Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-28/2024 13.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:40 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci ildə Goranboy rayonu, Balakürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Goranboy Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 1(045)-45/2023 saylı hökmü ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Goranboy rayonu, Balakürd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 yanvar 2023-cü il tarixdə saat 12-00 radələrində vətəndaş Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən mənzilinə, yəni yaşayış sahəsinə pəncərənin şüşəsini daşla sındırmaqla qanunsuz daxil olaraq, qonaq otağında olan paltar dolabının içərisində olan sonuncuya məxsus 500 manat pulu, 750 əyarlı 35 qramlıq 3500 manat dəyərində 1 ədəd qızıl sepi, 1 ədəd 250 manat dəyərində 583 əyarlı 5 qram çəkidə qədimi klonu, 583 əyarlı üzərində yaşıl rəngli zümrüd qaşlı,ümumi çəkisi 10 qram olan 500 manat dəyərində 1 cüt sırğam və 1 ədəd qadın üzüyü olan komplekt dəsti, 1 ədəd 583 əyarlı 5 qram çəkidə üzərində bir neçə ədəd xırda silkon qaşları olan 300 manat dəyərində qadın üzüyü, 1 ədəd 583 əyarlı 7 qram çəkidə qaşsız 400 manat dəyərində qadın üzüyünü, 1 ədəd 583 əyarlı 8 qram çəkidə qaşsız 500 manat dəyərində qadın üzüyü, 1 ədəd 750 əyarlı 8 qram çəkidə qaşsız 800 manat dəyərində qadın üzüyü, 1 ədəd 583 əyarlı 8 qram çəkidə qaşsız 600 manat dəyərində qadın üzüyünü gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 7350 (yeddi min üç yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2022-ci ilin dekabr ayının sonlarında Bakı şəhərində özünə kirayə yaşamaq üçün ev axtarmağa başlamışdır. Bu məqsədlə Yasamal rayonu, 2-ci Alatava adlanan yaşayış massivinə getmişdir. Orada Almaz adlı qadının kirayə ev verdiyini görüb ondan ona da kirayə ev verməyini demişdir. Almaz xanım da ona həyətindəki kiçik evi gündəlik 2 manat olmaqla şifahi müqavilə əsasında kirayə vermişdir. Almaz özü isə ayrıca öz evində yaşayırdı. Belə ki, onların girişçıxışları ayrı idi. xx.xx.2023-cü il tarixdə saat təxminən 12:00 radələrində Almaz evdən çıxıb şəxsi işlərini görmək üçün gedərkən ona demişdir ki, «evdən çıxasısansa həyətin qapısını açıq qoyum». O, Almaza bildirmişdir ki, «gec gedəcəm həyətin qapısını bağla, gedəndə hasardan tullanıb gedecəm». Almaz evdən gedəndən sonra o həmin günü saat 12 radələrində, evdən çıxaraq eyni həyətdə olan kirayə qaldığı evin sahibi Almaz xanımın evdə olmadığını bilərək yerdən daş götürüb onun evinin mətbəx hissəsinin pəncərəsini sındırmış və pəncərədən evə daxil olaraq evi bir az axtarmış, qonaq otağında olan şkafdan 500 manat pul və qızıl zinyət əşyaları götürüb evdə qonaq otağında olan televizorun üzərində olan açarla evin qapısını açaraq evdən çıxıb getmişdir. Həmin vaxt o həmişə fəhlələrin yığıldığı 3-cü mikrorayan bazarı ilə üzbəüz olan zirzəmi tipli «Göygöl» kafesinə getmişdir. Orada bir az oturub yemək yeyib və spirtli içki içdikdən sonra, qızılları hara satacağını düşünmüşdür. O şəxsiyyət vəsiqəsi olmadığından qızılları necə satacağını düşünmüşdür. Həmin vaxt orada müştərilərə qulluq edən, əslən Gəncə şəhərindən olan İradə adlı xanımla söhbət etməyə başlamışdır. Söhbət əsnasında İradəyə atası xəstə olduğundan təcili pul lazım olduğunu, yalandan həyat yoldaşının qızılları olduğunu bildirmişdir. İradə həmin qızıllardan 1 ədəd sep və 1 ədəd klona baxaraq bəyəndiyini bildirmiş və o, qızılları 700 manata İradəyə satmışdır. Pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Digər qızılları isə tanımadığı şəxslərə satmışdır. İradə adlı şəxsə qzılları oğurldığını deməmişdir. İradənin bu hadisədən xəbəri olmamışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alıb barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, qeyd olunan ünvanda tək yaşayır. 28 dekabr 2022-ci il tarixdə həyətindəki otaqda kirayə yaşamaq üçün Təqsirləndirilən şəxs ona müraciət edərək kirayə yaşamaq üçün ev istəmişdir. O ona həyətindəki evi gündəlik 2 manat olmaqla şifahi müqavilə əsasında kirayə vermişdir. Özü isə öz evində yaşamışdır. Evə giriş çıxışları ayrı olmuşdur.xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində evdən çıxıb şəxsi işlərini görmək üçün getdikdə Ümidə demişdir ki, «evdən çıxasıdırsa həyətin qapısını açıq qoyum». Ümid isə ona bildirmişdir ki, gec gedecek həyətin qapısını bağlasın və gedəndə hasardan tullanıb gedecək. Həmin günü saat 15:00 radələrində evə qayıtdıqda görmüşdür ki, evinin qapısı açıq, mətbəxin pəncərəsi isə sınmış vəziyyətdədir. Evə daxil olduqda görmüşdür ki, qonaq otağında olan paltar dolabının qapısı açıqdır və orada olan ona məxsus olan 500 manat pul, 750 əyarlı 35 qramlıq 3500 manat dəyərində 1 ədəd qızıl sep, 1 ədəd 250 manat dəyərində 583 əyarlı 5 qram çəkidə qədimi klon, 583 əyarlı üzərində yaşıl rəngli zümrüd qaşlı, ümumi çəkisi 10 qram olan 500 manat dəyərində 1 cüt sırğa və 1 ədəd qadın üzüyü olan komplekt dəst, 1 ədəd 583 əyarlı 5 qram çəkidə üzərində bir neçə ədəd xırda silkon qaşları olan 300 manat dəyərində qadın üzüyü,1 ədəd 583 əyarlı 7 qram çəkidə qaşsız 400 manat dəyərində qadın üzüyü, 1 ədəd 583 əyarlı 8 qram çəkidə qaşsız 500 manat dəyərində qadın üzüyü, 1 ədəd 750 əyarlı 8 qram çəkidə qaşsız 800 manat dəyərində qadın üzüyü, 1 ədəd 583 əyarlı 8 qram çəkidə qaşsız 600 manat dəyərində qadın üzüyünün orada olmadığını aşkar etmişdir.Ona məlum olmuşdur ki, həmin dolabda olan mənə məxsus 500 manat pul və qızıl əşyaları oğurlanmışdır. Hadisə nəticəsində mənə ümumilikdə 7350 manat maddi ziyan dəymişdir. Hadisə törədilməsində konkret olaraq şübhələndiyi şəxs Təqsirləndirilən şəxsdur. Həmin şəxs evə pəncərədən daxil olub evin giriş hissəsində qoyduğu açar vasitəsi ilə qapını açaraq çıxıb getmişdir. Şübhənin bir səbəi də Ümidin şəxsiyyət vəsiqəsinin həmin vaxt məndə olması və hadisədən sonra yoxa çıxmasıdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, pulunun və qızıllarının qaytarılmasını, pulu və qızılları qaytarılmadığı təqdirdə onun barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ümidi təxminən 2022-ci ilin dekabr ayının sonlarından tanımışdır. Belə ki, o həmin vaxt iki il ərzində qeyri rəsmi ər-arvad münasibətlərində yaşadığı Şahid2la birgə Bakı şəhəri, 3-cü mkr-da yerləşən «Göy-göl» kafesində olarkən oraya Ümid gələrək vəfat etmiş arvadından yadigar qalmış qızıl sepi və ona aid klonunu satmaq istədiyini bildirmişdir. Tehran və o Ümiddən sepi və klonu neçəyə satıdığını soruşduqda Ümid 700 manata satdığını onlara demişdir. Həmin vaxt Tehranın üstündə 300 manat olduğundan Tehran həmin 300 manatı Ümidə vermiş və qalan 400 manatı da yarım saat ərzində gətirib verəcəyini bildirmişdir. Bundan sonra o və Tehran Əcəmi metrosu yaxınlığında yerləşən «lombard»a getmişlər və Ümiddən aldıqları sepi və klonu girov qoyub 500 manat pul götürmək istədiklərini bildirmişlər. Orada Tehran öz şəxsiyyət vəsiqəsini lombardda işləyən şəxsə təqdim etmiş, onlar vəsiqənin ksero surətini çıxartmışlar və Tehran oraya həmin əşyaların ona məxsus olduğunu bildirərək imza etmişdir. Daha sonra isə Tehranla birgə kafeyə gəlib 400 manatı Ümidə vermişlər. Bundan sonra təxminən bir ay sonra Tehranla birgə lombarda getmiş və həmin seplə klonu sataraq əlavə olaraq 800 manatı alıb Tehranla birgə «Taxta bazarı adlanan yerdə ayı 200 manat olmaqla kafeni icarəyə götürmüşlər. Təxminən həmin 800 manatın müqabilində 3 ay 200 manat olmaqla ümumilikdə 600 manat icarə haqqı və günə təxminən 15-20 manat olmaqla 3 ay qazanc əldə edib. Tehranla birgə yaşadıqları zaman xərcləmişlər. Artıq son 3 ay olar ki, o Tehranla birgə yaşamır. Təqsirləndirilən şəxs 700 manata ona və İradəyə satdığı qızıl əşyaların çəkisi 36 qram, əyarları isə 583-dür. Təqsirləndirilən şəxs 700 manata ona və Tehrana satdığı qızıl əşyalarını bir necə gün sonra satarkən dəyərinin 700 manat deyil, 1300 manat olduğunu bildikdən sonra həmin qızıl əşyaların oğurluq olması barədə onda 10-20 faiz şübhə yaranmışdır. Onun oğurlanmış digər qızıllardan məlumatı yoxdur, həmin əşyalardan bir ədəd sep və bir ədəd klonu ona satmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2 aydır ki, qeyd olunan ünvanda tək olaraq kirayədə yaşayır.Ümüdi təxminən 2022-ci ilin dekabr ayının sonlarından tanımışdır.Belə ki, o həmin vaxt iki il ərzində qeyri rəsmi ər-arvad münasibətlərində yaşadığı Şahid1 ilə birgə Bakı şəhəri, 3-cü mkr-da yerləşən «Göy-göl» kafesində olarkən oraya Ümid gələrək vəfat etmiş arvadından yadigar qalmış qızıl sepi və ona aid klonunu satmaq istədiyini bildirmişdir. O Ümiddən sepi və klonu neçəyə satıdığım soruşduqda Ümid 700 manata satdığını onlara demişdir.Həmin vaxt onun üstündə 300 manat olduğundan o həmin 300 manatı Ümidə vermiş və qalan 400 manatı da yarım saat ərzində gətirb verəcəyini bildirmişdir.Bundan sonra O və İradə Əcəmi metrosu yaxınlığında yerləşən «lombard»a getmişlər və Ümiddən aldığı sepi və klonu girov qoyub 500 manat pul götürmək istədiklərini bildirmişlər.Orada o öz şəxsiyyət vəsiqəsini lombardda işləyən şəxsə təqdim etmiş, lombarda işləyən şəxs onun vəsiqəsinin ksero surətini çıxartmış və o oraya həmin əşyaların ona məxsus olduğunu bildirərək imza etmişdir.Daha sonra isə İradə ilə birgə kafeyə gəlib 400 manatı Ümidə vermişlər. Bundan sonra təxminən bi ay sonra İradə ilə birgə lombarda getmişlər və həmin seplə klonu sataraq əlavə olaraq 800 manatı alıb İradə ilə birgə «Taxta bazarı» adlanan yerdə ayı 200 manat olmaqla kafeni icarəyə götürmüşlər.Təxminən həmin 800 manatın müqabilində 3 ay 200 manat olmaqla ümumilikdə 600 manat icarə haqqı və günə təxminən 15-20 manat olmaqla 3 ay qazanc əldə edib İradə ilə birgə yaşadıqları zaman xərcləmişlər.Artıq son 3 ay olar ki,o İradə ilə birgə yaşamır.Təqsirləndirilən şəxs 700 manata ona və İradəyə satdığı qızıl əşyaların çəkisi 3,6 qram, əyarları isə 583-olmuşdur.Qızıl əşyalarını bir necə gün sonra satarkən dəyərinin 700 manat deyil, 1300 manat olduğunu bildikdən sonra həmin qızıl əşyaların oğurluq olması barədə onda 20-30 faiz şübhə yaranmışdır. Onun oğurlanmış digər qızıllardan məlumatı yoxdur, həmin əşyalardan bir ədəd sep və bir ədəd klonu ona satmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Onun elan edilmiş ifadəsindən görünür ki, o, 2018-ci ildən ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-də qızıl-zinət əşyalarının qəbulu üzrə zərgər kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə,günorta saatlarında qızıl-zinət əşyalarının qəbulu üzrə zərgər kimi fəaliyyət göstərdiyi ünvan 4 ünvanda yerləşən "xxxx" MMC-yə əvvəllər tanımadığı Şahid2 və yanında əvvəllər tanımadığı orta yaşlı bir xanımla gələrək 583 əyarlı, ümumi çəkisi 36 qram olan bir ədəd qızıl sepi və bir ədəd klonu girov qoyaraq 500 manat pul götürmək istdiklərini bildirdilər.O həmin qızıl əşyalara baxıb hər ay 25 manat faiz olaraq 500 manat pul verə biləcəyini demişdir.Həmin şəxs onunla və şərtlərlə razılaşıb aralarında xx.xx.2023-cü il tarixli,207450 Nq-1İ Girov biletini imzalamışlar. Növbəti dəfə səhəri gün,yəni 05 yanvar 2023-cü il tarixdə günorta saatlarında Şahid2 orta yaşlı bir xanımla növbəti dəfə qızıl-zinət əşyalarının qəbulu üzrə zərgər kimi fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-yə gələrək 583 əyarlı, ümumi çəkisi 36 qram olan bir ədəd qızıl sepi və bir ədəd klonu girov qoyaraq 500 manat pul götürdüyü qızıl əşyaları satsaq istdiyini bildirmişdir.O da,həmin qızıl əşyalarını hər qramı üçün 56 manat olmaqla 2016 manata ala biləcəyini demişdir.Şahid2 onun tərəfindən qızıl əşyalara göbrə təklif etdiyi pulla razılaşdıqdan sonra Şahid2 özünə məxsus şəxsiyyət vəsiqəsinin ksero surətinin üzərinə «öz qızıllarımı öz razılığımla satıram imza 5.1.2023» sözləri və rəqəmləri qeyd edərək aralarında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlandı və Şahid2 təklif etdiyi 2016 manatdan bir gün əvvəl girov qoyaraq götürdüyü 500 manatı və 8 manat 70 qəpik faiz borcunu çıxaraq 1507 manat 30 qəpik pulu götürərək getmişdir.Şahid2 ona satdığı 583 əyarlı, ümumi çəkisi 36 qram olan bir ədəd qızıl sepin və bir ədəd klonun oğurluq olduğunu bilməmişdir.Əgər həmin bir ədəd qızıl sepin və bir ədəd klonun oğurluq olduğunu bilsəydi heç vaxt həmin qızılları almazdı və bu barədə polisə məlumat verərdi. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 4 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı Ruslan Əfəndiyev tərəfindən hadisə yerinə baxış keçirilərkən oğurluq hadisəsinin ünvan 5 ünvanda yerləşən mənzildə baş verməsi müəyyən edilmişdir. Həmçinin mənzildən vətəndaş Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və əl-barmaq izləri götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib edilmiş və foto şəkillər çəkilmişdir. (İ/V. 9-13). xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs təqsirləndilən şəxs Təqsirləndirilən şəxs üzünə qarşı bir daha istintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir (İ/V. 74-76). Məhkəmə Daktiloskopik Ekspertizanın xx.xx.2023-cü il tarixli 3/847 nömrəli rəyindən görünür ki: Təqdim edilmiş l,,a,,,Hb,,,,,c,,,,,d,,,2,,a,,,b,,,,,d,,,3,4,5,6,7,8,,a,9 saylı daktilolentlərin əlbarmaq və 8"b" saylı daktilolentin səthndəki ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 1,2,3,4,5,6,7,8,9,10,11,12,13 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1"a" saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin çeçələ barmağından, 1 "b" saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin orta barmağından,l"c" saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin adsız barmağından, l"d" saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin çeçələ barmağından, 2"a" saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin orta barmağından, 2"b"saylı daktilolentin səthindəki əl- barmaq izi onun sağ əlinin adsız barmağından, 2"c" saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin böyük barmağından, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin orta barmağından, 4 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin şəhadət barmağından, 5 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin orta barmağından, 6 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin böyük barmağından, 7 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin orta barmağından, 8 "a" saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin şəhadət barmağından, 8"b" saylı daktilolentin səthindəki ovuc izi onun sol ovucunun tenar hissəsindən, 9 saylı daktilolentin səthindəki əl- barmaq izi isə onun sol əlinin böyük barmağından qalmışdır. (İ/V. 144-157). “Sübutların qiymətləndirilməsi haqqında” 5 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət iş üzrə vətəndaş Zərərçəkmiş şəxs qızma məxsus 583 əyarlı, 36 qram çəkidə bir ədəd sep və bir ədəd klonu ünvan 6 ünvanda yerləşən “Lombard”ın əməkdaşı Şahid3ma əvvəlcə girov qoyaraq 500 manat almış, sonradan həmin qızıl əşyaları 2016 manata satmış və sonuncuya Şahid2 tərəfindən təqdim edilmiş və tərəfimdən götürülmüş üzərinə «öz qızıllarımı öz razılığımla satıram imza 5.1.2023» sözləri və rəqəmləri qeyd edilmiş şəxsiyyət vəsiqəsinin ksero surəti, xx.xx.2023-cü il tvarixli alqı-satqı qəbzinin və 207450 Nq-1İ girov biletinin ksero surətləri cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən iş materiallarına əlavə edilmişdir. (İ/V. 164-173). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-388/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdın hesablanmaqla 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- nin 177.2.2 və 177.2.3cü maddələri ilə istintaqı aparılmış ********* №-li cinayət işi üzrə təqsirli bilinərək xx.xx.2023-cü il tarixdə Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Goranboy Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşmə protokolları, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 036 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Goranboy Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.3 və 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs hal-hazırda Goranboy Rayon Məhkəməsinin 22 iyun 2023cü il tarixli hökmünə əsasən cəza çəkməsi, məhkəmə qərarı əsasında hazırda Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs 150 (bir yüz əlli) manat 29 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış 13 ədəd daktilolenta və 1 ədəd daktilokarta həmçinin ünvan 7 ünvanda yerləşən “Lombard”a əvvəlcə girov qoyaraq 500 manat almış, sonradan həmin qızıl əşyaları 2016 manata satmış Şahid2 tərəfindən təqdim edilmiş və istintaq orqanı tərəfindən götürülmüş üzərinə «öz qızıllarımı öz razılığımla satıram imza xx.xx.2023» sözləri və rəqəmləri qeyd edilmiş şəxsiyyət vəsiqəsinin ksero surəti, xx.xx.2023-cü il tarixli alqı-satqı qəbzinin və 207450 №-li girov biletinin ksero surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(004)-419/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Goranboy Rayon Məhkəməsinin 1(045)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 1(045)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Bakı İstintaq Təcridxanasında cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 13 ədəd daktilolenta və 1 ədəd daktilokarta həmçinin ünvan 8 ünvanda yerləşən “Lombard”a əvvəlcə girov qoyaraq 500 manat almış, sonradan həmin qızıl əşyaları 2016 manata satmış Şahid2 tərəfindən təqdim edilmiş və istintaq orqanı tərəfindən götürülmüş üzərinə «öz qızıllarımı öz razılığımla satıram imza xx.xx.2023» sözləri və rəqəmləri qeyd edilmiş şəxsiyyət vəsiqəsinin ksero surəti, xx.xx.2023-cü il tarixli alqı-satqı qəbzinin və 207450 №-li girov biletinin ksero surətləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 150 (bir yüz əlli) manat 29 qəpik məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-28/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-28/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver