Məhkəmə qərarları › İş №1(004)-284/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-284/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-284/2022 07.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7 Təqsirləndirilən şəxsin müdafiəçisi: “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi, Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Nümayəndə Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 X4 təşkil olunan hərraclarda iştirak etməklə satışa çıxarılmış avtomobillərin alınaraq Azərbaycan Respublikasına gətirilməsini təşkil etmək imkanına malik olması barədə bilə- bilə həqiqətə uyğun olmayan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 “Hyundai Santafe” markalı avtomobilin hərrac yolu ilə alınıb Azərbaycan Respublikasına gətirilməsi məsələsində köməklik göstərməsi ilə bağlı ona müraciət etdikdə yalandan qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində sonuncuya məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq 07 iyul 2021-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 məxsus milli məzənnə ilə 11.390 (on bir min üç yüz doxsan ) manat təşkil edən 6700 ABŞ dolları pulu Zərərçəkmiş şəxs2 alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 X4 təşkil olunan hərraclarda iştirak etməklə satışa çıxarılmış avtomobillərin alınaraq Azərbaycan Respublikasına gətirilməsini təşkil etmək imkanına malik olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 “Hyundai Sonata” markalı avtomobilin hərrac yolu ilə alınıb Azərbaycan Respublikasına gətirilməsi məsələsində köməklik göstərməsi ilə bağlı ona müraciət etdikdə yalandan qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində sonuncuya məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 01 iyun 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 136 ünvanında yerləşən Dövlət Statiska Komitəsinin yaxınlığında Zərərçəkmiş şəxs1 məxsus milli məzənnə ilə 17000 (on yeddi min) manat təşkil edən 10.000 ABŞ dolları və 12 sentyabr 2021-ci il tarixdə həmin yerdə 8500 (səkkiz min beş yüz) manat olmaqla ümumilikdə 25.500 (iyirmi beş min ) manat pulu Zərərçəkmiş şəxs1 alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. O, avtomobillərin alışı və satışı ilə məşğul olduğunu həmçinin xarici ölkələrdən avtomobil gətirərək sasatışı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 Şahin adlı ortaq tanışlarınım vasitəsi ilə tanıdığını və 2021-ci ilin may ayında onunla Xızı rayonunda olan zaman İlhamın ona xaricdən avtomobil gətirmək istədiyini bildirdiyini və ona heç bir problem olmadığını, ürəyi istədiyi avtomobili xaricdən hərrac vasitəsi ilə oynayıb ölkəyə gətirə biləcəyini bildirmişdir.Bundan sonra təxminən 1 həftə sonra o, İlham ilə Bakı şəhərin Yasamal rayonu Statistika dairəsi adlanan yerdə görüşdüyünü və görüş zamanı İlhamın yenidən avtomobil istədiyi barədə dedikdə, internetdən tapdığı ABŞ-da olan qara rəngli Hyundai Sonata markalı avtomobili göstərdiyini bildirmidir. Həmin avtomobilin cüzi xərcləri olduğunu və alış qiymətinin 10.000 ABŞ dolları olan avtomobili göstərdiyini bildirmişdir. Onun göstərmiş olduğu avtomobili İlhamın bəyəndiyini və həmin avtomobili almağını xahiş etdiyini bildirmişdir. O,etiraz etmədiyini və avtomobili almaq barədə razılaşdığını bildirmişdir. Həmin görüşdən təxminən iki gün sonra o, İlham ilə yenidən eyni yerdə görüşdüyünü və ondan 10.000 ABŞ dolları pulu aldığını bildirmişdir. İlhamdan pulu aldıqdan sonra təxminən 2 ay ərzində avtomobilin gələcəyini bildirdiyini bundan sonra ABŞ-da yaşayan tanışı Musanın adma olan hesaba Rabitəbank vasitəsi ilə həmin pulu göndərdiyini bildirmişdir. Musa adlı şəxsin avtomobili alacağına söz versədə sonradan yəni 2021-ci ilin sentyabr ayında ona məlum olmuşdurki o, sözü gedən avtomobili almayıb və onu aldatdığını bildirmişdir. O, bu barədə İlhama heç nə demədiyini və onunla söhbət zamanı narahat olmamasını avtomobilin yaxın vaxtlarda gəlib çıxacağını bildirdiyini lakin özü özlüyündə avtomobilin olmadığını bildiyini bildirmişdir. Buna baxmayaraq, o, bir daha İlhamla görüşərək avtomobilin Gürcüstanın Respublikasının Poti limanına gəldiyini və oradan gömrük xərcləri üçün əlavə olaraq 7200 manat pul lazım olduğunu bildirdiyini və İlham ona etiraz etmədiyini təxminən bir gün sonra gəlib pulu ona Yasamal rayonu Statistika darisənin yaxınlığında verdiyini bildirmişdir. İlhamdan ikinci dəfə pulu almaqla fikirləşmişdir ki, gedib Gürcüstandan eyni avtomobil alaraq gətirib İlhama verər lakin almış olduğu həmin miqdarda pul ilə İlhama heç bir avtomobil tapa bilmədiyini və həmin pulu öz şəxsi məqsədləri üçün xərclədiyini bildirmişdir.O, həqiqətəndə İlhama avtomobil sifariş verib gətirmək istədiyini lakin ABŞ-da yaşayan Musa adlı şəxsin onu aldatdığını bildirmişdir.O.Musa adlı şəxsin anket məlumatlarını bilmədiyini amma Musanın vasitəsi ilə bir neçə dəfə avtomobil gətizdirdiyini bildirmişdir. O, Etibar Məmmədovu təxminən 2 ilə yaxındırki, tanıdığını. Onu, bir neçə il əvvəl qonaqlıqda olan zaman təsadüfən tanımasını bildirmişdir.Bundan sonra onunla münasibətinin yarandığını bildirmişdir.Etibar ondan hansı işlə məşğul olduğunu soruşduqda o,avtombillərin alış satışı ilə məşğul olduğunu, həmçinin xarici ölkələrdən avtombil gətizdirdib satdığını bildirmişdir. 2021- ci ilin iyul ayında Etibarla görüşən zaman xaricdən ucuz qiymətə avtomobil almaq istədiyini bildirdiyini və o, xaricdən ona münasib qiymətə avtomobil tapıb ona xəbər edəcəyini təxminən bir neçə gün sonra yenə görüşdükdə ABŞ internet səhifəsində 2011-ci il buraxılışlı qara rəngli Hyundai Santafe markalı avtomobilin münasib olduğunu göstərdiyini bildirmişdir. Etibar avtomobili bəyəndikdən sonra Etibarın avtomobili hərracdan gətizdirməyini xahiş etdiyini bildirmişdir. Etibar avtomobilin qiyməti barədə soruşduqda ona, ümumilikdə avtomobilin gömrük rüsumu olmadan Bakı şəhərinə 6700 ABŞ dollara (11390 manat) başa gələcəyini bildirdiyini və Etibarın onun təklifi ilə razılaşdığını bildirmişdir. Bir neçə gün sonra Etibara zəng vuraraq avtomobili hərracda keçirilən oyunla alacağını bildirdiyini əlavə olaraq Etibara bir daha bildirmişdir ki, avtomobili almağını istəyir yoxsa yox bu zaman Etibar ondan avtomobili almağını xahiş etdiyini bildirmişdir. Etibara avtomobil hərracdan udulduqdan təxminən 40-50 gün sonra Bakı şəhərinə gəlib çıxacağını və Etibarın bir daha onun təklifi ilə razılaşdığını bildirmişdir.xx.xx.2021-ci il tarixdə Etibarla əlaqə saxlayaraq avtomobilin pulunu istədiyini Etibarın onu yaşadığı Binəqədi rayonu, Ə.ünvan 4 ünvanın həyətinə dəvət etdiyini Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilə əyləşib 6700 ABŞ dolların ona verdiyini bildirmişdir. Həmin vaxtı Azərbaycan Respublikasında 1 ABŞ dollarının 1.70 manat ekvalentındə olduğunu bildirmişdir. O, pulu aldıqdan sonra Etibara narahat olmamasını gecə avtomobili hərracdan udacağını və 2 ay ərzində avtomobilin Bakı şəhərinə gələcəyinə bildirmişdir. Bundan sonra o, ABŞ-da yaşayan tanışı Musanın adına olan hesaba Rabitə bank vasitəsi ilə həmin pulu göndərdiyini və Musanın ona avtomobili alacağına söz versədə sonradan yəni 2021-ci ilin sentyabr ayında ona məlum olmuşdurki Musa sözü gedən avtomobili almayıb və onu aldadıb. O, bu barədə Etibara heçnə demədiyini və onunla söhbət zamanı narahat olmamasını avtomobil yaxın vaxtlarda gəlib çıxacağını bildirdiyini lakin özü özlüyündə avtomobilin olmadığını bildiyini bildirmişdir.Etibarın ondan artıq mütəmadi olaraq avtomobilin harada olmasın soruşduqda o, 2021-ci ilin sentyabr ayının ilk həftələrindən avtomobilin Gürcüstan Respublikasının Poti limanına gəldiyini və gömrük xərcləri, avtomobilin ölkəyə daşınması üçün ümumilikdə əlavə 8500 manat əlavə pulun lazım olduğunu bildirdiyini amma Etibar ona bildirmişdir ki, avtomobili gördükdən sonra qeyd olunan rüsmu Bakı şəhərində rəsmi qaydada ödəyəcəyini bildirmişdir.Artıq 2021-ci ilin sentyabr ayının son həftələrində Etibarın ona vermiş olduğu 6700 ABŞ dolların geri istəməyə başladığını və Etibarın onu aldadaraq 6700 ABŞ dolların ələ keçirilməsini anladığını bildirmişdir. Etibarın dəfələrlə onunla görüşmək istəsədə Etibarla görüşmədiyini və telefon nömrələri keçirdiyini bildirmişdir. O, həqiqətən də Etibara avtomobil sifariş verib gətizdirmək istəmişdir. Amma ABŞ-da yaşayan tanışı olan Musa adlı şəxsin onu aldatdığını bildirmişdir. O, Rabitəbank ASC-nin xx.xx.2022-ci il tarixli RB-02/996 nömrəli məktubu ilə tanış olduğunu bununla bağlı heç bir fikrinin olmadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ələ keçirmiş olduğu milli məzənnə ilə ümumilikdə 36.890 manat pullarla bağlı heç kim məlumat vermədiyini və ona bu işlərdə köməklik göstərən heç kim olmadığını bildirmişdir. Qardaşı Şahid2 isə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məlumat verdiyini bildirmişdir. Törətmiş olduğu əməlini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, ziyanı ödəmək istədiyini, lakin hazırda maddi imkanını olmadığını, gələcəkdə hissə hissə ödəyəcəyini, buna görə də yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki, tanıdığını və bir neçə il əvvəl Yasamal rayonu Statistika dairəsi yaxınlığında restoran işlədən zaman tanıdığını bildirmişdir. Tanışlıqlarıda həmin restoranda olduğunu sonradan onun həmin restoranı işlətmədiyini və oradan çıxdığını bildirmişdir. Buna baxmayaraq onunla mütəmadi olaraq görüşürdüklərini bildirmişdir. O, Cəmildən hansı işlə məşğul olduğunu soruşduqda o, atası Ədalət ilə birlikdə avtombillərin alış satışı ilə məşğul olduğunu, həmçinin xarici ölkələrdən avtombil gətirdib satdığını bildirmişdir.2021-ci ilin may ayında Cəmil ilə Xızı rayonunda olan zaman o, kürəkəni Orxana xaricdən nisbətən ucuz qiymətə avtomobil almaq istədiyini bildirdiyini bu zaman Cəmilin ona xaricdən münasib avtomobil tapıb m xəbər edəcəyini təxminən bir neçə gün sonra Cəmillə Yasamal rayonu Statistika dairəsi yaxınlığında görüşdüyünü görüş zamanı Cəmilin ona Amerika internet səhifəsindən 2017-ci il buraxılışlı qara rəngli Hyundai Sonata markalı avtomobilin münasib olduğunu göstərdiyini bildirmişdir.Həmin avtomobili kürəkəni Orxana göndərdiyini və avtomobili bəyəndikdən sonra Cəmilə avtomobili hərracdan udmasını xahiş etdiyini bildirmişdir. Həmçinin Cəmildən avtomobilin qiymətin və gömrük xərcləri barədə soruşduqda ümumilikdə avtomobilin 25500 manata başa gələcəyini bildirdiyini və bir müddət fikirləşdikdən sonra onunla razılaşdığını bildirmişdir.Bir neçə gün sonra Cəmilin ona zəng vuraraq avtomobili hərracda oynayacağını bildirib bir daha ondan razılığı olub olmadığını soruşduğunu bildirmişdir.Bundan sonra o, Cəmilin böyük qardaşı Cabirə zəng vurub Cəmilə pul verməyi barədə soruşduğunu və Cabirin ona bir neçə dəqiqə gözləməyini bildirdiyini təxminən 5 dəqiqə sonra Cabirin ona zəng vurub Cəmil ilə danışdığını, heç bir problem olmayacağım avtomobili hərracdan udulduqdan təxminən 40-50 gün sonra gəlib çıxacağını bildirdiyini bildirmişdir.Bundan sonra o, xx.xx.2021-ci il tarixdə saat təxminən 15 radəlrəində Cəmil ilə Bakı şəhəri Yasamal rayonu Statistika dairəsinin yaxınlığında “Cafe City” restoranının qarşısında görüşdüyünü və görüş zamanı ilkin olaraq Cəmilə avtomobili hərracdan udmaq üçün 10.000 ABŞ dolları pul verdiyini bildirmişdir.Təqsirləndirilən şəxs, pulu aldıqdan sonra ona narahat olmamağım gecə avtomobili hərracdan udacağım və 2 ay ərzində avtomobilin gələcəyinə onu inandırdığını bildirmişdir.Bundan sonra o, və kürəkəni Orxanın mütəmadi olaraq Cəmil ilə danışıb avtomobilin nə yerdə olması barədə maraqlandığını Cəmilin isə hər dəfə onlarla danışan zaman narahat olmamalarını təxminən 2 ay keçdikdən sonra Cəmil ilə əlaqə saxlayıb avtomobilin gəlib gəlmədiyini soruşduqda o, hava şəraiti ilə əlaqədar avtomobilin ləngidiyini bildirmişdir.2021-ci ilin sentyabr ayının əvvəllərində Cəmil ona zəng vuraraq avtomobilin Gürcüstan Respublikasının Poti limanına gəldiyini və gömrük xərcləri, avtomobilin ölkəyə daşınması üçün ümumilikdə 8500 manat pul lazım olduğunu bildirmişdir.O, etiraz etmədiyini və səhəri gün təxminən 12 sentyab 2021-ci il tarixdə Yasamal rayonu Statistika dairəsnin yaxınlığında Cəmil ilə görüşüb və 8500 manat pulu ona verdiyini bildirmişdir.Cəmil pulu aldıqdan sonra 3-5 gün ərizndə avtomobilin “Meyvəli” adlanan gömrük məntəqəsinə gələcəyini bildirdiyni və onunla razılaşdığını bildirmişdir.Bir neçə gün sonra Cəmilin ona zəng vuraraq avtomobilin artıq gömrükdə olduğunu bildirdiyini və kürəkəni Orxan ilə birlikdə gömrük postuna getdiyini lakin orada Cəmilin ona şəklini göstərmiş olduğu avtomobilin orada olmadığını aşkar etdiyini bildirmişdir.Bu barədə Cəmilə zəng vurub soruşduqda hal hazırda Xalqlar Dostluğunda olduğunu bir azdan zəng vuracağını bildirdiyini bundan sonra ona bir nəfər şəxs zəng vuraraq Cəmilin atası Ədalət olduğunu bildirdiyini bildirmişdir.Onunla danışıq zamanı bugiin sənədləşmənin yubandığını sabah həll olunacağını bildirdiyini ona vermiş olduğu cavabında Cəmilin ona göstərmiş olduğu avtomobilin gömrükdə olmadığını dedikdə o narahat olmamağım sabah məsələnin həll olunacağını bir daha bildirmişdir.Bundan sonra Cəmilə zəng vurub onu Yasamal rayonu Qələbə dairəsinin yaxınlığına çağırdığını hal hazırda gələ bilməyəcəyini bildirib telefonu söndürdüyünü bildirmişdir. Bundan sonra Cəmilin qardaşı Cabirə zəng vurub onunla söhbət etmək istədiyini və harada olduğunu soruşduğunu bildirmişdir. Cabirə Qələbə dairəsi yaxınlığında olduğunu bundan sonra Qələbə dairəsinə yaxın Karvan restoranının qarşısında Cabiri gözləyən zaman, Cabir qardaşı Cəmil, atası Ədalət bir nəfərdə tanımadığı şəxsin onun yanma gəldiklərini bildirmişdir.Bu zaman onun yanında kürəkəni Orxanın olduğunu bildirmişdir.Onlar yanına gəldikdən sonra Cəmil onu Amerikada olan tanışı Musa adlı şəxsin aldatdığını, bu səbəbdən avtomibilin gəlmədiyini bildirdiyini bundan sonra Cəmilin atası Ədalət və qardaşı Cabir onu yanlarında tənbeh etdiklərini bildirmişdir.Həmçinin onlar yaxın müddət ərzində pulu geri qaytaracaqlarını vəd etdiklərini lakin aradan bu qədər müddət keçməsinə baxmyaraq Cəmilin müxtəlif bəhanələrlə onu aldatdığını və pulunu geri qaytarmadığını bildirmişdir.Bundan sonra məcbur olub Cəmilin onu aldatması barədə polisə müraciət etmək qərarına gəldiyini bildirmişdir.Təqsirləndirilən şəxs ilkin olaraq avtomobili Amerikadan almaq üçün ondan 10000 ABŞ dolları sonradan isə avtomobilin gömrük xərcləri və daşınması üçün 8500 manat pul aldığını və ona ümumilikdə 25500 manat maddi ziyan vurduğunu bildirmişdir. Ona dəymiş maddi ziyanın ödənilmədiyini, ziyanını tələb etdiyini, mülki iddiasının təmmin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıdığını onu, bir neçə il əvvəl qonaqlıqda olan zaman təsadüfən tanıdığını bildirmişdir.Bundan sonra onunla mütəmadi olaraq görüşdüklərini ondan hansı işlə məşğul olduğunu soruşduqda o, atası Ədalət ilə birlikdə avtombilləri alış satışı ilə məşğul olduğunu, həmçinin xarici ölkələrdən avtombil gətirdib satdığını bildirdiyini 2021-ci ilin iyul ayında Cəmil ilə Bakı şəhərində restoranların birində oturan zaman xaricdən nisbətən ucuz qiymətə avtomobil almaq istədiyini bildirmişdir. Bu zaman Cəmil ona xaricdən münasib avtomobil tapıb ona xəbər edəcəyini bildirmiş təxminən bir neçə gün sonra o, Yasamal rayonu Statistika dairəsi yaxınlığında Cəmil ilə görüşdüyünü və görüş zamanı Cəmil ona Amerika internet səhifəsindən 2011-ci il buraxılışlı qara rəngli Hyundai Sonatafe markalı avtomobilin münasib olduğunu göstərdiyini və avtomobili bəyəndikdən sonra o, Cəmilə avtomobili hərracdan udmasını xahiş etdiyini bildirmişdir.Həmçinin Cəmildən avtomobilin qiyməti barədə soruşduqda o, ümumilikdə avtomobilin Bakı şəhərinə 6700 ABŞ dollara (11390 manat ) başa gələcəyini bildirdiyini və bir müddət fikirləşdikdən sonra onunla razılaşdığnı bildirmişdir.Bir neçə gün sonra Cəmilin ona zəng vuraraq avtomobili hərracda oynayacağını bildirib bir daha ondan razılığı olub olmadığını soruşduğunu və Cəmilə razı olduğunu bildirmişdir. Cəmil avtomobili hərracdan udulduqdan təxminən 40-50 gün sonra gəlib çıxacağını bildirmiş bundan sonra onun xx.xx.2021-ci il tarixdə saat təxminən 10 radələrində əlaqə saxlamışdırki avtomobilin pulun ona çatdırmaldır bunun üçündə o, onu yaşadığı Binəqədi rayonu, Ə.ünvan 4 ünvanın həyətinə Cəmili dəvət etdiyini bildirmişdir.Bir neçə saatdan sonra Cəmilin Mercedes markalı avtomobil ilə yaşadığı ünvanın həyətində olduğunu o, Cəmilə idarə etdiyi avtomobilin içərisində 6700 ABŞ dolların verdiyini pulu aldıqdan sonra narahat olmamağım gecə avtomobili hərracdan udacağını və 2 ay ərzində avtomobilin gələcəyinə onu inandırdığını bildirmişdir.Bundan sonra mütəmadi olaraq Cəmil ilə danışıb avtomobilin nə yerdə olması barədə maraqlandığını Cəmilin isə hər dəfə onunla danışan zaman narahat olmamağım bildirdiyini təxminən 2 ay keçdikdən sonra Cəmil ilə əlaqə saxlayıb avtomobilin gəlib gəlmədiyini soruşduqda o, hava şəraiti ilə əlaqədar avtomobilin ləngidiyini bildirmişdir.2021- ci ilin sentyabr ayının əvvəllərində Cəmilin ona zəng vuraraq avtomobilin Gürcüstan Respublikasının Poti limanına gəldiyim və gömrük xərcləri, avtomobilin ölkəyə daşınması üçün ümumilikdə 8500 manat pul lazım olduğunu bildirdiyini o, Cəmilə avtomobili gördükdən sonra qeyd etmiş olduğu rüsumu Bakı şəhərində rəsmi qaydada ödəyəcəyimi bildirmişdir.Bir neçə gün sonra Cəmilin ona zəng vuraraq avtomobilin artıq gömrükdə olduğunu həmçinin avtomobili gətirən TİR üçün 350 ABŞ dolları verməyini bildirmişdir.Hal-hazırda Gədəbəy rayonunda olduğunu ona görədə gələ bilməyəcəyini bildirmiş özündən 350 ABŞ dolları verməsini gələndə ona vermiş olduğu 350 ABŞ dolların qaytaracağını bildirmişdir.Artıq hiss etmişdik ki, Cəmil onun etibarından sui istifadə edərək ona vermiş olduğu 6700 ABŞ dolların (11390 manat ) ələ keçirib.Bundan sonra Cəmilə zəng vurub onu Nərimanov rayonu ərazisində çayxanaların birinə çağırdığını o, hal hazırda gələ bilməyəcəyini bildirib telefonu söndürdüyünü bildirmişdir.Bundan sonra Cəmilin qardaşı Cabir adlı şəxsə zəng vurub onunla görüşməsini xahiş etdiyini və harada olduğunu soruşduqda ona Nərimanov metrostansiyasının yaxınlığında olduğunu bildirmiş. Bundan sonra Cabir adlı şəxsin onun yanma gəldiyini Cəmilin etmiş olduğu hərəkətləri barədə ona danışdığını Cabir qardaşı Cəmilə cavabdeh olmadığını bildirmiş onu narahat etməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Amerikadan avtomobil almaq üçün ondan 6.700 ABŞ dollar pulunu aldığını və ona ümumilikdə 6.700 ABŞ dolları (11.390 manat) maddi ziyan vurduğunu bildirmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Ziyanını tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Pünhan oğlu ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin aprel may ayında özünə münasib qiymətə avtomobil almaq istədiyini bildirmişdir. Bu barədə qayınatası Zərərçəkmiş şəxs1 yanında söhbət edəndə Zərərçəkmiş şəxs1, ona Cəmil adlı tanışının olduğunu, həmin şəxsin avtomobillərin alışı və satışı ilə məşğul olduğunu həmçinin xarici ölkələrdən ölkəyə münasib qiymətə avtomobil gətirdiyini bildirmişdir. O, qayınatası İlhama əgər münasib avtomobil olarsa almaq istədiyini lakin hal hazırda pulunun tam çatışmadığını bildirmişdir. O, isə cavabında narahat olmamağım pulu özü verəcəyini ona sonradan verəcəyini bildirmişdir. O, bundan sonra Zərərçəkmiş şəxs1 heç nə demədiyini və onun dediyi ilə razılaşdığını 2021-ci ilin may ayının sonlarında qayınatası İlhamın ona vhatsapp sosial şəbəkəsi vasitəsi ilə 2017-ci il buraxılışlı qara rəngli Hyundai Sonata markalı avtomobilin şəkillərini göndərdiyini və bəyənib bəyənmədiyini soruşduğunu bildirmişdir. O, isə ona vermiş olduğu cavabında avtomobili bəyəndiyini və qiyməti barədə maraqlandığını İlhamın isə ona avtomobilin ümumilikdə ölkəyə gəlib çıxmasının 25.500 manata başa gələcəyini bildirmişdir.Bundan sonra o, həmin qiymət ilə razılaşdığım bildirmişdir. Həmin söhbətdən bir neçə gün sonra yəni xx.xx.2021-ci il tarixdə o, qayınatası İlham ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Statistika dairəsinin yaxınlığında yerləşən “Cafe City” restoranın qarşısında görüşdüyünü və görüş zamanı İlhamın onun yanında Təqsirləndirilən şəxs 10.000 ABŞ dollar pulu sayıb verdiyini bildirmişdir.O, pulu aldıqdan sonra axşam avtomobili hərracda oynayacağını və udacağını bildirmişdir.Həmçinin Cəmil onlara avtomobilin təxminən 40-50 gün müddətinə ölkəyə gəlib çıxacağını bildirmişdir. Onunla razılaşdıqlarını bildirmişdir. Bundan sonra o, və qayınatası İlhamın mütəmadi olaraq Cəmil ilə əlaqə saxlayıb avtomobilin harada olması barədə maraqlandıqlarını Cəmilin hər dəfə danışan zaman narahat olmamaqlarım avtomobili hərracda udduğunu və avtomobilin artıq yola salındığını bildirmişdir. Aralarında olan şifahi razılaşmaya görə avtomobil 2021-ci ilin avqust ayında ölkəyə gəlməli olduğunu Cəmildən bu barədə soruşduqda o, hava şəraiti ilə əlaqədar olaraq gəminin yubandığını və bu səbəbdən avtomobilin gecikdiyini bildirmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində Cəmilin qayınatası İlhama zəng vuraraq avtomobilin Gürcüstan Respublikasının Poti limanına gəldiyini və gömrük xərcləri, avtomobilin ölkəyə daşınması üçün ümumilikdə 8500 manat pul lazım olduğunu bildirmişdir.Bundan İlham etiraz etməmiş və səhəri gün təxminən 12 sentyabr 2021-ci il tarixdə yenidən Yasamal rayonu Statistika dairəsnin yaxınlığında Cəmil ilə görüşüb və 8500 manat pulu ona verdiklərini bildirmişdir. Cəmil pulu aldıqdan sonra 3-5 gün ərzində avtomobilin “Meyvəli” adlanan gömrük məntəqəsinə gələcəyini vəd etdiyini bildirmişdir. Bir neçə gün sonra Cəmilin ona zəng vuraraq avtomobilin artıq gömrükdə olduğunu bildirmiş bundan sonra o və qayınatası Zərərçəkmiş şəxs1 ilə birlikdə gömrük postuna getdiyini bildirmişdir.Lakin orada Cəmilin onlara şəklini göstərmiş olduğu avtomobilin orada olmadığını aşkar etdiklərini bildirmişdir.Bu barədə İlhamın Cəmilə zəng vurub soruşduqda o, hal hazırda Xalqlar Dostluğunda olduğunu bildirmiş və danışa bilməyəcəyini bundan sonra İlhama bir nəfər şəxsin zəng vuraraq Cəmilin atası Ədalət olduğunu bildirmişdir. O, danışıq zamanı bugün sənədləşmənin yubandığını sabah həll olunacağını bildirmişdir. İlham isə Cəmilin atası Ədalətə onlara göstərilən avtomobilin gömrükdə olmadığını dedikdə o, bir daha narahat olmamalarını sabah məsələnin həll olunacağını bildirmişdir. Bundan sonra İlham Cəmilə zəng vurub onu Yasamal rayonu Qələbə dairəsinin yaxınlığına çağırdığını Cəmil isə hal hazırda gələ bilməyəcəyini bildirib telefonu söndürdüyünü bildirmişdir.Bundan sonra İlhama Cəmilin qardaşı Cabir zəng vurub onlarla görüşmək istədiyini bildirmişdir.Bundan sonra Qələbə dairəsinə yaxın Karvan restoranının qarşısında Cabir, qardaşı Cəmil, atası Ədalət bir nəfərdə tanımadıqları şəxsin onların yanma gəldiklərini bildirmişdir.Onların gəldikdən sonra Cəmil onu Amerikada olan tanışı Musa adlı şəxsin aldatdığını, bu səbəbdən avtomibilin gəlmədiyini bildirmişdir. Bundan sonra Cəmilin atası Ədalət və qardaşı Cabir onu onnlarm yanında tənbeh etdiklərini bildirmişdir.Həmçinin onlar yaxın müddət ərzində pulu geri qaytaracaqlarını vəd etdiklərini bildirmişdir. Lakin aradan bu qədər müddət keçməsinə baxmyaraq Cəmil müxtəlif bəhanələrlə onları aldadaraq və pulu geri qaytarmadığını bildirmişdir.Bundan sonra qayınatası Zərərçəkmiş şəxs1 məcbur olub Cəmilin onu aldatması barədə polisə müraciət etmək qərarına gəldiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər qiyabi tanıdığını lakin onunla qardaşı Cəmilə görə münasibəti olduğunu bildirmişdir. Qardaşı Təqsirləndirilən şəxs avtomobillərin alış, satışı və xaricdən avtomobil gətirib satmaqla məşğul olduğunu bildirmişdir. Qardaşı Cəmil ilə Zərərçəkmiş şəxs1 arasında xaricdən avtomobil gətirmək üçün puldan məlumatı olduğunu bildirmişdir. 2021-ci ilin iyul ayında İlhamın ona zəng edərək Cəmilə X2 avtomobil gətirməsi üçün 10.000 ABŞ dollar pul verməsin bildirmişdir. Pulu verdikdən bir neçə gün sonra İlhamın ona zəng vurub Cəmilə pul verməsi barədə məlumat verdiyini bildirmişdir.Bundan sonra qardaşı Cəmilə zəng vurub ondan bu barədə soruşduqda o, İlhamın dediyini təsdiqlədiyini və həmçinin ona qeyd olunan avtomobilin şəkillərində göstərdiyini bildirmişdir. Bundan sonra o, İlhama zəng vurub Cəmil ilə danışdığını həqiqətən də avtomobilin yolda olduğunu bildirmişdir. Həmçinin o, İlhama bundan sonra ondan xəbərsiz Cəmilə pul verməməsini tapşırdığını bildirmişdir. 2021-ci ilin sentyabr ayında İlhamın ona zəng vuraraq Cəmilin ondan əlavə 8500 manat pul aldığını lakin avtomobilin gəlib çıxmadığını bildirmişdir. Bundan sonra o, Cəmil, atası Ədalət, İlham və onun kürəkəni Orxan ilə Yasamal rayonu ərazisində görüşdüklərini və görüş zamanı Cəmilin Amerikada yaşayan Musa adlı şəxsin onu aldatdığını və pulu ona göndərməsinə baxmayaraq avtomobili vermədiyini bildirmişdir. Həmçinin qardaşı Cəmilin İlhama pulunu geri qaytaracağına söz verdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, qardaşı Cəmilin Zərərçəkmiş şəxs1 10.000 ABŞ dollarını və 8500 manat pulunu aldadaraq ələ keçirməsi barədə heç bir məlumatı olmamışdır. X1 2021-ci ilin sentyabr ayında istifadəsində olan ***-***-**-** nömrəsinə tam xatırlamadığı nömrədən gələn zənglə tanıdığını bildirmişdir. Etibar onunla görüşmək istədiyini və onunla Nərimanov rayonu ərazisində görüşdüyünü bildirmişdir. Həmin görüşdə Etibar ona bildirmişdir ki, 2021-ci ilin iyul ayında qardaşı Təqsirləndirilən şəxs ona X2 Hyundai Santafe markalı avtomobil gətirmək adı ilə Binəqədi rayonu ərazisində 6700 ABŞ dolları miqdarında pul almışdır. O, X3 bu barədə heç bir məlumatı olmadığını və qardaşı Cəmilə cavabdeh olmadığını əgər ona qarşı hər hansısa qanunsuz hərəkət edibsə hüquq mühafizə orqanlarına müraciət etməyini bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 təqdim etdiyi “Whatsapp” proqramı ilə apardığı danışıq, səs yazılarının əks olunduğu 01 ədəd CD disk, eləcə də "xxxx" MMC tərəfindən mobil nömrələrə dair sms, danışıqlar, antena ilə bağlı çıxarış üzrə təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Bundan əlavə cinayət işi üzrə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 qarşı törədilmiş dələduzluq cinayət əməli nəticəsində dəymiş 25500 manat məbləğində maddi ziyanın, 1 il ərzində itirdiyi 1000 manat məbləğində əldən çıxmış faydanın və bu müddət ərzində çəkdiyim iztirablara, sarsıntılara, əsəb xəstəliyinə görə 1000 manat məbləğində mənəvi zərər olmaqla ümumilikdə maddi və mənəvi zərərin əvəzi kimi 27500 manat pulun və tərəfindən ödənilmiş 173 manat iddia rüsumunun mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsinə dair mülki iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsində göstərmişdir ki, mülki cavabdeh - Təqsirləndirilən şəxs törətmiş olduğu dələduzluq cinayəti nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs ona və digər şəxsə qarşı təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bununla əlaqədar olaraq bildirmişdir ki, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs təkrar tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əmlakımı ələ keçirmək məqsədi ilə ona X4 təşkil olunan hərraclarda iştirak etməklə satışa çıxarılmış avtomobillərin alınaraq Azarbaycan Respublikasına gətirilməsini təşkil etmək imkanına malik olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib, onun inam va etibarını qazanmışdır. Həmçinin, ona “Hyundai Sonata” markalı avtomobilin hərrac yolu ilə alınıb Azərbaycan Respublikasına gətirilməsi məsələsində köməklik göstərməsi ilə bağlı yalandan vədlər verərək, ona köməklik göstərəcəyini bildirmiş və beləliklə onu aldadaraq ona məxsus xeyli miqdarda pulu ələ keçirmişdir. Qeyd etmişdir ki, 01 iyun 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 136 ünvanında yerləşən Dövlət Statiska Komitəsinin yaxınlığında manat məzənnəsi ilə 17000 (on yeddi min) manat təşkil edan 10.000 ABŞ dollar pulumu va 12 sentyabr 2021-ci il tarixdə həmin yerdə 8500 (səkkiz min beş yüz) manat olmaqla ümumilikdə 25500 (iyirmi beş min beş yüz) manat pulunu alıb ələ keçirərək ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 va 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun tərəfindən həmin cinayətin təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ila tam sübuta yetirilmişdir. Buna görə də, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunaraq cinayət işinin baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, ailəsinin maddi təminatını ödəmək bir ailə başçısı kimi onun üzrərindədir. Lakin, hazırda mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs təqsirli əməli nəticəsində ona ciddi ziyan dəymiş və nəticədə o, uzun müddət əmlakından və maddi təminatından məhrum olmuşdur. Eyni zamanda bu cinayət əməllərinin nəticəsində o, ciddi sarsıntı və iztirablar çəkməklə sağlamlığını itirmişdir. Artıq 1 ilə yaxındır ki, faktiki olaraq əlində olan pul vəsaiti çıxdığına görə həm işsiz qalmış və həm də, əmlakından istifadə etmək və faydalanmaq imkanından məhrum olmuşdur. Hesab edir ki, 1 il ərzində öz əmlakından istifadə etmə və faydalanma imkanından məhrum olduğu üçün ailəsinin maddi durumu pisləşmiş, aylıq gəlir və qazancından məhrum olmuşdur. Bununla yanaşı bildirmişdir ki, ona qarşı törədilmiş cinayətlə əlaqədar maddi vəziyyətinin ağırlaşması, keçirdiyi əsəb gərginliyi, yuxusuzluq, fiziki və mənəvi ağrılar ona rahatlıq verməmiş və əsəb xəstəsi olmuş, bu müddət ərzində keçirdiyi fiziki və mənəvi sarsıntılar və iztirablar, xüsusi ilə də sağlamlığını itirdiyinə görə ona çox böyük mənəvi ziyan dəymişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsində zərərin ödənilməsini tələb etmək hüququ təsbit edilmişdir. Həmin maddəyə əsasən zərərçəkmiş şəxsin cinayət nəticəsində qanunla qorunan hüquqlarla yanaşı, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.” Həmçinin, MM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Bununla yanaşı, MM-nin 449.1-ci maddəsinə əsasən, “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.” Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmçinin, MM-nin 1097.1-ci maddəsinə görə, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, mülki cavabdeh ona məxsus olan pul vəsaitini qanunsuz saxlamaqla və bu müddət ərzində onu həmin puldan məhrum etdiyinə görə, eləcə də faydalana bilmədiyinə görə ona ciddi ziyan vurmuşdur. Bununla da, mülki cavabdeh ona məxsus 25500 manat pulu qanunsuz şəkildə ələ keçirməklə ona ciddi zərər vurmuşdur. Halbuki, o, həmin puldan istifadə edərək əlavə gəlirlər əldə edə, öz pulundan faydalana bilərdi. Lakin, mülki cavabdeh bu qanunsuz hərəkətləri ilə onu pulundan, əldə edəcəyi gəlirlərindən və sağlamlığından məhrum etmişdir. Məhkəmə hesab edir ki, həmin mülki iddia maddi ziyan hissədə tam təmin edilməlidir. Belə ki, iş üzrə təsdiq edilir ki, 25500 manat maddi ziyan vurulmaqla dələduzluq edilmiş,həmin məbləğ zərəçəkənə qaytarılmadığı üçün, həmin məbləğ təqsirləndirilən şəxsdən tutulub, zərərçəkmiş şəxsə ödənilməlidir. Həmçinin dövlət rüsumunun əvəzi olaraq 173 manat pul da təqsirləndirilən şəxsdən zərərçəkmişin xeyrinə tutulmalıdır. Həmçinin iddianın 1000 manat mənəvi zərərlə bağlı hissədə və 1000 manat 1 il ərzində əldən çıxmış fayda hissəsi ilə isə məhkəmə hesab edir ki, həmin hissələrdə tələb təmin edilməməlidir. Çünki iddianın bu hissələri ilə bağlı sübut təqdim edilməmişdir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 09 ay (iki il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 25.500 manat, mülki iddia üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 173 manat, cəmi 25.673,00 manat (iyirmi beş min altı yüz yetmiş üç manat) pul tutulub zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar