Məhkəmə qərarları › İş №1(004)-278/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-278/2022

07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-278/2022 07.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi qeyrisinin təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyrisinin təhriki ilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, о, ləğv edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2019-cu il tarixli, **********826800 saylı çıxarışla dövlət qeydiyyatına alınmış, ********** nömrəli VÖEN verilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru vəzifəsində işləyərkən həmin Cəmiyyətin Nizamnaməsinə əsasən, Cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi, həmçinin Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edib onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış edib, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyrikommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesabları açmaq və maliyyə- təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul edib, həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin, təkliflərin hazırlanmasını və digər səlahiyyətləri həyata keçirmək, o cümlədən, əmək müqavilələrini Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək, işçilərin icbari tibbi sığortası üzrə sığorta haqlarının “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vaxtında və tam həcmdə ödənilməsini təmin etmək, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 15 dekabr 1992-ci il tarixli, 405 nömrəli Qanununun 7-ci maddəsinə əsasən, işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq, işçilərin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək, qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək, işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) müvafiq əmək şəraiti yaratmaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən X6 2019-cu ilin noyabr ayında istintaqa məlum olmayan şəraitdə özünə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub tanışları olmaqla Macarıstan Respublikasına getmək üçün viza almaqdan ötrü sənədləşmə işlərini həyata keçirdiyi Şahid1 və eyni xüsusatla əlaqədar sənədləşmə işlərini həyata keçirdiyi Şahid2 anası Şahid3 ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan sonuncu və Şahid1 işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsini xahiş etməsi ilə əlaqədar, Elmir Dilbazi ilə razılaşmaqla sövdələşib, sonuncunun təhriki ilə özünü səlahiyyətli rəhbər şəxs kimi təqdim etmə və nüfuz qazanmaqda ehtiva olunan şəxsi niyyətlə 25 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanında yerləşən ofisində Şahid1 xx.xx.2019-cu il tarixdə rəhbəri olduğu "xxxx" MMC-də guya 1.100 manat məbləğdə aylıq vəzifə maaşı ilə baş mühasib vəzifəsinə və Şahid3 xx.xx.2019- cu il tarixdə rəhbəri olduğu həmin MMC-də guya 800 manat məbləğdə aylıq vəzifə maaşı ilə baş mühasib vəzifəsinə işə götürülmələrinə dair bilə-bilə yalan məlumatları həmin şəxsləri görmədən, onların iradə ifadəsini bilmədən və onlarla əmək münasibətləri ilə əlaqədar hər hansı məsələni aydınlaşdırmadan özünə məxsus ********** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil etməklə, vəzifəli şəxs qismində Elmir Dilbazinin təhriki ilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə dövlətin əmək münasibətləri, əmək ehtiyatlarından istifadə və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə Elmir Dilbazinin təhriki ilə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli və həmin qərara bir neçə dəfə, sonuncu dəfə 19 noyabr 2020-ci il tarixli 450 nömrəli və 8 dekabr 2020-ci il tarixli 488 nömrəli qərarlara edilmiş dəyişikliklərə əsasən, bütün ölkə üzrə şərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsi, ölkə ərazisində hərəkət məhdudiyyətinin tətbiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda, qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” elektron portalına daxil edildikdən sonra ölkə ərazisində hərəkət edilməsinə icazə verilməsinə dair qərarına əsasən rəsmi iş yeri olmadığından və ya iş yeri olmasına baxmayaraq hərəkətinə məhdudiyyət qoyulmuş şəxsin ancaq sutka ərzində 3 saatlıq 8103 sms nömrəsinə göndərilmiş ismarıc vasitəsilə sərbəst hərəkətinə icazə verilməsi hüququnun olmasına, göstərilənlərlə bağlı xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin müəyyən edilməsinə baxmayaraq, həmin qərarda göstərilən tələblərə zidd olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxslər yanında nüfuz qazanmaq, müraciət etmiş şəxslərə isə məhdudiyyətlərdən yayınmaqla sərbəst hərəkət etmək imkanı vermək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və karantin rejimi dövründə ölkə ərazisində şəxsi məqsədlərlə əlaqədar xüsusi karantin rejimi üçün müəyyən olunan məhdudiyyətlərdən yayınaraq sərbəst hərəkət etməsindən ötrü tanışı olan ayrı-ayrı şəxslərin işləmələrinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin aprel ayının əvvəllərindən 2020-ci ilin dekabr ayının sonunadək olan müddətdə özünə etdiyi müraciətlər ilə əlaqədar həmin şəxslərin guya rəhbəri olduğu "xxxx" MMC-də müxtəlif vəzifələrə işə götürülmələrinə dair bilə-bilə yalan məlumatları özünə məxsus ********** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə həmin tarixdə ünvan 1 ünvanında yerləşən yaşadığı mənzildə istifadəsində olan kompüter vasitəsilə daxil edib həmin şəxslərin tətbiq edilmiş hərəkət məhdudiyyəti dövründə ölkə ərazisində sərbəst şəkildə hərəkət etməsinə şərait yaratmaqla, o cümlədən, tanışı Şahid4 işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin aprel ayının əvvəllərində özünə müraciət etmiş sonuncunun guya 12 aprel 2020- ci il tarixdə rəhbəri olduğu "xxxx" MMC-də kuryer vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları özünə məxsus ********** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə həmin tarixdə ünvan 1 ünvanında yerləşən yaşadığı mənzildə istifadəsində olan kompüter vasitəsilə daxil edib Şahid4 tətbiq edilmiş hərəkət məhdudiyyəti dövründə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ölkə ərazisində sərbəst şəkildə hərəkət etməsinə şərait yaratmaqla, eyni niyyətlə, 2020-ci ilin aprel ayının ortalarında özünə müraciət etmiş, şəxsiyyəti istintaqa məlum olmayan tanışı vasitəsilə Şahid12 işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün sonuncunun guya 20 aprel 2020-ci il tarixdə rəhbəri olduğu "xxxx" MMC-də vaxtamuzd, vəzifə maaşı şərti 250 manat olmaqla, kuryer vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları özünə məxsus ********** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə həmin tarixdə ünvan 1 ünvanında yerləşən yaşadığı mənzildə istifadəsində olan kompüter vasitəsilə daxil edib Şahid12 tətbiq edilmiş hərəkət məhdudiyyəti dövründə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ölkə ərazisində sərbəst şəkildə hərəkət etməsinə şərait yaratmaqla, eyni niyyətlə, 2020-ci ilin aprel ayında özünə müraciət etmiş, şəxsiyyəti istintaqa məlum olmayan tanışı vasitəsilə Şahid11 işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün sonuncunun guya 23 aprel 2020-ci il tarixdə və 26 noyabr 2020-ci il tarixdə rəhbəri olduğu "xxxx" MMC-də vaxtamuzd, vəzifə maaşı şərti 250 manat olmaqla, sürücü vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları özünə məxsus ********** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə həmin tarixdə ünvan 1 ünvanında yerləşən yaşadığı mənzildə istifadəsində olan kompüter vasitəsilə daxil edib Şahid11 tətbiq edilmiş hərəkət məhdudiyyəti dövründə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ölkə ərazisində sərbəst şəkildə hərəkət etməsinə şərait yaratmaqla, eyni niyyətlə, özünə müraciət etmiş tanışı X7 xahişi ilə Şahid8 işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün sonuncunun guya 04 iyul 2020-ci il tarixdə rəhbəri olduğu "xxxx" MMC-də vaxtamuzd, vəzifə maaşı şərti 250 manat olmaqla, müdir-müavini vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları özünə məxsus ********** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə həmin tarixdə ünvan 1 ünvanında yerləşən yaşadığı mənzildə istifadəsində olan kompüter vasitəsilə daxil edib Şahid8 tətbiq edilmiş hərəkət məhdudiyyəti dövründə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ölkə ərazisində sərbəst şəkildə hərəkət etməsinə şərait yaratmaqla, eyni niyyətlə, özünə müraciət etmiş tanışı Şahid5 xahişi ilə Şahid7 işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün sonuncunun guya 21 iyul 2020-ci il tarixdə rəhbəri olduğu "xxxx" MMC-də vaxtamuzd, vəzifə maaşı şərti 250 manat olmaqla, kuryer vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları özünə məxsus ********** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə həmin tarixdə ünvan 1 ünvanında yerləşən yaşadığı mənzildə istifadəsində olan kompüter vasitəsilə daxil edib Şahid7 tətbiq edilmiş hərəkət məhdudiyyəti dövründə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ölkə ərazisində sərbəst şəkildə hərəkət etməsinə şərait yaratmaqla, eyni niyyətlə, 2020-ci ilin avqust ayının sonlarında özünə müraciət etmiş, şəxsiyyəti istintaqa məlum olmayan tanışı vasitəsilə Şahid10 işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün sonuncunun guya 31 avqust 2020-ci il tarixdə rəhbəri olduğu "xxxx" MMC-də vaxtamuzd, vəzifə maaşı şərti 250 manat olmaqla, menecer vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları özünə məxsus ********** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə həmin tarixdə ünvan 1 ünvanında yerləşən yaşadığı mənzildə istifadəsində olan kompüter vasitəsilə daxil edib Şahid10 tətbiq edilmiş hərəkət məhdudiyyəti dövründə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ölkə ərazisində sərbəst şəkildə hərəkət etməsinə şərait yaratmaqla, eyni niyyətlə, özünə müraciət etmiş tanışı Şahid5 işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin oktyabr ayının sonlarında özünə müraciət etmiş sonuncunun guya 1 noyabr 2020-ci il tarixdə rəhbəri olduğu "xxxx" MMCdə vaxtamuzd, vəzifə maaşı şərti 250 manat olmaqla, menecer vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları özünə məxsus ********** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə həmin tarixdə ünvan 1 ünvanında yerləşən yaşadığı mənzildə istifadəsində olan kompüter vasitəsilə daxil edib Şahid5 tətbiq edilmiş hərəkət məhdudiyyəti dövründə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ölkə ərazisində sərbəst şəkildə hərəkət etməsinə şərait yaratmaqla, eyni niyyətlə, özünə müraciət etmiş tanışı Şahid5 xahişi ilə X10 işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün sonuncunun guya 02 noyabr 2020-ci il tarixdə rəhbəri olduğu "xxxx" MMC-də vaxtamuzd, vəzifə maaşı şərti 250 manat olmaqla, sürücü vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları özünə məxsus ********** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə həmin tarixdə ünvan 1 ünvanında yerləşən yaşadığı mənzildə istifadəsində olan kompüter vasitəsilə daxil edib Şahid6 tətbiq edilmiş hərəkət məhdudiyyəti dövründə, yəni xx.xx.2020- ci il tarixdən xx.xx.2021-ci il tarixədək ölkə ərazisində sərbəst şəkildə hərəkət etməsinə şərait yaratmaqla, eyni niyyətlə, tanışı Şahid13 işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin oktyabr ayının əvvəllərində özünə müraciət etmiş sonuncunun guya 2 noyabr 2020-ci il tarixdə rəhbəri olduğu "xxxx" MMC-də vaxtamuzd, vəzifə maaşı şərti 250 manat olmaqla, menecer vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları özünə məxsus ********** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə həmin tarixdə ünvan 1 ünvanında yerləşən yaşadığı mənzildə istifadəsində olan kompüter vasitəsilə daxil edib Şahid13 tətbiq edilmiş hərəkət məhdudiyyəti dövründə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ölkə ərazisində sərbəst şəkildə hərəkət etməsinə şərait yaratmaqla, eyni niyyətlə, 2020-ci ilin dekabr ayının sonlarında özünə müraciət etmiş, şəxsiyyəti istintaqa məlum olmayan tanışı vasitəsilə X5 işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün sonuncunun guya 27 dekabr 2020-ci il tarixdə rəhbəri olduğu "xxxx" MMC-də vaxtamuzd, vəzifə maaşı şərti 250 manat olmaqla, mühasib vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları özünə məxsus ********** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə həmin tarixdə ünvan 1 ünvanında yerləşən yaşadığı mənzildə istifadəsində olan kompüter vasitəsilə daxil edib Təbriz Abbasova tətbiq edilmiş hərəkət məhdudiyyəti dövründə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ölkə ərazisində sərbəst şəkildə hərəkət etməsinə şərait yaratmaqla, ümumilikdə qeyd edilən qaydada faktiki əmək münasibətlərində olmayan cəmi 10 nəfərin guya işləmələrinə dair bilə-bilə yalan məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edib vəzifəli şəxs kimi şəxsi niyyətlə informasiya resursuna biləbilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması və xüsusi karantin rejiminin tələblərinə uyğun hərəkətin təşkili və ona nəzarət üzrə görülən təxirəsalınmaz tədbirlərin pozulmasında ifadə olunan dövlətin və cəmiyyətin qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən 2018-ci ilədək Azərbaycan Respublikası Vergilər Nazirliyini Kiçik Sahibkarlıqla iş üzrə Departamentdə fond hesablı mütəxəssis vəzifəsində işləmişdir. 2018ci ildə öz istəyi ilə işdən çıxmışdır. xx.xx.2019-cu ildə "xxxx" MMC-ni təsis etmişdir. Rəhbərlik etdiyi müəssisənin əsas fəaliyyəti müxtəlif müəssisə və təşkilatlara mühasibatlıq xidmətlərinin göstərilməsindən ibarət olmuşdur. 2019-cu ilin sentyabr ayından 2020-ci ilin aprel ayınadək Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanında kirayə ofis götürüb həmin yerdə işləmişdir. 2020-ci ilin mart ayından pandemiyaya görə ofisdən çıxıb yaşadığı ünvanda fəaliyyətini davam etdirmişdir. 2021-ci ilin oktyabr ayından hal-hazıradək isə ünvan 4 ünvanında kirayə götürdüyü ofisdə işləyir. MMC-də ondan başqa rəsmi qaydada mühasib kimi Bənövşə Yusifova vardır. 2020-ci ildə rəhbərlik etdiyi müəssisədə Ayaz adlı şəxs mühasib vəzifəsində və Mirhəsən adlı şəxs kuryer vəzifəsində 7-8 ay işləmişdirlər. Direktoru olduğu ‘A TO Z Financial Consalting” MMC-də yalnız özü işləmiş və ********** nömrəli asan imza daim özündə olmuşdur. Şahid1 və Şahid3 MMC-yə kimlərin vasitəsilə və hansı şəraitdə işə götürülüb, sonradan işdən azad edilməsi barədə heç bir məlumatı yoxdur. Ola bilsin ki, həmin vaxt hansısa tanışı Vüsal və Gültəkin adlı şəxsləri nəyəsə görə işə götürməyi ondan xahiş edib və bu səbəbdən də onları işə götürüb. Qeyd olunan tarixdən uzun müddət keçdiyinə görə hal-hazırda həmin şəxsləri müəssisəyə işə götürməyi xahiş edən şəxsin kimliyini xatırlamır. X13 adında birini tanımır, belə adda və soyadda birini ilk dəfə eşidir. "xxxx" MMC-yə işçi kimi rəsmiləşdirilmiş X14, Şahid6, X8, Şahid10, Şahid7 və Şahid12 şəxsən tanımır. Belə ki, 2020-ci ilin əvvəllərində pandemiya vaxtı Bakı şəhərində və rayonlara gediş-gəlişdə məhdudiyyətlər olduğundan və həmin vaxt Nazirlər Kabinetinin qərarı ilə bəzi sahələr üzrə işçilərə sərbəst hərəkət etmək imkanı verildiyinə görə, həmçinin iş yerləri bağlandığından yaxın tanışları bəzi yaxınlarını işə düzəltmək üçün ondan xahiş etmiş, o da öz növbəsində həmin şəxsləri rəhbəri olduğu MMC-yə işçi kimi rəsmiləşdirib onların adlarını “e.icazə.gov” portalına daxil etmişdir. Bundan başqa adlarını bildiyi, lakin şəxsən tanımadığı şəxsləri də həmin vaxt ortaq tanışları eyni səbəbə görə xahiş etmiş və onları da şirkətə işçi kimi rəsmiləşdirərək adlarını “e.icazə.gov” portalına daxil etmişdir. Həmçinin bacısı X1, vaxtilə müəssisəsində kuryer kimi işləmiş X2 atası Rafiq Səfərovu, işçisi X3 anası Sədayə Yusifovanı, bərbəri Şahid4, tanışı Şahid9 mebel sexində işləyən Şahid8, tanışı Şahid8 və Şahid13 "xxxx" MMC-yə işçi kimi rəsmiləşdirilmiş, onların da adlarını “e.icazə.gov” portalına daxil etmişdir. Məqsədi şirkətə əlavə etdiyi fəaliyyət kodu üzrə onlayn satış işini qurmaq olmuşdur. Müəyyən səbəblərə görə işləri alınmamış və həmin şəxslərlə olan əmək müqavilələrinə xitam vermişdir. İfadəsinin sonunda əməlindən peşman olduğunu, barəsində yüngül cəza tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X11 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs əmək müqavilələrini Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozaraq, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmişdir. Belə ki, bilə-bilə yalan məlumatları həmin şəxsləri görmədən, onların iradə ifadəsini bilmədən və onlarla əmək münasibətləri ilə əlaqədar hər hansı məsələni aydınlaşdırmadan özünə məxsus asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil etmişdir. Həmin hərəkətləri ilə dövlətin əmək münasibətləri, əmək ehtiyatlarından istifadə və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs barəsində qanunauyğun cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ildə Türkiyə Respublikasından qayıtdıqdan sonra işsiz olduğundan anası Şahid3 Çexiya Respublikasında yaşayan qohumları X9 orada ona uyğun bir iş tapmağı xahiş etmişdir. Fərid Gültəkinə heç bir problem olmadığını və Əli gələrsə ona uyğun iş tapa biləcəyini, lakin ora getmək üçün viza almaq lazım olduğunu demişdir. Vizanın alınmasına görə Fərid dostu Vüsalın nömrəsini Gültəkinə göndərmişdir. Vüsalla telefon danışığı zamanı məlum olmuşdur ki, sonuncu viza məsələsini Elmir adlı şəxs vasitəsilə həll etmişdir. Həmin vaxt Vüsal Elmirin mobil nömrəsini anası Gültəkinə vermişdir. Bir neçə gün sonra Gültəkin Elmirə zəng edib viza işinə görə kömək etməsini xahiş etmişdir. Elmir bu işə görə 2.500 manat (iki min beş yüz) pul alacağını demiş, anası ilə o, Elmirin bu təklifi ilə razılaşmışlar. Bundan sonra Gültəkin Elmirlə bir neçə həftə zəngləşib viza ilə bağlı lazım olan sənədlərin toplanması üçün söhbət etmiş, 2019-cu ilin oktyabr-noyabr aylarında anası ilə birlikdə Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Ekspress Bank”-ın qarşısında ilk dəfə Elmirlə görüşmüş, bankda adına hesab açılmış, həmin vaxt Gültəkin 2.500 manat (iki min beş yüz) pulu və onun xarici pasportunu Elmirə vermişdir. Təxminən bir neçə gün sonra Elmir axşam saatlarında Gültəkinə zəng edib oğlunun tibbi müayinədən keçməsi üçün ondan 500 manat pul ödəməsini istəmiş, gec olduğundan həmin pulu yaxınlıqda olan pul köçürmə terminalından Elmirin Gültəkinə göndərdiyi hesab nömrəsinə köçürmüşdür. Bu hadisədən təxminən bir neçə gün sonra Elmir Gültəkinə yenidən zəng edib Nərimanov metrosunun yanında turizm şirkətindən bilet almaq lazım olduğunu demiş, ertəsi gün anası ilə birlikdə Nərimanov metrosunun yanına getmiş, Elmirlə görüşüb 5 mərtəbəli yaşayış binalarının altında olan bir ofisə daxil olmuş, orada bir neçə dəqiqə növbə gözlədikdən sonra Elmirin göstərişi ilə 25-30 yaşlarında bir xanıma yaxınlaşıb 2-3 sənədə qol çəkmişdir. Bir neçə gün sonra Elmir yenidən Gültəkinə zəng edib səfirlikdən ona və Vüsala viza almaq lazım olduğunu bildirmişdir. Ertəsi gün Xətai metrosunun çıxışında Vüsal və Elmirlə görüşüb yaxınlıqda olan “Dəmirçi Plaza”-ya getmiş, 3-cü mərtəbəyə qalxdıqdan sonra otaqların birində tanımadıqları şəxslər onlardan əlbarmaq izləri götürmüş, bir neçə sənədlərə imza atmışdır. Vüsalla o, adambaşına 80 avro pul ödəyib çekləri götürüb otaqdan çıxmış, dekabr ayının əvvəllərində yenidən Vüsalla Latviya səfirliyinə gedib pasportlarını götürüb elmlər metrosunun yanında Elmirlə görüşərək pasportları ona vermişlər. Bir neçə gün sonra, təxminən 08 dekabr 2019-cu il tarixdə axşam saatlarında Elmir pasport və biletləri gətirib Xətai rayonu ərazisində yerləşən 7 nömrəli poliklinikanın yaxınlığındakı körpünün altında Vüsala qaytarmışdır. Səhəri gün o, Vüsalla birlikdə H.Əliyev adına hava limanından Ukrayna Respublikası ərazisindən tranzit uçuşla Latviya Respublikasına getmək üçün yola düşmüşlər. Latviyaya çatdıqdan sonra sərhəd xidməti əməkdaşları onları qəbul etməmiş, bu zaman Vüsal dərhal Elmirə zəng edib vəziyyəti ona danışmışdır. Vüsal xarici dil bilmədiyinə görə telefonu aeroportda işləyən sərhəd əməkdaşına təqdim etmiş, Elmir həmin şəxslə bir neçə dəqiqə danışdıqdan sonra məlum olmuş ki, həm onun geyiminə, həm də üzərində az pul olduğuna görə onlara ölkəyə daxil olmağa icazə verilmir. Bundan sonra onlar çarəsiz qalıb bir neçə gün sonra Latviyadan Bakıya geri qayıtmışlar. Bakıya qayıtdıqdan sonra anası Gültəkin Elmirə zəng edib pulları geri qaytarmağı tələb etmişdir. Elmir narahat olmamağı və tezliklə vizanı yenidən düzəldəcəyini bildirmişdir. Bunun üçün “Unibank”-da hesab açmaq lazım olduğunu demiş, o, Elmirin dediyi kimi edib, təxminən 2019-cu ilin dekabr ayının sonlarında “Unibank”-da hesab açmış, bankdan aldığı Albalı karta hissə-hissə 250 manat pul qoymuş, kartın ön və arxa şəkillərini çəkib Elmirə göndərmişdir. Elmir həmin pulu kartdan çəkib götürmüş, lakin onun viza məsələsini həll etməmişdir. Anası Gültəkin uzun müddət Elmirlə telefonla danışsa da Elmirin onları aldatdığını görüb 2021-ci ilin sonunda prokurorluğun qaynar xəttinə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, İnşaatçılar Universitetinin yaxınlığında yerləşən obyektlərin birində bərbərxana işlədir və özü də bərbərdir. Nurlan onun daimi müştərilərindən biridir. Əvvəllər Nurlan işlədiyi bərbərxananın mühasibatlıq hesabatlarını vergiyə vermək üçün ondan aylıq 30 manat xidmət haqqı almışdır. Pandemiyadan sonra isə vəziyyəti ağır olduğundan və işlər yaxşı getmədiyindən dost kimi artıq pul almamışdır. 2020- ci ildə pandemiya ilə əlaqədar şəhərdə hərəkət məhdudlaşdırıldığı üçün yaşadığı Lökbatan qəsəbəsindən şəhərin mərkəzinə gəlib-getmək çox çətinləşmişdır. Həmin vaxt Nurlandan elektron icazə almaqda ona kömək etməsini xahiş etmişdir. Nurlan onun xahişini qəbul edib ertəsi gün adını işlətdiyi şirkətə yazdırmışdır. Adına elektron icazə alınmışdır. Nurlan onu şirkətinə kuryer kimi rəsmiləşdirmiş və bu işə görə ondan hər hansı məbləğdə pul tələb etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2020-ci ilin əvvəllərində dostu Firuddinin Xətai rayonu, Ukrayna dairəsi ətrafında yerləşən “Richman” adlı restoranında sonuncunun vasitəsilə Nurlan adlı şəxslə tanış olmuşdur. Nurlanı Firuddinin işlətdiyi restoranın vergi işlərini görən biri kimi tanımışdır. Onunla tanış olandan sonra aralarında səmimi münasibət yaranmış, təxminən 2021-ci ilin əvvəllərində söhbət əsnasında Nurlan ona qəlyan alıb-satmağı təklif etmişdir. Söhbət zamanı Nurlana uşaqlıq dostu Əhmədlə bu işi görmək istədiyini bildirmiş, ancaq hazırda pandemiyaya görə rayonlar arası hərəkət etməyin çətin olacağını demişdir. Nurlan buna görə problem olmadığını, hər iksinin şəxsiyyət vəsiqələrinin surətlərini “WhatsApp”-la ona göndərməyi istəmiş və bu işi özü həll edəcəyini bildirmişdir. Bu yolla da hər ikisinin adı elektron icazə almaq üçün hansısa şirkətə rəsmiləşmiş, ancaq buna baxmayaraq müəyyən səbəblərdən Nurlanla qəlyan alıb-satmaq işi alınmamışdır. Bundan əlavə, Tovuz rayonunda yaşayan Şahid7 adlı dostu oğlunun təcili müayinə üçün Bakıya çatdırmaq lazım olduğunu dediyindən o, Nurlandan ona kömək etməsini xahiş etmişdir. Elçinin adına elektron icazə alınmış və o, oğlunu Bakı şəhərinə həkim müayinəsinə gətirmişdir. Nurlan Elçinin adına elektron icazənin alınması üçün ondan heç bir məbləğdə pul istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, 2020-ci ildə pandemiya vaxtı Bakı şəhərində sərbəst hərəkət etməyə məhdudiyyət olduğundan işi ilə bağlı elektron icazə almağa məcbur olmuşdur. Həmin icazənin alınmasına iş ortağı Şahid9 köməklik etmişdir. Həmin dövrdə Rəhim onlara məxsus “Cozi Mebel” firmasının mühasibatlıq işlərini görən Nurlan adlı şəxsə müraciət etmişdir. Nurlan da öz növbəsində onun adını sistemə oturdaraq elektron icazə almışdır. Onun şəxsən Nurlanla heç bir tanışlığı olmamışdır. Elektron icazəyə görə heç kimə hər hansı məbləğdə pul ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 eyni məzmunlu ifadə verərək Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, oğlu Rüfət Vəlizadə 2019-cu ildə təhsilini başa vurub qayıtdıqdan sonra müəyyən yerlərə işlə bağlı müraciət etmişdir. 2020-ci ilin mart ayında İsmayıllı rayonun, İvanovka kəndində yerləşən şərab zavoduna işə düzəlib 2021-ci ilin təxminən avqust ayınadək orada işləmişdir. 2020-ci ilin yay aylarında o, arvadı ilə birlikdə İsmayıllı rayonuna gedib Rüfətə baş çəkmək qərarına gəlmiş, lakin pandemiya ilə əlaqədar gedə bilməmişdir. Həmin vaxt şəhərdə taksi ilə gedərkən taksi şoferi ilə səmimi söhbəti alınmış, ona oğluna baş çəkmək üçün İsmayıllıya gedə bilmədiyini deyərkən, o, ona bir tanışı vasitəsilə elektron icazə almaq imkanı olduğunu bildirmişdir. Taksi sürücüsünün təklifini qəbul edib şəxsiyyət vəsiqəsinin surətini “WhatsApp” vasitəsilə ona göndərmiş, bir neçə gün sonra o, zəng edib adının sistemə salındığını və istədiyi vaxt İsmayıllıya gedə biləcəyini demişdir. Təxminən avqust ayının əvvəllərində arvadı ilə birlikdə oğlu Rüfətin yanına İsmayıllıya getmişdir. Hazırda həmin taksi şoferinin adını, mobil telefon nömrəsini xatırlamır. Taksi şoferinin həmin vaxt elektron icazənin alınması üçün ondan heç bir məbləğdə pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 göstərmişdir ki, taksi şoferi ona söhbət zamanı elektron icazə almaq imkanın olduğunu, bu işdə kömək edəcəyini bildirmişdir. Ondan şəxsiyyət vəsiqəsinin surətini “WhatsApp”-la göndərməsini istəmişdir. O, onun şəxsiyyət vəsiqəsinin surətini “WhatsApp”-la ona göndərmiş, həmin gün axşam saat təxminən 7-8 radələrində ona zəng edib adının kuryer kimi sistemə düşdüyünü və artıq elektron icazəsinin olduğunu bildirmişdir. Adına elektron icazəni heç bir pul müqabilində düzəltməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, o, 2019-cu ilin avqust-sentyabr aylarında “Çıraq plaza” restoranında kafel-metlax təmir işi gördüyü vaxt həmin restoranda barmen işləyən soyadını bilmədiyi Elvin adlı şəxslə tanış olmuşdur. Bir neçə müddət orada işləyərkən söhbət zamanı Elvinə Çexiyada yaşayan dostu Fəridin yanına gedib işləmək istədiyini, lakin viza düzəldə bilmədiyini demişdir. Elvin ona yaxın tanışı Elmirin bu işdə kömək edəcəyini bildirib, sonuncunun ***-***-**-** nömrəli mobil telefon nömrəsini vermişdir. Həmin nömrəyə zəng edib Elmirlə bu barədə ətraflı söhbət etmiş, bir neçə gün sonra Nərimanov parkının yaxınlığında yerləşən “Mc Donalds”ın qarşısında onunla görüşmüşdür. Görüş vaxtı yanlarında üçüncü bir şəxs olmamışdır. Elmirə xarici pasportunu təqdim edib, onunla viza işinə görə hissə-hissə olmaqla 3.500 manat (üç min beş yüz) pul verəcəyi ilə bağlı razılaşsa da, 3 ay ərzində ümumilikdə 5.000 manat (beş min) məbləğində pul vermişdir. Elmir aldığı pulların bir hissəsini otel sifarişinə, iş yerindən arayış almağa, sığortaya, bank hesabı açmağa və s. yerlərə xərcləmişdir. Bundan əlavə 2019-cu ilin oktyabr ayında Çexiyada yaşayan dostu Fərid ona zəng edərək Əli adlı qohumunun da onun yanına işləmək üçün gəlmək istədiyini bildirmişdir. Viza məsələsində Əliyə kömək etməyi ondan xahiş etmişdir. O, Fəridin bu xahişi ilə razılaşmış və bir neçə gün sonra Əlinin anası Gültəkin adında bir qadın ona zəng etmiş, telefon danışığı zamanı Elmir adlı şəxsin ona viza düzəltdiyini deyərək məsələ ilə bağlı onun telefon nömrəsini Gültəkinə göndərmiş, Gültəkin onun vasitəçiliyi olmadan özü Elmirlə telefon əlaqəsi saxlayaraq görüşmüş və ona məlum olmayan məbləğdə viza işinə görə Elmirlə razılığa gəlmişdir. Təxminən noyabr ayının əvvəllərində o, Əli və Elmirlə birlikdə Xətai metrosunun yanında görüşüb “Dəmirçi Plaza” biznes mərkəzində yerləşən Latviya səfirliyinə getmiş, orada 3-cü mərtəbəyə qalxaraq otaqların birində tanımadıqları şəxslər onlardan əl-barmaq izləri götürmüş, bir neçə sənədlərə imza atmış, hər ikisi adambaşına 80 avro pul ödəyib çekləri götürüb otaqdan çıxmışdırlar. Dekabr ayının əvvəllərində yenidən Əli ilə Latviya səfirliyinə gedib pasportlarını götürüb elmlər metrosunun yanında Elmirlə görüşərək pasportları ona vermişlər. Bir neçə gün sonra, təxminən 08 dekabr 2019-cu il tarixdə axşam saatlarında Elmir pasport və biletləri gətirib Xətai rayonu ərazisində yerləşən 7 nömrəli poliklinikanın yaxınlığındakı körpünün altında ona qaytarmış, səhəri gün o, Əli ilə birlikdə H.Əliyev adına hava limanından Ukrayna Respublikası ərazisindən tranzit uçuşla Latviya Respublikasına getmək üçün yola düşmüşlər. Latviyaya çatdıqdan sonra sərhəd xidməti əməkdaşları onları qəbul etməmişdir. Bu zaman dərhal Elmirə zəng edib vəziyyəti ona danışmış, Əli ilə o, xarici dil bilmədiklərinə görə telefonu aeroportda işləyən sərhəd əməkdaşına təqdim etmişdir. Elmir həmin şəxslə bir neçə dəqiqə danışdıqdan sonra məlum olmuş ki, həm Əlinin geyiminə, həm də üzərində az pul olduğuna görə onlara ölkəyə daxil olmağa icazə verilmir. Bundan sonra onlar çarəsiz qalıb bir neçə gün sonra Latviyadan Bakıya geri qayıtmışlar. Bakıya qayıtdıqdan sonra Elmirə zəng edib pulları geri qaytarmağı tələb etmiş, Elmir ona narahat olmamağı və tezliklə problemi həll edəcəyini demiş, bir neçə ay bu yolla Elmir onu aldatmış, həmin ərəfədə Elmir yenidən hissə-hissə təxminən 400 manat pulu onun kartından öz kartına köçürmüş, lakin heç bir viza düzəltməmişdir. Bundan başqa "xxxx" MMC haqqında heç bir məlumatı olmamışdır. Həmin dövrdə Macarıstan Respublikasına getməyə görə şengen vizanın alınması üçün lazım olan sənədlərin Elmir Dilbazi tərəfindən toplanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Əliyə viza düzəltmək məqsədilə Elmir onun da şəxsiyyət vəsiqəsinin surətini çıxarıb götürmüşdür. Adını hansısa şirkətə rəsmiləşdirərək guya 1000- 1500 manat maaş alması barədə iş yerindən tələb olunan arayışı əldə etmişdir. Onun xx.xx.2019- cu il tarixdə "xxxx" MMC-yə aylıq vəzifə maaşı 800 manat olmaqla, mühasib vəzifəsinə hansı şəraitdə, kimlərin vasitəsilə təyin edilməsi haqqında heç bir məlumatı olmamışdır. Həmin dövrdə oğlu Şahid2 Macarıstan Respublikasına getməyə görə şengen vizanın alınması üçün lazım olan sənədlərin Elmir Dilbazi tərəfindən toplanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 və Şahid7 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, onlar eyni məzmunlu ifadə verərək məhkəmə istintaqında dindirilmiş Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid13 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2020-2021-ci illərdə pandemiya vaxtı restoranlar bağlandığından toylar, ad günü məclislərinin fəaliyyətləri dayanmış, bütün musiqiçilər kimi o da müvəqqəti işsiz qalmışdır. Dolanışığı çətinləşdiyinə görə iş üçün bütün dost-tanışlara müraciət etmişdir. Həmin vaxt Nurlan onu öz firmasına kuryer kimi işə düzəltmiş və adını elektron icazə portalına daxil etmişdir. Bir neçə ay Nurlanla işləmiş, lakin qazandığı pul onu qane etmədiyindən işdən çıxmışdır. Nurlan onu öz şirkətinə heç bir pul müqabilində düzəltməmiş, sadəcə pandemiya vaxtı işsiz olduğundan bir yoldaş kimi təmənnasız ona kömək etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, söhbət zamanı tanışı Vaqif taksi sürdüyünü və elektron icazəsinin olduğunu bilmişdir. Fürsətdən istifadə edib ondan özü üçün elektron icazə almasını xahiş etmişdir. Həmin vaxt Vaqif bir nəfərə zəng edib danışdıqdan sonra ona da elektron icazə düzəldə biləcəyini demiş, bundan sonra şəxsiyyət vəsiqəsinin surətini “WhatsApp”-la Vaqifə göndərmişdir. Təxminən bir neçə saat sonra adı sistemə düşmüş və elektron icazəni əldə etmişdir. Vaqif adlı şəxs bu yaxşılığa görə ondan pul almamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2020-ci ildə pandemiya vaxtı Lənkəran şəhərində yaşayan anasının səhhətində ciddi problemlər yaranmışdır. Bu səbəbdən də o, təcili Lənkərana getməyə məcbur olmuşdur. Həmin dövrdə Bakı şəhərində və ölkə daxilində sərbəst hərəkət etmə məhdudiyyəti olduğundan tanışına bununla bağlı müraciət etmişdir. Tanışı onun adını Nurlan adlı bir şəxsin şirkətinə kuryer kimi yazdırmışdır. Bundan sonra elektron icazəni əldə edib təcili Lənkəran şəhərinə getmişdir. O, həmin vaxt elektron icazə almaq üçün heç kimə heç bir məbləğ pul ödəməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş və iş materiallarına əlavə edilmiş 01 mart 2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMCnin direktoru Təqsirləndirilən şəxsdur. Həmin məktuba əlavə edilmiş sənəd qoşmasından görünür ki, şəxsiyyət vəsiqəsinin nömrəsi AA ******* olan Şahid1 vaxtamuzd, aylıq vəzifə maaşı 1.100 manat (min yüz) olmaqla xx.xx.2019- cu il tarixdə "xxxx" MMC-yə baş mühasib vəzifəsinə təyin edilərək xx.xx.2019-cu il tarixdə həmin vəzifədən azad edilmiş, şəxsiyyət vəsiqəsinin nömrəsi AA ******* olan Şahid3 vaxtamuzd, aylıq vəzifə maaşı 800 manat (səkkiz yüz) olmaqla xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə mühasib vəzifəsinə təyin edilərək xx.xx.2019-cu il tarixdə həmin vəzifədən azad edilmiş, şəxsiyyət vəsiqəsinin nömrəsi AZE ******** olan Şahid4 vaxtamuzd, aylıq vəzifə maaşı 250 manat (iki yüz əlli) olmaqla xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə kuryer vəzifəsinə təyin edilərək xx.xx.2020ci il tarixdə həmin vəzifədən azad edilmiş, şəxsiyyət vəsiqəsinin nömrəsi AZE ******** olan Şahid12 vaxtamuzd, aylıq vəzifə maaşı 250 manat (iki yüz əlli) olmaqla xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə kuryer vəzifəsinə təyin edilərək xx.xx.2020-ci il tarixdə həmin vəzifədən azad edilmiş, şəxsiyyət vəsiqəsinin nömrəsi AZE 0******* olan Şahid11 vaxtamuzd, aylıq vəzifə maaşı 250 manat (iki yüz əlli) olmaqla xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə sürücü vəzifəsinə təyin edilərək xx.xx.2020-ci il tarixdə həmin vəzifədən azad edilmiş, şəxsiyyət vəsiqəsinin nömrəsi AA ******* olan Şahid8 vaxtamuzd, aylıq vəzifə maaşı 250 manat (iki yüz əlli) olmaqla xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə müdirmüavini vəzifəsinə təyin edilərək xx.xx.2020-ci il tarixdə həmin vəzifədən azad edilmiş, şəxsiyyət vəsiqəsinin nömrəsi AZE ******** olan Şahid7 vaxtamuzd, aylıq vəzifə maaşı 250 manat (iki yüz əlli) olmaqla xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə kuryer vəzifəsinə təyin edilərək xx.xx.2020-ci il tarixdə həmin vəzifədən azad edilmiş, şəxsiyyət vəsiqəsinin nömrəsi AA ******* olan Şahid10 vaxtamuzd, aylıq vəzifə maaşı 250 manat (iki yüz əlli) olmaqla xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə menecer vəzifəsinə təyin edilərək xx.xx.2020-ci il tarixdə həmin vəzifədən azad edilmiş, şəxsiyyət vəsiqəsinin nömrəsi AA ******* olan X12 vaxtamuzd, aylıq vəzifə maaşı 250 manat (iki yüz əlli) olmaqla xx.xx.2020ci il tarixdə "xxxx" MMC-yə mühasib vəzifəsinə təyin edilərək xx.xx.2021-ci il tarixdə həmin vəzifədən azad edilmiş, şəxsiyyət vəsiqəsinin nömrəsi AA ******* olan Şahid6 vaxtamuzd, aylıq vəzifə maaşı 250 manat (iki yüz əlli) olmaqla xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə sürücü vəzifəsinə təyin edilərək xx.xx.2021-ci il tarixdə həmin vəzifədən azad edilmiş, şəxsiyyət vəsiqəsinin nömrəsi AZE ******** olan Şahid5 vaxtamuzd, aylıq vəzifə maaşı 250 manat (iki yüz əlli) olmaqla xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə menecer vəzifəsinə təyin edilərək xx.xx.2021-ci il tarixdə həmin vəzifədən azad edilmiş və şəxsiyyət vəsiqəsinin nömrəsi AA ******* olan Şahid13 vaxtamuzd, aylıq vəzifə maaşı 250 manat (iki yüz əlli) olmaqla xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə menecer vəzifəsinə təyin edilərək xx.xx.2021-ci il tarixdə həmin vəzifədən azad edilmişdir (1-ci cild, səh 55-58). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2019-cu il tarixli, **********826800 saylı çıxarışla dövlət qeydiyyatına alınmış, ********** nömrəli VÖEN verilmişdir (1-ci cild, səh. 126-127). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən məlum olur ki, Cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi, həmçinin Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edib onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış edib, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyrikommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesabları açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul edib, həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin, təkliflərin hazırlanmasını həyata keçirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxsdir (1-ci cild, səh.130-131). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, səh. 53-54). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Doğum haqqında şəhadətnamədən” görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə anadan olmuş Mübariz adlı azyaşlı uşağı vardır. (1-ci cild, səh. 133). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil Kommunal Təsərrüfat sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (1-ci cild, səh.134). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 mart 2022-ci il tarixli “Sübutların qiymətləndiriləmsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs direktoru olduğu "xxxx" MMC ilə əmək müqaviləsi bağlamış, əmək müqavilələri ləğv edilmiş və ƏƏSMN-nin elektron məlumat sisteminə daxil edilmiş işçilər barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş və iş materiallarına əlavə edilmiş 01 mart 2022-ci il tarixli məktuba qoşma edilən iki vərəqdən ibarət cədvəl iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild, səh.143-168) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 mart 2022-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, 29 mart 2022-ci il tarixində Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (1-ci cild, səh. 203-205). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünun, şahidlərin ifadələri, maddi sübutlar, habelə işin digər materialları ilə hər iki maddəyə münasibətdə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə- min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 15 dekabr 1992-ci il tarixli, 405 nömrəli Qanununun 7-ci maddəsinə əsasən sahibkar işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq, işçilərin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək, qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək, işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) müvafiq əmək şəraiti yaratmaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxsdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli və həmin qərara bir neçə dəfə, sonuncu dəfə 19 noyabr 2020-ci il tarixli 450 nömrəli və 8 dekabr 2020-ci il tarixli 488 nömrəli qərarlara edilmiş dəyişikliklərə əsasən, bütün ölkə üzrə şərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsi, ölkə ərazisində hərəkət məhdudiyyətinin tətbiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda, qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” elektron portalına daxil edildikdən sonra ölkə ərazisində hərəkət edilməsinə icazə verilməsinə dair qərarına əsasən rəsmi iş yeri olmadığından və ya iş yeri olmasına baxmayaraq hərəkətinə məhdudiyyət qoyulmuş şəxsin ancaq sutka ərzində 3 saatlıq 8103 sms nömrəsinə göndərilmiş ismarıc vasitəsilə sərbəst hərəkətinə icazə verilməsi hüququnun olmasına, göstərilənlərlə bağlı xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsi müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıda göstərilən prinsip və müddəalarını da rəhbər tutur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterzə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddəsi üzrə cərimə növündə əsas cəza ilə yanaşı, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Başqa sözlə, ona dövlət və yerli özünüidarə orqanlarında, digər hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da təyin etməlidir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Qeyd edilənlər ilə yanaşı, Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən (cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxil olduğundan) Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəza qismən, əlavə cəza qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə qanunun bu və ya digər tələblərini də nəzərə alır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 mart 2022-ci il tarixli məktuba qoşma edilən iki vərəqdən ibarət cədvəl iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, digər hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilsin. Həmin məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, digər hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3.000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, digər hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5.000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 mart 2022-ci il tarixli məktuba qoşma edilən iki vərəqdən ibarət cədvəl iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar