Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-280/2021 06.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1, onun nümayəndəsi və vəkili X2, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X3 vəkili Müdafiəçi iştirakları ilə, “Müstəqil xalq” Partiyasının sədri X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X5 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək “Müstəqil xalq” Partiyasının sədri X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, “Müstəqil xalq” Partiyasının sədri Əflan İbrahimov “Laf” TV-də canlı yayımlanan “Siyasi Müstəvi”nin 11.06.2021-ci il tarixli buraxılışında onu adam öldürməkdə, rüşvət verməkdə ittiham etmişdir. Ləman Ələşrəf qızının aparıcılığı ilə yayımlanan buraxılışın 12:56- 17:09cu saniyələrində “Mafiyanın başında duranlardan biri də Gülər Əhmədovadır. Bu da Qalinanın şillə vuranı adam öldürəni, adam zəhərliyənidi Gülər Əhmədova. Bəli mən bunları elə belə demirəm. Dedim Hafiz sənlə çörək kəsmişəm özünü gözlə Gülər Əhmədova səni zəhərləyəcək. O elə belə gəlməyib. Gülərin bir üzü erməni... Hafiz Hacıyev ehtiyatlı olun X11 zəhərləyəcək. Ehtiyatlı olun. Çünki siz Ramiz Mehdiyevin əleyhinə danışmısız. Ona görə, o, sizi zəhərləyəcək. Onu elə belə ora yollamayıblar. Hətta bir yerdə Gülər ağzından çıxarıb ki, Hafiz Hacıyevə 150.000- lik mersedes vermişəm” kimi ifadələr səsləndirib yalan olduğunu bilə-bilə onu xüsusilə ağır cinayət törətməkdə ittiham edərək şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayılmasına səbəb olmuşdur. Cinayət hadisəsi “Laf” TV-nin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr, 529-cu məhəllə ünvanında baş vermişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X5 və onun nümayəndəsi eyni zamanda vəkili X6 şikayətin təmin edilərək, “Müstəqil xalq” Partiyasının sədri Əflan İbrahimov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət işinin başlanılması və onun cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında barəsində şikayət verilən X3 vəkili Müdafiəçi şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərəkən məlum olmuşdur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Gülər Əhmədova “Laf” TV kanalında efirə gedən “Siyasi müstəvi” verilişində onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayınlandığını qeyd etmişdir. İş materiallarında olan “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş çıxarışdan görünür ki, göründüyü kimi G.Əhmədovanın şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayımlandığı iddia edilən “xxxx” tabeliyində olduğu “xxxx” MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, ev 21, mənzil 3 ünvanıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-280/2021 saylı, 02.07.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. İş materiallarında olan 06.07.2021-ci il tarixli hesabatdan aydın olur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş İbrahimov Əflan oğlunun hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 180 (yüz səksən) saat hüquqi yardım göstərilmişdir. Lakin məhkəmə, müdafiəçi tərəfindən sərf edilmiş vaxtın ağlabatan müddətə - 05 (beş) iş saatına bərabər hesab edilməsini məqsədəmüvafiq hesab edir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 293, 298- 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülsün. Qərardan şikayət verilə bilməz. Hakim Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-280/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-280/2021
06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver