Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-278/2021 07.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7 Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkilləri X11 və X3 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: xx xxxxxxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2rayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx xxxxxx 1989-cu ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatında olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 aprel 2021-ci il tarixdə saat 05 radələrində ünvan 4 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində olan “Həyat” marketin mühafizə otağının qapısının kilidli olmamasından istifadə edib açmaqla binaya qanunsuz daxil olaraq otaqda divara bərkidilmiş Zərərçəkmiş şəxs1 mülkiyyətində olmaqla sonuncuya məxsus 01 ədəd 400 manat dəyərində “Samsung” markalı UE32T4500AU modelli televizoru və 01 ədəd 10 manat dəyərində həmin televizorun idarəetmə pultunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 410 (dörd yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 aprel 2021-ci il tarixdə saat 07:00 dəqiqədə ünvan 5 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində olan Zərərçəkmiş şəxs2 anbar kimi istifadə etdiyi saxlanc yerinin qapısını açar seçmə yolu ilə açıb anbara qanunsuz daxil olaraq oradan sonuncuya məxsus təzə vəziyyətdə, bir ədədi 900 manat olmaqla 02 ədəd cəmi 1800 manat dəyərində “Demir Döküm” markalı 24 kw kombi aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 aprel 2021-ci il tarixdə saat 07:00 dəqiqədə ünvan 5 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində olan Zərərçəkmiş şəxs2 anbar kimi istifadə etdiyi saxlanc yerinin qapısını açar seçmə yolu ilə açıb anbara qanunsuz daxil olaraq oradan sonuncuya məxsus təzə vəziyyətdə, bir ədədi 900 manat olmaqla 02 ədəd cəmi 1800 manat dəyərində “Demir Döküm” markalı 24 kw kombi aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə 1998-ci ildə Gəncə şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə köçmüş və ailə üzvləri hazırda Rusiya Federasiyasında yaşayır. Rusiya Federasiyasında yaşadığı dövrdə oğurluq cinayəti və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə həbs olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2017-ci ilin əvvəllərində Bakı şəhərinə qayıdaraq Yasamal rayonu, Ü.Əkbərov küçəsi, ev 86-da kirayədə 03 il müddətinə tək yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Təqsirləndirilən şəxs2 onun kirayədə yaşadığı evin yaxınlığında yaşayır və sonuncu ilə bir ildir ki, yaxın münasibəti vardır. Çox vaxt Ruslanla birlikdə yeni tikili binalarının ətrafını, eləcə də zibil yığılan qutuların içərisini axtarıb oradan tapdıqları dəmir qırıntılarını, alüminiumu, plastmas qabları və sellofanları toplayıb qəbul məntəqələrinə satmaqla pul əldə edir, həmin pulu da gündəlik tələbatlarına sərf edirlər. Zibil qutularını heç kimin onları görməməsi üçün səhər vaxtı axtarırlarmış. O, 01 aprel 2021-ci il tarixdə gecə saat 04 radələrində zibilliklərdən plastmas və ya dəmir tullantıları yığmaq məqsədi kirayədə yaşadığı evdən çıxmış və yaxınlıqda olan hündür mərtəbəli binanın qarşısından keçən zaman birinci mərtəbədəki qeyri yaşayış sahəsinin pəncərəsindən içəridə televizorun olduğunu görmüşdür. O, qeyri yaşayış sahəsindən həmin televizoru oğurlamaq qərarına gəlmiş və ətrafa boylanaraq heç kimin olmadığına əmin olduqdan sonra giriş qapısının dəstəyini yoxladıqda onun kilidli olmadığını aşkar etmişdir. O, qeyri yaşayış sahəsinə qapını acmaqla daxil olmuş və divara quraşdırılmış televizoru ilkin olaraq masanın üzərindən götürdüyü pultla yoxlamış və televizorun işlək vəziyyətdə olmasına əmin olmuşdur. O, bir qədər içəridə qalmış və sonradan bayıra çıxıb ətrafa boylanmışdır. Ətrafda heç kimin olmadığına əmin olmuş və təxminən 5-6 dəqiqə sonra yenidən həmin yerə daxil olmuşdur. Orada bir masa, 1 ədəd Samsunq-Led markalı televizor və bir qədər aralıda açılıb-bağlanan yataq dəstinin olmasını müşahidə etmişdir. Yataq dəstinin olmasından o, belə başa düşmüşdür ki, daxil olduğu yer istirahət otağıdır. Otağa daxil olduqdan sonra o, Samsunq markalı televizoru divardan çıxararaq əlimdə saxlamış və üzərində olan kəlbətinlə televizorun naqillərini kəsmişdir. Daha sonra o, həmin televizoru və ona aid 1 ədəd pultu da götürərək kirayə yaşadığı evə gəlmişdir. Etdiyim cinayətə görə sonradan ünvan 6 ünvanın qarşısında saxlanılaraq PŞ-nə aparılmış və oğurluq etdiyi yerin ünvan 7 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki “Həyat” marketin mühafizə otağı olmasını polis əməkdaşlarından öyrənmişdir. Həmin zaman o, polis əməkdaşlarına “Həyat” marketin” mühafizə otağından 1 ədəd qara rəngli “Samsunq” markalı televizoru 01.04.2021-ci il tarixdə səhər saatlarında onun oğurladığım etiraf etmiş və həmin televizoru polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa o, 04 aprel 2021ci il tarixdə saat 06 radələrində Ruslanla görüşüb ünvan 8 ünvandakı binaya getmişlər. Həmin bina X18 bitişik yardımçı yolun yaxınlığında yerləşir. İlk olaraq həmin binanın arxasında olan zibil qutularının içərisini axtarmış, lakin Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri həmin zibil qutularındakı tullantıları apardıqlarından qutularda heç bir əşya tapa bilməmişlər. Bundan sonra həmin binanın qarşısında birinci mərtəbəsində olan hörgünün yarımçıq olmasını görüb bundan istifadə edərək pilləkənlərlə ikinci mərtəbəyə qalxmışlar. Həmin binada ev sahibləri tərəfindən tikinti işləri aparıldığından kolidorlara atılan dəmir və alüminium qırıntılarını yığaraq aparmağı fikirləşmişlər. Bu məqsədlə o, Ruslanla ikinci mərtəbəyə çıxdıqda orada heç bir əşya tapa bilməmişlər. Bu zaman Ruslan özündə olan və əvvəllər zibilliyi axtararkən tapdığı bir topa açarları oradakı dəmir konstruksiyalı bir qapısının zamok hissəsinə daxil edərək açmağa çalışmışdır. Növbəti cəhdlərin birində Ruslan həmin qapını aça bilmiş və onlar içəri daxil olduqda orada bağlı halda qutuların, avtomobil ehtiyat hissələri olan kapot və təkərlərin, eləcə də digər əşyaların olmasını görmüşlər. Həmin qutulara yaxınlaşdıqda üzərinə “Demir Döküm” və “Atron” yazılarının olduğu kombi aparatlarının olmasını müşahidə etdikdə Ruslanla razılaşmışlar ki, həmin 2 ədəd qutudakı kombi aparatlarını götürərək oradan getsinlər. Razılıq əldə olunduğu üçün həmin qutuları anbar (saxlanc yeri) kimi istifadə edilən, ümumiyyətlə təmir olunmayan qeyri-yaşayış sahəsindən götürmüşlər. Bundan sonra Ruslan birinci mərtəbəyə düşmüş və o, da ikinci mərtəbədən həmin qutuları aşağıya sallayaraq Ruslana vermiş, sonuncu da həmin qutuları ondan alaraq yol kənarına yığmışdır. Sonradan o, da aşağı düşmüş və təsadüfən yoldan keçən qara rəngli üzərinə taksi nişanı qoyulmuş dövlət qeydiyyat nişanını xatırlamadığı “Renault” markalı avtomobili saxlatdırmış və yükləri olduğunu deyib onları 500-600 metr aşağıya aparmasını 55-60 yaşlı kişi sürücüdən xahiş etmişlər. Taksi sürücüsü ilə gediş haqqını 5 manat pula razılaşdıqdan sonra oğurladıqları qutuları taksi avtomobilinin yük yerinə qoymüşlar. Həmin vaxtı taksi sürücüsü avtomobilin salonundan yerə düşməmişdir. Bundan sonra o, arxa oturacaqda, Ruslan isə sürücünün yanında qabaq oturacaqda oturmuş və taksi sürücüsünü ara yollarla yaşadıqları evin yaxınlığında Yasamal rayonu Rahib Tağıyev küçəsinə sürdürərək oğurladıqları kombi aparatlarını yerə qoymuşlar. Taksi sürücüsü çıxıb getdikdən sonra həmin kombi apatratlarını Ruslanın köməkliyi ilə onun kirayədə yaşadığı Yasamal rayonu Ü.Əkbərov küçəsi ev 86-ya gətirib orada gizlətmişlər. Onun ev sahibi X1 pulu verməli olduğundan həmin oğurladığı kombi aparatının birini həmin gün saat 10.00 radələrində pulun əvəzinə Afıqə vermişdir. O, kombi aparatını Afıqə verərkən yanlarında heç kim olmamışdır. Həmin gün saat 11 radələrində də Ruslan tanımadığı taksi avtomobili ilə gələrək öz payına düşən kombi aparatını onun kirayədə yaşadığı evdən götürərək satmaq üçün Sədərək Ticarət Mərkəzinə aparmışdır. Onun işi olduğu üçün Ruslanla Sədərək Ticarət Mərkəzinə getməmişdir. Səhərisi gün 05 aprel 2021-ci il tarixdə saat 15 radələrində Afıq ona borclu olduğu pulun əvəzinə verdiyi kombi aparatını satmaqda köməklik etməsini ondan xahiş etmişdir. O, razılaşdıqda Afıqin çağırdığı tanımadığı taksi avtomobili ilə həmin kombi aparatını Nəsimi rayonu 3-cü mikrorayon ərazisinə aparıb Afıqin şəxsiyyət vəsiqəsi ilə həmin mağazaya 500 manata satmışlar. Afıq kombi aparatını satarkən satıcıya özünə məxsus olmasını bildirmiş və sonradan oradan ayrılmışlar. Həmin günü o, Ruslanla görüşdükdə sonuncudan öz payına düşən kombi aparatını Sədərək Ticarət Mərkəzində tanımadığı müştəriyə 400 manata satdığını öyrənmişdir. Bir müddət sonra kimdənsə eşitmişdir ki, Yasamal RPİ-nin 29- cu PB-nin əməkdaşları onu və Ruslanı etdikləri oğurluğa görə axtarırlar. 15 aprel 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu, sonradan isə Ruslanı saxlayaraq bölməyə aparmışlar. Bölmədə olarkən onlara oğurluq etmələri barədə kamera görüntüləri göstərib kombi aparatını apardıqları taksi sürücüsü barədə onlardan soruşmuşlar. O və Ruslan törətdikləri oğurluğu etiraf edərək taksi sürücüsünü tanımadıqlarını bildirmişlər. O, kamera görüntüsünə baxdıqda həmin görüntüdən özünü və Ruslanı tanımışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsində əlavə olaraq, kombi aparatını Afıqə verərkən oğurluq yolu ilə əldə etdiyini demədiyini və həmin kombi aparatını kreditə götürdüyünü bildirdiyini, oğurluq cinayətini erkən vaxta saat 06 radələrində etdiklərini, bu baxımdan həmin kombi aparatlarını oğurlayarkən və sonradan onları yaşadığı ünvana gətirib qoyarkən onları heç kimin görmədiyini və bununla bağlı onlara irad tutanın olmadığını, onun bundan başqa heç bir cinayət əməli törətmədiyini, oğurluq etdiyi saxlanc yerinin sahibini tanımadığını, sadəcə polis bölməsində olarkən mülkün sahibinin Zərərçəkmiş şəxs2 olmasını və oğurladıqları 2 ədəd kombi aparatının da “Demir Döküm” markalı olaraq ümmilikdə sonuncuya 2000 manat maddi ziyan vurduqlarını Zərərçəkmiş şəxs2 özündən öyrəndiyini, onun psixoloji, narkoloji və digər xəstəliyi ilə bağlı heç bir dispanser qeydiyyatının olmadığını və başqa heç bir xəstəlikdən əziyyət çəkmədiyini, hadisə günü sərxoş halda olmadığını, törətdiyi oğurluq barədə heç kimə məlumat vermədiyini, əvvəllər məhkumluğunun olmadığını bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsində, telelvizoru oğurladığı zaman istifadə etdiyi kəlbətini bir necə gün sonra plastik materiallar yığarkən itirdiyini, 01.04.2021 -ci il tarixdə televizoru oğurayarkən tək olduğunu və həmin cinayəti törədərkən ona köməklik edənin olmadığını, əvvələr Azərbaycan Respublikasının ərazisində hec bir cinayət əməli törətmədiyini, etdiyi hər iki oğurluq cinayəti barədə heç kimə məlumat vermədiyini, kombi aparatını Afıqə verərkən onu kreditə götürdüyünü dediyini, kombi aparatlarını oğurlayarkən və sonradan onları kirayədə yaşadığı evə gətirib qoyarkən saat 06 radələri olduğunu, erkən olduğu üçün onu və Ruslanı görənin olmadığını və bu barədə onlara irad tutanın da olmadığını, bunlardan başqa heç bir cinayət əməli törətmədiyini, oğurluq etdiyi saxlanc yeri kimi istifadə edilən qeyri yaşayış sahəsinin sahibini tanımadığını, sadəcə saxlanılaraq polis bölməsinə gətirilərkən orada mülkün sahibinin Zərərçəkmiş şəxs2 olmasını və oğurladıqları 2 ədəd kombi aparatının da sonuncuya məxsus “Demir Döküm” markalı olaraq 2000 manat təşkil etməsini Zərərçəkmiş şəxs2 öyrəndiyini, hər iki oğurluq hadisəsini törədərkən spirtli işki qəbul etmədiyini və ruhi əsəb xəstəliklərindən əziyyət çəkmədiyini bildirmişdir. İş üzrə ziyanın bir qisminin ödənilməsini, törətdiyi əməldən peşman olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, Yasamal rayonu, Ü.Əkbərov küçəsi, ev 36/3-də ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 Çavanşir oğlu onun yaşadığı ünvanın yaxınlığında 3 ildir ki, kirayədə yaşayır və sonuncu ilə bir ildir ki yaxın münasibəti vardır. Çox vaxt Rüstəmlə birlikdə yeni tikili binalarının ətrafını, eləcə də zibil yığılan qutuların içərisini axtarıb oradan tapdıqları dəmir qırıntılarını, alüminium, eləcə də plastmas qabları və sellofanları toplayıb qəbul məntəqələrinə satmaqla pul əldə edirlər. O, əldə etdiyi pulu da gündəlik tələbatlarına sərf edir. O, Rüstəmlə birlikdə zibil tullantıları yığılan qutuları səhər vaxtı axtarırlarmış ki, onları həmin vaxtı heç kim görməsin. 04 aprel 2021-ci il tarixdə saat 06 radələrində o, Rüstəmlə görüşüb ünvan 9 ünvanın, eləcə də X18 bitişik olan yardımçı yolun yaxınlığında yerləşən binaya getmişlər. İlk olaraq onlar həmin binanın arxasında olan zibil qutularının içərisini axtarmışlar. Amma Mənzil Kommunal Təsərrüfat Birliyinin işçilərinin oradakı zibil qutularındakı tullantıları apardıqlarından onlar qutularda heç bir əşya tapa bilməmişlər. Bundan sonra o, Rüstəmlə birlikdə həmin binanın birinci mərtəbəsinin qarşısındakı hörgünün yarımçıq olmasından istifadə edərək pilləkənlərlə ikinci mərtəbəyə qalxmışlar. Həmin binada hazırda da ev sahibləri tərəfindən tikinti işi aparıldığından fikirləşmişlər ki, koridorlara atılan dəmir və alüminium qırıntıları olarsa onları yığıb, apararlar. Bu məqsədlə o, Rüstəmlə birlikdə ikinci mərtəbəyə çıxdıqda orada heç bir əşya tapa bilməmişlər. Bu zaman o, özündə olan və əvvəllər zibilliyi axtararkən tapdığı bir topa açarları oradakı bir mənzilin dəmir konstruksiyalı qapısının zamok hissəsinə daxil edərək açmağa çalışmışdır. Növbəti cəhdlərin birində o, həmin qapının kilidini açaraq içəri daxil olduqda orada bağlı halda qutuların, avtomobil ehtiyat hissələri olan kapot və təkərlərin, eləcə də digər əşyaların olmasını görmüşlər. Onlar həmin qutulara yaxınlaşdıqda üzərinə “Demir Döküm” və “Atron” yazılarının olduğu kombi aparatlarının olmasını müşahidə etmişlər. O, Rüstəmlə həmin 2 ədəd qutudakı kombi aparatlarını götürərək oradan getmələri ilə bağlı razılığa gəlmişlər. Razılıq əldə olunduğu üçün həmin qutuları anbar (saxlanc yeri) kimi istifadə edilən, ümumiyyətlə təmir olunmayan qeyri-yaşayış sahəsindən götürmüşlər. Bundan sonra o, birinci mərtəbəyə düşərək gözləmiş, Rüstəm isə ikinci mərtəbədən həmin qutuları aşağıya salladıqda o, həmin qutuları Rüstəmdən alaraq yol kənarına yığmışdır. Sonradan Rüstəm də aşağı düşmüş və onlar təsadüfən yoldan keçən qara rəngli üzərinə taksi nişanı qoyulmuş dövlət qeydiyyat nişanını xatırlamadığı “Renault” markalı avtomobili saxlatdıraraq onun sürücüsü olan 55-60 yaşlı kişiyə yüklərinin olduğunu deyib onları 500- 600 metr aşağıya aparmasını xahiş etmişlər. İlk dəfə gördükləri həmin taksi sürücüsü ilə gediş haqqını 5 manata razılaşdıqdan sonra o, Rüstəmlə birlikdə oğurladıqları içərisində kombi aparatı olan qutuları avtomobilin yük yerinə qoymuşlar. Həmin vaxtı taksi sürücüsü avtomobildən yerə düşməmişdir. Bundan sonra Rüstəm arxa oturacaqda, o, isə avtomobilin salonunda sürücünün yanında qabaq oturacaqda oturmuşdur. Sonradan onlar taksi sürücüsünü ara yollarla yaşadıqları evin yaxınlığındakı ünvana, yəni Yasamal rayonu Rahib Tağıyev küçəsinə sürdürmüş və oğurladıqları kombi aparatlarını yerə qoymuş və taksi sürücüsü çıxıb getdikdən sonra Rüstəmlə köməkli şəkildə kombi aparatlarını sonuncunun yaşadığı ünvana gətirib orada gizlətmişlər. Həmin gün saat 11 radələrində o, tanımadığı taksi avtomobili ilə öz payına düşən kombi aparatının birini Rüstəmin yaşadığı evdən götürmüş və satmaq üçün Sədərək Ticarət Mərkəzinə aparmışdır. O, Ruslana getməyi təklif etsə də sonuncu işinin olduğu deyib onunla birlikdə Sədərək Ticarət Mərkəzinə getməmişdir. O, tək şəkildə Sədərək Ticarət Mərkəzinə gedərək 2-3 dükana yaxınlaşıb həmin kombi aparatını 500-600 manata satmaq istəmişdir. Amma tanımadığı dükan sahibləri kombi aparatını ondan almamışlar. Sadəcə sonuncu dükanda olarkən oradakı tanımadığı bir müştəri həmin kombi aparatı ilə maraqlanmağa başlamışdır. Bu baxımdan o, həmin müştəri ilə mağazadan kənarlaşaraq oğurladığı kombi aparatını 400 manata sənədsiz olaraq ona satmışdır. O, həmin müştəriyə satdığı kombi aparatının özünə məxsus olmasını, oğurluq olmadığını bildirmişdir. Sonrakı günlərin birində yaşadığı məhlədə olarkən Rüstəmdən eşitmişdir ki, Rüstəm də öz payına düşən kombi aparatını ev sahibi olan X1 pulu əvəzinə vermiş və sonuncu ilə birlikdə həmin kombi aparatını 05 aprel 2021-ci il tarixdə saat 15 radələrində Nəsimi rayonu 3-cü mikrorayon ərazisində tanımadıqları mağazaya Afıqin şəxsiyyət vəsiqəsi ilə 500 manata satmışlar. O, da öz növbəsində Rüstəmə bildirmişdir ki, öz payına düşən kombi aparatını Sədərək Ticarət Mərkəzində tanımadığı müştəriyə 400 manata satmışdır. Sonradan kimdənsə eşitmişdir ki, Yasamal RPİ-nin 29- cu PB-nin əməkdaşları etdikləri oğurluğa görə Rüstəmlə birlikdə onu axtarırlar. 15 aprel 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı evin yaxınlığından ilk olaraq Rüstəmi, sonradan isə onu saxlayaraq bölməyə aparmışlar. Bölmədə olarkən onlara kamera görüntüləri göstərib kombi aparatı yükləyərək apardıqları taksi sürücüsü barədə soruşmuşlar. O, Rüstəmlə birlikdə törətdikləri oğurluğu etiraf etmiş və ilk dəfə onları hadisə yerindən uzaqlaşdıran taksi sürücüsünü tanımadıqlarını bildirmişlər. O, kombi aparatını oğurladıqları zaman çəkilən kamera görüntüsünə baxdıqda özünü və Rüstəmi həmin görüntüdən tanımışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ifadəsində əlavə olaraq, kombi aparatlarını oğurlayarkən və sonradan onları Rüstəmin yaşadığı evə gətirib qoyarkən saat 06 radələri olduğunu, erkən olduğu üçün onları görənin olmadığını və onlara bu barədə irad tutanın da olmadığını, bundan başqa heç bir cinayət əməli törətmədiyini, oğurluq etdiyi saxlanc yeri kimi istifadə edilən qeyri yaşayış sahəsinin sahibini tanımadığını, sadəcə polis bölməsində olarkən mülkün sahibinin Zərərçəkmiş şəxs2 olmasını və sonuncuya məxsus oğurladıqları 2 ədəd kombi aparatının da “Demir Döküm” markalı olaraq 2000 manat təşkil etməsini Zərərçəkmiş şəxs2 öyrəndiyini, taksi avtomobilini Rüstəmin kirayədə yaşadığı evə yaxınlığında saxlatdırdıqlarına görə oğurladıqları və onun payına düşən kombi aparatını özünün yaşadığı evə aparmadığını və burada başqa heç bir məqsədlərinin olmadığını, hadisədən sonra Afıqlə görüşərkən onun kombi aparatını oğurlamasını sonuncunun bilmədiyini və Afıqin ondan bu barədə heç bir söz soruşmadığını, saxlanc yerinə Rüstəmlə birinci dəfə imiş ki daxil olduqlarını, orada dəyərli əşya olub-olmamasını əvvəlcədən də bilmədiklərini, saxlanc yerində kombi aparatından başqa işlənmiş avtomobilin kapot və 1-2 ədəd də təkərlərinin də olduğunu və başqa heç bir əşyanın olmadığını, onun psixoloji, narkoloji və digər xəstəliyi ilə bağlı heç bir dispanser qeydiyyatının olmadığını və başqa heç bir xəstəlikdən əziyyət çəkmədiyini, hadisə günü spirtli işki qəbul etmədiyini, törətdiyi oğurluq barədə heç kimə məlumat vermədiyini, əvvəllər heç bir cinayət törətmədiyini bildirmişdir. Azadlığa çıxacağı təqdirdə vurduğu ziyanı qismən ödəyəcəyini, ilk dəfə cinayət törətdiyini, əməlindən peşman olmasını, ailəli olduğunu, azyaşlı uşağının olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdən etibarən Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Ə.Əhmədov küçəsi 47 B ünvanda olan "xxxx" MMC-yə məxsus binanın 1-ci mərtəbəsində yerləşən tikinti mallarının satışı mağazanı icarə əsasında işlədir. Həmin binanın 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini "xxxx" MMC-dən götürüb oradan saxlanc kimi istifadə edir və tikinti materiallarının bəzisini həmin anbarda saxlayır, lazim gəldikdə oradan götürüb satır. Həmin saxlanc yerində o, özünə məxsus tutumu 24 kvadratmetr olan hər birinin dəyəri 1000 manat olan 2 ədəd qutuda (istifadə edilməmiş) “Demir Döküm” markalı kombi aparatı, eləcə də istifadə edilmiş halda avtomobilə aid ehtiyat hissələri olan kapot, təkər, mebel dəsti və digər hazırda xatırlamadığı əşyalar saxlayırmış. Sonuncu dəfə 02 aprel 2021-ci il tarixdə o, həmin saxlanc yerinə daxil olduqda həmin əşyalar yerində olmuşdur. Saxlanc yerinin qapısı dəmir konstruksiyalı olmuşdur. 08 aprel 2021-ci il tarixdə saat 13-14 radələrində o, həmin saxlanc yerinə baş çəkmək üçün qapısının kilidini öz açarı ilə açıb içəri daxil olmuşdur. O, əşyalara göz gəzdirərkən orada 2 ədəd kombi aparatını görməmiş, otaqdakı pəncələrin bağlı olması və şüşələrinin sınmaması, eləcə də qapıda və onun kilidində kənar predmetin təsirindən yaranmağa xas zədələr olmadığını görüb kombi aparatlarının oğurlandığını başa düşmüşdür. Bundan sonra o, 102 Xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Az sonra hadisə yerinə polis əməkldaşları gələrək baxış keçirmişlər. Sonradan polis əməkdaşları binaya quraşdırılmış kamera görüntüsünə baxdıqda aşkar etmişlər ki, 2 nəfər naməlum şəxs (yəni cavan oğlanlar) 04.04.2021-ci il tarixdə saat 07.00 radələrində "xxxx" MMC- yə məxsus binanın 2-ci mərtəbəsində yerləşən saxlanc yerindən ona məxsus 2 ədəd kombi aparatını 2-ci mərtəbədən 1-ci mərtəbəyə sallayaraq düşürərək oğurlayır və sonradan onları yol kənarına qoyaraq saxlatdırdıqları taksi avtomobilinə qoyaraq hadisə yerindən uzaqlaşırlar. Həmin görüntünü polis əməkdaşları tərəfindən götürülmüş və o, sonradan onlarla birlikdə Yasamal RPİ- nin 29-cu PB-nə gedərək şikayət edib izahat yazmışdır. Sonradan ona polisdən məlumat vermişlər ki, cinayəti törədən həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılmışlar. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ifadəsində əlavə olaraq, saxlanc yerinin qapısının 1 ədəd açarının olduğunu və həmin açarı da özü ilə gəzdirdiyini, oğurluq hadisəsi nəticəsində saxlanc yerinin giriş qapısında və onun kilidində, eləcə də pəncərələrdə heç bir zədənin olmadığını, oğurluq edən şəxslərin saxlanc yerinin qapısını ona uyğunlaşdırılmış açarla açaraq daxil olmasını ehtimal etdiyini, oğurlanmış 2 ədəd “Demir Döküm” markalı kombi aparatını 2020-ci il tarixdə “Demir Döküm” firmasının Azərbaycandakı nümayəndəliyinin avtomobillə səyyar satışını həyata keçirən əməkdaşlarından hər birini müvafiq qaimə ilə 1000 manata aldığını, həmin zaman kombi aparatından xeyli sayda alsa da onların bəzisini satdığını və 2 ədədini saxlanc yerinə qoyduğunu, satışla bağlı qaimənin hazırda mağazada olub-olmamasını bilmədiyini, saxlanc yerindən oğurluq edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımadığını və sonuncuları hadisədən sonra ilk dəfə 29cu PB-də gördüyünü, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polisdə olarkən ona məxsus kombi aparatlarını oğurladıqlarını etiraf etdiklərini, onun psixoloji, narkoloji və digər xəstəliyi ilə bağlı heç bir dispanser qeydiyyatının olmadığını və başqa heç bir xəstəlikdən əziyyət çəkmədiyini bildirmişdir. Həmçinin şikayətçi olduğunu, ziyanın ümumiyyətlə ödənilmədiyini, ziyanını tələb etdiyini, təqsirləndirilən şəxslərin cəzalandırılmalı olduğunu, onlara ciddi cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdən ünvan 8 ünvanda yerləşən "xxxx" MMC-də komendant vəzifəsində işləyir. Həmin MMC 2005-ci il tarixdən Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən təsdiq edilərək müvafiq nizamnamə əsasında yuxarıda qeyd edilən ünvanda yerləşməklə fəaliyyət göstərir. Həmin MMC-nin rəhbəri Azər Şirinovdur və MMC-nin fəaliyyət istiqaməti Bakı şəhərinin ərazisində yaşayış binaları tikib təhvil verməkdən ibarətdir. 2008-ci il tarixdə "xxxx" MMC Yasamal rayonu Yeni Yasamal qəsəbəsi, Ə.Əhmədov küçəsi 47 B saylı binanın birinci mərtəbəsində yerləşən (təmirsiz halda olan) qeyri-yaşayış sahəsini Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 müvəqqəti istifadəsinə vermişdir. 08 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, MMC tərəfindən ona verilmiş qeyri-yaşayış kimi istifadə etdiyi saxlanc yerindən 2 ədəd kombi aparatı oğurlanmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 onun yanında “102” Xidmətinə zəng edərək oğurluq barədə məlumat vermiş və sonradan Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək rəsmi olaraq müraciət etmişdir. Sonradan polis əməkldaşları hadisə yerinə gəlmiş və saxlanc yerinə baxış keçirmişlər. O, MMC-yə məxsus və Zərərçəkmiş şəxs2 verilmiş qeyri-yaşayış sahəsinə baxış 14 keçirdikdə oğurluq nəticəsində saxlanc yerinin qapı və pəncələrinə, eləcə də digər yerlərinə heç bir ziyan yetirilməməsini müəyyən etmişdir. Polis əməkdaşları ilə birlikdə binanın qarşısına quraşdırılmış kamera görüntülərinə baxış keçirilən zaman məlum olmuşdur ki, 2 nəfər arıq bədən quruluşlu cavan oğlanlar 04.04.2021-ci il tarixdə saat 07 radələrində binanın ikinci mərtəbəsində Zərərçəkmiş şəxs2 verilmiş saxlanc yerindən üzü aşağıya doğru 2 ədəd kombi aparatını bir-birinə verərək sonradan onları yol kənarına qoyurlar və taksi avtomobili saxlatdıraraq oğurladıqları kombi aparatlarını avtomobilin yük yerinə qoymaqla oradan uzaqlaşırlar. O, 15.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 eşitmişdir ki, cinayəti törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılmışlar. Zərərçəkmiş şəxs2 məxsus kombi aparatlarının oğurlanması nəticəsində MMC-nin balansında olan həmin sahənə heç bir ziyan yetirilmədiyindən "xxxx" MMC olaraq hazırda onların heç bir şikayət və tələbləri yoxdur. Verilən suallara cavab olaraq Şahid3 ifadəsində, saxlanc yerindən oğurluq etmiş şəxsləri tanımadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, müdür müavini kimi işlədiyi “Həyat” market ünvan 11 ünvanda yerləşən yaşayış binasının birinci mərtəbədə yerləşir. Həmin vəzifəyə o, 2021-ci ilin yanvar ayında keçmişdir. İşlədiyi marketin arxa hissəsində mühafizə otağı yerləşir. O özünə məxsus 1 ədəd dəyəri 800 manat olan qara rəngli “Samsunq LED” markalı televizoru yaşadığı evdən gətirərək müvəqəti olaraq həmin mühafizə otağında quraşdırmışdır. Vaxtı olanda o, özü də mühafizəçilərlə birlikdə həmin otaqda televizora baxırmış. 01 aprel 2021-ci il tarixdə səhər saatlarında marketin mühafizəçilərdən kimsə ona zəng edərək naməlum şəxsin mühafizə otağına daxil olaraq oradan ona məxsus “Samsunq LED” markalı televizoru (quraşdırıldığı) divardan çıxarmaqla və naqilini kəsməklə oğurlandığı bildirmişdir. O, da həmin günü marketə gələrək mühafizə otağına baxış keçirdikdə elektrik cərəyanı olan naqilin və ona 10 qoşulu olan 1 ədəd aparatın divardan sallaqlı vəziyyətdə qaldığını və televizorun isə yerindən çıxarılaraq oğurlandığını görmüşdür. Həmin otağa kamera quraşdırıldığı üçün görüntülərə baxış keçirdikdə ona məlum olmuşdur ki, bir nəfər cavan oğlan 01.04.2021-ci il tarixdə saat 05.03-də həmin mühafizə otağına daxil olur və masanın üzərində olan pultla divara quraşdırılmış (ona məxsus) “Samsunq LED” markalı televizorun işləyib-işləməməsini yoxlayır, işləməsinə əmin olduqdan sonra həmin televizoru divardakı quraşdırıldığı yerdən çıxarır, lakin televizor elektrik naqilinə qoşulu olduğu üçün televizoru özü ilə gətirdiyi kəlbətinlə kəsir, bundan sonra həmin televizoru və onun 1 ədəd pultunu götürərək həmin otaqdan çıxaraq gedir. Bu kadrları gördükdən sonra o, 02 aprel 2021-ci il tarixdə xidməti ərazi üzrə Yasamal RPİ-nin 29-cu PB-nin polis sahə rəisi Şahid4 zəng edərək bu barədə sonuncuya məlumat vermiş və işləri çox olduğu üçün 06.04.2021-ci il tarixdə 29-cu PB-nə gedərək ərizə ilə müraciət edib izahat vermişdir. Sonradan polis əməkdaşları ilə birlikdə o, hadisə yerinə gəlmiş və oğurluq hadisəsi baş verən otağı polis əməkdaşlarına göstərmişdir. Səhərisi gün polis əməkdaşları tərəfindən ona məlumat verilmişdir ki, oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs1 saxlanılmış və sonuncu oğurladığı televizoru polis əməkdaşlarına təqdim etmişdir. O, Təqsirləndirilən şəxs1 tanımır, bu şəxslə onun və marketdə işləyən heç bir işçinin heç bir münasibəti olmamışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ifadəsində əlavə olaraq, marketin mühafizə otağından oğurlanmış 1 ədəd “Samsunq LED” markalı televizoru 2020-ci ilin sentyabr-oktyabr aylarında Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən adını xatırlamasığı televizor satışı mağazasından 800 manata aldığını, bu baxımdan “Samsunq LED” markalı televizora görə ona 790 manat və pultuna görə 10 manat olmaqla ümumilikdə ona 800 manat məbləğində ziyan dəydiyini, televizoru müəyyən müddət yaşadığı evdə istifadə etdikdən sonra onun qutusu və sənədlərini lazımsız bilib evinin yaxınlığındakı zibil qutusuna atdığını, Təqsirləndirilən şəxs1 hadisə günü mühafizə otağına necə daxil olmasını bilmədiyini, amma Təqsirləndirilən şəxs1 daxil olmamışdan öncə həmin günü mühafizə otağının qapısının açarla bağlı olduğunu, həmin otağın qapısı plastik olduğu üçün Təqsirləndirilən şəxs1 qapını ya özündə olan açarla, ya da ki güc tətbiq etməklə açdığını ehtimal etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu X10 2 nömrəli ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir orqanda işləməsə də, 2020-ci ilin aprel ayından özünə məxsus qara rəngli “Renault-Meqan” markalı ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilimlə “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə taksi fəaliyyəti ilə məşğul olur. 04 aprel 2021-ci il tarixdə saat 06.30 radələrində Xırdalan şəhərinin ərazisindən götürdüyü tanımadığı müştərini Yasamal rayonu ərazisində yerləşən “Maşın Bazarı”na düşürmüş və oradan da Xırdalan şəhərinə qayıtmaq üçün X19, Yasamal rayonu Yeni Yasamal qəsəbəsindəki köməkçi yolla hərəkət etməyə başlamışdır. Həmin vaxtı o, avtomibilində tək olmuşdur. O, saat təxminən 07.00 radələrində Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Ə.Əhmədov küçəsindən keçərkən tanımadığı və ilk dəfə gördüyü 2 nəfər ona əl edib saxlatmış və ona “yükümüz var, bizi 500-600 metr aşağı düşürərsənmi” ifadəsini işlətmişlər. O, həmin şəxslərə razılıq verdikdən sonra avtomobildən düşmədən arxa yük yerini salondan açmışdır. Həmin şəxslər avtomobilinin yük yerinə 2 ədəd iri tutumlu kardon qutu qoyduqdan sonra onlardan biri arxa oturacaqda, digəri isə qabaq sərnişin oturacağında onun yanında oturmuşdur. Hər iki şəxs arıq bədən quruluşlu, təxminən 25- 30 yaşlarında olmuş, digər əlamətləri və geyimlərini xatırlamamışdır. Arxa oturacaqda oturan şəxsin sifətində xeyli sayda sızanağın (prişiklərin) olmasını salon güzgüsündən görmüşdür. O, həmin şəxsləri özlərinin dediyi (dolayı) yollarla Yasamal rayonu ərazisinə aparıb düşürmüş və 5 manat gediş haqqı almışdır. Bundan sonra o, oradan Xırdalan şəhərinə qayıtmışdır. Sonradan polis əməkdaşlarının dəvəti üzrə Yasamal RPİ-nin 29-cu PŞ-nə getmiş və ona 04.04.2021-ci il tarixdə Yasamal rayonu Yeni Yasamal qəsəbəsi ərazisində 2 nəfər müştərini idarə etdiyi avtomobilə götürüb-götürməməsi ilə bağlı suallar verərək avtomobillə həmin ünvandan keçməsini əks etdirən videogörüntünü ona göstərmişlər. O, Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Ə.Əhmədov küçəsindən keçməsi ilə bağlı 04 aprel 2021-ci il tarixli görüntüyə baxdıqda öz avtomobilini tanımış və həmin şəxslər barədə yuxarıda göstərdiyi şəkildə polis əməkdaşlarına məlumat vermişdir. Polisdə olarkən öyrənmişdir ki, həmin şəxslərin onun avtomobilinə qoyduqları yük kombi aparatları olmuş və həmin kombi aparatlarını oğurluq yolu ilə əldə ediblərmiş. Verilən suallara cavab olaraq Şahid1 ifadəsində 04 aprel 2021-ci il tarixdə saat 07 radələrində avtomobilinin yük yerinə 2 ədəd kombi aparatı qoyan 2 nəfər şəxsi Yeni Yasamal qəsəbəsində ilk götürdüyü və sonradan düşürdüyü yeri göstərə biləcəyini, avtomobildə yol gedərkən həmin şəxslərlə ümumiyyətlə danışıq aparmadığını, amma yükü avtomobilə ilk dəfə qoyduqları zaman həmin əşyaların özlərinə məxsus olmasını ona dediklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2018-ci il tarixdən atası Ulduzxan Güləliyevə məxsus ünvan 13 ünvanda yerləşən kombi istilik sistemləri mağazasında işləyir. 05 aprel 2021-ci il tarixdə saat 15 radələrində o, atası Ulduzxanla birlikdə mağazada olan zaman 2 nəfər tanımadığı şəxs mağazaya gəlmiş və onlardan biri özünü usta kimi təqdim edərək özlərində olan və istifadə edilməmiş halda 1 ədəd Demir Döküm markalı kombi aparatını satmaq istədiklərini bildirmişlər. O, atası Ulduzxanla birlikdə həmin şəxslərdən satmaq istədikləri kombi aparatının oğurluq və ya başqa bir cinayət nəticəsində əldə olunub-olunmamasını soruşmuşlar, özünü usta kimi təqdim edən şəxs bildirmişdir ki, satmaq istədikləri kombi aparatım kreditə götürüb, pul lazım olduğu üçün satır. Həmin şəxslərdən satmaq istədikləri kombi aparatının sənədlərini təqdim etmələrini istədikdə sənədlərin evdə olduğunu və sonradan təqdim edə biləcəyini bildirmişlər. Kombini almağı razılıq verdikdən bir qədər sonra onlar həmin kimbi aparatını mağazaya gətirmişlər. Kombi aparatı qutuda bağlı halda olmuş və qutunu açdıqda həmin kombi aparatının ağ rəngdə və tutumu 24 kw olan Türkiyə istehsallı “Demir Döküm” markalı olduğunu aşkar etmişlər. Həmin şəxslərdən birinin şəxsiyyət vəsiqəsi alıb baxdıqda onun X12 olmasını müəyyən etmişlər. O, atası Ulduzxanla birlikdə Afıq Ələkbərova demişlər ki, şəxsiyyət vəsiqəsini satmaq istədiyi kombi aparatının üzərinə qoyaraq özünün də fotosunu çəkdikləri halda kombi aparatını ondan 500 manata ala bilərlər. Razılaşdıqda o, Afıq Ələkbərovun şəxsiyyət vəsiqəsini satdığı kombi aparatının üzərinə qoymuş, eləcə də sonuncunun özünü də satdığı kombi aparatının yanına gətirib onların birlikdə fotosunu mobil telefonu ilə çəkmişdir. Bundan sonra atası Ulduzxan 500 manat pulu Afıq Ələkbərova verdikdən sonra həmin şəxslər çıxıb getmişlər. O, həmin şəxsləri ilk dəfə idi ki görürmüş və həmin şəxs sonradan kombinin sənədlərini onlara təqdim etməmişdir. 7-8 gün sonra həmin kombi aparatını mağazaya gələn tanımadığı müştəriyə satmışlar. Satışı həyata keçirərkən heç bir sənədləşmə aparmadıqlarından müştərinin hazırda kim olmasını bilmir. Verilən suallara cavab olaraq Şahid2 ifadəsində, kombi aparatını alarkən Afıq Ələkbərovun yanındakı şəxsin özünü usta kimi təqdim etdiyini və Afıq Ələkbərovun da həmin şəxsin yanında dayanıb onun dediklərini təsdiq etdiyini, amma sonradan mağazaya gələn Yasamal RPİnin 29-cu PB-dən əməkdaşlarından Afıq Ələkbərovun yanında olan şəxsin Təqsirləndirilən şəxs1 olmasını və onlara satılan kombi aparatının isə sonuncunun başqa bir nəfərlə Yasamal rayonu ərazisindən oğurlamalarını öyrəndiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PB-də polis sahə rəisi vəzifəsində işləyir və ünvan 14 ünvan onun xidmət apardığı inzibati ərazidir. 02 aprel 2021-ci il tarixdə qeyd edilən ünvanda ünvanda yerləşən "Həyat" marketin müdir müavini Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı GSM nömrədən onun istifadə etdiyi GSM nömrəsinə zəng edərək bildirmişdir ki, naməlum şəxs 01.04.2021-ci il tarixdə marketin mühafizə otağın qanunsuz daxil olaraq divara quraşdırılmış və sonuncuya məxsus 800 manat dəyərində 1 ədəd "Samsunq-LED" markalı televizorun naqillərini kəlbətinlə kəsərək cərəyandan ayırmaqla oğurlamışdır. Zərərçəkmiş şəxs1 oğurluq barədə məlumat verdikdə sonuncunu Yasamal RPİ- nin 29-cu PB-nə dəvət etmiş və şikayət ərizəsi ilə müraciət etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 bir qədər işinin olduğunu və yaxın günlərdə rəsmi şikayət ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. O, da cinayət barədə aldığı məlumatla bağlı PB-nin rəhbərliyinə raport yazmış və müvafiq araşdırma aparılmasını xahiş etmişdir. Bundan sonra o, ünvan 15 ünvanda yerləşən "Həyat" marketə getmiş və oğurluq olan mühafizə otağına baxış keçirmişdir. Həqiqətən də aşkar etmişdir ki, naməlum şəxs mühafizə otağının divarına quraşdırılmış televizoru elektrik cərəyanından ayıraraq oğurlamış, televizoru saxlayan dəmir tutacaq isə divarda quraşdırıldığı yerdə qalmışdır. Baxış zamanı həmçinin müşahidə etmişdir ki, mühafizə otağında kamera quraşdırılmışdır. Kamera görüntüsünə baxdıqda məlum olmuşdur ki, 01.04.2021-ci il tarixdə saat 05.03-də bir nəfər cavan oğlan həmin mühafizə otağına daxil olur və masanın üzərində olan pultla divara quraşdırılmış (mənə məxsus) “Samsunq LED” markalı televizorun işləyibişləməməsini yoxlayır, işləməsinə əmin olduqdan sonra həmin televizoru divardakı quraşdırıldığı yerdən çıxarır, lakin televizor elektrik naqilinə qoşulu olduğu üçün onu özü ilə gətirdiyi kəlbətinlə kəsir, bundan sonra həmin televizoru və onun 1 ədəd pultunu götürərək həmin otaqdan çıxır. Bundan sonra o, kamera görüntüsünün çıxarılaraq saxlanılması və həmin görüntünün PB-yə təqdim olunmasını tapşırmışdır. 06.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 PB-yə gələrək şikayət ərizəsi ilə müraciət etmişdir. Sonradan aparılan əməliyyat tədbirləri nəticəsində cinayətin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi müəyyən edilmişdir. Görülən tədbirlərlə Təqsirləndirilən şəxs1 saxlanılmış və sonuncu oğurladığı 1 ədəd Samsung-Led markalı televizoru təqdim edərək törətdiyi cinayəti səmimi olaraq etiraf etmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının 04 iyun 2021ci il tarixli, 9/2886 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qara rəngli, “Samsung” markalı, UE32T4500AU model, Rusiya Federasiyasında 2020.09 tarixdə istehsal edilmiş televizorun istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 400,00 manat müəyyən olunur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının 16 iyun 2021ci il tarixli, 9/3811 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2 ədəd (istifadə edilməmiş) yeni halda “Demir Döküm” markalı, 24 kv. kombi aparatının 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1800.00 (2x900m) manat müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələrinə, zərərçəkmiş şəxslərin və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 vurulmuş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs Fərin Hüseynova vurulmuş ziyanın ödənilmişdir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs2 07.06.2013-cü il təvəllüdlü X5 adlı övladı vardır. Məhkəmə təqsirləndirilən şəxslərin cinayəti qismən etiraf etmələrini, əməllərindən peşman olmalarını, Təqsirləndirilən şəxs2 ailəli olmasını, 1 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin zərərçəkmiş şəxs Fərin Hüseynova vurulmuş ziyanın ödənilməsini Təqsirləndirilən şəxs1 cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 07.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı və müstəntiqin vəsatəti təmin edilməmiş, barəsində 09.04.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Həmin vaxtadək 02 gün həbsdə qalmışdır. Sonradan Təqsirləndirilən şəxs1 barəsində 17.04.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15.04.2021-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Təqsirləndirilən şəxs2 barəsində 17.04.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15.04.2021-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış oğurluq hadisəsini əks etdirən videogörüntülər olan 2 ədəd CD disk, habelə X6 cinayət yolu ilə əldə edilmiş kombi aparatını satarkən həmin predmetlə çəkdirdiyi 3 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, maddi sübut olan 1 ədəd qara rəngli “Samsung” markalı, UE32T4500AU modelli televizorun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən hər birindən bərabər məbləğdə tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 5 ay 28 gün (iki il beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 1 ədəd qara rəngli “Samsung” markalı, UE32T4500AU modelli televizorun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan oğurluq hadisəsini əks etdirən videogörüntülər olan 2 ədəd CD disk, habelə X6 cinayət yolu ilə əldə edilmiş kombi aparatını satarkən həmin predmetlə çəkdirdiyi 3 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc olan 100 manata (yüz manat) görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 50 (əlli) manat və Təqsirləndirilən şəxs2 50 (əlli) manat məbləğdə pul tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X16 ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X2 ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-278/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-278/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver