Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-277/2023 07.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Həsənxan oğlunun, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X17 iştirakları ilə, xx xxxx 1987-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu götürülmüş, Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin "Yarasa” Xüsusi Təyinatlı Dəstəsinin əməkdaşı kimi təqdim edərək ona və tanışlarına sürücülük vəsiqəsinin qısa zaman ərzində asan yolla əldə olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verərək sürücülük vəsiqəsinin əldə olunması üçün zəruri olan sənədlərin hazırlanması və qeydiyyatla bağlı digər ödənişlərin həyata keçirilməsinin vacib olması adı ilə sonuncunu aldadıb, 2022-ci ilin iyun ayının ortalarında hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 814 manat məbləğində pulu istifadəsində olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7413- 2115-7461 nömrəli bank kartının hesabına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən ödəmə terminallarından köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs1 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 814 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanış olduğu Zərərçəkmiş şəxs7 özünü Azərbaycan Respublikası Baş X35 İdarəsinin əməkdaşı kimi təqdim edərək ona və tanışlarına sürücülük vəsiqəsinin qısa zaman ərzində asan yolla əldə olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verərək sürücülük vəsiqəsinin əldə olunması üçun zəruri olan sənədlərin hazırlanması və qeydiyyatla bağlı digər ödənişlərin həyata keçirilməsinin vacib olması adı ilə sonuncunu aldadıb 08 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 2044 manat məbləğində pulu istifadəsində olan “Kapital Bank" ASC tərəfindən emissiya edilmiş 4169-7413-2115- 7461 nömrəli bank kartının hesabına sonuncu dəfə Tovuz rayonunun ərazisində yerləşən “Ailəm” marketdə quraşdırılmış ödəmə terminalından köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs7 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmış şəxs Zərərçəkmiş şəxs7 2044 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanış olduğu Zərərçəkmiş şəxs3 Həsənxan oğluna özünü Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin “Yarasa" Xüsusi Təyinatlı Dəstəsinin əməkdaşı kimi təqdim edərək ona və tanışlarına sürücülük vəsiqəsinin qısa zaman ərzində asan yolla əldə olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verərək sürücülük vəsiqəsinin əldə olunması üçün zəruri olan sənədlərin hazırlanması və qeydiyyatla bağlı digər ödənişlərin həyata keçirilməsinin vacib olması adı ilə sonuncunu aldadıb, 19 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixinədək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 3680 manat məbləğində pulu istifadəsində olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7413-2115-7461 nömrəli bank kartının hesabına Bakı şəhəri, Xətai rayonu Telnov küçəsində yerləşən ödəmə terminallarından, həmçinin zərərçəkmiş şəxsə məxsus bank kartı hesabından elektron qaydada köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs3 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 3680 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanış olduğu Zərərçəkmiş şəxs2 Nazım oğluna özünü Azərbaycan Respublikası Baş X35 İdarəsinin əməkdaşı kimi təqdim edərək ona və tanışlarına sürücülük vəsiqəsinin qısa zaman ərzində asan yolla əldə olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verərək sürücülük vəsiqəsinin əldə olunması uçun zəruri olan sənədlərin hazırlanması və qeydiyyatla bağlı digər ödənişlərin həyata keçirilməsinin vacib olması adı ilə sonuncunu aldadıb 22 avqust 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixinədək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 4435 manat məbləğində pulu istifadəsində olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169- 7413-2115-7461 nömrəli bank kartının hesabına Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən ödəmə terminallarından, həmçinin zərərçəkmiş şəxsə məxsus bank kartı hesabından elektron qaydada köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs2 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 4435 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə nikahdankənar qeyrirəsmi münasibət saxladığı Zərərçəkmiş şəxs4 özünü Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı kimi təqdim edərək heç bir əsas olmadan xidmətdən xaric edildiyinə görə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən ona ödənilən 600.000 manat dəyərində birdəfəlik pul kompensasiyasının əldə edilməsindən ötrü müvafiq sənədləşdirmə işlərində zəruri xərclərin ödənilməsi adı ilə sonuncunu aldadıb 07 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixinədək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 7330 manat məbləğində pulu istifadəsində olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7413-2115-7461 nömrəli bank kartının hesabına Bakı şəhəri, Suraxanı rayonu və Nizami rayonlarında yerləşən ödəmə terminallarından köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs4 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs4 7330 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanış olduğu Zərərçəkmiş şəxs5 özünü Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin "Yarasa” Xüsusi Təyinatlı Dəstəsinin əməkdaşı kimi təqdim edərək ona və tanışlarına sürücülük vəsiqəsinin qısa zaman ərzində asan yolla əldə olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verərək sürücülük vəsiqəsinin əldə olunması üçün zəruri olan sənədlərin hazırlanması və qeydiyyatla bağlı digər ödənişlərin həyata keçirilməsinin vacib olması adı ilə sonuncunu aldadıb 16 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixinədək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 2500 manat məbləğində pulu istifadəsində olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7413- 2115-7461 nömrəli bank kartının hesabına ünvan 3 ünvanından zərərçəkmiş şəxsə məxsus bank kartı hesabından elektron qaydada köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs5 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs5 2 500 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanış olduğu Zərərçəkmiş şəxs8 özünü Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin "Yarasa” Xüsusi Təyinatlı Dəstəsinin əməkdaşı kimi təqdim edərək ona və tanışlarına sürücülük vəsiqəsinin qısa zaman ərzində asan yolla əldə olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verərək sürücülük vəsiqəsinin əldə olunması üçün zəruri olan sənədlərin hazırlanması və qeydiyyatla bağlı digər ödənişlərin həyata keçirilməsinin vacib olması adı ilə sonuncunu aldadıb, 20 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixinədək olan müddət ərzində hissə- hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 2200 manat məbləğində pulu istifadəsində olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7413- 2115-7461 nömrəli bank kartının hesabına ünvan 4 ünvanında zərərçəkmiş şəxsə məxsus bank kartı hesabından elektron qaydada köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs8 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs8 2200 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanış olduğu Zərərçəkmiş şəxs6 Sənanı qızına özünü Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” Xüsusi Təyinatlı Dəstəsinin əməkdaşı kimi təqdim edərək ona və tanışlarına sürücülük vəsiqəsinin qısa zaman ərzində asan yolla əldə olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verərək sürücülük vəsiqəsinin əldə olunması üçün zəruri olan sənədlərin hazırlanması və qeydiyyatla bağlı digər ödənişlərin həyata keçirilməsinin vacib olması adı ilə sonuncunu aldadıb 25 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixinədək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 1000 manat məbləğində pulu istifadəsində olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7413-2115-7461 nömrəli bank kartının hesabına ünvan 5 ünvanından zərərçəkmış şəxsə məxsus bank kartı hesabından elektron qaydada köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs6 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs6 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər dələduzluq cinayəti törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə xx.xx.2018-ci ildə Yasamal Rayon Məhkəməsinin hökmü ilə 3 il 8 ay 4 gün azadlıqdan məhrum edilmiş və xx.xx.2021-ci il tarixdə amnistiya qərarına əsasən vaxtından əvvəl azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra bir müddət heç kəsə qarşı dələduzluq etməsə də, daha sonra yenidən bu yol ilə pul qazanmaq qərarına gəlmişdir. Belə ki, bu dəfə dələduzluq etmək üçün fərqli üsul seçmişdir. Uzun müddət tanış olduğu və ünsiyyət yaratdığı bütün şəxslərə özünü Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” Xüsusi Təyinatlı Bölüyünün komandiri, Baş X35 İdarəsinin əməkdaşı, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı və s. kimi təqdim edirmiş. Tanış olduğu və ünsiyyət yaratdığı şəxsləri adətən “tik-tok" sosial şəbəkəsində tapırmış. Əsasən həmin şəxslər qadınlar olurmuş. İlkin olaraq onlara sosial şəbəkədə göndərilməsi üçün nəzərdə tutulmuş hədiyyələr göndərirmiş və daha sonra onlarla ünsiyyət yaradırmış. Onunla tanış olan qadınlar özünü təqdim etdiyi quruma görə ona inanırmışlar və onu ciddi bir adam kimi qəbul edirmişlər. Sonrakı müddətdə söhbət əsasında həmin şəxslərə bildirirmiş ki, işlədiyi Xarici Kəşfiyyat Xidmətinin nüfuzundan istifadə edərək sürücülük vəsiqələrinin rahat şəkildə verilməsini təşkil edə bilir. Sürücülük vəsiqələrinin verilməsinin təşkil edəcəyinə dair yalan vədlər verdikdən sonra vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitləri tələb edirmiş. Belə ki, sosial şəbəkə üzərindən onu tanıyan şəxslərin əksəriyyəti onu görmədən inanırmışlar və özlərinə , tanışlarına sürücülük vəsiqəsi lazım olan zaman onunla əlaqə saxlayırmışlar. O isə həmin şəxslərlə mobil telefon üzərindən danışıq apararaq bir sürücülük vəsiqəsi üçun adətən 1 000 manat civarında pul vəsaiti alırmış. Pul vəsaitini butun hallarda ozunə məxsus bank kartına köçürmə yolu ilə əldə edirmiş. Pul vəsaiti ona məxsus karta köçürüldükdən sonra müxtəlif bəhanələr ilə həmin şəxsləri bir müddət yubadırmış, daha sonra isə onlarla əlaqəni kəsirmiş. Dələduzluq edən zaman özünə məxsus 4169-7413-2115-7461 saylı "xxxx" kartından istifadə edirmiş. Ələ keçirdiyi pul vəsaitinin böyük hissəsini ‘tik-tok' sosial şəbəkəsində başqa şəxslərə, xüsusilə də qadınlara hədiyyə göndərmək üçun jetonların alınmasına istifadə etmişdir. Həmin sosial şəbəkədə istifadəçi adı “kenan.kerimov770” imiş. Həmin sosial şəbəkədə o çox sayda qadınlarla tanış olurmuş və tanış olduğu şəxslər də onu tanıdıqları başqa insanlarla tanış edirmişlər. O, eyni qaydada onları da aldadaraq pullarını ələ keçirirmiş. Ona elan edilmiş ittihamla razıdır , ittihamda adları qeyd olunan şəxslər onlara qısa zaman ərzində sürücülük vəsiqəsi təşkil edəcəyinə dair aldadaraq pullarını ələ keçirmişdir. Bir nəfərin ona verdiyi pul təkcə özü üçün deyil, ailə üzvləri və digər tanışları üçün də verdiyi pullardır. Zərərçəkmiş şəxs4 isə aralarında yaxın münasibət olduğundan ona olan etibarından istifadə etməklə aldatmışdır. Zərərçəkmiş şəxs4 demişdir ki, dövlət tərəfindən ona 600 000 manat kompensasiya veriləcək, buna görə də bəzi sənədləri hazırlamaqdan ötrü onun 7 000 manat pulunu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Hacıbala Quliyevə və Zərərçəkmiş şəxs6 vurduğu ziyanı tam şəkildə ödəmişdir, Zərərçəkmiş şəxs3 vurulmuş ziyandan 700 manat, Zərərçəkmiş şəxs7 800 manat və Zərərçəkmiş şəxs2 450 manat pul vəsaiti geri qaytarılmışdır, gələcəkdə digər zərərçəkmiş şəxslərə də vurulmuş ziyanı tam şəkildə ödəyəcəkdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətmiş olduğu əməli səmimi olaraq etiraf etməsini, iki nəfər zərərçəkmiş şəxslə barışmasını və onların şikayətlərinin olmamasını, digər üç zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı qismən ödəməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş aşağıdakı sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2022-ci ilin iyun ayında bacısı X11 vasitəsi ilə "Təqsirləndirilən şəxs” adlı şəxsi tanımış və həmin şəxs sürücülük vəsiqələrinin verilməsi ilə bağlı müəyyən pul müqabilində köməklik edəcəyini bildirmişdir. Aqşin ona özünü “Xarici Kəşfiyyat Xidmətinin” əməkdaşı kimi təqdim etmişdir. O da özünün BC kateqoriyalı sürücülük vəsiqəsi olduğu üçün əlavə olaraq D kateqoriyasının da vəsiqəsinə əlavə olunmasını istəmişdir. Aqşin ondan bir sürücülük vəsiqəsi üçün 450 manata yaxın pul istəmişdir. O da öz tanışlarına da bu işdən xəbər vermiş və demişdir ki, ucuz variantda sürücülük vəsiqəsi əldə etmək olur. Buna görə ona 814 manata yaxın pul vermişdir. Belə ki, 2022-ci ilin iyun ayından başlayaraq bu şəxsə sürücülük vəsiqəsinə “D” kateqoriyasının da əlavə edilməsi və dostlarına sürücülük vəsiqəsi almaq üçün pul ödəməyə başlamışdır. Həmin pulları Aqşinin ona göndərdiyi 4169-7413-2115-7461 saylı bank kartına Maştağa qəsəbəsində yerləşən “Luks” marketindəki ödəniş terminallarından yükləmişdir. Bir müddət keçdikdən sonra Aqşin müxtəlif bəhanələr gətirərək ona dəymiş ziyanı qaytarmaqdan boyun qaçırmışdır və sonda onunla əlaqəni kəsmişdir. Buna görə də hadisə ilə bağlı polisə müraciət etmək qərarına gəlmişdir. İfadəsinin sonunda bildirmişdir ki, hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənildiyindən onunla barışmışdır, ondan hər-hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, 2022-ci ilin iyul ayında qardaşı oğlu X30 vasitəsi ilə "Təqsirləndirilən şəxs” adlı şəxsi tanımış və bu şəxs sürücülük vəsiqələrinin verilməsi ilə bağlı müəyyən pul müqabilində köməklik edəcəyini bildirmişdir. Aqşin ona özünü “Baş X35i İdarəsi”-nin mayoru kimi təqdim etmiş və bildirmişdir ki, X29 əmri ilə ona ildə 2 dəfə sürücülük vəsiqəsini 484 manata düzəldilməsi göstərişi verilmişdir. O da həm özü üçün, həmçinin qardaşı oğlu X1 üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsinin alınması üçün bu şəxsə ümumilikdə 2044 manat pul göndərmişdir. Lakın sonradan həmin puldan ona 800 manatı geri göndərmişdir. Həmin pulları Aqşin onun qardaşı oğlunun kartına geri göndərmişdir. Bir müddət keçdikdən sonra Aqşin müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmiş sonda onunla əlaqəni kəsmişdir. Buna görə də hadisə ilə bağlı polisə müraciət etmək qərarına gəlmişdir. Sonradan Təqsirləndirilən şəxs ona dəymiş zərərdən bir hissəni qaytarmış və hazırda 1200 manat ödənilməmiş ziyan qalmışdır. İfadəsinin sonunda bildirmişdir ki, hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Həsənxan oğlu ifadəsində bildirmişdir ki, 2022-ci ilin avqust ayında tanışı Seyid vasitəsi ilə Təqsirləndirilən şəxs adlı şəxsi tanımış və bu şəxs sürücülük vəsiqələrinin verilməsi ilə bağlı müəyyən pul müqabilində köməklik edəcəyini bildirmişdir. Belə ki, o, Aqşinlə əlaqə saxlamış və Aqşin ona özünü “Xarici Kəşfiyyat Xidmətinin” Yarasa xüsusi təyinatlı bölüyünün əməkdaşı kimi təqdim etmişdir. Aqşin ona demişdir ki, BDYPİ-də tanışları var, onlara tapşıracaq və rahat yolla qısa zaman ərzində ona sürücülük vəsqəsı təşkil edəcəkdir. Onda “B” kateqoriyalı sürücülük vəsiqəsi olduğu uçun əlavə olaraq “C” kateqoriyasının da vəsiqəsinə əlavə olunmasını, həmçinin qızları Balakişizadə Elnarə, Balakişizadə Elnurəyə və bacısı X2 “BC" kateqoriyalı sürücülük vəsiqəsinin alınması üçün bu şəxsə, ümumilikdə 3680 manat pul vəsaitini Aqşinin ona göndərdiyi 4169-7413-2115- 7461 saylı bank kartına Bakı şəhəri Xətai rayonu Telnov küçəsində yerləşən ödəniş terminallarından və öz adına olan Leo banka məxsus 4098-5844-6248-7834 nömrəli bank kartından card-to-card edərək yükləmişdir. Bildirmişdir ki, bütün ödənişləri o etmişdir və maddi ziyan ona dəymişdir. Bir müddət keçdikdən sonra Aqşin müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmişdir, sonda onunla əlaqə kəsilmişdir. O dəfələrlə ondan pulunu istəsə də, hər dəfə onu aldadaraq vaxt qazanmağa çalışmışdır. İfadəsinin sonunda bildirmişdir ki, Təqsirləndirilən şəxs sonradan ona dəymiş zərərdən 700 manat məbləğində hissəsini geri qaytarmışdır, hazırda vurulmuş ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2022-ci ilin avqust ayında tanışı Elçin vasitəsi ilə Təqsirləndirilən şəxs adlı şəxsi tanımış və bu şəxs sürücülük vəsiqələrinin verilməsi ilə bağlı müəyyən pul müqabilində köməklik edəcəyini bildirmişdir. Elçin də həmin ərəfədə tanışları vasitəsilə Aqşini tapmış, özü də sürücülük vəsiqəsi almaq üçün Aqşinə pul vermişdir. Aqşin ona özünü əvvəllər “Xarici Kəşfiyyat Xidmətinin" əməkdaşı kimi təqdim etmiş və demişdir ki, hal-hazırda Baş X35 İdarəsində sürücülük vəsiqələrinin əldə edilməsi ilə məşğul olan şəxsdir. Aqşin həmin xidmətin adını çəkərək demişdir ki, özü orada işləyir, ona həmin müəssisədə çalışan vəzifəli şəxslərin adlarını çəkərək demişdir ki, onların hamısı qələt eliyir, özü hər şeyi həll edəcək, hər şey onun öz əlindədir. Həmin vaxt onun sürücülük vəsiqəsinin olmadığı üçün özünə “ABC” kateqoriyası almaq istəmişdir. Aqşin ona demişdir ki, bir nəfər üçün sürücülük vəsiqəsini 500 manata həll edir, lakin bir nəfər tək olanda onda qiymət bir az baha olur ,ona görə də ona demişdir ki, ətrafında sürücülük vəsiqəsi əldə etmək istəyən şəxsləri də tapsın və hər birisinə 500 manata təxminən 1 həftə ərzində sürücülük vəsiqəsi verəcəkdir. Buna görə də o, dostu X13, qardaşı X21 tanışları X12 və X3 “BC” kateqoriyalı sürücülük vəsiqəsinin alınması üçun bu şəxsə ümumilikdə 4 435 manat pul vəsaitin onun göndərdiyi 4169-7413-2115-7461 saylı bank kartına Bakı şəhəri, Binəqədi rayonunda yerləşən ödəniş terminallarından və öz adına olan Leo banka məxsus 4098-5844-5069-4359 və Unibank-a məxsus öz adına olan 5243-7544-1067- 1109 nömralı bank kartlarından card-to-card edərək yükləmişdir. Lakin Aqşin hər dəfəsində vaxt uzatmağa çalışmışdır. Bundan sonra o, şühbələnməyə başlamış lakin Aqşin demişdir ki, imtahanın vaxtı dəyişdirilmişdir, lakin o, Aqşini polisə şikayət edəcəyini deyəndə həmin puldan 450 manatını onun kartına geri göndərmişdir. İfadəsinin sonunda bildirmişdir ki, hazırda vurulmuş ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında özünü Nağıyev Aqşin kimi təqdim edən bir şəxs psixoloji xidmət almaq üçün ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş və Xarici Kəşfiyyat Xidmətinin polkovnik-leytenantı olduğunu, Əfqanıstanda və 2-ci Qarabağ döyüşlərində iştirak etdiyini və baş nahiyyəsindən 2 qəlpə yarası aldığını bildirmişdir. O, həmin şəxsə onlayn formada seanslar keçə biləcəyini bildirmişdir və 2 dəfə ona seans keçmişdir. Bu qaydada onunla münasibətləri yaranmış və o həddə gəlib çatmışdır ki, ciddi formada danışmağa başlamışdırlar. Aqşin onunla ailə qurmaq istədiyini və öz ailəsini onlara elçi göndərəcəyini demişdir və o, Aqşinə inanmışdır. Bir dəfə o "Getcontact mobil tətbiqində onun adını yoxlayarkən orada “Aqşin Prava” adını görmüşdür , bunun səbəbini ondan soruşanda o demişdir ki, yol polisində işləyən dostu vasitəsilə bir nəfərə sürücülük vəsiqəsinin əldə olunmasında köməklik etmişdir ,yəqin ona görə də halhazırda onun adını kontakta o qaydada qeyd etmişdirlər. Bundan təxminən bir müddət sonra ona demişdir ki, yol polisində işləyən dostu ona demişdir ki, ətrafındakı insanlara da bununla bağlı məlumat verməyini, əgər istəyən olarsa, həmin adamlara onun nömrəsini verməyini istəmişdir. O da tanışı Zeynəb və Nigar adlı xanıma bu haqda məlumat vermiş və bildirmişdir ki, nişanlısı az pul qarşılığında asan yolla insanlara sürücülük vəsiqəsi əldə etməyə köməklik etmişdir. Daha sonra Aqşinin həmin şəxslərlə əlaqə saxlamasından heç bir məlumatı olmamışdır. Bir gün söhbət əsnasında Aqşin bildirmişdir ki, MTN-də işlədiyini, orada baş vermiş problemlər zamanı onu tutmuşlar, lakin Aqşin günahsız olduğu üçün dövlət ona 600 000 manat kompensasiya ödəyəcəkdir. Ödənişi qəbul etmək üçün isə banka rüsum kimi 24 000 manat pul ödəməlidir, həmin pulun 19 000 manatını tapıb, 5 000 manat pula ehtiyacı vardır. Aqşin bildirmişdir ki, əlində pulu yoxdur. O Aqşinə inanmışdır və 11 000 manat dəyərində “Nissan Note” markalı avtomobilini elə Aqşinin tapdığı adama 7.300 manata satmışdır və 11 noyabr 2022-ci il tarixində həmin pulun 6.000 manatını "Emanat' ödəniş terminalı vasitəsilə Aqşinə məxsus "xxxx" ASC-dəki 4169-7413-2115-7461 nömrəli karta köçürmüşdür. Daha sonra Aqşin ona demişdir ki, onu Prezident Administrasiyasında işə düzəldəcək və bunun üçün 330 manat forma pulu ödəməlidir, belə olan halda o, 330 manat pulu da Aqşinə göndərmişdir. Əlavə olaraq isə 1.000 manat pulu da gün ərzində müxtəlif bəhanələrlə ondan almışdır. Ümumilikdə 7 330 manat pulun hamısını ondan köçürmə yolu ilə götürmüşdür. Ümumilikdə bu hadisə nəticəsində ona 7.330 manat dəyərində maddi ziyan dəymişdir. İfadəsinin sonunda bildirmişdir ki, hazırda vurulmuş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 2022-ci ilin noyabr ayında uşaqlarının psixoloqu olan Zərərçəkmiş şəxs4 ilə söhbət zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs sürücülük vəsiqələrinin verilməsi ilə bağlı müəyyən pul müqabilində köməklik etmişdir. Belə ki, Zərərçəkmiş şəxs4 bu şəxsi özünün nişanlısı kimi təqdim etmiş və sürücülük vəsiqəsinin özü üçündə pul vəsaiti qarşılığında aldığını bildirmişdir. Zərərçəkmiş şəxs4 yoldaşının mobil nömrəsini həmin şəxsə vermişdir. Aqşin adlı şəxs yoldaşı ilə əlaqə saxlayan zaman bir az danışıqdan sonra telefona o cavab vermişdir. Belə ki, onunla söhbət edən zamanı Aqşin, özünü "Xarici Kəşfiyyat Xidmətinin” Yarasa xüsusi təyinatlı bölüyünün komandiri kimi təqdim etmişdir və bildirmişdir ki, sürücülük vəsiqələrinin imtahansız ucuz yollarla əldə olunmasında ona köməklik edəcəkdir. O da Aqşinə inanmış və əlavə olaraq o Aqşinə bildirmişdir ki, öz sürücülük vəsiqəsi həbsdədir, Aqşin ona məxsus sürücülük vəsiqəsinin həbsdən çıxarılmasına və əlavə olaraq ‘DE’ kateqoriyasının alınmasına görə 1500 manat pul vəsaiti tələb etmişdir. Həmin şəxsin özünü "Xarici Kəşfiyyat Xidmətinin" əməkdaşı kimi təqdim etməsinə görə ona inanmış və lazım olan məbləği göndərəcəyini bildirmişdir. Əlavə olaraq ondan xahiş etmişdir ki, mümkündürsə onunla bərabər yoldaşı X8 da ‘BC‘ kateqoriyalı sürücülük vəsiqəsinin verilməsini təşkil etsin Təqsirləndirilən şəxs onunla razılaşmış və bundan sonra onun sürücülük vəsiqəsinin həbsdən çıxarılmasını, “DE” kateqoriyasını sürücülük vəsiqəsinə əlavə edilməsi və Zeynəb Mikayılovaya sürücülük vəsiqəsi düzəldəcəyi adı ilə 16 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-a il tarixinədək olan müddət ərzində ümumilikdə 2 500 manat pul vəsaitini ələ keçirmişdir. Təqsirləndirilən şəxs tələb etdiyi pul vəsaitlərini Aqşinin ona göndərdiyi 4169-7413-2115-7461 saylı bank kartına köçürmüşdür. Pul vəsaitini aldıqdan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr ilə işi yubatmağa başlamışdır və verdiyi vədə əməl etməmişdir. İfadəsinin sonunda bildirmişdir ki, hazırda vurulmuş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, 2022-ci ilin noyabr ayında tanışı Zeynəb Mikayılova ilə söhbət zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs sürücülük vəsiqələrinin verilməsi ilə bağlı müəyyən pul müqabilində köməklik edir. Belə ki, Zeynəb Mikayılovanın əri də sürücülük vəsiqəsinin düzəlməsi üçün həmin şəxsə pul vəsaiti ödəmişdir. Zeynəb Mikayılovadan həmin şəxsin əlaqə nömrəsini götürərək Aqşinlə mobil telefon vasitəsi ilə danışmışdır və danışıq zamanı Təqsirləndirilən şəxs özünü “Xarici Kəşfiyyat Xidmətinin” Yarasa bölüyünün əməkdaşı kimi təqdim etmiş və bildirmişdir ki, Şuşa şəhərinin işğaldan azad olunmasında şəxsən iştirak etmişdir. BDYPİ-də tanışları var və onların vasitəsilə onlara köməklik edəcək. Belə ki, razılaşmalarına əsasən “'BC” kateqoriyalı sürücülük vəsiqəsini onlara 1100 manata həll edəcəkdir. Həmin şəxsin özünü "Xarici Kəşfiyyat Xidmətinin” əməkdaşı kimi təqdim etməsinə görə ona inanmış və lazım olan məbləği göndərəcəyini bildirmişdir. Əlavə olaraq ondan xahiş etmişdir ki, mümkündürsə ,onunla bərabər qardaşının oğlu X4 da “BC” kateqoriyalı sürücülük vəsiqəsinin verilməsini təşkil etsin. Təqsirləndirilən şəxs onunla razılaşmış və bundan sonra ona və Teymur Allahverdiyeva sürücülük vəsiqəsi düzəldəcəyi adı ilə 20 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək olan müddət ərzində ümumilikdə 2 200 manat pul vəsaitini ələ keçirmişdir. Təqsirləndirilən şəxs tələb etdiyi pul vəsaitlərini o Aqşinin ona göndərdiyi 4169-7413-2115-7461 saylı bank kartına köçürmüş və qəbzləri saxlamışdır. İfadəsinin sonunda bildirmişdir ki, hazırda vurulmuş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, 2022-ci ilin noyabr ayında tanışı İlahə vasitəsi ilə Təqsirləndirilən şəxs adlı şəxsi tanımış və bu şəxs sürücülük vəsiqələrinin verilməsi ilə bağlı müəyyən pul müqabilində köməklik edəcəyini bildirmişdir. İlahə bildirmişdir ki, onun tanışı ildə bir dəfə bu qaydada şəffaflığı təmin etmək üçün adamlar axtarır. Belə ki, o, Aqşinlə əlaqə saxlamışdır. Aqşin ona özünü “Xarici Kəşfiyyat Xidmətinin" əməkdaşı kimi təqdim etmişdir. O da özünə və yoldaşı X5 “BC" kateqoriyalı sürücülük vəsiqəsinin alınması üçün həmin şəxsə, ümumilikdə 1 000 manat pul vəsaitini Aqşinin ona göndərdiyi 4169-7413-2115- 7461 saylı bank kartına yükləmişdir. Lakin sonradan verdiyi vədinə əməl etmədiyindən o, hadisə ilə bağlı polisə müraciət etmək qərarına gəlmişdir. İfadəsinin sonunda bildirmişdir ki, hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənilmişdir, ona görə şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(1-ci cild i/v-170) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(1-ci cild i/v 181-184) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-126/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. (1-ci cild i/v210-216) “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında” 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti 01 ay-04 ayadək, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (2-ci cild i/v62-65). Nərimanov Rayon Məhkəməsinin 4(005)-473/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (2-ci cild i/v 76-81) Azerbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz Rayon Məkməsının xx.xx.2015-cı il tarixli hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə 2 500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Bundan başqa, onun barəsində Yasamal Rayon Məkməsinın xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 178.2.2 və 178 2 4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə 03 il 08 ay 04 gün müddətində azadlıqdan məhrum etmə və 2500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli "Amnistiya qərarının 2.4-cü bəndinə əsasən, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən və cərimə cəzasından azad edilmişdir. (1-ci cild i/v 217-219) Bakı şəhəri Yasamal Rayon Məkməsının hakimi Azər Tağıyev tərəfindən çıxarılmış 01.08 2018-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2 .2 və 178.2.4-cu maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncunun 20 oktyabr 2017-ci il tarixdən 16 fevral 2018-ci il tarixədək həbsdə saxlandığı 03 ay 26 gün müddət nəzərə alınaraq onun üzərində 03 il 08 ay 04 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzaçəkmə müddətinin başlanğıcı 23 may 2018-ci il tarixdən hesablanmışdır.(1-ci cild i/v238-242) İş materiallarında olan “8 noyabr - Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndindən gorünür ki, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzadan azad edilmişdir. Həmçinin həmin qərarın 7-ci bəndinə əsasən, əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Xaçmaz Rayon İcra Hakimiyyətinin 10 mart 2023-cü il tarixli 5-49/2- 50/2023 nömrəli məktubla daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X9, anası X14 və qardaşı X6 ibarət ailə tərkibi ilə Xaçmaz rayonu, Çarxı kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur, onun barəsində nümayəndəliyə heç bir şikayət xarakterli məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tam şəkildə ödədiyindən onunla barışmışdır, şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs6 Sənanı qızının ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tam şəkildə ödəmişdir ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı ödəmədiyindən ondan şikayətçi və tələbkardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi təqsirləndirilən şəxsin etiraf etməsi ilə bərabər, zərərçəkmiş şəxslərin ifadələri ilə, pul köçürülməsi ilə bağlı sənədlərin qəbzləri ilə ,eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşman olmasını, iki nəfər zərərçəkmiş şəxslə barışmasını və onlara vurulmuş ziyanın ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X17 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-277/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X23 tərəfindən həyata keçirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X17 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X17 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-277/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-277/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver