Məhkəmə qərarları › İş №1(004)-282/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-282/2021

01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-282/2021 01.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşaqları olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 178.2.2-ci maddələri ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3ayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq təkrar oğurluq etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 fevral 2021-ci il tarixdə saat 22:45-də Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsində yerləşən 11 E saylı binanın 9-cu mərtəbəsinin pilləkən meydançasında nark edilmiş Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) ədəd 800 manat dəyərində “TRİNX M1000” markalı, 26 ölçülü, dəyişən sürətli, tam komplektli, göy-qara rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 800 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 fevral 2021-ci il tarixdə saat 22:30-da Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsində yerləşən 12 saylı binanın 10-cu mərtəbəsinin pilləkən meydançasında park edilmiş Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd 350 manat dəyərində “Saft” markalı, 26 ölçülü, dəyişən sürətli, tam komplektli, yaşıl-qara rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 350 manat məbləğində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 30 mart 2021-ci il tarixdə saat 04:00 radələrində ünvan 4 ünvanı qarşısında tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncuya məxsus üzərində 10 manat dəyərində sim nömrəsi olan 01 ədəd 734 manat dəyərində “Huawei P30 Lite” markalı mobil telefonu qardaşı ilə danışıb qaytaracağına dair Zərərçəkmiş şəxs1 yalan vəd verib inandırmaqla sonuncudan götürərək guya yaxınlıqda yerləşən yaşayış binasında onu gözləyən şəxslə görüşüb Zərərçəkmiş şəxs1 yanına qayıdacağını bildirməklə sonuncunu aldadaraq həmin binaya daxil olub oradan gizli şəkildə uzaqlaşmaqla mobil telefonu ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 744 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 178.2.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 fevral 2021-ci il tarixdə saat 22:45-də Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsində yerləşən 11 E saylı binanın 9-cu mərtəbəsinin pilləkən meydançasında park edilmiş Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) ədəd 800 manat dəyərində “TRİNX M1000” markalı, 26 ölçülü, dəyişən sürətli, tam komplektli, göy-qara rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 800 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 fevral 2021-ci il tarixdə saat 22:30-da Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsində yerləşən 12 saylı binanın 10-cu mərtəbəsinin pilləkən meydançasında park edilmiş Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd 350 manat dəyərində “Saft” markalı, 26 ölçülü, dəyişən sürətli, tam komplektli, yaşıl-qara rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 350 manat məbləğində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Əliyev X13 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun və Sərxanın maddi vəziyyəti çətin olduğundan, oğurluq edib maddi gəlir əldə etmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdirlər. Sərxan ona D.Bünyadzadə küçəsində yerləşən yaşayış binalarının birində dəhlizdə velosiped gördüyünü və həmin velosipedi oğurlayıb satmağı təklif etmiş, razılaşdıqdan sonra birlikdə 21.02.2021-ci il tarixdə saat 22 radələrində həmin binanın 10-cu mərtəbəsinə liftlə qalxaraq həmin mərtəbənin dəhlizində saxlanılan 1 ədəd “Trinx” markalı velosipedi yerindən götürüb gəldikləri liftlə aşağı endirmişlər və binanı tərk etmişlər. Növbəti gün Sərxan həmin velosipedi yaşadığı binada yaşayan Rəşad adlı şəxsə 100 manat qiymətinə sataraq əldə etdiyi pulun bir hissəsini ona vermiş, o isə əldə etdiyi həmin pulu özünə xərcləmişdir. Bundan başqa, 31 mart 2021-ci il tarixdə gecə saat 04:00 radələrində o, Yasamal rayonu Ə.Əhmədov küçəsində olduğu zaman tanışı Raufun mağazadan çıxdığını görmüş və onunla görüşüb söhbət etmişdir. Söhbət zamanı o Raufa mobil telefonunun olmadığını bildirmiş və qardaşı ilə danışmaq üçün Raufdan telefonunu ona verməsini xahiş etmişdir. Rauf da ona etibar etdiyinə görə razılaşmış və özünə məxsus “Huavey” markalı mobil telefonu ona vermişdir. Bundan sonra o, qardaşına zəng edib danışmış, sonra isə başqa bir şəxsə zəng etmişdir. Raufa bir tanışının ona pul verəməsini bildirərək onun telefonun 15-20 dəqiqə onda qalmasını xahiş etmiş, sonra gətirib qaytaracağını bildirmişdir. Rauf isə etiraz etməmiş, lakin həmin yerə onunla birlikdə gedəcəyini bildirmişdir. O da etiraz etməmiş və onlar birlikdə “Ağ çiçəyim” şadlıq evinin yaxınlığına getmişlər, orada o Raufdan gözləməsini xahiş etmiş və yaxında olan binaya daxıl olmuşdur. Lakin o, həmin şəxslə görüşə bilməmiş və binadan çıxan zaman polis avtomobilinin gəldiyini görüb başqa istiqamətdə getmiş, çünki üzərində folqa var idi, ona görə polis əməkdaşlarının onu saxlayıb üstünü yoxlayacaqlarından ehtiyyat etmişdir. Lakin sonrdan həmin yerə qayıtdıqdan sonra Raufu orada görməmiş, növbəti gün Raufu iş yerində də tapa bilməmişdir. Maddi vəziyyəti pis olduğundan həmin telefonu satmaq qərarına gəlmiş, bu məqsədlə telefonu Memar Əcəmi m/s-nın yaxınlığında yerləşən mağazaların birində 60 manat qiymətə satmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməllərə görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, çox çətin vəziyyətdə yaşamasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, həm Elcanın həm də onun maddi vəziyyəti yaxşı olmadığından onlar oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt o, Yasamal rayonu D.Bünyadzadə küçəsində yerləşən 11E saylı binanın blokunda velosiped axtarmış, pilləkən meydançasında park edilmiş bır ədəd “Trınx” markalı velosiped tapmış və Elcana həmin velosipedi oğurlayıb satmağı təklif etmişdir. Onlar razılaşdıqdan sonra həmin velosipedi oğurlayıb, qonşuluqda kirayədə yaşayan Rəsad adlı şəxsə 100 manat qiymətinə satib pulu aralarında bölüşdürmüşdürlər. Bundan başqa yenidən velosiped axtarmağa başlamış, Yasamal rayonu D.Bünyadzadə küçəsində yerləşən 12 saylı binanın 10-cu mərtəbəsində pilləkan meydançasında park edilmiş bir ədəd “Saft” markalı velosiped tapmış, elcana bildirmiş və həmin velosipedi oğurlamaq qərarına gəlmişdirlər. Onlar 27.02.2021-ci il tarixdə saat 22.30 radələrində həmin velosipedi oradan götürmüşlər, eyni qaydada yəni lift vasitəsi ilə binadan aşağı endirmişlər və oradan uzaqlaşmışlar. Həmin velosipedi də o, Rəşad adlı şəxsə 50 manat qiymətə satmış, əldə etdikləri pulu Elcan ilə bölmüşlər, pulu özlərinə xərcləmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, çox çətin vəziyyətdə yaşamasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 5-6 ay bundan əvvəl o, 800 manat qiymətə “Trinx M1000 Black 26” markalı velosiped əldə etmiş, həmin velosipedi o, yaşadığı binanın 9-cu mərtəbəsinin dəhlizində, yaşadığı mənzilin qarşısında saxlamışdır. Velosipedi hər hansı bir kilidlə bağlamamış, sadəcə divara söykəmişdir. Sonuncu dəfə o, 21.02.2021-ci il tarixdə saat 19 radələrində işdən evə qayıdan zaman velosipedin yerində olduğunu görmüşdür. 22.02.2021-ci il tarixdə saat 10:00-da o evdən çıxıb işə getmək istədiyi zaman görmüşdür ki, velosiped yerində yoxdur. Oğlundan soruşanda sonuncu demişdir ki, velosipedi yerindən götürməmişdir. Ona görə də o, velosipedin oğurlandığını başa düşmüş və DİN-in 102 xidmətinə zəng edərək hadisə ilə bağlı məlumat vermişdir. Bundan sonra o yaşadığı binanın komendantı olan Sənan adlı şəxsə yaxınlaşaraq sonuncudan binada quraşdırılmış müşahidə kameralarının görüntülərini ona göstərməsini xahiş etmiş, sonuncu da etiraz etməyərək ona həmin görüntüləri göstərmişdir. Görüntülərə baxarkən ona məlum olmuşdur ki, iki nəfər naməlum şəxslər 21.02.2021-ci il tarixdə saat 22:40-da binaya daxil olaraq liftlə onun yaşadığı mərtəbəyə qalxmışlar, oradan ona məxsus 1 ədəd velosipedi oğurlayaraq gəldikləri yolla binanı tərk etmişlər. Həmin görüntüləri o, özünə məxsus mobil telefonun kamerası vasitəsi ilə qeyd edərək sonradan polis əməkdaşlarına təqdim etmişdir. Hadisə ilə bağlı məlumat verdikdən sonra polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər və o, 29-cu PŞ-nə ərizə ilə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs3 ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə barışdığını və onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ilin avqust ayında 350 manat qiymətinə 1 ədəd “Saft” markalı velosiped almış, həmin velosipedi o yaşadığı binanın 10-cu mərtəbəsində, yaşadığı mənzilin giriş qapısının qarşısında saxlamışdır. O, velosipedi hər zaman kilidləyirmiş, lakin oğurluqdan əvvəl velosiped kilidlənməmişdir. 02 mart 2021-ci il tarixdə o mənzildən çıxan zaman fikir vermişdir ki, velosiped yerində yoxdur. Həmin vaxt o oğlundan soruşmuş, oğlu velosipedi görmədiyini bildirmişdir. Bundan sonra o gedib binanın komendantından xahiş etmişdir kı, ona binanın müşahidə kameralarının görüntülərini göstərsin, komendant da razılaşmışdır. O, son bir neçə gün ərzində qeydə alınmış kamera görüntülərinə baxmış və görmüşdür ki, 27.02.2021-ci il tarixdə saat 22:30 radələrində iki nəfər naməlum şəxslər ona məxsus velosipedi yerindən götürüb aparıblar. O,102 xidmətinə hadisə barədə məlumat vermişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə barışdığını və onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə notarial ərizə ünvanlayaraq, hazırda ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxs Əliyev X11 qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 30 mart 2021-ci il tarixdə saat 04:00 radələrində o ünvan 7 ünvanında yerləşən mağazadan siqaret aldığı zaman Elcan yaxınlaşıb onunla görüşmüş, onlar bir az durub söhbət etmişlər və söhbət əsnasında sonuncu ona bildirmişdir ki, qardaşı ilə danışmaq üçün mobil telefon lazımdır. O da özünə məxsus “Huawei P30 lite” markalı mobil telefonu çıxarıb Elcana vermişdir ki, sonuncu zəng edib danışsın. Elcan onun telefonu ilə zəng edib kimləsə danışmış, sonra ona bildirmişdir ki, yaxınlıqda yerləşən “Ağ çiçəyim” şadlıq evinin yanında bir nəfərlə görüşüb həmin şəxsdən pul götürməlidir, buna görə də həmin şəxslə əlaqə saxlamaq üçün telefonun 15-20 dəqiqəlik onda qalmasını xahiş etmişdir. O etiraz etməmiş, lakin həmin yerə Elcanla birlikdə gedəcəyini bildirmişdir. Elcan da razılaşmış və onlar həmin şadlıq evinin yanına getmişlər. Orada Elcan həmin şəxslə yenə danışmış, sonra ona bildirmişdir ki, qarşıdakı binaya daxil olaraq həmin şəxsdən pulu götürüb tez bir zamanda qayıdacaq, ondan bir neçə dəqiqə gözləməyini xahiş etmişdir. O da razılaşmış və şadlıq evinin qarşısında Elcanı gözləmişdir. Lakin bundan 15-20 dəqiqə keçməsinə baxmayaraq Elcan qayıtmırmış. Bundan sonra o, Elcanm girdiyi həmin binaya daxil olmuş, sonuncunu orada axtarmış, lakin tapa bilməmişdir. Telefonuna digər telefondan zəng etdikdə görmüşdür ki, nömrəsinə zəng çatmır. O başa düşmüşdür ki, Elcan onu aldadıb, buna görə də oradan çıxıb getmiş, səhər saatlarında isə 29-cu PŞ-nə gedərək Elcan barəsində şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayının təxminən ortalarında o özünə mobil telefon almaq üçün ünvan 5i rayonu 3-cü mikrorayon dairəsinə getmişdir. O, orada yerləşən adını xatırlamadığı telefon mağazalarının birinə daxil olmuş və vitrində olan işlənmiş mobil telefonlara baxarkən orada olan “Huawei P30 Lite” markalı mobil telefonu bəyənmiş, həmin telefonu almaq qərarına gəlmişdir. O, həmin mobil telefona görə 145 manat ödəyərək telefonu əldə etmişdir. Bundan sonra o, həmin telefona özünə məxsus ***-***-**-** saylı mobil nömrəni qoşmuşdur və həmin mobil telefonu təxminən 2-3 həftə müddətində istifadə etmişdir. Bundan sonra o, pula ehtiyacı olduğu üçün həmin mobil telefonu ünvan 5i rayonu S.Vurğun parkının yaxınlığında yerləşən adını xatırlamadığı mağazaların birində satmış, bunun müqabilində həmin mağazada ona 1 ədəd “Samsung A6” markalı mobil telefon və 40 manat nağd pul vermişdirlər. İş materiallarında olan 05 mart 2021-ci il tarixli “əşyanın götürülməsi və baxış keçirilməsi” haqqında protokoldan görünür ki, 1 ədəd “Trinx M1000” markalı velosiped və 1 ədəd “Saft” markalı velosiped X2 götürülmüş və həmin velosipedlərə baxış keçirilmiş və həmin velosipedlər əlamətlərinə görə iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiklərindən götürülmüşlər (cild 1, səh. 20). İş materiallarında olan 01 aprel 2021-ci il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı maddi sübut qismində götürülmüş 1 ədəd “Trinx M1000” markalı velosipedə Zərərçəkmiş şəxs3 iştirakı ilə baxış keçirilmiş və o, həmin velosipedi əlamətlərinə görə tanıyaraq özünə məxsus olduğunu bildirmişdir (cild 1, səh. 133). İş materiallarında olan 01 aprel 2021-ci il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı maddi sübut qismində götürülmüş 1 ədəd “Saft” markalı velosipedə Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilmiş və o, həmin velosipedi əlamətlərinə görə tanıyaraq özünə məxsus olduğunu bildirmişdir (cild 1, səh. 136). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, velosipedləri oğurlayan iki nəfər şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşdur. Həmin görüntülərdə onların 1 ədəd Trinx markalı və 1 ədəd “Saft” markalı velosipedləri oğurlayıb binadan çıxardıqları öz əksini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03.06.2021-ci il tarixli, 9/1983 saylı rəyi ilə təsdiq olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş velosipedlərin istifadədə olması və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla orta bazar qiyməti: 1 ədəd “Trinx M1000” markalı, 26 ölçülü, dəyişən sürətli, tam komplektli, göy-qara rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped - 400,0 manat; 1 ədəd “Saft” markalı, 26 ölçülü, dəyişən sürətli, tam komplektli, yaşıl-qara rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped - 180,0 manat müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir (cild 1, səh. 251-253). İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 18.06.2021-ci il tarixli qərardan görünür ki, maddi sübut kimi tanınmış 1 ədəd “Trinx M1000” markalı, 26 ölçülü, dəyişən sürətli, tam komplektli, göy-qara rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped və 1 ədəd “Saft” markalı, 26 ölçülü, dəyişən sürətli, tam komplektli, yaşıl-qara rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped məhkəməyədək saxlanılmaları üçün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Həmçinin iş üzrə madi sübut növü kimi tanınmış velosipedlərin oğurlanması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd disk cinayət işinə əlavə edilmişdir (cild 1, səh. 262-270). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, səh.182). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06.06.2013-cü il tarixli hökmə əsasən Azərbaycan Respublikası CM-nin 228.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 16.02.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, səh. 183-187). İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06.06.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 1, səh. 186-187). İş materiallarına əlavə olunmuş 05 mart 2021-ci il tarixli “şübhəli olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 mart 2021-ci il tarixində saat 20:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, səh. 48-49). İş materiallarına əlavə olunmuş 06 mart 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan təbdiri seçilərək saxlanıldığı Yasamal RPİ-nin MSYdən azad edilmişdir (cild 1, səh. 74-79). İş materiallarına əlavə olunmuş 17 mart 2021-ci il tarixli “şübhəli olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 17 mart 2021-ci il tarixində saat 17:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, səh. 98-99). İş materiallarına əlavə olunmuş 18 mart 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan təbdiri seçilərək saxlanıldığı Yasamal RPİ-nin MSYdən azad edilmişdir (cild 1, səh. 122-127). İş materiallarında olan 4(004)-281/2021 nömrəli 29.05.2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarının surətindən məlum olur ki, 29 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 27 may 2021-ci il tarixdən hesablanmaqla 01 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, səh. 233-237). İş materiallarında olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəmədə ərizə yazaraq onlara dəymiş ziyan tam ödənildiyini və onların təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayətlərinin olmadığını bildirmişdirlər. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin olmadığını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarılmış çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs1 himayəsində 22.03.2012-ci il təvəllüdlü X6, 01.06.2015-ci il təvəllüdlü X7 və 05.05.2017-ci il təvəllüdlü X4 adlı övladları vardır. İş materiallarında olan 01.10.2021-ci il tarixli, 4640 nömrəli "Kapital Bank” ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 anası X8 tərəfindən 187,00 manat məbləğində pul Maliyyə Nazirliyi - X1 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəmişdir. Məhkəmənin 01 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özlərinin etirafları, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, 01 ədəd DVD disk, ifadələrin yerində yoxlanması protokolları, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində üş azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 17 mart 2021-ci il tarixdən 18 mart 2021-ci il tarixədək tutulduğu, 27 may 2021-ci il tarixdən 01.10.2021-ci il tarixədək həbsdə olduğu 04 (dörd) ay 04 (dörd) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun 05 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşadığı Gəncə şəhəri Kəpəz rayonu N.Nərimanov prospekti döngə 8 ev 6 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs2 oğlunun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Trinx M1000” markalı, 26 ölçülü, dəyişən sürətli, tam komplektli, göy-qara rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped və 1 ədəd “Saft” markalı, 26 ölçülü, dəyişən sürətli, tam komplektli, yaşıl-qara rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, velosipedlərin oğurlanması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə- əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət nəfinə köçürülməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 və Müdafiəçi4 vəkil işlədikləri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 1(004)-282/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 44 (qırx dörd) iş saatına bərabər hesab edilərək, göstərilmiş 44 (qırx dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 44 (qırx dörd) iş saatına bərabər hesab edilərək, göstərilmiş 44 (qırx dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi4 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 17 mart 2021-ci il tarixdən 18 mart 2021-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət və 27 may 2021-ci il tarixdən 01.10.2021-ci il tarixədək həbsdə olduğu 04 (dörd) ay 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 08 (səkkiz) ay 10 (on) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Gəncə şəhəri Kəpəz rayonu N.Nərimanov prospekti döngə 8 ev 6 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 05 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 2 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Trinx M1000” markalı, 26 ölçülü, dəyişən sürətli, tam komplektli, göy-qara rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped və 1 ədəd “Saft” markalı, 26 ölçülü, dəyişən sürətli, tam komplektli, yaşıl-qara rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, velosipedlərin oğurlanması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məhkəmə- əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi4 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində, X3 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar