Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-278/2023 04.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1987-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış fərdi əmək fəaliyyəti ilə məşğul olan, ailəli, himayəsində iki azyaşlı uşağı olan, Ağdaş rayonu Qaraoğlan kəndində qedıyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Qanlı gol yaşayış massivində kirayə yaşayan barəsində “polisin altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərəçəkmış şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 19.20-də "B” kateqoriyalı, BB 233279 seriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «Mercedes Benz E190» minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu. N Hikmət küçəsində 20-25 km/saat surətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməklə yəni hərəkət uçun təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tələbləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyərək yol hərəkət qaydalarını pozaraq, hərəkətdə olduğu istiqamətdə N Hikmət küçəsi 32C ünvanında yerləşən “Bank of Baku"-nun Yasamal filialının inzibatı binasının qarşısında yolu keçən piyadalar Zərərçəkmiş şəxs və Qanuni nümayəndə idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncuya beyin silkələnməsi, sol təpə nahiyəsinin minimal dərialtı hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlmalığına yüngül zərər vurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs isə sol bud-çanaq oynağının əzilməsi, sol tərəfli oturaq sümüyünün qapalı sınığı, beyin silkələnməsi ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, yol hərəkəti qaydalarını pozmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş zərəri tamamilə ödəməsini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışmasını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilməsini və sonuncu barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı X5, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X7 zərər çəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmiş və onun barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ilə barışmış, ona vurulmuş zərəri tam ödəmiş və göstərilənləri, həmçinin özünü təqsirli bilməsini nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-cı ıl tarixli, 313 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, vət Zərərçəkmiş şəxs Ramın qızının adına RKX-da və”Real Hospıtal’da tərtib edilmiş tibbi sənəddə qeyd olunan xəsarətlər- Sol bud-çanaq oynağının əzilməsi, sol tərəfli oturaq sümuyunun qapalı sınığı, beyin silkələnməsi küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni 11.09 2022-cı ıl tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir (səh. 32-34). Cinayət işində olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 20 12 2022-ci il tarixli 8/3229 nömrəli rəyi ilə təsdiq olunur ki, istintaq tərəfindən verilən məlumatlara əsasən: 1.2 Mercedes Benz E 190 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (səh. 43-46). Cinayət işində olan 11 sentyabr 2022-ci il tarixli baxış protokolundan görünür kı, Təqsirləndirilən şəxs xx.xx.2022-cı il tarixdə saat 19.20-də özünə məxsus «Mercedes Benz E190» minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri. Yasamal rayonu. N. Hikmət küçəsində hərəkətdə olarkən həmin küçədə 32C ünvanında yerləşən “Bank of Baku'-nun Yasamal filialının inzibatı binasının qarşısında yolu keçən piyadalar Zərərçəkmiş şəxs Ramın qızını və X6 idarə etdiyi avtomobilin on sağ hissəsi ilə ehtiyatsızlıqdan vurub xəsarət yetirmişdir (səh. 06-08). Cinayət işində olan 11 sentyabr 2022-ci il tarixli nəqliyyat vasitəsinin və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E 190 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ fara və və ön sağ qanad hissəsi zədələnmiş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur (səh. 10). Cinayət işində olan Mercedes Benz E 190 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs 12.09 2022-ci il tarixli, BB233279 nömrəli, B1, В kateqoriyalı sürücülük vəsıqəsı vardır və hazırda fəaliyyətdədir (səh.18, 74-75). Cinayət işində olan 11 sentyabr 2022-ci il tarixli, 2/21703 nömrəli sərxoşluq hallarının butun növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan gorunur kı. Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur (səh. 15). Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİl-dən alınmış tələbnamədən görünürkı Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 64) Cinayət işində olan qərardan görünür ki,13 03 2023-cü ıl tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqəsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarıxd barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (səh.76-77, 102-103). Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X9 adlı övladları vardır. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışdığı və zərər çəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Qeyd olunan Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayətprosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinini secilməsi haqqında qərar ləğv edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, maddi sübut kimi tanınmış “Mercedes Benz E 190” minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. 8/3229 saylı məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsi üçün xərclənmiş 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyəindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E 190” minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsi üçün xərclənmiş 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-278/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-278/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver