, o isə özü 9000 manatın üzərinə 1000 manat qoyaraq həmin məbləği Ramilgilə qaytarmışdır. Bundan üç gün sonra Mərziyə ailə üzvləri ilə birlikdə onun yaşadığı evə gəlmiş və həmin vaxt Mərziyə ona Elçin adlı şəxs onu məktəbin direktoru vəzifəsinə düzəldə biləcəyini söyləmişdir. O, Mərziyədən Elçin adlı şəxsin nömrəsini alaraq ona zəng etmiş və telefon danışığı zamanı onlar bu işin həll edilməsi məqsədilə Bakı şəhərində görüşmək barədə razılığa gəlmişdirlər. 15 fevral 2022ci il tarixdə günorta saatlarında o, Ramilin işinin olması səbəbindən özü tək Mərziyənin işi ilə əlaqədar avtobusla Qax rayonundan Bakı şəhərinə gəlmiş və Elçin onu maşınla gəlib götürərək çayxanaya aparmışdır. Orada olan zaman onlar Mərziyənin direktor vəzifəsinə düzəlməsi ilə bağlı pul məsələsini danışmışlar, lakin o, həmin vaxt Elçindən xoşu gəlmədiyi üçün ona hər hansı məbləğdə pul verməmiş, avtovağzala qayıdaraq Ramilə zəng vurmuş və Elçinə pul verib-verməməsi barədə onun fikrini soruşmuşdur. Ramil isə ona pulu Elçinə verməsini bildirmiş, o da Elçinlə əlaqə saxlayaraq olduğu yeri öyrənmiş və elə həmin gün, yəni 15 fevral 2022-ci il tarixdə saat 13:00 radələrində avtobusla Bakı şəhəri, Yasamal rayonunun ərazisində yeləşən “Qismət” şadlıq sarayının yanına gələrək 10000 manat məbləğində pulu Elçinə vermişdir. Elçin ona işin bir aya alınacağını söyləyərək pulları sayıb götürmüş və oradan uzaqlaşmışdır. O isə pulu Elçinə verdiyini Ramilə zəng vurub bildirərək yenidən avtovağzala gəlib Qax rayonuna qayıtmışdır. İki-üç gündən sonra Ramil ona Elçinin Mərziyənin işini tam həll etməsi üçün əlavə 3000 manat pul lazım olduğunu dediyini bildirmişdir. O, həmin pulu onun tanışı Cəlil adlı şəxs vasitəsilə 20 fevral 2020-ci il tarixdə Elçinə çatdırmışdır. Bir müddət sonra Elçin yenidən Ramildən Mərziyənin işini başa çatdırmaq üçün daha 2000 manat pul istəmişdir. 04 may 2020-ci ildə Ramil və o, 2000 manat pulu Qax rayonundan poçt vasitəsilə onun tanışı Cəlilin adına göndərmişlər. Cəlil də həmin 2000 manat pulu Elçinə çatdırması barədə ona məlumat vermişdir. Elçin həmin pulu alandan sonra ona işi 10-15 günə həll edəcəyini demişdir. Bundan sonra həmin məsələ ilə bağlı Elçinə zəng etdikdə onun telefonuna zəng çatmamış və Surac vasitəsilə öyrənmişdir ki, Elçin həbs olunmuşdur. Bundan sonra o və Ramil birlikdə Bakı İstintaq Təcridxanasına gəlmişlər və Elçin barəsində Yasamal rayon polis idarəsində cinayət işinin aparılmasından xəbər tutmuşlar. Bir müddət sonra isə Ramil onun özü barəsində ərizə ilə Qax rayon prokurorluğuna şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid3 onun atasıdır. Şahid1 isə əvvəllər işlədiyi «Avesta» şirkətində onun iş yoldaşı olmuşdur. 20 fevral 2020-ci il tarixdə o, Səfər ona zəng edərək Qax rayonunda yerləşən avtovağzalından Bakı şəhərinə gedən avtobusların sürücülərindən biri vasitəsilə 3000 manat pul göndərəcəyini bildirmiş və həmin pulları Bakı şəhərində yaşayan yaxın bir tanışı olan Elçin adlı şəxsə çatdırmasını ondan xahiş etmişdir. O isə Səfərin bu xahişi yerinə yetirərək 20 fevral 2020-ci il tarixdə Bakı avtovağzalında Qax rayonundan Bakı şəhərinə gələn avtobusun sürücüsündən 3000 manat pulu alaraq işə getməli olduğu üçün həmin pulları Elçin adlı şəxs çatdırması üçün atası Mehdiyə vermişdir. 22 fevral 2020-ci il tarixdə atası Mehdi tərəfindən ünvan 4 ünvanın qarşısında 3000 manat pul Elçin adlı şəxsə verilmişdir. Bundan sonra 05 may 2020-ci il tarixdə Səfər ona yenidən zəng edərək Qax rayonunda yerləşən poçt vasitəsi ilə öz adından onun adına 2000 manat pul göndərəcəyini bildirmiş və həmin pulların da tanışı Elçin adlı şəxsə çatdırılmasını ondan xahiş etmişdir. O isə bununla razılaşmış və 05 may 2020-ci il tarixdə Səfərin adından Qax rayon poçt vasitəsi ilə 2000 manat pul onun adına Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən poçta göndərilmişdir. O, Səfər tərəfindən göndərilmiş pulu götürərək ünvan 4 ünvanın qarşısına gəlmiş və həmin məbləği Elçin adlı şəxsə çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid2 atasıdır. 20 fevral 2020-ci il tarixdə oğlu Mehdi yaşadıqları ünvan 5 ünvana gələrək dostu Səfər adlı şəxs tərəfindən bir adama çatdırılmaq üçün 3000 manat məbləğində pul göndərildiyini bildirmiş və həmin vaxt oğlu işə getməli olduğundan həmin pulu ona verərək Səfərin tanışı Elçin adlı şəxsin zəng etdiyi zaman pulu həmin şəxsə verməsini xahiş etmişdir. 22 fevral 2020-ci il tarixdə Elçin adlı şəxs tərəfindən ona zəng gəlmiş və elə həmin gün o, Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşən “Qismət” şadlıq sarayının yanına gələrək 3000 manat pulu Elçin adlı şəxsə vermişdir. Həmin şəxs pulları sayaraq çıxıb getmişdir. O, cəmi bir dəfə Elçin adlı şəxslə görüşərək ona 3000 manat pul təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Rövşən oğlu ifadəsində göstərmişdir ki, Şahid1 onun oğlunun kirvəsidir. Təxminən iki il bundan qabaq Şahid1 ona bir qohumunu məktəb direktoru vəzifəsinə düzəltmək istədiyini bildirmiş və ondan köməklik göstərməsinin mümkün olub-olmasını soruşmuşdur. O isə cavabında həmin məsələ ilə maraqlanacağını bildirmişdir. Bununla bağlı o, Bakı şəhərində Fəxri və Hüseyn adlı şəxslərlə çayxanada görüşüb həmin məsələ barəsində söhbət aparan zaman Hüseyn onlara dostu olan Elçin adlı bir şəxsin bu məsələni həll edə biləcəyini bildirmişdir. Bundan sonra o, Fəxri və Hüseyn yenidən çayxanada görüşmüş və bu zaman oraya Elçin də gəlmiş və həmin işi həll edə biləcəyini bildirərək ondan Şahid5 sənədlərini istəmişdir. O, Səfərə Mərziyənin işi ilə Elçin adlı şəxsin məşğul olacağını və bununla bağlı Elçinin Mərziyənin sənədlərini tələb etdiyini bildirmişdir. Səfər Mərziyənin sənədlərini ona göndərmiş, o isə həmin sənədləri Elçinə çatdırmışdır. Bundan sonra Elçin ona işi həll etmək üçün 10000 manat pul lazım olduğunu bildirdikdə o, Qax rayonuna qayıdaraq Səfərdən həmin rayonun Tasmalı kəndində 10000 manat pul almışdır. Lakin o, həmin pulu iş düzəldiyi təqdirdə Elçinə vermək üçün özündə saxlamış, bundan sonra işin alınmadığını görərək həmin pulları post terminal vasitəsi ilə Səfərə göndərmişdir. O, 6 ay sonra Səfərin Bakıya gələrək Elçin adlı şəxslə görüşməsindən və ona 15000 pul verməsindən xəbər tutmuşdur. O, Səfərdən nə üçün pulu Elçinə verdiyini soruşduqda Səfər ona pulu Mərziyənin qardaşı Ramilin verməyə razılıq verdiyini bildirmişdir. Bundan sonra Elçinin ona zəng etdiyi zaman onun həbsdə olduğundan xəbəri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Qax rayonu Tasmalı kəndində yerləşən tam orta məktəbin ibtidai sinif müəlliməsidir. Şahid1 onun sinif yoldaşı olmuşdur. Bir gün Səfər onun ailə üzvləri ilə birgə yaşadığı evə qonaq gəldiyi zaman onun kefinin olmadığını görüb nə olduğunu soruşmuş, o isə cavabında işlədiyi orta məktəbdə ona dərs saatının az verilməsini bildirmişdir. Lakin o, həmin məktəbə direktor təyin olunmaq barədə Səfərə heç bir söz deməmişdir. Səfər özü ona narahat olmamasını, bu məsələ ilə məşğul olacağını və onun həmin məktəbə direktor təyin edilməsinə çalışacağını bildirmişdir. Daha sonra Səfər onlara kirvəsi kimi tanıtdığı Surac adlı şəxslə onların yaşadıqları evə qonaq gəlmiş və həmin vaxt Səfər onun evində yer olmadığı üçün Suracın onlarda qalmasını xahiş etmiş, onlar isə buna etiraz etməyərək Suracı bir gecəlik evlərində qonaq etmişdirlər. Bundan sonra onun direktor düzəlməsi ilə bağlı məsələdən Suracın xəbəri olmuş və o, bu işlə məşğul olacağını bildirərək onlardan bununla bağlı 10000 manat məbləğində pul istəmişdir. Bundan sonra onlar Suracın bu təklifinə razılıq vermiş və onun atası X4 onlara məxsus torpaq sahəsindən yığdıqları fındığı sataraq 10000 manat düzəldib Suraca verməsi üçün Səfərə vermişdir. Bir müddət keçdikdən sonra Surac onlara işin alınmadığını bildirmiş və verdikləri 10000 manatdan puldan 9000 manatı geri göndərərək qalan 1000 manat pulu Səfərin özü düzəldib vermişdir. İki gün keçdikdən sonra Surac yenidən onların evinə gələrək onlardan 10000 manat pul almış və həmin məsələ ilə Elçin adlı şəxsin məşğul olacağını bildirmişdir. Növbəti dəfə Səfər yenidən onların evinə gələrək əlavə 5000 manat pul istədiyi zaman onun atası X11 evdən qovmuşdur. Bundan sonra atasının xəbəri olmadan qardaşı Zərərçəkmiş şəxs Səfər ilə danışaraq əvvəlcə özünün adına 3000 manat, sonra isə onun adına 2000 manat olmaqla Qax rayonunda yerləşən Kapial Bankın filalından kredit yolu ilə pul götürərək Səfərə vermişdir. O, Elçin adlı şəxsi tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X2 ilə eyni məzmunlu ifadə verərək ifadəsində X1 göstərdiyi halları və faktları özünə aid hissədə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC-nin 10 yanvar 2021-ci il tarixli 312 saylı məktubuyla təqdim olunmuş 01 ədəd CD-R markalı diskə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsi ilə xx.xx.2020-ci il tarixdə saat 15:08:17, 15:17:54, 15:24:10 və 15:29:30-dək, Şahid3 istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə zəng edərək Yeni Yasamal, Qismət şadlıq evi Yasamal rayon ərazisindəki antena dairəsində olması müəyyən edilmişdir. (Cild İ, i.v. 213) "xxxx" MMC-nin 11 yanvar 2021-ci il tarixli 435 saylı məktubuyla təqdim olunmuş 01 ədəd CD-R markalı diskə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsi ilə xx.xx.2020-ci il tarixdə saat 13:43-də, Şahid1 istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsi arasında 15 saniya danışıq olması və zəng olunan şəxsin yəni Şahid1 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal, Qismət şadlıq evinın qarşısında antena dairəsində olması müəyyən edilmişdir. (Cild İ, i.v. 212) Zərərçəkmiş şəxs Qax rayon prokurorluğunu təqdim etdiyi 01 ədəd CD-R markalı diskə baxış keçirilməsi haqqında 20 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsi ilə, 01 oktyabr 2019-cü il tarixdən, 10 may 2020-ci il tarixədək Şahid1 istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsi arasında müxtəlif ünvanda olan zaman bir-birləri ilə zəngləri qeydə alınmışdır. (Cild İ, i.v. 6, 89-90) "xxxx" MMC-ni 27 yanvar 2021-ci il tarixli AZF/LGL-6300/22 saylı məktubuyla təqdim olunmuş 01 ədəd CD-R markalı diskə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan 070- ***-**-** saylı GSM mobil telefon nömrəsi ilə, 01 oktyabr 2019-cu il tarixdən, 10 may 2020-ci il tarixədək Şahid1 istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsi arasında müxtəlif ünvanda olan zaman bir-birləri ilə zəngləri qeydə alınmışdır. (Cild İ, i.v. 249-250, (Cild İİ, i.v. 34) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Hüseyn onun dostudur və onun vasitəsi ilə təxminən 2020-ci ilin fevral ayının əvəllərində ilk dəfə Bakı şəhərində Şahid6 Rövşən oğlu ilə tanış olmuşdur. Həmin ilin fevral ayında isə Suracınla kirvəsi olan Şahid1 isə 2020-ci ilin fevral ayının ortalarında ünvan 3 ünvanın qarşısında olan Qismət şadlıq sarayının qarşısında ilk dəfə onun ona hem yerlisi olan Qax rayonu Tasmalı kəndində yaşayan Şahid5 Qax rayonu Tasmalı kənd tam orta məktəbinə direktor işinə düzəltmək adı ilə yalandan ondan 10.000 manat pul alarkən tanımışdır. Şahid3 təxminən 22 fevral 2020-ci il tarixdə ünvan 3 ünvanda yerləşən Qismət şadlıq sarayının qarışısnda ilk dəfə gördüyü Qax rayonu Tasmalı kəndindən Şahid5 həmin kəndin tam orta məktəbinə direktor işinə düzəltməsi üçün əlavə olaraq onların ona göndərdikləri 3000 manat pula alarkən tanımışdır. Şahid3 isə təxminən 05 may 2020-ci il tarixdə ünvan 3 ünvanda yerləşən Qismət şadlıq sarayının qarşısında ilk dəfə gördüyü Qax rayonu Tasmalı kəndindən Şahid5 həmin kəndin tam orta məktəbinə direktor işinə düzəltməsi üçün əlavə olaraq onların ona göndərdikləri 3000 manat pula alarkən tanımışdır. Zərərçəkmiş şəxs, Şahid4, Şahid5 və X5 tanımadığını və onları görmədiyini və heç bir əlaqəsi münasibəti olmadığını bildirmişdir. Bundan əlavə bildirmişdir ki, təxminən 2020-ci ilin fevral ayının əvvələrində tanışı Hüseynlə birlikdə Bakı şəhərində olan zaman, həmin vaxtı təsadüfət Naxçıvan MR-nin Şərur rayonundan qonaq gəlmiş Şahid6 Rövşən oğlu ilə tanış olmuş, tanışlıq zamanı Surac ona onun Qax rayonu Tasmal kəndində yaşayan kirvəsi Şahid1 həm kəndilisi Şahid5 var, həmin kəndin tam orta məktəbində ibtidai sinif müəlliməsidir və həmin tam orta məktəbin kəndin direktor olmadığını və onu məktəbə direktor təyin olunmasına köməklik etməsini ondan xahiş etmişdir. O, isə Suraca yalandan o, bu işi həl edəcəyini və ondan Səfərin əlaqə mobil telefonu alıb sonradan Səfərlə əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra Surac Səfərin mobil telefonu oa vermişdir. Təxminən 2-3 gün keçdikdən sonra mən Səfərə zəng edərək ona yalan vədlər verərək onun həm kəndlisi olan Şahid5 Qax rayonu Tasmalı kənd tam orta məktəbinə direktor işinə düzəltməsinə köməklik edəcəyini və bunun müqabilində 10.000 manat pul istəmiş, Səfər isə ona Mərziyənin valideynləri ilə danışacağını ona bu barədə məlumat verəcəyini bildirmişdir. Təxminən üstündən 5-6 altı gün keçdikdən sonra Səfər ona zəng edərək Mərziyəni Qax rayonu Tasmalı kənd tam orta məktəbinə direktor işinə düzəltməsi üçün onun Mərziyənin qardaşı Zərərçəkmiş şəxs 10.000 manat pulu aldığını və onun Bakı şəhərinə gəlib görüşməyini və həmin pulları ona verməsini bildirmişdir. O, isə Səfərə yalan vədlər verərək artıq bu işi tezliklə həll edəcəyini bildirmişdir. Təxminən 2020-ci ilin fevral ayının ortalarında günorta saatlarından sonra Səfər ona zəng edərək Bakı şəhərində avtovağzalda olduğunu o, isə ona ünvan 3 ünvanda yerləşən Qismət şadlıq sarayının qarşısna gəlməyini bildirmiş, elə həmin günü Səfər həmin ünvanın qarşısna gələrək və o, avtomobillə gəlib avtomobildən düşmədən ondan 10.000 manat pulu alıb sayaraq cibinə qoydub, bundan sonra bir daha yalandan Səfərə bu işi qısa müddət ərizində həl edəcəyini bildirmişdir. Sonra isə o, həmin pulları öz şəxsi ehtiyaclarına xərciləmişdir. Bundan sonra o, yenidən 10.000 manat puldan əlavə olaraq ələ keçirmək məqsədi ilə Səfərə zəng etdərək, Mərziyənin artıq işi həl olunub və iş tam təsdiq olunması üçün bunun müqabilində əlavə olaraq 3000 manat pul lazım olduğunu bildirmşdir, Səfər isə ona bir daha Ramillə danışıb bu barədə ona məlumat verəcəyini bildirmişdir. Təxminən 20 fevral 2020-ci il tarixdə Səfər ona zəng edərək Ramillə razlaşdığını və Ramildən 3000 manat pulu alıb Qax rayonu avtovağzalından Bakı şəhərinə gələn sürüçülərin brindən göndərimiş və Səfərin Bakı şəhərində yaşayan tanışı Cəlil adlı şəxs götürüb ona çatıracağını bildirmişdir. Təxminən 22 fevral 2020-ci il tarixdə günorta saatlarından sonra o, Səfərin tanışı olan Cəlilə zəng edərək ondan 3000 manat pulu götürəcəyini bildirmiş, Cəlil isə ona o, hazırda işdə olduğundan atası Mehdinin əlaqə mobil telefonu vermiş və o, Mehdiyə zəng edərək və ondan 3000 manat pulu götürəcəyini bildirmişdir. Bundan sonra Mehdi ona onun yaşadığı ünvan 3 ünvanda yerləşən Qismət şadlıq sarayının qarşısna gəlməyini bildirmişdir. Elə həmin günü o, idarə etdiyi BMV markalı avtomobillə gəlib həmin ünvanın qarşısında Mehdi ilə görüşüb avtomobildən düşmədən ondan 3000 manat pulu alıb saydıqdan sonra cibinə qoyaraq oradan getmişdir. Həmin pulları isə sonradan öz şəxsi ehtiaclarına xərciləmişdir. Bundan başqa bildirmişdir ki, o, yenidən pul ələ keçirmək məqsədi ilə təxminən 2020-ci ilin may ayının əvəllərində Səfərə zəng edərək ona yalandan, artıq Mərziyənin işini Təhsil Nazirliyində sistemə yerləşdirilməsi üçün əlavə olaraq 2000 manat pul lazım olduğunu bildirmiş, Səfər isə ona Ramillə danışacağını bildirmişdir. Təxminən 05 may 2020-ci il tarixdə günorta saatlarında Səfər ona zəng edərək Ramildən 2000 manat pul aldığını və həmin 2000 manat pulu onun tanışı Cəlilin adına Qax rayonu poçtundan göndərmiş və həmin pulu ondan almağını bildirmişdir. Elə həmin yəni 05 may 2020-ci il tarixdə günorta saatlarından sonra o, Cəlilə zəng edərək onun yaşadığı ünvan 3 ünvanda yerləşən Qismət şadlıq sarayının qarşısında o, idarə etdiyi BMV markalı avtomobillə gedib həmin ünvanın qarşısında ilk dəfə gördüyü Cəlillə görüşüb avtomobildən düşmədən ondan 2000 manat pulu alıb saydıqdan sonra cibinə qoyaraq oradan getmişdir. Həmin pulları isə sonradan öz şəxsi ehtiyaclarına xərciləmişdir. O, Şahid1 ələ keçirdiyi 10.000 manat puldan, X3 ələ keçirdiyi 2000 manat puldan və Şahid3 isə ələ keçirdiyi 3000 manat puldan onlara hər hansı bir məbləğdə pul verməmiş, o, ümumlikdə 15.000 manat pul ələ keçirmişdir. Bundan başqa o, ümumlikdə ələ keçirdiyi 15.000 manat puldan Şahid6 Rövşən oğluna və Hüseynə verməmiş, həmin pulları ələ keçirəkən onlara bu barədə məlumat verməmiş və onların məlumatları olmamışdır. Onun 15.000 manat pulu ələ keçirməkdə məqsədi, həmin pulları ələ keçirdikdən sonra öz şəxsi ehtiyaclarına xəriciləmək olmuşdur. O, Şahid5 Qax rayonu Tasmalı kənd tam orta məktəbinə direktor işinə düzəltmək üçün yalandan vədlər verərək həmin 15.000 manat pul ələ keçirmək məqsədi ilə bir üsul kimi istifadə edərək Təhsil Nazriliyinin adından istifadə etmiş, o, heç kəsin vasitəsi ilə həll etməmiş və heç kəslə əlaqəsi və münasibəti olmamışdır. Törətmiş olduğu əməldən peşman olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilkin verdiyini ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs Şahid5 Qax rayonu Tasmalı kənd tam orta məktəbinə direktor işinə düzəltmək üçün yalandan vədlər verərək onadan 10.000 manat, ümumilikdə isə 15.000 manat pul aldığını bildirmişdir. (Cild İİ, i.v. 28-33) xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilkin verdiyini ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 36-38) xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilkin verdiyini ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 39-41) “Sübutların qiymətləndirilməsi haqqında” 06 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarında olan, "xxxx" MMC-dən 10 yanvar 2021-ci il tarixli 312 saylı məktubla Yasamal RPİ-nin İŞ-nə təqdim olunmuş 01 ədəd CD-R markalı disk, "xxxx" MMC-dən 11 yanvar 2021-ci il tarixli 435 saylı məktubla Yasamal RPİ-nin İŞ-nə təqdim olunmuş 01 ədəd CD-R markalı disk, "xxxx" MMC-dən 27 yanvar 2021-ci il tarixli AZF/LGL-6300/22 saylı məktubla Yasamal RPİ-nin İŞ-nə təqdim olunmuş 01 ədəd CD-R markalı disk, zərərçəkmiş şəxsin təqdim etdiyi 02 ədəd CD disk və Zərərçəkmiş şəxsla Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı video görüntülərin qeydə alındığı bir ədəd DVD disk mühüm maddi sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə qeyd olunan Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə və baxış protokolları, bir ədəd poçt qəbzi, eləcə də iş üzrə əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlər cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qiymətləndirilmişdir. (Cild İİ, i.v. 89-106) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxsdan ona verilmiş ittihamda göstərilən 15.000 manat məbləğində pulun almadığını sonuncudan ümumilikdə 5.000 manat aldığını göstərsə də, məhkəmə bu ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri 15% cəzası təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək 01 il 06 ay azadlıqdan məhrum etmə ilə əvəz edilərək 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 15 dekabr 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nə dəyişikliklər tətbiq olunmaqla onun əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunaraq 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 68.1.3 və 66.5-ci maddələri ilə qəti olaraq 03 il azadlıqdan məhrum etmə cazasına məhkum edilmişdir. 28 iyun 2018-ci il tarixdə Xəzər rayon məhəkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmiş, 23 avqust 2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmü ilə 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild İ, i.v. 152-154) “Sübutların qiymətləndirilməsi haqqında” 06 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-756/2021 saylı, 03 may 2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmış və barəsində qətimkan tədbiri seçilməmişdir. (Cild İİ, i.v. 89-106) Elektron Məhkəmə Sistemindəki çıxarışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxsdur. Elektron Məhkəmə Sistemindəki çıxarışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azerbaycan Respublikası məhkəməsinin müraciətinə dair" 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə 15 dekabr 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 03 il azadlıqdan məhrum etmə cazasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 28 iyun 2018-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixli qərar üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Bundan əlavə iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda törətdiyi əməl Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-756/2021 saylı, 03 may 2021-ci il tarixli hökmündən əvvəl törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs iki azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86), onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nın 66.2 və 66.5-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-756/2021 saylı, 03 may 2021-ci il tarixli hökmü ilə ona qəti təyin 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı, cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2020-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış Azərcell Telekom” MMC-dən 10 yanvar 2021-ci il tarixli 312 saylı məktubla Yasamal RPİ-nin İŞ-nə təqdim olunmuş 01 ədəd CD-R markalı disk, "xxxx" MMC-dən 11 yanvar 2021-ci il tarixli 435 saylı məktubla Yasamal RPİ-nin İŞnə təqdim olunmuş 01 ədəd CD-R markalı disk, "xxxx" MMC-dən 27 yanvar 2021-ci il tarixli AZF/LGL-6300/22 saylı məktubla Yasamal RPİ-nin İŞ-nə təqdim olunmuş 01 ədəd CD-R markalı disk, zərərçəkmiş şəxsin təqdim etdiyi 02 ədəd CD disk və Zərərçəkmiş şəxsla Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı video görüntülərin qeydə alındığı bir ədəd DVD disk mühüm maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli 1(101)-756/2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplansın və ona qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 avqust 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Azərcell Telekom” MMC-dən 10 yanvar 2021-ci il tarixli 312 saylı məktubla Yasamal RPİ-nin İŞ-nə təqdim olunmuş 01 ədəd CD-R markalı disk, "xxxx" MMC-dən 11 yanvar 2021-ci il tarixli 435 saylı məktubla Yasamal RPİ-nin İŞnə təqdim olunmuş 01 ədəd CD-R markalı disk, "xxxx" MMC-dən 27 yanvar 2021-ci il tarixli AZF/LGL-6300/22 saylı məktubla Yasamal RPİ-nin İŞ-nə təqdim olunmuş 01 ədəd CD-R markalı disk, zərərçəkmiş şəxsin təqdim etdiyi 02 ədəd CD disk və Zərərçəkmiş şəxsla Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı video görüntülərin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-277/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-277/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver