Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-28/2023 04.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:50 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Qusar rayonu, Qayakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvəllər məhkum olmayan, Qusar rayonu, Qayakənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov 4 ünvanında kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan “Elxan” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün xx.xx.2022-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanın giriş qapısını açarını qaz sayğacının üzərindən götürüb Zərərçəkmiş şəxs yaşadağı mənzilin giriş qapısını açdıqdan sonra içəri qanunsuz daxil olub həmin mənzildən dəyəri 3000 manat olan “Dell” markalı kompyuteri, dəyəri 350 manat olan 01 ədəd Tayvan istehsalı olan, «Canon» markalı, «EOS 600D» model fotoaparatı, dəyəri 50 manat olan 01 ədəd 18-55mm ölçülü linzanı(obyektiv), dəyəri 140 manat olan 01 ədəd «Canon» markalı, «Speedlite 430EX İİ» model flashi, dəyəri 15 manat olan 01 ədəd «Vanguard» markalı fotoaparat çantasını və 300 manat nağd pulu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 3855 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Elxan tək getməmək üçün ondan birlikdə Yasamal rayonuna getməyi xahiş etmişdir. O, Elxanla razılaşıb saat 21 radələrində Bakı şəhəri ünvan 3 ünvana çatmışlar. Binanın blokundan içəri keçib Elxanın dostu yaşadığı 5-ci mərtəbəyə doğru hərəkət etməyə başlamışdır. O, binanın aşağısında gözləməyə başlamışdır. Üzərindən 4-5 dəqiqə sonra Elxan onu çağıraraq yuxarı gəlməsini bildirmişdir. O, yuxarı qalxdıqda həmin binanın 3-cü müərtəbəsində olan qapının açıq vəziyyətdə olmasını müəyyən etmişdir. Həmin evin işıqları sönülü olmuşdur. Elxan həmin evə daxil olmuşdur. Evdə heç kəsin olmadığına əmin olduqdan sonra Elxan ona da içəri keçməsini bildirmişdir. O, sonuncunun təklifindən sonra içəri keçmiş, Elxan ona həmin evin kalidorunda gözləməsini, əgər kimsə gələrsə ona xəbər verməsini bildirmişdir. Elxan həmin evin otaqlarını və otaqlarda olan dolabları axtarmağa başlamışdır. Təxminən 5 dəqiqə sonra Elxan əlində bir ədəd dizüstü kompyuter və bir ədəd fotoaparatı gətirmişdir. Elxan dərhal evdən çıxmalı olduğlarını bildirmişdir. Onlar evdən çıxarkən evin giriş qapısını örtərək binadan çölə çıxıb oradan uzaqlaşmışlar. Cinayət yolu ilə əldə etdikləri bir ədəd dizüstü kompyuteri və bir ədə fotoaparatı birgə yaşadığları Bakı şəhəri Binəqədi rayonu 9cu mikrorayon adlanan ərazidəki evə aparmışlar. Sabahsı günü yəni xx.xx.2022-ci il tarixdə Elxanla birgə Dell markalı dizüstü kompyuteri evdən götürərək Bakı şəhəri Nəsimi rayonu 28 may metrostansiyasının yaxınlığında yerləşən mağazalardan birinə apararaq orada 180 manat pula satmışlar. Cinayət yolu ilə əldə etdikləri puldan Elxanla birlikdə yaşadıqları evə ərzaq məhsulları almışlar. Geriyə qalan puldan Elxan ona pul verməmişdir. Cinayət yolu ilə əldə etdikləri fotoaparatı gələcəkdə pula ehtiyac duyduqda satmaq üçün evdə saxlamışlar. Daha sonran xx.xx.2022-ci il tarixdə saat 15 radələrində polis əməkdaşları tərəfindən törətdiyi oğurluq cinayət hadisəsinə görə şübhəli şəxs qismində saxlanılmış və törətdiyi əməli etiraf edərək fotoaparatı polis əməkdaşlarına təqdim etmişdir. Onun mənzildən 300 manat dəyərində nağd pul oğurlanmasından xəbəri olmamış, bu barədə Elxan ona heç bir söz deməmişdir.Cinayət yolu ilə əldə etdikləri komyuterin Dell firmasına məxsus, foto aparat Canon firmasına məxsus olmuşdur. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 21 aprel 2022-ci il tarixdə saat 21 radələrində həyat yoldaşı ilə evdən çıxaraq retsorana getmişlər. X5 evin qapısını açmaq üçün açarı olmadığından ona mesaj yazaraq açarı binanın dəhlizində olan qaz sayğacının üzərinə qoymağları bağlı məlumat vermişdir. Əli Kərimov təxminən 1 saata sonra evə gələcəyini deyib sağollaşmışdır. Həmin gün saat 23 radələrində qaynı Əli ona zəng edərək qaz sayğacının üzərindən açarı götürüb evin qapısını açıb içəri daxil olduqda evin işıqlarının yanılı olmasını və evin dağınıq vəziyyətdə olmasını görüb hadisə verdiyini düşünüb ona mesaj yazmışdır. Həmin zaman onun interneti olmadığından həmin mesaja baxa bilməmişdir. Daha sonra onlar evə gəldikdə evin dağınıq olmasını və evdə olan əşyaların olmamasını müəyyən etmişlər. Əlidən nə baş verdiyini soruşduqda Əli evi bu vəziyyətdə gördüyünü, onların evdə nəisə axtardıqlarını düşündüyünü demişdir. O, evdə oğurluq hadisəsi baş verdiyini görüb bununla bağlı DİN-in 102 Zəng mərkəzinə məlumat vermişdir. O, evdə özünə məxsus olan Dell markalı komyuterin, Canon markalı fotoaparatın və 300 manat nəğd pulun oğurlanmasını aşkar etmişdir. Hazırda ona vurulan zərərin az bir qismi ödənilmişdir. Qrup halında törədilən oğurluq əməlinə görə onların hər birinin cəza almasını, şikayətçi və tələbkar olmasını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis mayoru Kamil Rahmanov tərəfindən tərtib edilmiş 22 aprel 2022ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 33 saylı evin 6 saylı mənzilində yerləşir (səh. 10-13). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis mayoru Kamil Rahmanov tərəfindən tərtib edilmiş 28 aprel 2022ci il tarixli «təqdim edilmiş maddi sübut əhəmiyyətli əşyanın götürülməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1 ədəd «Canon» markalı fotoaparat, 1 ədəd linza, 1 ədəd flaşkart, 1 ədəd fotoaparat çantası təqdim edildiyindən götürülmüşdür (səh. 26-28). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 02 iyun 2022-ci il tarixli 9/3278 saylı rəyi ilə təsdiq olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022- ci ili naprel ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada aşağıdakı kimi olması müəyyən edilir: 01 ədəd Tayvan istehsalı olan, «CANON» markalı, «EOS 600D» model fotoaparat 350 manat, 01 ədəd 18-55mm ölçülü linza (obyektiv) - 50 manat, 01 ədəd «Canon» markalı «Speedlite 430EXİİ» model flaş - 140 manat, 01 ədəd «Vanguard» markalı fotoaparat çantası - 15 manat (səh. 83-85). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokollardan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş əşyalar arasından özünə məxsus fotoaparat, həmin fotoaparata 1 ədəd linza və 1 ədəd flaşkartı tanıyaraq həmin əşyaların ona məxsus olmasını və 21 aprel 2022-ci ildə yaşadığı evdən oğurlanmış fotoaparat olmasını bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ona təqdim edilmiş əşyalar arasından özünə məxsus fotoaparat çantasını tanıyaraq həmin çıntanın ona məxsus olmasını və 21 aprel 2022-ci ildə yaşadığı evdən oğurlanmış çınta olmasını bildirmişdir (səh. 87-88,90-91). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 iyul 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan və qəbzdən görünür ki, 01 ədəd Tayvan istehsalı olan, «CANON» markalı, «EOS 600D» model fotoaparat, 01 ədəd 18-55mm ölçülü linza (obyektiv), 01 ədəd «Canon» markalı «Speedlite 430EXİİ» model flaş, 01 ədəd «Vanguard» markalı fotoaparat çantası maddi sübut kimi tanınaraq zrərçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmışdır (Səh.114-117,131). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 96-97). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 aprel 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (səh. 39). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal Rayon Məhkəməsinin 4(004)-358/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barələrində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir (səh. 76-77). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir (səh. 141). Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X2 adlı azyaşlı övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-401/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli 17/38-482 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixində Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, “ifadənin yerində yoxlanması haqqında” protokol, maddi sübutlar, ekspert rəyləri və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə peşman olmasını, himayəsində az yaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.04.22-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu, həbsdə olduğu 3 (üç) ay müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Tayvan istehsalı olan, «CANON» markalı, «EOS 600D» model fotoaparat, 01 ədəd 18-55 mm ölçülü linza (obyektiv), 01 ədəd «Canon» markalı «Speedlite 430EXİİ» model flaş, 01 ədəd «Vanguard» markalı fotoaparat çantasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50(əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Kredo Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-401/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 06 sentyabr 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 60 (altmış) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçiqızının vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28.04.22-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu, həbsdə olduğu 3 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Tayvan istehsalı olan, «CANON» markalı, «EOS 600D» model fotoaparat, 01 ədəd 18-55 mm ölçülü linza (obyektiv), 01 ədəd «Canon» markalı «Speedlite 430EXİİ» model flaş, 01 ədəd «Vanguard» markalı fotoaparat çantasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50(əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçiqızının vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-28/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-28/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver