Məhkəmə qərarları › İş №1(004)-28/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-28/2022

07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-28/2022 07.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 03 avqust 1985-ci il tarixində Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, həbs olunanadək ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə “İnstagram" sosisal şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs1 sosial lahiyə çərçivəsində Bakı şəhərində inşa edilmiş “Sosial Mənzillərdən" 3 otaqlı mənzil almaqda köməklik edəcəyinə dair yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs1 2019-cu ilin aprel ayında Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsində yerləşən şəhid “Fərman Məlikov" adına olan istirahət parkının yaxınlığında 15000 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq elmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə "İnstagram" sosisal şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs3 sosial lahiyə çərçivəsində Bakı şəhərində inşa edilmiş “Sosial Mənzillərdən" 3 otaqlı mənzil almaqda köməklik edəcəyinə dair yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 vasitəsilə göndərmiş olduğu 15000 manat pul vəsaitini 2019-cu ilin may ayında ünvan 2 ünvanında yerləşən “Orxideya" gözəllik salonunun qarşısında idarə etdiyi “Hummer" markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Zərərçəkmiş şəxs1 alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 sosial lahiyə çərçivəsində Bakı şəhərində inşa edilmiş "Sosial Mənzillərdən" 2 otaqlı mənzil almaqda köməklik edəcəyinə dair yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs2 bacısı Zərərçəkmiş şəxs1 vasitəsi ilə göndərmiş olduğu 6500 manat pul vəsaitini Zərərçəkmiş şəxs1 2019-cıı ilin may ayının sonlarında ünvan 3 ünvanında yerləşən "Orxideya" gözəllik salonunun qarşısında idarə eldiyi "Hummer" markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin dekabr ayında mülkiyyətində olan 2008-ci il buraxılışlı “Hummer H3 minik" markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili 25000 manata Zərərçəkmiş şəxs1 alqı-satqı müqaviləsi ilə satdıqdan sonra avtomobilin nasaz olduğunu Zərərçəkmiş şəxs1 bildirib avtomobili Gürcüstan Respublikasının ərazisində ucuz qiymətə təmir etdirəcəyinə dair Zərərçəkmiş şəxs1 yalandan vəd verib bu adla onu aldadaraq 17 fevral 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 115 ünvanında yerləşən "Asan Xidmətdə" notarial qaydada Şahid1 adına təmsilçilik üçün verdiyi vəkalət hesab edilən baş etibarnaməni Gülər Əhmədovadan əldə etdikdən sonra Bakı şəhəri Yasamal rayonu H.ünvan 5 ünvanında yerləşən "Baku Mall" ticarət mərkəzinin yaxınlığında “Hummer 113 minik" markalı üzərində bu dəfə **-GV-*** dövlət qeydiyyat nişanı olan avtomobili ələ keçirib avtomobilin təmiri barədə verdiyi vədə əməl etməyib sonra həmin etibarnamədən istifadə edib avtomobili Gülər Əhmədovanın iştirakı olmadan 13000 manata X1 və bununla da Zərərçəkmiş şəxs1 ümumilikdə 25000 manat olmaqla xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 onu Türkiyə Respublikasının Bakı şəhərində yerləşən səfirliyinə sürücü kimi işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs3 13 iyun 2020-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən BDYPİ-nin “karantin” postunun yaxınlığında 12000 manat pul vəsaitini və eyni məqsədlə 2020-ci ilin iyun ayının sonlarında ünvan 6 ünvanında yerləşən bina evinin qarşısında Zərərçəkmiş şəxs1 3000 manat dəyərində olan qızıl-zinət əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ümumilikdə Zərərçəkmiş şəxs3 12000 manat və Zərərçəkmiş şəxs1 3000 manat olmaqla zərərçəkmiş şəxslərə məxsus cəmi 15000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 2018-ci ilin dekabr ayında sosial şəbəkədə tanış olmuş, Gülərlə tanış olduqdan sonra dəfələrlə onunla birlikdə Gürcüstan Respublikasına, Türkiyə Respublikasına və Rusiya Federasiyasına istirahət etmək üçün getmiş və hər dəfəsində ən azı 15000 (on beş min) manat pul xərcləmiş, onunla ailə qurmaq niyyəti olmuş, arvadı X10 ilə öz aralarında razılaşaraq qeyri rəsmi ayrılmış, övladı fiziki qüsurlu olduğu üçün o, arvadından rəsmi olaraq ayrılmamışdır. O, əvvəlcə Gülərə evli olduğunu bildirməmiş, onunla münasibət qurmuyacağını düşünmüş, Gülər onun telefonunda tanışı Gülüstanın nömrəsini görərək onu qısqandığı üçün o, əvvəlcə yalandan Gülərə Gülüstanın onun anası olduğunu bildirmiş, daha sonra onun qohumu Əli adlı şəxs ondan qisas almaq məqsədi ilə Gülərə onun evli olduğunu bildirmişdir. Əlinin belə hərəkət etməyinə səbəb isə onun Əliyə 10000 (on min) manat pul borcunun olması və maddi imkanının aşağı olması səbəbindən həmin borcu Əliyə verə bilməməyi olmuşdur. Bu səbəbdən də Gülər onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmiş, ifadəsində onun ona sosial layihə üçün nəzərdə tutulmuş 3 otaqlı ev almasında köməklik göstərəcəyinə dair vəd verməklə ondan Bakı şəhəri Binəqədi rayonunda yaşadığı evin yaxınlığında yerləşən parkda 15000 (on beş min) manat, qardaşı Zərərçəkmiş şəxs3 sosial layihə üçün nəzərdə tutulmuş 3 otaqlı evin alınmasında köməklik göstərəcəyinə dair vəd verməklə ünvan 7 ünvanında yerləşən işlədiyi “Orxideya" gözəllik salonunun qarşısında "Hummer" markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində 15000 (on beş min) manat, bacısı Zərərçəkmiş şəxs2 sosial layihə üçün nəzərdə tutulmuş 2 otaqlı ev alınmasına “Orxideya" gözəllik salonunun qarşısında “Hummer" markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində 6500 (altı min beş yüz) manat, qardaşı Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasının Azərbaycandakı səfirliyində sürücü işinə düzəltməyinə görə onun 12000 (on beş) min manat pul və 3000 (üç min) manat dəyərində olan qızıl- zinət əşyalarını alması, Hummer markalı avtomobilini onun ələ keçirməsi barədə yalan fikirlər göstərmişdir. Onun polis xidməti-geyim formasında hər hansı fotoşəkli yoxdur və Gülərə də həmin fotoşəkilləri göstərməmişdir. Ola bilsin ki, həmin fotoşəkillər montaj ola bilər. Çünki o, ümumiyyətlə heç vaxt X13 işləməmiş və onun polis xidməti-geyim formasında hər hansı fotoşəkli yoxdur. Zərərçəkmiş şəxs1 təqdim etdiyi həmin fotoşəkil montaj olunmuşdur. Bundan başqa ona təqdim edilmiş görüntü və səs yazıları ona aid deyil, hər bir şey montaj olunub.O, heç Güləri və onun ailə üzvlərini aldadıb onlardan pul almamışdır. Göstərilənlərə əsasən, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin yanvar ayında “İnstagram" sosial şəbəkəsi vasitəsilə tanış olmuş, Vüqar ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyatçı vəzifəsində işlədiyini bildirmiş, polis formasında şəkillər göndərmiş, X5 ilə tanış edərək həmin qadının onun anası olduğunu demiş, onunla evlənmək istədiyinə inandırmışdır. 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxs ona atasının bir neçə il əvvəl şəhid olduğunu, şəhid övladı olduğuna görə sosial ev alınmasında ona köməklik göstərə biləcəyini, bu məqsədlə Binəqədi rayonunda yaşadığı evin yaxınlığında yerləşən parkda sosial layihə üçün nəzərdə tutulmuş üç otaqlı evin alınmasında köməklik göstərməsi adı ilə Təqsirləndirilən şəxs 15000 (on beş) min manat pul verdiyini bildirmişdir. Bundan başqa Vüqar ona onun qardaşı Vüsala da ev ala biləcəyinə inandırmış, həmin layihədə nəzərdə tutulan üç otaqlı ev alınmasında köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs 2019- cu ilin may ayının sonlarında ünvan 8 ünvanında yerləşən və işlədiyi “Orxideya" gözəllik salonunun qarşısında Vüqarın idarə etdiyi “Hummer" markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Təqsirləndirilən şəxs 15000 (on beş min) manat pul vermişdir. Həmin pulu onun anası Zərərçəkmiş şəxs4 Sələrəli qızının adına “Parabankdan" 10000 (on min) manat kredit götürməklə və qalanını qohumlarından borc almaqla əldə etmişlər. Daha sonra Vüqar ona onun bacısı Pərvanə üçün də həmin layihədə nəzərdə tutulmuş 2 otaqlı ev ala biləcəyini və həmin işin düzəlməsi üçün 10000 (on min) manat pul lazım olduğunu bildirdikdə Vüqara inanmış, lakin o qədər pulunun olmadığını, 6500 (altı min beş yüz) manat pul verə biləcəyini Vüqara bildirdikdə Vüqar da onunla razılaşmışdır. 2019-cu ilin may ayının sonlarında ünvan 9 ünvanında yerləşən və işlədiyi “Orxideya” gözəllik salonunun qarşısında Vüqarın idarə etdiyi “Hummer" markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Təqsirləndirilən şəxs 6500 (altı min beş yüz) manat pul vermişdir. Həmin pulu Təqsirləndirilən şəxs onun bacısı Pərvanəyə sosial evlər layihəsində nəzərdə tutulmuş 2 otaqlı ev almasında köməklik göstərməsi məqsədi ilə vermişdir. Həmin pulu isə bacısı Zərərçəkmiş şəxs2 adına kredit götürməklə əldə etmişlər. Təqsirləndirilən şəxs onu aldadaraq həmin vədlərin heç birini yerinə yetirməmiş və sosial layihə üçün nəzərdə tutulmuş ev alınmasında ona qardaşı Vüsala və bacısı Pərvanəyə köməklik göstərəcəyini vəd edərək ümumilikdə 36500 (otuz altı min beş yüz) manat pulu ələ keçirmişdir. 2019-cu ilin dekabr ayının sonlarında Vüqar ona idarə etdiyi 2008-ci il istehsalı olan “Hummer H3" markalı avtomobilini 25000 (iyirmi beş) min manata satmışdır. 2020-ci ilin fevral ayında həmin avtomobili sürmək üçün ondan götürmüş və bir neçə gün sonra həmin avtomobilin motorunun nasaz olduğunu ona bildirərək təmir etdirməsi məqsədilə Gürcüstan Respublikasına göndərəcəyini və avtomobilə görə ona baş etibarnamə verməyini dedikdə Vüqarla razılaşaraq Vüqarın dediyini etmişdir. Daha sonra Vüqar onu aldadaraq həmin avtomobili lombarda qoyaraq oradan 10000 (on min) manat pul götürmüşdür. 2020-ci ilin iyun ayının sonlarında məcbur qalaraq həmin avtomobili başqa şəxsə 18000 (on səkkiz min) manata satmış və həmin puldan 13000 (on üç min) manatını lombarda Vüqarın borcunun əvəzinə vermişdir. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs qardaşı Vüsalı Türkiyə səfirliyinə sürücü işinə düzəldə biləcəyini və həmin işin düzəlməsi üçün 15000 (on beş min) manat pul lazım olduğunu ona dedikdə o, qardaşı həmin işə düzəlməsi üçün Vüqara 12000 (on iki min) manat pul vermişdir. Vüqar əlavə 3000 (üç min) manat lazım olduğunu bildirdikdə o, 2020-ci ilin iyun ayının sonlarında Yasamal rayonu ərazisində yerləşən "Baku Mollun yaxınlığında dəyəri 3000 (üç min) manat olan qızıl-zinət əşyalarını Vüqara vermişdir. Daha sonra Vüqara zəng etdikdə Vüqara zəng çatmamış, o, Vüqar tərəfindən aldadıldığını başa düşmüşdür. Vüqara dəfələrlə zəng etmiş və ondan bu vaxtadək aldığı 75500 manat pulu geri qaytarmasını tələb etmişdir. Vüqar ondan onunla görüşə tək getməyini tələb etmiş, lakin o, 13.08.2020-ci il tarixdə saat 21 radələrində qardaşı Vüsalla birlikdə Binəqədi rayonunda yerləşən “Bravo" marketin yaxınlığında Vüqarın idarə etdiyi “Hundaı Sonala" markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobildə onunla görüşmüşlər. Vüqar həmin vaxt mübahisə yaradaraq qardaşı Vüsalın boyun nahiyəsinə yumruqla vurmuşdur. Daha sonra onlar həmin yeri tərk edib getmişlər və 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişlər. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, vurulmuş ziyanın ödənilmədiyini nəzərə alaraq onun barəsində ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı Gülər Əhmədova ilə ailə qurmaq istəyində olmuş, Təqsirləndirilən şəxs həmçinin polis əməkdaşı olduğunu, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işlədiyini onlara bildirmişdir. Təqsirləndirilən şəxs onun bacısı Gülərə sosial layihə üçün nəzərdə tutulmuş 3 otaqlı ev alınmasında köməklik göstərəcəyini vəd edərək, Gülərdən 2019-cu ilin aprel ayının ortalarında 15000 (on beş min) manat, bundan əlavə ona da həmin layihədə nəzərdə tutulan 3 otaqlı ev almağında köməklik göstərəcəyinə vəd verərək Gülərdən 15000 (on beş) min manat pul almışdır. Daha sonra Vüqar onun bacısı Pərvanə üçün həmin layihədə nəzərdə tutulmuş 2 otaqlı ev ala biləcəyini bildirmiş və həmin işin düzəlməsi üçün 10000 (on min) manat pul lazım olduğunu demiş, bacısı həmin işin düzəlməsi üçün Vüqara 6500 (altı min beş yüz) manat pul vermiş, Təqsirləndirilən şəxs onu aldadaraq həmin vədlərin heç birini yerinə yetirməmiş və sosial layihə üçün nəzərdə tutulmuş evin alınmasında ona bacısı Gülərə və bacısı Pərvanəyə köməklik göstərəcəyini vəd edərək ümumilikdə 36500 (olıız altı min beş yüz) manat pulu ələ keçirmişdir. Təqsirləndirilən şəxs daha sonra onun bacısı Güləri aldatmaqla Gülərin avtomobilini ələ keçirmiş, həmçinin Gülərin qızıl-zinət əşyalarını lombarda girov qoymaqla Güləri yenə aldatmışdır. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs onu Türkiyə səfirliyinə sürücü işinə düzəldə biləcəyini bildirmiş və həmin işin düzəlməsi uçun 15000 (on beş min) manat pul lazım olduğunu demişdir. Buna görə də o, Xaçmaz rayonu, Pirquluoba kəndində yerləşən 1 hektar torpaq sahəsini 12000 (on iki min) manata satmış və Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “karantin” postunun yaxınlığında Təqsirləndirilən şəxsla görüşərək həmin pulu Vüqara vermişdir. Həmin vaxt onların yanında başqa heç kim olmamışdır. Qalan 3000 (üç min) manatı isə 2020-ci ilin iyun ayının sonlarında Yasamal rayonu ərazisində yerləşən “Baku Mollun yaxınlığında dəyəri 3000 (üç min) manat olan qızıl-zinyət əşyalarını bacısı Gülər Vüqara vermişdir. Daha sonra bacısı Gülər Vüqara zəng eldikdə Vüqara zəng çatmamışdır. Onlar daha sonra Vüqar tərəfindən aldadıldıqlarını başa düşmüşlər. Vüqara dəfələrlə zəng edib onlardan aldığı pulu geri qaytarmasını tələb etmişlər. 13.08.2020-ci il tarixdə saat 21 radələrində bacısı Gülərlə birlikdə Binəqədi rayonunda yerləşən “Bravo” marketin yaxınlığında Vüqarın idarə etdiyi “Hunday Sonata" markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobildə Vüqarla görüşmüşlər. Vüqar həmin vaxt mübahisə yaradaraq onun boyun nahiyəsinə yumruqla vurmuşdur. Daha sonra onlar həmin yeri tərk edib getmişlər və bacısı Gülər 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir.Ümumilikdə onlara 75000 manat civarında maddi ziyan vurulmuşdur. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, vurulmuş ziyanın ödənilmədiyini nəzərə alaraq onun barəsində ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Gülərin sevgilisi kimi tanımış, Vüqar özünü onlara çox inandırmış, Vüqar onlara 9 qardaş olduqlarını, Daxili işlər nazirliyində (Bandotdeldə) əməliyyatçı vəzifəsində işlədiyini, imkanlı ailədən olduqlarını, hətta şəhid ailəsi olduqlarına görə özlərinə sosial ev aldıqlarını da bildirmişdir. 9 qardaş və şəhid ailəsi olduqlarına görə onlara da ev ala biləcəyini, sonradan qardaşlarının həmin evi onlara verəcəklərini onlara demiş, onun ailə üzvləri o, cümlədən onun özü Vüqara inanmışdırlar. 3000 manat kredit olmaqla 3500 manatda qohum əqrəbədən borc alıb 6500 manat pul düzəldib bacısı Gülərə vermişdir ki, Vüqar ona ev almağa kömək etsin. Sonradan Vüqar dələduzluq etmiş, nə onun pulunu ödəmiş, nə də ona ev almışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, vurulmuş ziyanın ödənilmədiyini nəzərə alaraq onun barəsində ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Vüqar onlara 9 qardaş olduqlarını, Daxili işlər nazirliyində (Bandotdeldə) əməliyyatçı vəzifəsində işlədiyini, imkanlı ailədən olduğunu, şəhid ailəsi olduqlarına görə sosial ev aldıqlarını bildirmişdir. Oğlu Vüsala ev almaq üçün Gülərə Vüqara çatdırması üçün 15000 manat pul vermişdir. Belə ki, Kapital bankdan 3500 manat, qudası Baharın adına 2500 manat, 6000 manatlıq qızılları isə qoyub “Para” bankdan öz adına almışdır. Bağlarında olan meyvələrdən satmaqla 3000 manat pul əldə edib, ümumilikdə 15000 manat düzəldərək qızı Gülərə vermişdir. Sonradan Vüqar dələduzluq etmiş, nə onun pulunu ödəmiş, nə də onlara ev almışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, vurulmuş ziyanın ödənilmədiyini nəzərə alaraq onun barəsində ağır cəzanın verilməsini xahiş etmişdir. Şahid1 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, “Gold Money” lombardında qiymətləndirmə üzrə mütəxəssis işləyir. 2020-ci ilin fevral ayında onun tanışı Təqsirləndirilən şəxs lombarda gəlmiş və Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 2008-ci il buraxılışlı, qara rəngli “Hummer H3 minik” markalı **-GV-*** dövlət nömrə nişanlı avtomobili lombarda girov qoyub pul götürmək istədiyini demiş, o, Vüqara yalnız qızıl əşyaları qəbul edib əvəzində pul verdiklərini demişdir. Bundan sonra Vüqar maşının satıldığını deyib həmin avtomobili onun vasitəsilə qardaşı Şahid2 13000 manata satmış və buna görə də Zərərçəkmiş şəxs1 adından Təqsirləndirilən şəxs ilkin olaraq onun adına notarial qaydada etibarnamə vermişdir. Həmin avtomobil nasaz olduğundan Təqsirləndirilən şəxs avtomobili aşağı qiymətə satmışdır. Həmin avtomobilin ilkin dövlət nömrə nişanı **-OV-*** olmuşdur. 2020ci ilin aprel ayında isə avtomobil alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs1 adından qeydiyyatdan çıxarılmaqla onun qardaşı Şahid2 adına BDYPİ-də rəsmiləşdirilmiş və avtomobil onun qardaşı Elçin Rəhimovun mülkiyyətinə keçmişdir. Bütün proseslər Təqsirləndirilən şəxs, qardaşı Elçin Rəhimovun və onun arasında baş vermişdir. Zərərçəkmiş şəxs1 isə heç bir sənədləşdirmə işlərində iştirak etməmişdir. 2020-ci ilin iyul ayında Zərərçəkmiş şəxs1 onunla görüşmüş və Təqsirləndirilən şəxs onu aldatdığını ona demişdir. Gülərin vəziyyətinin pis olduğunu görüb o, bu barədə qardaşı Şahid2 danışmış, avtomobilin problemli olduğunu görüb avtomobili 18500 manata satmışlar və onun qardaşı 13000 manatını götürdükdən sonra yerdə qalan 5500 manatı Gülərə vermişdir. Avtomobilin cinayət yolu əldə edilməsindən onun və qardaşının xəbəri olmamışdır. Avtomobilin Zərərçəkmiş şəxs1 mülkiyyətində olmasını o, bilmişdir. Çünki avtomobilin texniki pasportunda avtomobilin Zərərçəkmiş şəxs1 mülkiyyətində olması barədə müvafiq qeyd də aparılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs “Hummer H3 minik” markalı **- GV-*** dövlət qeydiyyat nişanı olan avtomobili ona Gülər Əhmədovanın adından verilən etibarnamə ilə satmışdır. Həmin etibarnaməyə görə o, avtomobildən istifadə etməklə yanaşı Gülərin iştirakı olmadan avtomobili sata bilərdi və bu hüququ ona Zərərçəkmiş şəxs1 etibarnaməyə əsasən həvalə etmişdir. Məhz buna görə də o avtomobili qardaşı Eliçin Rəfiyevlə alqı-satqı müqaviləsinə əsasən alqı satqı etmiş və avtomobil qardaşı Elçinin mülkiyyətinə keçmişdir. Ona bu hadisə zamanı maddi ziyan dəyməyib və onun heç kəsdən şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Şahid3 məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Şahid2 mülkiyyətində olan 2008-ci il buraxılışlı qara rəngli Hummer H3 minik markalı 99-GV 200 dövlət nömrə nişanlı avtomobili 2021-ci ilin yay aylarında Şahid2 25500 manata almışdır və hazırda da həmin avtomobil onun mülkiyyətindədir. Vüqar və Zərərçəkmiş şəxs1 tanımır və onların arasında olan söhbətlərdən xəbəri yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Vüqarın atası Ağamirzə keçmiş polis işçisi kimi birinci Qarabağ müharibəsində şəhid olmuşdur. Onun özü isə Vüqarın riyaziyyat fənni üzrə hazırlıq müəllimi olmuşdur. Vüqar hətta ona anası kimi münasibət göstərmişdir. Vüqarın ailəli ola-ola Gülər adlı qızla sevgili olduqları barədə onun məlumatı olmuşdur. Sonradan qız onu ailə qurmağa məcbur etmiş və Vüqarla ayrılandan sonra onların aralarında pul söhbətləri olmuşdur. Vüqarın telefonu işləməyəndə onun istifadəsində olan 050 *** ** ** nömrəli mobil telefonundan Vüqara istifadə etməsinə icazə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 oktyabr 2020-ci il tarixli “Götürmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 "Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıc mətnlərinin məzmununun qeyd edildiyi 04 vərəqə, həmçinin “Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıc mətnlərinin məzmununu qeyd edildiyi və videogöriintü olan 01 “DVD” diski götürülmüşdür (cild 1, səh. 45-49). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 oktyabr 2020-ci il tarixli “Baxış aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 götürülmüş "Whatsapp proqramı vasitəsilə icra edilmiş ismarıc mətnlərinin məzmununun qeyd edildiyi 04 vərəqəyə Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış aparılmış, ismarıc mətnlərinin məzmunundan belə görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sosial ev alması barədə və Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs3 pulu postda götürəcəyi barədə məlumat verir (cild 1, səh. 50). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 2 noyabr 2020-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsinə əlavə etmiş olduğu ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıc mətnlərinin qeyd edildiyi 20 vərəqəyə Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış aparılmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sosial ev alması barədə və maşınla bağlı məlumat verməsi, həmin vərəqələrdə təsvir edilmiş fotoşəkillərdəki şəxsin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 olduğu müəyyən edilmişdir (cild 1, səh. 68-88, 90). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli “səs yazısının dinlənilməsi, ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə icra edilmiş mesaj mətnlərinə və videogörüntüyə baxış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılmış və bu barədə protokol tərtib edilmişdir. İsmarıc mətnlərinin məzmunundan belə görünür ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında sosial evin alması barədə söhbətləşmə getmiş, Gülər X8 vermiş olduğu pulları qaytarmasını tələb etmişdir (cild 1, səh. 210-227). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli “Səs yazısının dinlənilməsi və yaddaş qurğusuna baxış aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsinə əlavə etdiyi səs yazılarının qeyd edildiyi 01 ədəd yaddaş kartına baxış aparılmış və bu barədə protokol tərtib edilmiş, yaddaş kartına baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinə sosial ev alması barədə vədlər verməsi müəyyən edilmişdir (cild 1, səh. 228-229). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə fonoskopik ekspertizasının 31.08.2021-ci il tarixli 4/983-4/991 №-li rəyi ilə təsdiq olunur ki, ekspertiza tədqiqatına təqdim olunmuş 1 ədəd DVD diskdə və 1 ədəd “İmation” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd DVD diskdə və 1 ədəd “İmation” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdə “K1" kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd DVD diskdə olan “AUDİO-20202- 10-16-07- 52-41 (online-audio-converter.com)” və “Al DİO-2020-10-16-07-52-49 (onlineaudio-converter.com)” adlı mübahisəli fonoqramlar ilkin olmayıb, əvvəl yazılmış yazılmış danışığın müəyyən bir hissəsinin səsləndirilərək sonradan təkrar yazma üsulu qeydə alınması yolu ilə əldə olunmuşdur. “AUDİO-2020-10-16-07-52-49 (onlinc-audioconvertcr.com)” adlı mübahisəli fonoqram 00 dəq 16 san-də montaj əlaməti üçün xarakterik olan keçid siqnalı qeydə alınmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd DVD diskdə və 1 ədəd “İmation” markalı fləş yaddaş kartında olan digər səsli mesaj xarakterli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd DVD diskdə olan “VİDEO-2020-10-16-07-52- 49” adlı mübahisəli videolonoqrmda montaj əlamətləri aşkar olunmadı (cild 2, səh. 102-107). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə portert ekspertizasının 07.09.2021-ci il tarixli 3/1237 №-li rəyi ilə təsdiq olunur ki, təqdim edilmiş diskdəki videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş qadın cinsli şəxsin xarici görünüşünün ümumfiziki və bir neçə anotomik element və əlamətləri-sifətin konfiqurasiyası, alnı, burnu, ağzı, dodağı və videogötüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin xarici görünüşünün ümumfiziki və bir neçə anotomik element və əlamətləri-sifətin konfiqurasiyası, saç xətti, alnı, burnu, qulaq seyvanı, peysəri müqayisəli tədqiqat üçün qismən yararlıdır. Tədqiqata təqdim edilmiş diskdəki videogörüntüdən çıxarılmış qadın cinsli şəxin fotoşəkillərində və müqayisəli material qismində təqdim edilmiş Zərərçəkmiş şəxs1 eksperimental fotoşəkillərində eyni bir şəxsin əks olunması istisna olunmur. Tədqiqata təqdim edilmiş diskdəki videogörüntüdən çıxarılmış kişi cinsli şəxin fotoşəkillərində və müqayisəli material qismində təqdim edilmiş Təqsirləndirilən şəxs eksperimental fotoşəkillərində eyni bir şəxsin əks olunması istisna olunmur (cild 1, səh. 108-118). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 sentyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 07 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 götürülmüş “Whatsapp" proqramı vasitəsilə icra edilmiş ismarıc mətnlərinin məzmununun qeyd edildiyi 04 vərəqə, həmçinin ‘’Whatsapp" proqramı vasitəsilə icra edilmiş ismarıc mətnlərinin məzmununun qeyd edildiyi və videogörüntü olan 01 “DVD" disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və maddi sübutlar iş materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs1 ərizəsinə əlavə elmiş olduğu ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıc mətnlərinin qeyd edildiyi 20 vərəqə cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs1 ərizəsinə əlavə eldiyi 1 ədəd “İmation” markalı fləş yaddaş kartı cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Bundan əlavə cinayət işi üzrə “Hummer 113 minik" markalı **-GV-*** dövlət qeydiyyat nişanı olan avtomobil maddi sübut kimi tanınmış və avtomobil faktiki sahibi olan Şahid3 qaytarılmışdır (cild 2, səh. 155-171). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə, yaddaş kartına və ismarıc mətnlərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında sosial evin alması barədə söhbətləşmə getmişdir. Gülər X8 vermiş olduğu pulları qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinə sosial ev alması barədə vədlər vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, səh 154). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 16.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-312/2021 nömrəli 18.06.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (cild 2, səh.16-21). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 28.08.2010-cu il təvəllüdlü X12, 28.11.2013-cü il təvəllüdlü X14 adlı övladları vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 667 nömrəli 10 dekabr 2021-ci il tarixli arayışından görünür ki, Şirinov X7 şəhərində qeydiyyatda olmaqla məcburi köçkündür, hazırda müvəqqəti olaraq anası və ailə üzvləri ilə birlikdə Bakı şəhəri Badamdar qəsəbəsi, T.Məmmədov 22 ünvanında kirayə yaşayır, atası X9 1-ci Qarabağ müharibəsində qazi olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş AB 24 nömrəli xidməti vəsiqənin surətindən və 29.01.1995-ci il tarixli İİ-ЖГ seriyalı 474448 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən məlum olur ki, təqsirləndirilən şəxsin atası X9 polis serjantı vəzifəsində xidmət etmiş, döş qəfəsində qəlpə yarası səbəbindən 1992-ci ildə ölmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Elmi-Tədqiqat Travmatologiya və ortopediya institutu tərəfindən verilmiş **********/14405 nömrəli 16.11.2021-ci il tarixli arayışından məlum olur ki, 28.22.2013-cü il təvəllüdlü X3 aşağı ətrafın 4 sm qısalığı, sol yuxarı ətrafın 3 sm qısalığı diaqnozu qoyulmuş və “Narınc” X16 tərəfindən verilmiş 06.08.2019-cu il tarixli diaqnostika arayışından məlum olur ki, X6 mürəkkəb dislaliya xəstəliyi müşahidə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs məcburi köçkün düşmüş şəxs olmasını, atasının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında (1-ci Qarabağ müharibəsində) iştirak etməsini, himayəsində yaşlı anasının, xəstə azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 16.06.2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış ismaric mətnlərinin məzmununun qeyd edildiyi və videogörüntü olan 01 “DVD" disk, ismarıc mətnlərinin qeyd edildiyi 20 vərəqə, 1 ədəd “İmation" markalı fləş yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış “Hummer H3 minik" markalı **-GV-*** dövlət qeydiyyat nişanı olan avtomobilin sahibi Şahid3 qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs məhkəmə fonoskopik ekspertizası üçün 300 manat, məhkəmə portret ekspertizası üçün isə 146 matan, ümymulikdə cəmi 446 (dörd yüz qırx altı) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun cəza çəkməsinin əvvəli 16.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış ismaric mətnlərinin məzmununun qeyd edildiyi və videogörüntü olan 01 “DVD" disk, ismarıc mətnlərinin qeyd edildiyi 20 vərəqə, 1 ədəd “İmation" markalı fləş yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Hummer H3 minik" markalı **-GV-*** dövlət qeydiyyat nişanı olan avtomobilin sahibi Şahid3 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 446 (dörd yüz qırx altı) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar