Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-283/2022 28.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Dəmirov Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X4 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2021-ci il tarixdə saat 18:43 dəqiqədə ünvan 3 ünvanda olarkən yolun kənarında yerləşən kənarı mişar daşları ilə hörülmüş torpaqlıq sahənin üzərində oturan alkoqol sərxoşluğu vəziyyətində olan Dəmirov Zərərçəkmiş şəxs yaxınlaşıb cibində olan pulları gizli olaraq talamaq məqsədi ilə onun başını qatmaq və fürsət yarandıqda cinayətkar niyyətlərini həyata keçirmək üçün söhbətləşən zaman oturaqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs Dəmirovun müvazinətini itirərək torpaqlıq sahəyə yıxılmasını görüb guya onu yıxıldığı yerdən qaldırmaq görüntüsü yaratmaqla Cabir Aslanov bir əli ilə qolundan tutmuş, digər əlini isə onun şalvarının cibinə salaraq F.Dəmirova məxsus 50 manat pulu gizli talayaraq ona ötürdükdən sonra həmin yerdən uzaqlaşmaq istədikdə Zərərçəkmiş şəxs Dəmirov pullarının gizli olaraq talandığını aşkar edərək buna əmin omaq üçün cibində olan pulları çıxarıb sayarkən həmin pulların bir qismi yerə səpələndikdə N.C.Aslanov cinayətkar əməllərini davam etdirərək F.Dəmirova məxsus yerə səpələnmiş pulların bir qismini, yəni 350 manatını sonuncunun gözü qarşısında götürmüş, Zərərçəkmiş şəxs Dəmirovun özünə məxsus cəmi 400 manat pulun talanmasını aşkar etməsinə, həmin pulları geri qaytarmaları ilə bağlı israrlı tələblərinə məhəl qoymayaraq qabaqcadan əlbir olduğu qrup üzvü Cabir Aslanovla birlikdə həmin yerdən uzaqlaşıb getməklə Dəmirov Zərərçəkmiş şəxs məxsus ümumilikdə 400 manat pulu açıq talamaqla soyğunçuluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il saat 18:30 radələrində Cabirlə birlikdə yolun kənarında dayanıb söhbət edərkən, Zərərçəkmiş şəxs Dəmirovun səndələyə səndələyə sərxoş vəziyyətdə, siqaret aldıqdan sonra onlara yaxınlaşmış, bir az söhbət etmişdir. Söhbət zamanı onlara avtomobilinin akkumlyatorunun oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs Dəmirov sərxoş olduğundan bardürün üstündə oturduğu yerdə söhbət zamanı ləngərləyə-ləngərləyə, əl-qol hərəkətləri ilə danışmış, birdən oturduğu yerdə arxası üstə yıxılarkən Cabir onun yıxılmasının qarşısını almaq üçün Zərərçəkmiş şəxs bədənindən və qolundan yapışmışdır. Eyni vaxtda həmçinin gizli olaraq əlini F.Dəmirovun cibinə salaraq oradan pul çıxarıb arxasına ona tərəf uzatmışdır. O, Cabir Aslanovun əlindən pulu götürüb oradan qaçıb həmin yerdən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs qarşı heç bır zorakı hərəkət törətməmişlər. Ələ keçirdiyi pulu saydıqda 50 manat pul olduğunu görmüşdür. Hal-hazırda vurulmuş ziyandan onun payına düşən hissəsini yəni iki yüz manat pulu zərərçəkmişə ödəmişdir. Törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödədiyini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Dəmirov Zərərçəkmiş şəxs bildirmişdir ki, 16 sentyabr 2021- ci il tarixdə evə qayıtmaq istəyərkən yaşadığı Yasamal rayonu A.M.Şərilzaqdə küçəsi 80 saylı evin yaxınlığında C.Aslanov və Təqsirləndirilən şəxs dayandığını görərək qonşu olmalarını güman edərək onlara yaxınlaşmış və söhbət etmişdir. Həmin vaxt onlara idarə etdiyi Mazda 323 markalı 10- MB426 dövlət qeydiyyat nişanlı avtomobilinin akkumlyatorunun 15 avqust 2021-ci il tarixdə oğurlanmasını aşkar etdiyini bildirmişdir. Həmin şəxslər avtomobilin akkumlyatorunu kim tərəlindən oğurlanmasını bilmədiklərini qeyd etmişlər. Sərxoş olduğundan bardürün üstündə oturduğu yerdə heç bir kənar müdaxilə olmadan arxası üstə yıxılmışdır. C.Aslanov onun yıxılmağının qarşısını almaq üçün ondan yapışmış, eyni vaxtda həmçinin gizli olaraq əlini cibinə salaraq oradan pul çıxarıb arxasında dayanan Təqsirləndirilən şəxs uzatmış, Təqsirləndirilən şəxs pulu götürıib oradan qaçıb getmişdir. Cibindən pulunun oğurlanmasını bildikdə uzanıqlı vəziyyətdə əlini cibinə salaraq cibindən pullarını çıxarıb baxmaq istəyəndə C.Aslanov ona köməklik edərək ayağa qaldırmışdır. Cibindən pulları çıxararkən pullarının bir hissəsi yerə səpələnmişdir Həmin vaxt C.Aslanov yerə səpələnən pullardan və əlindəki pullardan götürmüşdür. C.Aslanovu saxlayıb pulunu geri almaq istədikdə əlindən çıxıb qaçıb getmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, iş üzrə zərərçəkmiş qismində dindirilmiş Dəmirov Zərərçəkmiş şəxs tanımaya təqdim olunmuş hadisəyə heç bir aidiyyəti olmayan şəxslərin arasından Təqsirləndirilən şəxs tanıyaraq xx.xx.2021-ci il tarixdə saat 18-19 radələrində ünvan 4 ünvanın yaxınlığında ona qarşı soyğunçuluq edən digər kişi cinsli şəxslə birlikdə onun 400 manat pulunu ələ keçirərək qaçıb getdiyi göstərmişdir (cild 1, səh. 78-79). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 2 nəfər, biri yaşlı, digəri isə cavan kişi cinsli şəxslərin yolun kənarında bardürün yaxınlığında ağacın altında dayanıb söhbət etmələri, daha sonra onlara kök bədən quruluşlu şəxsin yaxınlaşması, orada ağacın altında bardürün üstündə oturması, kök bədən qruluşlu şəxsin bardürün üstündə oturduğu yerdə söhbət zamanı ləngərləyələngərləyə, əl-qol hərəkətləri ilə danışarkən heç bir kənar müdaxilə olmadan saat 18:42:58-də arxası üstə yıxılması, yaşlı kişinin kök bədən quruluşlu şəxsin yıxılmasının qarşısını almaq üçün ondan yapışması, eyni vaxtda həmçinin gizli olaraq əlini kök bədən quruluşlu şəxsin cibinə salaraq oradan pul çıxarıb arxasında dayanan cavan kişiyə uzatması, cavan kişi pulu götürüb oradan qaçıb getməsi, kök bədən quruluşlu kişi cibindən pulunun oğurlanmasını bildikdə uzanıqlı vəziyyətdə əlini cibinə salaraq cibindən pullarını çıxarması, yaşlı kişi ona köməklik edərək ayağa qaldırması, kök bədən quruluşlu kişinin cibindən çıxararkən pullarının bir hissəsinin yerə səpələnməsi, həmin vaxt yaşlı kişi yerə səpələnən pullardan və əlindəki pullardan götürməsi, kök bədən quruluşlu kişi onu saxlamaq istədikdə əlindən çıxıb saat 18:43:37-də oradan qaçıb uzaqlaşması və videogörüntüdən itməsi və kök bədən quruluşlu kişi yerə səpələnən pullarını yığaraq cibinə qoyması müşahidə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 noyabr 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi” protokolundan görünür ki, ünvan 5 ünvanın yaxınlığında quraşdırılmış təhlükəsizlik kamerasının xx.xx.2021-ci il tarixdə qeydə aldığı soyğunçuluq hadisəsini özündə əks etdirən videogöriintü parçaları köçürülmüş 1 ədəd diskə Təqsirləndirilən şəxs iştirakı keçirilən baxış zamanı hadisənin özündə əks etdirən qeyd olunan videogörüntülərdə cavan kişi özü, yaşlı kişinin X4 və kök bədən quruluşlu kişinin isə Dəmirov Zərərçəkmiş şəxs olduğunu bildirmişdir (səh.162-163). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 dekabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ünvan 5 ünvanın yaxınlığında quraşdırılmış təhlükəsizlik kamerasının xx.xx.2021-ci il tarixdə qeydə aldığı soyğunçuluq hadisəsini özündə əks etdirən videogörüntü parçaları köçürülmüş elektron maqnit daşıyıcısı olan 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır (cild 1, səh. 191-202) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MT və PA Birliyinin Yasamal rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 1109 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiq olunur ki, Dəmirov Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədəni səthində hər hansı bir xəsarət izi aşkar olunmamışdır (cild 1, səh. 177-178). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, X1 Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144-2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadqdan məhrum etmə cəzasına məhkum edilməklə 3 il şərti sınaq müddəti tətbiq edillmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1.177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.3. 29, 177.2.1,29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadqdan məhrum etmə cəzasına məhkum edilmiş. xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir (cild 1, səh.138-140). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 sentyabr 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh. 40-42). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə MSY-dən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 129-131) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-84/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixdə Bakı şəhəri Yasamaıl Rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən daxil olmuş məktubdan görünür ki, 29 avqust 1984-cü ildə Ağdam şəhərində anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Yasamal RPİ-nin MSY-yə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 mart 2022-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş məktubundan görünür ki, 29 avqust 1984-cü ildə Ağdam şəhərində anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs Dəmirov Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 200 manat pul ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ifadələrin yerində yoxlanması protokolları, ekspert rəyi və işin digər materialları ilə, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, öz payına düşən ziyanı ödəməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, onunla barışmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.3. 29, 177.2.1,29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs kimi qiymətləndirilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 xx.xx.2021-ci il tarixdə həbsdə saxlanıldığı 1 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, maddi sübut kimi tanınan 01 ədəd CD-R markalı disk cinayət işinin materialında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədikləri “Allahverdiyev və partyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 1(004)-84/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Allahverdiyev və partyorları” Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi “Allahverdiyev və partyorları” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə həbsdə saxlanıldığı 1 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD-R markalı disk cinayət işinin materialında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi “Allahverdiyev və partyorları” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-283/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-283/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver