Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-277/2025 04.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X13, Xüsusi ittiham qaydasında şikayət verən şəxs: X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs: X3 və onun müdafiəçisi Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, haqqında şikayət verilən şəxs Saatlı rayonu Dəllər kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan X7 04 oktyabr 2023-cü il tarixdə «SPACE» televiziya kanalının aparıcısı Amil Xəlilin «Gəl danış» verilişində canlı yayımda onun haqqında həqiqətə uyğun olmayan ifadələr səsləndirərək onu törədilmiş ağır və ya xüsuilə ağır cinayətləri gizlətməkdə və ört-basdır etməkdə ittiham eləmklə şəxsinə böhtan atmış, həmçinin xüsusi amansızlıqla törədilmiş cinayətləri gizlətməkdə onu da cinayətkar hesab edərək təhqir etmiş, şərəf ləyaqətini, işgüzar nüfuzunu ləkələmişdir. Belə ki, «SPACE» televiziya kanalında canlı yayımlanan «Gəl danış» verilişində X7 öz əmioğlusu olan X8 narkotik satışı ilə məşğul olduğunu və 2022-ci ilin sentyabr ayında Saatlı rayonunun Musalı kəndi ərazisində xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə cinayətlərini törətməkdə ittiahamlar səsləndirmiş , həmin cinayətlərin barəsində xəbər verməməkdə və ya cinayətləri gizlətmədə onu ittiham elməklə ona böhtan atmışdır. Onun dediklərini atası Tehan Dövlətov da canlı yayımda təsdiq etmişdir. Həmçinin həmin cinayətləri gizlətməkdə onu da cinayətkar hesab etməklə təhqir elmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, X7 və X6 canlı yayıma çıxmamışdan əvvəl Cavid Dövlətov barəsində Saatlı rayon Hüquq-Mühafizə Orqanlarına rəsmi şikayətlər etmiş və bilə-bilə xəbərçilik etməklə X1 ittihamlarla ağır və xüsusilə ağır cinayətləri törətdiyini bildirmiş, aparılan araşdırma zamanı məlumatın yalan olduğu müəyyən edilmiş, bundan sonra Elsevər Dövlətov təkrar olaraq 04 oktyabr 2023-cü il tarixdə yenidən bu məzmunda canlı yayımda eyni ittihamlarla çıxışlar etmiş və həmin cinayətləri gizlətməkdə onu da ittiham etməklə ona böhtan atmış və onu da cinayətkar kimi təqdim etməklə şəxsini ləkələməklə təhqir etmişdir. Belə ki, canlı yayımda haqqında şikayət verilən şəxs X7 bildirmişdir ki, güya onun Əmisi oğlu X10 2022-ci ilin sentyabr ayında Saatlı rayonu Musalı kəndi ərazisində Araz çayının yanında İlkin adlı şəxsin boğazını kəsici alətlə ,yəni düyməli bıçaqla kəsərək öldürmüş, cinayət hadisəsini törədəndən sonra Cavid Dövlətov onun mobil telefon nömrəsinə zəng vurmuş və İlkini öldürdüyünü söyləmiş, öldürdüyü İlkin adlı şəxsin foto şəkillərini çəkərək onun mobil telefon nömrəsinə göndərmişdir. Canlı yayım zamanı Elsevər Dövlətovun atası Tehran Dövlətov bütün bu cinayətlərin başında onun durduğunu 2 dəfə səsləndirməklə oğlu ilə yanaşı o da onun şəxsinə böhtan atmaqla onu təhqir etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, X7 və X2 şikayətləri əsasında Saatlı Rayon Prokurorluğunda araşdırma aparılmış, məlumatlarin yalan və böhtan olduğu öz təsdiqini tapmışdır (canlı yayıma qədər). Barəsində şikayət olunan X10 onun bacanağıdır. 04 oktyabr 2023-cü il tarixdə «SPACE» televiziya kanalının aparıcısı Amil Xəlilin «gəl danış» verilişində X7 və onun atası X6 onu Azərbaycan Respublikasının CM-nin 307.3-cü maddəsi ilə cinayəti törətməkdə ittiham edərək canlı yaymda ona böhtan atmış və onu cinayətləri gizlədən şəxs kimi cinayətkar hesab edərək şəxsini ləkələməklə təhqir etmişdir. Nəzərə çatdırır ki, o, 20 ildən artıq müddət ərzində AR X16 sıralarında polis əməkdaşı kimi xidmət etmişdir, xidmətkeçmə dövründə sağlamlığını itirmiş və əlil olmuşdur, İİ qrup əlildir. Ailəlidir, 5 övlad atasıdır. X7 və X6 tərəfindən canlı yayımda xüsusi amansızlıqla törədilən cinayət hadisəsini gizlətmə və xəbər verməmə kimi böhtan xarakterli ifadələri səsləndirməklə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan yalan məlumatlar səsləndirmişdir. Bu məlumatı cəmiyyət və ya ayrı-ayrı şəxslər arasında ona qarşı mənfi rəy yaratdığından ağır psixoloji sarsıntıya məruz qalmış və bu səbəbdən onların barəsində cinayət işinin başlanması üçün xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməyi zəruri və vacib bilib. Məlumat əxlaqi prinsiplər istehsal-təsərrüfat xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə bir neçə yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirməklə kinoxronikal proqramlarda nümayiş etdirməklə əsərlərdə təsvir edilməklə yığıncaq və toplantılarda deyilməklə məktub ərizə və şikayətlərdə göstərilməklə idarə müəssisə və təşkilatlardan çıxan sənədin də qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məhkəmənin nəzərinə çatdırır ki, buna qədər o, X4 qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin qarşı tərəf xx.xx.2023-ci il tarixdən etibarən müddətli həqiqi hərbi xidmətdə olması səbəbindən şikayətinə baxılması mümkün olmamışdır. Hal-hazırda barəsində şikayət olunan şəxsin hərbi xidmət müddəti 2025-ci il aprel ayında başa çatır. Hesab edir ki, xcüsusi ittiham qaydasında barəsində şikayət olunan şəxs X3 ölkə hüdudlarından kənara çıxmasına məhdudiyyət qoyulması barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir. (Şikayətə baxana və yekun qərar çıxana qədər). Saatlı rayonunun Dəllər kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan X7 barəsində Azərbaycan Respublikksı Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət işi başlanması, onun həmin maddələrin sanksiyası həddində cəzalandırılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra xüsusi ittiham qaydasında şikayət verən şəxs ərizə ilə müraciət edərək xüsusi ittiham qaydasında şikayətə əlavələr edərək X7 barəsində Azərbaycan Respublikksı Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunması və sanksiyanın ən son həddində cəzalandırılması barədə hökmün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X9 bildirdi ki, şikayətdə ətraflı qeyd etmişdir. Space telekanalında veriliş zamanı qarşı tərəf onun adını hallandırır. Əsassız ittihamlar səsləndirir. Belə çıxır ki, guya o, adam öldürmə cinayətini gizlətmişdir. Əmisi oğlu adam öldürüb. O da bunu ictimaiyyətə deməmişdir. Öz əmisi oğlunu narkotik satıcısı kimi qələmə verib. Prokurorluqda cinayət işinin başlanması rədd edilib. Onu əlbirlikdə günahlandırıb. Dərhal efirə zəng edib qoşuldu. Guya cinayət törədən şəxs hadisə yerindən ona zəng edib, detalları bildirib. Əmisioğlu narkotikin pulunu çatdırmayıb, ona görə də öldürüblər. O vaxt istintaq da oldu, qarşı tərəfin dedikləri öz təsdiqini tapmadı. Bu da böhtanla bağlı CMin maddəsinin təsiri altına düşür. 148-ci maddə ilə bağlı ona narkotacirlərə şərait yaradan insan kimi adlandırır və qələmə verir. Amma o, heç siqaret də çəkmir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 bildirdi ki, vəkilin söylədikləri ilə razıdır, əlavəsi yoxdur və şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin müdafiəçisi Nümayəndə izahatında bildirdi ki, şikayət əsassızdır, baxışa verilə bilməz, X5 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(004)- 589/2023 saylı qərarından görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina etdiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bu Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmədə müvafiq olaraq dövlət ittihamçısının və ya xüsusi ittihamçının şəxsə qarşı cinayət təqibindən könüllü imtina etməsi eyni əməlin təkrarən həmin şəxsə istinad edilməsini istisna edir (yeni açılmış hallardan başqa). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli Qərarının 17-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1 dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2 bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 43.2-ci maddəsinə əsasən Xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. 39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.6 şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda; 39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə); 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-ci maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(004)-589/2023 saylı qərarı ilə müəyyən edilir ki, X9 xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina etmişdir. Həmin qərar qanuni qüvvəsini almış və mübahisələndirilməmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-277/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-277/2025
04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver