Məhkəmə qərarları › İş №1(004)-280/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-280/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-280/2024 21.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X5, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Elman qızının, Nəcəfzadə Yunus Nəcəf oğlunun və Qafqaz Müsəlmanları İdarəsinin “Təzə Pir” Məscidinin nümayəndəsi Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs və mülki iddiaçı: Zərərçəkmiş şəxs5 İman oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi ev 16, mənzil 20-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olub oğurluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 mart 2023-cü il tarixdə saat 15:05 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətyanı sahəsinə açıq qapıdan qanunsuz olaraq daxil olub evin həyətindən 1500 manat dəyərində 04 litr tutumlu, mis materialdan olan 01 ədəd odun samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1500 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 mart 2023-cü il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında küçədə fərdi həyət evinin qarşısında dayanmış Zərərçəkmiş şəxs5 İman oğluna məxsus “Mitsubishi Airtrek” minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini özündə olan dəmir parçası ilə sındırıb avtomobilin salonunda olan qabaq sağ oturacağın üzərindən içərisində 104 manat pul vəsaiti, 500 manat dəyərində 750 əyyarlı qaşlı qadın qızıl qolbağı, 300 manat dəyərində 750 əyyarlı qadın qızıl qolbağı, 500 manat dəyərində 750 əyyarlı qadın qızıl qolbağı, 50 manat dəyərində qara rəgdə olan 750 əyyarlı qadın qızıl qolbağı, 50 manat dəyərində bir ədəd qırmızı rəngdə olan 750 əyyarlı qadın qadın qızıl qolbağı, 500 manat dəyərində bir cüt 750 əyyarlı qadın qızıl sırğa, 150 manat dəyərində 750 əyyarlı bir ədəd xaç formalı qızıl sırğa, 1200 manat dəyərində 750 əyyarlı qızıl üzük, klon, bir cüt sırğa olan qızıl komplelkt dəsti, 100 manat dəyərində 750 əyyarlı ürək formalı qaşlı klon olan 50 manat dəyərində qara rəngli dəridən olan qadın çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 İman oğluna 3504 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 aprel 2023-cü il tarixdə saat 20 radələrində ünvan 3 ünvanında yerləşən X1 məxsus ərzaq mağazasının plastikdən olan giriş qapısının qıfılını özündə olan vint açanla sındırmaqla saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olub mağazadan bir qutunun qiyməti 3 manat 80 qəpik olan 50 qutu “Kent 8” markalı, bir qutunun qiyməti 3 manat 80 qəpik olan 40 qutu “Kent 4” markalı, bir qutunun qiyməti 3 manat olan 60 qutu “LD” markalı, bir qutunun qiyməti 3 manat 50 qəpik olan 40 qutu “Winston” markalı, bir qutunun qiyməti 2 manat 10 qəpik olan 50 qutu “Prima” markalı, bir qutunun qiyməti 2 manat 10 qəpik olan 50 qutu “Viceroy” markalı, bir qutunun qiyməti 2 manat olan 40 qutu “Bakı” markalı və bir qutunun qiyməti 2 manat 40 qəpik olan 20 qutu “West” markalı siqaretləri və 200 manat pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxs X1 1200 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 iyun 2023-cü il tarixdə saat 05:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 7 ünvanında yerləşən Qafqaz Müsəlmanları İdarəsinin “Təzə Pir” məscidində hər hansı şəxsin olmamasından istifadə edib məscidə daxil olub kişilərin namaz qılması üçün nəzərdə tutulan zalda yerləşdirilmiş saxlanc yeri hesab edilən dəmirdən olan ianə qutusunun dəliyindən özü ilə gətirdiyi məftillə ianə qutusuna qanunsuz daxil olub həmin qutudan məftildən istifadə edərək 410 manat pul vəsaitini dartıb çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxs Qafqaz Müsəlmanları İdarəsinin “Təzə Pir” məscidinə 410 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixə keçən gecə ünvan 5 ünvanında küçədə evin qarşısında saxlanılmış Nəcəf-zadə Yunus Nəcəf oğluna məxsus “Toyota Prado” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1500 manat dəyərində arxa qeydiyyat nişanını gizli olaraq talayıb zərərçəkmiş şəxs Nəcəf-zadə Yunus Nəcəf oğluna 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 iyul 2023-cü il tarixdə saat 22:17 radələrində Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 7 ünvanında yerləşən Qafqaz Müsəlmanları İdarəsinin “Təzə Pir” məscidində kişilərin namaz qılması üçün nəzərdə tutulan zalda yerləşdirilmiş saxlanc yeri hesab edilən dəmirdən olan ianə qutusunun dəliyindən özü ilə gətirdiyi məftillə ianə qutusuna qanunsuz daxil olub həmin qutudan məftildən istifadə edərək əvvəlcə 210 manat pul vəsaitini, daha sonra qadınların namaz qılması üçün nəzərdə tutulan zalda yerləşdirilmiş saxlanc yeri hesab edilən dəmirdən olan ianə qutusunun dəliyindən özü ilə gətirdiyi məftillə ianə qutusuna qanunsuz daxil olub həmin qutudan məftildən istifadə edərək 70 manat pul vəsaitini dartıb çıxararaq vahid niyyətlə əhatə edilən qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxs Qafqaz Müsəlmanları İdarəsinin “Təzə Pir” məscidinə ümumilikdə 280 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 iyul 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 Elman qızının kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 40 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil oduqdan sonra evin birinci mərtəbəsində yerləşən mətbəxin plastikdən olan pəncərəsini yaba ilə açdıqdan sonra qanunsuz olaraq yaşayış sahəsi hesab edilən evə daxil olub evdən 200 manat dəyərində hər birinin çəkisi 3 qram olan 585 əyyarlı qızıldan 03 ədəd qadın üzüyünü, ümumi dəyəri 700 manat olan 585 əyyarlı qızıldan qadın üzüyünü, 400 manat dəyərində olan 5,5 qram çəkidə 585 əyyarlı qızıldan kişi üzüyünü, 200 manat dəyərində 4 qram çəkidə 375 əyyarlı qızıldan qadın qolbağını, 250 manat dəyərində 4,3 qram çəkidə 375 əyyarlı qızıldan qadın qolbağını, 350 manat dəyərində 4 qram çəkidə 585 əyyarlı qızıldan qadın klonu, 200 manat dəyərində 2,5 qram çəkidə 585 əyyarlı qızıldan qadın klonu, 800 manat dəyərində 15,8 qram çəkidə 583 əyyarlı qadın qızıl üzüyünü, 75 manat dəyərində bir ədəd “Sun Light” markalı qadın qol saatını və 675 manat nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 Elman qızına ümumilikdə 4250 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 avqust 2023-cü il tarixdə saat 04:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 7 ünvanında yerləşən “Təzə Pir” məscidinə gəlib qapı və pəncərələrin bağlı olduğunu görərək giriş qapısınıdan sol tərəfdə yerləşən pəncərəni içəri doğru itələyib cəftəsini sındırmaq üsulu ilə pəncərəni açdıqdan sonra məscidə qanunsuz olaraq daxil olub kişilərin namaz qılması üçün nəzərdə tutulan zalda yerləşdirilmiş saxlanc yeri hesab edilən dəmirdən olan ianə qutusunun dəliyindən özü ilə gətirdiyi məftillə ianə qutusuna qanunsuz daxil olub həmin qutudan məftildən istifadə edərək əvvəlcə 40 manat pul vəsaitini, daha sonra qadınların namaz qılması üçün nəzərdə tutulan zalda yerləşdirilmiş saxlanc yeri hesab edilən dəmirdən olan ianə qutusunun dəliyindən özü ilə gətirdiyi məftillə ianə qutusuna qanunsuz daxil olub həmin qutudan məftildən istifadə edərək 110 manat vəsaitini dartıb çıxararaq vahid niyyətlə əhatə edilən qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxs Qafqaz Müsəlmanları İdarəsinin “Təzə Pir” məscidinə ümumilikdə 150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. O, heç bir yerdə işləmədiyi üçün pul əldə etmək məqsədi ilə “Təzə Pir” məscidindəki ianə qutularından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 30 iyun 2023-cü il tarixdə o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Təzə Pir” məscidinə gedərək orada olan ianə qutularından cəmi 120 manat pul oğurlamışdır. Bundan sonra o, yenidən 29 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Təzə Pir” məscidinə gedərək orada yerləşən ianə qutularından cəmi 180 manat pul oğurlamışdır. Daha sonra 09 avqust 2023-cü il tarixdə o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Təzə Pir” məscidinə yenidən gedərək yenidən oradakı ianə qutularından cəmi 150 manat pul oğurlamışdır. Oğurladığı pulları borclu olduğu şəxslərə borcunu qaytarmaq üçün sərf etmişdir. Bundan başqa o, 08 mart 2023-cü il tarixdə o, ünvan 1 ünvanında yerləşən evin həyət qapısının açıq olduğunu görmüş, həmin vaxt onunla birlikdə gələn Ceyhun adlı dostu həyətə daxil olaraq həyətin giriş qapısının yanında olan bir ədəd samovarı götürərək oğurlamışdır. Bundan sonra o, ünvan 7 ünvanda yerləşən mağazaya gələrək oğurlanan samovarı satmışdır. Daha sonra onun barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 3(004)- 1516/2023 saylı qərarına əsasən 02 (iki) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunmuş və o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində AR DİN İnzibati X6 Məntəqəsində saxlanılmışdır. O, 23 mart 2023-cü il tarixdə ünvan 2 ünvanında “Mitsubishi Airtrek” markalı, dövlət qeydiyyat nişanlı avtomobildən və 26 aprel 2023-cü il tarixdə isə ünvan 3 ünvanda yerləşən ərzaq mağazasından oğurluq etməmişdir. Həmçinin o, 06 iyul 2023-cü il tarixində ünvan 8 ünvanında “Toyota Prado” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanını oğurlamamışdır. Bundan başqa o, 31 iyul 2023-cü il tarixində o, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 40-da yerləşən fərdi tikili nömrəsiz yaşayış evinə daxil olaraq oradan 600 manat nağd pul və ümumi dəyəri təxminən 1300 manat olan 09 ədəd qızıl zinət əşyası oğurlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ünvan 9 ünvanında yaşayır. Onun yaşadığı evin həyətində qədim samovarı vardır və həmin samovarın qiyməti 1500 manat olmuşdur. 11 mart 2023-cü il tarixdə o, yaşadığı evdən çıxdığı zaman həyətdə samovarın yerində olmadığını görmüş və onun oğrulanması ilə bağlı DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Bundan sonra o, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və aparılan araşdırma zamanı həmin samovarın Təqsirləndirilən şəxs tərəfindən oğurlanması ona məlum olmuşdur. Oğurluq nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Elman qızı ifadəsində göstərdi ki, o, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 40-da yerləşən fərdi tikili nömrəsiz yaşayış evində ailəsi birlikdə kirayə yaşayır. Həmin ev iki mərtəbəlidir, birinci mərtəbəsində onun ailəsi, ikinci mərtəbədə isə evin sahibi yaşayır. 31 iyul 2023-cü il tarixdən təxminən iki il öncə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 40 ünvanında yerləşən fərdi tikili nömrəsiz yaşayış evinə köçüb anası X2 və azyaşlı övladı X11 ilə birlikdə kirayə yaşamağa başlamışdır. Həmin fərdi tikili ev iki mərtəbəlidir, birinci mərtəbəsində onun ailəsi, ikinci mərtəbədə isə evin sahibi Elnarə xanım ailəsi ilə birlikdə yaşamışdır. 31 iyul 2023-cü il tarixdə o, evin giriş qapısını bağlayaraq azyaşlı övladı ilə birlikdə əmisinin yaşadığı evə qonaq getmiş və həmin vaxt evdə heç kim olmamışdır. O, evə geri qayıtdıqdan sonra evin birinci mərtəbəsinin pəncərəsinin açıq olduğunu görmüş və evə başqa bir şəxsin daxil olmasını düşünmüşdür. Bundan sonra o, evdə kiminsə olub-olmamasını aydınlaşdırmaq üçün uca səslə qışqırmış, lakin heç bir cavab gəlməmişdir. Bundan sonra o, qorxmuş halda evin giriş qapısını açarı ilə qapını açaraq evə daxil olmuşdur. O, evin birinci mərtəbəsində yataq otağında əşyaları dağılmış vəziyyətdə gördükdən sonra evdən oğurluq edildiyi ona məlum olmuşdur. Onun yaşadığı evdən 04 ədəd qadın qızıl üzüyü, 01 ədəd kişi qızıl üzüyü, bir dəst qadın qızıl sırğası, iki ədəd qızıl qolbaq, iki ədəd qızıl klonu və paltar dolabının içərisində yerləşən pul kisəsinin birindən 75 manat nağd pul digər pul kisəsinin isə içərisindən 600 manat nağd pul, bundan əlavə eyni yerdən bir ədəd 75 manata əldə etdiyi “Sun Lite” markalı qadın saatı oğurlanmışdır. Hadisəni aşkar etdikdən dərhal sonra 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Ona məxsus olan oğurlanmış qızıl zinət əşyalarının ümumi dəyəri təxminən 3500 manat təşkil etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 4250 manat ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməməsini və onunla barışmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Qafqaz Müsəlmanları İdarəsinin “Təzə Pir” Məscidinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, ünvan 11 ünvanında yerləşən “Təzə Pir” məscidində İmam kimi fəaliyyət göstərir. Məscidə gələn şəxslərin namaz qılması üçün nəzərdə tutulan yerlərdə nəziri olan şəxslərin pul ianələri atması üçün ianə qutuları yerləşdirilmişdir. 2023-cü ilin iyul ayının əvvəllərində məsciddəki ianə qutuları açıldıqda orada yığılan ianə pulların keçən ilin eyni dövrü və əvvəlki vaxtlarla müqayisədə az miqdarda olması aşkar olmuşdur. O, şübhələndiyi üçün məscidin videomüşahidə cihazının görüntülərinə baxmış və bu zaman 30 iyun 2023-cü il tarixdə bir nəfər şəxsin ianə qutusunu aparması, daha sonra yerinə qaytarmasını görmüşdür. Bundan sonra o, bu barədə polisə müraciət etmişdir. 2023-cü ilin avqust ayının əvvəllərində yenidən məsciddəki ianə qutuları açıldıqda orada yığılan ianə pulların keçən ilin eyni dövrü və əvvəlki vaxtlarla müqayisədə az miqdarda olması aşkar olmuşdur. O, şübhələndiyi üçün məscidin videomüşahidə cihazının görüntülərinə baxmış və bu zaman 29 iyul 2023-cü il tarixdə bir nəfər şəxsin ianə qutusunu aparması, daha sonra yerinə qaytarmasını görmüşdür. Bundan sonra əvvəlki illərin eyni dövrü ilə müqayisə edilərək qutudan pul oğurlanması barədə onlar tərəfindən polisə müraciət edilmişdir. 09 avqust 2023-cü il tarixdə məscidin xadiməsi ona zəng edərək məsciddəki ianə qutularının yerinin dəyişdirilməsi və onlara müdaxilə edilməsini bildirmişdir. Bundan sonra o, dərhal məscidə gedərək videomüşahidə cihazındakı görüntüləri izləmiş və həmin şəxsin məscidə daxil olaraq məsciddəki ianə qutularından pul oğurlaması ona məlum olmuşdur. Baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə məlumat vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, məsciddəki ianə qutularında nə qədər pulun olması barədə onlarda məlumat olmadığından təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünün etirafedici ifadələrində qeyd etdiyi məbləği oğurlanan məbləğ qismində qəbul edirlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 İman oğlu ifadəsində göstərdi ki, 23 mart 2023-cü il tarixdə saat 19 radələrində o, həyat yoldaşı ilə birlikdə özünə məxsus avtomobili idarə edərək ünvan 12 ünvanına gəlmiş və idarə etdiyi avtomobili həyətdə saxlayıb qonaq getmişdirlər. Həmin vaxt həyat yoldaşı avtomobildən düşərkən özünə məxsus, içərisində şəxsiyyət vəsiqələri, bank kartları, tibbi kartlar, ev açarları, 104 manat nağd pul, 500 manat dəyərində qızıl qolbaq, 300 manat dəyərində qızıl qolbaq, 500 manat dəyərində qızıl qolbaq, 100 manat dəyərində iki ədəd qızıl qolbaq, 500 manat dəyərində bir cüt qızıl sırğa, 150 manat dəyərində bir ədəd xaç formalı qızıl sırğa, 1200 manat dəyərində qızıl üzük, klon, bir cüt sırğa olan qızıl komplelkt dəsti, 100 manat dəyərində ürək formalı qaşlı klon olan 50 manat dəyərində olan çantasını avtomobilin içərisində unutmuşdur. Onlar qayıtdıqdan sonra avtomobilin yanına gəldikdə avtomobilin qapısının şüşəsinin sındırıldığını görmüş və avtomobilin qapısını açdıqda həyat yoldaşına məxsus çantanın yerində olmadığını aşkar etmişdirlər. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Oğurlanan çantanı həyat yoldaşına o almış, həminçinin çantanın içərisində olan 104 manat pul da ona məxsus olmuşdur. Oğurlanan qızıl-zinət əşyalarını o, həyat yoldaşı ilə birgə nikah dövründə əldə etmişdir. Ümumilikdə oğurluq nəticəsində ona 3504 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Nəcəf-zadə Yunus Nəcəf oğlu ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus olan “Toyota Prado” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilini 05 iyul 2023-cü il tarixdə saat 15:00 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Vidai küçəsi 46 saylı binanın qarşısında saxlyaraq evinə getmişdir. Növbəti gün səhər saat 09:00 radələrində avtomobilinə yaxınlaşan zaman avtomobilin arxa dövlət qeydiyyat nişanının yerində olmadığını aşkar etmiş və bu səbəbdən də DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Həmin dövlət qeydiyyat nişanını o, 1500 manat dövlət rüsumu ödəyərək almışdır. İş üzrə zəzərçəkmiş şəxs qismində göstərilmiş X3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 101-103-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Yaşadığı evin 1-ci mərtəbəsində ərzaq mağazası açmış və həmin mağazada ərzaq malları satılır. 26 aprel 2023-cü il tarixdə saat 20 radələrində onun əri X4 mağazanın plastik qapısında olan qıfılı bağlayıb yaşadığı evə gəlmiş, təxminən 15 dəqiqə sonra onun özü evdən çıxıb mağazaya gedəndə görmüşdür ki, mağazanın plastikdən olan qapısı sındırılıb. Mağazaya daxil olanda mağazadan 1000 manat dəyərində müxtəlif adlı tütün məmulatlarının və piştaxtanın üstündən 200 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Belə ki, mağazadan bir qutunun qiyməti 3 manat 80 qəpik olan 50 qutu “Kent 8” markalı, bir qutunun qiyməti 3 manat 80 qəpik olan 40 qutu “Kent 4” markalı, bir qutunun qiyməti 3 manat olan 60 qutu “LD” markalı, bir qutunun qiyməti 3 manat 50 qəpik olan 40 qutu “Winston” markalı, bir qutunun qiyməti 2 manat 10 qəpik olan 50 qutu “Prima” markalı, bir qutunun qiyməti 2 manat 10 qəpik olan 50 qutu “Viceroy” markalı, bir qutunun qiyməti 2 manat olan 40 qutu “Bakı” markalı və bir qutunun qiyməti 2 manat 40 qəpik olan 20 qutu “West” markalı siqaretlər oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1200 manat maddi ziyan vurulmuşdur. Bundan sonra onun özü DİN-nin 102 xidmətinə zəng edib baş vermiş oğurluq hadisəsi ilə əlaqədar məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər və o, da oğurluq hadisəsi ilə bağlı rəsmi ərizə yazmışdır. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, o, 2023-cü ildə ünvan 7 ünvanda yerləşən beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazada alqı-satqı işi ilə məşğul olmuşdur. Həmin mağazanın fəaliyyəti qədimi əşyların, qab-qacaqların və məişət əşyalarının alqı-satqısından ibarət olmuşdur. Dəqiq xatırlamadığı tarixdə adının sonradan Təqsirləndirilən şəxs olduğu ona məlum olan şəxs mağazaya gələrək özünə məxsus samovarı satmaq istədiyini ona bildirmiş, o isə samovara baxaraq köhnə olduğu üçün həmin samoravı 20 manata ala biləcəyini Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs da onunla razılaşaraq şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O, Əli Novruzodan samovarın kimə məxsus olduğunu dəqiqləşdirmiş və samovarın Əliyə aid olduğunu dəqiqləşdirdikdən sonra həmin samovarı 20 manata almışdır. Bundan sonra polislər onun işlədiyi mağazaya gəldikdən sonra Təqsirləndirilən şəxs həmin samovarı oğurlaması ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2A ünvanında yerləşən “Gənclik” univermağında qızıl-alqı satqısı ilə məşğul olur. 31 iyul 2023-cü il tarixdə işdə olan zaman əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğu şəxs ona yaxınlaşaraq ailə üzvlərinə məxsus qızıl-zinət əşyalarını maddi ehtiyac üzündən satmaq istədiyini bildirmiş, o isə Təqsirləndirilən şəxs həmin qızıl zinət əşyalarını təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onda olan bir ədəd üzüyü və 02 ədəd qolbağı ona təqdim etmiş və o, həmin qızıl-zinət əşyalarının qızıl olduğunu dəqiqləşdirdikdən sonra həmin qızıl-zinət əşyalarını elektron tərəzidə çəkərək onları 1300 manata alacağını Təqsirləndirilən şəxs bildirmişdir. Əli onun bu təklifi ilə razılaşaraq şəxsiyyət vəsiqəsini ona təqdim etmiş və o, həmin qızıl-zinət əşyalarını almışdır. Bundan sonra polislər onun işlədiyi mağazaya gəldikdən sonra Təqsirləndirilən şəxs həmin qızıl-zinət əşyalarını oğurlaması ona məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri A.Bakıxanov küçəsində 2 saylı binanın 6-cı girişində 2-ci mərtəbədə pilləkən meydançasıdır. (Cild İ, i.v. 8-11) “İfadənin yerində yoxlanması haqqında” 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və Təqsirləndirilən şəxs ifadəsində 31 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 40 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil oduqdan sonra evin birinci mərtəbəsində yerləşən mətbəxin plastikdən olan pəncərəsini yaba ilə açdıqdan sonra qanunsuz olaraq yaşayış sahəsi hesab edilən evə daxil olub evdən 200 manat dəyərində hər birinin çəkisi 3 qram olan 585 əyyarlı qızıldan 03 ədəd qadın üzüyünü, ümumi dəyəri 700 manat olan 585 əyyarlı qızıldan qadın üzüyünü, 400 manat dəyərində olan 5,5 qram çəkidə 585 əyyarlı qızıldan kişi üzüyünü, 200 manat dəyərində 4 qram çəkidə 375 əyyarlı qızıldan qadın qolbağını, 250 manat dəyərində 4,3 qram çəkidə 375 əyyarlı qızıldan qadın qolbağını, 350 manat dəyərində 4 qram çəkidə 585 əyyarlı qızıldan qadın klonu, 200 manat dəyərində 2,5 qram çəkidə 585 əyyarlı qızıldan qadın klonu, 800 manat dəyərində 15,8 qram çəkidə 583 əyyarlı qadın qızıl üzüyünü, 75 manat dəyərində bir ədəd “Sun Light” markalı qadın qol saatını və 675 manat nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 Elman qızına ümumilikdə 4250 manat maddi ziyan vurmaqla oğurluq etdiyini göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild İ, i.v. 98-101) “Götürmə və baxış aparılması haqqında” 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, istintaq zərurəti ilə əlaqədar olaraq 31 iyul 2023-cü il tarixli qızıl zinyət əşyalarının “Alış” aktı Şahid2 götürülmüşdür. Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs adında bir nəfər ona yaxınlaşıb ailə üzvlərinə məxsus qızıl-zinyət əşyalarını maddi ehtiyac üzündən satmaq istədiyini dedikdə Təqsirləndirilən şəxs həmin qızıl zinyət əşyalarını göstərməsini xahiş etmiş, Təqsirləndirilən şəxs cibindən bir ədəd qadın üzüyünü və 02 ədəd qolbağı çıxarıb ona təqdim etmiş, həmin qızıl-zinyət əşyalarını yoxlayıb həqiqətən də qızıldan olduğunu dəqiqləşdirdikdən sonra həmin qızıl-zinyət əşyalarını elektron tərəzidə çəkmiş və bir ədəd 583 əyyarlı qızıldan olan qadın üzüyünün çəkisinin 15,8 qram və 02 ədəd 375 ǝyyarlı qızıldan olan qadın qolbağının ümumi çəkisinin 8,3 qram olduğunu görüb 01 ədəd qadın qızıl üzüyünü və 02 ədəd qadın qolbağını 1300 manata alacağımı Təqsirləndirilən şəxs dedikdə Təqsirləndirilən şəxs onu bu təklifi ilə razılaşmış, 31 iyul 2023- cü il tarixdə o, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları və şəxsiyyət vəsiqəsini seriya və nömrəsini, mobil telefon nömrəsini, bundan başqa qızıl-zinyət əşyalarının adı, əyyarları, çəkiləri və alış qiyməti barədə məlumatları “Alış” aktında yazmış və həmin “Alış” aktı Təqsirləndirilən şəxs, həmçinin onun tərəfindən təsdiq edilmişdir. Təqsirləndirilən şəxs almış olduğu bir adǝd 583 ǝyyarlı qızıldan olan 15,8 qram çəkidə qadın üzüyünü və 02 ədəd 375 əyyarlı qızıldan olan 8,3 qram çəkidə qadın qolbağını işlədiyi mağazanın tanımadığı və şəxsiyyətləri barədə onda məlumat olmayan müştərilərinə satmışdır. (Cild İ, i.v. 103-104) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, X13 küçəsi 7 ünvanında yerləşən “Təzə Pir” məscidinin kişilər üçün nəzərdə tutulmuş hissəsidir. (Cild İ, i.v. 122-125) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, X13 küçəsi 7 ünvanında yerləşən “Təzə Pir” məscidinin kişilər və qadınlar üçün nəzərdə tutulmuş namaz otağıdır. (Cild İ, i.v. 122-125) “DVD disklərin götürülməsi və baxış keçirilməsi haqqında” 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 7 ünvanında yerləşən “Təzə Pir” məscidində baş vermiş oğurluq cinayət hadisəsinin və həmçinin oğurluq edən şəxsin videogörüntüləri olan 02 ədəd “DVD” disk tərəfimdən götürlümüş və həmin 02 ədəd “DVD” diskə zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs ayrı-ayrılıqda işitrakları ilə baxış aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs 30 iyun 2023-cü il və 29 iyul 2023-cü il tarixlərdə Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 7 ünvanında yerləşən “Təzə Pir” məscidində oğurluq etmə faktları bir daha öz təsdiqini tapmışdır. (Cild İ, i.v. 208-217) “İfadənin yerində yoxlanılması haqqında” 11 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və Təqsirləndirilən şəxs ifadəsində 30 iyun 2023-cü il, 29 iyul 2023-cü il, 09 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 7 ünvanında yerləşən “Təzə Pir” məscidində oğurluq etməsini bir daha təsdiq etmişdir. (Cild İ, i.v. 246-254) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 12 sentyabr 2023-cü il tаriхli 5852 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild İİ, i.v. 9- 10) “Dövlət rüsumu haqqında” qanunundan çıxarışdan görünür ki, dövlət rüsumu 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün müxtəlif seriya 1500 manat müəyyən edilmişdir. (Cild İİ, i.v. 243) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanının qarşısıdır. (Cild İİ, i.v. 244-247) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev 236 ünvanıdır. (Cild İİİ, i.v. 61-63) “Götürmə aparılması haqqında” 13 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 9 ünvanın həyətyanı sahəsindən oğurladığı 04 litr tutumlu, mis materialdan olan odun samovarı ünvan 15 ünvanda yerləşən mağazada Şahid1 götürülmüşdür. (Cild İİİ, i.v. 76-77) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tаriхli 9/1886 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd təxminən 04 litr tutumu olan, mis materialından olan, odun samovarının istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 140.00 manat müəyyən edilmişdir. (Cild İİİ, i.v. 83-85) “Mülki iddiaçı qismində tanınma barədə” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 İman oğlu mülki iddiaçı qismində tanınmışdır. (Cild İİİ, i.v. 116-117) “DVD diskin götürülməsi və baxış aparılması haqqında” 28 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 9 ünvanın həyətyanı sahəsindən oğurlamış olduğu 04 litr tutumlu, mis materialdan olan odun samovarını satmışdır. (Cild İİİ, i.v. 126-127) “DVD disklərə baxış aparılması haqqında” 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2023-cü il və 29 iyul 2023-cü il tarixlərdə Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 7 ünvanında yerləşən “Təzə Pir” məscidində oğurluq etmə faktları bir daha öz təsdiqini tapmışdır. (Cild İİİ, i.v. 148-156) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN Baş X15 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Toyota Prado” markalı nəqliyyat vasitəsinə xx.xx.2010-cu il tarixdə **-HN-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Nəcəf-zadə Yunus Nəcəf oğlunun adına rəsmiləşdirilmişdir. Eyni zamanda **-HN-*** dövlət qeydiyyat nişanları oğurlandığı üçün xx.xx.2023-cü il tarixdə “Toyota Prado” markalı nəqliyyat vasitəsinə BDYPİ Qİİ-nin 31316/1-176676/2023 nömrəli itmə arayışı əsasında vətəndaş Nəcəf-zadənin adında qeydiyyatda qalmaqla yeni **-HN-*** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur. (Cild İİİ, i.v. 159) 20 fevral 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 Elman qızı ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. (Cild İİİ, i.v. 163-165) “İfadənin yerində yoxlanılması haqqında” 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və Təqsirləndirilən şəxs ifadəsində 05 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixə keçən gecə ünvan 5 ünvanında küçədə evin qarşısında dayanmış “Toyota Prado” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa qeydiyyat nişanını oğurladığını bir daha təsdiq etmişdir. (Cild İİİ, i.v. 166-169) “Sübutların qiymətləndirilməsi haqqında” 20 fevral 2024-cü il tarixi qərardan görünür ki, 10 avqust 2023-cü il tarixdə zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs3 götürülmüş Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 7 ünvanında yerləşən “Təzə Pir” məscidində baş vermiş oğurluq cinayət hadisəinin və həmçinin oğurluq edən şəxsin videogörüntüləri olan 02 ədəd “DVD” disk cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş və 02 ədəd “DVD” diskin iş materialların əlavə edilmişdir. 12 oktyabr 2023-cü il tarixdə Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Zaur Qüdrətov tərəfindən ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2 A ünvanında yerləşən “Gənclik” qızıl-alqı satqı mazasında işləyən Şahid2 götürülmüş 31 iyul 2023-cü il tarixli “Alış” aktı cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Şahid1 götürülmüş Təqsirləndirilən şəxs 08 mart 2023cü il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 9 ünvanın həyətyanı sahəsindən oğurlamış olduğu 04 litr tutumlu, mis materialdan olan odun samovarın alqı-satıqı prosesinin qeydə alındığı videgörüntü olan 01 ədəd “DVD” disk cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş və 01 ədəd “DVD” diskin iş materialların əlavə edilmişdir. (Cild İİİ, i.v.170- 203) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-1516/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 02 (iki) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati həbs müddətinin əvvəli 13 mart 2023-cü il tarixdən saat 18:45-dən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnzibati X6 Mərkəzinin 24 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə DİN-ə bilavasitə tabe olan İnzibati X6 Mərkəzinə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə Mərkəzdən azad edilmişdir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3 maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Narkotik vasitə istifadəçisi olduğu və həmçinin işi olmadığı üçün pul əldə etmək məqsədi ilə əvvəllər yaşadığı ərazidə yerləşən “Təzə Pir” məscidindəki ianələrin toplandığı qutulardan oğurluq etmək qərarına gəlmişdir. Əvvəllər bir neçə dəfə “Təzə Pir” məscidinə gedib ianələrin toplandığı qutuların məhz məsciddə harada olmasını, qutuların hansı materialdan olması, onlardan hansı üsulla pul çıxarılmasının mümkün olmasını dəqiqləşdirmiş və belə nəticəyə gəlmişdir ki, həmin qutulara pul atılması üçün nəzərdə tutulan dəlikdən dəmir məftil vasitəsi ilə, dartma üsülu ilə pul çıxarmaq mümkündür. Bu məqsədlə 30 iyun 2023-cü il tarixdə saat 05:30 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Təzə Pir” məscidinə getmiş, məscidin qapısı həmişəki kimi açıq olduğundan əvvəlcədən planlaşdırdığı üçün ianə qutusunun dəliyinin ölçülərinə uyğun metal məftil hazırlayıb üç hissəsini əyərək özü ilə götürmüşdür ki, onun vasitəsi ilə ianə qutusunun dəliyindən pulları dartıb çıxara bilsin. Məscidin giriş qapısından sol tərəfdə olan metaldan dəmir ianə qutusunu götürüb başı üstdə çevirmiş və qutudakı bütün pullar aşağı doğru tökülmüşdür. Qutunun dəliyindən pullar göründüyü üçün əlindəki məftilin köməkliyi ilə qutudan 1, 5, 10 və 20 manatlıq əskinaslar olmaqla cəmi 410 manat pulu təxminən 15 dəqiqə ərzində qutudan çıxarmış və qutuda yenə pul qalsa da lakin həmin pulları çıxarmamış və onu kiminsə görəcəyindən ehtiyat edib dərhal məsciddən çıxıb yaşadığı Binəqədi rayonunun ərazisinə getmişdir. Əldə etdiyi pul vəsaitlərini borclu olduğu şəxslərə vermiş, həmçinin hazırda xatırlamadığı şəxsdən, xatırlamadığı yerdə narkotik vasitə alaraq istifadə etmişdir. Bu hadisənin üstündən təxminən 1 ay müddət keçsə də onun bu əməli törətməyindən heç kimin şübhələnmədiyini görüb yenidən həmin məsciddən eyni üsulla oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 29 iyul 2023-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Təzə Pir” məscidinə getmişdir. Məscidin qapısı həmişəki kimi açıq olduğundan yenə də əvvəlcədən planlaşdırdığı kimi ianə qutusunun dəliyinin ölçülərinə uyğun metal məftil hazırlayıb uc hissəsini əyərək özü ilə götürmüşdir ki, onun vasitəsi ilə ianə qutusunun dəliyindən pulları dartıb çıxara bilsin. Məscidin giriş qapısından sol tərəfdə olan metaldan dəmir ianə qutusunu götürüb başı üstdə çevirmiş və qutudakı bütün pullar aşağı doğru tökülmüşdür. Qutunun dəliyindən pullar göründüyündən o, əlindəki məftilin köməkliyi ilə qutudan 1, 5 və 10 manatlıq əskinaslar olmaqla cəmi 210 manat pulu təxminən 10 dəqiqə ərzində qutudan çıxarmışdır. Bundan sonra giriş qapısı ilə üzbəüz, qadınların namaz qılması üçün nəzərdə tutulan otağa arakəsmədən istifadə edərək daxil olub həmin otaqda olan metal ianə qutusunu başı üstdə çevirmiş və eyni üsulla qutunun içərisindən 1, 5 və 10 manatlıq əskinaslar olmaqla cəmi 70 manat pulu təxminən 5 dəqiqə ərzində qutudan çıxarmış, qutuda yenə pul qalsa da lakin həmin pulları çıxarmamış və onu kiminsə görəcəyindən ehtiyat edib dərhal məsciddən uzaqlaşmışdır. Əldə etdiyi pul vəsaitlərinin bir hissəsini borclu olduğu şəxslərə vermiş, həmçinin hazırda xatırlamadığı şəxsdən xatırlamadığı yerdə narkotik vasitə alaraq istifadə etmişdir. Onun oğurluq əməllərimdən heç kimin şübhələnmədiyini görüb həmçinin “Məhərrəm” ayı olduğunu, bu ayda ianələrin daha çox olacağını düşünüb yenidən həmin məsciddən eyni üsulla oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 08 avqust 2023-cü il tarixdən 09 avqust 2023-cü il tarixə keçən gecə saat 04:30 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Təzə Pir” məscidinə getmişdir. Məscidin qapısı bağlı olduğu üçün yan pəncərələrini itələmiş və bir neçəsinin bağlı olduğunu görüb pəncərələrdən birini möhkəm itələmişdir ki, aça bilsin. Hazırda xatırlamadığı pəncərəni itələyib arxadan cəftəsini sındırmış, yenə də əvvəlcədən planlaşdırdığı kimi ianə qutusunun dəliyinin ölçülərinə uyğun metal məftil hazırlayıb üç hissəsini əyərək özü ilə götürmüşdür ki, onun vasitəsi ilə ianə qutusunun dəliyindən pulları dartıb çıxara bilsin. Məscidin giriş qapısından sol tərəfdə olan metaldan dəmir ianə qutusunu götürüb başı üstdə çevirmiş və qutuda düşündüyü kimi çoxlu sayda pul olduğunu hiss etmişdir. Qutudakı bütün pullar aşağı doğru töküldüyündən qutunun dəliyindən pullar görünmüşdür. O, əlindəki məftilin köməkliyi ilə qutudan 1, 5 və 10 manatlıq əskinaslar olmaqla cəmi 40 manat pulu qutudan çıxarmışdır. Bundan sonra giriş qapısı ilə üzbəüz, qadınların namaz qılması üçün nəzərdə tutulan otağa arakəsmədən istifadə edərək daxil olub həmin otaqda olan metal ianə qutusunu başı üstdə çevirmiş və həmin qutunun da içərisində çoxlu pul olduğunu hiss etmiş, eyni üsulla qutunun içərisindən 1, 5, 10 və 20 manatlıq əskinaslar olmaqla cəmi 110 manat pulu təxminən 30 dəqiqə ərzində qutudan çıxarmışdır. Hər iki qutuda pul qalsa da lakin həmin pulları çıxarmamış və onu kiminsə görəcəyindən ehtiyat edib dərhal məsciddən uzaqlaşmışdır. Oğurladığı pullardan borclarını qaytarmağa sərf etmiş, həmçinin Bakı şəhərinin müxtəlif yerlərində yemək yeyib, əyləncə yerlərində pulu xərcləmişdir. Bakı şəhərinin Binəqədi və Yasamal rayonları ərazisində oğurluq cinayətləri də törətmişdir. Belə ki, 08 mart 2023-cü il tarixdə saat 15:05də ünvan 1 ünvanında yerləşən evin həyət qapısının açıq olduğunu görüb həyətə daxil olmuş, onu heç kəsin görmədiyinə əmin olduqdan sonra həyətin giriş qapısının yaxınlığından bir ədəd samovarı götürmüş və ünvan 7 ünvanda yerləşən beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki qab-qacaqların satıldığı mağazada satmışdır. Samovarı ondan alan şəxs alqı-satqı prosesini mobil telefonunun videokamerası ilə çəkmiş və o, həmin vaxt öz xətti ilə qəbz yazmışdır ki, samovar ona məxsusdur və ehtiyacı üzündən satır. Samovarı ondan alan şəxs samovarın oğurluq olduğunu bilməmişdir. 05 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixə keçən gecə saat 04 radələrində ünvan 8 ünvanından keçən zaman küçədə “Toyota Prado” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibsiz dayandığını görüb avtomobilin dövlət qeydiyyat nişanını oğurlamaq qərarına gəlmişdir. Ətrafda onu heç kimin görmədiyinə əmin olduqdan sonra avtomobilin arxa hissəsində olan dövlət nömrə nişanının qeyd edildiyi dəmir löhvəni çıxarıb oradan uzaqlaşmışdır. Həmin nömrənin daha sonra lazımsız olduğunu görüb nömrəni xatırlamadığı ünvanda yerləşən zibilliyə atmışdır. Həmçinin 25 iyul 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.Bakıxanov küçəsində yerləşən 2 nömrəli bina evinin 2-ci girişinin qapısının açıq olduğunu görüb 2-ci girişə daxil olmuşdur. Girişdə heç kəsin olmadığını görüb su sayğacını oğurlamaq qərarına gəlmişdir. Birinci mərtəbə ilə ikinci mərtəbəyə qalxan pilləkənin sağ tərəfində divara bərkidilmiş su sayğacının saxlandığı qutunun qıfılını özündə olan vint açarı ilə açıb sonra qutudan su nasosunu açıb götürmüşdür. Çünki sus nasosunda bahalı latun metalı vardı və həmin metalı baha qiymətə satmaq olardı. Bir gün sonra isə su sayğacının latundan olan metal hissəsini saygacdan ayıra bilmədiyi üçün sayğacı xatırlamadığı zibillxanaya atmışdır. O cümlədən 2023-cü ilin iyul ayının sonlarında azadlıqda olduğu ərəfədə narkotik vasitəyə ehtiyyacı olduğuna görə pul axtarmış və bu məqsədlə oğurluq etməyə qərar vermişdir. Yaşadığı ərazini yaxşı tanıdığına görə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 40 ünvanında yerləşən evlərdən oğurluq etməyə qərar vermişdir. Beləliklə də 31 iyul 2023-cü il tarixində günorta saatlarında Binəqədi qəsəbəsində dalanlarla yaşayış evlərinə baxdıqda onun qarşısına iki mərtəbəli, kiçik həyətyani sahəsi olan fərdi tikili ev çıxmışdır. Həmin evin giriş qapısını döyüb özünü qonşu kimi təqdim etmək istəyib evdə kiminsə olub olmadığını yoxlamış, qapıya doğru yaxınlaşan olmadığını gördükdə əmin olmuşdur ki, evdə heç kəs yoxdur. Daha sonra hasarın alçaq olan hissəsinə çıxaraq evin həyətyanı sahəsinə düşmüşdür. Həyətyanı sahədə yaba tapıb evin birinci mərtəbəsinin plastik pəncərəsini açıb pəncərədən birinci mərtəbəsinə mətbəxə daxil olmuşdur. Birinci mərtəbədə mətbəxdən yataq otağına keçib orada axtarış edib iki ədəd pul kisəsinin içərisindən ümumilikdə 700 manata yaxın nağd pul və dolablarda yerləşən qızıl zinyət əşyaları tapmışdır. Oğurladığı pulları və qızılları əynində olan şalvarın ciblərinə qoyaraq evi tərk etmişdir. Həmin ərazidən çıxdıqdan sonra yoldan keçən nömrəsini və markasını xatırlamadığı taksi avtomobilinə əyləşərək “Gənclik” metrosunun yanında qızıl alqı satqısı mağazasına yanına gəlib şəxsiyyət vəsiqəsini təqdim edərək evdən oğurladığı bütün qızılları həmin mağazada 1300 manata satmışdır. Daha sonra növbəti günlərdə həmin pullarla müxtəlif vaxtlarda ərzaq malları əldə edib xərcləmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixə keçən gecə ünvan 5 ünvanında küçədə evin qarşısında saxlanılmış Nəcəf-zadə Yunus Nəcəf oğluna məxsus “Toyota Prado” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa qeydiyyat nişanını oğurlamaması, bundan əlavə 30 iyun 2023-cü il tarixdə Qafqaz Müsəlmanları İdarəsinin “Təzə Pir” məscidindən cəmi 120 manat, 29 iyul 2023-cü il tarixdə Qafqaz Müsəlmanları İdarəsinin “Təzə Pir” məscidindən cəmi 180 manat oğurlaması, bundan əlavə 31 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 Elman qızının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 40 ünvanında yerləşən evindən 600 manat nağd pul və cəmi 1300 manat dəyərində olan 09 ədəd qızın zinət əşyalarını oğurlaması barədə ifadəsinə tənqidi yanaşır və bunu özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə verilmiş ittihamdan 23 mart 2023-cü il və 26 aprel 2023-cü il tarixdə törədilmiş əməllər üzrə imtina etdiyini bildirib, cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə altı epizoddan iksindən imtina edilməsi barədə təklifini nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 23 mart 2023-cü il və 26 aprel 2023-cü il tarixlərdə edilmiş oğurluq əməlləri üzrə 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir, lakin o həmin tarixlərdə inzibati həbs olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunan şəxslərin saxlanma məntəqəsində olmuşdur. Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdən 13 may 2023-cü il tarixədək inzibati həbs olunduğu nəzərə alaraq ona qarşı irəli sürülmüş ittihamından 23 mart 2023-cü il və 26 aprel 2023-cü il tarixlərdə edilmiş oğurluq əməllərinin ona aidiyyəti olmaması səbəbindən xaric edilməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 mart 2023-cü il tarixdə saat 15:05 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətyanı sahəsinə açıq qapıdan qanunsuz olaraq daxil olub evin həyətindən 1500 manat dəyərində 04 litr tutumlu, mis materialdan olan 01 ədəd odun samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1500 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tаriхli 9/1886 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd təxminən 04 litr tutumu olan, mis materialından olan, odun samovarının istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 140.00 manat müəyyən edilmişdir. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus 01 ədəd samovarın qiymətinin 1500 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 17 mart 2023-cü il tаriхli 9/1886 saylı rəyində həmin samovarın qiymətinin 140 manat olması müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 01 ədəd samovarı oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 140 manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:10-da tutulmuşdur. (Cild İ, i.v. 166-167) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 4(004)- 596/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 avqust 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 244-245) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən, hökmdən və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış tələbnamədən göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 may 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 240 saat ictimai işlər təyin olunmuş və cəzasını tam çəkib qurtarmış hesab edilmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 01 oktyabr 2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2010-cu il tarixli qərarına əsasən Sabunçu rayon Məhkəməsinin 01 oktyabr 2010-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il azadlıqdan məhrum etmə cəzası dəyişdirirlərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 13 dekabr 2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin 18 sentyabr 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 13 iyun 2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin 07 may 2023-cü il tarixli “Amnsitiya” Qərarının 3-cü bəndi tətbiq edilməkləı çəkilməmiş 01 il 04 ay 09 gün cəzası 06 ay azaldılmaqla qəti olaraq 01 il 09 ay cəza saxlanılmış və 15 mart 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2, 180.2.2, 180.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilib Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, Azərbaycan Respublikası CMnin 66.3-cü maddəsinə əsasən 07 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin cəza Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 07 il azadlıqdan məhrum etmə cəzası toplanılaraq qəti olaraq 08 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 06 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş və 23 may 2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. (Cild İİ, i.v. 17-20) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 21 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.04,2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2, 180.2.4 və 326.2- ci maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş və Nizami Rayon Məhkəməsinin 7(007)-9/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 13 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.1989-cu il tarixdə ünvan 17 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs cəzası sona çatdığı üçün üzərində nəzarət dayandırılmış və xx.xx.2023-cü il tarixdə müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 71.5-ci Şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qərarı ilə təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 23 may 2023-cü il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 08 noyabr 2017ci il tarixli qərar üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CMnin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməlini vaxtından əvvəl şərti azad edildiyi dövrdə törətdiyindən onun barəsində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən tətbiq edilmiş 04 (dörd) ay 13 (on üç) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı qərar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilməli və ona həmin Məcəlləni 67.1-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Onlar barışmışlar.Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən birinə dəymiş zərərin ödənilməsini və onunla barışmasını, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut 01 ədəd odun somavarı qanuni sahibi Zərərçəkmiş şəxs1 qаytаrılması nəzərə alınmalı, 03 ədəd CD disk cinаyət işinin mаtеriаllаrındа saxlanılmalıdır. İş üzrə təyin edilmiş ekspertizalarının üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs5 İman oğlu tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə iclasıda Təqsirləndirilən şəxs olunun Zərərçəkmiş şəxs5 İman oğluna məxsus mənzildən oğurluq etməsi sübuta yetirilməyərək ittihamdan xaric edilmiş və bu səbəbdən məhkəmə hesab edilr ki, Zərərçəkmiş şəxs5 İman oğlu oğlu tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia rədd edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(007)-9/2023 nömrəli qərarı ilə müəyyən edilmiş 04 (dörd) ay 13 (on üç) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı qərarı ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(007)-9/2023 nömrəli qərarı ilə 04 (dörd) ay 13 (on üç) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilməsi hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 10 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd odun somavarı qanuni sahibi Zərərçəkmiş şəxs1 qаytаrılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə verilmiş ittihamdan xaric olunmuş 23 mart 2023-cü il və 26 aprel 2023-cü il tarixdə törədilmiş əməllər kimin tərəfindən törədilməsinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə Zərərçəkmiş şəxs5 İman oğlu tərəfindən verilmiş mülki iddia rədd edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar