Məhkəmə qərarları › İş №1(004)-282/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-282/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-282/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsi yeni məhlələrdə yaşamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-407/2022 saylı 26 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı müddət çıxılmaqla üzərində qəti olaraq 1 il 11 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış (hazıradək 01 il 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətinə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmış), barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını çantasından gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri Yasamal rayonu Şamaxinka adlanan yerin yaxınlığında 114 saylı şəhərdaxili avtobusa sərnişin qismində minmiş və həmin avtobusda digər sərnişin Zərərçəkmiş şəxs2 çiynindən asdığı qara rəngli əl çantasının daxilində içərisində 355 manat pul olan kiçik ölçülü açıq çəhrayı rəngli parça materiallı 5 manat dəyərində pul kisəsini gizli yolla oğurlayıb həmin avtobusdan düşməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 qızna ümumilikdə 360 (üç yüz altmış) manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri Yasamal rayonu İnşaatçılar metroslansiyasınm yaxınlığında 96 saylı şəhərdaxili avtobusa sərnişin qismində minmiş və həmin avtobusda digər sərnişin Zərərçəkmiş şəxs1 çiynindən asdığı tünd göy rəngli əl çantasının daxilində içərisində 570 manat pul olan tünd qırmızı rəngli 5 manat dəyərində pul kisəsini gizli yolla oğurlayıb Bakı şəhəri Yasamal rayonu '‘Ağciyər dispenseri”nin yaxınlığında həmin avtobusdan düşməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 qızma ümumilikdə 575 (beş yüz yetmiş beş) manat maddi ziyan vurmuşdur. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Şamaxinka adlanan yerdə 114 saylı şəhərdaxili avtobusa minmişdir. Yanında dayanan təxminən 50 yaşlarında olan tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 əl çantasından pul qabını gizli yolla oğurlayıb növbəti dayanacaqda düşmüşdür. Düşdükdən sonra pul qabına baxmış və içərisində 355 manat pul görüb götürmüş, sonra baxmış və qiymətli əşya tapa bilməyib xatırlamadığı yerdə zibil qutusuna atmışdır. Pul qabında şəxsiyyət vəsiqəsi, market kalları var idi. Onlar onun üçün əhəmiyyətli olmadığından pul qabının içərisində xatırlamadığı zibil qutusuna atmışdır. Həmin pul qabı açıq çəhrayı rəngli, kiçik ölçülü, parça materialından idi. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində İnşaatçılar metrosunun yaxınlığında 96 saylı xətt şəhər daxili avtobusuna minmişdir.Həmin avtobusda yolda olarkən tanımadığı, adını sonradan bildiyi Kəmalə adlı qadının çantasında pul kisəsini görmüşdür. Həmin pul kisəsini götürmək üçün münbit şərait yarandığından ətrafa nəzər salıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra gizli olaraq həmin pul kisəsini götürmüş və dərhal avtobusdan düşmüşdür. Avtobusdan aralandıqdan sonra pul kisəsinə baxmış və görmüşdür ki, pul kisəsində 570 manat pul, bank kartları, şəxsiyyət vəsiqəsi vardır. Pulu götürmüş, yerdə qalan əşyaları isə pul kisəsi ilə birlikdə xatırlamadığı yerdə atmışdır. Çünki, oğurluq zamanı onun məqsədi pul və ya qiymətli əşyalar olmuşdur. Pulu götürdükdən sonra şəxsiyyət vəsiqələri, yaxud digər sənədləri götümək maraq dairəsi olmadığından pul qabları ilə birlikdə atmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ondan şikayətçi olmamasını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:15 radələrində yaşadığı evdən çıxıb 29 saylı avtobusla Bakı şəhəri 20 Yanvar dairəsinə gəlmişdir. Orada avtobusdan düşdükdən sonra 2 saat qızı X2 gözləmişdir. Sevinc gəldikdən sonra Sevinclə birlikdə Bakı şəhəri Şarnaxinka adlanan yerə piyada gəlib orada 114 saylı şəhərdaxili avtobusla Sulutəpə dairəsinə gəlib düşmüşdür. Həmin dayanacaqdan 157 saylı şəhərdaxili avtobusa əyləşib Sulutəpə qəsəbəsində yaşayan qaynı İlqarın evinə getmişlər.Həmin evdə əl çantasına baxanda məlum olmuşdur ki, içərisində 355 manat pulu, şəxsiyyət vəsiqəsi, nəvəsi X3 məxsus poliknika kartı, bir neçə market kartları və Bravo endirim kartı və bir neçə Mc Donalds kartı olan pul qabı oğurlanmışdırr. Qeyd edir ki, əşyası 114 saylı şəhərdaxili avtobusda olarkən oğurlanmışdır. Çünki, avtobus sıxlıq idi. Avtobusdan düşəndə yol pulu vermək istəyərkən görmüşdür ki, pul qabı oğurlanmışdır. Bul qabını 5 manata almışdır. Ona ümumilikdə 360 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi deyildir. Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir bu səbəbdən məhkəmə iclasları bir necə dəfə təxirə salınmışdır.Lakin Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək iclaslara gələ bilməməsinin səbəbi kimi övladının 1-cin qrup əlil olasını əsas gətirərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və məhkəmə iclaslarını onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs1 qızının ibtidai istintaq zamanı verdiyi ifadələrini əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində 96 saylı şəhərdaxili avtobusa minmişdir. Üzərində tünd göy rəngində qadın çantası, həmin çantanın içərisində tünd qırmızı rəngində pul kisəsi vardır. Pul kisəsinin içərisində 570 manat pul, ABB-a məxsus bank kartı, özünə, oğlu Babaşov Elşən Eldəniz oğlu və qızı Babaşova Ayşən Eldəniz qızına məxsus şəxsiyyət vəsiqələri olmuşdur. Yasamal rayonu “Ağciyər dispanseri" yaxınlığında avtobusdan düşmüşdür. Düşərkən çantasına baxmış və aşkar etmişdir ki, naməlum şəxs (şəxslər) tünd göy rəngində qadın çantanın içərisində tünd qırmızı rəngində pul kisəsini gizli yolla oğurlamaqla pul kisənin içərisində olan 570 manat pul, ABB-a məxsus bank kartı, özünə, oğlu Babaşov Elşən Eldəniz oğlu və qızı Babaşova Ayşən Eldəniz qızına məxsus şəxsiyyət vəsiqələrini ələ keçirmişdir. Oğurluq faktını aşkar edən kimi dərhal Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Pul qabını 5 manata almışdır. Ona ümumilikdə 575 manat maddi ziyan dəymişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 Yasamal rayonu “Ağciyər dispanseri" yaxınlığında avtobusdan düşdüyü yeri göstərir. Düşərkən çantasına baxmış və aşkar etmişdir ki, naməlum şəxs (şəxslər) tünd göy rəngində qadın çantanın içərisində tünd qırmızı rəngində pul kisəsini gizli yolla oğurlamaqla pul kisənin içərisində olan 570 manat pul, ABB-a məxsus bank kartı, özünə, oğlu Babaşov Elşən Eldəniz oğlu və qızı Babaşova Ayşən Eldəniz qızına məxsus şəxsiyyət vəsiqələrini ələ keçirmişdir (i/v 11-16). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 fevral 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 96 sayklı şəhər daxili avtobusda quraşdırılmış müşahidə kameralarından oğurluq hadisəsini əks etdirən görüntülər bir ədəd DVD diskdə götürülmüşdür (i/v 20-21). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 8 fevral 2023-cü il tarixli «şübhəli şəxsi tutma haqqında» qərardan və eyni adlı protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə olan cinayət işi üzrə sübhəli şəxs qismində tutulmuşdur (i/v 33, 42). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 4(004)-130/2023 saylı xx.xx.2023-cü ilı tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətində həbs qismində qətimkan tədbiri semilmişdir (i/v 75-76). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan və ona əlavə edilmiş DVDdiskdən görünür ki, Zərərçəkmiş şəxs2 bildirir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Şamaxinka adlanan yerə piyada gəlib orada 114 saylı şəhərdaxili avtobusla Sulutəpə dairəsinə gəlib düşmüşdür. Həmin dayanacaqdan 157 saylı şəhərdaxili avtobusa əyləşib Sulutəpə qəsəbəsində yaşayan qaynı İlqarın evinə getmişlər.Həmin evdə əl çantasına baxanda məlum olmuşdur ki, içərisində 355 manat pulu, şəxsiyyət vəsiqəsi, nəvəsi X3 məxsus poliknika kartı, bir neçə market kartları və Bravo endirim kartı və bir neçə Mc Donalds kartı olan pul qabı oğurlanmışdır (i/v 89-91). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 aprel 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı müddət çıxılmaqla onun üzərində qəti olaraq 1 il 11 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i/v 128-130). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-407/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı 3 ay 06 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabə tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılmışdır üzərində qəti olaraq 1 il 11 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i/v 132-139). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt Probasiya Şöbəsinin 11 aprel 2023-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın 03 ay 10 gününü çəkmiş, 01 il 08 ay 08 gün isə çəkilməmiş cəzasi qalmışdır (i/v 128-130). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2023-cü il tarixdə Yasamal RPİ-nin İŞ-in müstəntiqi polis mayoru X5 tərəfindən tərtib edilmiş “diskə baxış keçirilməsi” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs avtobusda sərnişin qismində Zərərçəkmiş şəxs1 qızna yaxınlaşaraq tünd qırmızı rəngli pul kisəsini gizli yolla oğurlayaraq avtobusu tərk edir (i/v 128-130). İş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs avtobusda sərnişin qismində hərəkət edən Zərərçəkmiş şəxs1 qızna yaxınlaşaraq tünd qırmızı rəngli pul kisəsini gizli yolla oğurlayaraq avtobusu tərk edir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, övladı birinci qrup əlil olduğu üçün (ona qulluq etdiyi üçün) məhkəmə iclaslarında iştirak edə bilmir, ona görə də məhkəmə iclaslarının onun iştirakı olmadan kemirilməsini xahiş edir. Eyni zamanda qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən ondan şikayətçidir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, lakin hazırda o, Təqsirləndirilən şəxs şikayətçi deyildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, oğurluq hadisəsinə dair video görüntünü özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (səh. 160-167). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri, “hadisə yerində baxış keçirilməsi haqqında” protokollar, video görüntü olan DVDdisk eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-407/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və AR CM-nin 69.3cü maddəsinə əsasən həbsdə saxlandığı 3 ay 06 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabə tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 1 il 11 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-407/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək onun üzərində qəti olaraq 1 il 11 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 1(004)-407/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və hazıradək çəkilməmiş 01 il 08 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 10 (on) ay 04 (dörd) gün gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış videogörüntü əlavə edilmiş disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə məhkəmə hesab edier ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-282/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 40 (qırx) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-407/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 10 (on) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti olaraq 2 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan bir ədəd DVD və bir ədəd CD-disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar