Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-28/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci ildə Bkı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 19.04.2020-ci il tarixdə saat 02:40 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «İnfiniti FX35» (minik) markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu, Parlament prospekti 4A ünvanında yerləşən binadaxili yolla Ə.Ələkbərov küçəsi istiqamətində saatda 30-40 kilometr sürətlə hərəkətdə olub həmin yolla M.Müşfiq küçəsinin kəsişməsinə daxil olduqda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1 -ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərini, yəni üstünlük nişanları yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələri keçmək növbəliliyinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələbləri pozaraq hərəkət yolunun üzərində 2.4 “Yol verin” üstünlük yol nişanının olmasını və sol tərəfdən hərəkət üstünlüyünə malik olan M.Müşfiq küçəsi ilə digər avtomobilin hərəkətdə olmasını nəzərə alaraq avtomobilini yolayrıcına daxil etməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı və həmin avtomobilə yol verdikdən sonra avtomobilini yolayrıcına daxil etməli olduğu halda bunu etməyib avtomobillə Parlament prospekti 4A ünvanında yerləşən binadaxili yolla M.Müşfiq küçəsinin kəsişməsinə daxil olub Ə.Ələkbərov küçəsi istiqamətində hərəkətini davam etdirərkən M.Müşfiq küçəsi 37-45 saylı ünvanın qarşısında avtomobilin qabaq hissəsi ilə həmin vaxtı hərəkət üstünlüyünə malik sol tərəfdə M.Müşfiq küçəsi ilə Yasamal rayonu İ.Qutqaşınlı küçəsi istiqamətində hərəkətdə olan “Mercedes Benz E200 CDİ” (minik) markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qanadından vurmuş, nəticədə ehtiyatsızlıqdan “Mercedes Benz E200 CDİ” (minik) markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 başın təpə nahiyəsinin əzilmiş yarası, sol mil sümüyünün tipik yerinin yerdəyişən sınığı xəsarətləri ilə müşayiət olunmuş dərəcəsinə görə zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına, eləcə də ehtiyatsızlıqdan özünün idarə etdiyi avtomobildə sağ qabaq oturacaqda əyləşmiş sərnişini olan Zərərçəkmiş şəxs2 sağ baldır nahiyəsinin yumşaq toxumalarının əzilməsi, təpə nahiyəsinin cırılmış yarası xəsarətləri ilə müşayiət olunmuş dərəcəsinə görə zərərçəkmiş şəxsin ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına səbəb olmuş, həmçinin Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz E200 CDİ” (minik) markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5690 manat maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclaslarında ona elan olunmuş ittiham üzrə özünü əvvəlcə qismən təqsirli bilsə də, sonuncu iclasda ümumiyyətlə özünü təqsirli bilməmişdir. İlkin məhkəmə iclaslarında ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, polis işçiləri tərəfindən təqib edildiyinə görə məcburiyyət qarşısında qalıb hərəkət üstünlüyünə malik nəqliyyat vasitəsinə yol vermədən yol ayrıcına daxil olmuş və buna görə də qəzanın baş verməsində özünü qismən təqsirli bilir. Belə ki, qəzanın baş verməsinin səbəbkarı onu təqib edən çevik polis alayının işçiləri olmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, o, 19 aprel 2020-ci il tarixdə saat 01 radələrində özünə məxsus “İnfinity FX35” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla dostu Zərərçəkmiş şəxs2 yaşadığı Yasamal rayonu, Qədirli küçəsindəki evinə getmiş, təxminən 1-2 saat orada oturmuş və həmin gün saat 02:20 radələrində Zərərçəkmiş şəxs2 ilə birlikdə ona məxsus avtomobillə Fəxri Xiyabanın yaxınlığında yerləşən marketdən siqaret almışlar. O, avtomobili idarə edib Elnurun evinə tərəf qayıdanda Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində polisə məxsus “Mersedes” markalı post-patrul avtomobilinin onu təqib etməsini görmüş və sonuncuya “arxalarında olan post-patrul avtomobili onları təqib edəcək” demişdir. Polis tərəfindən saxlanılmamaq üçün o, avtomobili saatda 30-40 km sürətlə idarə edib ünvan 3 ünvanın qarşısındakı binaların arası ilə M.Müşfiq küçəsinə getmək istəmişdir. M.Müşfiq küçəsindəki kəsişməyə az qalmış idarə etdiyi avtomobillə M.Müşfiq küçəsindəki kəsişməyə təxminən bir metr daxil olmuş və 1-2 saniyə dayanıb sol tərəfə baxdıqda həmin küçə ilə hərəkətdə olan “Mercedes” markalı avtomobil onun avtomobilini vurmuşdur. Toqquşma zamanı yaranan zərbənin təsirindən onun avtomobilii təxminən 10-15 metr düzünə sürüşərək M.Müşfiq küçəsində qarşı yoldakı (əks tərəfdən gələn avtomobil yolundakı) məhəccərə dəyərək dayanmışdır. Eləcə də, onu vuran avtomobil də onun sürüşdüyü istiqamətdə yolun kənarına basdırılmış dəmir dirəyə dəyərək dayanmışdır. Onun avtomobilinin mühərrik hissəsində tüstülənmə olduğundan o, avtomobildən çıxmağa çalışsa da özü tərəfində olan sol qabaq qapı məhəcərrə yapışdığı üçün o, qabaq sağ sərnişin oturacağında oturmuş Elnurun üstündən keçib pəncərədən bayıra çıxmış və sonuncunu da oradan çıxarmışdır. Sonradan hadisə yerinə polis və təcili yardım avtomobili gəlib onu, Elnuru və digər avtomobilin sürücüsünü X22 aparmışlar. O, baş nahiyəsindən, Elnur isə ayaq nahiyəsindən xəsarət almışdır. Belə ki, toqquşma zamanı onun baş nahiyəsi idarə etdiyi nəqliyyat vasitəsinin alın şüşəsinə dəymiş, Elnurun ayağı isə salonda olan saxlanc yerinə (bardaçoka) dəymişdir. Hadisədən sonra hadisənin şahidi olmuş qonşular ona demişdir ki, “onu vuran Mersedes markalı avtomobilin üzərində xarici dövlətə aid dövlət qeydiyyat nişanı olub, həmin nişanları hadisə yerində təcili olaraq dəyişiblər”. Hətta onda kifayət qədər əsaslı şübhələr vardır ki, “Mercedes” markalı avtomobildə hazırda iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 deyil, onun qohumu olmuşdur. Bundan başqa ehtimal edir ki, digər sürücünün sürət həddi saatda 100 km-dən artıq olmuş və onun tərəfindən də yol hərəkəti qaydası kobud şəkildə pozulmuşdur. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla bağlı ona verilmiş suallar əsasında əlavə olaraq bildirmişdir ki, əvvəllər Yasamal RPİ-nin PPX-nin Elçin adlı polis əməkdaşı ilə onun arasında mübahisə olmuşdur. Mübahisənin səbəbi o, olmuşdur ki, hadisədən bir neçə vaxt əvvəl bankomatın qarşısında anasına məxsus hesab kartından pul çıxarmaq istəyərkən bir nəfər polis işçisinin ona tərəf boylanmasını görmüşdür. Sonradan həmin şəxsin Yasamal RPİ-nin PPX-nin əməkdaşı olan soyadını bilmədiyi Elçin olmasını öyrənmişdir. Bu vaxt o, Elçinə boylanmasına görə irad tutmuş, Elçin isə ona cavabında tapşırıq gəldiyini demiş və onu tutduracağı ilə hədələmişdir. Bundan sonra bir neçə dəfə həmin Elçin adlı polis işçisi xidmət etdiyi post patrul avtomobili ilə onu təqib etmişdir. Sonuncu dəfə, yəni hadisə günü həmin Elçin adlı şəxsin xidmət etdiyi post patrul avtomobilini görüb şərlənməsindən qorxmuş və sürətini artıraraq onlardan yayınmağa cəhd göstərmişdir. Post patrul avtomobili tərəfindən təqib edilməsi nəticəsində isə hazırki hadisə baş vermişdir. Hadisə isə təfsilatı ilə videogörüntülərdə öz əksini tapmışdır. Təqsirləndirilən şəxs iş materiallarında olan TŞ kamerasının görüntüsünün tam və hərtərəfli olmadığını bildirmiş və məhkəməyə hadisə yerində olan obyektlərin birində quraşdırılmış müşahidə kameralarının görüntüsünü məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxs eyni zamanda özünün müdafiəsi üçün bildirmişdir ki, hadisə gecə saat 02.30 radələrində olsa da hadisənin baş verdiyi M.Müşfiq küçəsində işıqlanma kifayət qədər olmuş, hadisə törənməmişdən öncə spirtli içki qəbul etməmiş, özü hadisə nəticəsində ağır dərəcəli xəsarət almış, polis əməkdaşları onu təxminən 400-500 metr məsafədə məhlələr arasında təqib etmiş, qəza baş verdikdən sonra həmin polis əməkdaşları hadisə yerində dayanmamışdır. O, yol ayrıcına daxil olub digər avtomobili gördüyü anda hadisə baş vermiş və bu baxımdan hadisənin qarşısını almaq üçün heç bir texniki imkanı olmamışdır. Hadisə vaxtı onu təqib edən Yasamal RPİ-yə məxsus Post- Patrul avtomobilində olan Elçin və Vüsal adlı şəxslər barəsində Yasamal rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. İfadəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 19 aprel 2020-ci il tarixdə saat 02:45 radələrində aptekdən dərman almaq üçün “Mercedes Benz E200” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Yasamal rayonu M.Müşfiq küçəsi ilə Nəriman Nərimanov heykəli istiqamətində 40-50 km/saat sürəti ilə hərəkətdə olub M.Müşfiq küçəsi ilə Ə.Ələkbərov küçələrinin kəsişməsinə çatdıqda Ə.Ələkbərov küçəsi ilə yüksək sürətlə hərəkətdə olan “İnfinity” markalı qara rəngli avtomobil qəfildən onun hərəkət yolunun üzərinə çıxmış və qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin sağ qabaq qanadından vurmuşdur. Həmin vaxt zərbədən onun avtomobili 8-9 metr sürüşərək əks yolun sol kənarında quraşdırılmış dəmir dirəyə dəyərək dayanmışdır. Həmin vaxtı o, avtomobildə tək olmuş və avtomobilin sükanı sol qoluna ilişdiyindən, eləcə də baş nahiyəsi avtomobilin salon hissəsinə dəydiyindən sol qol və baş nahiyəsindən xəsarət almışdır. O, avtomobildən endikdə onu vuran “İnfinity” markalı avtomobilin də ondan təxminən 2-3 metr aralıda yolun kənarındakı məhəccərə dəyərək dayandığını görmüşdür. O, həmin avtomobildən 2 nəfərin düşdüyünü görmüşdür. Sonradan hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım stansiyasının həkimləri gəlmiş, polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər, fotoşəkillər çəkmişlər, həkimlər isə onu və əvvəllər tanımadığı, sonradan adının Səbuhi olduğunu öyrəndiyi “İnfinity” markalı avtomobilin sürücüsünü və sonuncunun sərnişinini X22 aparmışlar. KTMdə ilkin tibbi yardım göstərildikdən sonra o, yaşadığı evə getmiş və ertəsi gün Yasamal RPİ-nin Təhqiqat Şöbəsinə gələrək izahat vermişdir. Hadisədən sonra toqquşma yerinə getdikdə idarə etdiyi avtomobili vuran Səbuhi adlı şəxsin hərəkətdə olduğu yolun sağ hissəsində torpağa basdırılmış “yol verin” nişanı olduğunu görmüşdür. Zərərçəkmiş şəxs1 əlavə olaraq ifadəsində göstərmişdir ki, idarə etdiyi “Mercedes Benz E200” markalı **-UU- *** dövlət qeydiyyat nişanlı avtomaşını dostu X5 adına qeydiyyatda olsa da həmin avtomobili alaraq sonuncuya 12.000 (on iki min) manat pul vermiş, 3000 (üç min) manat borclu qalmışdır. Ş.Zeynalovdan xahiş etmişdir ki, “pulu tam ödəyənə kimi avtomobili idarə etməsinə görə ona etibarnamə versin, ödəniş etdikdən sorna avtomobili adına keçirər”. Bu baxımdan Ş.Zeynalovla birgə 18.02.2020-ci il tarixdə 11 saylı dövlət notariat kontoruna getmiş və orada sonuncu həmin avtomobili idarə etməyinə görə ona etibarnamə vermişdir. Borclu qaldığı pulu sonradan Ş.Zeynalova tam ödəsə də avtomobili adına keçirməmişdir. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, avtomobili idarə etməsinə dair “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində Təqsirləndirilən şəxs ifadəsində gəstərilən xüsusatları təkzib edərək əlavə olaraq bildirmişdir ki, hadisədən bir neçə saniyə əvvəl o, svetoforun qırmızı işığında dayanıb hərəkətə icazə verən yaşıl işığın yanmasını gözləmişdir. Yaşıl işıq yandıqdan sonra yol ayrıcına daxil olmuşdur. Belə olan halda, svetofordan yol ayrıcına daxil olmuş avtomobilin yüksək sürət yığması və saatda 100 km sürətlə hərəkət etməsi real olaraq qeyri-mümkündür. Bunun əksinə olaraq hərəkət üstünlüyünün onda olmasına baxmayaraq “İnfinity FX35” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil yol ayrıcına yüksək sürətlə daxil olmuşdur. O, avtomobilin gəlməsini ani anda görmüş, görən anda isə toqquşma baş vermiş, dolayısı ilə həmin avtomobili gördüyü vaxtla toqquşma eyni bir zamanda baş verdiyindən hadisənin qarşısını almaq üçün heç bir texniki imkanı olmamışdır. Bundan başqa digər sürücü Təqsirləndirilən şəxs M.Müşfiq küçəsinin kəsişməsində özünün qeyd etdiyi kimi 1 dəqiqə müddətində dayanmamış və həmin sürücü gəldiyi sürətlə onun hərəkətdə olduğu avtomobilin qarşısına yüksək surətlə çıxmışdır. “İnfinity FX35” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmiş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təqib olunmasını görməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs avtomobilini 30-40 km/saat sürətlə deyil, daha yüksək sürətlə idarə etdiyindən toqquşmadan sonra avtomobillər 8-9 metr qarşı yola sürüşmüşdür. Göstərilənlərlə yanaşı hadisə yerinin sxemi ilə tanış olmuş və onun doğruluğunu təsdiq edir. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını, ona qarşı vurulmuş zərərin ödənilmədiyini, hazıradək ona heç bir ödəniş edilmədiyini, gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia ərizəsi vermək niyyətində olduğunu və sonuncu barəsində dövlət ittihamçısı tərəfindən təklif edilən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 19 aprel 2020-ci il tarixdə saat 01 radələrində yaşadığı Yasamal rayonu Qədirli küçəsindəki evdə olarkən dostu Təqsirləndirilən şəxs onlara gəlmişdir. Belə ki, Səbuhinin yaşadığı ev onlardan bir qədər aralı yerləşir. O, Səbuhi ilə təxminən 1-2 saat evdə oturduqdan sonra həmin gün saat 02:20 radələrində Səbuhinin idarə etdiyi “İnfinity FX35” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Fəxri Xiyabanın yaxınlığında yerləşən marketə gedib oradan siqaret almış, sonradan sonuncu onu evə aparanda Yasamal rayonu İ.Qutqaşınlı küçəsində polisə məxsus “Mersedes” markalı post-patrul avtomobilinin onları təqib etməsini görmüşlər. Həmin zaman avtomobili Səbuhi özü idarə etmiş və sonuncu ona demişdir ki, “arxalarında olan post-patrul avtomobili onları təqib edəcək”. Elə də olmuş, polis avtopatrul avtomobilində olan əməkdaşlar onları gördükdən sonra avtomobili arxaya vermiş və onların arxasınca gəlməyə başlamışdır. Onlar sürəti artırdıqca post-patrul avtomobili də sürətini artırmışdır. Bundan sonra Səbuhi idarə etdiyi avtomobillə polisdən qaçmağa başladıqda o, Səbuhiyə saxlamağı təklif etmiş və sonuncu ona demişdir ki, “polis tərəfindən şərlənəcəyindən qorxur”. Səbuhi polis tərəfindən saxlanılmamaq üçün avtomobili saatda 50-60 km sürətlə idarə edib binaların arası ilə Parlament prospekti 4A saylı binanın qarşısındakı yolla Ələsgər Ələkbərov küçəsi istiqamətində hərəkət etməyə başlamışdır. Səbuhi idarə etdiyi avtomobillə həmin küçədən M.Müşfiq küçəsindəki kəsişməyə təxminən 1-1.5 metr daxil olmuş və yolda 1-2 saniyə dayanmışdır. Onların fikri polis avtomobilində olmuşdur. O, həmin vaxtı çevrilib polisin gəlib-gəlməməsi üçün arxaya baxdıqda M.Müşfiq küçəsi ilə hərəkətdə olan “Mercedes” markalı avtomobil Səbuhinin idarə etdiyi avtomobili vurmuşdur. Toqquşma zamanı yaranan zərbənin təsirindən Səbuhinin avtomobili təxminən 10-15 metr düzünə M.Müşfiq küçəsində qarşı yola sürüşərək (əks tərəfdən gələn) avtomobil yolunun kənarındakı məhəccərə dəyərək dayanmışdır. Digər “Mercedes” markalı avtomobil də sürüşərək onlardan bir qədər aralıda yola basdırılmış dəmir dirəyə dəyərək dayanmışdır. Sonradan o, huşunu itirmiş, ayıldıqda Səbuhinin onu avtomobilin salonundakı qabaq sağ oturacaqdan çıxardığını görmüşdür. Sonradan hadisə yerinə polis və təcili yardım avtomobili gəlmiş, onu, Səbuhini və digər avtomobilin sürücüsünü X22 aparmışlar. Səbuhi baş nahiyəsindən, o, isə diş və ayaq nahiyəsindən xəsarət almışdır. Belə ki, toqquşma zamanı onun ayağı salondakı saxlanc yerinə (bardaçoka), dişləri isə salonda nəyəsə dəyərək xəsarət almışdır. KTM-də ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Verilən suallara əsasən Zərərçəkmiş şəxs2 ifadəsində əlavə olaraq, onları təqib edən postpatrul xidməti avtomobilinin qeydiyyat nişanını və ümumiyyətlə hadisə nəticəsində aldığı travmaya görə bir sıra xüsusatları hazırda unutduğunu, polis işçilərini görmədiyini və tanımadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış və hazırda ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi məlumatlar özünü müdafiə xarakterli məlumatlar olaraq qiymətləndirilməlidir. Belə ki, onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolları ilə və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ziddiyyətli ifadələr verməsini, eyni zamanda onun hadisə zamanı yol ayrıcına daxil olmamışdan əvvəl digər nəqliyyat vasitəsinə yol vermək məqsədilə bir neçə dəqiqə dayanması, hadisədən əvvəl post patrul xidmətinin əməkdaşları tərəfindən xidməti avtomobil ilə təqib edilməsi səbəbiylə yüksək sürətlə hərəkət etməsi, o cümlədən digər nəqliyyat vasitəsinin də yüksək sürətlə hərəkət etməsi nəticəsində hadisənin, yəni toqquşmanın baş verməsi, təhlükə yaranan anda onun hadisənin qarşısını almağa faktiki olaraq texniki imkanının olmaması, o cümlədən hadisə zamanı “Mercedes Benz E200 CDİ” (minik) markalı avtomobili idarə edən şəxsin iş üzrə zərərçəkmiş kimi tanınmış Zərərçəkmiş şəxs1 olmaması, həmin nəqliyyat vasitəsinin üzərində xarici dövlətdə qeydə alınmış dövlət nömrə nişanın olmasına dair göstərdiyi xüsusatlar iş üzrə tədqiq edilmiş digər sübutlarla təkzib olundığundan onun tərəfindən məsuliyyətdən yayınmaq məqsədilə verilmiş özünü müdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Belə ki, iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 20 aprel 2020-ci il tarixli protokoldan, hadisə yerinin sxemindən və fotoşəkillərdən hadisənin Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi ilə Ə.Ələkbərov küçəsinin kəsişməsində baş verməsi, həmin yerdə yolun iki tərəfli olmaqla yolun eninin 12 metr olması, həmçinin yolun M.Müşfiq küçəsinin kəsişməsinə az qalmış hissəsində yolun kənarında “Yol verin” nişanının olması müəyyən edilmişdir. (iş vər.: 7-17) Məhkəmə iclasında tədqiq olunmuş nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 20 aprel 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı “Mercedes Benz E200 CDİ” (minik) markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin baş vermiş hadisə nəticəsində qabaq sağ tərəfinin, arxa sağ tərəfinin, qabaq kapotunun, qabaq sağ qanadının zədələnməsi, digər hissələrinin isə saz vəziyyətdə olması aşkar edilmişdir. (iş vər.: 18) Məhkəmə iclasında tədqiq olunmuş nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 20 aprel 2020-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, baxış zamanı «İnfiniti FX35» (minik) markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin baş vermiş hadisə nəticəsində qabaq sol krılasında, bamperində, sol arxa qanadında və üzərindəki farasında, qabaq kapotunda zədələr əmələ gəlməsi, digər hissələrinin isə saz vəziyyətdə olması aşkar edilmişdir. (iş vər.: 19-20) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz şəhər xidmətinin müşahidə kameraları vasitəsi ilə qeydə alınmış hadisənin videogörüntüləri olan 02 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, M.Müşfiq küçəsindəki gediş və gəliş yolu hər birində 2 zolaq olmaqla 4 zolaqdan ibarətdir. Kamera görüntüsündə saat 02:40:25 saniyə olduqda müşahidə edilir ki, dövlət qeydiyyat nişanları görünməyən qara rəngli “İnfinity FX35” markalı avtomobil Ə.Ələkbərov küçəsi istiqamətində hərəkətdə olaraq dayanmadan, yəni gəldiyi sürətlə M.Müşfiq küçəsinin kəsişməsinə daxil olur və M.Müşfiq küçəsində qoşa xəttin yanındakı 1-ci zolaqda sol tərəfdən düzünə hərəkətdə olan dövlət qeydiyyat nişanları və markası görünməyən boz rəngli avtomobillə toqquşur, hər iki nəqliyyat vasitəsi yaranmış zərbədən qarşı (əks) yolun kənarındakı dəmir maneəyə, yəni boz rəngli avtomobil yolu kənarındakı dəmir dirəyə, İnfinity FX35” markalı avtomobil isə yolun kənarındakı məhəccərə dəyərək dayanır. “İnfinity FX35” markalı avtomobilin sol qabaq sürücü qapısı məhəccərə yapışıq dayanır, sürücü və sərnişin həmin avtomobilin sağ qabaq sərnişin qapısının pəncərəsindən çıxıb qaçırlar. Saat 02:41:00-da “Mercedes” markalı avtomobildən sürücü çıxır və həmin avtomobilin sağ hissəsinə keçərək yolun kənarında dizləri üstə oturur. Sonradan müəyyən sayda oradan keçən şəxslər hadisə yerinə yığılır. Saat 02:42-də hadisə yerinə post-patrul, saat 02:48-də isə YPX avtomobili gəlir. Bundan başqa görüntünün sonuna qədər olan bütün hissəsində hər iki nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının avtomobillərin üzərində olması müşahidə edilmişdir. Videogörüntülərin müşahidəsi zamanı həmçinin müəyyən edilmişdir ki, “Mercedes” markalı avtomobili idarə edən sürücü iş üzrə zərərçəkmiş kimi tanınmış Zərərçəkmiş şəxs1dur. (iş vər.: 91-94) Təqsirləndirilən şəxs Yasamal RPİ-nin PPX-nin əməkdaşları tərəfindən təqib edilməsinə dair göstərdiyi xüsusat üzrə məhkəməyə təqdim etdiyi CD diskdə olan görüntülər məhkəmə iclasında nümayiş etdirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir yeni fakt aşkar edilməmişdir. Eyni zamanda müdafiə tərəfinin vəsatətinə əsasən cinayət işi üzrə aparılan ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPXB-nin manqa komandiri X4 ifadəsi elan edilərkən müəyyən edildi ki, o, 19 aprel 2020-ci il tarixdə saat 02:03 radələrində Yasamal RPİ-yə məxsus olan “Mercedes” markalı 5878 çağırışlı **-PB-*** dövlət qeydiyyat nişanlı xidməti avtopatrul avtomobili ilə iş yoldaşı Orxan Əliyevlə birlikdə gecə gəzintisi üzrə hərəkətdə olduqları zaman İ.Qutqaşınlı küçəsində qara rəngli «İnfinity FX35» markalı avtomobilin yüksək sürətlə hərəkət etdiyini və avtomobillə təhlükəli manevr edilməsini görmüşlər. Həmin avtomobilin sürücüsünün yüksək sürətlə hərəkət etməsi və təhlükəli manevr etməsi onlarda sürücünün sərxoş vəziyyətdə olmasına dair şübhə yaratdığı üçün ratsiya ilə efirə çıxaraq bu barədə aidiyyəti üzrə məlumat vermişlər. Efirdən onların məlumatını eşidən YPX əməkdaşı onlarla əlaqə yaradaraq qeyd olunan avtomobilin Yasamal rayonu İ.Qutqaşınlı küçəsində hərəkətdə olması ilə bağlı məlumatı aldığını bildirmişdir. Məlumat verildikdən sonra onlar «İnfinity FX35» markalı avtomobilin arxasınca getməyə başlamışlar. Lakin «İnfinity FX35» markalı avtomobilin mühərrik gücünün və hərəkət sürətinin yüksək olması səbəbiylə onu sonadək təqib edə bilməyərək gözdən itirmişlər. Bu baxımdan həmin avtomobilin Yasamal rayonu İ.Qutqaşınlı küçəsində sola manevr edərək M.Müşfiq küçəsinə çıxmasını düşünüb, onlar da xidməti avtopatrul avtomobili ilə sola manevr edərək H.Cavid prospektinə çıxmışlar. Bir neçə dəqiqədən sonra efirdə M.Müşfiq küçəsi ilə Ə.Ələkbərov küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat almışlar və həmin əraziyə yaxınlaşdıqda hadisə yerində onlardan qaçaraq yayınmaq istəyən qara rəngli «İnfinity FX35» markalı avtomobillə boz rəngli “Mercedes” markalı avtomobillərin toqquşaraq yol nəqliyyat hadisəsini törətmələrini və avtomobillərin hadisə yerində olduğunu görmüşlər. Hadisə yerində onların rotasından olan polis əməkdaşlarını görüb orada dayanmayaraq uzaqlaşmışlar. Buna görə də hadisənin iştirakçılarının anket mlumatları və səbəbi barədə məlumatları olmamışdır. X8 həmçinin bildirmişdir ki, İ.Qutqaşınlı küçəsindən keçərkən yaşayış binasının kənarında «İnfinity FX35» markalı avtomobilin dayandığını və işıqlarının yanılı vəziyyətdə olmasını görmüşlər. Bu vəziyyət onlarda kifayət qədər şübhə yaratdığından yoxlanış məqsədilə onun qarşısından keçib 25-30 metr sonra avtopatrulu saxlamışlar və geriyə verdikdə «İnfinity FX35» markalı avtomobil oradan yüksək sürətlə hərəkət edərək uzaqlaşmışdır. Onlar avtopatrulu geriyə manevr edənədək gözdən itmişdir. Bu müddət ərzində onlar tərəfindən sürcüyə “saxla” və ya “dayan” kimi işarələr verilməmişdir. Eləcə də onlar hadisənin baş vermə anını görməmişlər. Belə ki, onlar avtomobili bir metr belə təqib edə bilməmişlər. X8 qeyd etmişdir ki, o, sürücü Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onu təqib etməmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da verdiyi oxşar məzmunlu ifadəsində göstərilən xüsusatları təkzib edərək həqiqətə uyğun olmadığını bildirmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən cinayət işi üzrə aparılan ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPX-nin polis nəfəri X12 ifadəsi elan edilərkən müəyyən edildi ki, o, eyni məzmunlu ifadə verərək X4 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 18 avqust 2020-ci il tarixli üzləşdirmə protokolundan müəyyən edilir ki, X8 ifadəsində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (iş vər.: 211-214) İş materiallarında olan Yasamal rayon prokurorluğunun 22 iyul 2020-ci il tarixli qərarından görünür ki, rayon prokurorluğunda aparılan araşdırma nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi «İnfinity» markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal RPİ-nin Post Patrul Xidməti Bölüyünün patrul avtomobilində xidmətdə olan polis əməkdaşları Yasamal RPİ-nin PPX bölüyünün polis nəfəri X8 və X21 tərəfindən 19 aprel 2020-ci il tarixdə saat 03 radələrində təqib olunması nəticəsində yolnəqliyyat hadisəsi törətməsi, hadisədən sonra onu təqib edən polis əməkdaşlarının şikayət edəcəyi təqdirdə onu öldürməklə hədələməsi və avtomobildə olan 500 (beş yüz) manat məbləğində pulunun və sənədlərinin polis əməkdaşları tərəfindən oğurlanması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 14 iyun 2020-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, 19.04.2020-ci il tarixdə saat 02:45 radələrində idarə etdiyi «İnfinity» markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu küçəni, yəni ünvan 4 ünvanın qarşısındakı binadaxili yolu, eləcə də “Mercedes Benz E200” markalı, **- UU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu yeri, yəni ünvan 4 ünvanın qarşısındakı binadaxili yolla Yasamal rayonu M.Müşfiq küçəsinin kəsişməsini əyani olaraq göstərmişdir. (iş vər.: 196-199) İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X25 Yasamal rayon şöbəsinin 21 aprel 2020-ci il tarixli, 320 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Zərərçəkmiş şəxs1 almış olduğu başın təpə nahiyəsinin əzilmiş yarası, sol mil sümüyünün tipik yerinin yerdəyişən sınığı xəsarətləri küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 19.04.2020-ci ildə idarə etdiyi avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (iş vər.: 46-48) İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X25 Yasamal rayon şöbəsinin 30 aprel 2020-ci il tarixli, 62 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi sənədlərə əsasən onun almış olduğu sağ baldır nahiyəsinin yumşaq toxumalarının əzilməsi, təpə nahiyəsinin cırılmış yarası xəsarətləri küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 19.04.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (iş vər.: 80-81) İş materiallarında olan 25 noyabr 2016-cı il tarixdə verilmiş etibarlılıq müddəti 25 noyabr 2026-cı il tarixədək olan AC seriyalı 533486 nömrəli sürücülük vəsiqəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs «B» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. (iş vər.: 35). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 22.06.2020-ci il tarixli, 016-54482-1220 nömrəli məktubundan müəyyən edilir ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 25 noyabr 2016-cı il tarixdə AC seriyalı 533486 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. (iş vər.: 171). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 15 may 2020ci il tarixli 016-43902-1240 nömrəli məktubundan və AC seriyalı 065172 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən müəyyən edilir ki, 23.09.2013-cü il tarixdə buraxılış ili 2007-ci il olan “İnfinity FX35” minik markalı **-RN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə Təqsirləndirilən şəxs adına qeydə alınmışdır. (iş vər.: 98-99) İş materiallarında olan 10 dekabr 2018-ci il tarixdə verilmiş etibarlılıq müddəti 10 dekabr 2028-ci il tarixədək olan AC seriyalı 737777 nömrəli sürücülük vəsiqəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 «B» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. (iş vər.: 25). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin AD seriyalı 289880 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən müəyyən edilir ki, 08.08.2018-ci il tarixdə buraxılış ili 2000-ci il olan “Mercedes Benz E200 CDİ” minik markalı **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə X5 adına qeydə alınmışdır. (iş vər.: 23) İş materiallarında olan ƏN-V seriyalı 183604 nömrəli etibarnamədən müəyyən edilir ki, 18.02.2020-ci il tarixdə buraxılış ili 2000-ci il olan “Mercedes Benz E200 CDİ” minik markalı **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi X10 tərəfindən 10.12.2028-ci il tarixdək idarə etmək hüququ ilə Zərərçəkmiş şəxs1 etibar edilmişdir. (iş vər.: 24) İş materiallarında olan X5 21 iyun 2020-ci il tarixli ərizəsindən və onun dindirilməsi haqqında protokoldan müəyyən edilir ki, “Mercedes Benz E200 CDİ” minik markalı **-UU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni sahibi Zərərçəkmiş şəxs1dur. İş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2020-ci il tarixli, 8/602 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə “İnfiniti” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 "Yol verin" üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (iş vər.: 133-137) İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2020-ci il tarixli, 9/1510 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, nəzəri hesablama yolu ilə "X18" tərəfindən verilmiş 15.05.2020-ci il tarixli zərər aktına əsasən 2000-ci il buraxılışlı Mercedes markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qiyməti - 3940,00 manat; təmir-bərpa işlərinin qiyməti - 1750,00 manat olmaqla ümumilikdə təmir-bərpa xərci təxminən 5690,00 manat müəyyən edilmişdir. (iş vər.: 200-203) İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2020-ci il tarixli, 9/1872 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, nəzəri hesablama yolu ilə “Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş 12.06.2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2007-ci il buraxılışlı «İnfinity» markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6844,00 manat müəyyən edilmişdir. (iş vər.: 206-210) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs vəsatət verərək bildirmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində başından ağır xəsarət almış, hazırda onda yaranmış psixi xəstəliklə bağlı Bakı şəhəri 16 saylı poliklinikada müalicə alır və davamlı olaraq kəskin baş ağrılarından əziyyət çəkir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iş üzrə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin 01 dekabr 2020-ci il tarixli 1(004)- 232/2020 nömrəli qərarı ilə vəsatət təmin edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən 20 may 2021-ci il tarixdə verilmiş 1070 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi anda, yəni 19 aprel 2020-ci il tarixdə hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs yuxarıda göstərildiyi kimi 19 aprel 2020-ci il tarixdə hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkməmişdir, lakin həmin tarixdə avtoqəza nəticəsində başından aldığı zədə ilə əlaqədar onda nevrotik pozuntular meydana gəldiyi üçün yaşayış yeri üzrə poliklinikaya müraciət etmiş, “baş beyin zədələnməsinin (travmamənşəli) nəticəsində yaranan digər dəqiqləşdirilməmiş psixi pozuntular (sayrışan hallar, yüksək qiymətli fikirlər) F06.8” diaqnozu ilə ambulator müalicə qəbul etmişdir. Hal-hazırda yoxlanılan şəxsdə üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Bununla birlikdə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş qeyripsixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o, hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarında olmasın. Buna görə də onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Rəylə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə iş üzrə əhəmiyyətli olan halları adekvat olaraq qavramaq, o cümlədən baş vermiş hadisələrin mahiyyətini anlamaq, onları yadda saxlamaq və yaxud yada salmaq, ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs həmçinin öz psixi vəziyyətinə görə cinayət təqibi üzrə icraatda iştirak etmək iqtidarındadır, yəni o, cinayət işi üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Göstərilənlərlə yanaşı rəylə məhkəmə-psixoloji ekspertizası üzrə müəyyən edilmişdir ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli və psixi inkişafının, intellektual imkanlarının aldığı təhsil səviyyəsinə uyğun olması, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraması, bu barədə düzgün məlumat verə biləcəyi, əhval-ruhiyyə fonun bir qədər dəyişkən olduğu müşahidə edilmişdir. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, əsəbilik aşkar edilir. Beləliklə rəylə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs idrak prosesləri (diqqət, qavrama, yaddaş), əqli-intellektual imkanları normaya uyğun olduğundan, o, iş üçün əhəmiyyət kəsb edən halları adekvat olaraq qavramaq, baş vermiş hadisələrin mahiyyətini anlamaq, onları yadda saxlayaraq yada salmaq və bu barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hadisə nəticəsində ağır xəsarət almasını göstərməsinə baxmayaraq, iş materiallarından müəyyən edilir ki, onun aldığı xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq məhkəmə-tibbi ekspertizalar, o cümlədən vəasatəti əsasında təkrar ekspertiza təyin edilmişdir. Belə ki, iş materiallarında olan 19 iyun 2020-ci il tarixli 1115 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X25 19 iyun 2020-ci il tarixli 162/2020 nömrəli rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs sol gicgah nahiyəsində əzilmiş yara olmuşdur. Qeyd edilən xəsarətin yetirilmə müddəti 19 aprel 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs qeyri-səmimi ifadələr verməsinə tənqidi yanaşaraq onun göstərdiyi xüsusatları özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməsi məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, hadisə yerinin videogörüntüsü, baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, həmin əmələ görə iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1ci hissəsinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 20 avqust 2020-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, eyni tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 02 may 2020-ci il və 21 sentyabr 2020-ci il tarixli tələbnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər.: 43-44) İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə barışmış və sonuncunun ona qarşı hər hansı şikayət və tələbi yoxdur, lakin digər Zərərçəkmiş şəxs1 ilə barışıq əldə edilməmiş və vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərdən birinə münasibətdə barışmasını və ona qarşı şikayətin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasının imperativ olaraq göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E200 CDİ” (minik) markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi - Zərərçəkmiş şəxs1, «İnfiniti FX35» (minik) markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası DİN X7 Xidməti tərəfindən təqdim edilmiş hadisənin videogörüntüləri olan 02 ədəd disk, Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İLLİ-nin 5 saylı müvəqqəti duracağında quraşdırılmış müşahidə kameraları vasitəsi ilə qeydə alınmış görüntülərin olduğu 1 ədəd disk və Təqsirləndirilən şəxs sübut olaraq məhkəməyə təqdim etdiyi 1 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altımış) saata görə 360 (üç yüz altımış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan “Mercedes Benz E200 CDİ” (minik) markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil onun qanuni sahibi Zərərçəkmiş şəxs1, «İnfiniti FX35» (minik) markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil isə qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Azərbaycan Respublikası DİN X7 Xidməti tərəfindən təqdim edilmiş hadisənin videogörüntüləri olan 02 ədəd disk, Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İLLİ-nin 5 saylı müvəqqəti duracağında quraşdırılmış müşahidə kameraları vasitəsi ilə qeydə alınmış görüntülərin olduğu 1 ədəd disk və Təqsirləndirilən şəxs sübut olaraq məhkəməyə təqdim etdiyi 1 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altımış) saata görə 360 (üç yüz altımış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Mərkəz Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-28/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-28/2021
04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver