Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-277/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1978-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(005)- 271/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 il 09 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(001)-583/2022 saylı qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 06 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2irayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, 2023-cü ilin iyul ayının sonlarında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd bükülüdə, təmiz çəkisi 1,228 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülüdə üzərində saxlayaraq Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi yol 4 ünvanının qarşısına daşımış, 28 avqust 2023-cü il tarixdə saat 19:00-da DİN-in X6 Alayının 6-cı Patrul Bölüyünün polis nəfərləri tərəfindən göstərilən ünvanda şübhəli şəxs qismində saxlanılaraq 28-ci Polis Şöbəsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan bükülüdə və çəkidə psixotrop maddə metamfetamin ona məxsus pul kisəsindən aşkar edilərək götürülmüşdür. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinib barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilsə də daha sonra həmin cəza müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli şəkildə psixotrop maddə metamfetamindən könüllü istifadə edir. Buna onu heç kim təhrik etməsə də psixotrop maddəni tanımadığı və şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən əldə etmişdir. Sonuncu dəfə isə yenidən tanımadığı şəxsdən təxminən 1 ay əvvəl, 2023-cü ilin iyul ayının sonlarında “patı” adlanan metamfetamini xatırlamadığı yerdə almış və siqaretin gümüş kağızına qoyub istifadə etmək üçün üstündə saxlamışdır. Mobil telefonunu 26 avqust 2023-cü il tarixdə Badamdarda maşın bazarında əsəbləşib sındırmışdır. Həmin vaxt öz istifadəsində olmuş mobil nömrəni hazırda xatırlamır. 28 avqust 2023-cü il tarixdə saat 18 radələrində qazanc əldə etmək üçün taksi fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə icarəyə avtomobil götürmək qərarına gəlmiş, Yasamal rayonunda yerləşən “arenda 222” avtosalonuna yaxınlaşıb Məhəmməd adlı şəxslə tanış olmuş və ona icarəyə avtmobil götürmək istədiyini demişdir. Ondan “Ravon” markalı avtomobili bir ayı 750 manata icarəyə götürməyə razılaşmış, oğlunun da köməkliyi ilə topladığı 750 manat pulu pul kisəsindən çıxarıb sayaraq Məhəmmədə vermiş, Məhəmməd də pulu sayıb götürmüş, avtomobili götürüb həmin ərazidə olan zaman təxminən 15 dəqiqə sonra polis patrul avtomaşını ona yaxınlaşıb avtomobili icarəyə götürərkən 4 ədəd 20 manatlıq saxta əsginaz verməyini demişlər. Belə şeyin mümkün olmadığını deyib pul kisəsində qalan digər pulları onlara göstərmiş, polis əməkdaşları həmin pullara baxıb ona qaytarmışlar. Daha sonra isə pul kisəsinə baxanda kisədə saxladığı psixotrop maddə olan bükülünü görüb onun nə olduğunu soruşmuşlar. Artıq yaxalandığını görüb danmağın yeri olmadığını başa düşərək həmin maddənin psixotrop maddə metamfctamin olduğunu etiraf etmişdir. Psixotrop maddəni qaytarıb kisənin içərisinə qoymuş, onunla şifahi sorğu-sual apararaq onlarla birlikdə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə getməyini bildirəndə, çıxış yolu olmadığını dərk etdiyindən polis əməkdaşları ilə birlikdə qeyd olunan şöbəyə gedib şöbənin inzibati binasında yerləşən otaqların birinə daxil olmuşdur. Aradan 10-15 dəqiqə keçəndən sonra ora tanımadığı 1 mülki geyimli şəxs gəlmiş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmiş, sonra üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymağını təklif edəndə artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən kisənin içərisində olan, siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə metamfetamini çıxarıb könüllü onlara təhvil vermişdir. Videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən ondan bükülünün içərisində nə olduğu soruşulanda səmimi olaraq bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini guya bir ay öncə Anar adlı polis əməkdaşından qarşılıqsız əldə etdiyini və öz istifadəsi üçün üzərində saxladığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılsa da digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib etmiş, bükümdə olan həmin psixotrop maddə metamfetamin ekspertizaya göndərmək məqsədilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in X6 Alayının Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs sonradan tanımaqla onunla hər hansı münasibəti olmamışdır. 28 avqust 2023-cü il tarixdə saat 19 radələrində 2468 çağırışlı avtopatrulda Şahid2 ilə birlikdə Yasamal rayonu ərazisində yerləşən avtmobil satış mərkəzinin ərazisində olarkən əvvəldən tanıdığı, “arenda 222” avtosalonunun sahibi Nəvai adlı şəxs yaxınlaşıb həmin gün onlardan icarəyə avtomobil götürən zaman onlara 4 ədəd saxta 20 manatlıq verən şəxsin şirkətin ofisinin qarşısında olduğunu demiş, ofisin qarşısına yaxınlaşıb özlərini adının Təqsirləndirilən şəxs olduğunu sonradan bildikləri həmin şəxsə təqdim edərək şirkətə saxta pul veribvermədiyini soruşmuşlar. Nəcəf şirkətə verdiyi pulların saxta olub- olmadığından məlumatı olmadığını demiş, bundan sonra həmin şəxs özünə məxsus qəhvəyi rəngli pul kisəsini açaraq içərisində olan öz pullarını göstərərək saxta olmadıqlarını bildirmişdir. Bu zaman pul kisəsinin içərisində olan gümüşü rəngli bükülü diqqətlərini cəlb etmiş, Nəcəfdən həmin bükülünün içərisində nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs səhv edərək artıq ifşa edildiyini anlayıb bükülünün içərisində “şüşə” adlı psixotrop maddə olduğunu, xəstə olduğu üçün uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini demişdir. İçərisində 51 manat pul və gümüşü rəngli bir ədəd bükülü olan pul kisəsi götürülmüş və Təqsirləndirilən şəxs Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin aşkar olunan zaman hər hansı şəxs tərəfindən ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə və müşayiətləri altında qeyd olunan şöbəyə gəlmiş, şöbədə bununla bağlı müvafiq raport yazandan sonra araşdırmanın aparılması şöbənin təhqiqatçısı, polis kapitanı Kamil Rahmanova həvalə edildiyindən müşayiətləri ilə Təqsirləndirilən şəxs təhqiqatçı Kamil Rahmanovun xidməti otağına aparmışlar. Aradan 10-15 dəqiqə keçəndən sonra təhqiqatçının dəvəti ilə ora vəkil gəlmiş. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, təhqiqatçı Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış aparılması haqında qərarla tanış edərək hansı səbəbə PŞ-yə gətirildiyi, üzərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs isə xx.xx.2023-cü il tarixdə saat 19:00-da Yasamal rayonu Kənar Dairəvi yolu 4 ünvanında yerləşən X1rkən ona yaxınlaşaraq “arenda 222” avtosalonuna 4 ədəd 20 manatlıq saxta əsginaz verməsi barədə soruşduqda özünə məxsus pul kisəsini açaraq göstərib saxta pul vermədiyini, həmin vaxt pul kisəsinin içərisində siqaretin gümüşü rəngli kağızma bükülmüş bükülünün içərisində nə olması barədə ondan soruşulduqda bükülünün içərisində narkotik maddə olduğunu bildirdiyi üçün həmin pul kisəsinin ondan götürülərək 28-ci PŞ- yə gətirilməsini bildirmişdir. Təqsirləndirilən şəxs məxsus qəhvəyi rəngli pul kisəsi açıldıqda içərisindən 51 manat pul və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülü aşkar edilmiş, pul kisəsinin içərisində olan 51 manat pul saxta olub-olmamasının müəyyən edilməsi üçün təhqiqatçı tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən Təqsirləndirilən şəxs həmin bükülünün içərisindəki maddənin “şüşə” adlanan psixotrop maddə olduğunu demişdir. Həmin maddəni haradan və kimdən alması soruşulduqda Təqsirləndirilən şəxs həmin “şüşə” adlanan psixotrop maddənin özünə məxsus olduğunu, onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşından aldığını bildirmiş, bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə şəxsi axtarış həyata keçirilərək üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı əşya və predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü və pul əsginazları zərfə qoyularaq qablaşdırılmış və zərfin üstü iştirakçıların imzaları ilə təsdiq olunmuş, həmin vaxt videoçəkilişdən istifadə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in X6 Alayının Patrul bölüyünün polis nəfəri, polis baş serjantı Şahid2 Şahid1 ilə eyni xarakterli ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs olduğunu sonradan bildiyi şəxsə özlərini təqdim edib şirkətə saxta pul verib-vermədiyini soruşduqda Nəcəf şirkətə verdiyi pulların saxta olubolmadığından məlumatı olmadığını demiş, həmin vaxt öz mobil telefonunun vidcofunksiyasını işə salıb baş verənlərin videoçəkilişini aparmağa başlamış, bundan sonra Nəcəf özünə məxsus qəhvəyi rəngli pul kisəsini açaraq içərisində olan öz pullarını göstərərək saxta olmadıqlarını bildirmiş, bu zaman pul kisəsinin içərisində olan gümüşü rəngli bükülü diqqətini cəlb etmiş, Nəcəfdən həmin bükülünün içərisində nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs səhv edərək artıq ifşa edildiyini anlayıb bükülünün içərisində “şüşə” adlı psixotrop maddə olduğunu, xəstə olduğu üçün uzun müddətdir narkotik vasitələrdən istifadə etdiyini demiş, həmin vaxt videoçəkiliş etməyi dayandırmış daha sonra həmin görüntüləri diskə köçürüb görüntüləri telefondan silmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in X6 Alayının Patrul bölüyünün polis nəfəri, polis baş serjantı Şahid2 öz mobil telefonu ilə qeydə aldığı videogörüntülərin olduğu diski təqdim etdiyindən həmin disk götürülərək baxış keçirilmişdir. Həmin baxış protokolundan görünür ki, günün işıqlı vaxtında Post Patrul Xidməti avtomobilində olan polis əməkdaşının Təqsirləndirilən şəxs ilə söhbət etməsi müəyyən edilir. Təqsirləndirilən şəxs əlində şabalıdı rəngli pul kisəsindən çıxardığı müxtəlif nominallı pul əskinaslarını polis serjantına göstərərək onda saxta pul olmadığını, alverçi olduğunu, ola bilsin ki, ona kiminsə o cür pul verdiyini deyir. Polis əməkdaşı ona uşaqları taksi ilə yola salmasını təklif edir. Polis əməkdaşı N. Tağıyevin pul kisəsindən çıxardığı həmin pul əskinaslarına baxıb öüznə qaytararaq N. Tağıyevin əlindəki pul kisəsini götürüb içərisindəki digər sənəd və əşyalara baxır. Pul kisəsinin içərisinə baxan zaman polis əməkdaşı kisədə olan bir ədəd bükülünü açarkən N.Tağıycvə “maldır bu?” sualını verir, N. Tağıyev isə “hə” cavabını verərək təsdiq edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 28 avqust 2023-cü il tarixli qərardan və eyni adlı protokoldan görünür ki, Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı X4 tərəfindən xx.xx.2023-cü il tarixdə (saat 19:00 dəqiqədən) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (İ/V. 13). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılan zaman təhqiqatçı Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış aparılması haqqında qərarla tanış edərək hansı səbəb PŞ-yə gətirildiyi, üzərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü təqdim etməsi təklif edilir. Şübhəi şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00-da Yasamal rayonu Kənar Dairəvi yolu 4 ünvanında yerləşən X1rkən polis əməkdaşlarının ona yaxınlaşaraq “arenda 222” avtosalonuna 4 ədəd 20 manatlıq saxta əsginaz verməsi barədə soruşduqda özünə məxsus pul kisəsini açaraq polis əməkdaşlarına göstərib saxta pul vermədiyini, həmin vaxt pul kisəsinin içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünün içərisində nə olması barədə polis əməkdaşı ondan soruşduqda bükülünün içərisində narkotik maddə olduğunu bildirdiyi üçün həmin pul kisəsinin ondan götürülərək 28-ci PŞ-yə gətirilməsini bildirir. Təqsirləndirilən şəxs məxsus və polis əməkdaşlarının təqdim eldiyi qəhvəyi rəngli pul kisəsi açıldıqda içərisindən 51 manat pul və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülü aşkar edilir. Pul kisəsinin içərisində olan 51 manat pul saxta olubolmamasının müəyyən edilməsi üçün təhqiqatçı tərəfindən götürülür. Təqsirləndirilən şəxs siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünün içərisindəki maddənin nə olması barədə sual verilərkən sonuncunun həmin bükülünün içərisindəki maddənin “şüşə” deyilən psixotrop maddə olduğunu deməsi müşahidə edilir. Həmin maddəni haradan və kimdən alması barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin “şüşə” adlanan narkotik vasitənin özünə məxsus olduğunu, onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşından aldığını bildirir. Bundan sonra, təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə şəxsi axtarış həyata keçirilərək üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı əşya və predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü və A64329697, A 63230509, A 45793389 və A 43094907 seriyalı pul əsginazları zərfə qoyularaq qablaşdırılır və zərfin üstü iştirakçıların imzaları ilə təsdiq olunur. (İ/V. 20-21). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 28 avqust 2023-cü il “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollarda qeyd olununlar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 avqust 2023-cü il tarixli, 6/4587 saylı ekspert rəyindən görünür ki; “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N°167” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,228 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ/V. 31-35). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsinin təmin edilməsi qərara alınmışdır. (İ/V. 67-68). “Qətimkan tədbiri seçmə barədə” 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam növündə” gətimkan tədbiri seçilmişdir.( İ/V. 69-70) Ambulator məhkəmə-narkoloji ekspertizasının 28 sentyabr 2023-cü il tarixli, 6176 saylı ekspert rəyindən məlum olur ki; Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 110-111) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 6 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 il 9 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci i ltarixli qərarı ilə cəzasının çəkilməmiş 1 il 1 ay 24 gün hissəsi 6 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 6 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmişdir. (İ/V. 108-109). “Sübutların qiymətləndirilməsi haqqında” 28 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsun üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 1,228 qram psixotrop maddə olam metamfetamin iş üzrə maddi sübut kimi tanınmalı və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə - 1,178 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 28 avqust 2023cü il tarixli şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq və cinayət işinin materiallarına əlavə edilmişdir. (İ/V. 158-171). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf etməsini, əməllərindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etmişdir Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(005)-271/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 il 09 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(001)-583/2022 saylı qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 06 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər.Belə ki, məhkəmə hesab edir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 may 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərcləri məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1,178 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi 24 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-277/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 may 2024-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1,178 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi 24 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-277/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-277/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver